Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-160/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 182.3.1, 188.4.1, 188.4.2, 193-1.3.1, 193-1.3.2, 213-1.1, 259.3, 307.2, 315.2, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-in 188.4.1, 188.4.2, 193-1.3.1, 193-1.3.2, 259.3, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-in 193-1.3.1, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-in 182.3.1, 188.4.1, 188.4.2 və 259.3-cü maddələri Təqsirləndirilən şəxs4 oğlunun CM-in 307.2-ci maddəsi, Təqsirləndirilən şəxs5 CM-in 307.2-ci maddəsi, Təqsirləndirilən şəxs6 CM-in 307.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmündə yol verilmiş anlaşılmazlığın aradan qaldırılması barədə vəsatətin rədd edilməsi haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən), N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) 18 fevral 2021-ci il tarixli qərarı ilə 04 dekabr 1965-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, inzibatçı işləyən, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə məhkum olunmuş və X1 cəza çəkən Təqsirləndirilən şəxs3 CM-in 182.3.1, 188.4.1, 188.4.2 və 259.3-cü maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmündə yol verilmiş anlaşılmazlığın aradan qaldırılmasına dair vəsatətinə baxılmasına xitam verilmişdir. Qərardan məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs7 CM-in 182.3.1-ci, 188.4.1-ci, 188.4.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 213-1.1-ci, 259.3-cü, 307.2-ci, 315.2-ci, 320.1-ci və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-in 188.4.1-ci, 188.4.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 259.3-cü, 320.1 ci və 320.2ci maddələri, Təqsirləndirilən şəxs2 oğl CM-in 193-1.3.1-ci, 193-1.3.2-ci, 320.1-ci və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-in 182.3.1-ci, 188.4.1-ci, 188.4.2-ci və 259.3-cü maddələri, Təqsirləndirilən şəxs4 oğlu CM-in 307.2-ci maddəsi, Təqsirləndirilən şəxs5 CM-in 307.2-ci maddəsi və Təqsirləndirilən şəxs6 Mirzağa oğlu CM-in 307.2-ci maddəsi təqsirli bilinərək müvafiq cəzalara məhkum edilmişlər. Həmin cinayət işi üzrə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hökmdə yol verilmiş anlaşılmazlığın aradan qaldırılması barədə vəsatətləri məhkəməyə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 vəsatətində göstərmişdir ki, iş üzrə mülki iddia ilə bağlı hesablanmış 2.427.607,44 AZN (iki milyon dörd yüz iyirmi yeddi min altı yüz yeddi manat qırx dörd qəpik) mənimsənildiyi iddia olunan məbləğin dövlət büdcəsinə ödənilməli olan vergi borcu, məcburi dövlət sosial sığorta haqqı və dələduzluq yolu ilə əldə olunmuş nağd pul vəsaitlərinin ayrı-ayrılıqda məbləğləri müəyyən edilməmiş və müəyyən ediləcək məbləğin müsadirəsinə dair qərar qəbul edilmiş “Teliba” istirahət mərkəzinə və digər daşınmaz əmlaklara sərf olunmasının hansı illəri əhatə etdiyi xüsusilə qeyd olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs3 vəsatətində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fərqli olaraq ona CM-in 193-1.3.1, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmadığı halda təmin edilmiş 1.375.000 AZN-nin (bir milyon üç yüz yetmiş beş min manat) ondan tutulmasının səbəbləri müəyyən olunmamışdır. Ona görə də yaranmış şübhə və anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Məhkum Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsinin iclasında hökm üzrə onun üçün anlaşılmayan hər hansı bir hal olmadığını bildirməklə verdiyi vəsatətə baxılmasından imtina etmiş, məhkəmə Təqsirləndirilən şəxs3 vəsatəti üzrə işə baxılmasına xitam vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs3 özünə münasibətdə xitam qərarından verdiyi şikayətin təmin edilməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi Xəyal İbrahimov şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs3 vəsatətində və şikayətində qeyd etdiyi xüsusatlar Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmündə əsaslandırılmaqla öz təsdiqini tapmış, həmin iş üzrə məhkəmənin 29 dekabr 2017-ci il tarixli hökmü Şəki Apellyasiya Məhkəməsinin 09.10.2019-cu il tarixli qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı isə Azərbacan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08.09.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 518-ci maddəsinə əsasən, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: -hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; -hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; -hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək; öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətində bildirmişdir ki, cinayət işi üzrə qeyd olunan “təqsirləndirilən şəxslər”dən fərqli olaraq mənə CM-in 193-1.3.1 və 193-1.3.2ci maddələri ilə ittiham elan olunmasa da, hər hansı bir aidiyyətim olmadan 1.375.000 AZN məbləğində vəsaitin ödənilməsində müştərək qaydada mənim də üzərimə öhdəlik qoyulmuşdur. Üzərimdə belə bir öhdəliyin müəyyən edilməsi şübhə və anlaşılmazlığın yaranmasına səbəb olmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə mülki iddiaçı “xxxx” MMC tərəfindən verilmiş 1.375.000 manat məbləğində mülki iddianın tam təmin edilməsi və mülki cavabdehlər Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutlaraq ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, iddiaçı “xxxx” MMC tərəfindən verilmiş 1.375.000 manatın digər cavabdehlərlə yanaşı, Təqsirləndirilən şəxs3 də alınıb iddiaçıya verilməsi hökm edilmişdir. Hər hansı bir anlaşılmazlıq yoxdur. Ona görə də qanuni və əsaslı olan məhkəmə qərarı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmin Məcəllənin 398.1.1-ci maddəsinə görə isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan məhkuma verildiyi gündən bir ay müddətində kassasiya şikayəti yaxud protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-160/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-160/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver