Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-16/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X12, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X5, X6 və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü ilə, xx xxxxxxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 58, mənzil 15-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 31.08.2019-cu il tarixdən 02.10.2019-cu il tarixədək həbsdə, 02.10.2019-cu il tarixdən 15.12.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı 3 ay 15 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq iki il beş ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, hökmün icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir; xx.xx.1994-cü ildə Sabirabad rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Azədkənd kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 31.08.2019-cu il tarixdən 15.12.2019-cu il tarixədək 3 ay 15 gün həbsdə saxlandığı müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq iki il beş ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə onun üzərinə saat 22:00dan 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, hökmün icrasının Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir; xx.xx.1993-cü ildə Sabirabad rayonunun Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Azadkənd kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X13 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 31.08.2019-cu il tarixdən 06.11.2019-cu il tarixədək həbsdə, 06.11.2019-cu il tarixdən 30.11.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı müddətin 3 ay CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə onun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, hökmün icrasının Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, vəkil Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 156 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan (VÖEN: **********. Hesab № AZNAZ 521BAZ********************) hesabına köçürülməsi, vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 162 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan (VÖEN: **********. Hesab № AZNAZ 521BAZ********************) hesabına köçürülməsi, vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 60 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan (VÖEN: **********. Hesab № AZNAZ 521BAZ********************) hesabına köçürülməsi, iş üzrə maddi sübut olan istifadə olunmuş, 1 ədəd qızıl üzük, 3400 ABŞ dolları və 1750 avro məbləğdə pul əsginalarının Zərərçəkmiş şəxs qaytarılmasnın nəzərə alınması, iş üzrə mülki iddianın olmaması, iş üzrə ekspertiza xərci olan 109,50 manat pulun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınıb dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 24 avqust 2019-cu il tarixdə saat 21 radələrində X13 və Təqsirləndirilən şəxs3 oğlu ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və o, çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə yerləşən mənzilə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzüksırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.8816 olan 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X13 24 avqust 2019-cu il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlu ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 və o, çöldə pusquda dayanaraq ətraf gozətləmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20 №li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.8816 olan 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 24 avqust 2019-cu il tarixdə saat 21 radələrində X13 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup şəklində birləşərək aralarında olan razılığa əsasən Sərxan Quliyev və Təqsirləndirilən şəxs1 çöldə pusquda dayanaraq ətraf gozətləmiş, o isə Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 58 №li evin, 20№li mənzilinə açıq pəncərədən qanunsuz daxil olub oradan bir ədəd 920 manat dəyərində 750 əyarlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü və bir ədəd 1000 manat dəyərində 750 əyarlı qızıl üzük-sırğa dəstini, 6 manat pulu, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 olan 8500 ABŞ dollar və 1 avronun Azərbaycan manatına məzənnəsi 1.8816 olan 4500 avro məbləğdə pulu gizli yolla talayarq Zərərçəkmiş şəxs 25543,2 manat məbləğdə, yəni xeyli miqdada ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apelyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmü onlara həmin maddələrlə daha ağır-azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin İ hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19.03.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fıziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Hökmdən də görünüdüyü kimi, Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 25543,2 manat məbləğində maddi ziyan vurulmuşdur. Cinayət-Prossesual Məcəlləsinin 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar hökmdə göstərilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 dəymiş ziyanı ödəmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, əməllərindən peşman olmalarını CM-in 59.1.13 və 59.2-ci maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq onlara yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallardan bir qismi məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 dəymiş ziyanı tam olaraq ödəmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin cinayət nəticəsində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 tərəfindən maddi ziyanın bir qismi, yəni 920 manat dəyərində 1 ədəd qızıl üzük, 3400 ABŞ dolları və 1750 Avro pul əskinasları könüllü şəkildə ödənilməmiş, təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən keçirilmiş istintaqəməliyyat tədbirləri nəticəsində saxlanıldıqdan sonra onların üzərilərindən aşkar edilərək götürüldükdən sonra zərərçəkmiş şəxsə qaytarılmış, ziyanın qalan hissəsi isə onlar ifşа edildikdən sоnrа, yəni təkzib оlunmаz fаktlаr qаrşısındа qаldıqdаn sоnrа ödənilməsinə çаlışmışlar, eyni zamanda ziyanın ödənilməsi həmin şəxslərin cəza təhdidi altında gələcək məsuliyyətlərini yüngülləşdirməyə cəhd kimi qiymətləndirilməli olduğundan оnların «zərərçəkmiş şəxslərə vurulmuş mаddi ziyаnı tаm ödəmələrini» cəzаnı yüngülləşdirən hаl kimi nəzərə аlmаqdа hаqlı оlmаmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 dəymiş ziyanı tam olaraq ödəmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Beləliklə də, məhkəmə yüngülləşdirici halların məcmusunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarını və iş üzrə təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmamasını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cəza növünü müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin çox olmasını cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzərə almamış, əsassız olaraq onlara törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarların şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmə Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları göstərilməlidir. Həmin qərarın 4-cü bəndinə görə CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Bu zaman isə belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Göstərilən Plenum qərarının İ bəndi də məhz bu mövqedən çıxış edir. Qərarda göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarmın həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və.s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə zərərçəkmiş şəxsə vurulmuş ziyanın miqdarının çox olması konteksində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilmiş Qərarının məzmunundan irəli gələn maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqlarını nəzərə almamış, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmə üsulunun ictimai təhlükəliliyini nəzərə almamış, hökmün həmin hissəsində obyektivliyini təmin edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah olunmaları qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini hökmdə əsaslandıra bilməmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxslərə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxslər, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq, Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya protestinin təmin edilməklə, hökmün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X16, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X14, X13 və onun müdafiəçisi X8 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apelyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apelyasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməli, lakin Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü X9 münasibətdə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X6 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X6 əməlinin CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Hazırda öyrənilən işdən görünür ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin, öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışmış və ona vurduqları zərəri tam olaraq ödəmiş, eləcədə zərərçəkmişin onlara qarşı hər hansı bir şikayəti yoxdur. Cəzanı yüngülləşdirən hallardan bəhs edən CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən halların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cinayət nəticəsində vurduğu zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışması təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi, zərərçəkmiş şəxslə barışması törətdikləri əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir, bununla yanaşı həmin hökmün dəyişdirilməsini mümükün hesab edir. Belə ki, işdə olan X10 tərəfindən verilmiş məktubdan görünür ki, X13 27.05.2021-ci il tarixdə Sabirabad RPŞ tərəfindən tutulmuş və 06.06.2021-ci il tarixdə 3 saylı X2 Penitensiar Müəssisəsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü təqsirləndirilən şəxs X9 aid hissədə cəzaya münasibətdə dəyişdirilməli, təqsirləndirilən şəxs X6 CM-in 69.3-cü maddəsinə əsasən 27 may 2021-ci il tarixdən bugünədək həbsdə saxlanıldığı 27 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü ilə təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 2 (bir) il, 04 (dörd) ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü təqsirləndirilən şəxs X9 aid hissədə cəzaya münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs X6 CM-in 69.3-cü maddəsinə əsasən 27 may 2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı 27 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 1(051)-23/2020 nömrəli hökmü ilə təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (bir) il, 04 (dörd) ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X13 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-16/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-16/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver