Məhkəmə qərarları › İş №1(107)-157/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-157/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-157/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya Məhkəməsi üzrə prokuroru İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə və məhkum edilmələri haqqında İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 tərəfrindən verilən apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (Rəfayel Şirinov) xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmü ilə xx xxxx 1995-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikası CM və ya CM) 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. xx xxxx 1993-cü ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanda yerləşən, meşə fonduna daxil olmayan, İsmayıllı bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsində bitmiş qovaq cinsindən olan 180 manat dəyərində 20 sm diametrli bir ədəd, ümumi 2000 manat dəyərində hər biri 38 sm diametrli beş ədəd, 600 manat dəyərində 44 sm diametrli bir ədəd, 800 manat dəyərində 48 sm diametrli bir ədəd, 900 manat dəyərində 50 sm diametrli bir ədəd və 1100 manat dəyərində 54 sm diametrli bir ədəd , ümumilikdə 10 (on) ədəd yaş kök üstə ağacları tamah məqsədi ilə qəsdən motorlu mişarla qanunsuz olaraq kəsib götürməklə İsmayıllı bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 5580 (beş min beş yüz səksən) manat məbləğində ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanında yerləşən, meşə fonduna daxil olmayan, İsmayıllı bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsində bitmiş qovaq cinsindən olan 180 manat dəyərində 20 sm diametrli bir ədəd, ümumi 2000 manat dəyərində hər biri 38 sm diametrli beş ədəd, 600 manat dəyərində 44 sm diametrli bir ədəd, 800 manat dəyərində 48 sm diametrli bir ədəd, 900 manat dəyərində 50 sm diametrli bir ədəd və 1100 manat dəyərində 54 sm diametrli bir ədəd , ümumilikdə 10 (on) ədəd yaş kök üstə ağacları tamah məqsədi ilə qəsdən motorlu mişarla qanunsuz olaraq kəsib götürməklə İsmayıllı bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 5580 (beş min beş yüz səksən) manat məbləğində ziyan vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs1 tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 verdiyi apelyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, əməlində CM-in 259.3-cü maddəsinin tərkibi olmadığından ona bəraəət verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)- 28/2020 nömrəli hökmünün onlara cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünü ona aid hissədə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, cinayət qanunu norması düzgün tətbiq edilməmiş, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil, İİ qrup (müharibə) əlil olmaqla mütəmadi olaraq Bakı şəhərində olan “Medikal Plaza”, “Bioloji təbabət” və s. tibb müəssisələrinə müayinə və müalicəyə getməyə məcbur olmağını, əsasən Ağsu, Kürdəmir, Ucar və Göyçay rayonlarından kənd təsərrüfatı malları alaraq satmaqla məşğul olmağını nəzərə almamış, üzərinə qoyulmuş vəzifələr son dərəcə ağırdır. Həmin ittihamla razılaşmaq olmaz. Ona görə ki, məhkəmə ittiham aktına əsaslanaraq hesab etmişdir ki, o, guya Təqsirləndirilən şəxs2 ilə əlbir olan bir qrup şəxs halında birləşərək göstərilən cinayət hadisəsini törətmişlər. Həmin ağacların qəzalı şəraitdə olmasını o görmüş, orada yaşayan camaatla o söhbət etmiş, kəsib satmaq barədə o qərara gəlmişdir. Təqsirləndirilən şəxs2 isə fəhlə kimi işə cəlb etmişdir. Ona verdiyi pul onun zəhmət haqqı olmuşdur. Avtomobil onun, motorlu mişar onun, ağacları tapan o olduğu halda fəhləni nəyə görə o özünə şərik etməlidir? Bu polisin ona qarşı qərəzinin məhsuludur? Həmin əməldə AR CM-nin 259.1-ci maddəsinin tərkibi vardır. Səhv etmirsə 2018-ci ildə Göyçay şəhərində qəzalı ağaclardan qopan budağın biri vətəndaşın üstünə düşmüş və həmin anda həyatını dəyişmişdi. Bundan dərhal sonra Göyçay şəhərində və qonşu rayonlarda qəzalı ağacları kəsib götürənlərə hətta zəhmət haqqı da verdilər. Bələdiyyənin rəsmi icazəsini gözləmədən həmin ağacları kəsmişdir. O, bu niyyətlə (motivlə) həmin hadisəni törətmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi də bunu izahatında təsdiq etmişdir. İzahatında göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanda yaşayan şəxslərin ərizə ilə İsmayıllı Bələdiyyəsinə müraciət etdərək 10 ədəd ağacın qəzalı vəziyyətdə olduğu barədə məlumat verdiklərini və onların kəsilməsini xahiş etdiklərini bildirdiyini göstərmişdir. Həmin ərizəyə əsasən prosedurlara başlanıldığını da təsdiq etmişdir. Əgər həmin ağacların həqiqətən təhlükə mənbəyi olduğu barədə nəticəyə gəlinirsə, onda həmin ağacların hansı dəyəri olur? Yaxud o həmin ağacları kəsənə kimi allah göstərməsin kimlərinsə üstünə aşdığı halda günahını kim ödəyəcəkdi? xx xxxxxxx 2019-cu il tarixli, 56018 nömrəli akta və akta əlavə edilmiş ziyanın hesablanması cədvəlinə əsasən ziyanın məbləği 5580 manat müəyyən edilmişdir. Həmin “rəy” ilə razılaşmaq olmaz. Həmin qiymət kəsilmiş ağacların kökləri üstə qalan gövdəsinin ölçülərinə görə hesablanmışdır. Lakin həmin ağacların qəzalı olmaqla aktiv təhlükə mənbəyi olduğunu nəzərə alsaq 1 manat da olsa dəyəri ola bilməz. Zərər çəkmiş şəxsin mülki iddiasının olmaması da həmin məntiqə əsaslanmışdır. Göründüyü kimi, məhkəmə təqsirlilik məsələsi üçün əhəmiyyətli olan bu halı ümumiyyətlə araşdırmamışdır. Ziyanın miqdarı 1000 manatdan artıq olduqda AR CM-nin 259.1-ci maddəsinin tərkibi yaranır. Dövlət ittihamçısının apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 259.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, ekoloji cinayətlərlə əlaqədardır və bilavasitə obyekti meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində, eləcə də meşə fonduna daxil olmayan ağaclar, kollar və ya digər yaşıllıqlardır, obyektiv cəhəti isə ağacların, kolların və ya digər yaşıllıqların xeyli və ya külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsində (götürülməsi) ifadə olunur. Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-nin 59.1.12. və 59.1.13-cü maddələrində göstərilən hallarının mövcud olub-olmamasını qiymətləndirməli və cəza təyini zamanı bu hallar nəzərə alınmalı idi. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində belə hallar olmamış, törətdikləri qanunsuz ağac kəsmə cinayəti nəticəsində İsmayıllı bələdiyyəsinə vurulmuş 5580 manat məbləğində maddi ziyan ödənilməmiş, zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etmək mümkün olmamışdır. Bundan başqa hazırkı cinayət əməlinin bir qrup şəxs halında törədilməsi həm əməlin özu, həm də ki, onun törədilməsi şəraiti və forması onun ictimai təhlukəliliyini artırır. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin, cinayətin bir qrup şəxs tərəfindən törədilməsinə baxmayaraq məhkəmə həmin maddənin tələblərini də pozaraq əsassız olaraq təqsirləndirilən şəxslərə itttiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növlərini təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası sərtləşdirilərək aşağı həddi iki ildən üç ilədək, yuxarı həddi isə beş ildən altı ilədək müddətə artırılmışdır. Göründüyü kimi, qanunverici qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə cinayətinin törədilməsinə tənqidi yanaşmaqla, həmin cinayət əməlini törətmiş şəxslərin islah olunması üçün daha sərt cəza tədbirlərinin tətbiq edilməsini imperativ norma qismində tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. CM-in 259.3-cü maddəsinin sanksiyasında doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumların islah olunması, həm özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, əməlində CM-in 259.3-cü maddəsinin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X11 apelyasiya şikayətinin təmin olunmasını, apelyasiya protestinin təmin edilməməsni və Təqsirləndirilən şəxs1 bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X16 birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmünün onlara cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və müdafiəçisi X5 apelyasiya protestinin təmin edilməməsini xahiş edərək apelyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Zərər çəkmiş şəxs İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası zərər çəkmiş şəxs İsmayıllı rayonu İsmayıllı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini cinayət işinin materialları üzrə və qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X9 xx xxxxxxx 2019-cu il tarixli 56018 nömrəli akt və həmin akta əlavə edilmiş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlinə əsasən dəymiş ziyanın ümumi məbləği 5580 manat təşkil etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanında, İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində bitmiş ümumilikdə 10 ədəd qovaq cinsindən olan yaş kök üstə bitmiş ağacların kəsildiyi yerə baxış keçirilmiş, baxış zamanı kəsilmiş ağacların gövdə hissələrinin torpaqda qalmaları aşkar olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2160 nömrəli rəyindən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, xx xxxxxxx 2019-cu il tarixdə 6 saylı regional Ekologiya və X9 əməkdaşları tərəfindən tərtib edilmiş 56018 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ əsasən, İsmayıllı şəhər Nizami küçəsi 11 saylı ünvanda on ədəd qovaq cinsli yaş ağacların qanunsuz kəsilməsindən, qanunvericilikdə müəyyən edilmiş normativ sənədlərdə mövcud olan qiymətlər ilə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə şərti olaraq 5580.00 manat müəyyən edilir. Həmin rəyə əsasən bir ədəd 20 sm diametrli yaş qovaq ağacının dəyəri 180.00 manat, beş ədəd 38 sm diametrli yaş qovaq ağaclarının dəyəri 2000.00 manat, bir ədəd 44 sm diametrli yaş qovaq ağacının dəyəri 600.00 manat, bir ədəd 48 sm diametrli yaş qovaq ağacının dəyəri 800.00 manat, bir ədəd 50 sm diametrli yaş qovaq ağacının dəyəri 900.00 manat, bir ədəd 54 sm diametrli yaş qovaq ağacının dəyəri 1100.00 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri 100 (bir yüz) manat təşkil edir. İsmayıllı rayon ismayıllı Bələdiyyəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 12 nömrəli məktubdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhərinin Nizami küçəsi 11 ünvanında on ədəd qovaq cinsindən olan ağacların qanunsuz kəsildiyi ərazi İsmayıllı bələdiyyəsinin mülkiyyətində olmaqla bələdiyyənin ümumi istifadədə olan torpaqlarıdır. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində onun barəsində ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində onun barəsində ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İsmayıllı Rayon X10 hüquqi şəxsin poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 573 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 RMP-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı rayon X10 hüquqi şəxsin poliklinika şöbəsi tərəfindən verilmiş xx xxx 2020ci il tarixli 667 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 RMP-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış xx xxxxx 2020-ci il və xx xxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Müstəntiqin xx xxx 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri seçilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsində verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs1 məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olmasıbаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs1 əməli CM-in 259.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə İsmayıllı şəhəri Nizami küçəsindən keçən zaman yaşayış binasının qarşısında təxminən on ədəd ağacların qəzalı vəziyyətdə olmasını görmüşlər. Onlar binanın həyətinə girərək sakinlərə qəzalı ağacları kəsmək istədiklərini bildirmişlər. Sakinlər həmin ağacların bələdiyyə mülkiyyətində olmasını, dəfələrlə ağacların kəsilməsi ilə bağlı müraciət etsələr də, heç bir tədbir görülmədiyini bildirmişlər. Sakinlər ağacların kəsilməsi ilə bağlı ərizə yazaraq imzalamış və onlara vermişlər. Onlar həmin ərizəni İsmayıllı bələdiyyəsinin sədrinə təqdim etmişlər. Bələdiyyədə ağacların kəsilməsi ilə bağlı müvafiq icazə alınması və bu işin müəyyən vaxt aparacağı bildirilmişdir. Bir neçə gün keçdikdən sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Süleymanla birlikdə bələdiyyənin cavabını gözləmədən həmin ağacları kəsib sataraq pul əldə etməklərini qərara almışlar. Həmin gün günortadan sonra o, idarə etdiyi “Qazel” markalı yük avtomobilinə motorlu mişarı qoyaraq Süleymanla birlikdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanına getmişlər. Orada yaşayış binasının qarşısında olan yeddi ədəd ağacı 30-40 sm hündürlükdən kəsmişlər. Həmin yerdə sınmış vəziyyətdə olan üç ədəd ağacın da bioloji inkişafdan qalmalarını görərək onları da kəsmişlər. Kəsdikləri ağacları 35 sm-lik kötüklərə doğradıqdan sonra yük avtomobilinə yığmışlar. Ağacların müəyyən hissələri maşına yerləşmədiyindən orada qalmışdır. Bina sakinləri onların həmin ağacları icazə əsasında kəsdiklərini ehtimal etmişlər. Süleymanla birlikdə odun kimi doğranmış ağacları Göyçay rayonuna apararaq tanımadığı şəxsə satmışlar. Növbəti gün Süleymanla birlikdə ağaclardan qalmış hissələri də avtomobilinə yığaraq Göyçay rayonunda satmışlar. Əldə etdikləri pulu aralarında bərabər şəkildə bölmüşlər. O, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Fazilin idarə etdiyi yük avtomobili ilə İsmayıllı şəhəri Nizami küçəsindən keçən zaman yaşayış binasının qarşısında təxminən on ədəd ağacların qəzalı vəziyyətdə olmasını görmüşlər. Onlar binanın həyətinə girərək sakinlərə qəzalı ağacları kəsmək istədiklərini bildirmişlər. Sakinlər həmin ağacların bələdiyyə mülkiyyətində olmasını, dəfələrlə ağacların kəsilməsi ilə bağlı müraciət etsələr də, heç bir tədbir görülmədiyini bildirmişlər. Sakinlər ağacların kəsilməsi ilə bağlı ərizə yazaraq imzalamış və onlara vermişlər. Onlar həmin ərizəni İsmayıllı bələdiyyəsinin sədrinə təqdim etmişlər. Bələdiyyədə ağacların kəsilməsi ilə bağlı müvafiq icazə alınması və bu işin müəyyən vaxt aparacağı bildirilmişdir. Bir neçə gün keçdikdən sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Fazillə birlikdə bələdiyyənin cavabını gözləmədən həmin ağacları kəsib sataraq pul əldə etməklərini qərara almışlar. Həmin gün günortadan sonra Fazil idarə etdiyi “Qazel” markalı yük avtomobilinə motorlu mişarı qoyaraq onunla birlikdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanına getmişlər. Orada yaşayış binasının qarşısında olan yeddi ədəd ağacı 30-40 sm hündürlükdən kəsmişlər. Həmin yerdə sınmış vəziyyətdə olan üç ədəd ağacın da bioloji inkişafdan qalmalarını görərək onları da kəsmişlər. Kəsdikləri ağacları 35 sm-lik kötüklərə doğradıqdan sonra yük avtomobilinə yığmışlar. Ağacların müəyyən hissələri maşına yerləşmədiyindən orada qalmışdır. Bina sakinləri onların həmin ağacları icazə əsasında kəsdiklərini ehtimal etmişlər. Fazillə birlikdə odun kimi doğranmış ağacları Göyçay rayonuna apararaq tanımadığı şəxsə satmışlar. Növbəti gün Fazillə birlikdə ağaclardan qalmış hissələri də Fazilin avtomobilinə yığaraq Göyçay rayonunda satmışlar. Əldə etdikləri pulu aralarında bərabər şəkildə bölmüşlər. O, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadə verən zərər çəkmiş şəхsin nümayəndəsi Fərman Dəmirov ifadə verərək göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanında yaşayan bir qrup sakin bələdiyyəyə ərizə ilə müraciət edərək yaşadıqları binalara təhlükə yaradan on ədəd ağacın kəsilməsini xahiş etmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər İsmayıllı bələdiyyəsinə gələrək İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanında olan ağacların kəsilməsinə icazə verməsini xahiş etmişlər. Bələdiyyə sədri həmin şəxslərə həmin ağacların təhlükə yaradıb-yaratmaması müəyyən olunduqdan sonra İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və X12 müvafiq sorğular göndərəcəyini, kəsilməli olması müəyyənləşdirildikdən sonra onlara məlumat verəcəyini bildirmişdir. Sədr daxil olmuş müraciətlə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə həmin ünvanda olmuş və ağaclara baxış keçirmişdir. İki gün sonra bir daha həmin ünvana getdikdə isə orada on ədəd yaş köküüstə ağacların kəsildiyini aşkar etmişdir. Ağacların kim tərəfindən kəsildiyi barədə maraqlandıqda ağacların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən kəsildiyi məlum olmuşdur. Ağacların kəsilməsi ilə bağlı 6 saylı Regional Ekologiya və X12 müraciət olunmuş, lakin müvafiq rəy alınmadan həmin ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların qanunsuz kəsilməsi ilə bağlı müvafiq tədbir görülməsindən ötrü 6 saylı Regional Ekologiya və X12 müraciət etmişdir. Bundan sonra İsmayıllı RPŞ-də araşdırma başlanmışdır. Kəsilmiş ağaclar bələdiyyə mülkiyyətinə aid olmuş və bələdiyyəyə ümumilikdə 5580 manat məbləğdə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları zərəri ödəməmişlər. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlə Nazirliyinin 6 saylı Regional Ekologiya və X13 məsləhətçi-müfəttiş vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə İsmayıllı bələdiyyəsindən idarəyə İsmayıllı şəhəri Nizami küçəsi 11 ünvanında binalara təhlükə yaradan on ədəd ağacın xx xxxxxxxx 2019-cu il tarixdə qanunsuz kəsilməsi ilə bağlı tədbir görülməsi barədə məktubu daxil olmuşdur. Məktubla bağlı xx xxxxxxx 2019-cu il tarixdə idarənin digər məsləhətçiləri Ramazan Gidayev və Hakim Kazımovun iştirakları ilə əraziyə baxış keçirmişlər. Baxış zamanı həmin ərazinin İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid olması və orada on ədəd müxtəlif diametrli qovaq cinsindən olan ağacların kəsilməsini aşkar etmişlər. Kəsilmiş ağacların diametrləri müəyyən edilmiş və həmin tarixdə akt tərtib etmişlər. Kəsilmiş ağaclara görə dəymiş ziyan müəyyən olunmuş, həmin ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 5580 manat olması müəyyən edilmişdir. Bu barədə qiymətləndirmə cədvəli tərtib olunaraq akta əlavə olunmuş, tərtib edilmiş akt iştirakçılar tərəfindən imzalanmışdır. Ağacları kəsmiş şəxs və yaxud şəxslərin müəyyən edilməsi, dəymiş ziyanın ödənilməsi və müvafiq tədbir görülməsindən ötrü idarə rəhbərliyinə məruzə olunmuşdur. İsmayıllı RPŞ-də aparılan araşdırma zamanı ağacları qanunsuz olaraq kəsmiş şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmişGidayev Ramazan Fazil oğlu şahid Qoşqar Hacıyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, onun İsmayıllı şəhər Nizami küçəsi 11, mənzil 6 ünvanında yaşadığı binanın qarşısında bələdiyyə torpağına məxsus ərazidə hündür qovaq cinsindən olan ağaclar bitmişdir. Həmin ağaclardan bir neçəsi bina sakinləri üçün təhlükə yaratdığından bina sakinləri dəfələrlə İsmayıllı bələdiyyəsinə şifahi formada müraciət etmişlər. Buna baxmayaraq heç bir tədbir görülməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə iki nəfər tanımadığı şəxs binanın həyətinə gələrək binalara təhlükə yaradan ağacları kəsmək istədiklərini bildirmişlər. Həmin vaxtı o digər qonşuları ilə birlikdə bələdiyyəyə ərizə yazaraq təhlükə yaradan ağacların kəsiməsi ilə bağlı müraciət etmişlər. Yazdıqları ərizəni bələdiyyəyə çatdırılması üçün həmin şəxslərə vermişlər. xx xxxxxxxx 2019-cu il tarixdə həmin şəxslər Qazel markalı yük avtomobil ilə ora gələrək ağacları kəsməyə başlamışlar. O və bina sakinləri həmin şəxslərin müvafiq icazə almalarını fikirləşmişlər. Həmin şəxslər binanın həyətindəki ümumilikdə on ədəd ağacı kəsərək aparmışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmişMəmmədov Nurəli Nuru oğlu və X14 şahid Ənvər Məmmədov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1apelyasiya şikayətində ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Təqsirləndirilən şəxs1 apelyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 259.3-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 259.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruriliyi barədə apelyasiya protestinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli olmaqla yanaşı, həm də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə, habelə cəzanın islah təsirinə mütənasib olmuşdur. Apelyasiya protestindən görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə təyin etdiyi cəzanı yüngül hesab edir və həmin cəzanın daha da ağırlaşdırılmasını istəyir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşaraq təhlil aparılmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə təyin olunmuş cəzanın ağırlaşdırılması barədə dövlət ittihamçısının istəyi ilə razılaşmayan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. CM-in 8.1-ci maddəsinə əsasən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, AzərbaycanRespublikasıKonstitusiyaMəhkəməsiPlenumununxx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri əsassızdır. Bundan başqa CPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinə görə, məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. HəminMəcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 israr olunan cinayəti törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxslərin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin və apelyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilmədən, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nətı̇cəvi hı̇ssə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(037)-28/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar