Məhkəmə qərarları › İş №1(107)-159/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-159/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-159/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri hüquqşünas X4, Təqsirləndirilən şəxs1 müdafiəçisi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Rəcəbov Səbuhi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X8, hakimlər X9 və X1 ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1976-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinməsi və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması, yaşadığı ərazi üzrə profilaktik qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması; 12 avqust 1978-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ucar Rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 mart 2020-ci il tarixdən hesablanması, onun yaşadığı ərazi üzrə profilaktik qeydiyyatda olması nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, cinayət işi üzrə maddi sübut olan və Ucar RPŞ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqindən sonra qalan 70,611 qram heroin, 20,435 qram tiryək, Təqsirləndirilən şəxs1 məxsus evdən götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 429,95 qram marixuana, o cümlədən üzərində narkotik vasitə olan heroinin qalıqları olduğu elektron tərəzi dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 172,75 AZN (yüz yetmiş iki manat, yetmiş beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 86,37 AZN (səksən altı manat, otuz yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayının əvvəllərində Kürdəmir rayon sakini, 30.09.1967-ci il təvəllüdlü, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmuş və yaşamış, 29.09.2019-cu il tarixdə vəfat etmiş X6 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram – ümumilikdə 69,81 qram çəkidə külli miqdarda heroini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryəki satın alaraq 15 mart 2020-ci il tarixdə tanışı Ucar rayon sakini Təqsirləndirilən şəxs1 Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yerləşən evinə qonaq gələrkən daşıyaraq gətirmiş, qeyd edilən narkotik vasitələri həmin evdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə saxlamış, 17 mart 2020-ci tarixdə saat 10 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 69,81 qram çəkidə heroin, 20,535 qram çəkidə tiryək və üzərində heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi həmin evə baxış zamanı aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 15 mart 2020-ci il tarixdə özünə məxsus olan Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yerləşən evinə qonaq gələn tanışı, Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan bir qrup şəxs halında hərəkət edərək sonuncuya məxsus olan 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram – ümumilikdə 69,81 qram çəkidə külli miqdarda heroini və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryəki və özünə məxsus olan 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,173 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,578 qram – ümumilikdə 1,751 qram çəkidə heroini, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 430 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qeyd edilən ünvanda yerləşən evində satış məqsədi ilə saxlamış, 17 mart 2020-ci tarixdə saat 10 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 69,81 qram çəkidə heroin, 20,535 qram çəkidə tiryək, 1,751 qram çəkidə heroin, üzərində heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi, həmçinin 19 mart 2020-ci il tarixdə onun evinə təkrar baxış zamanı təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən narazı olduğunu qeyd edərək şikayətinə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini, onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasının ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X7 onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5 verilmiş apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətlərinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, özünü Cİnyaət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsində göstərmişdir ki, ilk əvvəl ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını və ona görə də, etirafedici ifadə vermək məcburiyyətində qaldığını, bu barədə prokurorluqda araşdırma aparıldığını qeyd etmiş, daha sora isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroin və tiryək istifadəçisi olmuşdur. Sonuncu dəfə 2019-cu ilin mart ayının əvvəllərində o, Kürdəmir rayonunda X6 1050 manat pul müqabilində narkotik vasitə olan heroin və tiryək almışdır. 15 mart 2020-ci il tarixdə Ucar rayonundakı tanışı Təqsirləndirilən şəxs1 evinə gəlmişdir. Azərdən aldığı narkotik vasitəni də özü ilə birlikdə istifadə etmək üçün Elçingilə gətirmişdir. Həmin narkotik vasitələrdən Elçinlə birlikdə istifadə edirmişlər. 17 mart 2020-ci il tarixdə saat 10 radələrində Elçinin evinin qapısı döyülmüşdür. Onlar birlikdə qapıya çıxmışlar. Görmüşlər ki, gələnlər polis əməkdaşlarıdırlar. Polis əməkdaşları özlərini təqdim edərək bildirmişlər ki, onlarda Elçinin qanunsuz olaraq narkotik vasitə olan herion saxlaması və satması barədə əməliyyat məlumatı vardır. Buna görə də, evə baxış keçirməlidirlər. Elçin də buna heç bir etirazının olmadığını bildirib öz icazəsi ilə polis əməkdaşlarını içəri dəvət etmişdir. Baxış zamanı polis əməkdaşları onlara təklif etmişlər ki, əgər evdə hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etsinlər. Bundan sonra o, onların Elçinlə birlikdə qaldıqları otaqda olan çarpayının döşəyinin altında ona məxsus olan, onun Kürdəmir rayonunda Kürdəmir rayon sakini X6 aldığı sellofan paketi təqdim edərək bildirmişdir ki, burada ona məxsus narkotik vasitələr heroin və tiryək vardır. Polis əməkdaşları həmin sellofan paketə baxarkən onun içərisindən 01 ədəd qəhvəyi rəngdə böyük büküm, sellofana qablaşdırılmış şəkildə 15 ədəd kiçik büküm, sellofana bükülmüş şəkildə qara rəngli büküm, 01 ədəd içərində narkotik vasitə olan herion qalıqları olan kiçik şüşə qab aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları Elçindən evdə başqa hər hansı qanunsuz predmet və ya əşya olub-olmadığını soruşduqda Elçin gödəkçəsinin cibindən bir ədəd sellofan bükümü və bir ədəd kiçik kağız bükümünü çıxararaq bildirdi ki, bu narkotik vasitə olan heroindir. Daha sonra bütün aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin də iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Hazırda əməlindən peşmandır, bibisi birinci qrup gözdən əlildir və onun himayəsindədir, həmçinin himayəsində iki azyaşlı uşağı vardır. Qeyd olunanları nəzərə alaraq əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, özünü Cİnyaət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 Nurədin oğlu birinci instansiya məhkəməsi iclası zamanı vermis olduğu ifadəsində göstərmişdir ki,ilk əvvəl ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını və ona görə də etirafedici ifadə vermək məcburiyyətində qaldığını, bu barədə prokurorluqda araşdırma aparıldığını qeyd etmiş, daha sora isə özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Raufa görə tanımışdır. Tofiqlə 5-6 aydır ki, dostluq münasibətləri saxlayır. Ailə problemləri olduğundan Tofiq 2-3 dəfə gəlib onun evində qalmışdır. Sonuncu dəfə 15 mart 2020-ci il tarixdə Tofiq onun yaşadığı evə gəlmişdir. Tofiq onun evinə gələn zaman əlində sellofan paket olmuşdur. O, Tofiqdən onun içində nə olduğunu soruşduqda Tofiq bildirmişdir ki, narkotikdir. Yarısının yiyəsi var gəlib aparacaq, yarısı da ki özünündür. Həmin gün axşam həm o, həm də ki Tofiq həmin narkotik vasitə olan heriondən istifadə etmişlər. 17 mart 2020-ci il tarixdə saat 10 radələrində evinin qapısı döyülmüşdür. Onlar Tofiqlə birlikdə qapıya çıxmışlar. Görmüşlər ki, gələnlər polis əməkdaşlarıdırlar. Polis əməkdaşları özlərini təqdim edərək bildirmişlər ki, onlarda onun qanunsuz olaraq narkotik vasitə olan heroin saxlaması və satması barədə əməliyyat məlumatı vardır. Buna görə də, evə baxış keçirməlidirlər. O da buna heç bir etirazının olmadığını bildirib öz icazəsi ilə polis əməkdaşlarını içəri dəvət etmişdir. Baxış zamanı polis əməkdaşları onlara təklif etmişlər ki, əgər evdə hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etsinlər. Bundan sonra Tofiq onların birlikdə qaldıqları otaqda olan çarpayının döşəyinin altında özünə məxsus olan sellofan paketi təqdim edərək bildirmişdir ki, burada özünə məxsus narkotik vasitələr heroin və tiryək vardır. Polis əməkdaşları həmin sellofan paketə baxarkən onun içərisindən 01 ədəd qəhvəyi rəngdə böyük büküm, sellofana qablaşdırılmış şəkildə 15 ədəd kiçik büküm, sellofana bükülmüş şəkildə qara rəngli büküm, 01 ədəd içərində narkotik vasitə olan heroin qalıqları olan kiçik şüşə qab və 01 ədəd elektron tərəzi aşkar edərək götürmüşlər. Bundan sonra polis əməkdaşları ondan evdə başqa hər hansı qanunsuz predmet və ya əşya olub-olmadığını soruşduqda o, gödəkçəsinin cibindən bir ədəd sellofan bükümü və bir ədəd kiçik kağız bükümünü çıxararaq bildirmişdir ki, bu, narkotik vasitə olan heroindir. Daha sonra bütün aşkar edilmiş narkotik vasitələr hal şahidlərinin də iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan əlavə, 2019cu ilin təxminən sentyabr ayında Ucar rayonu ərazisində çöl torpaq sahələrində özü üçün gəzərkən çöl sahəsində bitmiş olan çətənə bitkisinin kollarını tapmışdır. Həmin zaman da o həmin çətənə bitkisinin kollarının yarpaqlarından bir qədər yığıb öz yaşadığı evə gətirmişdir. Evin banında həmin çətənə bitkisindən yığdığı hissələri yerə sərərək qurutmuşdur ki, lazım olduqca istifadə edər. Lakin sonradan çox istifadə etmədiyindən həmin yığdığı marixuananı qara rəngli sellofan paketdə evdə saxlamışdır. 19 mart 2020-ci il tarixdə isə onun evinə təkrar baxış zamanı təmiz çəkisi 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşmandır, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ucar rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 mart 2020-ci il tarixdə ona ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 öz yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlaması və satması barədə şöbədə çalışan baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, raportla dərhal rəhbərliyə məruzə etmiş və müvafiq əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar qeyd olunan tərkibdə Təqsirləndirilən şəxs1 evinə baxış keçirmək üçün getmişlər. Təqsirləndirilən şəxs1 evinə çatdıqda onlar qapını döyüb ev sahibini çağırmışlar. Elçin özü qapıya gəlmişdir. Onlar özlərini təqdim edib Elçinin qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib saxlaması və satması barədə əməliyyat məlumatının olduğunu və buna görə də, evə baxış keçirməli olduqlarını bildirmişlər. Elçin də heç bir etirazının olmadığını bildirib onları içəri dəvət etmişdir. Evə baxış zamanı yaşayış evinə sağ tərəfdə olan pilləkəndən qalxdıqdan sonra 1-ci otağın girişində Elçin və onun evində qonaq olan Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 izah olunmuşdur ki, evdə cinayət tərkibli hər hansı predmet və ya əşya varsa, təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 öz yataq yerini göstərərək bildirmişdir ki, həmin yerdə yataq dəstinin altında narkotik vasitələr vardır. Daha sonra Təqsirləndirilən şəxs2 yataq dəstinin döşəyini qaldıraraq oradan 01 ədəd sellofan torba çıxararaq bildirmişdir ki, həmin sellofan torbanın içərisində narkotik vasitə olan heroin və tiryək vardır. Həmin sellofan torba açıldıqda onun içərisindən qəhvəyi rəngli 01 ədəd böyük büküm, sellofana qablaşdırılmış 15 ədəd kiçik büküm, 01 ədəd sellofana bükülmüş qara rəngli büküm və 01 ədəd kiçik şüşə qab olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin aşkar edilmiş predmetlər onun özünə məxsusdur, Kürdəmir rayonundan alaraq tanışı Təqsirləndirilən şəxs1 evinə gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 evdə olan paltarasılandan asılmış gödəkçəsinin cibindən bir ədəd sellofan bükümdə və bir ədəd kiçik kağız bükümü təqdim edərək bildirmişdir ki, həmin maddələr heroindir. Öz istifadəsi üçün almışdır. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda zərflərdə qablaşdırılmışdır. Daha sonra həmin otaqda olan şkafdan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclası zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadə əsasında Şahid1 digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, həqiqətən də, 17 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evində polis əməkdaşları ilə birlikdə baxışın keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Yaşayış evinə daxil olduqdan sonra 1-ci otağın girişində Elçin və onun evində qonaq olan sonradan adını bildiyi Tofiqə polis əməkdaşları tərəfindən üzərlərində və evdə olan cinayət xarakterli hər hansı əşya varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 evində qonaq olan Təqsirləndirilən şəxs2 yataq yerini göstərərək yataq dəstinin altından 1 ədəd sellafon torba çıxarmışdır. Bundan sonra iştirakçılarla birlikdə sellafon torba açıldıqda içərisindən qəhvəyi rəngli 1 ədəd böyük büküm, sellofanda 15 ədəd kiçik büküm, 1 ədəd sellofana bükülmüş qara rəngli büküm və 1 ədəd kiçik ölçülü şüşə qab olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun yataq dəstinin altından çıxan maddələrin heroin və tiryək növlü narkotik vasitələr olduğunu qeyd etmişdir. Həmçinin orada olan zaman Təqsirləndirilən şəxs1 də evində saxladığı 1 ədəd sellofan bükümdə, 1 ədəd isə kiçik ölçülü kağız bükümdə olan narkotik vasitə olan maddələri polis əməkdaşlarına təqdim etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1ı uzun müddətdir ki, tanımışdır. Onunla qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 da teztez Elçinin evinə gəlib-getdiyini görmüşdür. Lakin onların narkotik vasitənin satışı ilə məşğul olması barədə onda hər hansı bir məlumat olmamışdır və bunu görməmişdir. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Şahid6 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Ucar rayon sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanıyır. Onun Təqsirləndirilən şəxs1lə hər hansı bir yaxın qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 iki ay olar ki tanıyır.O təxminən üç aydır ki, Təqsirləndirilən şəxs1 evində yaşayıb, onun həyət işləri ilə məşğul olur. İki ay olar ki Təqsirləndirilən şəxs2 Elçinin evinə gələrək bir müddət orada yaşayır. Lakin çox qalmırmış. Bir dəfə də Tofiq ailəsi ilə gəlmişdir. Tofiq gələndə özü ilə narkotik vasitələr gətirməsindən şübhələnirmiş. Çünki hər dəfə Tofiq Elçingilə gələndə evə müxtəlif şəxslər gəlib gedirmişlər. Lakin dəqiq olaraq Tofiqin narkotik vasitə gətirdiyini görməmişdir. Təxminən iki gün əvvəl Təqsirləndirilən şəxs2 Kürdəmirdən Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmişdir. Həmin zaman Tofiqin əlində sellafon paket olmuşdur. Elçin həmin zaman həyətdə Tofiqlə görüşdükdə soruşmuşdur ki, paketdəki nədir. Tofiq də bildirmişdir ki, həmişəkindən, eyni narkotiklərdi. O yenə də heç nəyə fikir verməmişdir. Bundan sonra səhəri gün, yəni 16 mart 2020-ci il tarixdə Elçinin yaşadığı evə müxtəlif şəxslər gəlib getməyə başlamışdır. O həmin zaman başa düşmüşdür ki, Elçin Tofiqlə birlikdə narkotik satır. 17 mart 2020-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları Elçinin yaşadığı ünvana gəlmişlər. Həmin zaman o həyətdə olmuşdur. Polis əməkdaşları Elçinə bildirmişdir ki, onlarda Elçinin narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı var və buna görə də Elçinin evinə baxış keçirməlidirlər. Bundan sonra Elçin polis əməkdaşlarına evə baxış keçirilməsi üçün icazə vermişdir. Həmin zaman o baxışda iştirak etməmişdir. Küçəyə çıxıb gözləmişdir. Sonradan ona məlum olmuşdur ki, evdə baxış keçirilərkən Tofiq yatdığı çarpayının altından paketi çıxararaq polis əməkdaşlarına təqdim etmiş, polislər paketdə aşkar olunan narkotik vasitələri tərəzidə çəkərək qablaşdırmışlar. Sorğu zamanı Tofiq bildirmişdir ki, həmin narkotiklər özünə məxsusdur özü istifadə etmək üçün ora gətirmişdir. Lakin, o qeyd etmişdir ki, Tofiq yalan danışır. Tofiq narkotiki Təqsirləndirilən şəxs1 gətirmişdir ki, birlikdə satsınlar. O Elçingilin narkotik vasitə satmalarından əvvəllər şübhələnsə də (tanımadığı şəxslərin gəlib-getməsi), bu barədə dəqiq məlumatı olmamışdır. Lakin sonuncu dəfə həyətdə Tofiq Elçinə bildirəndə ki, “paketdəki həmişəki kimi narkotik vasitələrdir”. Həmin zaman dəqiq bilmişdir ki, onlar narkotik satırlar. Buna görə də qeyd edilən məlumatı dəqiqləşdirmək üçün bir qədər gözləmək qərarına gəlmişdir ki, görsün evə yenə kimlərsə gəlib gedəcəkmi. 16 mart 2020-ci il tarixdə artıq müxtəlif şəxslər yenidən Elçinə məxsus evə gəlməyə başladıqda özlüyündə yəqin etmişdir ki, Elçin Tofiqlə birlikdə narkotik satır. Buna görə də qərara almışdır ki, səhəri gün bu barədə polisə məlumat versin. 17 mart 2020-ci il tarixdə isə artıq polis əməkdaşları onlarda olan əməliyyat məlumatı əsasında Elçingildən həmin narkotik vasitələri aşkar edərək götürmüşlər. Cinayət işinin materiallarında olan 17.03.2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz daşıması, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 6). Cinayət işinin materiallarında olan 17.03.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaşadığı ünvana, üzərinə şəxsi axtarış, baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 7) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 10) Cinayət işinin materiallarında olan 17.03.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanına baxış keçirilmiş və baxış zamanı 01 ədəd şüşə qabda təmiz çəkisi 0,637 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 54,568 qram, 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri 14,605 qram heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 20,535 qram olan tiryək, o cümlədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,173 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,578 qram heroin aşkar olunaraq götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 11-19) Cinayət işinin materiallarında olan 19.03.2020-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanına təkrar baxış keçirilmiş və baxış zamanı 430 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-137) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2020ci il tarixli 17/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də özünün təqdim etdiyi...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,173 qram və 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,578 qram, ümumi təmiz çəkiləri – 1,751 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfi açdıqda içərisindəki; 01 ədəd şüşə qabda, təmiz çəkisi – 0,637 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 54,568 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkiləri – 14,605 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 20,535 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim olunmuş 01 ədəd zərfin içərisindəki 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə, həmçinin digər 01 ədəd zərfin içərisindəki 01 ədəd şüşə qabda, 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan bükümün içərisində olan 15 ədəd sellofan bükümdə heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 70-73) Cinayət işinin materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2020-ci il tarixli 17/549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı... ev 11-də aşkar edilərək götürülmüş elektron tərəzi.” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd elektron tərəzinin üzərindəki maddə hissəcikləri kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hissəcikləridir.Təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərindəki heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. (cild 01, iş vər. 320-323) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 mart 2020-ci il tarixli 17/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada, təmiz çəkisi – 430,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (cild 01, iş vər. 165-167) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 may 2020ci il tarixli 355 nömrəli rəyindən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 225) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 may 2020-ci il tarixli 354 nömrəli rəyindən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 228) Cinayət işinin materiallarında olan 12.05.2020-ci il tarixli 231 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 01,i.v.223-224) Cinayət işinin materiallarında olan 12.05.2020-ci il tarixli 230 №-li ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. (cild 01, iş vər. 226-227) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən əməllərdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin əməllərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri özlərinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən narazı olduğunu qeyd edərək şikayətinə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini, onun əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasının ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyini ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə proseslərində verdikləri ifadələrini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətlərini və cəzalarını yüngülləşdirmək niyyətilə verilən ifadələr kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, 17.03.2020-ci il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı Ucar şəhəri 28 May küçəsi döngə 1 ev 11 ünvanında 19.03.2020-ci il tarixdə təkrar baxış keçirilmiş və əlavə narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəməbioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı işgəncəyə məruz qalmaları və məcbur qalıb etirafedici ifadələr vermələri barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Ucra rayon prokurorluğunun 01.06.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd etdikləri xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxslərə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrin şəxsi istifadə üçün əldə edərək saxladıqları barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından on dəfələrlə çox olması, müxtəlif növdə olan narkotik vasitələr olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməkdə və onları həmin maddələrin sanksiyası üzrə cəzaya məhkum etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəza ilə bağlı qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən, sərəncamın surətindən və xasiyyətnamədən görünür ki, Nadirov X10 rayonu İ.Məmmədov 59 ünvanında ailəsi, yəni himayəsində olan birinci qrup gözdən əlil bibisi, arvadı, 2016 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 171-174, 203-204) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 198) Qeyd olunalara əsasən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində birinci qrup gözdən əlil bibisinin olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul etmiş, CM-nin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 221-222) Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmaması qənəatinə gəlmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmuşdur, Ucar Rayon Məhkəməsinin 03.07.2006-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23.11.2006-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 09 ay 08 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan əlavə, o, Ucar Rayon Məhkəməsinin 06.09.2007-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu ilə qəti olaraq 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilədən yenidən qəsdən cinayət əmli törətdiyinə görə Ucar Rayon Məhkəməsinin 17.06.2011-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu ilə qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.03.2013-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 05 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 01, iş vər. 200-202) Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 27.11.2013cü il tarixli hökmünə əsasən isə Təqsirləndirilən şəxs1 CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CMnin 67.1-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 17.06.2011-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzadan çəkilməmiş qalan 05 ay 24 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild 02) İş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Ucar Rayon Məhkəməsinin 17.12.2013-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza ilə Qəbələ Rayon Məhkəməsinin 27.11.2013-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 05 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild 01, iş vər. 328-330) CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda onda cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Belə olan halda CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallarda cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən sərt cəzanın yuxarı həddinin dörddə üçündən az olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, eləcə də X2 cəzasını ağırlaşdıran halın olmadığını və cəzalarını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, eləcə də barələrində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi mümkünlüyünü nəzərə almış, onlara qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya Məhkəməsi araşdırması zamanı təqsirləndiirlən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası üzrə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmçinin digər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası üzrə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslər və Müdafiəçi3 tərəfindən verilən apellyasiya şikayətlərinin təmin edilməsinə, yəni təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək onlara təyin edilmiş cəzanı yüngülləşdirməyə əsas verən diqqətəlayiq və müstəsna hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar