Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-16/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Zərdab rayonunun Şahhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Şahhüseynli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu xx xxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə аşkаr surətdə оnа məlum оlаn 16 yаşınа çаtmаmış, xx xxxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxx 2016-cı ildə, sааt 20 rаdələrində Zərdab rayonunun Şahhüseynli kəndində olan fərdi yaşayış evinin həyətində qızı Əfsanə Eyyubovanın nişan mərasimi zamanı, evinin yataq otağında təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, sonra 26 аvqust 2016-cı ildə, sааt 19 rаdələrində qızı Əfsanə Eyyubovanın bаzаrlıq tоy mərаsimində yenə də öz evində və 2018-ci ilin may ayında, sааt 11 rаdələrində Zərdab rayonunun Şahhüseynli kəndində Zərərçəkmiş şəxs yaşadığı evlərində sonuncu ilə təbii yоllа cinsi əlаqədə оlmuşdur. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. Hökmdən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Təqsirləndirilən şəxs apelyasiya şikayətinə qarşı etiraz verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də onun törətdiyi cinayət əməlindən heç bir peşmançılıq hissi keçirməməsini, zərərçəkmiş şəxslə barışmamasını, ona vurduğu nə maddi, nə də mənəvi zərəri ödədiyini və buna cəhd belə etmədiyini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almamış, Təqsirləndirilən şəxs 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək həmin cəzanın məhkum tərəfindən çəkilməsini məqsədə uyğun hesab etmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs isə apelyasiya şikayətində himayəsində üç uşağı, xəstə anası və ruhi xəstə bacısının olmasını və ailə vəziyyətini nəzərə alınaraq ona köməklik edilməsini xahiş etmişdir. ETİRAZİN DƏLİLLƏRİ Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs apelyasiya şikayətinə qarşı etiraz verərək bidlirmişdir ki, həmin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki,Təqsirləndirilən şəxs xalamın əridir.Söhrabın qızının nişan mərasimi idi və mən də həmin nişаndа iştirak edirdim. Tanış uşaqlarla oynayanda Söhrab məni evə çağıraraq anamın məni çağırdığını dedi. Ona görə də evə daxil oldum və Söhrabdan anamın harada olmasını soruşdum. Mən evə girəndə Söhrab əynimdə olan alt paltarlarının hamısını çıxardı, sonra öz şalvarının qabağını açaraq təxminən 10 dəqiqə müddətində mənimlə zorla cinsi əlaqədə oldu. Həmin vaxt, mən bədənimdə güclü ağrı hiss etdim, sonra Söhrab ayağa durarаq paltarını geyinib çıxıb getdi. Mən isə ayağa durmaq istəyəndə ağrıdığımdan dura bilmədim. Təxminən 5 dəqiqə sonra ayağa qalxıb mağara qayıtdım. Həmin vaxt bizi heç kim görmədi. Həmin gün gecə saatlarında anamla evə gəldim, ayaqyoluna gedəndə alt paltarımda çirk olduğunu gördüm, ancaq qan görmədim. Olanlar barədə heç kimə heç nə demədim. Bundan sonra uzun müddət xalamgilə getmədim. 2016-cı ilin avqust ayının 26-daanam Gülyanə və ailəmlə birgə Söhrabın qızı Əfsanənin bazarlığına getdik. Həyətdə mağar quruldu, xeyli adam var idi. Həmin vaxt Söhrab da evdə idi, saat təxminən 19 radələrində mən mağara gedərkən Söhrab mənə yaxınlaşıb “səni kimsə evə çağırır” deyə bildirdi. Mən evə girəndə Söhrab da arxamca evə girdi, evə girən kimi Söhrаb qapını arxadan bağladı. Başa düşdüm ki, Söhrab yenə də mənimlə cinsi əlaqədə olmaq istəyir. Söhrab məni yerə, döşəmənin üstünə uzаndırdı, əynimdə olan şalvarımı və alt paltarımı çıxartdı və təxminən 5-10 dəqiqə müddətində mənimlə zorla cinsi əlaqədə oldu. Həmin vaxt bədənimdə güclü ağrı hiss etdim. Söhrab cinsiyyət üzvündən sperma ifraz edərək döşəmənin üstünə boşaltdı, sonra isə Söhrab əlinə keçən salfetka ilə öz spermasını yerdən təmizlədi və ayağa durdu. Ayağa duranda bu barədə kiməsə, yəni valideyinlərimə deməməyi mənə tapşırdı. Sonra Söhrab evdən çıxdı, mən də ayağa durub şalvarımı çəkdim, ağrısam da mağara qayıtdım. Yenə də olanlar barədə heç kimə heç nə demədim. Həmin gün gecə, təxminən saat 01-dək mağarda dayandım, sonra anamgillə birlikdə öz evimizə gəldik. 2018-ci ilin mart ayının 8-də ailəmin və özümün razılığımla Söhrabın oğlu Elməddinlə nişanlandım. 2018-ci ilin may ayında dəqiq günü yadımda deyil, mən evdə tək idim, anam, atam və qardaşım evdə deyildi. Saat 11 radələrində evin çöl darvazası döyüldü, mən kim olduğunu müəyyənləşdirmək məqsədilə qapını açdım, bu vaxt Söhrab həyətə girdi, məni evə apararaq mənimlə təbii yolla cinsi əlaqədə oldu. Həmin gün gedib evdə yatdım, axşam saatlarında tualetə getdim, alt paltarıma baxanda orada qurumuş və yapışmış formada olan sperma olduğunu gördüm. Axşam yatanda alt paltarımı çıxarıb paltaryuyana qoydum, bu məsələdən 3-4 ay sonra Elməddin nişanı qaytardı. Eşitdim ki, Elməddin deyib ki, mənə bacı gözü ilə baxır və məni bacı kimi bilir, ona görə də mənimlə evlənə bilməz. Mən özüm də nişanın qaytarılmasına etiraz etmədim. Elməddinlə nişanlı olduğum müddətdə onunla aralamızda sevgi münasibətləri olmadı və hətta sevgili kimi də ümumiyyətlə görüşmədik. 2019-cu ilin yanvar ayının 28-də Nəzəralı kəndindən olan Nizaməddin adlı şəxsin anası, əmisi və əmisinin arvadı mənə elçi gəldilər. Anam və atam məni öz razılığımla Nizaməddinə ərə verdilər. Fevral ayında nişan, 2019-cu ilin mart ayının 2-də qız toyu, mart ayının 8-də isə oğlan toyu oldu və mən Nəzəralı kəndinə gəlin köçdüm. Toy gecəsi Nizaməddin mənimlə iki dəfə təbii yolla cinsi əlaqədə oldu. Lakin bakirə olmadığıma görə Nizaməddin və valideynləri mənə dedilər ki, çıx get evinizə. Mən də babam və bibimlə günorta saatlarında evimizə qayıtdım. Başqa heç kimlə cinsi əlaqədə olmamışam. Yalnız Söhrabla cinsi əlaqədə olmuşam. Söhrab mənimlə zorla ayrı-ayrı vaxtlarda cinsi əlaqədə olsa da, bu barədə heç kimə, hətta anama da bir söz deməmişəm. Zərərçəkmiş şəxs onaverilən suallara cavab olaraq bildirmişdir ki, Söhrab mənə dedi ki, bunu kiməsə desən, səni tikə-tikə doğrayıb basdıracam. Mən də qorxumdan heç kimə heçnə deyə bilmədim. İkinci dəfə xalam qızının toyundan bir gün qabaq, bazarlıq yığıncağında olub. Təqsirləndirilən şəxs yenə məni qorxutmuşdu, bu səbəbdən heç kimə heçnə deməmişəm. Mən bu barədə anama toyumdan sonra evimizə qayındanda dedim. Xalamın qızının nişanından evə gecə qayıtdıq, həmin vaxt qaranlıq düşmüşdü. Həmin gün mən evə anamgillə qayıtdım. Bizi maşınla Söhrab aparmışdı. İbtidai istintaq zamanı verdiyim ifadələri təsdiq edirəm. Bəli, üzləşmədə bunu Söhrabın üzünə demişəm. Elməddinlə nişanlandıqdan sonra ona heçnə danışmamışam. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, özümü təqsirli bilmirəm. Mənim heç bir günahım yoxdur. Mənə şər-böhtan atdılar. Polislər mənə təzyiq göstərdiklərinə görə ibtidai istintaq zamanı belə ifadə vermişəm. Oğlum Elməddin nişanı qaytardığına görə onlar məndən qisas alırlar. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının əri, Zərərçəkmiş şəxs isə doğma qızıdır. 2016-cı ilin iyun ayında Söhrabın qızının nişan mərasimi olmuş, o və qızı Aydan da həmin nişan mərasimində iştirak etmişlər. Təxminən nişanda yüzə yaxın adam olmuşdur. Söhrabın həyətində mağar qurulmuş, çalğı olmuşdur. Söhrаbın qızının tоy şənliyi zаmаnı mаğаrla evin аrаsındа təxminən 50-60 metr məsаfə оlmuşdur. Həmin vаxt bаşı ev işləri görməyə qаrışmış və Aydandan xəbəri оlmаmışdır. Təxminən saat 13 radələrində nişan başlamış, Söhrab azyaşlı qızı Aydanı qаrаnlıq düşənə yаxın, sааt 20 rаdələrində evə çağıraraq onunlа evdə təbii yоllа ilk dəfə zorla cinsi əlaqədə olmuş və Aydanın bakirəliyini pozmuşdur. Bundan başqa, Söhrab 2016-cı ilin avqust ayında öz qızının toy bazarlığı mərasimi günü yenə də öz evində Aydanla cinsi əlaqədə olmuşdur. Üçüncü dəfə isə 2018-ci ilin may ayında onların evdə olmamasından və Aydanın evdə tək olmasından istifadə edərək, bu dəfə onların öz evində Aydanla cinsi əlaqədə olmuşdur. Hər üç halda Söhrab Aydanla könüllü deyil, zorla cinsi əlaqədə olmuşdur. Lakin Aydan bu barədə ona nə həmin vaxt, nə də ki, sonradan, daha doğrusu 2019-cu ilin mart ayının 9-dək heç nə deməmişdir. Nə də ki, özü heç nədən şübhələnmədiyi üçün Aydanın bədəninə bаxmаmış, elə bir xəsаrət də görməmişdir. O, bütün bu məsələləri 2019-cu ilin mart ayının 9-da, yəni Aydanın ərə getdiyi Nəzəralı kənd sakini Nizaməddinin evindən bakirə çıxmadığı üçün geri qaytardıqdan sonra bilmişdir. Söhrаbın qızının nişаnındаn sоnrа Аydаndа müəyyən dəyişiklik, yəni özünə qаpаnmаlаr оlmuş, lakin o heç nə bаşа düşməmişdir. Аydаn heç kimlə yоldаşlıq, dоstluq etməmişdir. Həttа Аydаnın həmişə fikirli və əhvalsız оlduğunu görüb, ona 2018-ci ilin iyun аyında mоbil telefоn аlmışdır ki, bаşını qаtsın. Sоnrаdаn ona məlum оlmuşdur ki, Аydаnın həmin vəziyyətə düşməsinə səbəb Söhrаbın оnа qаrşı etdiyi nаmusuz hərəkətlər оlmuşdur. Aydanın psixi problemləri olmamış, yalnız 2-ci sinifdə oxuyanda Aydanın ciyərinə su yığılmış, buna görə də onu müalicə etdirmiş, başqa problemi olmamışdır. Ona görə də verdiyi apelyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini, Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxsin qanuni numayəndəsinin apelyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs isə apelyasiya şikayətinin təmin edilərək ona bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Mazan Fətəliyev apelyasiya şikayətlərinə etiraz edərək bildirmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməlləri düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, eləcə də ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Söhrab Eyyuvova qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Ona görə də apelyasiya şikayətlərinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahişetmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnızapelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiyaprotestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apelyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Eyyubov Elməddin Söhrab oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə xalası qızıdır. 2018-ci ilin mаrt аyındа Aydanla nişаnlаnmış, lаkin sоnrаdаn Аydаnlа evlənmək istəmədiyi üçün 2018-ci ilin iyun аyının аxırlаrındа nişаnı qаyıtmışdır. Sоnrаdаn Аydаn Zərdаb rаyоn Nəzаrаlı kəndində оlаn Nizаməddin аdlı оğlаnа nişаnlаnmış və 08 mаrt 2019-cu ildə оnlаrın el аdəti ilə Nəzərаlı kəndində tоylаrı оlmuş, səhəri gün eşitmişlər ki, Аydаn bakirə olmadığı üçün evlərinə qаytarılmışdır. O, sоnrаdаn eşitmişdir ki, bakirəliyinin kim tərəfindən pozulduğunu soruşduqda Аydаn əvvəlcə onun adını çəkmişdir. Anası Gülyanə bu barədə ondan soruşduqda, anasına elə bir iş görmədiyini demişdir. Sonradan Aydan onun atası Söhrabın adını çəkmişdir. Telefоnlа onun аnаsınа demişlər ki, Aydanın bаkirəliyini, o yоx, аtаsı Söhrаb pоzmuşdur. Аnаsı qоrxusundаn bu sözü bildikdən sоnrа аtаsına deməmiş, ona demişdir. O da bunu bildikdən sоnrа аtаsına demiş, atаsı dа ona “bu nə sözdür dаnışırsınız” deyərək, bu işdən xəbəri olmadığını bildirmişdir. Buna baxmayaraq, sоnrаdаn аtаsı ona demişdir ki, Aydаnlа evlənsin, bu məsələ qurtаrsın. O, аtаsına görə rаzı оlsa da, Аydаn bu işə rаzı оlmаmışdır. Оnlаr demişlər ki, “аtаsı bаkirəliyini pоzmuş bir qızı оğlu necə аlа bilər”. Оnа görə də bu iş pоzulmuş və аtаsı həbs edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs Аydаn Ağalarlı onun qаrdаşı qızı, Təqsirləndirilən şəxs isə Aydanın xalasının əridir. Hazırda Aydanın 17 yаşı vаr. Əvvəllər Аydаn onun bаldızı оğlu, yəni Söhrabın oğlu Elməddinlə nişаnlаnmış, bir neçə аydаn sоnrа оnlаrın nişаnı pоzulmuş, 2019-cu ilin yаnvаr аyındа Аydаn Zərdаb rаyоnunun Nəzərаlı kənd sаkini Nizаməddin adlı bir oğlana nişаnlаnmışdır. 2019-cu ilin mаrt аyının 8-də isə оnlаrın tоyu оlmuşdur. O, özü və qаrdаşı аrvаdı Gözəl Аydаnın yengəsi olmuşlar. Toy gecəsi bəy gəlinlə, yəni Nizаməddin Аydаnla cinsi əlаqədə оlmuş və məlum olmuşdur ki, Аydаn bаkirə deyil. Təkrаr bir də оnlаr əlаqədə оlmuş, yenə də bir nəticə оlmаmış, səhəri gün bir də оnlаr əlаqədə оlmuş, yenə bir nəticə оlmаmışdır. Aydan bakirə olmadığına görə orada ona evinə çıxıb getməyi demişlər. Onlar da çıxıb günorta saatlarında evə gəlmişlər. Həmin vaxt Aydandan məsələnin nə yerdə olduğunu soruşanda, Aydan xalasının əri Söhrabın onunla 2016-cı ildə iki dəfə, 2018-ci illərdə daha bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu və onun bakirəliyini pozduğunu demişdir. Həqiqətən də, o, sоnrаdаn xаtırlamışdır ki, Söhrаbın qızının nişаnı günü xx xxxx 2016-cı ildə, аxşаm tərəfi аnаsı Аdiləni evə ötürən zаmаn Söhrаb Аydаnı evlərinə çağıraraq ona “Аydаn səni аnаn çаğırır” demişdir. Həttа anаsı dа bunu görmüşdür. Sоnrа, o, аnаsı ilə dаnışаndа bunu xаtırlаmışlar. Həmin gün axşam Аydаnın bikef olduğunu, аnаsı Gülyаnədən sоruşanda ki, Аydаnа nə оlmuşdur, Gülyаnə ona Аydаnın bаşı аğrıdığını demişdir. Əfsаnənin nişаnı günü Аydаnın аxşаm bikef оlduğunu və оnа nə isə оlduğunu o görmüşdür. Sonradan Söhrаbın üç dəfə Аydаnlа təbii yоllа cinsi əlаqədə оlduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Zərdab rayon Şahhüseynli kəndində yaşayıram və qeydiyyatdayam. Heç bir yerdə rəsmi olaraq işləmirəm, evdar qadınam, təqaütçüyəm. Azərbaycan dilinin latın qrafika əlifbası ilə yaza və oxuya bilmirəm. Zərdab rayonu Şahhüseynli kənd sakinləri Təqsirləndirilən şəxs kəndlim, Zərərçəkmiş şəxs isə nəvəmdir, onların heç birilə ədavətim yoxdur, hər ikisi ilə bu məsləyə qədər münasibətim yaxşı olmuşdur. Ancaq bu məsələdən sonra Söhrabla heç bir əlaqəm olmamışdır. Belə ki, xx xxxx 2019-cu ildə nəvəm Aydanın toyu oldu. O, Zərdab rayonunun Nəzəralı kəndinə Nizaməddin adlı oğlana gəlin köçdü. Səhəri gün editdim ki, nəvəm Aydan bakirə çıxmamışdır. xx xxxx 2019-cu ildə Aydan evimizə qayıtdı. Mən və anası Gülyanə ilə onu bir otağa salıb soruşduq ki, sənin bakirəliyini kim pozmuşdur. Aydan mənə danışdı ki, onun bakirəliyini xalası qızı Əfsanənin nişanı günü Söhrab öz evində pozmuşdur. Xatırlayıram ki, mən özüm də həmin nişanda iştirak etmişəm. Yadıma düşür ki, axşamtərəfi mən qızım Səbinəyə dedim ki, məni nişandan Söhrabgilin evlərinin həyətindən evimizə ötürsün, həmin zaman xatırlayıram ki, Aydanı Söhrab evə çağırırdı. Xatırlayıram ki, Söhrab Aydana dedi ki, səni anan evə çağırır. Nişanın tarixini dəqiq xatırlamıram, ancaq yay ayı, isti vaxtlar idi. Sonradan Aydan bu məsələni danışanda mənim də yadıma düşdü ki, Söhrab Aydanı evə çağıranda mən də görmüşdüm. Ancaq Şəbinə məni evimizə ötürdü, mən də evə getdim. Hətta Söhrabın Aydanı evə çağırmasını Səbinə də gördü və eşitdi. Toy mağarı ilə evin ara məsafəsi təxminən 20 metr olardı. Hətta sonradan Aydan danışdı ki, Söhrab onunla bir neçə dəfə sonradan da təbii yola cinsi əlaqədə olmuşdur. Ancaq sonrasından xəbərim yoxdur. Hətta Aydan bir dəfə mənə danışdı ki, bir dəfə evlərində olan zaman Söhrab onunla cinsi əlaqədə olanda Aydanın ürəyi getmişdir. Həmin ərəfədə Aydanın bədənində heç bir xəsarət görməmişəm. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ağalarova Gözəl Nəsib qızı da X3 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilmiş X2, X14 və X4 eyni məzmunlu ifadə verərək bildirmişlər ki, Söhrabın qızı Əfsanə Eyyubovanın nişan və bаzаrlıq tоy mərаsimi Söhrabın Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən fərdi yaşayış evinin həyətində olmuşdur. Hər iki mərasimdə iştirak etmişlər. Başqaları kimi Gülyanənin qızı Aydan da həmin mərasimlərdə olmuşdur. Mərasimlər axşam saat 18:00-da başa çatmış və hamı dağılışaraq öz evinə getmişdir. Həmin vaxt Aydanla Söhrabın bir yerdə olmalarını görməmiş, nə də ki, Aydanda hər hansı bir dəyişiklik və ya narahatçılıq hiss etməmişlər. Həyətdə və evdə çoxlu sayda qonaqlar olduğundan, Söhrabın Aydana qarşı təcavüz etməsi üçün hər hansı bir şərait olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun bacısı oğlu Nizaməddinlə nişanlı olmuş və 2019-cu ilin mart ayının 8-də toyları olmuşdur. Toy gecəsi məlum olmuşdur ki, Aydan bakirə deyildir. Bu barədə ondan soruşduqda, o əvvəlcə Söhrabın oğlu Elməddinin, sonra isə Söhrabın adını çəkərək onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qızı, təqsirləndirilən şəxs isə bacanağıdır. Aydan Zərdab rayonunun Nəzaralı kənd sakini Nizaməddin adlı şəxslə nişanlı olmuş və 2019-cu ilin mart ayının 8-də toyları olmuşdur. Toy gecəsi məlum olmuşdur ki, Aydan bakirə deyildir. Bu barədə qızı Aydandan soruşduqda, Söhrabın adını çəkərək Söhrabın onunla 2016-cı ildə iki dəfə, 2018-ci ildə daha bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu və onun bakirəliyini pozduğunu demişdir. Cinayət işi materiallarında olan (İ cild, səh. 80-87) olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, ifаdəsi yerində yоxlаnılаn zаmаn Təqsirləndirilən şəxs оğlu Zərdab rayonun Şahhüseynli kəndində özünə məxsus evdə 2016-cı ildə qurulmuş mağarın yerində Zərərçəkmiş şəxs aldadaraq onu evə çağırdığını, evin otağında onunla təbii yolla 2 dəfə ayrı-ayrı vaxtlarda cinsi əlaqədə olduğu yeri göstərmiş, daha sonra 2018ci ilin mart ayında Zərərçəkmiş şəxs evlərinə gələrək qapını döydüyünü, Aydan Ağalrlı qapını açdıqda, Аydаnа onunla cinsi əlaqədə olmaq istədiyini dediyini, Zərərçəkmiş şəxs da könüllü ona razılıq verdiyini, bundan sonra Aydanla evin otaqlarının birinə girərək onunla təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Cinayət işi materiallarında olan (İ cild, səh. 65-67, 160-162) olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Zərərçəkmiş şəxs ilə üzləşdirmədə və təkrar üzləşdirmədə dindirilərkən Zərərçəkmiş şəxs kimi verdiyi ifаdəsində göstərdiyi xüsusаtlаrı Təqsirləndirilən şəxs оğlunun üzünə qаrşı deyərək bir dаhа təsdiq etmişdir. Cinayət işi materiallarında olan (İİ cild, səh. 32-33) olan təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx xxxx 2019-cu ildə Eyyubоvа Əfsаnə Söhrаb qızının nişаn videо kаseti Eyyubоv Şəmsi Təlim оğlundаn götürülərək bаxış keçirilmişdir. Bаxış zаmаnı müəyyən edilmişdir ki, Eyyubоvа Əfsаnə Söhrаb qızı ilə Eyyubоv Şəmsi Təlim оğlunun nişаnı xx xxxx 2016-cı ildə, «Bаzаrlıq» аdlаnаn şənlik isə 26 аvqust 2016-cı ildə Zərdаb rаyоn Şаhüseyinli kəndində Söhrаb Eyyubоvа məxsus fərdi yаşаyış evinin həyətində оlmuşdur. Cinayət işi materiallarında olan (İ cild, səh. 202-204) olan Gəncə Şəhər Səhiyyə İdarəsinin rayonlararası pisixonevraloji dispanserindən alınmış xx.xx.2019-cu il tarixli 106 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs fərdi və yaş xüsusiyyətləri, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, iş üçün vacib olan halları düzgün qəbul edə bilmişdir. Zərərçəkmiş şəxs qəbul etdiyi və dərk etdiyi vaxt onun pisixoloji vəziyyətini nəzərə alaraq, iş üçün vacib olan halları düzgün dərk edə bilmişdir. Zərərçəkmiş şəxs təliqinə qapılmağa meyilli deyildir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq o, özündən uydurmağa meyilli deyildir. Cinayət işi materiallarında olan (İ cild, səh. 206-207) olan Gəncə Şəhər Səhiyyə İdarəsinin rayonlararası pisixonevraloji dispanserindən alınmış xx.xx.2019-cu il tarixli 241 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəliyyətin müvəqqəti pozulması, kəmağlılıq və s. psixi xəstəlik keçirməmişdir. Hazırda o, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. O, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarəetmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarında olan (İ cild, səh. 51-53) olan məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar olunmamış, qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti müayinədən 2-3 həftə əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar olunmuş əlamətlər: Sfinktorun boşalması, mama-ginikoloq tərəfindən müayinəsi zamanı hamiləlik aşkar olunmamışdır. Məhkəmə-tibbeksperti R.Vəliyev birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə göndərdiyi yazılı izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixli 39 nömrəli rəy tərəfimdən bir gün müddətində tələsik tərtib olunduğundan, Zərərçəkmiş şəxs qızlıq pərdəsi tamlığının pozulma müddəti qaydalarda göstərildiyi kimi “qızlıq pərdəsinin pozulma müddətinin müayinədən 2-3 həftədən artıq olmaqla əvvələ uyğun gəlir” kimi deyil, 2-3 həftə əvvələ uyğun gəlir kim göstərilmişdir. Cinayət işi materiallarında olan (İİ cild, səh. 11-12) olan məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. Cinayət işi materiallarında olan (İ cild, səh. 15-17) olan Gəncə Şəhər Səhiyyə İdarəsinin rayonlararası pisixonevraloji dispanserindən alınmış xx.xx.2019-cu il tarixli, 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Hazırda o, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. O, baş vermiş hadisələri düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər. Onunla cinsi əlaqə olunan zaman ona qarşı törədilən əməllərin mahiyyətini başa düşmüşdür. Cinayət işinin materiallarında olan (İ cild, səh. 99) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tərtib etdiyi xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi və cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasını inkar etməsini vəziyyətinin yüngülləşdirilməsinə yönəlmiş inandırıcı və ağlabatan olmayan, müdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirilir və bunu mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iş materiallarında cinayətin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməməsi, istintaqa bəlli olmayan başqa bir şəxs tərəfindən törədilməsi, habelə Təqsirləndirilən şəxs CM-in CM-in 152.1-ci maddəsi ilə bəraət verilməli olması barədə həm apelyasiya şikayətində, həm də onların çıxışlarında səsləndirilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələrində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsə də, ibtidai istintaq zamanı verdiyi ifadələr işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə təhlil edilərək qiymətləndirildikdə, onun zərərçəkmiş şəxsə qarşı CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə heç bir şübhə qalmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə cinayət işində olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər həbsdə olmamış, Zərdab rayonunun Şahhüseyinli kəndində həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Zərdab rayonun Şahhüseynli kənd sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onunla bir kənddə yaşayır və baldızı Qanuni nümayəndə qızıdır. 2016-ci ilin yаy aylarında, qızı Əfsanənin xeyir işində o, evdə olanda mağarın yanında dayanmış baldızı qızı Aydanı evə çağırmış, ona evdə onunla işinin olduğunu demiş, Аydаn da evə gəlmişdir. Evdə heç kim olmamış, Aydan onu nə üçün çağırdığını bilməmiş, lakin məqsədi Аydаnlа cinsi əlaqədə olmaq olmuşdur. Onlar yataq otağına girmiş, o, qapını arxadan bağlamışdır. Onların otağa girdiyini heç kim görməmişdir. O, Аydаnа yaxınlaşmış və əlini onun şalvarına atmışdır. Аydаn ondаn nə elədiyini soruşduqda, onunla cinsi əlаqədə olmaq istədiyini demiş və bundan sonra onun şalvarını və alt paltarını çıxartmağa başlamışdır. Аydаn buna etiraz etməmiş və özü öz xoşu ilə onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra o, Аydаnı yerə, döşəmənin üstünə yıxmış və öz şalvarını çıxardaraq onunla cinsi əlaqədə olmağa başlamışdır. Cinsi əlaqədə olarkən cinsiyyət üzvü gərginləşmiş formada olmuşdur. O, cinsiyyət üzvünü gərginləşmiş formada onun cinsiyyət üzvünə salmış, təxminən onunla 15 dəqiqə cinsi əlaqədə olmuş, spermanı onun qasıq nahiyəsinə tökmüşdür. Döşəmədəki xalça qırmızı rəngdə olduğundan, o, Аydаndаn qan axıb-axmadığını görməmiş, lakin o, Aydanın qızlıq pərdəsinin ondan öncə açılmadığını, onun ilk dəfə onunla cinsi əlaqədə olmağını, bakirəliyini pozduğunu bilmişdir. Bundan sonra, o, şalvarını çəkib və Aydanı döşəmədə uzanıqlı vəziyyətdə qoyub otaqdan çıxmışdır. 2016-cı ilin yay aylarında o, Aydanla öz evində, qızının bazarlığında yenidən cinsi əlaqədə olmuşdur. Həmin vaxt Aydan da anası ilə onlara gəlmişdir. Aydan onlarda olarkən, o, Аydаnı evə çağırmış və paltarını soyun demiş, bundan sonra isə onun şalvarını və alt paltarını çıxartmağa başlamışdır. O, həmin vaxt Аydаnа zor tətbiq etməmiş, Aydan həmin vaxt özü öz xoşu ilə onunla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olarkən cinsiyyət üzvü gərginləşmiş formada olmuş və cinsiyyət üzvünü gərginləşmiş formada Aydanın cinsiyyət üzvünə salmış, onunla təxminən 10 dəqiqə cinsi əlaqədə olmuş, sonda spermanı onun qarın nahiyəsinə tökmüş, bundan sonra isə çıxıb getmiş, Aydan da оndаn sonra çıxıb getmişdir. 2018-ci ilin mart ayında o, Aydanı oğlu Elməddinlə nişanlamışdır. Bundan təxminən 10- 15 gün sonra Aydangilin evinə getmiş, qapını döymüş, Aydan qapını açmış, Аydаndаn evdə kimin olduğunu soruşmuş, Аydаn dа heç kimin olmadığını demiş və ona “gedək evə” söyləmişdir. Aydan başa düşmüşdür ki, onunla cinsi əlaqədə olacaq, ancaq buna etiraz etməmişdir. O, Aydanın əlindən tutub evə aparmış, onu yataq otağına salmış, ona paltarını soyun demişdir. Bundan sonra onun şalvarını və alt paltarını çıxartmağa başlamış, yerdə döşək olmuşdur. Onlar döşəmənin üstündə uzаnmışlаr və öz şalvarını çıxartmış, cinsiyyət üzvü gərginləşmiş formada olmuş və gərginləşmiş formada onun cinsiyyət üzvünə soxmuşdur. Təxminən 15 dəqiqə Aydanla cinsi əlaqədə olmuş, sonunda spermanı onun qarın nahiyəsinə tökmüş, evdən çıxıb getmişdir. X22 cəmi 4 ay nişanlı qalmışlar. Elməddin nişanı geri qaytarmışdır. Oğlu Aydanı bacısı kimi gördüyünü və onunla evlənə bilmədiyini demişdir. Ancaq oğlu onun Aydanın bakirəliyini pozduğunu və onunla cinsi əlaqədə olduğunu həmin vaxt bilməmişdir. Aydanı öz əməllərini ört-basdır etmək üçün oğlu ilə nişanlamışdır. Bunda əsas məqsədi o olmuşdur ki, gələcəkdə Aydanın bakirə olmadığı üzə çıxarsa oğluna Aydanın bakirəliyini özünün pozduğunu deməklə məsələnin böyüməsinin qarşısını alsın. Ancaq 2019-cu ilin fevral ayında Aydana Nəzəralı kəndindən elçi gəlmiş və onu vermişlər. 2019-cu ilin mart ayının 8-də Aydanın toyu olmuş, lakin o qız çıxmadığı üçün onu geriyə, atası evinə qaytarmışlar. Aydanın qızlıq pərdəsinin tamlığını birinci dəfə o pozmuş, həmin vaxt ondan qan gəlib-gəlmədiyini görməmişdir. Bundan sonra da o, Aydanla iki dəfə təbii yolla, cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onun 14 yaşının tamam olduğunu bilmişdir. O, Aydanla cinsi əlaqədə olarkən heç vaxt sərxoş olmamış və narkotik təsir altında olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, Aydanın öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. O, Aydanla qeyritəbii yola, yəni arxa keçəcək nahiyəsindən cinsi əlaqədə olmamışdır. O, Aydanla ilk dəfə, yəni onun qızlıq pərdəsinin tamlığını pozarkən və daha sonra da onunla cinsi əlaqədə olarkən ona qarşı zor tətbiq edərək bu barədə valideyinlərinə deyəcəyi təqdirdə onu öldürməklə hədələməmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı izahatında (İ cild səh. 5-6), ifadəsində (İ cild səh. 47-48), Təqsirləndirilən şəxsla üzləşdirməsində (İ cild səh. 65-67), Təqsirləndirilən şəxsla əlavə üzləşdirməsində (İ cild səh. 160-162) bildirmişdir ki,...2016-cı ilin iyun ayının 5-də Söhrabın qızının nişan mərasimi olmuş, o da, həmin nişаndа iştirak etmişdir. Həmin gün ...axşamüstü hava qaralanda, Söhrab onu evə çağıraraq anasının onu çağırdığını demişdir. Ona görə də evə daxil olmuş və ...Söhrab əynində olan alt paltarlarının hamısını çıxarmış, sonra öz şalvarının qabağını açaraq təxminən 10 dəqiqə müddətində onunla zorla cinsi əlaqədə olmuşdur. ...Həmin vaxt onları heç kim görməmişdir. Gecə saatlarında anası ilə evə gəlmiş, ayaqyoluna gedəndə alt paltarında çirk olduğunu görmüş, ancaq qan görməmişdir... ...2016-cı ilin avqust ayının 26-da anası Gülyanə və ailəsi ilə birgə Söhrabın qızı Əfsanənin bazarlığına getmişlər...O, evə girəndə Söhrab da, onun arxasınca evə girmiş, evə girən kimi Söhrаb qapını arxadan bağlamışdır. Başa düşmüşdür ki, Söhrab yenə də оnunlа cinsi əlaqədə olmaq istəyir. Söhrab onu yerə, döşəmənin üstünə uzаndırmış, əynində olan şalvarını və alt paltarını çıxartmış və təxminən 5-10 dəqiqə müddətində onunla zorla cinsi əlaqədə olmuşdur. Həmin vaxt, o, bədənində güclü ağrı hiss etmişdir. Söhrab cinsiyyət üzvündən sperma ifraz edərək döşəmənin üstünə boşaltmış, sonra isə Söhrab əlinə keçən salfetka ilə öz spermasını yerdən təmizləmiş və ayağa durmuşdur. Ayağa duranda bu barədə kiməsə, yəni valideynlərinə deməməsini оnа bildirmişdir... ...2018-ci ilin may ayında dəqiq günü yadında deyil, o, evdə tək olmuş, anası, atası və qardaşı evdə olmamışlar. Təxminən saat 11 radələrində evin çöl darvazası döyülmüş, o kim olduğunu müəyyənləşdirmək məqsədilə qapını açmış, bu vaxt Söhrab həyətə girmiş, onu evə apararaq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gün gedib evdə yatmış, axşam saatlarında tualetə getmiş, alt paltarına baxanda orada qurumuş və yapışmış formada olan sperma olduğunu görmüşdür... Həmçinin, şahid Elməddin Eyyubov bildirmişdir ki, ...Anası Elyanə bu barədə ondan soruşduqda, anasına elə bir iş görmədiyini demişdir. Sonradan Aydan onun atası Söhrabın adını çəkmişdir. Telefоnlа onun аnаsınа demişlər ki, Aydanın bаkirəliyini, o yоx, аtаsı Söhrаb pоzmuşdur. Аnаsı qоrxusundаn bu sözü bildikdən sоnrа аtаsına deməmiş, ona demişdir. O da bunu bildikdən sоnrа аtаsına demiş, atаsı dа ona “bu nə sözdür dаnışırsınız” deyərək, bu işdən xəbəri olmadığını bildirmişdir. Buna baxmayaraq, sоnrаdаn аtаsı ona demişdir ki, Aydаnlа evlənsin bu məsələ qurtаrsın. O, аtаsına görə rаzı оlsa da, Аydаn bu işə rаzı оlmаmışdır. Оnlаr demişlər ki, “аtаsı bаkirəliyini pоzmuş bir qızı оğlu necə аlа bilər”. Оnа görə də bu iş pоzulmuş və аtаsı həbs edilmişdir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti müayinədən 2-3 həftə əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar olunmuş əlamətlər: Sfinktorun boşalması, mama-ginikoloq tərəfindən müayinəsi zamanı hamiləlik aşkar olunmamışdır. Məhkəmə-tibb eksperti R.Vəliyev birinci instansiya məhkəməsində göndərdiyi izahatında xx xxxx 2019-cu ildə verdiyi rəyə aydınlıq gətirərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli, 39 nömrəli rəy onun tərəfindən bir gün müddətində tələsik tərtib olunduğundan, Zərərçəkmiş şəxs qızlıq pərdəsi tamlığının pozulma müddəti qaydalarda göstərildiyi kimi “qızlıq pərdəsinin pozulma müddətinin müayinədən 2-3 həftədən artıq olmaqla əvvələ uyğun gəlir” kimi deyil, 2-3 həftə əvvələ uyğun gəlir” kimi göstərilmişdir. Gəncə Şəhər Səhiyyə İdarəsinin rayonlararası pisixonevraloji dispanserindən alınmış xx.xx.2019-cu il tarixli rəyində isə göstərilir ki, Zərərçəkmiş şəxs qəbul etdiyi və dərk etdiyi vaxt onun pisixoloji vəziyyətini nəzərə alaraq, iş üçün vacib olan halları düzgün dərk edə bilmişdir. Zərərçəkmiş şəxs təliqinə qapılmağa meyilli deyildir. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq o, özündən uydurmağa meyilli deyildir. Bundan əlavə, şahid Qanuni nümayəndə ifаdəsində göstərmişdir ki, ...2016-ci ilin iyun ayında Söhrabın qızının nişan mərasimi olmuş, o və qızı Aydan da həmin nişan mərasimində iştirak etmişlər. Həmin vаxtı onun da bаşı evin işlərini görməyə qаrışmış, xəbəri оlmаmışdır ki, Аydаn necə оlub. Təxminən saat 13 radələrində nişan başlamış, Söhrab azyaşlı qızı Aydanı qаrаnlıq düşənə yаxın sааt 20 rаdələrində evə çağıraraq onunlа evdə təbii yоllа ilk dəfə zorla cinsi əlaqədə olmuş və Aydanın bakirəliyini pozmuşdur... ...Bundan başqa, Söhrab 2016-cı ilin avqust ayında öz qızının toy bazarlığı mərasimi günü yenə də öz evində Aydanla cinsi əlaqədə olmuşdur... ...Üçüncü dəfə isə 2018-ci ilin may ayında onların evdə olmamasından və Aydanın evdə tək olmasından istifadə edərək, bu dəfə onların öz evində Aydanla cinsi əlaqədə olmuşdur. Hər üç halda Söhrab Aydanla könüllü deyil, zorla cinsi əlaqədə olmuşdur...Lakin Aydan bu barədə ona nə həmin vaxt, nə də ki, sonradan, daha doğrusu 2019-cu ilin mart ayının 9dək heç nə deməmişdir. Nə də ki, özü heç nədən şübhələnmədiyi üçün Aydanın bədəninə bаxmаmış, elə bir xəsаrət də görməmişdir. O, bütün bu məsələləri 2019-cu ilin mart ayının 9-da, yəni Aydanın ərə getdiyi Nəzəralı kənd sakini Nizaməddinin evindən bakirə çıxmadığı üçün geri qaytardıqdan sonra bilmişdir. Söhrаbın qızının nişаnındаn sоnrа Аydаndа müəyyən dəyişiklik, yəni özünə qаpаnmаlаr оlmuş, o da heç nə bаşа düşməmişdir... Qeyd olunanlarla yanaşı, şahid Səbinə Şıxıyeva bildirmişdir ki,...həqiqətən də o, sоnrаdаn xаtırlamışdır ki, Söhrаbın qızının nişаnı günü xx xxxx 2016-cı ildə, аxşаm tərəfi аnаsı Аdiləni evə ötürən zаmаn xаtırlаyır ki, Söhrаb Аydаnı evlərinə çağıraraq ona “Аydаn səni аnаn çаğırır” demişdir. Həttа anаsı dа bunu görmüşdür. Sоnrа, o, аnаsı ilə dаnışаndа bunu xаtırlаmışlar. Həmin günü axşam Аydаnın bikef olduğunu, аnаsı Gülyаnədən sоruşanda ki, Аydаnа nə оlmuşdur, Gülyаnə ona Аydаnın bаşı аğrıdığını demişdir. Həmin Əfsаnənin nişаnı günü Аydаnın аxşаm bikef оlduğunu və оnа nə isə оlduğunu o görmüşdür... Digər şahid Adilə Ağalarova da bildirmişdir ki, ...Aydan mənə danışdı ki, onun bakirəliyini xalası qızı Əfsanənin nişanı günü Söhrab öz evində pozmuşdur. Xatırlayıram ki, mən özüm də həmin nişanda iştirak etmişəm. ...həmin zaman xatırlayıram ki, Aydanı Söhrab evə çağırırdı. Xatırlayıram ki, Söhrab Aydana dedi ki, səni anan evə çağırır. ...yadıma düşdü ki, Söhrab Aydanı evə çağıranda mən də görmüşdüm. Ancaq Səbinə məni evimizə ötürdü, mən də evə getdim. Hətta Söhrabın Aydanı evə çağırmasını Səbinə də gördü və eşitdi... Tədqiq edilən sübutlarla müqayisədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2, X14 və X1 ifadələrini mötəbər sübut kimi qiymətləndirə bilmir. Belə ki, onların həmin vaxt Aydanla Söhrabın bir yerdə olmalarını görmədikləri, Aydanda hər hansı bir dəyişiklik və ya narahatçılıq hiss etmədikləri, həyətdə və evdə çoxlu sayda qonaqlar olduğundan, Söhrabın Aydana qarşı təcavüz etməsi üçün hər hansı bir şəraitin olmaması barədə ifadələri təqsirləndirilən şəxsin həmin gün və sonrakı vaxtlarda zərərçəkmiş şəxsə qarşı qeyd olunan hərəkətləri etməməsi anlamına gəlməyə əsas vermir. Əvvəla, həmin şahidlərin ifadələri təqsirləndirilən şəxsə olan təəssübkeşlik hissindən uzaq deyil və obyektiv gerçəkliyi əks etdirmir. Bundan başqa, onlar yalnız təqsirləndirilən şəxsin qızının nişan mərasimi günü olan hadisə ilə bağlıdır. Təqsirləndirilən şəxsin sonradan iki dəfə də zərərçəkmiş şəxslə cinsi əlaqədə olub-olmaması haqda məlumata malik deyillər. Bu səbəbdən məhkəmə kollegiyası həmin sübutları təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş qeyri-mötəbər sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında “polislər mənə təzyiq göstərdiklərinə görə ibtidai istintaq zamanı belə ifadə vermişəm” ifadəsini də məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul edə bilmir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən (qeyd olunmalıdır ki, bu istintaq hərəkəti videoçəkilişlə aparılmışdır), həmçinin xx xxxx 2019-cu ildə zərərçəkmiş şəxslə aralarında keçirilmiş üzləşdirmədə törətdiyi cinayət əməlini etirafg etmiş, bu vaxta qədər ona hər hansı bir şəxs tərəfindən, o cümlədən polis tərəfindən hər hansı fiziki və ya mənəvi təzyiq və şiddətə məruz qalması barədə heç bir şikayət və ya narazılıq bildirməmişdir. Cinayət işindən görünür ki, yalnız Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməyə başlayandan sonra o, polis tərəfindən təzyiqə məruz qalaraq belə ifadə verdiyini bildirmişdir. Bu vaxta qədər təqsirləndirilən şəxsin bununla bağlı hər hansı bir yazılı və ya şifahi şikayəti olmamışdır. Bunlardan əlavə, təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair Zərdab Rayon Məhkəməsinin (İ cild, səh. 75-76) xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun vəsatətinə baxılarkən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək, hazırda əməlindən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsassız cinayət məsuliyyətinə cəlb edilməsi, Zərdab Rayon Polis Şöbəsində işgəncəyə məruz qalması barədə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onun müraciəti əsasında Zərdab Rayon Prokurorluğunda araşdırma aparılmış, lakin həmin xüsusat üzrə təqsirləndirilən şəxsin qeyd etdiyi polis əməkdaşlarının ona təzyiq və təsir etmələri öz təsdiqini tapmadığı üçün Zərdab Rayon Prokurorluğunun müstəntiqi,İİİ dərəcəli hüquqşünas X13 xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məlumatı əsasında toplanmış 36-C/19 nömrəli ilkin yoxlama materialları ilə cinayət hadisəsinin olması müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsi özünümüdafiə xarakteri daşıyır və məhkəmə kollegiyası tərəfindən məsuliyyətdən yayınmağa yönəlmiş cəhd kimi qiymətləndirilir. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 152.1-cimaddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkum olunduğu CM-in 152.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Təqsirləndirilən şəxsin apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin Təqsirləndirilən şəxs barədə seçilmiş cəza tədbiri məsələsinə gəlincə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 152.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apelyasiya şikayətinin dəlillərinə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apelyasiya şikayətinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin istəyi ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə аşkаr surətdə оnа məlum оlаn 16 yаşınа çаtmаmış 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxx 2016-cı ildə, Zərdab rayonunun Şahhüseynli kəndində olan fərdi yaşayış evinin həyətində qızı Əfsanə Eyyubovanın nişan mərasimi zamanı, evinin yataq otağında, 26 аvqust 2016-cı ildə, sааt 19 rаdələrində qızı Əfsanə Eyyubovanın bаzаrlıq tоy mərаsimində, yenə də öz evində və 2018-ci ilin may ayında sааt 11 rаdələrində Zərdab rayonu Şahhüseynli kəndində Zərərçəkmiş şəxs yaşadığı evlərində sonuncu ilə təbii yоllа cinsi əlаqədə оlmaqla onun qızlıq pərdəsi tamlığını pozmuşdur. Belə vəziyyətdə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs öz qohumu olan, aşkar şəkildə on altı yaşına çatmayan şəxs olmasını bildiyi Zərərçəkmiş şəxs qarşı belə bir cinayət törətməsini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, bu cinayət əməlinin cəmiyyətdə son dərəcə mənfi emosiya doğurmasını, Azərbaycan xalqının mili mentalitetinə tamamilə zidd olan bir cinayət əməli olmasını, bir insan həyatının normal düzəninin ömürlük pozulmasını lazımınca qiymətləndirməmiş, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə yüngül cəza təyin etmişdir ki, bu da açıq-aydın ədalətsizdir. CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə görə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Söhrab Eyyubova törətdiyi cinayət əməlinə görə CM-in 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona iki il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsıapelysiya şikayətləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin aapelyasiya şikayəti isə təmin edilməli, Təqsirləndirilən şəxs CMin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsə təyin olunmuş cəza ağırlaşdırılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq üç il müəyyən edilsin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-16/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-16/2020
16.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver