Məhkəmə qərarları › İş №1(107)-154/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-154/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-154/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ (ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair) Şəki Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin hakimi X1 ozü-özünə verdiyi etirazın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Göyçay Rayon Məhkəməsinin hakimi X3 öz-özünə etiraz etmiş və Göyçay Rayon Məhkəməsinin x xxxx 2021-ci il tarixli qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Eyvazov Akif Məhərləm oğlunun x xxxxx 2021ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin hakimi X1 ozü-özünə verdiyi etiraz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin x xxxxx 2021-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin hakimi X1 ozü-özünə verdiyi etiraz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrində isə göstərilir ki, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: -bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özüözünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; -məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, özü-özünə etirazın təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin x xxxxx 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılması üçün ərazi baxımından Göyçay rayonuna daha yaxın olan Ucar Rayon Məhkəməsinə göndərilməsi məqsədə müvafiqdir. Şərh оlunаnlаrı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar