Məhkəmə qərarları › İş №1(107)-158/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-158/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-158/2020 04.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Dövlət ittihamçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7; Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs; Müdafiəçi – X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmü ilə (hakim Rəfayel Şirinov) xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını tam çəkməmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 1 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərində saxlanılmış 1 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən təyin edilmiş 2 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 1300 (bir min üç yüz) manat hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilərək qəti cəza olaraq 1 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi, təyin edilmiş 1 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, təyin edilmiş 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi, təyin edilmiş cərimə cəzasının məbləğinin hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, Zərərçəkmiş şəxs1 iddia tələbinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 320 (üç yüz iyirmi) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs2 iddia tələbinin təmin edilməsi, Təqsirləndirilən şəxs 800 (səkkiz yüz) manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi, Zərərçəkmiş şəxs3 iddia tələbi təmin edilməsi, Təqsirləndirilən şəxs 900 (doqquz yüz) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 930 (doqquz yüz otuz) manat alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi, Zərərçəkmiş şəxs5 iddia tələbinin təmin edilməsi, Təqsirləndirilən şəxs 2000 (iki min) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2030 (iki min otuz) manat alınaraq Zərərçəkmiş şəxs5 ödənilməsi, Təqsirləndirilən şəxs 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ona görə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun məhkəmə baxışında olan iddiasının təmin edilməsinə nail olacağına və xeyrinə qərar çıxarılacağına yalandan vəd verib aldadaraq 2017-ci ilin dekabr ayının sonunda İsmayıllı şəhəri M.Əsədov küçəsi 1 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs2 300 manat məbləğində pul almış, məhkəmə tərəfindən həmin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edildikdən sonra öz cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs2la görüşüb sonuncunu aldadaraq həmin iddianı Apellyasiya instansiyası məhkəməsində təmin etdirəcəyinə yalandan vəd verib 2017-ci ilin dekabr ayının sonundan 2018-ci ilin mart ayının əvvəlindək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 700 manat pulunu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1000 (min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona İsmayıllı rayonu ərazisindən aldığı torpaq səhəsinə sənəd düzəldə biləcəyinə yalandan vəd verib aldadaraq 2018ci ilin mart ayının əvvəllərində İsmayıllı şəhərindəki ofisində 750 manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində həmin yerdə 100 manat pulunu alaraq bu istiqamətdə heç bir iş görməməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun Sübhan Abbasovdan aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində adına qeydiyyata alınmasına köməklik edəcəyini yalandan vəd verib aldadaraq bu barədə hərhansı müqavilə bağlamadan xx xxx 2018-ci il tarixdə İsmayılı şəhəri Günəşli qəsəbəsi S.Ə.ünvan 1 ünvanında yaşadığı evin həyətində 800 manat pulunu almış, sonuncunu inandırıb aldatmaq üçün məhkəməyə Zərərçəkmiş şəxs1 adından iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyərək işin icraatına xitam verilmiş, əldə etidiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək İsmayıllı rayonu Vəng kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus pay torpaq səhəsindən ailə üzvlərinə düşən pay torpağı alınması üçün müvafiq sənədlər hazırlayacağını yalandan vəd verib aldadaraq bu barədə hər-hansı müqavilə bağlamadan Zərərçəkmiş şəxs5 inandırmaq üçün məhkəməyə müraciət edəcəyini bildirib, xx xxxx 2018-ci il tarixdə İsmayıllı şəhərində yerləşən ofisində dövlət rüsumu keçirəcəyi adı ilə Zərərçəkmiş şəxs5 300 manat, bundan sonra müxtəlif adlarla həmin ofisdə x xxxxx 2018-ci il tarixdə 500 manat, xx xxxx 2018-ci il tarixdə 400 manat, xx xxxxx 2018-ci il tarixdə 300 manat, x xxx 2018-ci il tarixdə 300 manat, x xxxx 2018-ci il tarixdə 200 manat pulu alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə bu istiqamətdə heç bir iş görməmiş, bununla da o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 (iki min) manat məbləğində pulunu qəsdən ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onun məhkəmə baxışında olan iddiasının təmin edilməsinə nail olacağına və xeyrinə qərar çıxarılacağına yalandan vəd verib aldadaraq 2018-ci ilin yanvar ayının əvvəllərində İsmayıllı şəhəri “Kəpənək” dairəsi adlanan yerdə 200 manat pulunu almış, xx xxxxxx 2018-ci il tarixdə məhkəmə tərəfindən həmin iddia tələbi təmin olunmamış, bundan sonra cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs4la görüşüb sonuncunu aldadaraq həmin iddianı Apellyasiya instansiyası məhkəməsində təmin etdirəcəyinə yalandan vəd verib 2018-ci ilin iyul ayının əvvəllərində 400 manat pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 600 (altı yüz) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə gəlini Nərmin Baxışovanı 2000 manat pulun müqabilində İİ qrup əlilliklə pensiyaya çıxara biləcəyini deyərək adatmış və bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən digər zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının izahatları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmünün ləğv edilməsini və barəsində bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsi barədə ağır cəza verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmünün ona cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı verdikləri izahatda təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 göstərdilər ki, təqsirləndirilən Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə barışmış, onlara dəyən ziyanı ödəmiş,zərərçəkmiş şəxslərin sonuncudan heç bir şikayət və tələbləri yoxdur, Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq olunması məqsədilə onun tərəfindən dövlət büdcəsinə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1813 manat pul ödənilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsindəCinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və ona dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, həmçinin təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlə əlaqədar dövlət büdcəsinə müvafiq ödəniş etməsi nəzərə alınaraq apellyasiya protestini geri götürür. Ona görə də apellyasiya protestinə baxılmasına xitam verilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini,təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini, cinayət işi üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq hazırkı məhkəmə iclasına gəlməmişlər. Həmçinin zərərçəkmiş şəxslər tərəfindən məhkəmə kollegiyasına göndərilmiş, notarial qaydada təsdiq olunmuş ərizələrdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş, onunla barışmış və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin iştirakı olmadan apellyasiya şikayəti və apellyasiya protesti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət Kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib,аpelyаsiyа şikayətlərinin dəlillərini müzаkirə edərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin, eləcə də dövlət ittihаmçısının çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə dövlət ittihamçısı tərəfindən verilmiş apelyyasiya protesti geri götürüldüyündən apellyasiya protestinə baxılmasına xitam verilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmü ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Şəki-İzibati-İqtisad məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərdadından görünür ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı iddia tələbi üzrə keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Sübhan Abbasovun nümayəndəsi qismində iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh X1 qarşı iddia tələbinə dair keçirilmiş məhkəmə proseslərində Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsi qismində iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Rahim Ələkbərovun nümayəndəsi qismində iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin cərimə cəzasından 2000 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X2 hüquqi şəxsi poliklinika şöbəsindən alınmış xx xxxxxxx 2019-cu il tarixli 526 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 1/66 və 2/81 saylı arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayır, ailə tərkibi özündən, 1978-ci il təvəllüdlü arvadı X9, keçmiş əri Murаdəliyеv Pərviz Məmmədxan oğlu, 2005 və 2008-ci il təvəllüdlü uşaqları Aysu və Selcandan ibarətdir, Təqsirləndirilən şəxs yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 800 manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyanın 500 manat hissəsi işin ibtidai istintaqı zamanı, 300 manatını isə apellyasiya icraatı zamanı Zərərçəkmiş şəxs1 ödənilmişdir. (xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzi № 305030158) İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs5 Nazim oğlunun ərizəsindən məlum olur ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödədiyindən ona qarşı heç bir mülki iddiası, tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir mülki iddiası, tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ərizəsindən məlum olur ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı tam ödənildiyindən sonuncuya qarşı qarşı heç bir mülki iddiası, tələb və şikayəti yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmünün ləğv edilməsini və ona bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini etiraf edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətlərinin olmadığını bildirmiş və barəsində Cinayət Məcələsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəmə kollegiyasına törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. Beləliklə də məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin bəraətlə bağlı dəlillərini araşdırmağa lüzum görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslə barışdığına və ondan heç bir şikayət və tələbinin olmadığına görə Zərərçəkmiş şəxs3 da apellyasiya şikayətinin dəlillərini yoxlamağa lüzum qalmır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi artıq mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində müəyyən olunur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin xx.xx.2018-ci il tarixdən qüvvədə olan 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 1000 (min) manat məbləğində pulunu, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pulunu, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 2000 (iki min) manat məbləğində pulunu, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 600 (altı yüz) manat məbləğində pulunu təkrarən,Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi əməlinə görə onun barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsinin tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materialına əlavə edilmiş “KapitalBank”ın Şəki rayon filialının xx.xx.2020-ci il tarixli, 72736 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə onun adından 1813 manat pul vəsaiti Dövlət Xəzinadarlığı Agentliyinin müvafiq hesabına ödənilmişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, apellyasiya icraatı zamanı iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmiş və onlar, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslərin bu barədə notariat qaydasında verdikləri ərizələr məhkəmə kollegiyasına təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır və həmin əsasların mövcudluğu təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiqini məhkəmə üçün məcburi edir. Bu nəticə təqsirləndirilən şəxsin apellyasiya şikayətinin məqsədinə uyğundur, ona görə də, həmin apellyasiya şikayəti qismən təmin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi apellyasiya protestinin dəlilləri ilə bağlı olmadığından həmin protest təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2 və 398.1.3-cü maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara, birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti geri götürüldüyündən apellyasiya protestinə baxılmasına xitam verilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.2, 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyyasiya protesti geri götürüldüyündən apellyasiya protestinə baxılmasına xitam verilsin. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(037)-17/2020 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək, ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X20 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X3 “xxxxxxx” ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı (“xxxxxxx” ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 60 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar