Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-157/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 10 fevral 2021-ci il tarixli, 1(014)- 18/2021 nömrəli hökmü ilə xx.xx.1955-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Eymur kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdən 03 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd günün təyin edilmiş cəzadan çıxılması və onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarətinin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və Ağdaş Rayon Narkoloji kabinetdə qeydiyyata götürülməsi, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yerin Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunması və həmin dövrdə cəzanın icrasına nəzarətinin müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş rayonu Eymur kəndində yerləşən evinin həyətyanı sahəsində xeyli miqdar hesab olunan 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən 01.10.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 01 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkarn edilərək götürülmüşdür. Habelə, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən 01.10.2020-ci il tarixədək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 103,48 qram, 34,94 qram və 95,85 qram, ümumilikdə təmiz çəkisi 234,27 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı Ağdaş rayonu Eymur kəndində yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamış, 01 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Dövlət ittihamçısı apellyasiya protestində Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs həmin maddələrlə yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Apellyasiya protesti onunla əsaslandır;lmışdır ki, Ağdaş Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 10 fevral 2021-ci il tarixli hökmü cəza təyininə dair hissədə dəyişdirilməlidir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır" cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə artıq miqdarda, yəni təmiz çəkisi 234,27 qram qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır ki, bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. Həmçinin iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs 3 ədəd, ümumi çəkisi 22 kq 289,85 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı evin həyətyanı hissəsində əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmişdir. Düzdür “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİİ siyahısında kultivasiya edilmiş çətənə bitkisinin çəkisi deyil, say vahidi xeyli miqdar kimi göstərilmişdirsə də, məhkəmə nəzərə almamışdır ki, bu miqdarda çətənə bitkisinin yetişdirilməsi və ondan narkotik vasitə istehsal edilərək dövriyyəyə buraxılması digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsini, ictimai təhlüksizliyi və əhalinin sağlamlığını pozur və cəmiyyətimiz üçün hansı mənfi nəticələr doğura bilər. Məhkəmə cəza təyin edərkən bu hallara diqqət yetirməmiş, onun azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, bütün bu sadalanan hallar Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hallardır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş, lakin sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. Beləliklə də heç bir əsaslandırma aparmadan məhkəmə yüngülləşdirici halları, törədilmiş cinayətin az ağır cinayət olmasını Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)- 18/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs həmin maddələrlə yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Telman Əhmədov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs həmin maddələrlə yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, əməlindən cox peşmandır. Ona görə də apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli CM-in 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya protestindən və dövlət itthamçısının apellyasiya protestinin dəlillərinə münasibətindən görünür ki, o, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı yüngül hesab edir və həmin cəzanın ağırlaşdırılmasını istəyir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında təsbit edilən hüquqi mövqeden görünür ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrinə uyğun olaraq, narkotik vasitəni saxlayaraq daşımağa və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsinə görə ittiham olunur. Bu əməllərinə görə o, CM-in 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsinin sanksiyasına isə uyğun olaraq üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Göründüyü kimi, qanunverici CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə azadlıqdan məhrum etmə cəzası ilə bərabər, bir ildən üç ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutmuşdur. Cinayət işində olan Ağdaş rayon İHB-nın Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 128 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Eymur kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 həyat yoldaşıdır. Bundan əlavə, Ağdaş rayon İHB-nın Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterli bir şəxs kimi səciyyələndirilərək göstərilmişdir ki, o, nümunəvi ailə baçşısıdır. Kəndi əhalisi ilə mehriban münasibətdədir. Kəndin ictimai işlərində fəal iştirak edir. Bu günə qədər Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət nümayəndəliyə daxil olmamışdır. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs heç bir məhkumluğu olmayan şəxsdir (i. v. 103). Bu baxımdan, məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül və ədalətsiz olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri baxımından da mütənasib hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. İşdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarından və onun tərəfindən yetişdirilmiş çətənə bitkisinin miqdarından asılı olmayaraq təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası da təqsirləndirilən şəxsin islаh olunması üçün yetərli ola bilər. Çünki, cəzanın islah təsiri fərdi psixoloji xarakter daşıyır və gözlənilir ki, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılmasının təqsirləndirilən şəxsə gətirdiyi məhrumiyyətlər sosial ədalətin bərpasına, həm Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararkən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmiş və bunun əsaslarını təhlil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgündür. Apellyasiya protestinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilib Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmünün dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(014)-18/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-157/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-157/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver