Məhkəmə qərarları › İş №1(107)-156/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-156/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-156/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(046)- 32/2020 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov ) xx xxxx 2020-ci il tarixli 1(046)-32/2020 nömrəli hökmü ilə xx.xx.1980-ci ildə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 263.2.-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə zalından həbsə alınması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində sürücülük vəsiqəsi olmaqla etibarnamə ilə idarə etdiyi “Vaz 21063” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə üzü Nizami küçəsi istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən “Təzə bazar”ın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, qeyd olunan maddənin tələbinə əməl etməmiş, nəticədə ehtiyatsızlıqdan avtomobilin sol qabaq tərəfi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya döş sümüyünün Vİ qabırğa səviyyəsində sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol ağciyərin cırılması, ağciyərin kontuziyası, sol bud nahiyəsinin qançırı, sol bud sümüyünün ikili qapalı sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, nəticədə Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(046)-32/2020 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə təqsirli bilinirək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi xahiş edilmişdir. Hökmdən apelyasiya protesti, zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən apelyasiya şikayəti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin hökmünü əsassız və qanunsuz hesab edir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 263.2- ci maddəsi ilə verilmiş cəza onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, lakin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədiyi halda təqsirləndirilən şəxsi onun şəxsiyyətinə uyğun olmayan cəzaya məhkum etmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət yaradır və həmin cinayət əməlinə görə qeyd edilən maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən kifayət qədər hallar var və onun cəzasını ağırlaşdıran heç bir hal yoxdur. 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmiş yuxarıda qeyd edilən məsuliyyətini yüngülləşdirən halları olan təqsirləndirilən şəxs üçün çox ağırdır. Belə ki, hətta residivə görə Təqsirləndirilən şəxs təyin edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilmir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki, “Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.” Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməmiş, buna görə inzibati məsuliyyətə cəlb edilməmiş, məhkum edilməmiş, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs zərər çəkmişin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş, lakin sonuncu tərəfindən narazılıq olduğu üçün bu barışıq cəhdi alınmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası verməklə humanizm və ədalətlilik prinisiplərinə əməl etməmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, apelyasiya şikayətini müdafiə edir, daha ədalətli və qanuni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi və əlavə olaraq zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiklərini, dəymiş ziyanla bağlı 7000 manat pulun zərər çəkmiş şəxsin hüquqi varisinə ödənildiyini, əlavə 3000 manat pulun 2021-ci ilin mart ayının sonuna kimi ödəniləcəyi haqqında razılığa gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı X11 bildirmişdir ki, apelyasiya şikayətinə etiraz edir. Birinci instansiya məhkəməsi verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(046)-32/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirdi ki, həqiqətən də anası Zərərçəkmiş şəxs müalicəsi üçün xərclədiyi pulun əvəzində ona Təqsirləndirilən şəxs qohumları tərəfindən 7000 (yeddi min) manat pul ödənilmişdir. Qalan 3000 (üç min) manat puluda 2021-ci ilin mart ayının sonuna kimi ödəyəcəklər. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlilləriniqismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayəti təmin edilməli və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X7ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə şəxsi işləri ilə əlaqədar Mingəçevir şəhərinə getmişdir. Anasının mobil telefonuna zəng edəndə mobil telefonu Oruc adlı tanışı açmış və anasını avtomobil vurduğunu və onu xəstəxanaya gətirdiyini bildirmişdir. Bundan təxminən 1 saat sonra Göyçay MRX-ya gəlmiş və həmin vaxt anasının xəstəxanada olduğunu və müayinələrdən keçdiyini bilmişdir. Həkimlər müayinələrin nəticəsi olaraq anasının sinə qabırğalarının beşinin, bud sümüyünün sındığını və müalicəni davam etdirəcəklərini bildirmişlər. Anası 2 gün xəstəxanda qaldıqdan sonra onun ciyərinə su yığıldığını dedikləri üçün onu dərhal ambulansla X8 mərkəzinə aparmışlar. Anası həmin xəstəxanda reanimasiya şöbəsində ciyərindən əməliyyat olunmuş, xx xxxxxx 2020-ci il tarixdə səhər üzü saat 07 radələrində isə vəfat etmişdir. Anasını avtomobillə vurub ona xəsarət yetirən şəxs Göyçay rayonu Qarabaqqal kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin avtoqəza baş verən vaxt tanışları Nicat və Əli hadisə yerində olmuşdur. Bundan sonra hadisə yerinə gələn tanışı Oruc yoldan keçən avtomobili dayandırıb anasını xəstəxanaya aparmışdır. Hadisənin baş verməsinə səbəb həmin avtomobilin sürətli olması və Təqsirləndirilən şəxs avtomobillə ötmə əməliyyatı aparması olmuşdur. Anasının müalicəsi üçün 15000 manat xərcləmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, anasının müalciəsi ilə maraqlanmamış, dəfn mərasiminin keçirilməsi ilə əlaqədar heç bir maddi köməklik göstərməmişdir. Məhkəməyə təqdim etdiyi hadisənin baş verdiyi şəraiti təsvir edən video görünütünü, həmin görüntüdə Təqsirləndirilən şəxs yüksək surətlə avtomobili idarə edərək, ötmə əməliyyatı apardığını, heç bir tormozlama əməliyyatı aparmadan mərhum anasını vuraraq 5-10 metr kənara tulladığını, eləcə də ona dəymiş maddi ziyanı ödəmədiyinin və Təqsirləndirilən şəxs şikayətçi olduğunu nəzərə alaraq barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qardaşı Teymur Şəfiyev ilə birlikdə yaşadığı kənddən Göyçay şəhərinə gəlmişlər. Kənd yolu ilə gedərkən Teymur Fətullyev ilə rastlaşmış və müştəri kimi onun avtomobilinə əyləşmişlər. Özü qabaq oturacaqda, qardaşı Teymur isə arxa oturacaqda əyləşmişdir. Əvvəlcə “Regionstore” inşaat materialları mağazasına gedib oradan çıxdıqdan sonra isə pərdə almaq üçün Göyçay şəhərinə tərəf hərəkətə başlamışlar. Həmin gün saat 15 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə Nizami küçəsi istiqamətində hərəkət edərkən təzə bazarın arxa giriş qapısının yaxınlığından keçəndə sağ tərəfdən gümüşü metallik rəngli VAZ-2107 markalı avtomobil onları ötməyə başlamışdır. Həmin avtomobil onları ötməyə başlayan vaxtda yolun sağ tərəfindən qara paltarlı bir qadın yolu keçməyə başlamışdır. Həmin qadını yolun sağ tərəfindən hərəkətə başladığını təxminən 40-50 metrlik məsafədən görmüşdür. Teymur avtomobil yolunun sol hərəkət hissəsi ilə hərəkətdə olmuşdur. Minəxanım onların sağ tərəfindən ötüb keçən avtomobilin qarşısından keçdikdən sonra Teymurun avtomobilinin hərəkət yoluna çıxmış, Teymurun Minəxanımı əvvəlcədən gördüyünə görə düşünmüş ki, Teymur da həmin qadının hərəkətdə olduğunu görür. Lakin qadın onların qarşısında çıxanda qışqırıb Teymura yola qadın çıxdığını demiş və həmin vaxt Teymur əyləci basmışdır. Lakin avtomobili saxlaya bilməmiş və avtomobilin sol qabaq tərəfi ilə Minəxanımı vurmuşdur. Minəxanım zərbədən avtomobilin alın şüşəsinə çırpılmış və yerə yıxılmışdır. Teymur avtomobili dayandırdıqdan sonra avtomobildən düşüb Minəxanımı yanına gəlmişdir. Bu zaman yoldan keçən şəxslər oraya topalaşmışlar. Oraya gələn şəxslərlə köməkləşib Minəxanımı yanlarından keçən gümüşü rəngli VAZ-2107 markalı avtomobilə əyləşdirmişlər. Bundan sonra həmin şəxs Minəxanımı xəstəxanaya aparmışdır. Onlar isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində işlədiyi aptekin yaxınlığında, yolun digər tərəfində yerləşən “Qardaşlar” marketin qarşısında Şahid3 adlı tanışı ilə birlikdə dayanmışlar. Əli ilə söhbət edən zaman Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətindən Göyçay şəhər bazarı istiqamətində hərəkət edən VAZ-2106 markalı bir avtomobil avtomobil yolunu qarşıya keçən piyadanı vurmuşdur. Əli ilə tez həmin yerə doğru qaçmış və həmin vaxtı piyadanın Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Minəxanım dostu Sadiqin anasıdır. Hadisə yerinin yaxınlığında olan binada yaşayır. Əli ilə birlikdə köməkləşib Minəxanımı oraya gələn VAZ- 2107 markalı Rusiya nömrə nişanlı güşümü-metallik rəngli avtomobilə əyləşdirmişlər. Bundan sonra həmin avtomobili idarə edən şəxs onu müayinə olunmaq Göyçay Mərkəzi rayon Xəstəxanasına aparmışdır. Başqa avtomobil ilə onun arxasıyca xəstəxanaya getmişlər. Hadisədən əvvəl Minaxanımın avtomobil yolunu keçən görməmişdir. Dostu Əli ilə hadisə baş verən kimi səsə başlarını çevirəndə qadının yerə düşdüyünü görmüşlər. Həmin vaxt Minəxanımı vuran avtomobili Teymur idarə etmişdir. Qadını avtomobilə mindirdikdən sonra Teymur hadisə yerində qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Göyçay RPŞ-də əməliyyat-istintaq qrupunda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yol nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat aldıqdan sonra Göyçay şəhəri M.Hüseynzadə küçəsində Təzə bazarının girişinə gəlmişlər. Həmin vaxt Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı Turan Kərimli hadisə yerini müayinə etməyə başlamışdır. Baxış zamanı Göyçay rayonu Qarabaqqal kənd sakini X6 idarə etdiyi Vaz 21063 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə üzü Nizami küçəsi istiqamətdə “Avtobaza” dairəsinə doğru yolun sağ hərəkət hissəsinin sol hərəkət zolağında hərəkətdə olan zaman yolun sağ ehtiyyat hissəsindən yolun sol tərəfinə keçməyə çalışan piyada Minəxanımı gördükdən sonra əyləci bacıb avtomobili dayandırdığını, lakin avtomobilin sol qabaq hissəsi ilə həmin qadını vurduğunu, bundan sonra oraya toplaşan şəxslərin köməkliyi ilə qadını xəstəxanaya göndərdiyini və özünün isə hadisə yerində dayanıb polislərin gəlməsini gözlədiyini bildirmişdir. Hadisə yeri müayinə olunan zaman hadisə yerində yolun ümumi eni 17 metr, avtomobilin tormoz izinin 8 metr və yolu keçən qadının yolun sağ ehtiyyat hissəsindən toqquşma yerinə qədər qət etdiyi masəfənin 7,8 metr olması müəyyən edilmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edildi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bunlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 02 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – döş sümüyünün Vİ qabırğa səviyyəsində sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində İİİ-Xİİ qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sol ağciyərin cırılması, ağciyərin kontuziyası, sol bud nahiyəsinin qançırı, sol bud sümüyünün ikili qapalı sınığı həyatidirlər, bərk-küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2019cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb çoxsaylı qabırğaların və döş sümüyünün sınması, ağciyərin kontuziyası, sol ağciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travmasının ağırlaşmasından əmələ gələn tənəffüs çatışmamazlığı olmuşdur. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2141 ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21063 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Göyçay RPŞ-nin DYBP-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş hadisənin baş verdiyi şəraiti təsvir edən video görüntü olan CD-disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi onun özü və müdafiəçisi tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayətində təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır olması, cəza təyinetmə prinsiplərinə zidd olması, cəzanın törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, habelə cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olmaması, təqsirləndiriləın şəxsin ilk dəfə cinayət törətməsinin, himayəsində iki azyaşlı uşağının olmasının, ailədə yeganə gəlir gətirən şəxs olmasının, özü və yaxın qohumları tərəfindən zərər çəkmiş şəxslə barışmağa, maddi köməklik göstərməyə dəfələrlə cəhd etməsinə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır, ehtiyatsızlıqdan olan cinayət törətməsi, könüllü olaraq polisə təslim olmasının, cinayətin açılmasına köməklik göstərməsinin, cəzanın şəxsin islah olunmasına təsirinin tam nəzərə alınmaması, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, əksinə cəzasını yüngülləşdirən halların olması, lakin buna baxmayaraq, birinci instansiya məhkəməsinin CM-in 60-cı maddəsinin tələbinə tamamilə zidd olan, qanunvericiliyin imperativ göstərişini kobudcasına pozaraq təqsirləndirilən şəxsə ağır cəza təyin etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımındanbir qədər sərt olmuşdur. Belə ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.1 və 33.2-ci maddələri). Ədalət prinsipini özündə əks etdirən CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayətlə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında da təsbit edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, lakin həmin nəticəyə hansı sübutlara əsasən gəldiyini müzakirə etməmiş və öz qərarını əsaslandırmamışdır. Təqsirləndirilən şəxs və iş üzrə Şahid1 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs avtoqəza hadisəsi baş verdikdən sonra avtomobili dayandıraraq düşüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yanına gəlmişdir. Bu zaman yoldan keçən şəxslər oraya topalaşmışlar. Oraya gələn şəxslərlə köməkləşib Minəxanımı yanlarından keçən gümüşü rəngli VAZ- 2107 markalı avtomobilə əyləşdirmişlər. Bundan sonra həmin şəxs Minəxanımı xəstəxanaya aparmışdır. Onlar isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hadisədən sonra təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi onun tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Şəxsin əməlindən peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə bunların əhəmiyyəti ondadır ki, bu hallar cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi əmələ münasibəti islah olunmaq perspektivləri haqqında düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Əməlin etiraf olunması ilə peşmançılıq hissinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin təzahürü olub onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olmasına dəlalət edən haldır. Cinayət işinin materiallarından və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs qanunauyğun hərəkət edərək həyat üçün təhlükəli xəsarət almış zərər çəkmiş şəxsi vurduqdan sonra avtomobildən düşüb onu öz avtomobilinə əyləşdirmək istəmiş, lakin oraya gələn şəxslər köməkləşib onu başqa bir avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. O, hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında istintaq hərəkətinin aparılmasında işritak etmişdir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olması, himayəsində iki nəfər az yaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan savayı, məhkəmə kollegiyası tərəfindən cinayət işinə əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 notariat qaydada təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində ona dəymiş maddi zərər qismən ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını və bunun nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə kollegiyasına xx xxxxxxx 2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə razılaşdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin yaxın qohumu (oğlu) olan hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmaması da cəzanı yüngülləşdirən hal hesab olunur. Belə ki, CM-in 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda, CM-in 263.2-ci maddəsinin sanksiyasında (Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona təyin edilməli olan cəzanın müddətinin CM-in 60.1-ci maddəsinin tələbinə uyğun olaraq, CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmasına qanunvericilik imkan yaratmadığından, Təqsirləndirilən şəxs 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanunvericiliyə ziddir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətlərin ictimaitəhlükəlilik dərəcəsi isə, onun törədilməsi hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X9rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla, tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. X14 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X15rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Şərh edilənləri və CM-in 60.1-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə dörd ildən artıq olmayan cəza təyin edilməli və o cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 56.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin 2-ci bəndinə əsasən, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənlər həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpelyаsiyа tələbinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilməli, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmalıdır. Birinci instаnsiyа məhkəməsinin hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbuledəbilər. Nəticəvi hissə Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(046)- 32/2020 nömrəli hökmü dəyişdirilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar