Məhkəmə qərarları › İş №1(107)-154/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-154/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-154/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(063)-10/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 19 yanvar 2022-ci il tarixli hökmü ilə, 01 avqust 1997-ci ildə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 08 noyabr 2021-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd məişət təyinatlı mətbəx bıçağı və 1 cüt iş əlcəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 30 (otuz) manat 60 (altmış) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə keçirillməsi, hökmün maddi sübutlarının məhv edilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılması, İbtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs оьлуna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs özgənin əmlаkını gizli yоllа tаlаmаq məqsədi ilə 06 noyabr 2021-ci il tarixdə, saat 03:37 radələrində Zərərçəkmiş şəxs MMC-nin Ucar şəhəri, H.Əliyev prospekti, 51-də yerləşən mağaza filialının qapısının şüşəsini sındıraraq açmaqla qanunsuz daxil olaraq marketin kassasında olan pulları oğurlamaq üçün axtarmaqla bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətlər etməklə marketin kassasında olan 430 manat nəğd pulu tapa bilmədiyindən və həmin marketin siqnalizasiya sistemi işə düşdüyünə görə iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində əməlindən peşman olduğunu bildirərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahil etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ona münasibətdə cəya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayətləri etdiyinə görə məhkum edilmişdir. Belə ki, sonuncu dəfə o, 2018-ci ildə oğurluq etdiyi üçün 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ilin aprel ayının 27-də cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra bir sıra müvəqqəti işlərdə günəmuzd çalışmışdır. Bir qədər sonra onurğasında əyrilik olduğu üçün ağrılar yarandığına görə işləyə bilməmiş, bu səbəbdən maddi vəziyyəti çətinləşməyə başlamışdır. Nəticədə oğurluq etmək fikrinə düşdükdən sonra yaşadığı evə yaxın olan asanlıqla girib oğurluq edə biləcəyini düşündüyü Ucar şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdən oğurluq etmək barədə niyyətini qətiləşdirmişdir. Bundan sonra hazırlıq görməyə başlamış, oğurluq etməmişdən əvvəl marketin kamerasına düşərkən kimliyini gizlətmək məqsədilə köhnə qara rəngli köynəyindən kəsərək üzünü örtmək üçün maska hazırlamış, əl izlərinin hər hansı əşyanın üzərində qalıb onu ələ verməməsi üçün isə evdən fəhlə kimi işləyərkən istifadə etdiyi bir cüt sarı-boz rəngli əlcək və qapını açmaq üçün də 1 ədəd mətbəx bıçaq götürmüş, 06 noyabr 2021-ci il tarixdə, saat 03 radələrində piyada “Oba” marketə tərəfə gəlmişdir. Əvvəlcə ətrafı müşahidə etmiş, ətrafda heç kimin olmadığını yəqinləşdirdikdən sonra bir neçə dəfə cəhd edərək əli ilə itələyib qapını bağlandığı yerdən qırmağa cəhd etdikdə qapının şüşəsi də sınıb yerə tökülmüşdür. Sonra içəri daxil olub kassanın olduğu tərəfə keçib kassaya yaxınlaşmış, kassanın qarşısında olan dəmir qutunu kassanın qarşısını açmaq üçün yerə qoyduqda siqnalizasiya işə düşməyə başlamışdır. Bundan sonra kassanı açmaq istəsə də, qorxduğu üçün oradan tez çıxmaq qərarına gəlmişdir. Ona görə də kassanı açmağa vaxt tapmamış, cəld mağazadan çölə çıxdıqdan sonra mağazanın yanında yerləşən işıqfordan sağa tərəf qaçmağa başlamışdır. Bu zaman qara rəngli köynəkdən kəsib hazırladığı maskanı yolun kənarında bir yerə ataraq yoluna davam etmiş, evdən götürdüyü əlcək əlində, mətbəx bıçağı isə cibində olmuşdur. O, kirayə qaldığı Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən evinə gedərkən yolda onu polis əməkdaşları saxlayıb sorğu-suala tutduqda həyəcanlı olduğuna görə özünü şübhəli apardığı üçün onu polis avtomobilinə dəvət etmişlər. Bundan sonra o, polis avtomobilinə əyləşmiş, orada oğurluq barəsində soruşduqda, təzəcə oğurluğa cəhd etdiyini etiraf etmiş, polis əməkdaşları onu polis avtomobili ilə rayon polis şöbəsinə gətirərkən cibindəki bıçağı və əlindəki əlcəyi çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədən təqsirini etiraf edərək səmimi peşman olmasını, dəymiş ziyanı aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və başa çatmayan cinayətin törədilməsində təqsirli bilindiyini nəzərə alaraq, ona cinayətlərin residivini nəzərə almaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 ifadəsində göstərdi ki, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazada administrator vəzifəsində işləyir. Həmin mağaza hər gün səhər saat 08:00-da açılıb saat 22.00-da isə bağlanır. Hər gün olduğu kimi 05 noyabr 2021-ci il tarixdə həmişəki qayda ilə işçilərlə birlikdə mağazanı bağlayaraq evinə getmiş, həmin vaxtı gündəlik alış-verişdən əldə olunan puldan 430 manatını kassaya qoymuş, 06 noyabr 2021-ci il tarixdə, saat 03 radələrində mağazanın mühafizə xidməti ona zəng edərək mağazada oğurluq olduğunu demişdir. Bundan sonra o, dərhal hadisə yerinə gəlmiş, hadisə yerinə çatanda mağazanın qapısı açıq, qapının şüşəsi isə sınıb yerə dağılmış vəziyyətdə olmuş, mağazanın görüntü kamerasına baxan zaman orada sonradan adının Rüstəm olduğunu bildiyi şəxsin mağazanın qapısını sındıraraq içəri keçdiyini görmüş, Rüstəm adlı şəxs mağazanın kassasında olan 430 manat nağd pulu oğurlamağa nail olmamışdır. Həmin gün hadisə yerinə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, onlara mağazaya baxış keçirtmiş, mağzanın kamera yaddaşında olan video görüntüləri baxış zamanı diskin yaddaşına köçürərək Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim etmişdir. Mağazanın qapısının və şüşəsinin sınması nəticəsində mağazaya təxminən 100 manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi cəmiyyətə dəymiş zərərin tamamilə aradan qaıldırıldığın və cəmiyyətin şikayətinin və tələbinin olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Ucar Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində işləyir. 06 noyabr 2021-ci il tarixdə, gecə saatlarında Ucar rayon ərazisində xidmətdə olmuş, həmin gün saat təxminən 04 radələrində şöbənin növbətçi hissəsinin köməkçisi işləyən Muxtar Səmədov ona mobil telefon ilə zəng edərək Ucar şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdən oğurluq edilməsinə cəhd edilməsi barədə məlumat vermişdir. O da, həmin gün onunla xidmətdə olan PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3la birlikdə hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda həqiqətən də marketin qapısının sındırılmasının şahidi olmuşdur. O, digər polis əməkdaşları ilə birlikdə isti izlərlə hərəkətə keçmiş, Ucar şəhəri, N.Nərimanov küçəsində bir nəfər özünü şübhəli apardığı üçün həmin şəxsi saxlamışdır. Həmin cavan oğlanı sorğusuala tutduqda verdiyi cavablar onu qane etmədiyi və onda şübhə yaratdığı üçün həmin şəxsi Ucar Rayon Polis Şöbəsinə gətirmiş, rayon polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs ilə şifahi söhbət edərkən həmin gün, saat 03 radələrində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketin qapısını qırıb içəri keçdiyini, lakin mağazanın siqnalizasiya sistemi işə düşdüyü üçün oradan qaçdığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bıçağı və bir cüt iş əlcəyini ona könüllü olaraq təhvil vermişdir. O, bu hadisə ilə bağlı rəhbərliyə raport yazmışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Şahid3 оğlu və Şahid2 eyni məzmunlu ifаdə verərək şahid qismində dindirilmiş Rəvan Bəyalıyevin göstərdiyi xüsusаtlаrı bir dаhа təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda X8 Şöbəsinin Mülki Mühafizə Xidmətinin mühafizəçisi vəzifəsində işləyir, xidmət yeri Ucar rayon ərazisidir. Belə ki, o, Ucar rayon ərazisində müxtəlif obyektlərin mühafizəsində iştirak edir, əsasən şəhər mərkəzində xidmət aparır, arabir gecələr növbəli işləyir. 06 noyabr 2021-ci il tarixdə, gecə saatlarında Ucar rayon ərazisində xüsusi qrupda xidmətdə olan zaman həmin gün saat 03:54-də həyəcan siqnalı gəlmiş, 03:57-də həyəcan siqnalının gəldiyi Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağaza filialının olduğu yerə getmiş, oraya çatdıqda mağazanın qapısının sındırıldığını görmüşdür. İçəri keçib baxış keçirtdikdə içəridə heç kim olmadığını müəyyən etmiş, sonra ilk öncə baş vermiş hadisə barədə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə, daha sonra isə mağazanın müdiri Azad Mirzəliyevə mobil telefon ilə zəng edərək məlumat vermişdir. Saat 04 radələrində hadisə yerinə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, o, mağazada qalaraq həmin yerin mühafizəsini təşkil etmiş, bir qədər sonra isə hadisəni törətmiş şəxsin Ucar Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparıldığını eşitmişdir. Sonradan mağzadan oğurluq etməyə cəhd etmiş şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin əməlin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək əməlindən səmimi peşmаnçılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır Belə ki, Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən və məhkəmə hökmünün surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 1(063)-36/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədə Təqsirləndirilən şəxs 27 aprel 2021-ci ildə cəzasının sonu ilə azad edildiyi göstərilmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin maddəyə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə istinad etmişdir. Belə ki, həmin maddəyə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Lakin, birinci instansiya məhkəməsi hazırda Təqsirləndirilən şəxs əməlinin oğurluğa cəhd, yəni başa çatmayan cinayət olmasını nəzərə almamışdır. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə deyil 63.3-cü maddəsinə istinad edərək, cəza təyin etmək lazımdır. Belə ki, həmin maddəyə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi həmin maddənin sanksiyasının yuxarı həddi beş il müddət müəyyən edildiyindən, Təqsirləndirilən şəxs əməli isə başa çatmayan cinayət olduğundan, ona təyin edilə biləcək cəzanın, daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməməməsini nəzərə alan məhkəmə kollegiyası, ona həmin maddə ilə müəyyən edilmiş minimum həddə-2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, bununla cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından yetərli sayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(063)-10/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar