Məhkəmə qərarları › İş №1(107)-159/2020

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-159/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-159/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkil Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elbrus oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(075)- 26/2019 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxx 2019-cu il tarixli 1(075)-26/2019 saylı hökmü ilə, xx xxx 1998-ci ildə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, bаrəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 185.1-cü maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkаn tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.5ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınmış «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə, yəni Zərərçəkmiş şəxs qaytarılması, avtomobildən götürülmüş plastmas detal və şüşə qırıntıların məhv edilməsi, 310 (üç yüz on) manat ekspertiza xərcinin dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. İşin halları Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(075)-26/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 13:50 radələrində Şəki şəhəri F.Abdurahmanov küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasının və avtomobilin qapılarının açıq vəziyyətdə, açarlarının isə üzərində olmasını görüb avtomobilin sahibinin avtomobilin yanında olmadığından istifadə edərək qəsdən, avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salaraq nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış, daha sonra ələ keçirdiyi avtomobili saat 14:10 radələrində Şəki şəhəri Y.Süleymanov küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirib avtomobili yol kənarında olan maneəyə, yəni ağaca vuraraq avtomobilin ön hissəsini əzmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4945 manat miqdarında maddi ziyan vurmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən apelyasiya protesti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (İ.H.Şükürov (sədrlik edən və məruzəçi), hakimlər A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli 1(107)-307/2019 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli 1(102)-542/2020 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Apelyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu CM-in 185.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində təfsir etməklə təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-dən daxil olmuş xx.xx.2018-ci il tarixli 189- 32679-1218 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobil yuma məntəqəsinin qarşısından Zərərçəkmiş şəxs məxsus “Mersedes-Benz 230 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili tamah niyyəti olmadan qanunsuz olaraq qaçırmış və yol-nəqliyyat hadisəsi törədərkən yanında başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs avtomobili qaçırdığı yerdə hadisəni görmüş şahidləri müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda avtomobil qaçırılan yerdə müşahidə kameralarının olmadığı, Təqsirləndirilən şəxs digər cinayətlərdə iştirak etməsi faktları aşkar edilməmişdir. (Cild 1: i. v. 70) Məhkəmə nəzərə almamışdır ki, avtomobilyuma məntəqəsində Təqsirləndirilən şəxs savayı, Vüsal Vəliyev də olmuşdur. X25 məntəqənin içində ibadətlə məşğul olduğundan bayırda yalnız Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məntəqənin içinə daxil olmasından və bayırda insanların olmamasından istifadə edərək avtomobil mühərrikini işə salıb öz cinayətkar niyyətini həyata keçirmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qaçırmasından dərhal sonra məlumatları olan Zərərçəkmiş şəxs, Vüsal Vəliyev və digər şəxslər onu axtarmağa başlamışlar. Təqsirləndirilən şəxs avtomobili qaçırarkən hadisə yerində digər şəxslər olmadığından bilavasitə hadisənin şahidi olmamışdır. Lakin qəza baş verərkən Təqsirləndirilən şəxs xəsarət alması və sükan arxasından bayıra çıxarılması avtomobilin onun tərəfindən qaçırılmasını təksibedilməz sübutlarla bir daha təsdiq edir. Avtomobilin sükanı arxasında əyləşmiş Təqsirləndirilən şəxs qəzadan sonra avtomobildən çıxarılarkən avtomobilin sağ hissəsində yerə uzadılması məhkəmənin mübahisələndirdiyi hallardan biridir. Nəzərə almaq lazımdır ki, hadisə baş verərkən avtomobilin sol tərəfi avtomobil yoluna tərəf olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin sol tərəfindən sükanın arxasından çıxarılıb şosse yoluna, yəni avtomobillərin mütəmadi hərəkətdə olduğu yolda, təhlükəli yerdə uzadılması məntiqsizdir. Təqsirləndirilən şəxs təhlükəsiz yerdə, yəni avtomobilin sağ tərəfində yolun kənar hissəsində uzadılması adi bir haldır. Onun avtomobilin sağ tərəfində uzadılması o, demək deyil ki, Təqsirləndirilən şəxs sükanın arxasında olmamışdır. Sadəcə olaraq təhlükəsizlik və tibbi yardımın edilməsi üçün avtomobilin sağ tərəfi əlverişli yer olduğundan Təqsirləndirilən şəxs oraya uzadılmışdır. Məhkəmənin Təbrizin qəzadan sonra avtomobildən çıxarılarkən avtomobilin sağ hissəsində yerə uzadılması barədə gəldiyi nəticə məntiqsizdir. İşin mahiyyətinə hec bir təsir göstərmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırması nəticəsində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları kimi bədən xəsarətləri almışdır. Məhkəmə tibb ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs aldığı xəsarətlər onun həm sürücü oturacağında, həm də sərnişin oturacağında olduğu halda yarana bilərdi, yəni xəsarətlərin avtomobilin sükanı arxasında yaranması mümkündür. Lakin məhkəmə həmin sübutlara nədənsə şübhə ilə yanaşmışdır. Bu da, məhkəmə tərəfindən işin qeyri-obyektiv, birtərəfli araşdırıldığını təsdiq edir. Məhkəmənin şübhə ilə yanaşdığı hallardan biri də, avtomobilin qabaq sağ oturacağında, sağ qapısı və ayaqaltısı üzərində qan izlərinin olması ilə bağlıdır. Həmin qan izləri Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə hesab edir ki, həmin qan izləri Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ sərnişin oturacağında olması nəticəsində yaranmışdır. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında olmasını istisna edir. Lakin məhkəmə diqqətə almır ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qaçırarkən qoruyucu kəmərdən istifadə etməmişdir. Avtomobilin divara və ağaça çırpılması nəticəsində Təqsirləndirilən şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları kimi bədən xəsarətləri almışdır. Avtomobilin vurulması nəticəsində zərbənin təsirindən Təqsirləndirilən şəxs bədəninin əsasən xəsarət almış baş nahiyəsinin qabaq sağ oturacağına tərəf meyilli olması və qabaq sağ oturacağda, sağ qapıda və ayaqaltı üzərində qan izlərinin olmasını mümkün edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs əsasən xəsarətləri baş nahiyəsindən almışdır. Göründüyü kimi, məhkəmə tərəfindən təyin edilmiş müxtəlif ekspertizalarla bağlı tərtib edilmiş rəylər heç bir konkretlik daşımır. Yalnız ehtimallara və fərziyələrə əsaslanır. Məhkəmə isə həmin ekspert rəylərini sübut növü kimi dəyərləndirir. Halbuki, CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Lakin məhkəmə tərəfindən ekspert rəyləri işin digər hallar ilə müqayisəli şəkildə yoxlanılmamışdır. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 185.1-ci maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə yuxarıda sadalanan bilavasitə və düzünə sübutları (şahid ifadəsi, istintaq sənədləri və s.) nəzərə almamış, obyektiv halları təhrif edən fikirləri digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırma cinayəti özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanılmış digər materiallarla tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 185.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Lakin, məhkəmə ibtidai istintaq orqanının topladığı obyektiv materiallara tənqidi yanaşaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Bu da, məhkəmə hökmünün subyektiv meyarlarа əsaslanmaqla cıxarıldığını və aşkar ziddiyyətli olduğunu göstərən ən vacib dəlildir. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə yuxarıda sadalanan bilavasitə və düzünə sübutları (şahid ifadələri, ekspertiza rəyləri və s.) nəzərə almamış, obyektiv halları təhrif edən fikirləri digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmiş, düzgün ifadə verməyəcəkləri halda cinayət təqibi barədə xəbərdar edilmiş şahidlərin qərəzsiz ifadələri isə məhkəmə tərəfindən qeyri-obyektiv tənqidi yanaşmaya məruz qalmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi obyektiv ifadələri nəzərə alınmamış, toplanmış sübutlar tam və hərtərəfli təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməməklə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə və CPM-in 84, 381.1 və 383.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli bəraət hökmü ləğv edilərək, ona CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən zərər çəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 Eyvazovun CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli bəraət hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Elbrus oğlu Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və qanuni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli bəraət hökmünün qüvvədə saxlanılmasını, apelyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquq məsələləri Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Azərbаycаn Respublikаsı CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət- Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Baxılan işdən aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə CM-in 185.1-ci maddəsi ilə ittiham verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilməməsinə görə ona bəraət verilmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək, ona ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Vüqar adlı şəxsə məxsus olan avtoyuma məntəqəsinin (moyka) içində yerləşən çayxanada çayçı işləyirmiş. Avtoyuma məntəqəsini (moyka) isə Vüsal adlı şəxs işlədirmiş. Əvvəldən taksi sürücüsü kimi tanıdığı Zərərçəkmiş şəxs məxsus olan «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarının üzərində olduğunu görmüş, avtomobili qaçırmaq niyyəti olmamış, yalnız bir qədər sürüb əylənmək istəmişdir. Həmin vaxt avtomobilin sahibi avtoyuma məntəqəsinin içində olmuş, onun avtomobili sürdüyünü kimsə görməmişdir. Sürüb əylənmək məqsədi ilə avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt avtomobildə ondan savayı başqa şəxs olmamışdır. Sürməyə başladıqdan sonra avtomobili əks istiqamətə döndərmiş və Azərbaycan Dövlət X10 filialına tərəf təxminən iki-üç kilometr hərəkət etmişdir. Avtomobili idarə edərkən sürətə baxmamışdır. Həmin vaxt ani idarəetməni itirmiş, avtomobili əvvəlcə yolun kənarında olan hasara, sonra isə ağaca vurmuşdur. Baş vermiş qəza nəticəsində huşunu itirdiyindən sonradan baş verənləri xatırlamır. Qəza anını da dəqiq xatırlamır. Hadisə baş verərkən ilk dəfə sükan arxasında oturmuş, hadisədən əvvəl və sonra avtomobil idarə etmək bacarığı və səriştəsi olmamışdır. Avtomobili idarə etmək üçün hansı hərəkətlərin ardıcıl olaraq icra edilməli olduğunu bilmir. Sadəcə sürət qutusunun üzərində yerləşən hərflərin anlamını bilir ki, R- arxaya, D- irəli deməkdir. Hadisədən sonra onu xəstəxanaya kimlərin apardığını bilmir. Törətdiyi əməldən səmimi peşmandır. Zərər çəkmiş şəxsə vurduğu zərəri ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü təqsirli bilərək göstərmişdir ki, CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsinə maddi dəstək olmaq üçün müxtəlif çayxanalarda xidmətçi işləyir. xx xxxxxx 2018-ci il tarixdə Şəki şəhəri F.Abdurahmanov küçəsində yerləşən avtoyuma məntəqəsinin çayxanasında xidmətçi kimi işə düzəlmişdir. xx xxxxxx 2018-ci il tarixdə çayxanaya gedərək çayxanada təmizlik işləri aparmış, çayxanaya gələn şəxslərə xidmət etmişdir. Təxminən saat 13:40 radələrində əvvəllər bir-iki dəfə avtoyuma məntəqəsinə gəlmiş, üzdən tanıdığı Zərərçəkmiş şəxs çayxanaya gələrək çayxanada oturmuşdur. O, çayxanadan çıxaraq Zərərçəkmiş şəxs məxsus «MerсedesBenz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş, qapıların açıq vəziyyətdə olduğunu gördüyündən musiqiyə qulaq asmaq üçün avtomobilə əyləşmişdir. Təxminən beş dəqiqə avtomobildə əyləşib musiqiyə qulaq asdıqdan sonra avtomobilin açarlarının üzərində olduğunu görmüş, avtomobili idarə etməyə başlamış, avtomobili əks istiqamətə döndərmiş və Azərbaycan Dövlət X10 filialına tərəf təxminən iki-üç kilometr hərəkət etmişdir. Həmin vaxt ani idarəetməni itirmiş, avtomobili yolun kənarında olan hasara və ağaca vurmuşdur. Baş vermiş qəza nəticəsində huşsuz vəziyyətdə olduğundan sonradan nə baş verməsini xatırlamır. Bu səbəbdən 10 gün müddətində Şəki MRX-nin Reanimasiya Şöbəsində huşsuz vəziyyətdə yataraq müalicə almışdır. Əlavə olaraq göstərdi ki, hadisə baş verərkən ilk dəfə sükan arxasında oturmuş, hadisədən əvvəl və sonra avtomobil idarə etmək bacarığı və səriştəsi olmamış, özü də avtomobil idarə etməyə təşəbbüs göstərməmişdir. Avtomobili idarə etmək üçün hansı hərəkətləri ardıcıl olaraq icra edilməli olduğunu bilmir. Əməlindən səmimi peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirərək yalnız avtomobilinə dəymiş zərərin qarşılanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində ifadə verərək göstərmişdir ki, o, Şəki şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir və ailəsini dolandırır. xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 13:50 radələrində Şəki şəhəri F.Abdurahmanov küçəsində şəhər sakini Vüqar adlı şəxsə məxsus avtoyuma məntəqəsinə, dayısı oğlu X13 yanına getmişdir. Həmin ünvana çatdıqdan sonra istifadəsində olan «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili avtoyuma məntəqəsinin qarşında saxlamış, dayısı oğlu Vüsal ilə görüşmüşdür. Bir qədər sonra dayısı oğlu Vüsal Vəliyev avtoyuma məntəqəsinin çayxanasından kənar bir yerdə namaz qılmağa getdiyi üçün onu bir neçə dəqiqə gözləməli olmuşdur. Vüsal Vəliyev namaz qıldıqdan sonra avtoyuma məntəqəsinin qarşısına çıxdıqda avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt çayxanaya qayıdıb baxmış, çayxanada xidmətçi işləyən Təqsirləndirilən şəxs çayxanada olmadığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs hörmət əlaməti olaraq avtomobilin təkərlərini qaraltdığını fikirləşmişdir. Lakin avtomobili tapa bilmədikdə Təqsirləndirilən şəxs xəbəri olmadan avtomobili sürüb getdiyindən şübhələnmişdir. Daha sonra başqa avtomobil ilə «Marxal» istirahət mərkəzi istiqamətində qalxaraq Təqsirləndirilən şəxs axtarmışdır. «Marxal» istirahət mərkəzinə doğru qalxdıqdan sonra yenidən şəhər istiqamətinə qayıtmış, şəhərin L.Abdullayev küçəsindən ötən zaman yolda bir neçə şəxsin və polis əməkdaşlarının toplaşdığını görmüşdür. Həmin yerə yaxınlaşıb baxdıqda ona məxsus avtomobilin yolda olan ağaca dəydiyini və yararsız vəziyyətə düşdüyünü görmüşdür. Orada olan şəxslərdən Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, polis əməkdaşları avtomobili qaçıran Təqsirləndirilən şəxs xəsarət aldığını və onu təcili yardım əməkdaşlarının xəstəxanaya apardığını bildirmişlər. Baş vermiş hadisə ilə əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra avtomobili Şəki ŞRPŞ-nin BDYPB-nin duracağına aparılmışdır. Bundan sonra o, Şəki ŞRPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəmənin yekun qərarı çıxdıqdan sonra ona dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Məhkəmədən qanuni və ədalətli qərar çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, Şəki şəhər sakini Vüqar Abdullayevə məxsus olan və Şəki şəhəri F.Abdurahmanov küçəsində yerləşən avtoyuma məntəqəsində avtomobil yuyan işləyir. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 13:40 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Zərərçəkmiş şəxs avtoyuma məntəqəsinə gəldikdən sonra o, namaz qılmağa getmiş və sonuncuya onu gözləməsini demişdir. O, namazını bitirib gəldiyində Zərərçəkmiş şəxsla birlikdə avtoyuma məntəqəsinin çayxanasından çölə çıxmış, ona məxsus avtomobilin yerində olmadığını görmüşlər. Zərərçəkmiş şəxs avtomobilin çayxanada xidmətçi işləyən Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını demiş, o isə öz növbəsində Zərərçəkmiş şəxs sonuncunun avtomobil sürə bilmədiyini demişdir. Daha sonra onun avtomobil sürməyə cəhd etdiyini, nahar üçün yaşadığı evə gedib-qayıdacağını fikirləşmiş, Zərərçəkmiş şəxs təsəlli vermişdir. Bir müddət sonra avtoyuma məntəqəsinə müştəri gəldiyindən o, avtomobil yumağa başlamışdır. Müəyyən vaxt keçdikdən sonra Zərərçəkmiş şəxs avtoyuma məntəqəsində olmadığını görmüş, ona zəng edərək harada olmasını soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs avtomobili qaçıraraq qəza törətdiyini və avtomobilin əzilərək yararsız vəziyyət düşməsini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət dəyibdəyməməsini soruşduqda onu görmədiyini və eşitdiyinə görə Şəki RMX-na aparıldığını demişdir. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Şəki şəhəri F.Abdurahmanov küçəsində yerləşən avtoyuma məntəqəsi onun mülkiyyətindədir. Obyekt uzun illər fəaliyyətsiz qalsa da, hal-hazırda həmin obyekti həm avtoyuma məntəqəsi, həm də çayxana kimi özü işlədir. Sözügedən obyektin çayxanası hadisə baş verdikdən bir neçə gün əvvəl fəaliyyətə başlamışdır. Həmin çayxanaya Şəki şəhər sakini Təqsirləndirilən şəxs xidmətçi kimi işə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 13:55 radələrində Zərərçəkmiş şəxs zəng edərək, çayxanada xidmətçi işləyən Təqsirləndirilən şəxs ona məxsus avtomobili qaçırmasını bildirmiş, sonuncunu tapmasını xahiş etmişdir. O. dərhal Təqsirləndirilən şəxs zəng etsə də onun mobil telefonuna zəng çatmamışdır. Müəyyən vaxt keçdikdən sonra Zərərçəkmiş şəxs yenidən zəng edərək Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə qəza törətməsini, polis əməkdaşlarının avtomobilini Şəki ŞRPŞ-nin BDYP-nin duracağına apardıqlarını demişdir. O, Şəki ŞRPŞ-nin BDYPB-nə yaxınlaşmış və Zərərçəkmiş şəxs məxsus avtomobilin əzilərək yararsız vəziyyətə düşməsinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Şəki şəhəri Lütfəli Abdullayev küçəsində baş vermiş qəza yaşadığı evin hasarı önündə baş vermişdir. Göstərilən tarixdə yaşadığı evin yaxınlığından səs-küy gəlməsini eşitmiş, darvaza qapısından küçəyə çıxan zaman evin hasarı önündə bir neçə insanın toplaşmasını görmüşdür. Həmin şəxslərə yaxınlaşan zaman orada «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin evin hasarı önündə olan ağaclardan birinə dəyərək qəzaya uğramasının şahidi olmuşdur. Həmin ağaclar yaşadığı evin daşdan tikilmiş hasarı önündə olduğundan yol-nəqliyyat hadisəsi baş verən zaman sözügedən avtomobil hasara toxunmuşdur. Avtomobil hasara toxunsa da heç bir uçmaya və ya dağıntıya səbəb olmamışdır. Odur ki, heç bir şikayət və tələbi olmamışdır. Avtomobilin kim tərəfindən idarə olunmasını görməmişdir. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, Şəki şəhər TTTYS-da sürücü işləyir.xx xxxxxx 2018-ci il tarixdə günorta saatlarında daxil olmuş çağırışa əsasən tibb bacısı X9 və həkim Zakirova Tünzalə Əlövsət qızı ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs avtomobilin sağ yan hissəsində yerə uzanmış vəziyyətdə görmüşlər. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Şəki şəhər TTTYS-da tibb bacısı vəzifəsində işləyir. xx xxxxxx 2018-ci il tarixdə daxil olmuş çağırışa əsasən sürücü X1 və həkim Zakirova Tünzalə Əlövsət qızı ilə birlikdə hadisə yerinə getmiş, oraya çatan zaman Təqsirləndirilən şəxs avtomobilin sağ yan hissəsində yerə uzanmış vəziyyətdə görmüş, ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə onu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş Zakirova Tünzalə Əlövsət qızı X4 məhkəmə iclasında vermiş olduğu ifadəyə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hal şahidlərinin iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki,«Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri Y.Süleymanov küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil yol kənarında olan maneəyə, yəni ağaca dəymiş və avtomobilin ön hissəsi əzilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Narkoloji Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 821 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin materiallarında olan Şəki «Avtomotoservis» ATSC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 21 nömrəli aktdan görünür ki, xx xxxxxx 2018-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4945 (dörd min doqquz yüz qırx beş) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, DİN-in BƏSİİ-nin əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Psixiatriya Xəstəxanasının xx xxxxxx 2018-ci il tarixli 652 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X3 dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan Şəki RMX-nın Narkologiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 279 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şəki MRX-nin Narkoloji şöbəsində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Şəki şəhəri İHB-nin «İpəkçi» məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixdə verilmiş аrаyış və xаsiyyətnаmədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və yаşаyış yeri üzrə müsbət xаrаkterizə оlunur. Məhkəmə tərəfindən təyin edilərək alınmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 725 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs olan xəsarətlər qapalı kəllə-beyin travması, beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 31591 saylı rəyindən görünür ki, «Merсedes-Benz 230» markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərər çəkmişə dəymiş maddi ziyanın hadisə baş verən tarixə məbləği 4500.00 manatdır. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinin materiallarında olan məhkəməyədək icraat zamanı tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri F.Abdurahmanov küçəsinə yerləşən avtoyuma məntəqəsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırdıqdan sonra Şəki şəhəri Bağbanlar və L.Abdullayev küçələri istiqamətində hərəkət trayektoriyasını göstərmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tərəfindən təyin edilərək alınmış məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 248/2019-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ), ekspertizaya təqdim edilmiş «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd detal hissə, şüşə qırıntıları və bir ədəd əski parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli 1(102)-542/2020 nömrəli qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələr tərəfindən CPM-in 143-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyri-obyektiv, cinayət işinin materiallarındakı mötəbər sübutlara uyğun gəlməyən və qəbuledilməz qaydada qiymət verilmişdir. İşə baxan məhkəmələrin gəldikləri nəticə əsassız olmaqla CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4). Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996- cı il tarixli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Plenum qərarı məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və əməl düzgün tövsif edilsin. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il “Xirvisaari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X14rşı” x xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndirilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143- 146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin təmin edilməsi, göstərilən qərarın kassasiya protestinə münasibətdə ləğv edilməklə işin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır.”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin sübuta yetirilməməsi nəticəsinə gələrkən mötəbər sübutlara deyil, ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, birinci instansiyası məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etməmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verməmiş və nəticədə Təqsirləndirilən şəxs bəraət verərkən əsassız qərar çıxarmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in: 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiyası məhkəməsi hökmündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona bəraət verməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “müstəntiq tərəfindən iş ətraflı araşdırılmamış, Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetmir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına əyləşib mühərriki işə salaraq nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Buna görə də məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli üzrə təqsirli sayılması üçün avtomobil onun tərəfindən idarə olunmaqla qaçırılmalı idi. Lakin müəyyən oldu ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını Təqsirləndirilən şəxs etirafedici ifadəsi təşkil etmişdir ki, onun CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi digər sübutlarla təsdiqini tapmır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə cinayət işinin materiallarındakı sübutlarla uyğunsuzluq təşkil etdiyindən razılaşmır və cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istər məhkəmə araşdırması zamanı verdiyi ifadərində, istərsə də məhkəmə kollegiyasının iclasında apelyasiya protestinə münasibət bildirərkən ardıcıl olaraq, avtomobili o idarə etdiyini, avtomobildə ondan savayı heç kəsin olmadığını, avtomobillə Azərbaycan Dövlət X5 filialına tərəf təxminən iki-üç kilometr hərəkət etdiyini, həmin vaxt ani idarəetməni itirdiyini və avtomobili əvvəlcə yolun kənarında olan hasara, sonra ağaca vurduğunu göstərmişdir. Hətta birinci instansiya məhkəməsinin hökmü ilə ona bəraət verilməsinə baxmayaraq apelyasiya protesti və kassasiya protesti əsasında işə yenidən baxılan vaxt, o cümlədən hazırkı apelyasiya mərhələsində verdiyi ifadələrində o törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, birinci instansiya məhkəməsinin mövqeyindən istifadə edərək ona verilmiş ittihamı heç vaxt təkzib etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Səhiyyə Nazirliyi Şəki Psixiatriya Xəstəxanasının x xxxxxx 2018ci il tarixli, 652 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X3 dispanser müşahidəsində yoxdur. Şəki RMX-nın Narkologiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 279 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şəki MRX-nin Narkoloji şöbəsində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təbiz Eyvazov nə psixi xəstəlikdən əziyyət çəkmir, nədə ki, narkoloji dispanserdə qeydiyyatda yoxdur. O, anlaqlı şəxsdir, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Birinci instansiya məhkəməsinin qənaətinə görə Təqsirləndirilən şəxs qəzadan sonra avtomobildən çıxarılarkən avtomobilin sağ hissəsində yerə uzadılması onun sükan arxasında olmasını şübhə altına alır. Kollegiya qeyd edir ki, sübutlara belə uğursuz qiymət verilməsi CPM-in 143-146-cı maddələri ilə açıq-aşkar ziddiyyət təşkil edir. Hadisə baş verərkən sürücünün maşından çıxarılaraq hansı tərəfə qoyulması yol şəraiti və s. amillərlə bağlı olan haldır. Şəxsin avtomobilin sağ tərəfində yerə uzadılması onun sükan arxasında olan şəxs olmaması ilə əlaqələndirilməsi heç bir məntiqə sığmır. Belə ki, cinayət işi üzrə hal şahidlərinin iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, «Mersedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri Y.Süleymanov küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil yol kənarında olan maneəyə, yəni ağaca dəymiş və avtomobilin ön hissəsi əzilmişdir (Təqsirləndirilən şəxs da ifadələrində avtomobili əvvəl yolun sağ hissəsində olan hasara, sonra isə ağaca vurduğunu göstərmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Səhiyyə Nazirliyinin Şəki Narkoloji Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 821 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 725 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs olan xəsarətlər qapalı kəllə-beyin travması, beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin əzilmiş-didilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2018-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış Məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli, 248/2019-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta (İ), ekspertizaya təqdim edilmiş «Mersedes-Benz 230» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd detal hissə, şüşə qırıntıları və bir ədəd əski parçası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli, 201/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş avtomobil detalının daxili səthində və şüşə qırıntısının üzərində aşkar edilmiş qan ləkələrin forma və xarakterinə əsasən demək olar ki, bu qan ləkələri yaxma xarakterlidir, qan mənbəyi ilə statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Məhkəmə trasoloji və tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 9973/10148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ilkin ekspert rəyinə əsasən qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyüntəpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları olmuşdur. Həmin xəsarətlər küt mexanizmdən avtomobil qəzaları zamanı törənə bilərdi, hazırkı hadisədə isə avtomobilin divara və ağaca çırpılmaları (dəymələri) anında başın sağ alın, təpə nahiyələrinin və burun belinin avtomobilin alın şüşəsinə dəyməsindən törənə bilərdilər. Həmin xəsarətlərin yerləşmə nahiyələrinə, xüsusiyyətlərinə və avtomobildə olan zədələrə əsasən zərər çəkmişin hadisə vaxtı sürücü və ya ön oturacaqda oturmuş sərnişin olmasını məhkəmə tibbi ekspertiza yolu ilə konkret təyin etmək mümkün deyildir. Belə ki, bu xəsarətlər həm sürücü, həm də qabaq sağ oturacaqda oturmuş sərnişində əmələ gələ bilərdilər. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sağ qanadda, qabaq sağ qapıda, qabaq sağ dirəkdə, qabaq sağ təkərdə) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bərk predmetlə kontaktda olması, dəyməsi nəticəsində yaranması mümkündür. Belə predmetə metal, beton, dirək və s. aiddir. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində iki mərkəzi olan zədələr öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə səthi hamar, bərk olmayan predmetin təsirindən yarana bilən zədələrdir. Zədələrin sürücü və qabaq sərnişin oturacaqlarına nisbətən paralel olması nəqliyyat vasitəsinin daxilində əyləşmiş sürücü və sərnişinin bədəninin təsiri nəticəsində yaranmasına uyğun gəlir. Təqdim edilmiş «Mersedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapı əl tutacağında, sağ oturacağının üzərində, ayaqaltı sahəsində qana bənzər ləkələr vardır. Qabaq sağ qapı çərçivəsinin aşağı sahəsində olan qana bənzər ləkələrin sərnişin oturacağında hoparaq əks olunması, qabaq sağ qapının içəri əl tutacağı ətrafında süzülmə, sağ qapının alt oturacağın (çərçivənin) qabaq sahəsində isə nəqliyyat vasitəsinin daxilindən xaricə doğru istiqamətdə axmaqla kütlə şəklində quruması halında əks olunmasına əsasən izlərin sərnişin oturacağında yerləşmiş şəxsdən yuxarıdan aşağıya doğru istiqamətində yaranmasına uyğun gəlir. Qeyd edilən hissələr üzərində qana bənzər ləkələrin (izlərin) olması avtomobilin ön sağ və sağ yan hissəsinin maneəyə dəyməsi ilə izah etmək olar. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri F.Abdurahmanov küçəsinə yerləşən avtoyuma məntəqəsinin qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus «Mersedes-Benz 230» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırdıqdan sonra Şəki şəhəri Bağbanlar və L.Abdullayev küçələri istiqamətində hərəkət trayektoriyasını göstərmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, “məhkəmə istintaqı zamanı aparılmış məhkəmə tibbi və trasoloji ekspertizalarının rəyləri Təqsirləndirilən şəxs hadisə zamanı avtomobilin sükanı arxasında olmasını şübhə altına alır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətə münasibət bildirərək vurğulayır ki, Təqsirləndirilən şəxs ifadələrində dəfələrlə göstərmişdir ki, nəqliyyat vasitəsini tam idarə edə bilməsə də, Zərərçəkmiş şəxs məxsus avtomobili idarə etməklə qaçırmışdır. Nəqliyyat vasitəsini düzgün idarə etməməsi nəticəsində avtomobili yolun kənarında olan divara və ağaca vurmuşdur. Əgər Təqsirləndirilən şəxs avtomobili idarə etməyə tam səriştəsi olsaydı, təbii ki, heç bir hadisə baş vermədən “mənzil başına” çata bilərdi. Məhkəmənin Təqsirləndirilən şəxs ümumiyyətlə, nəqliyyat vasitəsini idarə etməməsi və ya Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırmaması barədə gəldiyi nəticə heç bir ağlabatan sübuta əsaslanmır. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsindən də görünür ki, sürət qutusunun üzərində yerləşən hərflərin anlamını bilmişdir, məsələn R- arxaya, D- irəli. Bu xüsusat da onun avtomat ötürücülü sürət qutulu avtomobili zəif də olsa idarə edə bilməsini göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Təqsirləndirilən şəxs avtomobilə oturaraq onu idarə etməsini gördüyünü təsdiq edən şəxs yoxdur. Şahid qismində dindirilən şəxslər avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını, avtomobilin onun tərəfindən idarə edilməsini və yaxud qəzadan dərhal sonra avtomobilin daxilində olmasını görmədiklərini, yalnız üçüncü şəxslərdən avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını eşitdiklərini bildirmişlər” - dəlilinə münasibət bildirərək qeyd edir ki, əgər avtomobildə Təqsirləndirilən şəxs başqa bir şəxs olsaydı, o zaman o, hadisənin necə olmasını şahid kimi təsdiq edə bilərdi. Hazırkı halda isə nə ittiham tərəfi avtomobildə Təqsirləndirilən şəxs qeyri bir şəxs olduğunu iddia edir, nədə ki, müdafiə tərəfi avtomobildə Təqsirləndirilən şəxs başqa bir şəxs olduğu barədə alibi irəli sürür. İttiham tərəfinin təqdim etdiyi sübutları müdafiə tərəfi qeyd-şərtsiz qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “trasoloji və tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 9973/10148 saylı rəyi birmənalı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı avtomobilin sükanı arxasında əyləşməsini şübhə altına alır” – dəlilinə münasibət bildirərək qeyd edir ki, Məhkəmə trasoloji və tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 9973/10148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs olan xəsarətlərin yerləşmə nahiyələrinə, xüsusiyyətlərinə və avtomobildə olan zədələrə əsasən zərər çəkmişin hadisə vaxtı sürücü və ya ön oturacaqda oturmuş sərnişin olmasını məhkəmə tibbi ekspertiza yolu ilə konkret təyin etmək mümkün deyildir. Belə ki, bu xəsarətlər həm sürücü, həm də qabaq sağ oturacaqda oturmuş sərnişində əmələ gələ bilərdilər. Göründüyü kimi, göstərilən rəydə Təqsirləndirilən şəxs hadisə vaxtı sürücü oturacağında olması təkzib olunmamışdır. O cümlədən, qan ləkələrinin sağ tərəfdə olması Təqsirləndirilən şəxs hadisə vaxtı sürücü oturacağında olmasını təkzib etmir. Belə ki, avtomobilin divara və ağaca çırpılması nəticəsində Təqsirləndirilən şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün xətti sınığı, alın və təpə nahiyəsinin sağda əzilmiş-didilmiş yaraları kimi bədən xəsarətləri almışdır. Avtomobilin sağ ön və sağ yan hissələrinin vurulması nəticəsində zərbənin təsirindən Təqsirləndirilən şəxs xəsarət almış baş nahiyəsinin zərbə istiqamətində ətalətlə qabaq sağ oturacağa tərəf meyilli olması və qabaq sağ oturacaqda, sağ qapıda və ayaqaltı üzərində qan izlərinin olmasını mümkün edir. Şərh edilənlərə məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 185.1-ci mаddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci mаddəsi ilə təqsirli bilinib cəzaya məhkum edilməlidir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur, subaydır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 185.1-ci maddəsinin sanksiyası üzrə aşağı həddə cəza təyin olunmasını mümkün, məqsədəuyğun və cəzanın məqsədləri baxımından yetərli hesab edir. CM-in 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyini sübuta yetirilməmiş hesab edərək bəraət verməkdə səhvə yol vermiş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, apelyasiya baxışında bəraət almış şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğu təsdiqini tapmış, işdə olan sübutlar və işin faktiki halları ilə Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin dəlilləri ümumən əsaslıdır. CPM-in 398.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin göstərilən qaydada araşdırılan hallarını, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli 1(102)-542/2020 nömrəli qərarında müəyyən edilən hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(075)-26/2019 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməli, islah işləri cəzasının başlanğıcı məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınmış «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılmalı, avtomobildən götürülmüş plastmas detal və şüşə qırıntıları məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 310 (üç yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsının Cinаyət-Prosessuаl Məcəlləsinin 346-349, 351-353, 356, 358, 394, 397, 398, 399, 405, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(075)-26/2019 nömrəli hökmü ləğv edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. İslah işləri cəzasının başlanğıcı məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınmış «Merсedes-Benz 230» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılsın, avtomobildən götürülmüş plastmas detal və şüşə qırıntıları məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 310 (üç yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbаycаn Respublikаsının Cinаyət-Prosessuаl Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar