Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-151/2022 29.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X9, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X18 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrində nəzərdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunda saxlanılan 01 ədəd diametri 57 mm, uzunluğu 1 metr 10 sm olan dəmir boru, 01 ədəd diametri 57 mm, uzunluğu 30 sm olan dəmir boru, 01 ədəd diametri 57 mm, uzunluğu 30 sm olan dəmir boru, 01 ədəd diametri 76 mm, uzunluğu 30 sm olan dəmir boru, 01 ədəd diametri 108 mm, uzunluğu 30 sm olan dəmir borunun sahibi Zərərçəkmiş şəxs MMC-yə qaytarılması, Təqsirləndirilən şəxs1 və X6 müştərək qaydada 159 (bir yüz əlli doqquz) manat 50 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün maddi sübutun qaytarılması və məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs1 tutulması hissəsində icra edilməsinin Göyçay Rayon İcra və Probasiya Şöbəsinə, məhkəmə məsrəfinin C.Abbasovdan tutulması hissəsində icra edilməsinin yaşayış yeri üzrə Ağsu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, ibtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs1 оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi3 330 (üç yüz otuz) manat məbləğində pulun ödənilməsi, Zərərçəkmiş şəxs MMC-yə dəymiş zərərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Göyçay rayonu ərazisində qaz xətlərinin çəkilişi ilə məşğul olan podratçı şirkət Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzində Göyçay və ətraf digər rayonlarda aparılan işlərə nəzarət etdiyi və faktiki olaraq iş icraçısı kimi işlədiyi dövrdə, Göyçay rayonu Cəyirli kənd məktəbində qaz xətti çəkilişi zamanı qaynaqçı işləyən X23 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2019-cu ilin dekabr ayında şirkətin anbarına verilməsi üçün ona təhvil verməklə etibar edilmiş diametri 108 mm, uzunluğu 66 metr ümumi dəyəri 759 manat olan metal boruları mənimsəyərək talamışdır. Bundan başqa, o, təkrarən 01 yanvar 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixədək olan dövr ərzində mütəmadi olaraq ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs MMC-yə məxsus Ağdaş rayonu Kotanarx kəndində yerləşən kənd tam orta məktəbin həyətyanı sahəsində saxlanılan diametri 57 mm, uzunluğu 114 metr, eləcə də, Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən kənd tam orta məktəbin həyətyanı sahəsində saxlanılan diametri 57 mm, uzunluğu 944 metr olmaqla, ümumi dəyəri 6348 manat olan dəmir boruları görülən işlərə nəzarət edən şəxs kimi ona etibar edildiyi halda tamah niyyəti ilə yük avtomobilləri vasitəsi ilə həmin ünvanlardan daşıyıb satmaqla ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəyərək talamışdır. Bundan başqa, o təkrarən 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin fevral ayının sonunadək olan dövr ərzində mütəmadi olaraq ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs MMC-yə məxsus Göyçay rayonu Ərəbcəbirli kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 57 mm, uzunluğu 108 metr, Göyçay rayonu Yekəxana kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 57 mm, uzunluğu 246 metr, Göyçay rayonu Ləkçıplaq kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 51 mm, uzunluğu 89 metr və diametri 76 mm uzunluğu 51 metr, Göyçay rayonu Cəyirli kənd məktəbində qaz xətti çəkilişi üçün nəzərdə tutulmuş diametri 51 mm, uzunluğu 161 metr, ümumi dəyəri 3783 manat olan dəmir boruları görülən işlərə nəzarət edən şəxs kimi ona etibar edildiyi halda tamah niyyəti ilə şirkət tərəfindən ona istifadə etmək üçün verilmiş “QAZ 3110” markalı avtomobil vasitəsi ilə həmin ünvanlardan daşıyıb satmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəyərək talamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü mаddələri ilə və Cəmil Abbasova CM-in 179.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli qərarı ilə X10 CM-in 179.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X10 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar X10 barəsində CM-in 179.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs X10 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, ibtidai istintaqda və məhkəmədə X13 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasam üzvü, Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 258(iki yüz əlli səkkiz) manat məbləğində pulun ödənilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş hüquqi şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işinin materiallarından, eləcə də işin faktiki hallarından görünür ki, təmir-tikinti işləri görülməsi ilə məşğul olan Zərərçəkmiş şəxs MMC 23 sentyabr 2019cu il tarixdə Təhsil Nazirliyi ilə 180-B/19 nömrəli müqavilə bağlayaraq, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayının əvvəllərinədək Ağdaş rayonu Yuxarı Nemətabad, Kotanarx, Cardam, Qarağan-Şıxlar, Qaradağlı, Kükəl və digər kəndlərdə, eləcə də Ağdaş şəhərində yerləşən 3 və 5 nömrəli orta məktəblərin, habelə Göyçay rayonunun Cəyirli, Ləkçıplaq, Yekəxana, Ərəbcəbirli və digər kəndlərində yerləşən orta məktəblərin qaz xətlərinin çəkilməsi işlərini həyata keçirmişdir. Zərərçəkmiş şəxs MMC ilə Kənan Quliyev arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs MMCnin mülkiyyətində olan və ona təhvil verilmiş əmlaklara maddi-məsul şəxs kimi öhdəlik götürmüş, iş icraçısı kimi qaz çəklişlərinə nəzarət etmişdir. X49 və Göyçay rayonlarında yerləşən məktəblərdə qaz çəkilişinə tam nəzarət edə bilmədiyi üçün Təqsirləndirilən şəxs1la razılığa gəlmişdir ki, ona təhkim etdiyi ərazilərə qazın çəklişinə nəzarət etsin və bunun müqabilində sonuncuya razılaşdıqları məbləğdə pul ödəsin. Təqsirləndirilən şəxs1 Kənan Quliyevin təklifini qəbul etmiş, sonuncunun tapşırığına uyğun olaraq Ağdaş və Göyçay rayonlarında yerləşən məktəblərdə qaz çəklişlərinə nəzarət etmişdir. Lakin Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi və maddiməsul şəxs kimi hər hansı müqavilə bağlanmamışdır. Cinayət işindən görünür ki, Göyçay və Ağdaş rayonu ərazilərində yerləşən məktəblərə təbii qazın çəkilməsi ilə bağlı iş icraçısı kimi Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi, eləcə də boruların istifadəsinə, saxlanmasına, sahiblik və sərəncam verilməsinə dair hər hansı müqavilə bağlanmamışdır. İstər Təqsirləndirilən şəxs1, istərsə də təqsirləndirilən şəxs Cəmil Abbasov tam maddiməsul şəxs olmamış, məktəblərə qazın çəkilməsi ilə bağlı istifadə olunan borular qanunla müəyyən edilmiş qaydada onlara verilməmiş, həmin borular üzərində sahiblik, sərəncam vermək hüquqları olmamışdır. İbtidai istintaq orqanının, eləcə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək müqaviləsinin və ya maddi məsuliyyət haqqında müqavilənin mövcud olub-olmamısından aslı olmayaraq, mənimsəmə və ya israfetmə hərəkətlərinə yol vermiş şəxsin əməlinin kriminallığına təsir edə bilməz. Əgər əmlak faktiki olaraq konkret şəxsin ixtiyarına inanılıb verilibsə, əmək müqaviləsinin və ya maddi-məsuliyyət barədə müqavilənin olub-olmamasından asılı olmayaraq həmin əmlakı mənimsəmiş və ya israf etmiş şəxs CM-in 179-cu maddəsi ilə məsuliyyət daşıyır. İbtidai istintaq orqanının, eləcə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış olsa, onda belə çıxır ki, maddi nemətlərin uçotunun aparılıb-aparılmamasından, malların qayimə ilə verilib verilməməsindən, hesabat və mühasibat sənədlərinin olubolmamasından asılı olmayaraq ancaq zərər çəkmiş şəxsin şifahi məlumatı əsasında istənilən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Qeyd edilən sənədlər ona görə lazımdır ki, maddi məsul şəxs tərəfindən mənimsəmə və ya israfetmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin törədilməsi öz təsdiqini tapsın. Bu cür sənədlərə istinad olunmadan təqsirli şəxsin məhkum edilməsi qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Ümumiyyətlə cinayət işinin materiallarında cinayətin predmeti olan boruların Zərərçəkmiş şəxs MMC-nin balansında olmasına, anbara mədaxil edilməsinə, anbardan məxaric edilərək iş icraçısı Kənan Quliyevə təhvil verilməsinə dair hər hansı bir sübut yoxdur. Məhkəmə istintaqı zamanı tərəfimdən verilmiş vəsatət əsasında məhkəmə tərəfindən qeyd edilən sənədlər Zərərçəkmiş şəxs MMC-dən tələb edilsə də, sözügedən şirkət tərəfindən bu barədə hər hansı sənəd təqdim edilməmiş, səbəb kimi cinayətin predmeti olan boruların müəssisənin balansında olmasına və anbarına təhvil verilməsinə, anbardan məxaric edilməsinə və maddi məsul şəxs kimi Kənan Quliyevə təhvil verilməsinə dair hər hansı sənədlərin mövcud olmadığı göstərilmişdir. İstintaq orqanı cinayətin predmeti olan boruların Zərərçəkmiş şəxs MMC-nin anbarına təhvil verilməsini, balansında olmasını, Ağdaş və Göyçay rayonlarında yerləşən məktəblərə qazın çəkilməsi ilə bağlı boruların anbardan (hansı diametrdə və ölçülərdə) Kənan Quliyevə təhvil verilməsini araşdırmamışdır. Əgər boruların Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olması sübuta yetirilmirsə, onda Zərərçəkmiş şəxs MMC-yə qarşı mənimsəmə və israfetmə cinayətinin törədilməsindən söhbət gedə bilməz. Ona görə də Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığına görə CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə bəraət verilməsini xahiş edir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, Zərərçəkmiş şəxs MMC-də işlədiyi vaxt məsul şəxs kimi ona mal-material təhvil verilməmişdir. Onu Kənan müəllim işə götürmüşdür. İşə götürülməsi barədə əmr olmamış, onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqını Kənan müəllim öz cibindən vermiş, işlədiyi dövrdə Kənan müəllimin tapşırıqlarını yerinə yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, maddi imkanı olmadığından dəymiş ziyanı ödəməmişdir. Başqa şirkətlərdə iş icraçısı kimi çalışmışdır. Qazlaşdırma prosesində istifadə olunan boruların şirkətin balansında olduğunu bilməmişdir. Onlar obyektə işləməyə gedəndə borular artıq orda olmuşdur. Kənan Quluyev ona obyektlərdə işlərin icrasını tapşırmışdır. Məsələn, bir obyektdə işi qurtarandan sonra Kənan müəllim mal-materialı yığıb o biri obyektə aparmasını tapşırmışdır. Ona bu işləri görmək üçün avtomaşında verilmişdir. Borular obyektin həyətində toplanırdı. Borular onun xəbəri olmadan götürülə bilməzdi. Boruları ancaq qaynaqçılar ona deməyib götürə bilərdilər. Kənan Quluyevlə münasibətləri yaxşı olmuş, Kənan ona etibar etmişdir. Mal-material ona heç vaxt sənədlə təhvil verilməmişdir. Boruları gündüzlər məktəblərin gözətçiləri qorumuş, axşamlar isə deyə bilmir. Borular məktəb direktorlarına təhvil verilmiş, lakin onların necə təhvil verilməsini bilmir. Gözətçilərə “borular artıq qalıb, aparıram anbara təhvil verməyə” demişdir. Kənan müəllim iş yerinə nadir halda gəlmişdir. Boruların ağırlığı 40-50 kiloqram, uzunluğu isə 10-12 metr olmuşdur. Boruları ortadan bölüb daşımışdır. Bu hadisələr işlədiyi müddətin son iki ayında olub. Boruları satıb əldə olunan pulu heç kimlə bölməmişdir. Şirkətə 11 min manatlıq ziyan vurmamışdır. Ziyan təqribən qeyd oluna miqdarın yarısı gədər olar. Orta təhsillidir, onu işə Kənan Quluyev götürmüş, onun köməkçisi işləmiş, yəni iç icraçısının köməkçisi olmuşdur. Ona şirkət tərəfindən maşın verilmişdir. Əsasən işçiləri aparıb-gətirmişdir, qaynaqçılara boru və yaxud hər hansı material lazım olanda onu aparmışdır, generatorlara yanacaq daşımışdır. Aylıq məvacibi müxtəlif olmuş, 600- 800 manat arası maaş almış və pulu ona Kənan müəllim özü vermişdir. Həmin şirkətdə 7-8 ay işləmişdir. Borudan başqa keçidlər, əymələr və başqa əşyalar olmuşdir. Borular və digər materiallar açıq şəkildə saxlanılmışdır. Boruların kimlər tərəfindən gətirildiyini və kimlər tərəfindən boşaldıldığını bilməmişdir. Zərərçəkmiş şəxs MMC podratçı şirkət kimi ancaq məktəblərdə qazlaşma aparmışdır. Onda həmin boruların Zərərçəkmiş şəxs MMC məxsus olması barədə heç bir sənəd olmayıb. Əmək müqaviləsi bağlamaq üçün Zərərçəkmiş şəxs MMC-yə dəfələrlə müraciət etmiş, ancaq onunla müqavilə bağlanmamışdır. Məktəblərin həyətində olan borulara cavabdehlik daşımamışdır. Hansısa sərəncam vermək üçün səlahiyyəti olmayıb. Borular ona rəsmi qaydada təhvil verilməyib. Boruları aparanda gözətçilər ondan heçnə soruşmamış, soruşanda da artıq qalıb anbara apardığını demişdir. Elə vaxt da olmuşdur ki, özü getməyib boruları obyektdən götürməyə başqa bir şəxsi göndərmişdir. Mahir ondan taksi sürücüsü kimi pul almışdır. Cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində nümayəndəsi olduğu şirkətə dəymiş ziyanı Zərərçəkmiş şəxs MMC-nin keçmiş iş icraçısı X14 tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında əvvəllər zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi olmuş X14 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs1la işləməyi qardaşı təklif etmiş, belə ki, qardaşı Vüqarı əvvəldən tanımışdır. Özü Zərərçəkmiş şəxs MMC-də iş icraçısı vəzifəsində işləmiş, işlərin çoxluğundan ona köməkçi lazım olmuş, qardaşı ona Vüqarla işləməyi təklif etmişdir. Onunla evlərində görüşərək iş barədə məlumat vermiş, o da razılaşmışdır. Vüqarla Ucar, Ağdaş və Göyçay rayonlarında işləmişlər. Bir ay ərzində Vüqar ona tapşırılmış işləri dəqiq və vaxtında yerinə yetirmiş, onun da Vüqara qarşı etibar yaranmışdır. Bir müddət sonra maşını xarab olduğundan işlərə nəzarət etməyə bacarmamışdır. Məktəblərin qazlaşma işləri 3-5 günə yekunlaşırdı. Yaxında olan məktəbləri yoxlamış, uzaqda yerləşən məktəbləri yoxlaya bilməmişdir. Pandemiya olan vaxt materialları yoxlamağa başlamışdır. Ən çox material Ağdaş rayonu Qarağan Şıxlar kəndində qalmışdır. Anbarda təqribən 944 metr boru olmalı idi. Özü həmin məktəbdə olmuşdur. Oranı yoxlayanda boruların qalmadığını, hamısının istifadə olunduğunu demişlər. Həmin kəndə gedib Vüqarla görüşüb bu barədə soruşmuşdur. O da boruların hamısının işlənildiyini bildirmişdir. Bir müddət sonra həmin məktəbə qayıdıb məktəbin direktoru və gözətçilərlə görüşmüşdür. Gözətçilər bildirmişlər ki, “bu işlə bağlı Vüqarı gör.” Vüqargilin həyətində onunla görüşmüşdür. Qəsdən səsini yüksəltmişdir ki, anası da həyətə düşsün. Anası həyətə düşəndə Vüqarın şirkətin materiallarını oğurladığını demişdir. Anası əvvəlcə etiraz etsə də, sonra demişdir ki, “Vüqar boynuna al. O biriləri də de”. X42 rayonu Cəyirli kənd məktəbində də oğurluq etdiyi məlum olmuşdur. Öz hesabına Vüqara QAZ-31 markalı maşın almış, Vüqar isə həmin maşını da lombarda girov qoyaraq pul almışdır. 16 məktəb üçün boruların rənglənməsi, sementlənməsi və sairə işlər üçün ondan 6000 manat pul alıb iş görməmişlər. Başqa bir briqada toplayaraq həmin məktəblərdə görüləsi işləri gördürmüşdür. Vüqargil metrəsi 8-10 manat olan borunu 2,50 manata satmışlar. Bundan sonra X14 ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, Zərərçəkmiş şəxs MMC-nin Vüqarın işləməsi ilə bağlı xəbəri olmayıb. Borular əsasən məktəbin həyətinə yığılmış, onları məktəbin direktoru və ya gözətçisi təhvil almışdır. Borular yol vərəqəsi əsasında təhvil verilmişdir. Boruların təhvil-təslim işi onlara aid olmamışdır. Təhvil-təslim işi sürücüyə aid olmuşdur. O da boruları ya direktora, ya da gözətçiyə təhvil vermişdir. Vüqar boruları qaimə əsasında ya direktordan, ya da gözətçidən təhvil almışdır. Vüqarın maddiməsul şəxs olması barədə heş bir sənəd yoxdur. Həmin məktəblərdə bütün işlər yekunlaşıb. Həmin vaxtlarda Zərərçəkmiş şəxs MMC-də iş icraçısı vəzifəsində işləmişdir. Hal-hazırda işləmir, çünki Təqsirləndirilən şəxs1 cinayət etməsinə görə onu işdən çıxarıblar. Şirkət Təhsil Nazirliyinin tenderini udduğuna görə məktəblərin qazlaşma işlərini həyata keçirmişlər. Ağdaş rayonu Qarağan Şıxlar kənd məktəbində olan borular 76 mm-lik dəmir borular olmuşdur. Vüqar əsasən 100 mm-lik boruları satıb. Çünki həmin borular çox istifadə olunmamışdır. Dəymiş ziyanı Vüqar ödəməyə cəhd etməyib, Vüqarın şirkətə vurmuş olduğu 10000 manat ziyanı o özü tamamilə ödəmişdir. İndi Vüqarın MMC-yə yox, ona borcu var. Digər işləri də gördürmüşdür ki, şirkət də nüfuzdan düşməsin. İş görməkdən 3-4 gün əvvəl material məktəbə təhvil verilir. Boruları təhvil alanda ya gözətçi, ya da məktəbin direktoru yol vərəqəsini imzalamışdır. Vüqara təhvil verilməsi ilə bağlı heç bir sənəd yoxdur. Bütün işlədikləri məktəblərdə Vüqar iş icraçısı kimi tanınmışdır. Vüqar işə götürüləndə nə onunla müqavilə bağlanıb, nə də ki, işə götürülməsi üçün əmr verilib. Vüqarın işləməsi ilə bağlı rəhbərliyin xəbəri olmayıb. Vüqarın əmək haqqını öz əmək haqqından ödəmişdir. Hər ay təxminən 2000-2500 manat maaş almış, Vüqara hər ay öz əmək haqqından 700-800 manat maaş vermişdir. İşi tək çatdıra bilmədiyi üçün Vüqarı işə götürmüdür. Vüqarı işə götürməkdə səhv etdiyini etiraf edir. Onun əmr vermək hüququ olmayıb. Əvvəllər Vüqarın işindən razı qalmışdır. Borular təhvil verilərkən iştirak etməmişdir. Onun Vüqarı çox işlətmək fikri olmayıb. Borular yol vərəqəsi əsasında məktəbin gözətçisinə və direktoruna təhvil verilib. Zərərçəkmiş şəxs MMC-də rəsmi iş icraçısı olmuşdur. Kömək üçün elə adamlar seçmişdir ki, başqa yerlərdə qala bilsin. Vüqarı cəmi bir ay işlətmək fikri olub. Vüqar özünü yaxşı cəhətdən göstərdiyi üçün uzun müddətli işləməli olmuşlar. Şirkətə dəymiş ziyanı tam ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X32 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 bəraət veirlməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarından 2020-ci ilin mart ayının ortalarınadək Zərərçəkmiş şəxs MMC-də iş icraçısı kimi işləmiş, həmin MMC-nin hüquqi ünvanı Bakı şəhərində yerləşmiş və sifarişlər əsasında tikinti-quraşdırma işləri ilə məşğul olmuşdur. Həmin şirkət Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 23 sentyabr 2019-cu il tarixdə müqavilə bağlamış və müqaviləyə əsasən Zərərçəkmiş şəxs MMC Ağdaş rayonu ərazisində Nemətabad, Kotanarx, Cardam, Qarağan-Şıxlar, Qaradağlı, Kükəl kəndlərində və Ağdaş şəhərində yerləşən 3 və 5 nömrəli orta məktəblərin, həmçinin, Göyçay rayonunun, Cəyirli, Ləkçıplaq, Yekəxana, Ərəbcəbirli və digər kəndlərində yerləşən orta məktəblərə qaz xətlərinin çəkilməsi işlərini həyata keçirməli olmuşdur. 2019-cu ilin sentyabr ayında MMC-nin nümayəndəsi və əsas iş icraçısı Kənan Quluyev onu işə götürərək, MMC-nin iş görəcəyi ərazilərdə qaz xətlərinin çəkilməsi prosesinə iş icraçısı kimi nəzarət edəcəyini bildirmişdir. Belə ki, qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan dəmir borular hər bir məktəbin həyətinə yığılmış və oradan isə qazlaşdırma prosesində istifadə olunmuşdur. Dəmir boruların diametri 20mm, 32mm, 40mm, 51mm, 57 mm və 76mm ölçülərdə olmuşdur. Kənan Quluyevin göstərişinə əsasən qeyd edilən orta məktəblərdə qazlaşdırma işlərinə nəzarət etmiş, daha sonra isə bu barədə əsas iş içraçısı Kənan Quluyevə hesabat vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş rayonu ərazisində qazlaşdırma işləri bitdikdən sonra Qarağan Şıxlar kənd tam orta məktəbində qaz xətlərinin çəkilişindən sonra artıq qalan dəmir boruları satmaq qərarına gəlmişdir. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərindən etibarən Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində qaz xətlərinin çəkilişi zamanı istifadə olunan dəmir boruları özünə məxsus “QAZ-24” markalı yük avtomobili ilə işçilərə daşınmasını həyata keçirən Ağdaş rayonu, Qaradağlı kənd sakini Mahir adlı şəxsə artıq qalan dəmir boruları satmaq istədiyini və bu məqsədlə müştəri tapmasını bildirmişdir. Mahir isə dəmir boruları Ağdaş şəhər ərazisində yaşayan Ələsgər adlı dəmir qəbulu ilə məşğul olan şəxsin ala biləcəyini bildirmiş, daha sonra Mahirin Ağdaş şəhəri ərazisində tapdığı yük avtomobilləri vasitəsi ilə Ağdaş rayonu, Qarağan Şıxlar kənd tam orta məktəbinin həyətindən 2020-ci ilin yanvar ayının əvvəllərindən yanvar ayının sonuna qədər olan müddət ərzində 4-5 dəfə diametri 57mm, ümumi uzunluğu 944 metr olan dəmir boruları Ağdaş şəhəri ərazisində dəmir qəbulu ilə məşğul olan Ələsgər adlı şəxsə satmışdır. Lakin Ələsgəri tanımadığı üçün satış prosesini Mahir həyata keçirmişdir. Belə ki, qeyd edilən məktəbin həyətindən yük avtomobilinə dəmir boruları yüklədikdən sonra Mahir tanımadığı yük avtomobilinin sürücüsü ilə dəmir boruları Ələsgər adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparmış, orada dəmir boruların hər 1 metrinə görə 3 manat məbləğində pul ödənilməsi müqabilində Ələsgər adlı şəxsə satmış, yekunda satışdan əldə olunmuş pulları isə ona vermişdir. Bu işlərin görülməsi müqabilində ayrı-ayrı yük avtomobillərin sürücülərinə 15-20 manat, Mahir adlı şəxsə isə hər satış zamanı vasitəçi kimi 20-30 manat pul vermişdir. Belə ki, Ağdaş şəhər sakinlərini tanımadığı üçün Mahir dəmir boruların yük avtomobilləri vasitəsi ilə daşınmasına, daha sonra isə satılmasında köməklik etmişdir. Belə ki, yalnız 2 dəfə Ələsgər adlı şəxsi onun Ağdaş şəhəri ərazisində yerləşən dəmir qəbulu məntəqəsində olarkən görmüş, lakin digər hallarda dəmir boruları Mahir öz təklifinə əsasən yük avtomobili vasitəsi ilə Ələsgər adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparmış və orada satdıqdan sonra pulları ona vermişdir. Həmçinin, dəmir boruları Ağdaş rayonu, Qarağan Şıxlar kənd tam orta məktəbinin həyətindən götürərkən oranın mühafizəçisi Nadir adlı şəxs də orada olmuşdur. Belə ki, Nadir həmin vaxtlarda boruları hara apardığını soruşanda, sonuncuya boruları digər kənd məktəblərinə qaz çəkilişi üçün apardığını bildirmişdir. Belə ki, Mahirlə birlikdə 1 ədədinin uzunluğu 10 metr 50 sm olan dəmir boruları ayrı-ayrı vaxtlarda gələn yük avtomobillərinə 15-20 ədəd sayda yüklədikdən sonra onlar Ələsgər adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparılmışdır. X43 məktəbindən dəmir boruların aparılmasında 2-3 dəfə iştirak etmişdir. 2020-ci ilin yanvar ayının sonlarında Göyçay rayonunda qazlaşdırma işlərini davam etdirən zaman mobil telefon vasitəsi ilə Mahirə zəng vuraraq Qarağan Şıxlar məktəbinə gedib dəmir borulardan satmasını bildirmiş, Mahir isə Qarağan Şıxlar kənd tam orta məktəbinə yük avtomobili ilə gedərək 15-20 ədəd dəmir boruları oradan götürüb Ələsgər adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparıb orada satmışdır. Ağdaş rayonunda olmadığı vaxtlarda isə mobil telefon vasitəsi ilə Nadir adlı mühafizəçiyə dəmir boruların xətlərin çəkilişinə lazım olduğunu, özü gələ bilmədiyi üçün dəmir boruların Mahir tərəfindən götürülməsində problem olmadığını bildirmişdir. Yekun olaraq ümumilikdə "xxxx" MMC-yə aid Ağdaş rayonu, Qarağan Şıxlar kənd tam orta məktəbin həyətyanı sahəsində olan qazlaşdırma işlərindən sonra artıq qalan diametri 57 mm, ümumi uzunluğu 944 metr olan dəmir boruları 2020-ci ilin yanvar ayında ayrı-ayrı vaxtlarda 4-5 dəfə ayrı-ayrı yük avtomobilləri vasitəsi ilə qeyd edilən məktəbin həyətindən çıxardıqdan sonra Ələsgər adlı şəxsə satmışdır. Satış prosesində birbaşa iştirak etməmiş, bu işdə ona Mahir adlı şəxs kömək etmişdir. Mahir onu qaz xətlərinin çəkilişi zamanı nəzarətçi və iş icraçısı kimi tanıdığı üçün heç bir zaman dəmir boruların ona məxsus olub-olmamasını, hansı səbəbdən satıldığını soruşmamış, özü də heç bir zaman Mahirə həmin dəmir boruları hansı səbəbdən satdığını deməmişdir. Belə ki, Mahir iş icraçısı olduğunu düşünüb dəmir boruların satışından məsul şəxslərin xəbəri olduğunu yəqin etmişdir. Həmçinin, Ələsgər adlı şəxs də həmin dəmir boruların kimə məxsus olduğunu və haradan əldə olunduğu soruşmamış, bu barədə ona heç nə deməmişdir. Ümumiyyətlə, Ağdaş rayonu ərazisində aparılan qazlaşdırma işləri zamanı qaz xətləri çəkilişi üçün nəzərdə tutulan dəmir borular ona etibar edilmiş və həmin dəmir boruların saxlanmasına məsul şəxs olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs MMC tərəfindən Göyçay rayonunun 9 kənd məktəbinin-Çərəkə, Şəkər, Şıxbəy, Kürdşaban, Müskürlü, Cəyirli, Ləkçıplaq, Yekəxana və Ərəbcəbirlinin qaz xəttinin çəkilməsi ilə bağlı tenderdə qalib olmuş və qaz xətti çəkilişi aparılmışdır. Həmin məktəblərdə aparılan işlərə nəzarət də ona həvalə edilmişdir. O cümlədən, işlədiyi şirkət Göyçay rayonu ilə yanaşı İsmayıllı, Ağsu, Kürdəmir, Yevlax, Qəbələ və Ucar rayonlarında da məktəblərdə qaz çəkilməsi işlərini aparmış və həmin rayonlarda da aparılan işlərə rəhbərlik etmişdir. Pula ehtiyacı olduğu üçün 2020-ci ilin yanvar-fevral aylarında Göyçay rayonu, Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin qaz xətti çəkilişi zamanı artıq qalmış diametri 76 mm, uzunluğu 51 metr və diametri 51 mm, uzunluğu 89 metr olan, ümumilikdə 140 metr uzunluqda boruları oradan götürmüş və Göyçay şəhərinə idarə etdiyi “Qaz-3110” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə aparmış və Mirəli adlı şəxsin metal qəbulu məntəqəsində həmin boruları 1 metri 3 manatdan olmaqla satmışdır. Əldə etdiyi pulu isə öz borclarını ödəmək üçün istifadə etmişdir. Həmçinin, Ərəbcəbirli kənd orta məktəbində qaz çəkmək üçün istifadə olunması nəzərdə tutulan diametri 57 mm, ümumi uzunluğu 52,5 metr olan borunu və Göyçay rayonu, Yekəxana kənd məktəbinə qaz çəkilməsi üçün göndərilmiş 246 metr uzunluğunda olan boruları da Göyçay şəhəri, Natavan küçəsi, “Azpetrolun” arxasında yerləşən Mirəli adlı şəxsin metal qəbulu məntəqəsinə bir metri 3 manatdan olmaqla satmışdır. Təxminən, 2019-cu ilin dekabr ayında diametri 108 mm, uzunluğu 102 metr olan borular şirkətin İmişli rayonunda olan məntəqəsindən gətirilmiş, Ağdaş rayonuna aparılması məqsədilə ona təhvil verilmiş, həmin boruları Cəyirli kəndində tanımadığı bir nəfər şəxsin həyətinin qarşısına yığdırmışdır. Borular hər biri 6 metrlik olmaqla, 17 ədəd olmuşdur. Təxminən 2019-cu ilin dekabr ayında qaz çəkilişi zamanı şirkətdə işləyən Cəmil adlı qaynaqçı təcili pul lazım olduğunu, anası xəstə olduğunu, boruların 6 ədədini direktorun həyat yoldaşı olan Azad adlı şəxsə verəcəyini və pul götürəcəyini demişdir. Birlikdə 6 ədəd, hər biri 6 metrlik, diametri 108 mm boruları istifadəsində olan “Qaz-3110” markalı avtomobilə yığmış və Cəyirli kəndinin içərisində Azad adlı şəxsin yanına gecə saatlarında aparmışlar. Azad da qohumu olan şəxsi ora çağırmış və boruları aparıb həmin tanımadığı şəxsin qapısına düşürtmüşdür. Həmin ev sahibi 6 ədəd boruya görə Cəmilə 225 manat pul vermişdir. Cəmil həmin puldan ona heç nə verməmişdir. Sonradan boruları alan şəxsin Azadın yeznəsi və adının Müsaddiq olduğunu öyrənmişdir. Bir neçə gün sonra Cəmil ona zəng edərək yenidən pula ehtiyacı olduğu üçün 5 ədəd borunu da həmin adamın həyətinə qoyaraq ondan pul götürdüyünü bildirmiş, ilk əvvəl onunla razılaşmasa da, lakin sonradan sonuncu ilə razılaşmışdır. Belə ki, ilk əvvəl Cəmil həmin boruları satmadığını və sadəcə olaraq girov qoyub pul götürməyi və sonradan həmin pulu ödəyib boruları geri götürməyi demişdi. Həmçinin, həmin borulara görə Cəmilə verilmiş pulun müəyyən hissəsini Cəmilin maaşından tutmuşdur. Təxminən mart ayının əvvəllərində şirkətin əsas iş icraçısı X14 telefonda ona boruları anbara yığarkən əksik olduqlarını aşkar etdiyini, yoxlama üçün gələcəyini demişdir. Cəmilə boruları qaytarmalı olduğunu deyəndə isə Cəmil ona vaxt verməyini, pulu tapıb gətirəcəyini desə də onu aldatmış və pulu verməmişdir. Buna görə də, məcbur olaraq Kənan Quluyev tərəfindən ona idarə etmək üçün mülki etibarnamə əsasında verilmiş “Qaz-3110” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhərində “Təzə Bazar”la üzbəüz yerləşən lombarda girov qoymuş və 600 manat pul götürmüşdür. Həmin pulun 500 manatını Cəyirli kəndinə gedərək Cəmilin boru satdığı şəxsə verərək 11 ədəd borunu geri almış və gətirib şirkətin Ağdaş rayonunda yerləşən anbarına qoymuşdur. Belə ki, həmin avtomobil ona baş etibarnamə əsasında verilmiş və etibarnamədə həmin avtomobili satmaq, bağışlamaq, girov qoymaq və s. nəzərdə tutulmuşdur. Ağdaş rayonu ərazisində yalnız Qarağan Şıxlar kənd tam orta məktəbinin həyətyanı sahəsində yerləşən diametri 57 mm, ümumi uzunluğunu 944 metr olan dəmir boruları mənimsəyərək satmışdır. Lakin Kotanarx kənd orta məktəbin həyətinə və ya həmin ərazidə digər yerə boşaldılmış olan dəmir boruların oğurlanmasından və qanunsuz olaraq satılmasından məlumatı olmamış, həmin dəmir boruları qanunsuz olaraq satmamışdır. Ağdaş rayonu, Qarağan Şıxlar kənd ümumi orta məktəbinə ümumi uzunluğu 2362,5 metr, diametri 57 mm olan dəmir borular boşaldılmış, dəmir boruların 1418,5 metri qaz xətlərinin çəkilişi zamanı istifadə edilmiş, 944 metri qalıq material kimi qalmış, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən orta məktəbin həyətinə və həmin kənddə yerləşən yaddaşında qalmayan məktəbdən kənar əraziyə müvafiq olaraq 2 dəfə 2019-cu ilin sentyabr ayının sonunda və 16 oktyabr 2019-cu il tarixdə ümumi uzunluqları 2131,5 və 262,5 metr, diametri 57 mm olan dəmir borular boşaldılmış, həmin borulardan 2280 metr dəmir boru istifadə edilmiş, 114 metr uzunluğunda dəmir boruları isə qalıq material kimi qalmışdır. Kotanarx kənd məktəbindən kənar əraziyə boşaldılmış dəmir boruların uzunluğu 262,5 metr olmuş və 114 metr qalıq qalan material həmin hissədən olmuşdur. İşlərin daha operativ və tez görülməsi üçün həmin dəmir boruları Kotanarx kənd məktəbinin həyətyanı sahəsinə deyil, Kotanarx kəndin ərazisində qaz xətlərinin çəkildiyi əraziyə boşaldılmış, lakin həmin ərazinin konkret olaraq Kotanarx kəndinin hansı hissəsində yerləşməsi yaddaşında qalmamışdır. Ümumilikdə Ağdaş və Göyçay rayonu ərazisində qeyd edilən kənd məktəblərinin həyətyanı sahəsində yerləşən dəmir borulara, həmçinin qaz xətlərinin çəkilişində işləyən qaynaqçılara da nəzarət etmiş, daha sonra görülmüş işlər barədə Kənan Quluyevə məlumat vermişdir. Mahir və Ələsgər adlı şəxslərə dəmir boruların ona məxsus olmaması barədə heç nə deməmiş, Mahir onu iş icraçısı kimi tanıdığı üçün, həmçinin, müəyyən pul müqabilində qaz xətlərinin çəkilişi zamanı dəmir boruları quraşdırma sahələrinə özünə məxsus yük avtomobili ilə apardığı üçün onu qazlaşdırma prosesinə məsul şəxs kimi tanımışdır. Ona görə də Mahir həmin dəmir boruları hansı səbəbdən və nəyə görə satdığını soruşmamışdır. Lakin Mahir dəmir boruların daşınmasında özünə məxsus “QAZ-24” markalı yük avtomobilindən istifadə etməmiş, belə ki, dəmir boruları Ağdaş şəhəri ərazisində fəaliyyət göstərən yük avtomobilləri vasitəsi ilə aparmışdır. Belə ki, Mahirə məxsus avtomobil yüklərin daşınması üçün əlverişli olmamışdır, Mahirə sadəcə olaraq dəmir boruların daşınmasına köməklik edilməsi və boruların satışının həyata keçirilməsi üçün hər satış prosesi zamanı 20-30 manat pul vermiş, həmçinin, tanımadığı adlarını bilmədiyi yük avtomobillərinin sürücülərinə də ayrıayrılıqda 15-20 manat pul vermişdir. Qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan dəmir borular daha çox Ağdaş rayonu ərazisində kənd məktəblərinin həyətyanı sahəsinə boşaldılmış və onların saxlanmasına, istifadə olunmasına məsul şəxs olmuşdur. Həmin dəmir borular ona etibar edilmişdir. Məktəblərin gözətçiləri onu Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli bir iş icraçısı kimi tanıdıqlarından həmin boruları istənilən vaxt məktəblərdən yük avtomobilləri vasitəsilə götürərək aparmış və bununla bağlı heç kimə, heçnə deməmişdir. İşə girən zaman şirkət onunla əmək müqaviləsi bağlanmamış, onu Kənan Quluyev məktəblərə nəzarət etməkdə ona kömək etməsi üçün işə götürmüş, aylıq maaşını da hər ay Kənan Quluyev vermişdir. Həmçinin, 108 dm-də olan boruları Azad adlı şəxsə verərkən, Cəmilin bu barədə Azada məlumat verməsini bilməmişdir. Görülən işlər zamanı nəzarətində 4 qaynaqçı işləmiş, lakin sonradan həmin qaynaqçılar işdən çıxdığı üçün, aparatlar da onda qalmışdır. Belə ki, Cəmil özü şirkətə aid olmayan başqa işlərin olduğunu və ona görə də həmin aparatları ona verməyini və bu aparatlarla həmin işləri görüb, boruların pulunu geri qaytaracağını demişdir. O da həmin avadanlıqları Cəmilə vermiş, Cəmil isə sonradan həmin boruları polis şöbəsinə təhvil vermişdir. Hər bir məktəbdə nə qədər boru istifadə edilməsi ilə bağlı əvvəlcədən layihə tutulmuş və həmin layihə əsasında da borular şirkətin anbarından gətirilib məktəb direktorlarına qaimə əsasında təhvil verilmişdir. Sonradan isə, özü hər bir məktəbə nə qədər boru təhvil verilməsi ilə bağlı məktəb direktorunda olan qaiməyə baxmış və bundan sonra həmin boruları məktəb direktorlarından təhvil götürmüşdür. Həmçinin, qaz çəkilişi zamanı bəzi məktəblərə göndərilmiş boru çatmadığı üçün, özü digər obyektlərdən və şirkətin anbarından boru götürmüş, lakin həmin boruları hər hansı qaimə əsasında götürməmişdir. Göyçay rayonu, Ərəbcəbirli kənd məktəbində istifadə edilmək üçün nəzərdə tutulmuş borulardan yalnız 52,5 metrini götürmüş, qalan borunun isə kim tərəfindən götürülməsindən məlumatı olmamışdır. Belə ki, Ərəbcəbirli kənd məktəbinə göndərilmiş 229 metr, 57 mm diametrdə olan borunu məktəb direktoru təhvil almış, 63 metr borunu isə özü təhvil almış, həmin 63 metr borunu da ilk əvvəl məktəbə gətirilmiş boruların yanına, məktəbin həyətinə boşaltmışdır. Məktəbdə işə başladıqda isə 229 metr borunu məktəb direktoru ona təhvil vermişdir. Həmin məktəbdə Cəmil Abbasov usta kimi işləmişdir. Məktəbdə qaz çəkilişi yekunlaşdıqda, Cəmil orada olan bütün boruların işlənildiyini və artıq boru qalmadığını demişdir. Lakin işlər yekunlaşdıqdan sonra həmin məktəbdə nə qədər boru işlənməsini yoxlamamışdır. Belə ki, artıq qalmış 57 mm diametrdə olan borunun 52.5 metrini mənimsəyərək satmış, lakin 55.5 metrinin harda olmasından məlumatı olmamışdır. Belə ki, həmin 55.5 metr borunu satmamış, həmin borunun harada olmasından məlumatı olmamışdır. Lakin ümumilikdə həmin borulara nəzarət etmək ona tapşırılmışdır. Göyçay rayonu, Yekəxana kənd məktəbinə isə şirkət tərəfindən gpndərilmiş diametri 57 mm olan 548 metr borunu məktəb direktoru təhvil almış və həmin borular məktəbin həyətinə boşaldılmışdır. Məktəbə qaz xətti çəkilişi zamanı həmin boruları məktəb direktorundan təhvil almışdır. Sonradan isə qaz xətti çəkilişi zamanı məktəbə 315 metr də əlavə boru göndərilmiş, həmin boruları isə özü təhvil almış və məktəbin həyətinə ilk əvvəl göndərilmiş boruların yanına boşaltmışdır. Belə ki, məktəbdə qaz xətti çəkilişi zamanı 617 metr boru istifadə edilmiş, 246 metr boru isə artıq qalmışdır. Həmin artıq qalmış borunu isə mənimsəyərək satmışdır. Belə ki, hər kəs onu şirkətin səlahiyyətli işçisi kimi tanıdığı üçün həmin boruları götürərkən heç kəs boruları hara aparması barədə heç nə soruşmamışdır. Həmçinin, Göyçay rayonu, Ləkçıplaq kənd 1 nömərli tam orta məktəbin gözətçisi Qabil Cavadovu məktəbdə artıq qalmış boruları götürərkən onu görməsi ilə bağlı bildirmişdir ki, 2020-ci ilin fevral ayında axşam saatlarında həmin boruları idarə etdiyi “Qaz-3110” markalı avtomobilə yığaraq, Mirəlinin metal qəbulu məntəqəsinə satmışdır. Ola bilsin ki, həmin vaxt məktəbin gözətçisi onu orada görmüşdür. Lakin qeyd etdiyi kimi hamı onu şirkətin səlahiyyətli işçisi kimi tanıdığı üçün, həmin boruları götürərkən heç kəs boruları hara aparması barədə heçnə soruşmamışdır. Həmçinin, Göyçay rayonu Cəyirli kənd məktəbinə 51 mm diametrdə olan 310 metr boru şirkətin anbarından gətirilmiş, o cümlədən, İmişlidən 457 metr boru sonradan göndərilmişdir. Ağdaş və Zərdab rayonlarından 265 və 78 metr olan boruları isə özü Cəyirli məktəbinə gətirmişdir. Lakin İsmayıllı rayonundan 292 metr deyil, hər biri 6 metr olmaqla 29 ədəd boru gətirmişdir. Belə ki, həmin boruları “QAZ-3110” markalı avtomobilin yük yerində gətirmişdir. Həmçinin, şirkət tərəfindən Cəyirli kənd məktəbinə ilk əvvəl göndərilmiş 310 metr borudan 60 metrini Müskürlü kənd məktəbinə qaz xətti çəkilişində istifadə etmək üçün aparmış və Kənan Quluyevə bu barədə məlumat vermişdir. İsmayıllı rayonu, Qaraqaya kənd məktəbinə qaz xətti çəkilişi üçün ümumilikdə 689 metr boru göndərilmiş, həmin borunun 293 metri məktəb direktoru tərəfindən təhvil alınmış, qaz xətti çəkilişi zamanı isə, həmin boruları məktəb direktorundan sayıb təhvil almışdır. Qalan boru isə, sonradan məktəbə göndərilmiş, həmin boruları isə özü orda olarkən götürmüş, lakin həmin borular kəndin içərisində, marketin qarşısına yığılmışdır. Qaraqaya kənd məktəbində 340 metr boru qaz xətti çəkilişində istifadə edilmiş, sonradan artıq qalmış borulardan 60 metrini Kənan Quluyevin göstərişi ilə başqa məktəbə göndərmişdir. Həmin məktəbdə isə 289 metr boru artıq qalmış, həmin borulardan 29 ədəd 6 metrlik borunu Göyçay rayonu, Cəyirli kənd məktəbinə gətirmişdir. Həmin boruları işlərin daha tez görülməsi üçün, məktəbin həyətindən kənar əraziyə, qaz çəkilişi işlərinin aparıldığı əraziyə yaxın boşaltmışdır. Cəyirli kənd məktəbinə gətirilmiş boruları, o cümlədən, Qaraqaya kənd məktəbindən gətirilmiş boruları, işlərin görüldüyü yerə yaxın olması üçün kəndin içərisində, bir nəfər tanımadığı kənd sakininin həyətyanı sahəsinin divarının qarşısına, küçəyə tərəf olan hissəyə boşaltmışdır. Lakin Cəyirli kənd məktəbində artıq qalmış 51 mm diametrdə olan, 161 metr boruların da kim tərəfindən götürülməsindən məlumatı olmamışdır. Belə ki, Göyçay rayonunda işlər Ağdaş, İsmayıllı və Ağsu rayonlarından sonra görülmüşdür. Girov kimi lombardda qoyulmuş Kənan Quluyev tərəfindən mülki etibarnamə əsasında ona verilmiş “Qaz-3110” markalı avtomobili, Kənan Quluyev özü ödəyərək geri götürmüşdür. Göyçay rayonu, Ərəbcəbirli və Ləkçıplaq kənd orta məktəblərindən götürdüyü boruları hər birini ayrı-ayrılıqda Mirəlinin metal qəbulu məntəqəsinə satmış, Yekəxana kənd məktəbindən götürdüyü 246 metr borunu isə 2 dəfə olmaqla, Mirəlinin metal qəbulunu məntəqəsinə satmışdır. Lakin konkret olaraq hər dəfəsində neçə metr boru gətirməyi yadında qalmamışdır. Belə ki, 1 dəfə həmin borunu Mirəlinin özünə satmış, lakin 2-ci dəfə boru gətirərkən metal qəbulu məntəqəsinin qarşısında bir nəfər ona yaxınlaşaraq Mirəlinin iş yerində olmadığını və özünün Mirəlinin yanında işlədiyini demiş, həmin boruları da 1 metrini 3 manatdan həmin şəxsə satmışdır. Lakin sonradan həmin şəxsin Mirəlinin yanında işləmədiyini öyrənmişdir. Belə ki, həmin şəxsi tanımamış, onun adının nə olmasını və harada yaşamasını bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün təqsirli bilsə də son sözündə boruların ona təhvil verilməməsini, boruların Zərərçəkmiş şəxs MMC-nin balansında olmasının sübuta yetirilməməsini, onunla əmək müqaviləsi bağlanmamasını, onun maddi-məsul şəxs hesab olunmamasını, habelə müdafiəçilərinin çıxışlarını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X23 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs MMC-də qaynaqçı kimi işləməyə başlamış, lakin 2020-ci ilin yanvar ayında işdən çıxarılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs MMC-də bəzi rayonlar üzrə Təqsirləndirilən şəxs1 onun işinə nəzarət etmişdir. Vüqarla birlikdə Zərərçəkmiş şəxs MMC-də təxminən 2020-ci ilin yanvar ayına kimi rəsmi qaydada işləmişdir. 2020-ci ilin yanvar ayında işdən çıxarılsa da Vüqar onun yanında qaynaqçı kimi işləməyini, pulunu özü verəcəyini demişdir. Təxminən 10 gün Vüqarla Ağsu rayonu ərazisində olan məktəblərə qaz xətti çəkilməsində işləmişdir.Zərərçəkmiş şəxs MMC şirkəti tərəfindən Göyçay rayonu ərazisində cəmi iki məktəbdə-Cəyirli və Ərəbcəbirli kənd orta məktəblərində qaz xətti çəkilməsində qaynaqçı kimi işləmişdir. Cəyirli kənd orta məktəbinə qaz xətti 2019-cu ilin dekabr ayında, bələdiyyə seçkiləri ərəfəsində çəkilmişdir. Təxminən 1 həftə-10 gün arası həmin məktəbə qaz xətti çəkilişi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 isə boruların bölüşdürülməsi, daşınması, gətirilməsi ilə məşğul olmuş, iş içrası kimi onlara nəzarət etmişdir. 2019-cu ilin dekabr ayının ortalarında, dəqiq gününü xatırlamadığı vaxtda, bələdiyyə seçkilərindən 4-5 gün əvvəlki tarixdə Təqsirləndirilən şəxs1 təcili 300 manat məbləğində pula ehtiyacının olduğunu, anası X1 xərçəng xəstəliyi ilə bağlı müalicə olunmaq üçün Bakı şəhərinə getməli olduğunu demişdir. Vüqar özündə pul olmadığını, şirkət tərəfindən Cəyirli kəndində istifadə etmək üçün deyil, anbara göndərilməsi üçün ona təhvil verilmiş diametri 108 mm, hər birinin uzunluğu 6 metr olan 17 ədəd boruları kiməsə verib pul ala biləcəyini demişdir. Belə ki, Cəyirli kəndində kənd məktəbinin direktorunun həyat yoldaşı X11 tanıdığı üçün boruları Azada verib pul götürə biləcəyini fikirləşmişlər. Vüqar 400 manat məbləğində boru verib pul götürə biləcəklərini demişdir. Bundan sonra, Azad Şirinova zəng etmiş, Vüqarın dediklərini ona telefonda başa salmış, təcili pul lazım olduğunu, kömək etməsini xahiş etmişdir. Həmin gün Vüqarla birlikdə Vüqarın idarə etdiyi “Qaz-3110” markalı avtomobilin banında, yük yerində 6 ədəd diametri 108 mm, hər birinin uzunluğu 6 metr olan boruları yığaraq Cəyirli kəndinin girişinə, su artezianının yanına getmiş, Azadla orada görüşmüş və Azad isə onları sonradan adının X4 olmasını öyrəndiyi şəxsin evinə aparmışdır. Həmin şəxslə Azad küçədə söhbət etmiş, Vüqarın dediyini ona başa salmışdır. Belə ki, boruları verib əvəzinə pul alacaqlarını, sonradan isə 1 ay ərzində pulu verib, boruları geri qaytaracaqlarını demişlər. Həmin tanımadığı şəxs də onunla razılaşmış və 6 ədəd boruya görə 225 manat ona pul vermişdir. Vüqar da həmin vaxt yanında olmuşdur. 2 gün sonra Vüqara zəng etmiş, əlavə olaraq 108 diametrli həmin borulardan 5 ədədini də Azad Şirinovun tapdığı həmin şəxsə-Müsaddiq Beydullayevə verəcəyini demişdir. Vüqara pulu çatmadığı üçün buna ehtiyacının olduğunu, sonradan boruları geri qaytaracağını bildirmişdir. Vüqar həmin vaxt İsmayıllı rayonunda olmuş, əvvəlcə ona razılıq verməsə də sonradan razılaşmışdır. Sonradan yoldan keçən tanımadığı bir avtomobil sürücüsündən boruları Azad Şirinovun tapdığı həmin şəxsin- Müsaddiq Beydullayevin həyətinə aparmaqda köməklik etməyini xahiş etmiş və 5 ədəd hər birinin diametri 108 mm, uzunluğu 6 metr olan boruları həmin şəxsin həyətinə aparmışdır. Həmin vaxt 5 ədəd borunu da Müsaddiq Beydullayevin həyətinə boşaldıb, ondan 210 manat pul almışdır. Həmin pulun 350 manatını müalicə olunması üçün anasına vermiş, qalanını isə özü üçün istifadə etmişdir. Belə ki, Vüqara borulara görə aldığı 435 manat pulu onun zəhmət haqqından tutub, boruları geri götürməsini demiş, Vüqar isə onun əmək haqqından müəyyən miqdarda pul tutmuş, 112 manat pul qalmışdır. 2020-ci ilin fevral ayında Vüqar ona zəng edərək boruları şirkətin anbarına qaytarmalı olduğunu, pul tapa bilmədiyini demişdir. Bu zaman Vüqara boruların bir hissəsinin pulunu zəhmət haqqından tutduğunu, üstünü də düzəldib gedib verdiyi şəxsdən boruları almasını demişdir. Sonradan isə Vüqarın həmin pulu ödəyərək boruları alıb şirkətin anbarına verdiyini eşitmişdir. Həmin boruların şirkətə məxsus olması barədə Azad və Müsaddiqə heç bir şey deməmiş, Vüqarın deyib-deməməsindən isə məlumatı olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs1la birlikdə Azad Şirinova və onun qayını olan Müsaddiq Beydullayevə sonradan boruların pulunu verib geri alacaqlarını demişlər. Belə ki, həmin boruların pulunun bir hissəsini Vüqar onun əmək haqqından tutmuş, lakin maddi imkanı olmadığı üçün həmin boruların pulunu tam olaraq verə bilməmişdir. Həmçinin, qaynaqçı kimi işlədiyi Göyçay rayonu, Ərəbcəbirli kənd məktəbində əskik gələn 55.5 metr borunun kim tərəfindən götürülməsindən məlumatı olmamışdır. Belə ki, həmin məktəbdə işlər yekunlaşdıqdan sonra orada artıq boru qalmamış və bu barədə Vüqara məlumat vermiş, işlərin yekunlaşdığını demişdir. Həmçinin, Cəyirli kənd məktəbində əskik gələn 51 mm diametrdə olan boruların kim tərəfindən götürülməsindən məlumatı olmamışdır. İsmayıllı rayonu, Qaraqaya kənd məktəbində də qaynaqçı kimi işləmiş, həmin məktəbə nə qədər boru gətirilməsindən məlumatı olmamışdır. Belə ki, həmin məktəbdə artıq boru qalmış, artıq boru kəndin içərisində yerləşən mağazanın qarşısında yığılmışdır. Mağazanın qarşısında olan borunun hamısını Vüqarla birlikdə iki yerə bölərək Vüqarın idarə etdiyi “Qaz-3110” markalı avtomobilin baqajına və yük yerinə yığıb Göyçay rayonu, Cəyirli kənd məktəbinə gətirmişlər. Belə ki, Qaraqaya kənd məktəbində məktəbin həyətinə yığılmış borulardan istifadə etmiş, mağazanın qarşısında yığılmış borulardan isə çox az miqdarda istifadə edilmişdir. Cəyirli kənd məktəbinə gətirilmiş boruların bir qismini Cəyirli kəndinə yığılmış 108 mm diametrdə olan boruların yanına, bir qismini isə qaz xətti çəkdikləri yerə boşaltmışlar, sonradan isə, 108 mm diametrdə olan boruları hissə-hissə yığaraq qaz xətti çəkdikləri yerə aparmışlar. Belə ki, həmin məktəbdə də qaz xətti çəkilişində artıq boru qalmışdır. Məktəbin arxasında da müəyyən hissə boru kəsilib kəndin içərisində adını bilmədiyi kənd sakininin bağ sahəsinə keçid qoymaq üçün istifadə etmişlər. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş zərərin 25 faizini dövlət büdcəsinə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində cinayət təqibinə xitam verilməsini və onun məsuliyyətdən azad edilməsini xahiş etdi. Həmçinin, təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə zərərin, metal boruların qaytarılması yolu ilə zərərçəkmiş şəxsə ödənildiyi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, özünü təqsirli bildiyini, 759 manat zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini, ona görə də CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmiş və bu barədə ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də iş icraçısı vəzifəsində işləyir. İşlədiyi MMC Bakı şəhərində yerləşir və təmir-tikinti işləri görülməsi ilə məşğul olur. 23 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC və Təhsil Nazirliyi arasında 180-B/19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 2019-cu ilin senytyabr ayından 2020-ci ilin mart ayının əvvəllərinədək podratçı şirkət olaraq Zərərçəkmiş şəxs MMC Ağdaş rayonu ərazisində Yuxarı Nemətabad, Kotanarx, Cardam, Qarağan-Şıxlar, Qaradağlı, Kükəl və digər kəndlərdə, həmçinin, Ağdaş şəhərində yerləşən 3 və 5 nömrəli orta məktəblərində qaz xətlərinin çəkilməsi işlərini həyata keçirmişdir. Qazlaşdırma işləri görülən zaman qeyd edilən orta məktəblərə qaz xətlərini çəkmək üçün nəzərdə tutulmuş müxtəlif diametr və ölçülərdə olan dəmir boruları həmin məktəblərin həyətinə boşaldılmışdır. Həmin boruların bir hissəsi diametri 32 mm, 40 mm və 57 mm olan dəmir borular olmuşdur. Həmin məktəblərdə qazlaşdırma işlərinə nəzarəti Göyçay rayonu Mallı-Şıxlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 etmişdir. Həmin vaxtlarda ümumilikdə bütün rayonlarda aparılan qazlaşdırma işlərinə nəzarət etmiş, təxminən aprel ayının ortalarında Ağdaş rayonu üzrə görülən işlərin yekunlaşması ilə bağlı material hesabatı aparan zaman Ağdaş rayonu Qarağan Şıxlar və Kotanarx kənd məktəblərində dəmir boruların çatışmazlığını müəyyən etmişdir. Belə ki, Kotanarx kənd orta məktəbində diametri 57 mm, uzunluğu 114 metr, Qarağan Şıxlar kənd orta məktəbində diametri 57 mm, uzunluğu 944 metr dəmir borular qazlaşdırma işlərindən sonra artıq material kimi qalmasına baxmayaraq faktiki olaraq həmin borular qeyd edilən məktəblərin ərazisində aşkar edilməmiş və Ağdaş şəhərində yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarına təhvil verilməmişdir. Bundan sonra həmin dəmir boruların harada olduğunu iş icraçısı Təqsirləndirilən şəxs1 soruşduqda Təqsirləndirilən şəxs1 həmin boruların harada olması barədə məlumatının olmadığını bildirmişdir. Lakin həmin dəmir boruların konkret olaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması faktını yoxlamaq üçün qeyd edilən məktəblərdə təftiş aparmış və müəyyən etmişdir ki, həmin borular Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüşdür. Belə ki, qeyd edilən məktəblərin mühafizəçiləri həmin boruların yalnız qazlaşdırma işləri gedərkən və sonradan Təqsirləndirilən şəxs1 tərəfindən götürüldüyünü bildirmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs1 iş icraçısı kimi tanıdıqları üçün bu barədə ondan heç nə soruşmamışlar. Təqsirləndirilən şəxs1 isə onlara həmin boruların növbəti orta məktəblərin qazlaşdırma işlərində istifadə olunacağını bildirmişdir. Bundan sonra, Vüqara həmin boruların onun tərəfindən götürüldüyünü demiş, Vüqar isə həmin boruları öz şəxsi məqsədləri və borcları olduğu üçün məktəblərin həyətyanı sahələrindən götürərək Ağdaş şəhəri ərazisində yerləşən tanımadığı metal qəbulu məntəqəsinə satdığını demişdir. Daha sonra Zərərçəkmiş şəxs MMC-nin direktoru Ağabala Şıxıyevlə əlaqə saxlamış, 2020-ci ilin aprel ayının sonlarında isə direktor Ağabala Hüseynov da Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə müraciət ünvanlamışdır. Qeyd edilən borular Ağdaş şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dən alınmış, həmin 57 mm diametrdə olan boruların bir metri 7 manat olmuş və şirkətə ümumilikdə 7406 manat ziyan dəymişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Qarağan Şıxlar kənd tam orta məktəbindən götürdüyü ümumi uzunluğu 944 metr, diametri 57 mm dəmir boruları Ağdaş şəhərində fəaliyyət göstərən Ələsgər adlı şəxsin metal qəbulu məntəqəsinə satdığını, lakin Kotanarx kənd orta məktəbinin həyətyanı sahəsinə yığılmış və sonradan artıq material kimi qalan diametri 57 mm, uzunluğu 114 metr olan dəmir boruları isə satmadığını və onların harada olduğunu bilmədiyini qeyd etmişdir. Halbuki, qeyd edilən məktəblərin həyətyanı sahəsinə yığılmış dəmir borulara nəzarət edən şəxs yalnız Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 2019-cu ilin təxminən sentyabr ayından işləməyə başlamış və aylıq əmək haqqısı faktiki gördüyü işə görə ***-**** manat arası olmuşdur. Həmin pulları öz maaşından aylıq gördüyü işə görə Təqsirləndirilən şəxs1 ödəmişdir. Təqsirləndirilən şəxs1 onun işçisi olmuş, ona görə də, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 işlərinin çoxluğu ilə əlaqədar tərəfindən qarşılıqlı şifahi razılaşma ilə təyin edilmiş köməkçi kimi iş icraçısı olmuş, qeyd edilən dəmir boruları rəsmi təhvil-təslim aktları deyil, tərəfindən şifahi şəkildə Təqsirləndirilən şəxs1 təhvil verilmiş, onun vəzifə təlimatı və tam maddi məsuliyyət barədə müqaviləsi olmamışdır. Lakin qeyd edilən dəmir boruları Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Həmçinin, dəmir boruların Ağdaş şəhəri "xxxx" MMC-dən alınması ilə bağlı olan 03 ədəd yol qaiməsini Zərərçəkmiş şəxs MMC arasında olan tam maddi məsuliyyət müqaviləsini, "xxxx" MMC-nin direktoru X19 ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru X15 ararsında bağlanmış 57 diametrilik dəmir boruların topdan alınması ilə bağlı razılaşdırma protokolunu, Zərərçəkmiş şəxs MMC tərəfindən təsdiq edilmiş 01 yanvar 2018-ci il tarixli “briqadirin tarix-ixtisas xüsusiyyəti” barədə təlimatı, tikinti materialların "xxxx" MMC-dən alınması barədə bank ödənişlərini, Zərərçəkmiş şəxs MMC-nin dövlət qeydiyyatına alınması barədə şəhadətnaməni, Təhsil Nazirliyi ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış müqaviləni, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək Zərərçəkmiş şəxs MMC-dən aldığı əmək haqqının cədvəlini, Zərərçəkmiş şəxs MMC-yə aid nizamnamənin təsdiq olunmuş surətini araşdırmaya təqdim etmişdir. Ağdaş rayonu, Qarağan Şıxlar kənd ümumi orta məktəbinə ümumi uzunluğu 2362,5 metr, diametri 57 mm olan dəmir borular boşaldılmış, dəmir boruların 1418,5 metri qaz xətlərinin çəkilişi zamanı istifadə edilmiş, 944 metri qalıq material kimi qalmış, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən orta məktəbin həyətinə 2 dəfə 2019-cu ilin sentyabr ayının sonunda və 16 oktyabr 2019-cu il tarixdə ümumi uzunluqları 2131,5 və 262,5 metr, diametri 57 mm olan dəmir borular boşaldılmış, həmin borulardan 2280 metr dəmir boru istifadə edilmiş, 114 metr uzunluğunda dəmir borular isə qalıq material kimi qalmışdır. Qeyd edilən 57 mm-lik dəmir borular topdan, yəni Zərərçəkmiş şəxs MMC tərəfindən ton vahidi ilə "xxxx" MMC dən alınmış, 57 mm-lik dəmir borular hər bir məktəb üçün ayrı-ayrılıqda yol qaimələri (vərəqələri) ilə məktəblərə boşaldılmış, 1 ədəd dəmir borunun uzunluğu isə 10 metr 50 sm olmuşdur. Bundan başqa, 2019-cu ilin sentyabr ayından, Göyçay rayonunun 9 kənd məktəbinin-Çərəkə, Şəkər, Şıxbəy, Kürdşaban, Müskürlü, Cəyirli, Ləkçıplaq, Yekəxana və Ərəbcəbirlinin qaz xəttinin çəkilməsi ilə bağlı tenderdə işlədiyi şirkət qalib olmuş və qaz xətti çəkilişi aparılmışdır. Karantin rejimi ilə əlaqədar işlər dayandığı üçün, obyektlərdə artıq qalmış boruların anbarlara qaytarılmasına göstəriş vermiş, bu zaman Göyçay rayonunda olan məktəblərdə yoxlanış aparıldıqda, Cəyirli, Ləkçıplaq, Ərəbcəbirli və Yekəxana kəndlərində də boruların əskik olduğunu müəyyən etmişdir. Belə ki, Cəyirli kənd məktəbində diametri 108 mm, uzunluğu 66 metr olan və diametri 51 mm olan, uzunluğu 161 metr borular Təqsirləndirilən şəxs1 tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin boruları tələb edən zaman Cəyirli kənd məktəbinə ayrılmış ümumi uzunluğu 102 metr olan borunun 66 metr hissəsini qaynaqçı Cəmil adlı şəxsin köməkliyi ilə Cəyirli kənd sakini, adını bilmədiyi iki nəfər şəxsə satmasını demişdir. Həmin o iki nəfər şəxsdən biri Cəyirli kənd orta məktəbin direktorunun həyat yoldaşı olmuşdur. Vüqarla birlikdə 22 aprel 2020-ci il tarixdə həmin şəxslərin evinə gedib söhbətləşəndən sonra Təqsirləndirilən şəxs1 Cəmil adlı qaynaqçı ilə 66 metr uzunluqda Cəyirli kənd məktəbinə ayrılan borunu həmin şəxslərə satdığını, sonradan Vüqarın sonuncuya mülki etibarnamə əsasında istifadəyə verdiyi “Qaz-3110” markalı avtomobili girov qoyaraq pul götürdüyü və həmin borunu satdığı şəxsdən pul verib alaraq gətirib şirkətin anbarına qaytardığı müəyyən olunmuşdur. Həmçinin, Ləkçıplap kənd orta məktəbində diametri 51 mm, uzunluğu 89 metr və diametri 76 mm, uzunluğu 51 metr, o cümlədən, Ərəbcəbirli kənd məktəbində diametri 57 mm, uzunluğu 108 metr və Yekəxana kənd məktəbində diametri 57 mm, uzunluğu 246 metr olan boruların əskik gəldiyini görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 Ərəbcəbirli, Yekəxana və Ləkçıplaq kənd məktəblərində əskik gələn boruları özünün metal qəbulu məntəqəsinə satdığını etiraf etmişdir. Ərəbəcəbirli kənd məktəbinə qaz xəttinin çəkilməsi zamanı diametri 57 mm olan, ümumi uzunluğu 292 metr boru təhvil verilmişdir. Həmin borudan 184 metr qaz xəttinin çəkilməsi üçün işlənmiş, lakin, Təqsirləndirilən şəxs1 həmin məktəbdə qaz xətti çəkilməsi üçün 280 metr boru işlətdiyini və 12 metr borunun artıq qaldığını bildirmişdir. Lakin həmin məktəbə baxış keçirərkən orada 184 metr boru işləndiyini və 108 metr borunun artıq qaldığını aşkara çıxarmışdır. Cəyirli kənd məktəbində isə diametri 51mm, uzunluğu 310 metr olan boru şirkətin anbarından verilmişdir. Sonradan isə həmin borudan 457 metr İmişli rayonunda olan obyektlərdən, 78 metr Zərdabda olan obyektlərdən, 265 metr isə Ağdaş rayonundan, 289 metr isə İsmayıllı rayonundan gətirilmişdir. Belə ki, Cəyirli məktəbinə diametri 51 mm olan, ümumilikdə 1399 metr boru gətirilmişdir. Həmin borulardan 1178 metri məktəbdə qaz çəkilişində işlənmiş, qalan 221 metr borudan 60 metri isə Müskürlü kənd məktəbinə qaz xətti çəkilişi üçün göndərilmiş, artıq qalan 161 metr boru isə şirkətin anbarına təhvil verilməmişdir. Həmçinin, İsmayıllı rayonu, Qaraqaya kənd məktəbinə 51 mm diametr olan, ümumilikdə 689 metr boru göndərilmiş, həmin borudan 340 metri qaz xətti çəkilişində istifadə edilmiş, yerdə qalan 349 metrdən 60 metri isə onun göstərişi ilə başqa məktəbə göndərilmiş, 289 metr boru isə artıq qalmışdır. Təqsirləndirilən şəxs1 isə artıq qalmış bütün borunu Cəyirli kənd məktəbinə qaz xətti çəkilişi üçün aparacağını bildirmişdir. Həmin məktəblərə borular şirkətin Ağdaş və Bakıda yerləşən anbarlarından gətirilmiş və həmin məktəblərin direktorları və ya məsul şəxslərdən birinə qaimə əsasında təhvil verilmişdir. Əlavə olaraq bildirdi ki, Müsaddiq Vüqarın və Azadın yanında pul verib boruları aldığını bildirmişdir. Vüqar onun icazəsi olmadan işlə təmin etmişdir. Metal boruların qiyməti ”Şirvan-İnşaat” MMC ilə razılaşdırılmış və cəmiyyətin balansına verilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi K.Quluyev məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, istintaq zamanı təqsirləndirilən şəxs X44 rayonu Cəyirli kəndində diametri 108 mm, uzunluğu 66 metr, dəyəri 759 manat olan borunu Zərərçəkmiş şəxs MMC-nin anbarına təhvil verildiyinə görə onun C.Abbasov haqqında heç bir iddiası və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayınadək Ağdaş şəhəri ərazisində özünə məxsus “QAZ- 2404” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə fərdi qaydada yüklərin daşınması ilə məşğul olmuş, 2020-ci ilin mart ayının əvvəllərində qeyd edilən avtomobili satmışdır. Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini Təqsirləndirilən şəxs1 tanımışdır. Belə ki, 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında yaşadığı Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən orta məktəbə qaz xətlərinin çəkilməsi ilə əlaqədar olaraq orada olan və özünü iş icraçısı kimi təqdim edən Təqsirləndirilən şəxs1 qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan dəmir boruları qazın mənbəyinə, yəni birləşmə nöqtəsindən başlayaraq hissə-hissə paylamağı təklif etmiş və bunun müqabilində hər yük daşınma sayına görə ona 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşaraq Qaradağlı kənd məktəbinin həyətyanı sahəsinə yığılmış dəmir boruları gündəlik olaraq qaz xətlərinin keçəcəyi yerlərə paylamış, bununla qaz xətlərini çəkən qaynaqçıları mütəmadi olaraq dəmir borularla təmin etmişdir. Qaradağlı kənd orta məktəbinə qaz xətləri çəkilib qurtardıqdan bir müddət sonra təxminən 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edərək Qarağan Şıxlar kənd tam orta məktəbinə qaz xətlərinin çəkilməsi ilə bağlı dəmir boruların qaynaqçılara çatdırılması işini bir daha ona təklif etmiş, Təqsirləndirilən şəxs1 bu təklifi ilə yenidən razılaşaraq hər yük daşıma sayına görə 10 manat pulun verilməsi müqabilində dəmir boruları Qarağan Şıxlar kənd orta məktəbinin həyətyanı sahəsindən götürərək qaynaqçılara daşımağa başlamışdır. 2019-cu ilin sonlarında Qarağan Şıxlar kənd tam orta məktəbində qazlaşdırma prosesi başa çatmışdır. 2020-ci ilin təxminən yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edərək Qarağan Şıxlar kəndində dəmir boruların artıq qaldığını, onları satılmalı olduğunu bildirib bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 iş icraçısı və qazlaşdırma prosesinə nəzarət edən şəxs kimi tanıdığı üçün onun bu təklifi ilə razılaşıb ona kömək edəcəyini, dəmir boruları Ağdaş şəhəri ərazisində fəaliyyət göstərən Ələsgər adlı şəxsə məxsus dəmir qəbulu məntəqəsinə verəcəyini bildirmişdir. Bundan sonra 2020ci ilin yanvar ayının əvvəllərindən sonunadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumlikdə 4-5 dəfə Ağdaş şəhəri ərazisində fəaliyyət göstərən adlarını bilmədikləri yük avtomobillərinin sürücüləri ilə Ağdaş rayonu, Qarağan Şıxlar kənd tam orta məktəbinə gələrək bəzi hallarda Təqsirləndirilən şəxs1 iştirakı, bəzi hallarda isə mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 göstərişi ilə diametri 57 mm, 1 ədədinin uzunluğu 10 metr 50 sm olan dəmir boruları avtomobilə yükləyib oradan çıxardıqdan sonra Ağdaş şəhəri ərazisində metal materialların alqı-satqısı ilə məşğul olan Ələsgər adlı şəxsə dəmir boruların 1 metrinə görə 3 manat pul verilməsi müqabilində satmışdır. Lakin dəmir boruların konkret olaraq ümumi uzunluqları yaddaşında qalmamışdır. Dəmir boruların satılması prosesi yanvar ayı ərzində 4-5 dəfə olmuş, hər daşıma zamanı yük avtomobilinə təxminən 10-15 ədəd dəmir boru yüklənmişdir. Bunun müqabilində isə yük avtomobilinin sürücülərinə 15-20 manat pul verilmişdir. Dəmir boruların satışını özü həyata keçirmişdir. Belə ki, Əlsəgər adlı şəxsdən dəmir boruların satışına görə pulları aldıqdan sonra Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə bunun müqabilində hər dəfəsində 20-30 manat pul vermişdir. Dəmir boruları yük avtomobilinə Təqsirləndirilən şəxs1la birlikdə yükləmiş, Təqsirləndirilən şəxs1 olmadıqda isə adı yaddaşında qalmayan Qarağan Şıxlar kənd sakininə 5-10 manat pul verərək onun köməkliyindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi pulların ümumi miqdarı yaddaşında qalmamışdır. Lakin hər dəfə dəmir boruların satışına görə təxminən 300, 350, 400, 450 manat məbləğlərində pul vermişdir. Lakin həmin dəmir boruların Təqsirləndirilən şəxs1 məxsus olmadığını bilməmiş, Təqsirləndirilən şəxs1 iş icraçısı kimi tanıdığı üçün həmin dəmir boruları qanuni əsaslarla satmaq istədiyini və ya bundan məsul şəxslərin məlumatlı olduqlarını fikirləşmişdir. Həmçinin, dəmir boruların hansı səbəbdən satmaq istədiyini Təqsirləndirilən şəxs1 ümumiyyətlə soruşmamışdır. Müəyyən pul müqabilində sadəcə olaraq Təqsirləndirilən şəxs1 köməklik etmiş, həmçinin, həmin dəmir boruların üzəri müəyyən qədər korroziyaya (paslandığından) uğradığından həmin boruların artıq istifadəyə yararsız olduğunu düşünmüşdür. Həmçinin, tanışı Ələsgər adlı şəxs də həmin dəmir boruların Təqsirləndirilən şəxs1 məxsus olmadığını, dəmir boruların qanunsuz olaraq satıldığını bilməmişdir. Təqsirləndirilən şəxs1la Ələsgər adlı şəxsin ümumiyyətlə ünsiyyəti olmamışdır. Ələsgər adlı şəxsi özü tanımışdır. Həmin boruların satış prosesini özü həyata keçirmişdir. Qarağan Şıxlar kənd tam orta məktəbinin həyətyanı sahəsinə yığılmış dəmir boruları Təqsirləndirilən şəxs1 göstərişi və istəyi ilə yük avtomobillərinə yükləyib Ələsgər adlı Ağdaş şəhər sakininə satmışdır, digər kənd məktəblərində dəmir boruların satılmasından və ya oğurlanmasından heç bir məlumatı olmamışdır. 2020-ci ilin yanvar ayında müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1 birbaşa iştirakı və ya mobil telefon vasitəsi ilə göstərişi ilə 4-5 dəfə, yəni ayrı-ayrı vaxtlarda hissəhissə Qarağan Şıxlar kənd tam orta məktəbin həyətyanı sahəsindən diametri 57 mm 1 ədədinin uzunluğu 10 metr 50 sm olan qaz xətlərinin çəkilişi üçün nəzərdə tutulmuş dəmir boruları yük avtomobillərinə yüklədikdən sonra Ağdaş şəhəri ərazisində metal materialların qəbulu, alqı-satqısı ilə məşğul olan Ələsgər adlı şəxsə 1 metr dəmir boruya görə 3 manat pulun verilməsi müqabilində satmışdır. Təqsirləndirilən şəxs1 sadəcə əvvəllər məşğul olduğu fərdi fəaliyyətlə əlaqədar müştəri kimi tanımış, sonuncuya müəyyən pul müqabilində yüklərin daşınması və digər xidmətlər göstərmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz əməllərindən qəti şəkildə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 isə həmin dəmir boruları qanunsuz şəkildə satdığı barədə ona heç nə deməmişdir. Vüqarı iş icraçısı kimi tanıdığı üçün isə ondan bu barədə heç nə soruşmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Mahir Əliyevin ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid2 Ağdaş rayonu Qarağan Şıxlar kənd ümumi orta məktəbinin gözətçisi vəzifəsində işləyir. 2019-cu ilin təxminən dekabr ayında Ağdaş rayonu, Qarağan Şıxlar kənd ümumi orta məktəbinə qaz xətti çəkilmişdir. Qaz xəttini çəkən podratçı şirkəti tanımasa da həmin vaxtlarda qazlaşdırma prosesinə nəzarət edən şəxs kimi Təqsirləndirilən şəxs1 tanımışdır. Qazlaşdırma prosesində iş icraçısı kimi həmin vaxtı Təqsirləndirilən şəxs1 mütəmadi olaraq podratçı şirkət yəni qazlaşdırmaya məsul şirkət tərəfindən Qarağan Şıxlar kənd ümumi orta məktəbinin həyətyanı sahəsinə boşaldılmış dəmir boruları mütəmadi olaraq qaz xəttinin çəkildiyi ərazilərə daşınmasına nəzarət etmiş və işçiləri digər təmir-tikinti materialları ilə təmin etmişdir. 2019-cu ilin dekabr ayında Qarağan Şıxlar kənd ümumi orta məktəbinə qaz xətti çəkildikdən sonra məktəbin həyətyanı sahəsində təxminən 87-90 ədəd artıq material kimi diametri 57 mm, 1 ədədinin uzunluğu 10 metr 50 sm olan dəmir borular qalmışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 adını bilmədiyi və tanımadığı bir şəxslə “QAZ-24” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə bir neçə dəfə Qarağan Şıxlar kənd ümumi orta məktəbinə gələrək həmin dəmir boruları məktəbin həyətindən qeyd edilən avtomobilə yükləyərək oradan aparmışlar. Təqsirləndirilən şəxs1 məsul şəxs kimi tanıdığı üçün həmin vaxt bu barədə ondan heçnə soruşmadır. Lakin, Təqsirləndirilən şəxs1 həmin vaxt dəmir boruları digər kənd məktəblərinə çəkilən qaz xətlərinə istifadə edilməsi üçün apardığını bildirmişdir. Ümumiyyətlə dəmir borular məktəbin həyətyanı sahəsindən Təqsirləndirilən şəxs1 tərəfindən götürülən zaman bu prosesdə iştirak etmiş, həyat yoldaşı Təhminə qadın olduğu üçün ona gözətçi işində kömək etmişdir. Qarağan Şıxlar kənd tam orta məktəbinin həyətinə dəmir borular 2019-cu ilin təxminən noyabr ayının sonlarında boşaldılmış, lakin bu barədə Qarağan Şıxlar kənd ümumi orta məktəbinin direktoruna və ya həyat yoldaşı Şahid2 heç bir rəsmi sənəd təqdim edilməmişdir. Lakin, həmin dəmir boruları qazlaşdırma prosesi zamanı mütəmadi olaraq saydığı üçün 87-90 ədəd dəmir borunun artıq material kimi qaldığı dəqiq yaddaşında qalmış, 1 ədəd dəmir borunun uzunluğu 10 metr 50 sm olmuşdur. Qarağan Şıxlar kənd ümumi orta məktəbində 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında qazlaşdırma işləri gedərkən və sonradan Təqsirləndirilən şəxs1 başqa iş icraçısı kimi hər hansı bir digər şəxsi görməmiş, Təqsirləndirilən şəxs1 qazlaşdırma işlərinə nəzarət edən məsul iş icraçısı kimi tanımışdır. 2020-ci ilin aprel ayında özünü Kənan Quliyev kimi təqdim edən şəxs Ağdaş rayonu, Qarağan Şıxlar kənd ümumi orta məktəbinə gələrək ümumi uzunluqları 944 metr diametri 57 mm olan dəmir boruların əskik gəldiyini bildirmiş, sonuncuya həmin dəmir boruların istifadəsinə və daşınmasına məsul şəxs kimi Təqsirləndirilən şəxs1 tanıdığını, ondan başqa hər hansı bir kənar şəxsin məktəbin həyətindən dəmir boruları aparmadığını demişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 1997-ci ildən bu günədək Ağdaş rayonu Kotanarx kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir. 27 sentyabr 2019-cu il tarixdə Ağdaş rayonu, Kotanarx kənd tam orta məktəbinə qaz xətti çəkilişinə başlanılmış, 19 oktyabr 2019-cu il tarixdə qazlaşdırma işləri yekunlaşmışdır. Qeyd edilən qaz xəttini çəkən podratçı şirkəti tanımasa da həmin vaxtlarda qazlaşdırma prosesinə nəzarət edən şəxs kimi Təqsirləndirilən şəxs1 tanımışdır. Qazlaşdırma prosesində iş icraçısı kimi həmin vaxt Təqsirləndirilən şəxs1 mütəmadi olaraq podratçı şirkət yəni qazlaşdırmaya məsul şirkət tərəfindən 27 sentyabr 2019-cu il tarixdə Kotanarx kənd tam orta məktəbin həyətyanı sahəsinə yük avtomobili vasitəsi ilə boşaldılmış ümumilikdə sayı 203 ədəd diametri 57 mm olan dəmir boruları mütəmadi olaraq qaz xəttinin çəkildiyi ərazilərə daşınmasına nəzarət etmiş və işçiləri digər təmir-tikinti materialları ilə təmin etmişdir. Həmçinin, təxminən 16 oktyabr 2019-cu il tarixdə əlavə olaraq Kotanarx kəndində qaz xətlərinin çəkildiyi əraziyə 262,5 metr uzunluğunda diametri 57 mm olan dəmir borular boşaldılmışdır. Qaz xətləri Kotanarx kənd tam orta məktəbinə çəkildikdən sonra məktəbin həyətyanı sahəsinə boşaldılmış dəmir boruların da artıq qalanı olmamışdır. Dəmir boruların 1 ədədinin uzunluğu 10 metr 50 sm olmuşdur. Məktəbin gecə gözətçisi X25 ilə birlikdə özüdə gündəlik olaraq Təqsirləndirilən şəxs1 tərəfindən götürülən və çəkiliş ərazisinə aparılan dəmir boruları hər günə 10 ədəd Təqsirləndirilən şəxs1 verib bu barədə qeydlər aparmışlar. Lakin sonradan, yəni 16 oktyabr 2019-cu il tarixdə Kotanarx kəndinə gətirilmiş dəmir boruların qeydlərini aparmamışlar, belə ki, həmin borular məktəbin həyətinə boşaldılmamışdır. Həmçinin, həmin vaxtlarda işçilərlə birlikdə çəkiliş ərazilərində olmuşlar. Dəmir boruların daşınmasını yəni çəkiliş ərazisinə aparılmasını Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Özü və Arif Məmmədov şəxsən hər gün güdəlik olaraq qaz xətlərini çəkən işçilərin yanında olmuş və qaz xətti çəkilməsinə könüllü olaraq kömək etmişlər. Dəmir borular Kotanarx kənd tam orta məktəbinin həyətinə 27 sentyabr 2019-cu il tarixdə yük avtomobili vasitəsi boşaldılmış, lakin bu barədə Kotanarx kənd tam orta məktəbinin direktoruna və ya gözətçilərə, yəni özü və Arif Məmmədova heç bir rəsmi sənəd təqdim edilməmişdir. Kotanarx kənd tam orta məktəbində 27 sentyabr 2019-cu il tarixdən 19 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində qazlaşdırma işləri gedərkən iş icraçısı kimi Təqsirləndirilən şəxs1 başqa hər hansı bir digər şəxsi görməmişdir. O və X50 Hüseynovu qazlaşdırma işlərinə nəzarət edən məsul iş icraçısı kimi tanımışdır. 2020-ci ilin aprel ayının sonlarında özünü Kənan Quliyev kimi təqdim edən şəxs gələrək ümumi uzunluqları 114 metr diametri 57 mm olan dəmir boruların əskik gəldiyini, yəni faktiki olaraq məktəbin həyətyanı sahəsinə boşaldıldığını, lakin sonradan artıq material kimi müvafiq anbara geri qaytarılmadığını bildirmişdir. O və Arif Məmmədov həmin dəmir boruların istifadəsinə və daşınmasına nəzarət etməli məsul şəxs kimi Təqsirləndirilən şəxs1 tanıdıqlarını, ondan başqa hər hansı bir kənar şəxsin məktəbin həyətindən dəmir boruları aparmadığını, məktəbdən kənar əraziyə boşaldılmış dəmir boruların aparılması barədə məlumatları olmadığını bildirmişlər. Belə ki, o və Arif Məmmədov qazlaşdırma prosesi müddətində hər gün iştirak etmişlər. Lakin Kotanarx kənd orta məktəbinə sonradan yəni 16 oktyabr 2019-cu il tarixdə gətirilmiş borular qaz xətlərinin çəkilişinin bitməsinə 3 gün qalmış gətirilmiş və çəkiliş ərazisinə boşaldılmışdır. Həmin dəmir boruları Arif Məmmədov və ya özü Təqsirləndirilən şəxs1 əvvəlki kimi gündəlik olaraq verməmiş və onların qeydlərini aparmamışıdır. Dəmir borular Təqsirləndirilən şəxs1 iştirakı ilə çəkiliş ərazisinə aparılmış və bu iş tanımadığı şəxslərin yük avtomobilləri ilə həyata keçirilmişdir. Kotanarx kənd tam orta məktəbinə yalnız 1 dəfə 27 sentyabr 2019-cu il tarixdə 203 ədəd diametri 57 mm olan dəmir borular gətirilmiş və onların hamısı qazlaşdırma prosesi zamanı istifadə edilmişdir. Sayını bilmədiyi, lakin ümumi uzunluğu 262,5 metr, diametri 57 mm olan dəmir borular məktəbin həyətyanı sahəsindən kənar əraziyə boşaldılmış, həmin ərazinin Kotanarx kəndində konkret olaraq hara olması yaddaşında qalmamış, həmin borularda qaz xətlərinin çəkilməsi üçün istifadə edilmiş, amma həmin boruların artıq qalıb-qalmaması barədə isə məlumatı olmamışdır. Belə ki, həmin borular kənar əraziyə boşaldığı üçün onların artıq qalıb-qalmamasını görməmiş, lakin həmin borulardan istifadə edildiyini görmüşdür. Ümumiyyətlə özü və ya Arif Məmmədov məktəbin həyətyanı sahəsindən kənar əraziyə boşaldılmış dəmir boruların tam şəkildə istifadə eilib-edilməməsi və ya artıq qalıb-qalmaması ilə bağlı maraqlanmamışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X25 da şahid qismində dindirilmiş Çingiz Əliyarovun ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işlədiyi Cəyirli kənd orta məktəbində qaz borusu çəkilməsində iş icraçısı kimi işləmiş və onu oradan tanımışdır. Cəyirli kənd orta məktəbində qaz borusu çəkilişi 2019-cu ilin dekabr ayına kimi başa çatmışdır. Təqsirləndirilən şəxs1 və yanında olan qaynaqçı Cəmil adlı şəxs dəfələrlə ondan borc pul almış, yanacaq almaqda onlara kömək etməyini demişdir. 2019-cu ilin dekabr ayında, dəqiq gününü bilmədiyi vaxtda Cəmil adlı həmin qaynaqçı zəng edərək ona pul lazım olduğunu demiş, bu zaman isə pulunun olmadığını demişdir. Cəmil boru satmaq istədiklərini, kiməsə satmaq lazım olduğunu bilsə onlara deməyini, mütləq pul lazım olduğunu bildirmiş, o isə toyda olduğunu demişdir. Həmin gün, gecə saatlarında Cəyirli kəndinə gedəndə kəndin girişində, su artezianının yanında Cəmil və yanında olan Təqsirləndirilən şəxs1 “Qaz-3110” markalı avtomobillə gəlib dayanmalarını, avtomobilin üstündə 6 ədəd, diametri 108 mm olan boru olduğunu görmüşdür. Cəmil təkidlə borunu satmaq istədiyini, pul lazım olduğunu demişdir. Sonuncudan borunun oğurluq olub-olmamasını soruşduqda, Cəmil heç bir problem olmadığın demişdir. Gecə vaxtı pulun təcili olaraq nəyə lazım olduğunu soruşduqda Vüqar özü Cəmilin anasının xəstə olduğunu və ona görə də pulun Cəmilə təcili lazım olduğunu bildirmişdir. Bu zaman qayını X2 zəng etmiş, onun ünvanına Cəmil və Vüqarla birlikdə getmişdir. Müsaddiqdən həmin şəxslərə köməklik etmək lazım olduğunu, buna görə də onlara pul verməsini xahiş etmiş və pulun əvəzində isə pulu qaytaranadək boruları girov qoyacaqlarını bildirmişdir. Müsaddiq də razılaşaraq 6 ədəd həmin 108 mm-lik boruya görə 225 manat məbləğində pul vermiş, həmin pulu Cəmilə vermişdir. Vüqar da Cəmilin yanında olmuş və bunu görmüşdür. Cəmil Vüqarla birlikdə 6 ədəd boruları Müsəddiqin həyətinə düşürtmüş və getmişlər. Təxminən 1-2 gün sonra Cəmil adlı şəxs zəng edərək, yenidən pula ehtiyac olduğunu və həmin borulardan 5 ədəddə qoyub pul götürmək istədiyini demişdir. Həmin vaxt evdə olmadığından Müsəddiqə zəng edərək Cəmil adlı şəxsə pul verməsini demişdir. Müsaddiq də həmin 5 ədəd borunun da həyətinə boşaldılmasına razı olmuş və həmin borulara görə Cəmilə 210 manat pul göndərdiyini demişdir. Təxminən, 2020-ci ilin mart ayının əvvəlində isə Təqsirləndirilən şəxs1 zəng edərək Müsadddiqə satdığı boruların şirkətə məxsus olduğunu, geri qaytarmalı olduğunu, pulunu ödəyəcəyini, ona boruları geri qaytarmaqda köməklik etməyini xahiş etmişdir. Müsaddiqlə danışanda Müsaddiq pulunu aldıqdan sonra boruları qaytara biləcəyini demişdir. Vüqar gəlib boruları götürüb getmiş, təxminən 5 gün sonra isə pulunu gətirib vermişdir. Vüqar 435 manat Müsaddiqə, 65 manat isə ona olan borcunu vermişdir. Təqsirləndirilən şəxs1 və Cəmil adlı şəxslər həmin boruların işlədikləri Zərərçəkmiş şəxs MMC-yə məxsus olmadığını, özlərinin şəxsi boruları olduğunu və Zərdab rayonunda yerləşən parnikdən söküb gətirdiklərini demişlər. Boruların həmin şirkətə məxsus olmasını bilməmişdir. Buna görə də boruları qayını Müsaddiq Beydullayevdən borca pul götürərək həmin şəxslərə vermiş və sonuncular boruları həmin pulu geri qaytaranadək girov kimi saxladıqlarını demişlər. Belə ki, Cəyirli məktəbində qaz çəkilməsi üçün diametri 51 mm olan boru istifadə edildiyi üçün, həmin boruların da şirkətə məxsus olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 boruların şirkətə məxsus olduğunu dediyi vaxt, sonuncuya “boruların şirkətə məxsus olduğu halda, nə üçün qayınının həyətinə qoyduqlarını” soruşmuş, Vüqar isə Cəmilin onu aldatmasını, anası xəstə olduğundan pul lazım olduğunu deyərək boruları girov kimi qoyaraq pul götürdüyünü və həmin pulun hamısını Cəmilə verdiyini, həmçinin Cəmil barəsində özü polisə müraciət edəcəyini demişdir. Həmçinin, şirkətin anbarından məktəbə göndərilmiş diametri 51mm, uzunluğu 310 metr olan boruları təhvil götürmüş, həmin borular da qaz çəkilməsində istifadə olunmuşdur. Lakin Vüqar sonradan özü məktəbdə istifadə etmək üçün 51 mm diametrdə başqa yerlərdən də boru gətirmiş, ona görə də həmin boruların əskik gəlməsindən məlumatı olmamışdır. Həmçinin, məktəbin inzibati binasının arxasından çəkilmiş boru xəttindən kəsilib götürülmüş, həmin boru isə kəsilərkən Vüqar özü də orada olmuşdur. Belə ki, həmin vaxt kəndin ərazisində qonşu olan iki qardaşın həyətinə bir ədəd keçid qoyulmuş, həmin qardaşlar isə, onların hər biri üçün ayrı keçidlər qoyulmasını bildirmişlər, məktəbin binasının arxasından kəsilən həmin boru qeyd edilən keçid üçün istifadə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 şirkət tərəfindən məktəbə göndərilmiş, 310 metr borudan 60 metrini qaz xətti çəkilişi başlamamış, oradan götürərək başqa məktəbdə qaz xətti çəkilişində istifadə edilməsi üçün apardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 da şahid qismində dindirilmiş Azad Şirinovun ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir və fərdi qaydada sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə ona dəmir metal satmışdır. Eyni zamanda, Vüqarın atası Mübarizi də yaxından tanımışdır. Təqsirləndirilən şəxs1 2019-cu ilin sonlarında və 2020-ci ilin əvvəllərində, dəqiq olaraq ayını və gününü xatırlamadığı vaxtlarda işlətdiyi metal qəbulu məntəqəsinə 3 dəfə satmaq üçün boru gətirmişdir. Həmin borular 76, 57 və 51 mm-lik borular olmuşdur. Vüqarın hər dəfə nə qədər boru gətirməsini qeyd etməmişdir. Buna görə də Vüqarın nə qədər boru satdığını dəqiq deyə bilmir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC şirkətində işləməsini bilməmişdir. Təqsirləndirilən şəxs1 2019-cu ilin sonlarında işlətdiyi metal qəbulu məntəqəsinə gələrək bir nəfər şəxsin Bakı şəhərindən öz təsərrüfatı üçün istifadə etməyə boru gətirdiyini, özünün də orada işlədiyini, boruları istifadə etdikdən sonra boruların bir qisminin artıq qaldığını və satmaq istədiyini demişdir. Bundan sonra, Vüqarın sözlərinə inanaraq boruları ala biləcəyini demişdir. Sonuncu dəfə 2020-ci ilin təxminən fevral ayında Vüqar boru gətirərkən, həmin borunu qəbul etməmiş və pulu olmadığını, özünə başqa satış yeri tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 ümumilikdə nə qədər boru götürməyinin hesabatını aparmamışdır. Vüqardan bütün boruları 1 metrəsi 3 manatdan olmaqla almış, Vüqara ümumilikdə xatırladığı qədərilə, birinci satışda 200 manat, ikinci satışda 400 manat, üçüncü satışda 220 manat pul vermişdir. Lakin dəqiq neçə metr boru olmasını bilməmişdir. Vüqar ona 3 dəfə boru satmağa gətirmiş, 3-cü dəfəsində isə Vüqara artıq boru gətirməməyini, pulunun olmadığını, boruları sata bilmədiyini demişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi, işçilərindən heç kim Təqsirləndirilən şəxs1 boru almamışdır. Belə ki, Vüqar işçilərdən kiməsə boru versə idi, yenə də həmin borunun pulunu özü verməli olardı. Lakin, qeyd etdiyi kimi Vüqardan özü 3 dəfə olmaqla boru almışdır .Ola bilsin ki, Vüqar həmin boruları başqa hər hansı şəxsə satmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Yekəxana kənd orta məktəbində direktor işləyir. 2020-ci ilin əvvələrində Yekəxana kənd məktəbinə qaz xətti çəkilməsinə başlanmışdır. Məktəbə qaz çəkilişi üçün tenderdə Zərərçəkmiş şəxs MMC qalib gəlmişdir. Həmin şirkət tərəfindən 2020-ci ilin fevral ayında məktəbdə qaz çəkilmişdir. Məktəbdə qaz çəkilməsində 3 nəfər, adlarını dəqiq bilmədiyi şirkətin işçiləri işləmişdir. Vüqar adlı şəxs isə ümumi işlərə nəzarət etmişdir. 2020-ci ilin yanvar ayının 30-da şirkət tərəfindən yük maşını ilə məktəbə borular göndərilmiş, həmin tarixdə də göndərilmiş boruları qaimə ilə təhvil almış, sonradan isə, həmin borular qaz çəkilişində istifadə edilmişdir. Qaz xətti çəkildiyi müddətdə həmçinin, şirkət əlavə olaraq da məktəbə boru göndərmişdir. Lakin həmin vaxt şirkətin öz işçiləri orada olduğu üçün həmin boruları həmin işçilərin özləri təhvil almışdır. Həmin vaxt məktəbin təsərrüfat müdiri Əlmirzə Teymurov həmin borulara görə də qaimə istədikdə, işçilərə nəzarət edən Vüqar adlı şəxs həmin boruları özünün təhvil aldığını və haqq-hesabı da şirkətlə özünün aparacağını demişdir. Məktəbdə qaz çəkilişi təxminən 1 həftə-10 gün çəkmiş və sonradan işlər yekunlaşmışdır. 30 yanvar 2020-ci il tarixdə qaz çəkilməsi üçün şirkət tərəfindən məktəbə 548 metr boru göndərilmiş, həmin boruları özü təhvil almış, sonradan isə, həmin boruları qaz çəkilməsində istifadə etməsi üçün şirkətin işçilərinə təhvil vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, 2000-ci ildən Ləkçıplaq kənd orta məktəbində müəllimə, 2007-ci ildən isə direktor işləyir. 2019-cu ildən məktəbdə əsaslı təmir-tikinti işləri aparılmış, həmçinin, başqa bir şirkət tərəfindən qaz xətti çəkilişi də həyata keçirilmişdir. Məktəbə qaz çəkilişi üçün tenderdə Zərərçəkmiş şəxs MMC qalib gəlmişdir. Həmin şirkət tərəfindən 2019-cu ilin sentyabr ayında məktəbdə qaz çəkilməsində istifadə edilməsi üçün, boru göndərilmişdir. Həmin boruları qaimə ilə təhvil almış, təhvil aldıqdan sonra, boruları sayaraq onun qaimədə göstərilən sayda olduğunu görmüş və özü boruları məktəbdə gecə gözətçisi işləyən X8 təhvil vermişdir. Həmin borular məktəbin həyətinə-məktəbin inzibati binasının qarşısında yerləşən ağaclıq əraziyə yığılmışdır. Gözətçi isə həmin boruları qaz xətti çəkilən zaman şirkətin nümayəndələrinə təhvil vermişdir. Belə ki, şirkət tərəfindən ona verilmiş qaiməyə imza çəkmişdir. Əlavə olaraq bildirdi ki, o, boruları gözətçi Q.Cavadova təhvil vermiş, gözətçi də qaz xətti çəkən işçilərə təhvil vermişdir. Belə ki, həmin vaxt məktəb əsaslı təmir olduğundan onlar məktəbin binasını boşaldıb xəstəxananın və kənd bələdiyyəsinin binasına yerləşmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Ərəbəcəbirli kənd orta məktəbində direktor işləyir. 2020-ci ilin əvvələrində məktəbə qaz xətti çəkilməsinə başlanmışdır. Məktəbə qaz çəkilişi üçün tenderdə Zərərçəkmiş şəxs MMC qalib gəlmişdir. Həmin şirkət tərəfindən 2020-ci ilin fevral ayında məktəbdə qaz çəkilmişdir. Məktəbdə qaz çəkilməsində qaynaqçı kimi Cəmil adlı şəxs işləmiş, Vüqar adlı şəxs isə ümumi işlərə nəzarət etmişdir. 2020-ci ilin yanvar ayının 30-da şirkət tərəfindən yük maşını ilə məktəbə borular göndərilmiş, həmin tarixdə də göndərilmiş boruları qaimə ilə təhvil almışdır. Sonradan isə həmin borular qaz çəkilişində istifadə edilmişdir. Məktəbdə qaz çəkilişi təxminən 1 həftə-10 gün çəkmiş və sonradan işlər yekunlaşmışdır. 30 yanvar 2020-ci il tarixdə məktəbə 229.5 metr 57 mm diametrdə, 10.5 metr 32 mm diamaterdə, 10.5 metr 25 mm diametrdə və 10.5 metr 20 mm diametrdə olan boru göndərilmişdir. Həmin boruları da qaimə əsasında təhvil almış və sonradan həmin boruları Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Həmin vaxt məktəbdə gecə növbətçisi işləyən Şahid5 də orada olmuşdur. İşlər yekunlaşdıqdan sonra məktəbədə həmin borulardan 3-4 ədəd kiçik hissələr qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 da şahid qismində dindirilmiş Xuraman Qədirovun ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində Cəyirli kənd orta məktəbinə qaz xətti çəkilməsinə başlanılmışdır. Belə ki, evi kənd məktəbinə gedən yolda yerləşir. Həmçinin, qaz xətti çəkilişidə evinin qarşısında həyata keçirilir. Təxminən, fevral ayında axşam işdən qayıdarkən evin həyətyanı sahəsinin, küçə hissəsində divarın qarşısına dəmir boru yığıldığını görmüşdür. Bu barədə ailə üzvlərindən soruşduqda, onlar həmin boruların qaz xətti çəkilişini həyata keçirən şəxslərin yığdığını demişlər. Sonradan oraya əlavə borular da yığılmışdır. Belə ki, həmin boruların dəqiq ölçüsü yadında qalmamışdır. Sadəcə olaraq orada 2 fərqli ölçüdə boru yığılmışdır. Belə ki, böyük ölçüdə olan boru az miqdarda olmuş, əsasən isə qaz xətti çəkilişində istifadə edilən borular olmuşdur. Belə ki, onlar işlədikləri yerə yaxın olması üçün, həmçinin divarın qarşısında boru yığılması üçün yer olduğuna görə, ola bilsin ki, həmin boruları oraya yığmışlar. Belə ki, qaz xətti çəkilişindən sonra, orada hər iki ölçüdə olan artıq boru qalmışdır. Təxminən, 2020-ci ilin mart ayında şirkətin işçiləri həmin boruları gəlib aparmışlar. Həmin şəxsləri, yəni borunu evini qarşısına boşaldan və oradan götürən şəxsləri tanımamışdır, belə ki, sadəcə olaraq onların qaz xətti çəkilişini həyata keçirən işçilər olduğunu bilmişdir. Belə ki, həmin borular oraya yığıldığı və götürüldüyü zaman orada olmamışdır. Sadəcə olaraq, qeyd etdiyi kimi, axşam işdən qayıdarkən boruların orada olduğunu görmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 2009-cu ildən hal-hazıra kimi İsmayıllı rayonu, Qaraqaya kənd ümumi orta məktəbinin direktoru vəzifəsində işləyir. 2019-cu ilin noyabr ayının 25-də Qaraqaya kənd məktəbinə dövlət nömrə nişanını bilmədiyi “Kamaz” markalı avtomaşınla qaz xətti çəkilməsi məqsədilə dəmir borular gətirilmişdir. Həmin boruları sürücüdə olan qaiməyə əsasən təhvil alaraq məktəbin həyətinə yığmışdır. Həmin dəmir borular 20 mm-lik 5 metr, 32 mm-lik 6 metr, 51 mm-lik isə 293 metr olmuşdur. Bu barədə tərtib olunmuş qaiməyə imza edərək həmin boruları təhvil almışdır. 2019-cu ilin qış aylarında məktəbə qaz xətləri çəkilmiş, qaz xəttinə çəkilişə rəhbərlik edən Göyçay rayon sakini olan Vüqar adlı şəxs, qaynaq işlərini isə adını bilmədiyi, lakin eşitdiyinə görə Ağsu rayonundan olan bir şəxs aparmışdır. Məktəbdə qaz xətti çəkilişi üçün əlavə borular göndərilmiş və həmin borular kənddə olan “Adil” marketin qarşısına yığılmışdır.Sonradan isə həmin 12 metrlik borular yığılaraq aparılmışdır.Haraya aparılmasını isə bilməmişdir.Məktəbə qaz çəkilişi zamanı təxminən 20-25 metr boru artıq qalmış, həmin boruları Vüqar və onun işçiləri tərəfindən “QAZ-24” markalı avtomobilin üzərinə yığılaraq aparılmışdır. Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli qərarından görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X10 zərərşəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar X10 barəsində cinayət təqibinə xitam verilmiş, və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyul 2020-ci il tаrixli, 9/1676 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 4 adda müxtəlif diametrli boruların 1 metrinin 2019-cu ilin dekabr-2020-ci ilin fevral aylarında olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: ölçüsü 51 mm diametrdə ola 1 metr boru-5,00 manat; ölçüsü 57 mm diametrdə olan 1 metr boru-6,00 manat; ölüçüsü 76 mm diametrdə olan 1 metr boru-8,00 manat və ölçüsü 108 mm diametrdə olan 1 metr boru- 11,50 manat. Məhkəmə iqtisad ekspertizasının 06 iyul 2020-ci il tаrixli, 6/1112-9/1921 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, diametri 57,0 mm, divarının qalınlığı 3,5 mm olan boru hissəsindən nümunələri metalı dəmir əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, Respublikada yerləşən bazalarda və inşaat materiallarıın satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində korroziya üzləri, diametri 57,0 mm, divarının qalınlığı 3,5 mm olan borunun 2019cu il sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan dövr üçün orta bazar qiyməti təxminən 6,0 manat, 1058 metri 6348,0 manat müyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Mallı-Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xаrаkterizə оlunur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs1 CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs1 əməli CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Beləliklə, təqsirləndirilən şəxsin və müdafiəçisinin Təqsirləndirilən şəxs1 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 əməlində CMin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-in 179.2.1, 179.2.2 və 179.2.4-cü mаddələrinin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397-398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-151/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-151/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver