Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-162/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 237.1-ci maddəsi ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 12 fevral 2021-ci il tarixli 1(039)- 16/2021 nömrəli hökmü ilə xx xxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə 07 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, bаrəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 07 avqust 2020-ci il tarixdən 09 avqust 2020-ci il tarixədək həbsdə saxlandığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 12 fevral 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan çəkisi 58,992 qram olan qurudulmamış marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməsi, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 342 (üç yüz qırx iki) manatın dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Vəkil Bürosunun vəkili X6 və məhkəmə dövrü üçün 300 (üç yüz) manatın dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda X16 X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısında yerləşən 4 kvadrat metr ölçüdə meşə fondu torpaqlarına aid ərazini qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan digər üsulla yəni, narkotik tərkibli bitkiləri kultivasiya etməyi həyata keçirmək üçün özbaşına tutmuş, istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib xeyli miqdarda, 5 (beş) ədəd narkotik tərkibli çətənə bitkilərini yetişdirərək kultivasiya etmiş, 07.08.2020-ci il tarixdə saat 18 radələrində həmin çətənə bitkilərinin yarpaqlarından 59,042 qram narkotik vasitə olan qurudulmamış marixuananı qəsdən satış məqsədi olmadan özü istifadə etmək məqsədilə toplayıb əldə edərək sellofan torbaya yığıb saxlamış, həmin gün saat 19:10 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən mütəxəssisin iştirakı və video çəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs həmin ərazidə xeyli miqdarda kultivasiya etdiyi narkotik tərkibli 5 (beş) ədəd, ümumi təmiz çəkisi 280 qram olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən topladığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 59,042 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin dəlilləri Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 188.1, 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, eləcə də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs narkotik vasitədən coxdan istifadə etdiyini, narkotik vasitəni əkib-becərdiyini, toxumları balıq tutmağa gedəndə tapdığını, onları satmaq məqsədi ilə əkmədiyini, öz istifadəsi üçün əkdiyini bildirərək apellyasiya protestinin təmin edilməməsini məhkəmə kolleyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya protestinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyi üçün apellyasiya protestini qismən müdafiə etdiyini, apellyasiya protestinin qismən təmin edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək yeni ittiham hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsi hissədə ləğv edilməli və həmin hissədə yeni hökm çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. Bir müddət Kür çayının Yevlax rayonunun ərazisindən keçən hissəsində balıq tutmağa getmiş və orada olarkən yabanı halda bitmiş çətənə bitkilərdən yığıb istifadə etmişdir. Bu bitkilərdən təxmini 10 ədədin yığaraq özündə saxlamış və bir daha balıq ovuna gedən zaman, 2020-ci ilin aprel ayında Yevlax rayonundan Ağcabədi rayonuna gedən avtomobil yolun sol kənarındakı şor kanalının kənarında, böyük kolluğa yol açaraq oranı təmizləyib toxumları orada əkmişdir. Bundan sonra mütəmadi olaraq oraya gedərək əkdiyi toxumları sulayıb qulluq etmişdir. Bu toxumlardan 5 ədədi bitmişdir. Bitmiş toxumların dibini belləyərək, dibinə peyin vermiş və sulamışdır. Bitmiş çətənə bitkiləri təxminən 120 sm-dən 160 smdək hündürlüyə qalxmışdır. Həmin bitkinin yarpaqlarından yığıb qurudaraq onlardan istifadə etmişdir. 07.08.2020-ci il tarixdə, saat təxminən 18:00-da həmin yerə getmiş, çətənə bitkilərinə qulluq edərkən yarpaqlarından istifadə etmək məqsədilə sellofan torbaya yığaraq oraya qoymuşdur. Həmin günü, bir saat sonra oraya polis əməkdaşları gəlmiş, video çəkilişlə onun iştirakı ilə oraya baxış keçirmişlər, baxış zamanı onlar orada çətənə bitkilərini əkdiyini, onlara qulluq etdiyini və istifadə etmək üçün çətənə bitkilərindən yığıb sellofan torbada saxladığını aşkar etmişlər. Sonra həmin kolları və sellofana yığdığı yaş halındakı marixuananı qablaşdıraraq götürmüşlər. Polis əməkdaşlarına etiraf etmişdir ki, həmin kolları özü əkib-becərmiş, bitkinin yarpaqlarından özü istifadə etmişdir. İstinad edilən torpaq sahəsinin Qaraoğlan Meşəbəyliyinə və yaxud digər şəxsə məxsus olması ona məlum olmamış, heç kimin torpaq sahəsini zəbt etmək niyyəti olmamış, oranı hasarlamamış və yaxud başqa qaydada təcrid etməmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Yevlax-Ağcabədi avtomobil yolunun ərazisində istifadə edilməyən şor kanalın kənarında torpaq sahəsində narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi və marixuanadan istifadəsi barədə məlumat daxil olmuşdur. Bunun əsasında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri Şahid2 və X8 ilə birlikdə, habelə Yevlax rayon X9 rəisi vəzifəsində işləyən X3 cəlb etməklə məlumatda qeyd edilən əraziyə yollanmışlar. Təxminən saat 19:00-da məlumatda qeyd edilən yerə çatdıqda Təqsirləndirilən şəxs həmin yerdə görüb saxlamışlar. Bundan sonra isə onun iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı kanalın kənarındakı kolluğun içində, təxminən 4 kvadrat metr yerin Elçin tərəfindən alaq otlardan təmizlənərək orada 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların əkildiyi aşkar edilmişdir. Həmin bitkinin dibi yumşaldılmış, ətrafı digər alaq otlarından təmizlənmiş, dibinə peyin verilməklə suvarılmışdır. Oraya baxış keçirilərkən sellofan torbada marixuanaya oxşar kütlə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, 5 ədəd çətənə bitkilərini özü istifadə etmək üçün əkmiş və qulluq etmişdir, sellofan torbaya yığdığı kütləni isə həmin ağaclardan yığıb istifadə etmək üçün götürmüşdür. Mütəxəssis isə ağaclara baxarkən ağacların çətənə bitkiləri olduğunu və ağaclara xüsusi qulluq olunduğunu bildirmişdir. Aşkar edilmiş həmin bitki kolları kökündən çıxarılmış, həmin bitki kolları və sellofandakı kütlə qablaşdırılıraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 bildirmişdir ki, Yevlax RPŞ PPXB polis nəfəri vəzifəsində işləyir. Əməliyyat qrupunun üzvü kimi digər qrup üzvləri ilə birlikdə 07 avqust 2020-ci il tarixdə Yevlax-Ağcabədi avtomobil yolunun ərazisində istifadə edilməyən şor kanalın kənarına getmişlər və orada Təqsirləndirilən şəxs saxlamışlar. Əraziyə baxış keçirilən zaman kolluğun içində, alaq otlardan təmizlənmiş təxminən 4 kvadrat metr yerdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar kolların əkildiyi aşkar edilmişdir. Bundan başqa sellofan torbada narkotik maddəyə bənzər kütlə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bitkiləri özü əkmiş, bunlar narkotik maddəyə aid çətənə kollarıdır və öz istifadəsi üçün yarpaqlarını toplamışdır. Həmin kollar və sellofandakı kütlə qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının 08 avqust 2020-ci il tarixli 16/550 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yığıb saxladığı çətənə kollarına bənzər kütlənin olduğu zərf.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbadakı təmiz çəkisi 59,042 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır və üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs əkib-becərdiyi 5 (beş) ədəd çətənə bitkilərinin olduğu kisə..” yazılar və imzalar olan rəngli sintetik kisədəki, sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 280 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (səh. 37-38) Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 827 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.85) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs iştirakı ilə X16 X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısının ərazisinə baxış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, ittiham aktında qeyd edilən narkotik tərkibli 5 ədəd çətənə (kannabis) bitkilərinin və həmin bitkilərdən topladığı, sellofan torbada narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlənin aşkar olunması müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə CM-in 234.1 maddəsi ilə təqsirli bilinərək 07 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Dövlət ittihamçısı protesti birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə bəraət verilməsi hissədə müdafiə etmədiyinə görə, kollegiya həmin hissədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmir. Bundan başqa, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlini CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, həm cinayət işin ibtidai istintaqı dövründə, həm də birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmişdir. O, yalnız CM-in 188.1ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif etsə də, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamı xaric etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci, yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli (CM-in 237.1-ci maddəsi) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkib-yetişdirdiyi andan başa çatmış, 07.08.2020-ci il tarixdə saat 18 radələrində həmin çətənə bitkilərinin yarpaqlarından 59,042 qram narkotik vasitə olan qurudulmamış marixuananı qəsdən satış məqsədi olmadan özü istifadə etmək məqsədilə toplayıb əldə edərək sellofan torbaya yığıb saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etməyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarında gəldiyi hüquqi mövqe təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamı xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. CPM-in 398.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsi hissədə ləğv edilməli və həmin hissədə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.2-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsi hissədə ləğv edilsin və həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-162/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-162/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver