Məhkəmə qərarları › İş №1(107)-152/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-152/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-152/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən), hakimlər Rəşid Hüseynov və Bilal Məmmədovdan ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmü ilə, xx xxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, hazırda Mingəçevir Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli hökünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəza çəkən, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 72-A, mənzil 21-də qeydiyyatda olan və yaşayan, hazırkı iş üzrə 20.06.2020-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması, ona izah edilməsi, barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi,onun Mingəçevir Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli hökünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və hazırda cəza çəkməsinin nəzərə alınması, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.938 qram olan heroin, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0.020 qram heroin, 2 ədəd elektron tərəzi, 1 ədəd 1 mllik şpris, 1 ədəd şüşə flakon hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin və iş üzrə istintaqın davam etdirilməsindən ötrü saxlanılsın. 1 ədəd «B80241024» seriyalı 20 manatlıq pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılması, onun 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi müəyyən edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 15.12.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan və Qaradağ Rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli qərarı ilə cəzası 03 ay azaldılaraq, 09.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra islah olunmayaraq qanunsuz olaraq satış məqsədi ilə 7 (yeddi) ədəd ağ-qara rəngli kağız bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram, 0,096 qram, 0,134 qram, 0,120 qram, 0,240 qram, 0,067 qram və 0,172 qram olmaqla ümumi təmiz çəkisi 1,078 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 17.05.2020-ci il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər «Su Anbarının» yaxınlığında yerləşən çimərlikdə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə – heroin, habelə elektron tərəzi Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin X5 əynində olan ağ rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində saxlayaraq daşıdığı bir ədəd ağ-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.040 qram olan narkotik vasitə - heroini 17.06.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın yaxınlığında əvvəldən tanıdığı Şahid1 20 manata qanunsuz olaraq satmış, 18.06.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol arxa cibindən Şahid1 narkotik vasitə olan heroinin satışından əldə etdiyi «B80241024» seriyalı 20 manatlıq pul əskinazı və elektrontərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı2 apellyasiya protestində hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin CM-in 234.4.2-ci maddəsi ilə ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyinin normalarına uyğun olaraq yeni ittiham hökmü çıxarılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.4-cü maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verdi. Bildirdi ki, Şahid1 çoxdan tanımışdır. O da narkotik vasitə alüdəçisi olmuşdur. Narkotik vasitə olanda arada onunla birlikdə istifadə etmişdir. Aralarında telefon danışıqlarının olması normaldır, çünki narkotik vasitə olanda arada zəngləşib görüşərək bir yerdə istifadə etmişlər. 17.06.2020-ci il tarixdə aralarında telefon danışığı olmuşdur və bu onunla bağlı olmuşdur ki, Ruslan ona zəng edərək iyirmi manat pulunun oluğunu bildirmiş və bir yerdə istifadə etmək üçün narkotik vasitə tapmağın mümkün olub-olmamasını soruşmuşdur. O da narkotik alüdəçisi olduğundan və həmin vaxt narkotikə ehtiyacı olduğundan, ümumi tanışına zəng edib öyrənmiş və narkotik vasitənin olmaması ilə bağlı Ruslanla telefon əlaqəsi yaratmışdır. Həmçinin, əməlindən səmimi peşiman olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid1 birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verdi. Həmçinin, ona ünvanlanan suallara cavab olaraq göstərdi ki, o, 17 iyun 2020-ci il tarixdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs iki bükümdə olan heroini 20 manata almışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid4 və Şahid2 birinci instansiya məhkəməsinin iclasında göstərdikləri xüsusatlarla bağlı oxşar məzmunda ifadə verdilər. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Narkomaniya xəstəliyindən əzab çəkir. Lakin, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əvvəllər bir neçə dəfə oğurluq üstündə məhkum olunmuşdur. Hazırkı iş üzrə onu qeyd edə bilər ki, birinci dəfə 17 may 2020-ci il tarixdə X15 yanında yerləşən kafedə yatdığı zaman polis əməkdaşları onu yuxudan oyadıb döyməyə başlamış, nə üçün döyüldüyünü soruşduqda ona heç bir açıqlama verilməmiş, daha sonra Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra cibinə narkotik vasitə və elektron tərəzi qoyaraq bunların ona məxsus olduğunu və etiraf etməsə onun üçün pis olacağını, narkotik vasitənin satışı ilə ittiham olunacağını bildirmişlər. Boynuna almaqdan imtina etdikdə isə polis əməkdaşları tərəfindən döyülmüş və işgəncəyə məruz qalmışdır. Belə olub cibinə qoyulanların ona məxsus olması barədə ifadə verəcəyi barədə onlarla razılaşmışdır. Bundan sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Yenidən döyülməkdən qorxduğu üçün vəkilə heç bir söz deməmiş, baxış zamanı cibinə polis əməkdaşları tərəfindən qoyulmuş 7 büküm narkotik vasitə heroini və tərəzini çıxardaraq polis əməkdaşlarına təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Vəkil tərəfindən sorğu-sual edilərkən heç bir işgəncəyə və təzyiqə məruz qalmadığını bildirmək məcburiyyətində qalmışdır. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmışdır. Məhkəmədə narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını və aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aldığı xəsarətləri məhkəmə iclasında hakimə göstərmiş və bədənində olan xəsarətləri gördükdən sonra hakim onun barəsində həbs qətimkan tədbirini seçməkdən imtina etmişdir. Həmçinin işgəncə faktının araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat göndərmişdir. Barəsində həbs qətimkan tədbiri seçilmədiyi üçün məhkəmədən azad olunmuş, lakin polis əməkdaşları ondan əl çəkməmişdir. Ona bunun baha başa gələcəyini bildirmişlər. Üstündən bir müddət keçdikdən sonra iyun ayının 18-də evdə olduğu vaxt polis əməkdaşları evə daxil olub, evdə heç bir axtarış aparmadan yalnız onu götürüb zorla polis şöbəsinə gətirmiş və həmin vaxt cibində olan 130 manat puldan 100 manatını götürmüş, yerdə qalan iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq olmaqla ümumilikdə 30 manat pulu, bir ədəd şprisi və elektron tərəzini yenidən cibinə qoyaraq bunların ona məxsus olması barədə, habelə 17.06.2020-ci il tarixdə Şahid1 20 manat müqabilində iki büküm narkotik vasitə heroin satmağı barədə ifadə verməsini tələb etmişlər. Yenə etiraz etdikdə bunun onun üçün yaxşı nəticələnməyəcəyini bildirmişlər, yenə də döyüləcəyindən qorxaraq cibinə qoyulanların ona məxsus olması, həmçinin 17.06.2020-ci il tarixdə Şahid1 20 manat müqabilində iki büküm narkotik vasitə heroin satmağı barədə ifadə verəcəyini bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş, cibində olan pulları, şpirisi və elektron tərəzini çıxardaraq polisə təhvil vermişdir. Həmçinin sorğu-sual zamanı heç bir işgəncəyə, təsir və təzyiqə məruz qalmadığını bildirmiş, üzərindən aşkar olunmuş pul əskinaslarından 20 manatlıq pul əskinasının Şahid1 17.06.2020-ci il tarixdə satdığı iki büküm narkotik vasitənin əvəzinə sonuncudan aldığı pul əskinası olduğunu bildirmişdir. Daha sonra məhkəmə qarşısına çıxarılmış, bu dəfə polis əməkdaşları tərəfindən fiziki zora məruz qalmadığı üçün məhkəməyə heç nə deyə bilməmiş, ona görə də məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçmişdir. İfadəsinin davamında həmçinin göstərmişdir ki, Şahid1 çoxdan tanımışdır. O da narkotik vasitə alüdəçisi olmuşdur. Narkotik vasitə olanda arada onunla birlikdə istifadə etmişdir. Aralarında telefon danışıqlarının olması normaldır, çünki narkotik vasitə olanda arada zəngləşib görüşərək bir yerdə istifadə etmişlər. 17.06.2020-ci il tarixdə aralarında telefon danışığı olmuşdur və bu onunla bağlı olmuşdur ki, Ruslan ona zəng edərək iyirmi manat pulunun oluğunu bildirmiş və bir yerdə istifadə etmək üçün narkotik vasitə tapmağın mümkün olub-olmamasını soruşmuşdur. O da narkotik alüdəçisi olduğundan və həmin vaxt narkotikə ehtiyacı olduğundan, ümumi tanışına zəng edib öyrənmiş və narkotik vasitənin olmaması ilə bağlı Ruslanla telefon əlaqəsi yaratmışdır. Şahid1 polislərlə əlbir olub ona qarşı belə şər atmasını başa düşmür. Polislərin ona qarşı mövqeyini isə onunla izah edir ki, polis əməkdaşları onlara narkotik satanlar və istifadə edənlər barəsində məlumat gətirməsini, yəni polislərə işləməsini ondan istəsələr də o, bunu qəbul etməmişdir. Ona görə də ona qarşı belə bir işə əl atmışlar. Hazırda Mingəçevir Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkir. Özünü yalnız narkotik vasitə istifadəçisi olduğu üçün günahkar və CM-nin 234.1-ci maddəsi ilə təqsirli sayır. Odur ki, hazırkı iş üzrə heç bir günahı olmadığından, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həm birinci, həm də hazırkı məhkəmə kollegiyasının iclasında qeyd etdikləri ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 14.05.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində yol ilə gedərkən, yerdən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm tapmış, maraqlı olduğu üçün bükümün içərisini açıb baxmışdır.Siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan heroin olduğunu görmüşdür. Özü narkotik vasitə olan heroindən istifadə etdiyi üçün narkotik vasitə heroini tanımışdır. İçərisində heroin olan bükümü əynində olan ağ rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir.Həmin narkotik vasitədən bir neçə dəfə özü istifadə etmişdir. Lakin, narkotik vasitə aludəçisi olduğundan ağrıları olurmuş. Buna görə də, tapdığı narkotik vasitədən qalan hissəsini özündə olan elektron tərəzidə çəkib, satıb pul əldə etmək üçün yeddi büküm düzəltmiş, həmin bükümləri və elektron tərəzini cibinə qoymuşdur. 14.05.2020-ci il tapdığı və bükümlərə böldüyü narkotik vasitə – heroin və elektron tərəzi 17.05.2020-ciil tarixdə təxminən saat 12:10 radələrində Mingəçevir şəhər su anbarının yaxınlığında çimərlikdə olarkən ağ rəngli idman şalvarının sol yan cibində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli idman şalvarının sol yan cibindən içərisində heroin olan bir ədəd sellofana bükülmüş yeddi ədəd siqaretin qara kağızına bükülmüş büküm və elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümlərdə olan kütlə qəhvəyi rəngli, narkotik vasitəyə oxşar kütlə narkotik vasitə olan heroindir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və ümümi çəkisi 1.46 qram olmuşdur. Eləcə də, ayrı-ayrılıqda həmin bükümlər çəkilmiş və ayrı ayrı çəkiləri 0.21, 011, 0.30, 0.14, 0.32, 0.21 və 021 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 14.05.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində gəzərkən küçədə yerdən tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin o, həmin narkotik vasitəni heçkimdən almamış, həmin narkotik vasitəni 14.05.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində gəzərkən küçədə yerdən tapmış, bir qədər istifadə etsə də, müalicə olunmaq üçün pula ehtiyacı olduğundan satmaq məqsədi ilə tapdığı narkotik vasitəni elektron tərəzidə çəkib, yeddi ədəd büküm düzəltmiş, bu barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi satmaq və pul əldə etmək olmuş, lakin həmin 7 büküm narkotik vasitə - heroindən heç kimə satmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 17.06.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Sahil küçəsində yerdən bir ədəd iri büküm tapmış və həmin bükümü açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə heroindən istifadə etdiyi üçün heroini tanımış və cibinə qoymuşdur. Narkotik vasitə olan heroindən bir qədər istifadə etdikdən sonra qalan heroni müştəri çıxsa satmağı üçün üzərində saxlamışdır. Şahid1 tanıyır. Şahid1 narkotik vasitə olan heroindən istifadə etdiyini bilirmiş.17.06.2020-ci il tarixdə Ruslan günorta saatlarında ona zəng edib, narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. O, da 17.06.2020-ci il tarixdə tapdığı narkotik vasitə olan heroini maddi durumu yaxşı olmadığından Şahid1 satıb gəlir əldə edəcəyini düşünmüşdür. Şahid1 tapdığı bir ədəd bükümdə olan heroini iki hissəyə bölməklə iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə satmaq qərarına gəlmiş və Şahid1 heroini 20 manata tapa biləcəyini bildirmişdir. Ruslan da ondan həmin narkotik vasitəni almağa razılaşmış və o, Şahid1lə 17.06.2020-ci ilı tarixdə axşam saatlarında Şahid1 yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın yaxınlığında görüşmüşlər.Şahid1 iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini vermişdir. Şahid1 iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə aldığı narkotik vasitə olan heroinin müqabilində ona 20 manat pul vermişdir. 18.06.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti Sənaye parkının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib,onu polis şöbəsinə dəvət etmişlər.O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil X6 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Əynində olan şalvarın sol arxa cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları, bir ədəd şpris və başı qırılmış flakonu təqdim etmişdir.Bundan sonra polis əməkdaşları ondan Şahid1 20 manata iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin satıb-satmamasını soruşmuşlar. O da Şahid1 20 manata iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə heroin satdığını və üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq və bir ədəd 20 manatlıq əskinazdan 1 ədəd 20 manatlıq pul əskinazının Şahid1 satdığı narkotik vasitə olan - heroinin satışından əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd 20 manatlıq pul əskinazının seriya nömrələri yazılmaqla onun, vəkilinin və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirdikləri zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolların düzgünlüyünə o da imza etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə Mingəçevir Şəhər Polis X2 Qrupunun rəhbəri vəzifəsinə təyin olunmuş və müvafiq fəaliyyətini davam etdirmişdir. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daim məlumatlar əldə etmiş, lakin onunla əlaqədar daxil olmuş əvvəlki məlumatlarla bağlı əməliyyat işi açılmamışdır. Çünki həmin vaxtlar şöbəyə təzə təyin olunmuşdur. Nəhayət əldə edilmiş mötəbər məlumat əsasında 17 may 2020-ci il tarixdə əməliyyat qrupu yaradılmış, post patrul xidmətinin əməkdaşı Şahid3 Cavad oğlu ilə birlikdə X15 yaxınlığında Təqsirləndirilən şəxs saxlamışdır. Saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuşdur. Polis şöbəsinə gedərkən isə vəkillə əlaqə saxlanılmış və Təqsirləndirilən şəxs vəkillə təmin edilmişdir. Vəkilin iştirakı ilə polis şöbəsinin saxlama yerində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 7 büküm narkotik vasitə, o cümlədən elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunanları satış məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və elektron tərəzi istintaq əhəmiyyəti olduğuna görə təhqiqatçı tərəfindən götürülüb istintaq bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyindən, qanunvericiliyə uyğun olaraq istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs polisin nəzarəti altına verilmişdir. Lakin Təqsirləndirilən şəxs polisin nəzarəti altına verilməsinə baxmayaraq, onun yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Həmin məlumatla yanaşı, iyun ayında tərəflərindən keçirilmiş tədbir zamanı şəhər sakini Şahid1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, eyni qaydada vəkilin iştirakı ilə saxlama yerində Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçının verdiyi suala cavab olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni 17.06.2020-ci il tarixdə Mirzə adlı şəxsdən axşam saatlarında yaşadığı binanın yaxınlığında 20 manata aldığını bildirmişdir. Sənədləşmə qurtardıqdan sonra təhqiqatçının raportu əsasında 18 iyun 2020ci il tarixdə Təqsirləndirilən şəxs onun və əməliyyat müvəkkili Şahid4 tərəfindən X12 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Ona polis şöbəsinə gətirilməsinin səbəbi izah edilmiş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd elektron tərəzi və bir ədəd 20 manatlıq pul əskinası aşkar olunmuşdur. Həmin axtarış zamanı təhqiqatçı sual verdikdə Təqsirləndirilən şəxs bir gün əvvəl axşam saatlarında vətəndaş Şahid1 20 manat pulun qarşılığında narkotik vasitə satmasını etiraf etmişdir. Həmin 20 manatlıq pul əskinası iş üçün əhəmiyyətli olduğundan təhqiqatçı tərəfindən götürülərək istintaq bölməsinə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ona ünvanlanan sualları cavablandıran Şahid2 göstərmişdir ki, ilk dəfə 17.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X15 yanında çimərlikdə tərəflərindən saxlanılmış, saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuş, Təqsirləndirilən şəxs saxlanıldığı yer polis şöbəsindən təqribən 20-25 dəqiqəlik məsafədə olmuş, xidməti avtomobildə polis nəfərlərinin əhatəsində şöbəyə gətirilmiş, saxlanıldığı müddətdən daim nəzarətlərində olmuş, saxlanılan zaman heç bir müqavimət göstərməmiş, normal şəkildə Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs nə saxlanılan zaman, nə də polis şöbəsində hər hansı bir təsir və ya təzyiqə məruz qalmamışdır. İkinci dəfə 18.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X12 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, bu dəfə də saxlanılmanın səbəbi Mirzəyə izah edilərək birlikdə polis şöbəsinə getmək təklif olunmuş, xidməti avtomoildə polis nəfərlərinin əhatəsində şöbəyə gətirilmiş, saxlanıldığı müddətdən daim nəzarətlərində olmuş, saxlanılan zaman heç bir müqavimət göstərməmiş, normal şəkildə Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə nə saxlanılan zaman, nə də sonradan polis şöbəsində hər hansı bir təsir və ya təzyiqə məruz qalmamışdır. Həm ilk dəfə, həm də ikinci dəfə saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmiş, baxışın keçirilməməsinə səbəb son vaxtlar Mirzənin evdə gecələməməsi barədə aldığı məlumatlar olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 Cavad oğlu və Şahid4 özlərində aid hissədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir. Mingəçevir şəhər sakini əvvəlcədən qonşu kimi tanıdığı Mirzə adlı şəxsin narkotik vasitə olan heroin satdığını bilmişdir. Belə ki, əvvəllər də Mirzədən heroin alıb özü üçün istifadə etmişdir. Narkotik vasitə heroindən istifadə etdiyi üçün Mirzədən narkotik vasitə olan vaxtı ona xəbər etməsini xahiş etmişdir. 17 iyun 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Mirzənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib narkotik vasitə heroin olub-olmadığını soruşmuşdur. Mirzə isə narkotik vasitə olan heroin olduğunu bildirmiş və Mirzə ilə iki büküm narkotik vasitə olan heroini 20 manata almağa razılaşmışdır. Mirzə ilə axşam saatlarında onun yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın yanında görüşməyə razılaşmışlar. 17 iyun 2020-ci il tarixdə axşam saat 20-21 radələrində Mirzə ilə yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 16 saylı binanın baş tərəfində görüşmüş, Mirzə ona cibindən 2 ədəd bükümdə heroin vermişdir. O da həmin iki bükümün qarşılığında Mirzəyə bir ədəd 20 manatlıq pul əskinası vermişdir. Hava qaranlıq olduğu üçün onun Mirzədən narkotik vasitə almağını ətrafda heç kim görməmişdir. Mirzədən aldığı iki ədəd bükümün birini həmin gün, yəni 17 iyun 2020-ci il tarixdə istifadə etmiş, digərini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. 18 iyun 2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarın yaxınlığında olan zaman Mirzədən aldığı narkotik vasitə olan heroinin bir bükümü əynində olan şalvarın sol cibində olmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Mingəçevir Şəhər Polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər polis şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi izah olunmuş və ona könüllü olaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa özünün təqdim etməyi təklif edilmişdir. O, əynində olan şalvarın sol cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və daha sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən sorğu-sual zamanı narkotik vasitə olan heroini haradan əldə etməsini ondan soruşan zaman o, 17 iyun 2020-ci il tarixdə əvvəlcədən tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olan Mirzə adlı şəxsdən iki bükümdə olan heroini 20 manata aldığını etiraf etmişdir. Həmçinin, Mirzədən 20 manat aldığı iki ədəd bükümdə olan narkotik vasitə olan heroinin bir bükümünü həmin gün, yəni 17 iyun 2020-ci il tarixdə istifadə etdiyini, qalan bir bükümünü isə başqa vaxt istifadə etmək üçün əynində olan şalvarın sol cibində saxladığını bildirmişdir. Üzərinə vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış və baxış video kamera ilə çəkilmişdir. Aşkar olunmuş büküm olan heroin tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında ona ünvanlanan sualları cavablandıran Şahid1 qeyd etmişdir ki, əvvəllər polisin hər hansı bir tədbirində iştirak etməmişdir. Bu iş üzrə üzərindən aşkar olunan narkotik vasitənin çəkisi az olduğuna görə barəsində cinayət işi açılmamış, 24 saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Sonradan isə bu işlə bağlı hər hansı inzibati məsuliyyətə cəlb olunmamış, nə polis əməkdaşkarı tərəfindən, nə də məhkəmə tərəfindən çağırılmamışdır. Cinayət işinin materiallarında olan 17.05.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 104) Cinayət işinin materiallarında olan 17.05.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və halhazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ətrafında Mingəçevir şəhərində vətəndaşların sorğusu əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 115-116) Cinayət işinin materiallarında olan 17.05.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 17.05.2020ci il tarixdə əməliyyat müvəkkili Şahid2 və post patrul xidmətinin əməkdaşı Şahid3 tərəfindən Mingəçevir şəhər dəniz çimərliyi yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 118) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17.05.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 12:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saat 12:40-da Mingəçevir Şəhər Polis X8 Yerinin rəisi, polis baş serjantı Vəliş Təhməzova təhvil verilmişdir. (cild 01, iş vər. 128) Cinayət işinin materiallarında olan 17.05.2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli idman şalvarının sol yan cibindən işlək vəziyyətdə olan elektron tərəzi və bir ədəd sellofana bükülmüş yeddi ədəd siqaretin qara kağızına bükülmüş büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkilərin narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-139) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.05.2020-ci il tarixli 17/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7(yeddi) ədəd bükümlər...”sözləri və imzalar olan zərfin içərisindəki 7(yeddi) ədəd qara-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri -0.249 qr,0.096 qr,0.134 qr, 0.120 qr, 0.240 qr, 0.067 qr,0.172 qr ümumi təmiz çəkisi-1.078 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş 7(yeddi) ədəd qara-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 145-148) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 19.05.2020-ci il tarixli, 4(051)-62/2020 nömrəli qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində sonuncu məhkəmə iclasında döyüldüyünü qeyd etdiyi üçün və məhkəmə iclasında həqiqətən də Təqsirləndirilən şəxs açıq aşkar xəsarətlər almasının müəyyən edildiyi üçün həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalından dərhal azad olunmuş, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin materiallarında olan 19.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanın qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 178-179) Məhkəmə tərəfindən sorğu edilərək cinayət işinin materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Mingəçevir şəhər prokurorunun köməkçisi X10 tərəfindən qəbul edilən qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, nəticədə yalnız polis əməkdaşlarının izahatları əsas götürülməklə 93/C-20 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1985-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Şahid1 şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 18.06.2020-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 10) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18.06.2020ci il tarixli protokoldan görünür ki, Şahid1 vəkilin iştirakı ilə həmin tarixdə saat 19:30-da CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 20) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Şahid1 və müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Şahid1 əynindəki şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunan bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu və 17.06.2020-ci il tarixdə Mirzə adlı şəxsdən özünün istifadəsi məqsədi ilə 20 manata iki bükm heroin aldığını, birini istifadə etdiyini, digərini isə cibində saxladığını bildirmiş, narkotik vasitəni almaq üçün Mirzəyə bir ədəd 20 manatlıq əskinas verdiyini qeyd etmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 27- 30) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 33) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və halhazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ətrafında Mingəçevir şəhərində vətəndaşların sorğusu əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 38-39) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması, satışı və dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18.06.2020ci il tarixdə əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 tərəfindən Mingəçevir şəhər Toxuculuq Kombinatının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (cild 1, iş vərəqi 40) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18.06.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə həmin tarixdə saat 22:35-də CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 50) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sol cibindən iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq pul əskinası, şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, köynəyin sağ döş cibindən bir ədəd şpris və bir ədəd qırılmış halda içərisində kiçik ölçülü pambıq olan şüşə flakon aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 20 manatlıq əskinas müqabilində 17.06.2020-ci il tarixdə tanışı Şahid1 iki büküm heroin satdığını bildirmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 57-58) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18.06.2020-ci il tarixli, 17/390 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Şahid1 üzərindən aşkar olunmuş...kütlə...”sözləri yazılmış zərfin içərisindəki 1(bir) ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi-0.040 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata tqədim edilmiş üzərində “Mirzə Zahid oğlunun üzərindən aşkar olunmuş...şpris və ...flakon...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd 1 ml-lik şprisdən və 01(bir) ədəd başlığı qırıq şüşə flakondan aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri - heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mükün olmadı. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd 1ml-lik şprisdən və 01(bir) ədəd başlığı qırıq şüşə flakondan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğu üçün həmin heroin hissəcikləri ilə 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı.(cild 01, iş vər. 67-70) Cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “Şübhəli şəxsin azad olunması haqqında” qərardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Şahid1 CPM-in 148.4-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulub saxlandığı Mingəçevir Şəhər Polis X8 yerindən azad olunmuşdur. (cild 01, iş vər. 65-66) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 20.06.2020-ci il tarixli, 4(051)-71/2020 saylı qərarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli 18.06.2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 213-214) Cinayət işinin materiallarında olan 19.07.2020-ci il tarixli “Raport”dan görünür ki, baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi raportla bildirmişdir ki, tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini, onun narkotik vasitələrdən əvvəllər istifadə etməsini, onun narkotik vasitələrdən əvvəllərdən alveri ilə məşğul olubolmamasını müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vər. 226) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 20.06.2020-ci il tarixli, 744 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 264) Birinci instansiya məhkəməsi hökmündə şərh etdiyi yuxarıda sadalanan dəlillərə istinadən Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini qərara almışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmü ləğv edilməlidir. Qeyd edildiyi kimi hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmünün məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən faktiki hallar və sübutlar nəzərə alınmadığına görə M.Mirzəvevə CM-in 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verilməklə əsassız və qanunsuz olduğundan ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyinin müddəalarına uyğun olaraq cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası protest müəllifinin dəlilləri ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in irəli sürülmüş birinci ittiham epizoduna görə o, 09.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra islah olunmayaraq qanunsuz olaraq satış məqsədi ilə 7 (yeddi) ədəd ağ-qara rəngli kağız bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram, 0,096 qram, 0,134 qram, 0,120 qram, 0,240 qram, 0,067 qram və 0,172 qram olmaqla ümumi təmiz çəkisi 1,078 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 17.05.2020-ci il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər «Su Anbarının» yaxınlığında yerləşən çimərlikdə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə – heroin, habelə elektron tərəzi Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin X5 əynində olan ağ rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi həmin epözod üzrə hüquqi dəyərləndirməsi bundan ibarət olmuşdur ki, “ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması 19.05.2020-ci il tarixdə sonuncu ilk dəfə ibtidai araşdırma zamanı məhkəmə qarşısına çıxarılarkən hakim tərəfindən aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 19.05.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən döyüldüyünü hakimə bildirmiş və məhkəmə iclasında onun bədəninə vizual şəkildə baxış keçirilərkən açıq aşkar xəsarətlərin olması müəyyən edildiyi üçün barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin araşdırılması üçün Mingəçevir şəhər prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.05.2020-ci X15 yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və məhkəmə qarşısına çıxarılan 19.05.2020-ci il tarixədək polisin nəzarəti altında olmuş, polis X8 yerində saxlanılmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şəbəsinə gətərilməsi barədə əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilən 17.05.2020-ci il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən iş üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmiş, həmçinin Təqsirləndirilən şəxs polisə qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərlə bağlı Mingəçevir şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində Mingəçevir şəhər prokurorunun köməkçisi X10 tərəfindən 22 iyun 2020-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid2 və Şahid4 izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis X8 yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olubolmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə 93/C-20 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Vaxtında ətraflı araşdırmanın təmin edilməməsi Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı 17.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs hakim qarşısına çıxarılarkən bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs 17.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də Mingəçevir Şəhər Məhkəməsinin 19.05.2020-ci il tarixli qərarı Təqsirləndirilən şəxs bədənində açıq aşkar xəsarətlərin olmasını təsdiq edir. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 22 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. Həmin Məcəllənin 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etiraf edici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Polis əməkdaşlarının (Şahid2 və Şahid3) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Təbii olaraq onlar özlərinin ziyanına hər hansı bir formada ifadə verməyəcəklər. Digər tərəfdən onların şahid ifadələri cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirilməklə və yalnız həmin sübutlarla üst-üstə düşdükdə və biri digərini tamamladıqda əsaslı sayıla bilər ki, artıq məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlmiş və Təqsirləndirilən şəxs hazırkı epizod üzrə şahidlər olan polis əməkdaşları (Şahid2 və Şahid3) ilə üst-üstə düşən ibtidai araşdırma dövründəki ifadələrini əsaslı saymamışdır. Bundan əlavə, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələri ilə cinayət işinin materialları arasında ziddiyyət mövcuddur. Belə ki, məhkəmədə verdiyi ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daim əməliyyat məlumatları alsa da, onunla bağlı əməliyyat-qeydiyyat işi açmamışdır. Təqsirləndirilən şəxs bir ünvanda daimi yaşamadığına görə, tez-tez yer dəyişdiyinə görə onu X15 yaxınlığında saxladıqdan sonra polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlandıqdan sonra qeydiyyatda olduğu ünvanda daimi yaşamadığına görə onun yaşadığı evə baxış keçirilməmişdir. Halbuki, cinayət işinin materiallarında olan və Şahid2 özü tərəfindən tərtib edilən 19.07.2020-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini, onun narkotik vasitələrdən əvvəllər istifadə etməsini, onun narkotik vasitələrdən əvvəllərdən alveri ilə məşğul olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Şahid2 Təqsirləndirilən şəxs barəsində daim əməliyyat məlumatı aldığını bildirsə də, tərtib etdiyi raportda ona dair hər hansı əlavə məlumatın əldə edilməsinin mümkün olmadığını qeyd etmişdir Digər tərəfdən Şahid2 tərtib etdiyi 17.05.2020-ci il tarixli raportdan isə görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşamaması barədə dəqiq məlumat olduğu təqdirdə tərtib etdiyi sözügedən raportda nəyə görə sonuncunun hazırda dəqiq yaşadığı ünvanı göstərməsi anlaşılan deyil ki, bütün bu hallar məhkəmə heyətində polis əmkdaşlarının ifadələrinə şübhə ilə yanaşmağa səbəb olur. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.05.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən X15 yaxınlığında saxlanıldıqdan sonra xidməti avtomobildə polis əməkdaşlarının nəzarəti altında həmin yerdən 20-25 dəqiqəlik məsafədə yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan 7 büküm heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu axtarış onun saxlanıldığı yerin yaxınlığında deyil, Mingəçevir Şəhər Polis Şöbəsində aparılmışdır. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 25-30 dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə saxlanıldığı yerin yaxınlığında olan hər hansı sahə müvəkkilinin otağında deyil, saxlanıldığı yerdən xeyli aralıda, yəni avtomobillə getdikdə 20-25 dəqiqəlik məsafədə yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Eyni zamanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı 17.05.2020-ci il tarixdə qəbul olunan qərarda qəbul olunan qərar barəsində 48 saat müddətində məhkəməyə məlumatın verilməsi nəzərdə tutulsa da, cinayət işinin materiallarından bu hal, yəni məhkəməyə məlumatın göndərilməsi müəyyən edilmir. Habelə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin sözügedən əməliyyataxtarış tədbirinin qanuniliyinə dair qəbul etmiş olduğu qərar da cinayət işinin materiallarına əlavə edilməmişdir. Heç belə bir qərarın mövcudluğu da müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (7 büküm heroin və elektron tərəzi) onun barəsində birinci epizod üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı birinci epizod üzrə ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir”. İşə appellyasiya protesti əsasında yenidən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi birinci epizod üzrə gəldiyi hüquqi nəticə ilə razılaşır və bu fikirdədir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zəruriət görmür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, 22 iyun 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” (təqsirləndirilən şəxsə qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı) Mingəçevir şəhər prokurorunun köməkçisi X10 tərəfindən qəbul edilən qərar artıq təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən mübahisələndirilmiş və bu şikayət məhkəmənin icratına qəbul olunmuşdur. Bununla yanaşı, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə qarşı ittiham orqanı tərəfindən irəli sürülmüş ikinci epizod üzrə gəldiyi yekun qənaətlə razılaşmır. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə təqsirkar şəxs haqqında ikinci epizod üzrə də sonuncuya qarşı irəli sürülmüş itiham üzrə təqsirliliyi sübuta yetmədiyi üçün bəraət vermişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi ikinci epizod Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində saxlayaraq daşıdığı bir ədəd ağ-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.040 qram olan narkotik vasitə - heroini 17.06.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın yaxınlığında əvvəldən tanıdığı Şahid1 20 manata qanunsuz olaraq satması, 18.06.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol arxa cibindən Şahid1 narkotik vasitə olan heroinin satışından əldə etdiyi «B80241024» seriyalı 20 manatlıq pul əskinası və elektron tərəzinin aşkar olunması ilə bağlı olmuşdur. İşdən görünür ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi bu epizod üzrə Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar maddi sübutun (Şahid1 üzərindən aşkar olunan bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar oluna «B80241024» seriyalı 20 manatlıq pul əskinası) aşkar olunduğu 18.06.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, Şahid1, eyni zamanda polis əməkdaşları Şahid2 və Şahid4 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. Öz növbəsində birinci instansiya məhkəməsi həmin sübutları mötəbər sübut kimi qəbul etməkdən imtina etmiş, ilk növbədə Təqsirləndirilən şəxs həmin epizod üzrə verdiyi etirafedici ifadəsinə münasibət bildirərək göstərmişdir ki, nə qədərki məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalması ilə əlaqədar olaraq etiraf edici ifadələr vermək məcburiyyətində qalması ilə bağlı nəticəyə gəlmişdir, odur ki, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi bütün etirafedici ifadələrə artıq şübhə ilə yanaşmaq məcburiyyətindədir. Lakin, işə yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmır. Belə ki, həmin epizodu təkzib edərkən birinci instansiya məhkəməsi hökmdə subyektiv mülahizələrə əsaslanaraq M.Mirzəvevin 1-ci epizod üzrə polis şöbəsində zorakılığa məruz qaldığı fonunda Təqsirləndirilən şəxs bütün etirafedici ifadələrini şübhə altına almış, həmçinin 20 manat pulun alqı-satqıdan bir gün sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini ittiham sübutu kimi qəbul etməmiş, eləcə də narkotik vasitə aludəçisi olan və tüfeyli həyat tərzi keçirən, dəfələrlə məhkum olunmuş Şahid1 ifadəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin alğı-satqısında ittiham etməyin qeyri mümkün olduğunu qeyd etmişdir. Halbuki, təqsirləndirilən şəxs özü də etiraf edir ki, birinci epizod üzrə verdiyi ifadələrini polis əməkdaşlarının ona etdiyi fiziki zorakılığın təsiri nəticəsində versədə, sonrakı epizodla bağlı ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı hər hansı bir fiziki zorakılıq göstərilməmişdir. Hansı ki təqsirləndirlən şəxs bu ifadələrində Şahid1 20 manat müqabilində narkotik vasitə satdığını etiraf etmişdir. Həmçinin, Mingəçevir Şəhər məhkəməsində barəsində həbs qətimkan seçilməsi məsələsi müzakirə edilərkən "təqsirli olduğunu" bildirmiş, ona qarşı zor və ya qeyri qanuni hərəkətlərə yol verildiyini göstərməmiş (bax cild 02, iş vər. 213-214), hətta məlikəmə narkoloji ekspertizasının 20.06.2020-ci il tarixli, 744 saylı rəyində tanımadığı şəxsə verdiyi narkotik vasitəni tapdığını bildirmiş, lakin məhkəmə əsassız olaraq, subyektiv mülahizələrə əsaslanaraq yuxanda qeyd edilən sübutları nəzərə almayaraq təqsirləndirilən şəxsə qarşı verilmiş ikinci epizod üzrə ittihamı da təkzib etmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid1 həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadələrini bir daha təsdiq edərək M.Mirzəvevin 17.06.2020-ci il tarixdə 0,040 qram çəkidə narkotik vasitə olan heroini ona 20 manata satdığını etiraf etmişdir. Eləcədə, cinayət işinin materiallarında olan 18.06.2020-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan da görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sol cibindən iki ədəd 5 manatlıq, bir ədəd 20 manatlıq pul əskinası, şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, köynəyin sağ döş cibindən bir ədəd şpris və bir ədəd qırılmış halda içərisində kiçik ölçülü pambıq olan şüşə flakon aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 20 manatlıq əskinas müqabilində 17.06.2020-ci il tarixdə tanışı Şahid1 iki büküm heroin satdığını bildirmişdir. Müvafiq foto şəkillər çəkilmiş və çəkilişin əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. (bax cild 01, iş vər. 57-58) Göründüyü kimi təqsirləndirilən şəxs hətta məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində qeyd edilən və iş materiallarında olan bütün xüsusatları (Şahid1 tanımasını, bir yerdə narkotik vasitə istifadə etdiklərini, 17.06.2020-ci il tarixdə aralarında telefon danışığı olmasını, Ruslanın ona zəng edərək iyirmi manat pulunun oluğunu bildirməsini, bir yerdə istifadə etmək üçün narkotik vasitə tapmağın mümkün olubolmamasını soruşmasını, narkotik alüdəçisi olduğundan və həmin vaxt narkotikə ehtiyacı olduğundan, ümumi tanışına zəng edib narkotik vasitənin olub-olmamasını öyrənməsini, görüşmələrini) təsdiq etmiş, yalnız alqı-satqının baş tutmasını inkar etmişdir. Bu baxımdan da, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 1-ci epizod üzrə polis şöbəsində zorakılığa məruz qaldığının müəyyən etməsi fonunda Təqsirləndirilən şəxs bütün etirafedici ifadələrinin şübhə altına almasını məhkəmə kollegiyası əsaslı bilmir. Tədqiq edilən sübutlardan bəlli olur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, 20 manatlıq əskinas müqabilində 17.06.2020-ci il tarixdə tanışı Şahid1 iki büküm heroin satmasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr vermiş və məhkəmə Mirzə Mizəyevin ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan, qeyd olunan ifadələrə tənqidi yanaşmadan həmin ifadəyə əsaslanaraq sonuncuya irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməkdə yalnış nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28.09.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 1996-cı il tarixli 4 saylı Plenum qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəbini araşdırmalıdır. Həmin ifadələrin fiziki və ya psixi təsir göstərmə və bu kimi qanuna zidd hərəkətlər yolu ilə alınması müəyyənləşdirilərsə, onlar ittiham hökmü çıxarılarkən sübut kimi qəbul edilə bilməz. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs Şahid1 20 manatlıq əskinas müqabilində 17.06.2020-ci il tarixdə tanışı Şahid1 iki büküm heroin satması barədə cinayət işinin ibtidai istintaqı zamanı sərbəst ifadələr verərkən (hansıkı bu ifadələrə müdafiəçinin iştirakı ilə və video çəklişlə verilmişdir) ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Bu hallar isə təqsirkarın məhkəmə istintaqında verdiyi ifadələrin qeyri səmimiliyinə dəlalət edir. Məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, o cümlədən Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələrini, ona qarşı irəli sürülmüş ittihamın xarakteri, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, cinayət işi üzrə məhkəmə baxışı olduqca səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılmış, iş üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar tədqiq edilməmiş və araşdırılmamış, bütün bunlar isə son nəticədə təqsirləndirilən şəxsə əsassız olaraq irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməsinə səbəb olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın ikinci epizodu ilə bağlı ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs Ruslana narkotik vasitə satmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadə iş üzrə obyektiv nəticəyə gəlməyə imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmə də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, bununla da cinayət prosessual qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə bəraət verilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmünün ləğv edilməsi ilə bağlı apellyasiya protestinin dəliləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın ikinci epizodu üzrə təqsirliliyi sübuta yetirilməməsi səbəbi ilə bəraət verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində saxlayaraq daşıdığı bir ədəd ağ-gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.040 qram olan narkotik vasitə - heroini 17.06.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın yaxınlığında əvvəldən tanıdığı Şahid1 20 manata qanunsuz olaraq satmış, 18.06.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol arxa cibindən Şahid1 narkotik vasitə olan heroinin satışından əldə etdiyi «B80241024» seriyalı 20 manatlıq pul əskinazı və elektrontərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, qanuni və ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə cinayətə görə müəyyən edilmiş cəzadan da daha yüngül cəza təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X7 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmü ləğv edilməklə, yeni ittihamedici hökm çıxarılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. İş üzrə Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(091)-37/2021 nömrəli hökmü ləğv edilərək, yeni ittiham edici hökm çıxarılsın. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın birinci, yəni “qanunsuz olaraq satış məqsədi ilə 7 (yeddi) ədəd ağ-qara rəngli kağız bükümlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qram, 0,096 qram, 0,134 qram, 0,120 qram, 0,240 qram, 0,067 qram və 0,172 qram olmaqla ümumi təmiz çəkisi 1,078 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 17.05.2020-ci il tarixdə saat 12:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər «Su Anbarının» yaxınlığında yerləşən çimərlikdə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə – heroin, habelə elektron tərəzi Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin X5 əynində olan ağ rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür” epizodu üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verilsin. Həmin epizod üzrə Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 05.08.2020-ci il tarixli hökmü hökmü ilə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CMin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16.12.2019-cu il tarixdən 18.12.2019-cu il tarixinədək və 17.05.2020-ci il tarixdən 19.05.2020-ci il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət CM-in 69.3-cü madəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azaadlıqdan məhrum etmə cəzası saxlanılasın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzasının əvvəli 18.06.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müdətdə CM-in 93.1.2-ci madəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. 18.06.2020-ci il tarixli ekspertiza rəyi üzrə 71.94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat təşkil edən ekspertiza xərci Təqsirləndirilən şəxs, 17.05.2020-ci il tarixli ekspertiza rəyi üzrə 71.94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat təşkil edən ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan təhqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,938 qram olan heroin, təhqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0, 020 qram heroin, 2 ədəd tərəzi, 1 ədəd 1 ml-lik şpris, 1 ədəd şüşə flakon hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin və iş üzrə istintaqın davam etdirilməsindən ötrü saxlanılsın. 1 ədəd “B80241024” seriyalı 20 manatlıq pul əskinası dövlət nəfinə müsadirə edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar