Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-153/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X15 Məhkəməsinin (hakimlər X8 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmü ilə, xx xxxxx 1998-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu Vəndam qəsəbəsində daimi qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir. İşin halları: X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 55-ci kilometrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 60 km/saat sürətlə Qaraməryəm qəsəbəsi istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda, bunu etmədən hərəkətini davam etdirərək yolu soldan sağa keçən piyada X2 vurmuş, nəticədə ehtiyatsızlıqdan ona başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası və dərialtı qansızması, sağ alın-təpə nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma, baş beyin maddəsinə, qişaları altına, mədəciklərinə qansızma, beyin maddəsinin və beyin kötüyünün ödemi, beynin yumşalması, alın sümüyünün sol tərəfli xətti sınığı, qabırğaların sağ tərəfli çoxsaylı sınıqları, ağciyərlərin əzilməsi, qansızması, seqmentar atelektazı, ödemi, omba sümüyünün sınığı kimi həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ölümünə, habelə Zərərçəkmiş şəxs 580 manat məbləğində maddi ziyan vurmaqla VAZ 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuş yol-nəqdiyyat hadisəsini törətmişdir. X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Müdafiəçi verdiyi apelyasiya şikayətində X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə dəyişiklik edib, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə müvafiq cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsi və həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, eləcə də zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apelyasiya şikayətləri verilməmişdir. X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən verilmiş apelyasiya şikayətinə qarşı Dövlət ittihamçısı tərəfindən yazılı etiraz verilmişdir. Həmin etirazda apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı verdikləri izahatlarında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi həmin şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs da apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu götərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində idarə etdiyi «VAZ 21074» markalı avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə İsmayıllı istiqamətində öz zolağı ilə hərəkət edərkən yolun döngəli hissəsində sol tərəfdən bir nəfər piyadanın gəldiyini görmüş, əvvəlcə səs siqnalı vermiş, sonra isə tormozu basıb sükanı sağa burmuşdur. Lakin hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq hissəsi həmin piyadanı vurmuşdur. Maşını saxlayıb yerə düşəndə vurduğu şəxsin həmkəndlisi Çingiz olmasını bilmişdir. Qardaşı Afilə və tanışı Zaura zəng edib hadisə barədə məlumat vermiş, sonra isə köməyə adam çağırmaq üçün yuxarıdakı kafeyə tərəf qaçmışdır. Yolun kənarı ilə Elmarın hərəkət etdiyini görüb onu köməyə çağırmışdır. Zaur da gəlmiş, birlikdə Çingiz kişini yerdən götürməyə çalışmış, lakin təcili-tibbi yardımla danışanda onlar bildirmişlər ki, piyadanı tərpətməsinlər, özləri gəlirlər. Bir qədər sonra təcili-tibbi yardım briqadası gəlib piyadanı xəstəxanaya aparmış, o isə hadisə yerində qalmışdır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Dəymiş ziyanı ödəmişdir. Əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, VAZ 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. Həmin avtomobili kəndin içində sürmək üçün oğlu Razilə icazə vermişdir. Razil sürücülük vəsiqəsi almasa da, uşaqlıqdan ona avtomobil idarə etməyi öyrətmiş və onun sürücülük vərdişləri olmuşdur. xx xxxxxx 2019-cu ildə axşam saatlarında X4 Respublikasında olduğu zaman evdən zəng edib bildirmişlər ki, Razil onun avtomobili ilə İsmayıllı istiqamətində hərəkət edərkən Vəndam qəsəbəsinin ərazisində «vedrə bazarı» deyilən yerdə qəza törədib və avtomobil ilə həmkəndlisi Çingiz Abdurahmanovu vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Avtomobilin zədələnməsi ilə əlaqədar onun heç bir şikayəti və iddiası yoxdur. Ziyan tam ödənmişdir. Onunla barışmışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində atası evdən çıxıb işlədiyi restorana gedərkən maşınla vurulması xəbəri verilmiş, xəstəxanaya getmiş, orada məlum olmuşdur ki, atası «vedrə bazarı»nın yaxınlığında həmkəndlisi Razil adlı şəxsin idarə etdiyi avtomobil ilə vurulmuşdur. Atasının vəziyyəti ağır olduğundan sabahısı gün təcili-tibbi yardım avtomobili ilə onu Bakı şəhəri X14 aparmışlar. Orada bir müddət müalicə olunduqdan sonra xx xxxxxx 2019-cu ildə atası ölmüşdür. Mülki iddia vermişdir Ondan imtina edir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ancaq ondan tələbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Razil qaça-qaça həyəcanlı şəkildə onu görüb yaxınlaşmış və «vedrə bazarı» deyilən ərazidə bir nəfər piyadanı vurduğunu bildirmişdir. Hadisə yerinə qayıdarkən yolda Razil təcili-tibbi yardıma zəng edib məlumat vermiş, oradan bildirmişlər ki, onlar gələnə qədər piyadanı tərpətməsinlər. Hadisə yerinə çatanda Zaurun da idarə etdiyi “Opel” markalı avtomobillə hadisə yerinə yaxınlaşdığını görmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları, sonra isə təcili-tibbi yardım briqadası gəlmiş və piyadanı xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 95/MEŞ №-li ekspert rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası və dərialtı qansızması, sağ alın-təpə nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma, baş beyin maddəsinə, qişalarıaltına, mədəciklərinə qansızma, beyin maddəsinin və beyin kötüyünün ödemi, beynin yumşalması, alın sümüyünün sol tərəfli xətti sınığı, qabırğaların sağ tərəfli çoxsaylı sınıqları, ağciyərlərin əzilməsi, qansızması, seqmentar atelektazı, ödemi, omba sümüyünün sınığı, - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomaşınla piyadanın vurulması zəminində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. Ç.Abdurahmanovun ölümünun bilavasitə səbəbi baş beyin maddəsinə, qişalar altına və mədəciklərinə qansızma olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 4336 №-li ekspert rəyindən görünür ki, VAZ 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 525 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq olmuşdur. İş materiallarında olan DİN BDYPİ-nin QİŞ-dən alınmış xx.xx.2020-ci il tarixli 016- 397-1220 saylı məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan arayışdan görünür ki, hadisə nəticəsində VAZ 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 580 (beş yüz səksən) manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialarında olan birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli “məhkəmə baxış iclasının protokolu”ndan gürünür ki, zərərçəkmiş şəxin hüquqi varisi X6 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırdığını və daha sonra həmin mülki iddiadan imtina etdiyi demişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-in 263-1.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apelyasiya şikаyətindən göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin sübutu və ya hüquqi tövsifi məsələlərini mübаhisələndirməmiş, yalnız barəsində olan hökmün dəyişdirilməsini və hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə müvafiq cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsi və həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində Təqsirləndirilən şəxs uzun müddətdir xəstəlikdən əzab çəkməsi, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya şöbəsində uzun müddət müalicə alsa da sonda xidmətə yararsızlıqla ordu sıralarından tərxis olunması, ona xəstəxanada “Xroniki “B” virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyasının cüzi dərəcədə pozulması” diaqnozu qoyulması və həmin dövrdən bu günə kimi mütəmadi müalicə olunması, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən əsaslar kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi dərhal xəstəxanaya çatdırması və tibbi yardım göstərilməsini təşkil etməsi, təqsirləndirilən şəxsin təşəbbüslərinin uğursuz olmasına (qəbul edilməməsinə) baxmayaraq onun zərərçəkmiş şəxsin hüquqi varisi və başqa yaxınları ilə razılıq əldə etməyə cəhd etməsi, onlara dəymiş maddi-mənəvi zərəri qismən kompensasiya etməsi göstərilmişdir. Müdafiəçi apelyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk məhkumluğu olması və cinayət əməlinin ehtiyatsızlıqdan baş verməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı CM-nin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-nin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə “cəzanı yüngülləşdirən hallar” anlayışı o halları nəzərdə tutur ki, həmin halların mövcudluğu törədilmiş cinayətin ictimai təhlükəliliyini, cinayət törətmiş şəxsin təqsirini və baş vermiş zərərli nəticələrin həcmini əhəmiyyətli dərəcədə azaltmış olsun. Təqsirləndirilən şəxs zərərli nəticələri aradan qaldırmağa yönələn cəhdləri isə qeyd edilən halların baş verməsini təmin etməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 (beş) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyаsının qənаətincə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxs Ç.G.Abdurahmanovu TTYM çağırmaqla xəstəxanaya çatdırmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir tələbi və şikayətinin olmamasını nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını daha çox yüngülləşdirməyə əsas verən hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, barəsində olan hökmü dəyişdirməklə cəzasının yüngülləşdirilməsinə heç bir əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair X15 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-77/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-153/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-153/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver