Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-158/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X7 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə) 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmü ilə xx xxxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 19-da qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 06 mart 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin həbs edildiyi 06 mart 2020-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 02 mart 2020-ci ildə saat 23 radələrində Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şahid6 işlətdiyi kafedə tanışları Şahid5, Şahid1 və Şahid6 özü ilə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətə düşmüş, kafedə əyləşən və spirtli içkinin təsirindən sərxoş vəziyyətə düşən X9 və onun tanışı Şahid2 təşəbbüsü ilə 03 mart 2020-ci ildə saat 01-02 radələrində başlayan, sonradan isə kafenin həyətində asfalt yolda davam edən qarşılıqlı dava-dalaş zamanı T.Ş.Əzizov və Şahid2 Şahid6 və Şahid5 ayırmaq üçün kafenin həyətinə çıxıb Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsinə gedərkən oraya gələn və tərəfləri ayırmaq istəyən Zərərçəkmiş şəxs və T.Ş.Əzizovun Şahid6 və Şahid5 döydüyünü zənn edərək mübahisəyə qoşulub, istintaqa məlum olmayan mənbədən əldə etdiyi açılıb-qatlanan bıçaqla T..Ş.Əzizovun bədəninin müxtəlif nahiyələrinə vurub həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid qara ciyərin zədələnməsi ilə qarın boşluğunu dəlib keçən bir ədəd və sol döş boşluğunu dəlib keçən bir ədəd yaralar, həmçinin sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin qursağının arxa səthin kəsilmiş-deşilmiş bir ədəd yarası xəsarətlərini yetirmişdir. Həmçinin dalaşan tərəfləri ayırmaq üçün hadisə yerinə gələn Zərərçəkmiş şəxs T.Ş.Əzizovla birlikdə onlarla dalaşdığını zənn edərək Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna dəlib keçən bir ədəd deşilmiş-kəsilmiş yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik xəsarət yetirməklə, qəsdən iki nəfər şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 126.2.1-ci maddəsindən həmin Məcəllənin 126.1 və 131-ci maddələrinə tövsif edilərək CM-in 131-ci maddəsi ilə işin ictaatına xitam verilməsi və CM-in 126.1-ci maddəsi ilə aşağı həddə cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən isə apellyasiya şikayəti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 02 mart 2020-ci ildə dostu Şahid1 təklifi ilə saat 18-19 radələrində Şahid6 işlətdiyi kafeyə getmişlər. Oradan da Bakı şəhərinə getmək üçün 03.03.2020-ci il saat 03:00-a telefon vasitəsi ilə bilet sifariş etmişdir. Kafedə dostları Şahid6, Şahid5 və digər tanımadığı şəxslər olmuşdur. Həmin vaxt masaların birinin arxasında tanıdığı Tural Əzizovun oturaraq pivə içdiyini görmüşdür. Beləliklə, kafeyə girdikdən sonra Şahid1 ilə sol tərəfdə yerləşən birinci masaya əyləşmişdir. Əyləşdikdən sonra Şahid1 pivə, araq və yeməklər sifariş etmişdir. Kafedə oturduqda Şahid5 də onların masası arxasında oturaraq spirtli içki qəbul etmişlər. Onlar orada əyləşdikləri zaman Şahid6 ofisiantın işə gəlmədiyi səbəbindən özü müştərilərə qulluq etmiş və ara-sıra onlarla içki içib həmsöhbət olmuşdur. 15-20 dəqiqə sonra kafeyə Şahid3 gələrək Tural Əzizovun əyləşdiyi masa arxasına əyləşmişdir. Vaqif kafeyə gələrkən özü ilə iki çaxır da gətirmişdir. Bir müddət keçdikdən sonra yanına dostu Şahid4 gələrək onlarla içki içməyə başlamışdır. Bir az keçmiş Şahid6 ilə Şahid2 mübahisə etdiyini görmüş, lakin kafedə musiqi səsi olduğundan konkret olaraq nə barədə mübahisə etdiklərini eşidə bilməmişdir. Təqribən saat 12 radələrində masalarının arxasında oturan bütün uşaqlar bir-bir çölə çıxmışlar. Çölə çıxanda Cavid ilə Şahid2 və Orxan ilə Turalın mübahisə etdiklərini görmüşdür. Orxanla Turala yaxınlaşıb birbirini tanıdıqlarını, bu səbəbdən də mübahisələrinə son qoymağa dəvət etmişdir. Elə həmin an Turalı kimsə itələmiş və Tural yerə yıxılmışdır. Bu səbəbdən orada olan şəxslər dalaşmağa başlamışlar. Cavid Şahid2la, Orxan isə Tural ilə dava etməyə başlamışlar. Orxan ilə Turalı aralamağa çalışsa da, bunu bacarmamışdır. Tural Orxanın əlindən çıxaraq qaçmış, Cavidlə Şahid2 yaxınlaşaraq onları ayırmağa başlamışdır. Bu vaxt şüşə qırılması səsi eşidərək çönüb nə baş verdiyinə baxdıqda Turalın kafenin yaxınlığında yerləşən ərzaq mağazasının şüşəsini qırdığını görmüşdür. Elnur və Orxan kafeni bağlamış və onlar hər üçü bir yerdə yolu keçərək digər tərəfə keçmişlər. Yolun digər tərəfinə keçdikdə kimsə ucadan Cavid deyə qışqırmış, Orxan və Elnur həmin istiqamətə qaçmışlar. Orxan və Elnurun arxasınca getmişdir. Səkinin üzərindən tutacağı qara rəngli bağlı vəziyyətdə bir ədəd bıçaq tapmışdır. Hadisə yerinə çatdıqda Turalın əlində bel Orxan, Elnur və özünün tanışı Elmini vurmağa cəhd göstərdiyini, yan tərəfdə isə Cavidin başı qanlı vəziyyətdə oturduğunu görmüşdür. Həmin vaxt Hümbət onlara Turala yaxınlaşmağa imkan verməmiş, Tural isə həmin andan istifadə edərək bel ilə uşaqları vurmağa cəhd göstərmişdir. Hümbətə yaxınlaşaraq “bizi deyil, Turalın qarşısına al” deyə bildirmiş, həmin vaxt Orxan ucadan “Cavidi burdan aparın” deyə qışqırmış, bundan sonra xatırlamadığı bir şəxs Cavidi götürərək evə aparmışdır. Cavid ayaq üstə dura bilsə də, baş nahiyəsindən ciddi xəsarət aldığı üçün halsız vəziyyətdə olmuşdur. Hümbətin arxasında duran Tural bel ilə onu vurmağa cəhd göstərsə də, zərbələri boşa çıxmışdır. Həmin vaxt əlində bıçaq ola-ola Hümbəti itələyərək qarşısından çəkilməsini, Turala onu vurmaq üçün şərait yaratmamasını bildirmişdir. Hümbət qırağa çəkilmişdir. Ola bilsin ki, həmin anda bıçaq açıq vəziyyətdə olmuş və Hümbətə bıçaqla xəsarət yetirmişdir. Ancaq həmin anda Hümbətdən hər hansı səs çıxmamış, yəni sonuncuda bıçaq zərbəsi nəticəsində aldığı xəsarəti bildirəcək narahatlıq hiss etməmişdir. Daha sonra Turalın onu görüb tanıması üçün işıq dirəyi tərəfə çıxaraq Turala yaxınlaşmış və bir daha səslənərək “axı biz söhbət etdik ki, məsələ sabah aydınlaşsın, bu nə hərəkətdir edirsən” bildirib yenidən Hümbət tərəfə çönərək “bunu başa sal” dedikdə Elnur arxadan “Elvin ehtiyatlı ol” deyə ucadan qışqırmışdır. Həmin səsə çöndükdə Turalın bel ilə ona zərbə endirməyə cəhd göstərdiyini görmüşdür. Turalın əlindəki bel onun sifət nahiyəsi tərəfdən gəlmiş və o həmin zərbədən qorunmaq üçün sol qolunu önə uzadıb zərbənin qarşısını almışdır. Lakin zərbə güclü olduğu üçün müvazinətini itirib səndələnmişdir. Beləliklə, sol əli ilə beli tutduğu üçün sağ əlində saxladığı bıçaqla Turalın sinə-qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin anda Turalın zərbəsindən özünü müdafiə etmək üçün aşağı əyildiyi, Turalın boydan ondan hündür olduğu üçün bıçağı tutduğu sağ əli ilə vurduğu yumruq zərbəsinin konkret olaraq Turalın bədəninin hansı nahiyəsinə dəydiyini bilməmişdir. Həmin anda sərxoş olduğu üçün bıçağın tiyəsinin açıq və ya bağlı olduğunu yenə də dəqiq bilməmişdir. Bu zaman onlar tutaşmış və o əvvəllər “sərbəst güləş” və “sambo” idman növləri ilə məşğul olduğundan, Turalın ayağını öz ayağı ilə vuraraq sonuncunun müvazinətini itirməsinə və yerə yıxılmasına nail olmuşdur. Hər ikisi yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra bel hələ də Turalın əlində olmuşdur. Onunla Turalın yerdə əlbəyaxa davaları təxminən 1-2 dəqiqə davam etmişdir. Turalın üstündə onunla güləşməyə başlasa da, sonra Tural onun üstünə çıxaraq onu vurmağa başlamışdır. Yerdə uzanıqlı vəziyyətdə olarkən Turala müqavimət göstərə bilməmiş, bunu görən Elnur yardıma gələrək onun qolundan dartıb Turalın altından çıxarmağa cəhd göstərmişdir. Bir neçə cəhdindən sonra onu Turalın altından çıxartmağa nail olmuşdur. Həmin vaxt yerdə olarkən sağ əlinin üst tərəfindən xəsarət almışdır. Elnur onu Turalın altından çəkib qırağa atdıqdan sonra Tural oradan duraraq uzaqlaşmışdır. Hadisədən sonra birbaşa evə gedərək Bakı şəhərinə yollanmaq üçün çantasını da götürüb avtobus ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində dostugildə olduğu zaman ona Mingəçevir şəhər polis şöbəsindən zəng edərək Tural ilə Hümbəti bıçaqladığı barədə məlumat vermişlər. Bu səbəbdən o, bir neçə gün fikirləşib qaçmaq qərarına gəlmişdir. 06.03.2020-ci ildə Bakı şəhər avtovağzalından taksi ilə Rusiya Federasiyasına getmək üçün Qusar rayonuna yollanmış, lakin orada nəzarət bölməsində ona “saxla” qadağası qoyulduğu müəyyən edilərək Qusar polis şöbəsinə, Qusar polis şöbəsindən isə onun saxlandığı barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat verilmişdir. Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onu Qusar rayonundan Mingəçevir şəhərinə gətirmişlər. O, Zərərçəkmiş şəxs bıçaqla qəsdən vurmamış, ola bilsin ki, bıçaq sonuncuya təsadüfən, ehtiyatsızlıq nəticəsində dəymişdir. Tural Əzizovu isə onun əlindəki bellə vurduğu zərbələrdən özünü qoruyarkən öz əlindəki bıçaqla vurmağa məcbur olmuşdur. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03.03.2020-ci il tarixdə təqribən 00:00 radələrində yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küç, ev 39, mənzil 11-də idman etdiyi zaman binanın arxasından “Mən söyməmişəm” kimi ucadan səslərin gəldiyini eşidib kiminsə dava etdiyini anlamış, bu səbəbdən dərhal gödəkcəsini də götürərək hadisənin baş verdiyi yerə getmişdir. Ətraf binalarda və ümumiyyətlə cavan oğlanlar arasında hörmətə malik olduğu üçün həmin davaya müdaxilə edəcəyi təqdirdə kim olursa-olsun sözündən çıxmayacaq deyə düşünmüşdür. Binanın arxasına keçmiş və binanın arxasına keçdikdə ilk rastlaşdığı mənzərə belə olmuşdur: uşaqlıq dostu Tural Əzizov əlindəki bel ilə özünü müdafiə edərək başının üstündə fırlayıb “kim yaxınlaşsa vuracam” deyə qışqırmış; tanışları Şahid6 əlində daşla, Şahid1 isə əlində uzun ağ taxta ilə və tanımadığı bir neçə şəxs dayanmışlar. Onların vəziyyətindən hamısının sərxoş olduğunu anlamışdır. Tural əlindəki belin köməyi ilə onları özünə yaxınlaşmağa imkan verməmişdir. Elnur əlində uzun taxta ilə, Tural isə əlindəki bel ilə güləşərkən, orada olan digər şəxslərə yaxınlaşaraq oradan uzaqlaşdırmağa çalışmışdır. Lakin, həmin anda Turala qıraqdan həmçinin daş atıldığını görmüşdür. Şahid5 isə həmin vaxt onlardan bir az aralıqda oturaq vəziyyətdə əli ilə başını tutmuşdur. Oraya xeyli tanımadığı insanlar toplaşsa da, kimsə Turala yardım etməyə cəhd göstərməmişdir. Həmin mənzərəni görərkən dərhal onların ünvanına “lazim deyil, ayıbdır, bir birinizi tanıyırsınız, sabah əməlinizdən peşman olacaqsınız” deyə-deyə yaxınlaşmışdır. Tural müqavimət göstərməyə çalışsa da, halsız vəziyyətə ondan kömək istəmişdir. Həmçinin Turalın sağ qolunun bütün qana bulanmış vəziyyətdə olduğunu gördükdə Turalın artıq ciddi xəsarət aldığını başa düşmüşdür. Onlara doğru yaxınlaşdığı zaman kimsə onların içindən “Hümbət sənlik deyil, yaxınlaşma, bu bizə pis söyüş söyüb” deyə bildirmişdir. Buna baxmayaraq onların Turala yenidən hücum etməmələri üçün Turalın qarşısına keçmişdir. Lakin, oradakı şəxsləri yalnız o, sakitləşdirdiyi üçün hamısını sakitləşdirməyə çatdıra bilməmişdir. Turalın qarşısında olduğu zaman kimsə yan tərəfdən Turala yenidən hücum etməyə cəhd etmiş və Tural cavab olaraq onları bel ilə vurmuşdur. Lakin, bir anda Turalın artıq yerə yıxıldığını və üzərində Təqsirləndirilən şəxs ona zərbələr endirdiyini görmüşdür. Elvin yerdə Turalın üstünə çıxaraq zərbələr endirdiyi vaxt Elnur da onların yanında ayaq üstə durmuş, sanki sonuncu da Turala zərbə endirməyə hazırlaşmışdır. Bu zaman həmin istiqamətə qaçaraq ilk növbədə Elnuru kənara itələmiş, daha sonra isə Elvinə yaxınlaşaraq arxa tərəfindən tutaraq geriyə atmışdır. Elvini kənara atdığı zaman qarın nahiyəsinə nəyinsə dəydiyini hiss etmiş, lakin buna baxmayaraq Elvini tutaraq arxaya atmışdır. Bu anda ilk dəfə yerə yıxılmış Elvinin hansı əlində dəqiq xatırlamasa da, lakin əlində açılmış vəziyyətdə bıçağın olduğunu görmüşdür. Elvinə “bıçaq çıxardırsan mənə sən ə, yığışdır onu” deyə müraciət etmişdir. Həmin vaxt qarın nahiyəsindən istilik hiss edib həmin nahiyəyə baxdıqda bıçaqlandığını görüb ucadan “məni bıçaqladı” deyə qışqırmağa başladığı zaman binadan ona “polislərə məlumat vermişik gəlirlər” deyə cavab vermişlər. Bıçaqlandığı üçün Elvini axtarmağa başlasa da, oradan artıq qaçıb getmişdir. Daha sonra arxaya çönərək Turalın vəziyyəti ilə maraqlanmaq istədikdə Turalın artıq orada olmadığını görmüşdür. Xəstəxanaya getmək üçün oranı tərk etmək istədiyi zaman qarşıdan Orxanın gəldiyini görüb “Orxan, səninlə gələn oğlan məni bıçaqladı” deyə bildirmişdir. Xəstəxanada onu əməliyyata hazırlamağa başlamışlar. Bu zaman Turalı cansız vəziyyətdə xərəkdə gətirərək yan tərəfində uzatmışlar. Həyəcanlı vəziyyətdə “Tural, Tural” deyə qışqırmış, Turalı müayinə edərək yaşamaq ehtimalının olmadığını bildirmişlər. O da hesab edir ki, Elvin onu bıçaqla qəsdən vurmamış, Elvinin və özünün ehtiyatsızlığı nəticəsində Elvinin əlindəki bıçaqla ona xəsarət dəymişdir. Vətən (2-ci Qarabağ) Müharibəsinin iştirakçısı və qazisi olmasını, buna görə medallarla təltif olunmasını, onun bıçaq xəsarəti alması səbəbindən Təqsirləndirilən şəxs uzun müddətə azadlıqdan məhrum edilməsindən özünü narahat hiss etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, Tural Əzizovun dayısıdır. Tural Əzizov onun tərəfindən normal xarakterizə olunurdu. X14 şəhəri Ü.Hacıbəyov küçəsi, ev 2, mənzil 83-də tək yaşamışdır. Tural Əzizovun arvadı və övladları olmamışdır. Tural Əzizov dolanışığını təmin etmək üçün ev təmiri ustası kimi fəaliyyət göstərmişdir. X9 31.07.2020-ci ildə axşam saatlarında yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi ərazisində olan zaman halı pisləşmiş və aparıldığı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən kafenin həm sahibkarı, həm də həmin kafeni işlədən şəxsdir. 02 mart 2020-ci ildə saat 18-19 radələrində kafeyə dostları Təqsirləndirilən şəxs və Şahid1 gəlmişlər. Təqribən bir saat sonra kafeyə qardaşı Cavid də gəlmişdir. Cavid kafeyə gəlib ona köməklik etmiş, həmçinin Elnur və Elvin ilə yaxşı münasibətləri olduğu üçün onlarla söhbət edib spirtli içki qəbul etmişlər. Həmin vaxt kafeyə əvvəllər tanıdığı, lakin hər hansı yaxın münasibəti olmadığı Tural Əzizov da gəlmişdir. Tural masa arxasında əyləşdikdən sonra bir bokal pivə sifariş etmişdir. Təqribən 15-20 dəqiqə sonra qonşuları Şahid3 əlində iki butulka çaxırla kafeyə gələrək, Turalın oturduğu masa arxasında əyləşmişdir. Təqribən bir saat sonra əvvəllər tanıdığı, lakin hər hansı yaxın münasibəti olmadığı Şahid2 da kafeyə gələrək Tural ilə Vaqifin əyləşdiyi masa arxasında əyləşmişdir. Bu zaman Vaqif onu çağıraraq yaxınlıqda yerləşən ərzaq mağazasından nisyə iki çaxır almağı xahiş etmiş, lakin o, oradan heç bir vaxt nisyə ərzaq almadığını, bu səbəbdən oraya gedə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən, Vaqif həmin dükana gedərək yenidən iki çaxır alaraq kafeyə qayıtmışdır. Təqribən saat 12 radələrində kafedə onların masası arxasında və Turalgilin masası arxasında əyləşən şəxslərdən başqa heç kəs qalmamışdır. Bu zaman kafedə əyləşən Vaqif, Elmin və Tural ayağa qalxaraq musiqi sədaları altında rəqs etmişlər. Əl çalaraq onlara öz hörmətini nümayiş etdirmişdir. Vaqif ona yaxınlaşaraq getmək istədiyini bildirib, kafeyə borclarının olub-olmadığı ilə maraqlandıqda hər şeyin qaydasında olduğunu, onların kafeyə heç bir borcunun olmadığını bildirmişdir. Vaqif ona təşəkkür edib kafedən çıxmışdır. Vaqif kafedən çıxan kimi Elmin ona yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirmiş, ona görə də Elminlə birlikdə çölə çıxmışlar. Elmin ona “Vaqif sənə yaxınlaşanda niyə hörmətsizlik edib ayağa qalxmadın” deyə kobud şəkildə iradını bildirmişdir. Buna cavab olaraq “Vaqif ilə bütün günü həmyaşıd kimi söhbət edirik, bunun sənə nə aidiyyəti var ki” deyə bildirmişdir. Lakin, Elmin ona qarşı çox aqressiv formada ayağa qalxmadığının səbəbini izah etməsini tələb etmişdir. Elminə bir neçə dəfə “Elmin, sən içkilisən, get sabah danışarıq” deyə bildirsə də, Elmin israrla söhbəti davam edib “məsələni” aydınlaşdırmaq istəmişdir. Bu zaman kafedən Elnur çıxaraq “Orxan, nə isə problem var?” deyə ona müraciət etmiş, o isə hər şeyin qaydasında olduğunu, narahatçılığa əsasın olmadığını, özlərinin məsələni həll edəcəklərini bildirmişdir. Həmin vaxt kafedən Tural çıxaraq Elnurun ünvanına “sən niyə çıxdın ki, özləri söhbəti həll edəcək” deyə bildirmiş və bu səbəbdən Tural ilə Elnurun da arasında mübahisə yaranmışdır. Elnur ilə Turalın arasındakı mübahisənin böyüməməsi üçün Elmindən aralaşaraq Tural ilə Elnura yaxınlaşmışdır. Onlara yaxınlaşdıqda hiss etmişdir ki, Tural Elnuru onu vurmaq üçün təhrik edir, bu səbəbdən Turala ilk öncə orada söz-söhbət salmadan uzaqlaşmasını bildirsə də, Tural ona da aqressiv cavab verdikdə Turala “çıxın gedin da, nə istəyirsiniz” deyə bildirib Turalı itələdikdə Tural yerə yıxılmışdır. Bunu görən Elmin ona hücum çəkmək istədikdə Cavid Elminin qarşısına keçərək hücumun qarşısını almışdır. Lakin, Cavidin Elmin ilə bacarmadığını görüb o da, Elminə yaxınlaşaraq onunla dava etməyə başlamışdır. Elminlə bir-birini döyməyə başlamışlar. Bu zaman yan tərəfdə Elnurla Tural da bir-biri ilə dalaşmışlar. Tural birdən Elnurun əlindən çıxıb kafenin yanında yerləşən ərzaq mağazasına yaxınlaşaraq mağazanın qapısının şüşəsini sındırdıqdan sonra yerə tökülmüş şüşə qırıntılarının biri ilə Elnura şüşə ilə zərbələr endirməyə çalışıb ünvanlarına nalayıq sözlərdən istifadə etmişdir. Bu səbəbdən Elmin ilə olan davanı yarımçıq qoyaraq Turalın üzərinə gedərək sinəsindən tutub “Tural, sən məni tanımırsan ki, özünə gəl, oyan, Cavidin qardaşı Orxanam” deyə-deyə Turalı sakitləşdirməyə çalışmışdır. Lakin Tural onun sözlərinə məhəl qoymadan əlindəki şüşə ilə ona zərbələr endirməyə başlamışdır. Nəticədə o, sağ göz qapağının yuxarı hissəsindən xəsarət almışdır. Həmin şüşə ilə Tural belindən zərbələr endirməyə çalışdıqda, üzərindəki gödəkcə cırılsa da, bel nahiyəsindən hər hansı xəsarət almamışdır. Bunu görən Elnur Turalın əlindəki şüşəni almağa çalışmışdır. Elnur Turalı yerə yıxmış və nəticədə Turalın əlindəki şüşə yerə düşmüşdür. Oradakı səs-küyə xeyli insan topalaşmışdır və həmin tanımadığı şəxslər Tural ilə Elmini sakitləşdirərək kafenin yanından uzaqlaşmışlar. Bu zaman orada dayanmış Vaqifə “gətirdiyin zibilləri niyə sakitləşdirmirsən” deyə öz iradını bildirdikdə, Vaqif ona cavab vermədən Elmin və Turalın arxası ilə getmişdir. Həmin vaxt orada olan Elvinin mübahisəyə hər hansı formada müdaxilə edib-etməməsini görməmişdir. Belə ki, sonradan aldığı məlumata görə Elvin orada onları ayırmağa çalışmışdır. Lakin, həmin vaxt o, əsəbi olduğu üçün Elvinin kimi və necə aralaşdırdığının şahidi olmamışdır. Beləliklə, Elnur, Cavid və Elvin ilə kafeyə qayıdaraq oranı elə yığışdırılmamış vəziyyətdə qoyub evə getmək qərarına gəlmişlər. Cavid özünü pis hiss etdiyini və evə getmək istədiyini bildirmişdir. Cavidə bir qədər gözləməsini xahiş etmişdir. Bu zaman Elvin də artıq gec olduğunu, onun Bakıya getməli olduğunu bildirib onlarla sağollaşmışdır. Elnurla kafenin qapısını bağlayıb evə gedərkən birdən Cavidin yanında olmadığını görmüşdür. Elnura gileylənərək “Cavid bizi gözləmədi getdi” deyə bildirmişdir. Elnurla kafedən uzaqlaşıb yol ilə aşağı düşdükləri zaman Cavidin ucadan qışqırtı səsini eşitmişdir. Elnura “Cavidin səsidir” deyib qaça-qaça həmin istiqamətə getmişdir. Hadisənin baş verdiyi yerə yaxınlaşmamışdan əvvəl uzaqdan Cavidin kimsə tərəfindən evləri istiqamətində aparıldığını görmüşdür. Həmin əraziyə yaxınlaşdıqda isə Tural əlində bel ilə dayanmışdır. Oraya yaxınlaşdıqda əlavə olaraq ətrafda xeyli insan olduğunu görmüş və kimsə ona “Cavid öldü” deyə bildirmişdir. Dərhal yaşadığı binanın qarşısına qaçaraq Cavidin ölüb-ölmədiyini yoxlamaq üçün “Cavid, Cavid” deyə qışqırmışdır. Onun səsinə qardaşı qızı Amina çölə çıxaraq ağlamağa başlamışdır. Cavidin vəziyyətinin pis olduğunu anlayıb əsəbi formada Turalın üzərinə qaçmış, lakin bu zaman onu arxa tərəfdən kimsə qucaqlayaraq Turala yaxınlaşmağa imkan verməmişdir. Belə ki, bu zaman Tural əlindəki bel ilə, Elnur isə əlindəki uzun taxta ilə mübahisə etmişlər. Tural ilə Elnur döyüşərkən Elnur əlindəki taxta parçasını Turala atmış, lakin taxta parçası yan keçmişdir. Bu səbəbdən Tural Elnurun əlində müqavimət göstərmək üçün alətin olmadığından istifadə edərək Elnurun üzərinə doğru qaçmış, lakin Elnur Turaldan qaçaraq oradan xeyli aralaşmışdır. Tural çönərək qıraqda Elvini görmüş və onun üzərinə doğru qaçaraq əlindəki bel ilə vurmağa hazırlaşmışdır. Elnur da, qışqıraraq “Elvin ehtiyatlı ol, arxaya bax” deyə Elvinə səslənsələr də, Elvin çevrilməyə imkan tapmadan Turalın bel ilə zərbəsinə tuş gəlmişdir. Elvin həmin zərbədən büdrəsə də, yerə yıxılmamış, Tural bir də bel ilə zərbə endirib Elvini yerə yıxmışdır. Tural Elvinin yerdə olduğundan istifadə edərək yenidən onu bel ilə vurmaq istədikdə Elnur Turala yaxınlaşaraq əlindəki beli götürüb qırağa atmışdır. Tural ilə Elvin bir neçə saniyə güləşmişlər. Lakin Elnur beli qırağa atdıqdan sonra yenidən Tural ilə Elvinə yaxınlaşaraq Elvini Turaldan aralayıb arxaya itələyərək Tural ilə güləşməyə başlamışdır. Bu zaman onu tutan şəxsin əlindən nəhayət çıxa bilmiş və qıraqda duran Elmin tərəfə onunla dalaşmaq üçün yaxınlaşmaq istədikdə, Elmin bunu görərək qaçmağa başlamışdır. Elminin arxası ilə qaçmağa cəhd göstərsə də, artıq Elminin uzaqlaşdığını görüb geri qayıtmışdır. X8 arxası ilə getdiyini görüb geri dönməsini bildirmişdir. Bu vaxt həmin ana kimi Hümbətin orada olduğunu görməsə də, Hümbət ona yaxınlaşıb qarın nahiyəsini göstərərək “mən bıçaqlanmışam” deyə bildirmişdir. Hümbətə müraciət edərək “Hümbət, kim səni bıçaqladı?” sualı verdikdə, Hümbət cavab olaraq “bilmədim heç necə oldu” deyə bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid5 Şahid6 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02.03.2020-ci ildə Vaqif və Tural ilə pivə içən zaman Vaqif kafenin giriş hissəsindən sol tərəfdə birinci masada əyləşən Orxan, Cavid, Elnur və Elvinə yaxınlaşıb əl çalmağa başlamış və nə isə demişdir. Orxan ilə çölə çıxmışlar. Orxan ilə arasında mübahisə olmuş, yanlarına kafedə olan Elnur yaxınlaşmışdır. Orxan Turalın gödəkçəsindən tutmuş, kimsə Turalı arxadan zərbə ilə itələmişdir. Zərbə nəticəsində Tural ağzı üstə yerə yıxılmış, özünə gəlib durmaq istədiyi zaman Orxan, Cavid və Elnur onu döymüşlər. Yerdə əli ilə üzünü tutaraq müdafiə olunmağa çalışmış, bu zaman Vaqif onlara yaxınlaşaraq onların əlindən almış, duraraq oradan qaçmışdır. Tural ona səslənərək “hara qaçırsan? Bugünün sabahı var, bunlar hamısı cavab verəcəklər” deyə qışqırsa da, onun sözlərinə məhəl qoymadan oradan qaçıb uzaqlaşmışdır. Onun bu cümləsindən sonra oğlanlar daha da aqressivləşib hamısı Turalın üstünə gəlib onu döyməyə başlamışlar. Onların əlindən çıxıb qaçmaq istədikdə Elnur bir daha arxasından tutmaq istəmiş, bu səbəbdən Tural Elnuru götürüb yerə vurmuş, lakin yenə də hamsı ona hücum edərək döyməyə davam etmişlər. Bu zaman kimsə Turalı əlinə götürərək onu döyən şəxslərin əlindən alıb qırağa tullamışdır. Fürsətdən istifadə edərək Tural qaçıb yaxınlıqda yerləşən ərzaq mağazasının qapısının şüşəsini sağ əli ilə sındırmış, şüşəni sındırdıqdan sonra sağ əlinin yaralandığına baxmayaraq yerdən lay qırılmış şüşələrdən birini götürərək söyüş söyməyə və kimsə ona yaxınlaşacağı təqdirdə vuracağını bildirmişdir. Turalın əlinə təqribən 2-3 metr uzunluğunda bel keçmişdir. Həmin bel ilə ilk növbədə üzərinə gəlmək istəyən Cavidi vurmuş, daha sonra isə beli başının üstünə qaldıraraq heç kimin ona yaxınlaşa bilməməsi üçün fırlamağa başlamışdır. Belə ki, kim ona yaxınlaşmışsa, bel həmin şəxsə dəymişdir. Səs-küyə Turalın uşaqlıq dostu, bir məhəllədə yaşadığı Zərərçəkmiş şəxs gəlmişdir. Hümbəti gördükdə “Hümbət, qoyma” deyə qışqırmış, Hümbət isə orada olmuş oğlanların ünvanına “lazim deyil, ayıbdır, bir-birinizi tanıyırsınız” deyədeyə qarşısına keçib Turala hücum etmək istəyən şəxsləri ondan aralamağa çalışmış, lakin həmin şəxslər sakitləşməmişlər. Bu zaman Elnur əlindəki ağ rəngli taxta ilə Turalı vurmağa cəhd göstərdikdə taxtanı bel ilə saxlamış, nəticədə əlindəki belin baş hissəsi, yəni dəmir hissəsi qırılıb yerə düşmüşdür. Elnurun əlindəki taxta da qırılmışdır. Orxan və tanımadığı şəxslər əllərinə daş alaraq Tural istiqamətinə atmışlar. Elnur belin arxa hissəsindən tutaraq beli əlindən almağa və Turalı yerə yıxmağa cəhd göstərmiş, həmin vaxt Elvin qarşısına keçərək Turalın sinə nahiyəsinə bir zərbə endirmişdir. X17 üstündən çəkərək qırağa atmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 Nazim oğlu Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş 03.03.2020-ci il tarixdə hadisə yerinə baxış keçiriləməsi protokolundan görünür ki, hadisə yeri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən asfalt yoldur. Asfalt yolda qanabənzər ləkələr, bir ədəd qara rəngli kepka və iki ədəd uzunluğu təxminən 40-50 sm olan taxta parçaları aşkar edilərək götürülmüşdür. Cinayət işinin icraat materiallarına əlavə edilmiş 07.03.2020-ci il tarixdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində verdiyi xüsusatları təsdiq edərək hadisənin baş verdiyi, yəni Zərərçəkmiş şəxs və X4 bıçaqla vurub onlara xəsarət yetirdiyi yeri göstərmişdir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 21 aprel 2020-ci il tarixli, 134 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - qara ciyərin zədələnməsi ilə qarın boşluğuna və sol döş boşluğuna dəlib keçən yaralar, sol qoltuqarxası nahiyənin və sağ saidin kəsilmiş-deşilmiş yaraları, - kəsici-deşici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirmə müddətləri qərarda göstərilən 03.03.2020-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcəsinə görə: qarın boşluğuna dəlib-keçən bir ədəd və döş boşluğuna dəlib keçən bir ədəd yaralar - hər biri ayrı-ayrılıqda yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər; sol çiyin qurşağının arxa səthinin kəsilmiş-deşilmiş yarası - sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; sağ əl barmaqlarının əlverişsiz vəziyyətdə hərəkətsizliyi ilə nəticələnən sağ said nahiyəsinin kəsilmiş-deşilmiş yarası - sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 12 mart 2020-ci il tarixli, 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: qarın boşluğuna dəlib-keçən yara - kəsici-deşici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən 03.03.2020-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 05 iyun 2020-ci il tarixli, 334/2020-MTBŞ nömrəli rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A-beta /H/(İİ); 2) X3 ABO sistemi üzrə qrup göstəricisi: A-beta /H/(İİ); 3) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O-alfa, beta (İ); 4) Şahid6 ABO sistemi üzrə qrup göstəricisi: O-alfa, beta (İ); 5) Ekspertizaya təqdim edilmiş 03 ədəd taxta hissələri, 04 ədəd şüşə qırıntıları, hadisə yerindən götürülmüş bir ədəd papaq, Zərərçəkmiş şəxs məxsus idman köynəyi, T.Ş.Əzizova məxsus bir ədəd köynək, qış gödəkçəsi, Şahid6 məxsus jilet və 04 ədəd kiçik pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A-beta /H/(İİ) qruplu şəxsə (şəxslərə), o cümlədən də X9 və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətləri olubsa). Lakin qanın qarışıq olduğu halda isə həmçinin O-alfa, beta (İ) qruplu Zərərçəkmiş şəxs və Şahid6 qarışıq qanının olduğu da inkar olunmur (əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətləri olubsa); 6) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman köynəyi, T.Ş.Əzizova məxsus bir ədəd köynək, qış gödəkçəsi, Şahid6 məxsus jilet üzərində olan qan periferik mənşəlidir; 07) Ekspertizaya təqdim edilmiş 03 ədəd taxta hissələri, 04 ədəd şüşə qırıntıları, hadisə yerindən götürülmüş bir ədəd papaq üzərində olan ləkələrin ölçüləri və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. Cinayət işinin icraat materiallarına əlavə edilmiş kompleks məhkəmə-trasoloji, fizikikimyəvi ekspertizasının 29 may 2020-ci il tarixli, 6/665 nömrəli və 22 may 2020-ci il tarixli, 3/392 nömrəli rəylərindən görünür ki: tədqiqata təqdim edilmiş X5, Zərərçəkmiş şəxs və Şahid6 məxsus geyim əşyaları üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 №-li cədvəlində göstərildi; Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcədən ibarət geyim əşyaları üzərindəki kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin və Şahid6 məxsus olduğu qeyd edilən jiletin tərkib liflərindən yoxdur; Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin üzərində Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcənin və Şahid6 məxsus olduğu qeyd edilən jiletin tərkib liflərindən yoxdur; Şahid6 məxsus olduğu qeyd edilən jiletin üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin və Tural Əzizova məxsus olduğu qeyd edilən köynək və gödəkcənin tərkib liflərindən yoxdur; Hadisə yerindən götürülməsi qeyd edilən papaq üzərində Tural Əzizova, Zərərçəkmiş şəxs və Şahid6 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus olan bir ədəd “Adidas” markalı uzunqol kişi idman geyimi” yazıları olan bükülüdən aşkar edilmiş köynəyin və üzərində “X5 məxsus 01 ədəd qara-mixək rəngli kişi gödəkcə” və “... kişi qış köynəyi” yazıları olan bükülüdən aşkar edilmiş gödəkçənin və köynəyin səthindəki aşkar edilmiş zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə, kəsilmə zədələridir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş üzərində “Şahid6 məxsus 01 ədəd jilet” yazıları olan bükülüdən aşkar edilmiş jiletin səthindəki zədə ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə zədəsidir. Belə predmetə şüşə parçası və s. aid etmək olar. Təqdim edilmiş geyim əşyalarının material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqları müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan zədələrin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş 133 saylı 12 mart 2020-ci il və 134 saylı 21 aprel 2020-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilən bədən xəsarətləri ilə təqdim edilmiş geyim əşyalar üzərində olan zədələr yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir və üst-üstə düşürlər. Təqdim edilmiş kepkanın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin icraat materiallarına əlavə edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizanın 03.07.2020-ci il tarixli, 350/136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Aparılmış psixoloji müayinə zaman aşağıdakı nəticə müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyililik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Bu emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Beləliklə, məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü Hafiz adlı bir azyaşlı uşağının olmasını cinayət işində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 126.2.1-ci maddəsinin sanksiyasında 6 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 126.2.1ci maddəsi ilə təqsirli bilib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Lakin məhkəmə kollegiyası işin faktiki halları baxımından təqsirləndirilən şəxs Elvin Məmmədova təyin edilmiş cəzanın bir qədər ağır olduğu qənaətinə gəlir. Belə ki, işdə olan 04 dekabr 2020-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və icraata xitam verilməsi barədə” qərardan görünür ki, 02 mart 2020-ci il tarixdə cinayət hadisəsi zərərçəkmiş şəxs Tural Əzizovun təşəbbüsü ilə baş vermiş, Tural Əzizov əvvəlcə mağazanın qapısını sındıraraq əldə etdiyi şüşə parçası, daha sonra isə bel (lapatka) ilə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Şahid5 və Şahid6 xəsarətlər yetirmişdir. Tural Əzizovun yetirdiyi xəsarətlər nəticəsində Şahid5 sağlamlığına yüngül, Təqsirləndirilən şəxs sağlamlığına isə az ağır zərər dəymişdir. Cinayət işi üzrə Tural Əzizova qarşı da CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Tural Əzizov 31 iyul 2020-ci ildə vəfat etdiyindən onun barəsində cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsinin zərərçəkmiş şəxs Tural Əzizovun təşəbbüsü ilə baş verməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, digər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxs Vətən (2-ci Qarabağ) Müharibəsinin iştirakçısı və qazisi olmasının, buna görə medallarla təltif olunmasının, onun bıçaq xəsarəti alması səbəbindən Təqsirləndirilən şəxs uzun müddətə azadlıqdan məhrum edilməsindən özünü narahat hiss etməsinin, onunla barışmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bundan başqa, işdə olan (2-ci cild, i.v. 167) tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 1 azyaşlı uşağı var, fərdi əməklə məşğul olmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyasının qənaətincə, şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun ictimai təhlükəli əməl törətməyə və başqalarına zərər vurmağa meylli olmamasına, cəmiyyətdə normal davranış və həyat tərzi nümayiş etdirməsinə, ailə üzvlərinə himayə və qayğı göstərməsinə, ictimai faydalı fəaliyyətlə məşğul olmasına, cəmiyyətdəki birgəyaşayış qaydalarına hörmətlə yanaşmasına dəlalət edir. Şərh olunan xüsusatlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddinin təyin edilməsi mümkün və məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin (cəmiyyətin) hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə (cəmiyyətə) vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxsa təyin edilmiş cəzanı təqsirli bilindiyi CMin müvafiq maddəsinin sanksiyası çərçivəsində qismən yüngülləşdirməyi mümkün və məqsədəuyğun sayır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) il 06 (altı) ay müddətə endirilməsini məqsədə müvafiq və cəzanın məqsədləri baxımından yetərli hesab edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, eyni hadisə gedişində təqsirləndirilən şəxs tərəfindən əlində olan bıçaqla zərərçəkmiş şəxslərdən birinin sağlamlığına qəsdən, digərinin sağlamlığına isə ehtiyatsızlıqdan ağır zərər vurması ağlabatan deyildir. Burada cinayətin birbaşa və ya dolayı qəsdlə törədilməsini fərqləndirmək olar. Təqsirləndirilən şəxs onun əlindəki bıçaqdan Zərərçəkmiş şəxs xəsarət almasını arzu etməsə də, lakin həmin bıçağı əlində saxlamasının təhlükəli olmasını və kiməsə qarşı istifadə edə biləcəyini dərk etmiş, belə nəticənin baş verməsinə (bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsinə) şüurlu surətdə yol vermişdir. Ona görə də Təqsirləndirilən şəxs əməlinin zərərçəkmiş şəxs Tural Əzizova münasibətdə CM-in 126.1ci maddəsi, digər Zərərçəkmiş şəxs münasibətdə isə CM-in 131-ci maddəsi ilə tövsif edilməsi qanuni olmazdı. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin CM-in 126.2.1-ci maddəsi ilə tövsifini düzgün hesab edir. Bununla belə, apellyasiya şikayətinin dəlilləri ümumən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası həmin şikayətin qismən təmin edilməli olması qərarına gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) ay müddətə endirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(091)-33/2021 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) ay müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmasın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-158/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-158/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver