Məhkəmə qərarları › İş №1(107)-151/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-151/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-151/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1974-cü ildə Ağdaşşəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində bir azyaşlıövladı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi ev 27də qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılması, ona bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan on bir ay iyirmi gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinəəsasən hazırkı hökmlə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrəİcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülməsi, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunması və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrəİcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş«polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.241 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-cui il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0.291 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və xx xxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyinov X1 M.İsayev küçəsi 12 saylıünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin Növbətçi Hissəsinə gətirilərək həmin gün saat 17:10 radələrində üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün cinayət qanunun müddəalarına uyğun azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X16 apellyasiya protestinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, ailəli olmasını və heç bir yerdə işləmədiyini, heç bir ruhiəsəb və s. xəstəliyinin olmadığını, amma səhhətində problemlərin olduğunu, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, xəstə olduğu üçün ağrılarının olduğunu və bunun üçün narkotik maddədən istifadə etdiyini, 2019-cu il də mart ayında narkotik vasitəni üzərində gəzdirdiyi üçün Ağdaş RPŞ tərəfindən tutulduğunu, sonra barəsində olan cinayət işinin baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərildiyini, Ağdaş rayon məhkəməsi tərəfindən ona 2 il müddətinə azadlığı məhdutlaşdırılması cəzası verildiyini, xx.xx.2020-ci il tarixdə saat 16:30 radələrində Ağdaş şəhərində yaşadığı küçədə dayanarkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin edildiyini, sonra onu tutduqlarını, müdafiəçinin və 2 nəfər hal şahidinin iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd mobil telefon adapteri və 01 ədəd sellafon büküm, sağ cibindən isə 01 ədəd cib yaylığı, şalvarının sağ yan cibindən 04 ədəd 1 manat, 01 ədəd 20 qəpik pul əskinasları, sol yan cibindən isə kibrit qutusunun aşkar olunduğunu, sellafon bükümün açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidə çəkildiyini, çəkisinin 0.30 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, hal şahidlərinin zərfə imza etdiklərini, bundan sonra protokol tərtib olunduğunu, özü və digər iştirakçıların protokola imza etdiklərini, üzərindən aşkar olunmuş sellafon bükümdəki maddənin narkotik maddə olan heroin olduğunu, həmin narkotik maddəni tapdığını və həmin vaxt sərxoş olduğuna görə tapdığı yeri dəqiq xatırlamadığını, müxtəlif fasilərlə uzun müddətdir ki, narkotik istifadə etdiyini, son 5 ildir ki, daimi istifadəçisi olduğunu, hər hansı bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaşşəhər, M.Şeyxzadə küçəsi 27-də yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması və narkotik maddələrdən istifadə etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə onun tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 16:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçə ilə CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 ilə gedərkən Təqsirləndirilən şəxs küçədə gördüklərini və həmin vaxt Təbrizin onları görən kimi özünüşübhəli apardığını və onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, bundan sonra onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təbrizin üzərindəşəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təbrizin əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd mobil telefon adapterinin və 01 ədəd sellafon bükümün, sağ yan cibindən isə 01 ədəd cib yaylığının, şalvarının sağ yan cibindən 04 ədəd 1 manat, 01 ədəd 20 qəpik pul əskinaslarının, sol yan cibindən isə kibrit qutusunun aşkar olunduğunu, Təbrizin cibindən aşkar edilmiş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidəçəkildiyini, çəkisinin 0.30 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu və hal şahidilərinin həmin zərfə imza etdiklərini, bundan başqa Təqsirləndirilən şəxs üzərindən işüçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdaşşəhəri ərazisindən tapdığını lakin sərxoş olduğu üçün həmin yerin yadında qalmadığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və onlarda bu barədə heç bir məlumat olmadığını, Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparan zaman orada CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, iki nəfər hal şahidinin və müdafiəçinin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaşşəhər, M.Şeyxzadə küçəsi 27-də yaşayan, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması və narkotik maddələrdən istifadə etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və Şahid4 tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 16:30 radələrində CAB-nin əməliyyat müvəkkiləri Şahid1 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçə ilə gedərkən Təqsirləndirilən şəxs küçədə gördüklərini və həmin vaxt Təbrizin onları görən kimi özünüşübhəli apardığını və onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq üzərində narkotik vasitələri saxlaması bərdə onlarda məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təbrizin üzərindəşəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təbrizin əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd mobil telefon adapterinin və 01 ədəd sellafon bükümün, sağ cibindən isə 01 ədəd cib yaylığının, şalvarının sağ yan cibindən 04 ədəd 1 manat, 01 ədəd 20 qəpik pul əskinaslarının, sol yan cibindən isə kibrit qutusunun aşkar olunduğunu, Təbrizin cibindən aşkar edilmiş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddənin aşkar olundu, həmin maddənin elektron tərəzidəçəkildiyini, çəkisinin 0.30 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu və hal şahidiləri həmin zərfə imza etdiklərini, bundan başqa Təqsirləndirilən şəxs üzərindən işüçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdaşşəhəri ərazisindən tapdığını lakin sərxoş olduğu üçün həmin yerin yadında qalmadığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və onlarda bu barədə heç bir məlumat olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində xx.xx.2020-ci il tarixdə saa t təxminən 17:00 radələrində Ağdaş rayon polis şöbəsinin qarşısından keçdiyini, Polis şöbəsinin qarşısında keçən zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona polis şöbəsində bir nəfər şəxsin üzərindəşəxsi axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu da həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini, eyni zamanda əlavə olaraq ondan başqa bir nəfər də sonradan adını bildiyi Ağahəsən adlışəxsin də hal şahidi kimi dəvət olunduğunu, bundan sonra polis şöbəsinin Növbətçi hissəsində sonradan adını bildiyi Təbriz adlışəxsin üzərindəşəxsi axtarış keçirildiyini, həmin şəxsi axtarış zamanı orada sonradan adının Ağahəsən olduğunu bildiyi digər hal şahidi kimi dəvət edilmişşəxsin, müdafiəçinin və polis əməkdaşlarının olduğunu, şəxsi axtarış zamanı Təbrizin əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd mobil telefon adapterinin və 01 ədəd sellafon bükümün, sağ cibindən isə 01 ədəd cib yaylığının, şalvarının sağ yan cibindən 04 ədəd 1 manat, 01 ədəd 20 qəpik pul əskinaslarının, sol yan cibindən isə kibrit qutusunun aşkar olunduğunu, Təbrizin cibindən aşkar edilmiş sellafon büküm açıldıqda içərisində toz və kristal halında olan qəhvəyi rəngli maddə aşkar olunduğunu, həmin maddənin elektron tərəzidəçəkildiyini, çəkisinin 0.30 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillərin çəkildiyini, bu barədə protokol tərtib olunduğunu, ucadan oxunduğunu, daha sonra orada iştirak edən proses iştirakçılarının, özü və digər hal şahidi həmin protokolu öz imzalar ilə təsdiq etdiklərini, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, onunla da heç bir münasibətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X6 da iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin xx.xx.2020-ci il tarixli 155 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkiləri 0.291 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncəşəhər Səhiyyəİdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən, eyni zamandan məhkəmə hökm və qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(014)- 41/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinəəsasən üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağdaşİcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 01 il 06 gününüçəkmiş vəüzərində 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaşşəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxx 2020-ci il tarixli 1341 saylı arayışdan göründüyü kimi Hüseyinov X1, M.Şeyxzadə küçəsi 27№-li evdə yaşamaqla ailə tərkibi aşağıdakışəxslərdən ibarətdir: Eyyubova Könül Fevral qızı-yoldaşı; X10; X7; X4r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli cinayət törətməsinəşübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 16:50-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılması, ona bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan on bir ay iyirmi gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinəəsasən hazırkı hökmlə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram olduğu halda, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə artıq miqdarda, yəni təmiz çəkisi 0.291 qram heroini satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır ki, bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasma aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, hiəmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 11 ay 20 gün müddəti çəkilməmiş qalmışdır. Məhkəmə cəza təyin edərkən bu hala, yəni şəxsin məhkumluğunun olmasına diqqət yetirməmiş, onun azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məhkum olunması, həmin cəzadən heç bir islahedici nəticə çıxarmaması, əvvəlki cəza ilə islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallardır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğunu bir daha göstərir. Bundan başqa Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Yaşayış yerindən müsbət xarakterizə olunma isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunması nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini sanksiyasında bir ildən üç dək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə sası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən cslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi cinayət qanunvericiliyində residiv çıxış edir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konsitusi Məhkəməsinin Plenimu bir çox qərarlarında hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, o, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Onun məhkumluğu ödənilmədən, təyin olunmuş cəzanı belə çəkmədən yenidən cinayət törətməsi, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon İcra və probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 8 (səkkiz) ay 14(on dörd) gün müddəti çəkilməmiş qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsaəsn hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsaəsn cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, o, təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 8 (səkkiz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla onun üzərində qalan 4 (dörd) ay 7(yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1(bir) gün təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbs olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin və o, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Ağdaş rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 8 (səkkiz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla onun üzərində qalan 4 (dörd) ay 7(yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1(bir) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay, 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbs olunsun. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar