Məhkəmə qərarları › İş №1(107)-161/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-161/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-161/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmü ilə 29 avqust 1986-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, “Balakən uşaq və gənclər incəsənət məktəbi”ndə müəllim işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1də qeydiyyatda olan, faktiki olaraq Balakən şəhəri N.Nərimanov küçəsi ev 75 mənzil 47-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəza çəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, “COVİD-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 21.11.2020-ci il tarixdən 04.12.2020-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 30 noyabr 2020-ci il tarixdə saat 13 radələrində faktiki yaşadığı və “Covid-19” virusundan müalicə aldığı Balakən şəhəri N.Nərimanov küçəsi ev 75, mənzil 47 ünvanını əsaslı səbəb olmadan icazəsiz tərk edərək özünə məxsus olan “Chevrolet Cruz” markalı, AZ ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək qəsdən karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaradaraq insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri ərazisinə çıxmış, 30 noyabr 2020-ci il tarixdə saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən ““Sara” gəlinlik və gözəllik dünyası” salonunun qarşısında saxlanılaraq Balakən MRX-nın işçilərinə təhvil verilmişdir. Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Müdafiəçi2 apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmünün dəyişdirilərək, ona təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sansksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətinin təmin edilərək Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)- 16/2021 nömrəli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 139-1.1-ci maddəsinin sansksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, həmçinin dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hal-hazırda ünvan 2ə ailə üzvləri ilə birlikdə yaşayır. Balakən “Uşaq və gənclər incəsənət məktəbi”ndə fortopiano müəllimi işləyir. Səhhətində narahatçılıq olub-olmaması barədə, yəni “Covid-19” virusuna yoluxub-yoluxmamağını dəqiqləşdirmək üçün 17 noyabr 2020-ci il tarixdə Balakən MRXda test vermişdir. Həmin testin cavabı 21.11.2020-ci il tarixdə çıxmış və “Covid-19” virusuna yoluxması ilə bağlı cavab pozitiv gəlmişdir. Ona 14 gün ərzində, yəni 21.11.2020ci il tarixdən 04.12.2020-ci il tarixədək evdə qalmaqla ev şəraitində mualicə olunmağı və evdən çıxmamağı haqda SMS vasitəsilə məlumat verilmişdir. Həmin qaydalara riayət etməklə yaşadığı ünvan 2ə ev şəraitində mualicə almışdır . Evdə çox hallarda tək olmuşdur ki, ailə üzvləri virusa yoluxmasın. 30 noyabr 2020-ci il tarixdə evə çörək almaq ehtiyacı yarandığı üçün fikirləşmişdir ki, yaxın məsafədən tez çörək alıb geriyə evə qayıtsın. Həmin məqsədlə 30.11.2020-ci il tarixdə saat təxminən 12 radələrində özünə məxsus olan “Chevrolet Cruz” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edərək Balakən şəhəri Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət etmişdir. Orada yerləşən ““Sara” gəlinlik və gözəllik dünyası” salonunun qarşısında avtomaşınını saxlayaraq avtomaşından düşüb tez çörək alıb evə qayıtmaq istəmişdir. Həmin vaxt ona Balakən rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, “Covid-19” virusuna yoluxması ilə bağlı yaşadığı evi tərk etməməlidir. Səhvini başa düşdüyünü və evə çörək almaq ehtiyacı olduğundan evi tərk etdiyini və onun bu hərəkətinin üzrlü sayılmasını xahiş etmişdir. Həmin ərazidə videoçəkiliş aparılmaqla polis işçiləri tərəfindən baxış keçirilmiş və bu barədə protokol tərtib edildikdən sonra hər bir iştirakçı ilə yanaşı protokol tərəfindən imzalanmışdır. Sonra onu təcili yardım avtomaşını ilə Balakən MRX-na çatdırmışlar. Orada bir daha xəbərdar olunmuşdur ki, 14 gün tamam olmadan evdən çıxmamaq şərtilə mualicə olunsun. Evə qayıdaraq ev şəraitində mualicəni davam etdirmişdir. Əməlindən çox peşimandır. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, mövcud “Covid-19” xəstəliyinin yayılmasına qarşı mübarizə sahəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu ərazisində bir sıra tədbirlər keçirilir. Belə ki, rayon ərazisində ictimai yerlərdə qoruyucu maskadan istifadə etməyən vətəndaşlarla izahat işləri aparılır və həmin qaydaları pozan şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür. Həmçinin tərəflərindən “Covid-19” virusuna yoluxaraq evdə karantin şəraitində 14 gün müddətində izolyasiya olunaraq ev şəraitində mualicə olunan şəxslərin yaşadıqları evlərindən küçəyə çıxaraq xəstəliyin digər vətəndaşlara yoluxma riskini artıra bilmələrinin qarşısını almaq məqsədilə virusa yoluxmuş və evdə mualicə olunan şəxslərin yaşadıqları mənzili tərk edib-etməmələri yoxlanılaraq tərəflərindən nəzarət edilir. 30.11.2020-ci il tarixdə saat təxminən 12 radələrində RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ilə birlikdə “Covid-19” virusuna yoluxaraq ev şəraitində mualicə alan, ünvan 3 ünvanda qeydiyyatda olan, faktiki olaraq N.Nərimanov küçəsi ev 75 mənzil 47 ünvanında yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozub-pozmamasını, yəni yaşadığı evi tərk etmədən müalicə olunmalı halda yaşadığı ünvanı tərk edərək küçəyə çıxıb-çıxmamasını yoxlamaq üçün onun yaşadığı ünvana getmişlər, ancaq həmin ünvanda onlara qapı açan olmamış, yəni evdə heç kim olmamışdır. Sonra tədbiri Balakən şəhəri ərazisində davam etdirmişlər. Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən ““Sara” gəlinlik və gözəllik dünyası” salonunun qarşısında “Covid-19” virusuna yoluxaraq yaşadığı evi tərk etmədən mualicə almalı olan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruz” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək dayandığını görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan hansı səbəbə görə yaşadığı ünvanı tərk etməsini soruşduqda Təqsirləndirilən şəxs evə çörək almaq üçün çıxdığını bildirmişdir. Bu barədə RPŞ-nə məlumat verilmiş və videoçəkiliş aparılmaqla hadisə yeri muayinə olunmuşdur. Təqsirləndirilən şəxs özbaşına yaşadığı ünvanı tərk etməsi haqda Balakən MRX-na məlumat verilmiş və o, tərəflərindən təcili yardım avtomaşını vasitəsi ilə aparılaraq Balakən MRX-na təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis baş leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiq etməklə onun ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Balakən MRX-nın poliklinika şöbəsində həkim - sahə terapevti işləyən Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, həmin sahədə həkim işləyir. 21.11.2020-ci il tarixdə Balakən şəhər sakini olan Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı vermiş olduğu testin cavabı pozitiv çıxdığı üçün həmin xəstəyə nəzarət olunması ona həvalə edilmişdir. Bir həkim olaraq Təqsirləndirilən şəxslə mütəmadi əlaqə saxlayıb onun səhhətində olan simptomlarla maraqlanmışdır. Ona 14 gün ərzində evdən çıxmamaq şərtilə müalicə olunmasını izah etmişdir. Virusla bağlı onunla şəxsən görüşmək imkanı olmasa da, telefon əlaqəsi yaradılaraq məsləhət vermişdir ki, “Azitromesin, vitamin-s, vitamin-d və parasitamol” dərman preparatlarını qəbul etsin. Təqsirləndirilən şəxs güclü simptom olmamışdır. Ona evdən çıxmamaq şərtilə 14 gün müddətində evdə mualicəsini davam etdirməsini və lazım gələrsə əlaqə saxlayıb məsləhət almasını bildirmişdir. Təqsirləndirilən şəxs özünü yaxşı hiss etdiyini və səhhətində ciddi narahatçılıq olmadığını ona bildirmişdir. Onun karantin müddəti, yəni 14 gün ərzində evdə qalmaqla mualicə alması müddəti 04 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Bir qayda olaraq bütün virusa yoluxan xəstələrə evdən çıxmağın qadağan olunması barədə mobil telefonuna SMS vasitəsi ilə məlumat verilərək xəbərdarlıq edilir. Xəstənin ünvanına ağır simptom aşkar olunmadıqda gedilmir. Hər bir hal barədə Təqsirləndirilən şəxs məlumat verərək 14 gün müddətində evdən çıxmağın qadağan olunduğunu izah etmişdir. Telefon vasitəsilə yuxarıda qeyd olunan dərman preparatlarını işlədərək özünü qorumasını bildirmişdir. İş materiallarının 35-42,51-52-ci vərəqələrində olan hadisə yerinə baxış və baxış zamanı aparılmış videoçəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “XİOMİ Mİ 10 Not Pro” markalı mobil telefona 21.11.2020-ci il tarixdə İTS.GOV.AZ saytının 1542 nömrəsindən daxil olmuş xəbərdarlıq SMS-si, onun “Covid 19” virusuna yoluxaraq karantin nəzarətində olmaqla ev şəraitində ambulator mualicə alması və 05.12.2020-ci il tarixdə evdən çıxmasına icazə verilməsi barədə Balakən MRX-dan alınmış 18.12.2020-ci il tarixli 368 nömrəli məktubla və 3324 nömrəli xəstənin tibbi kartasından çıxarışla, 22.12.2020-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab və cavaba əlavə edilmiş “COVİD-19” virusuna yoluxması müəyyən edilmişdir. İş materiallarının 18-ci vərəqəsində olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarının 21-ci vərəqəsində olan Balakən şəhər Uşaq İncəsənət məktəbi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarının 20-ci vərəqəsində olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 3023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, himayəsində işləməyən atası-anası, qardaşı və 11.06.2019-cu il təvəllüdlü oğlu Bəxtiyar vardır. İş materiallarının 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, onun tərəfindən həmin cinаyətin törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 139-1.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. İşdə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddədə nəzərdə tutulmuş əməlin törədilməsinə görə iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, hərəkətindən peşimançılıq çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs atası, qardaşı peşəkar musiqiçidirlər, birgə toy şənlikləri və digər musiqili tədbirlərdə iştirak edirlər. Onlar ailələrini el şənlikləri çalmaqla dolandırırlar. Hazırda “COVİD 19” virusu ilə əlaqədar toy şənliklərinin keçirilməsi dayandırıldığından ümumiyyətlə ailə vəziyyətləri çətindir, maddi ehtiyac içində yaşayırlar. Təqsirləndirilən şəxs ailəlidir, himayəsində bir azyaşlı uşağı da vardır. Məhkəmədən xahiş edilmişdir ki, bunları nəzərə alaraq elə cəza təyin etsin ki, o, atası və qardaşıyla yaxın gələcəkdə toy şənliklərində iştirak edə bilsin. Belə ki, atası X4 Respublikasının əməkdar artistidir, onların əsas toy şənlikləri Dağıstanda olduğundan ölkənin hüdudlarından kənara çıxa bilməsinə şərait yaransın. CM-in 139-1.1 maddəsinin sanksiyasında cərimə cəzası da nəzərdə tutulduğundan, ona cərimə cəzası təyin edilməsi daha ədalətli, humanist və ailənin maddi çətinlikdən çıxmasına uyğun olar, şərait yaradar. Lakin məhkəmə mövcud vəziyyəti nəzərə almamış, ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, ailə vəziyyətinə, mövcud işsizlik şəraitinə uyğun deyildir, sərt cəzadır. CPM-in 404-cü maddəsində göstərilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, sərtliyinə görə açıq-aydın məhkumun şəxsiyyətinə uyğun olmayan cəza, ədalətsiz cəza hesab edilir. Həmin Məcəllənin 399.1.5-ci maddəsində göstərilir ki, cəzanın sərtliyinə görə məhkumun şəxsiyyətinə uyğun olmaması hökmün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.11-ci maddəsində göstərilir ki, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığı halda apelyasiya məhkəməsi hökmü dəyişməklə cəzanı yüngülləşdirir. Gösətrərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs həmin maddənin sansksiyasında nəzərdə tutulan cərimə cəzası tətbiq edilməlidir. Lakin məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunmasının məqsədəuyğunluğu məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, müəllim işləməsini, təqsirini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri və iş üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “COVİD-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən güzəştli həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təyin olunmuş cəzanın sərtliyi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cəza həm də məhkumlаr və bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədini təmin etməlidir. Hazırkı pandemiya şəraitində “COVİD-19” virusunun yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər sırasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin tələblərini pozan şəxslərlə ciddi mübarizə əhəmiyyətli yer tutur. Dövlət tərəfindən cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin təmin olunması vəzifəsi qayda pozanlara qarşı daha sərt tədbirlərin görülməsini zəruri etmişdir. Ona görə də məhkəmə kollegiyası Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, yəni CM-in 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi, o cümlədən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi üçün yetərli əsaslar görmür. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(019)-16/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar