Məhkəmə qərarları › İş №1(107)-163/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-163/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-163/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X17, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri X6 və X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 127.2.1 və 127.2.3cü maddələri ilə məhkum edilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 09 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1984-cü ildə İsmayıllı rayonu Talıstan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı rayon Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikası CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, onun cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. xx xxxxxxx 1981-ci ildə İsmayıllı rayonu Talıstan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, bаrəsində başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 оğlunun CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbinin olmaması müəyyən edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 оğlu xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində toyuq almaq məqsədi ilə İsmayıllı şəhəri M.Müşfiq küçəsi 1 saylı ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyətinə daxil olaraq orada toyuq satan şəxsi axtarmış, həyətdə gəzərkən ASC-nin mühafizəçisi X10 onlara yaxınlaşaraq həyətdən çıxmalarını tələb etmişdir. Aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, digər mühafizəçi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək mübahisə yerinə yaxınlaşıb onun qolundan tutaraq həyətdən çölə çıxmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs haqlı tələbinə tabe olmayaraq xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla zərbə endirmiş, bundan sonra qabaqcadan əlbir olmadan həmin cinayətin törədilməsinə qoşulan Təqsirləndirilən şəxs2 arxadan Zərərçəkmiş şəxs qollarından tutmuş və o bundan istifadə edərək öz cinayətkar hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Sonuncu aldığı zərbələrdən yerə yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, o və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmayan bir qrup şəxs halında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri endirməklə sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyəsinin sıyrığı, alın nahiyəsinin, burun belinin, hər iki gözaltı nahiyənin, sol saidin qançırlarından ibarət həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində toyuq almaq məqsədi ilə İsmayıllı şəhəri M.Müşfiq küçəsi 1 saylı ünvanda yerləşən "xxxx" ASC-nin həyətinə daxil olmuş, orada heç kəsi tapmadığı üçün həyətinin digər hissələrinə baxarkən mühafizəçi Qarakişi Babayev onlara yaxınlaşaraq həyətdən çıxmalarını tələb etmişdir. Təqsirləndirilən şəxs1 Qarakişi Babayevə həyətdən çıxmayacağını bildirdikdə aralarında mübahisə yaranmış, bunu görən digər mühafizəçi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək həmin yerə yaxınlaşıb Təqsirləndirilən şəxs1 qolundan tutaraq həyətdən çölə çıxmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs haqlı tələbinə tabe olmayaraq xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmadan həmin cinayətin törədilməsinə qoşularaq xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs qollarından tutmaqla Təqsirləndirilən şəxs1 sonuncunu təkrarən bir neçə dəfə yumruqla vurmasına şərait yaratmış, Zərərçəkmiş şəxs aldığı zərbələrdən yerə yıxılaraq uzanıqlı vəziyyətdə qalmışdır. O, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olmayan bir qrup şəxs halında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri endirməklə sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyəsinin sıyrığı, alın nahiyəsinin, burun belinin, hər iki gözaltı nahiyənin, sol saidin qançırlarından ibarət həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliyini tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətinə və işin faktiki hallarına uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumların islah olunması, həm özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxslərə cinayət qanununun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər barələrində toplanmış istintaqa materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuş faktlar əsas verir ki, təqsirləndirilən şəxslər haqqında qanunda nəzərdə tutulan və onların təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəza təyin edilməlidir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-cı il tarixli hökmü dəyişdirilməli və CM-in 127.2.1-ci və 127.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ən yüksək həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC üzrə 01 may 2020-ci il tarixli 04 nömrəli “tam olmayan iş günü müəyyən edilməklə işə qəbul haqqında” əmrdən görünür ki, Zərərçəkmiş şəxs 01 may 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən tam olmayan iş günü ilə (4 saat) mühafizəçi vəzifəsinə qəbul edilmişdir. Zərərçəkmiş şəxs 10 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində "xxxx" ASC-nin həyətinə hansı əsasla xidməti vəzifəsini yerinə yetirməsini məhkəmə hökmdə göstərməmişdir. Əməlin tövsifi üçün Zərərçəkmiş şəxs 10 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində xidməti vəzifəsini icra etməsinin qanuniliyi əhəmiyyətlidir. Zərərçəkmiş şəxs xüsusi formalı libasda olmamış, onun mühafizəçi vəzifəsində xidmətdə olduğunu məlum edən hər hansı nişan olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsindən başqa Təqsirləndirilən şəxs2 hadisə zamanı onu tutması və ya vurmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Onun ifadəsi başqa sübutlarla təkzib edilmiş və işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Bütün bunlar onun təqsirləndirilən şəxslərə qarşı qərəzli olduğunu sübut edir. Göründüyü kimi Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 yumruqla vurmaq istəmiş, sonuncu bu zərbədən yayınaraq onun yaxasından tutmuş, bu zaman onlar yerə yıxılmışlar. Zərərçəkmiş şəxs yerə yıxıldığı zaman həmin xəsarəti almışdır. Təqsirləndirilən şəxs1 vurduğuna görə Zərərçəkmiş şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs1 isə həmin əmələ görə necə CM-in 127.2.1 və 127.2.3-cü maddələrilə təqsirli bilinə bilər? Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixil hökmü ləğv edilməli, əməlində cinayət tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə müdafiə etdiyi şəxs tərəfindən cinayətin törədilməsinin tam sübuta yetirildiyini göstərsə də, bu nəticəyə məhkəmə prosesində araşdırılmış hansı sübutla gəldiyini göstərməmiş, niyə zərərçəkmiş şəxsin və yaxınlarının ifadələrini daha mötəbər saymasına aydınlıq gətirməmişdir. Bundan əlavə, İsmayıllı Rayon Məhkəməsi qanunsuz, əsassız və ədalətsiz məhkum etdiyi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən də qanunun tələblərini pozaraq ona ağır cəza təyin etmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixil hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 haqqında bəraət hökmü çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının əvvəlki iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü ona elan edilən ittihamda təqsirli hesab etmir. Belə ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə 6-7 ədəd çolpa almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2la "xxxx" ASC-yə getmişlər. Ora birinci dəfə idi ki, gedirdilər. Maşında anası, arvadı və qardaşı Rahilin arvadı olmuşlar. Rahil avtomobili küçədə saxladıqdan sonra avtomobildən düşərək qapıları açıq olan müəssisənin həyətinə daxil olmuşlar. Həyətin işərisinə bir qədər, təqribən 50-60 metr gedərək “kim var burda?” deyə səslənmişdir. Rahil isə həmin vaxt həyətin giriş qapısına yaxın dayanmış, girişdə onu gözləmişdir. Bu zaman ona tərəf sonradan adının Qarakişi olduğunu bildiyi bir yaşlı adam yaxınlaşmış və “nə girmisən bura, elə gəzirsən elə bil dədənin həyətidi, bas bayıra” deyərək həyətdən çıxmasını tələb etmişdir. Bu zaman həmin şəxs özünü təqdim etməmişdir. Onlar da onun kim olduğunu soruşmamışlar. İstintaq vaxtı həmin şəxslərin orada işlədiyini bilmişlər. Qarakişinin sözündən əsəbiləşib ona “vızqırt” deyərək həyəti tərk etmək istəmişdir. Elə bu vaxt sonradan adının Elgün olduğunu bildiyi şəxs üstünə gələrək onun sifətinə tərəf yumruq atmış, yumruq ona dəyməmişdir. Elgün iki əli ilə onun boğaz nahiyəsindən tutaraq özünə tərəf çəkmiş, o isə çevrilib Elgündən tutduqda onlar yerə yıxılmışlar. O, yerdə ola-ola Elgünün sifətindən bir neçə dəfə yumruqla vurmuşdur. Qardaşı Rahil onları ayırmış və mübahisə sakitləşmişdir. O, ayağa durandan sonra Elgünə hücum etməmişdir. Onlar həyəti tərk edərkən Qarakişinin əlində bel ilə, Elgünün isə əlində dəmir parçası ilə onun üstünə gəldiyini görmüşdür. Rahil Elgünün əlində olan aləti alaraq kənara atmış və Qarakişi də sakitləşmişdir. Zərərçəkmiş şəxslə sözlə mübahisəsi təxminən 2-3 dəqiqə, əlbəyaxa mübahisəsi isə 3-5 saniyə çəkmiş olardı. Elgünlə mübahisə edən vaxt onun atası yaxınlaşmaq istəsə də, qardaşı Rahil qoymamışdır. Elgün ona təpik atmış, o da əlinə dəymişdir. Hadisə zamanı həyətdə onlardan başqa heç kim olmayıb. Həyətdən çölə çıxmaq istəyəndə Elgünlə atası giriş qapısının qabağında əllərində kürək (bel) və armaturla dayanmışlar və onlara “görün sizə neynəyəcəyik” demişlər. Lakin Elgün və atası onları vurmamışlar. Avtomobilə əyləşib oradan uzaqlaşarkən Elgünün yenə də əlinə nəsə götürüb onlar tərəf gəldiyini görmüşdür. Rahil onu maşına oturtmuş və oradan uzaqlaşmışlar. Məhkəmə kollegiyasının sonuncu iclasında Təqsirləndirilən şəxs1 ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin onlardan tələb və şikayətinin olmadığını, ona dəymiş ziyanın tərəflərindən tam ödənilməsini bildirmiş və İsmayıllı Rayon Məhkəməsini hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının əvvəlki iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü ona elan edilən ittihamda təqsirli hesab etmir. Belə ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə altı-yeddi ədəd çolpa almaq məqsədi ilə idarə etdiyi avtomobillə qardaşı Təqsirləndirilən şəxs1la birlikdə İsmayıllı şəhərində yerləşən "xxxx" ASC-yə getmişlər. Müəssisənin giriş qapısının açıq olduğunu görərək Eyvazla birlikdə həyətə daxil olmüşlar. Qapıdan bir az içəri daxil olduqdan sonra o dayanmış, Eyvaz isə orada kimisə tapıb çolpa almaq üçün “kim var burda?” deyə-deyə həyətə tərəf getmişdir. Həmin vaxt müəssisəyə “Ford” markalı yük avtomobili daxil olmuş, avtomobili idarə edən adını sonradan bildiyi Qarakişi adlı şəxs avtomobili həyətdə saxlamışdır. Bu zaman avtomobildəki sonradan adının Elgün olduğunu bildiyi şəxs avtomobildən düşərək ona yaxınlaşaraq salam vermişdir. Daha sonra Elgün “nə gəzirsən burda, sənə kim ixtiyar verib bura girmisən?” deyə soruşmuşdur. Elgünə toyuq almağa gəldiklərini və qapı açıq olduğundan həyətə keçdiklərini demişdir. Elgünün giriş qapısında ona dediklərini Eyvaz eşitməmişdir. Elgünlə danışa-danışa küçəyə çıxanda Qarakişinin Eyvazla mübahisə etdiyini görmüşdür. Eyvaz əsəbləşdiyindən Qarakişiyə “əşi get vızqırt” sözünü demişdir. Bu zaman Elgün Eyvazın üstünə gedərək yumruq atmış, yumruq Eyvaza dəyməmişdir. O isə Qarakişinin Eyvazın üzərinə getməsinə qoymamışdır. Eyvazla Elgün bir-birilərinin yaxalarından tutub yerə yıxılmışlar. Onlar yerdə olarkən bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vurmuşlar. Özü isə Elgünün atası Qarakişinin mübahisəyə müdaxilə etməsinə imkan verməmiş, qardaşı ilə Elgünü bir-birindən ayırmış və mübahisə sakitləşmişdir. O, Elgünü vurmamış, onu tutmamışdır. Eyvazla Elgünü dalaşarkən ayıranda da Elgünə qarşı zorakılıq etməmişdir. Darvazadan çölə çıxandan sonra Eyvaza demişdir ki, otur maşına gedək. Sonradan Elgünün qardaşı Eyvazın barəsində şikayət etdiyini eşitmişdir. Elgünün və Qarakişinin işlədiyi yerə getmiş, Qarakişi ilə görüşərək oğlu Elgün ilə qardaşının arasında olmuş dalaşma ilə bağlı üzr istəmişdir. Həmin vaxt Qarakişi onunla razılaşmamış və “görün başınıza nə oyun açacağam” deyərək barışıqdan imtina etmişdir. Buna baxmayaraq, Elgünə bir neçə dəfə barışıq təklif etmişlər və vurulmuş ziyanı gücü çatdığı gədər ödəmək istəmişlər. Məhkəmənin sonuncu iclasında Təqsirləndirilən şəxs2 ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin onlardan tələb və şikayətinin olmadığını, ona dəymiş ziyanın tərəflərindən tam ödənildiyini bildirmiş və İsmayıllı Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının əvvəlki iclasında ifadəsində göstərdi ki, "xxxx" ASC-də mühafizəçi işləyir. Həmin müəssisədə 2011-ci ildən işləmiş, lakin 2018-ci ildə işdən çıxmışdır. Hadisə baş verən vaxt on gün idi ki, işə düzələrək mühafizəçi işləyirdi. Əmək kitabçası da var. Atası da elə həmin vaxtdan işə düzəlmişdir. Onlar mart ayının 1-də işə düzəlsələr də, adları portala may ayının 1-də daxil edilmişdir. Adlarının portala gec salınmasına səbəb COVİD 19 pandemiyası olmuşdur. 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində iş yerində olmuşdur. Müəssisənin kənarındakı bir işlə əlaqədar çölə çıxmış, tez qayıdacağına görə həyət qapısını açıq saxlamış, çox az bir müddət sonra onunla birlikdə həmin müəssisədə işləyən atası Qarakişinin idarə etdiyi avtomobillə müəssisəyə qayıtmışlar. Həyətə daxil olduqda orada biri qapının yanında, digəri isə həyətin içində olmaqla tanımadığı iki nəfər şəxsin kimisə axtardıqlarını görmüşdür. Qapının yanındankı sonradan adının Rahil olduğunu bildiyi şəxsə yaxınlaşaraq salam vermiş və kimi axtardıqlarını soruşmuş, Rahil ona toyuq almağa gəldiklərini demişdir. Rahilə çöldə gözləmələrini xahiş edərək müdiriyyətə xəbər edəcəyini bildirmişdir. Onlara “burdan çıxın” deyəndə Rahil onunla aqressiv danışsa da, lakin Rahilin ora dava məqsədi ilə gəldiyini deyə bilməz. Rahillə danışan vaxt Eyvaz 50-60 metr qabaqda, atası isə avtomaşının içərisində olub. Atası Eyvazın yanına getməmiş, Eyvaz atasının yanına gəlmiş, Eyvaz atasına “sən kimsən, çıxmıram” deyərək onunla mübahisə etməyə başlamışdır. Atası ilə Eyvazın danışıqlarını tam olaraq eşitməsə də, atasının Eyvazla mübahisə etdiyini, Eyvazın atasına nalayiq sözlər deməsini görmüşdür. Eyvazın atasını yumruqla vurmaq istədiyini görərək onlara yaxınlaşmış və Eyvazın çiynindən tutub özünə tərəf çəkərək “gəl çıx çölə!” demişdir. Bu zaman Eyvaz ona tərəf çevrilmiş və birbaşa sifətindən bir yumruq zərbəsi vurmuşdur. Onlar bir-birilərinin yaxasından tutaraq dalaşmağa başlamışlar. Bu zaman küçədə olan Rahil onlara yaxınlaşmış və arxadan onun qollarını tutmuşdur. Eyvaz bundan istifadə edib onun sifətindən 5-6 dəfə də yumruq zərbələri vurmuş və o yerə yıxılmışdır. Yerdə əlləri ilə sifətini bağlayaraq uzanıqlı vəziyyətdə qalmış, onun yıxılmağından istifadə edən Eyvaz və Rahil başından və sol qolundan yumruq və təpiklə zərbələri vurmuşlar. O, ayaq üstə olanda onu Eyvaz vurmuş, yıxılanda isə hər ikisi vurmuşlar. Zərbələr ona dəyəndə hiss etmişdir ki, hər ikisi ona zərbə vurur. Belə ki, ona hər ikisinin vurmasını, ona dəyən altı bərk ayaqqabıdan bilmişdir. Çünki Eyvaz idman ayaqqabıları, Rahil isə altı bərk klassik ayaqqabılar geyinmişdilər. Bu zaman atası özünü Eyvaz və Rahildən qorumaq üçün əlinə kürək bel alaraq dayanmışdır. O isə müqavimət göstərə bilməmiş və bir müddətdən sonra Eyvaz və Rahil çıxıb getmişlər. Onlar gedəndən sonra o, əlinə armatur almışdır ki, birdən onlar qayıdarlar. Onlar qayıtmamışlar, amma gedərkən “get kimə istəyirsən şikayət et, özün uduzacaqsan” demişlər. Təqsirləndirilən şəxslər sonradan onunla barışıq etmək üçün cəhd etmişlər. Təqsirləndirilən şəxslərə müalicə xərclərinin ödənilməsinə köməklik edəcəkləri təqdirdə onlardan şikayətçi olmayacağını bildirmişdir. Eyvaz atasına “vızqırt” sözünü deməmiş, daha nalayiq ifadə işlətmişdir. Onu döyəndən sonra hər ikisi atasının üstünə qaçmışlar. Hadisə yerində müşahidə kameraları mövcud olmamışdır. Məhkəmənin sonuncu iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək təqsirləndirilən şəxslər Eyvaz və Təqsirləndirilən şəxs2larla barışdığını, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onlardan heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Ruslan Salahov çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmadığını bildirdi və İsmayıllı Rayon məhkəməsinin 09 fevral 2021-ci ili tarixli hökmünün ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Tural Əfəndizadə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmadığını bildirdi və İsmayıllı Rayon məhkəməsinin 09 fevral 2021-ci ili tarixli hökmünün ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X17 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək apellyasiya protestinin, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirlmiş X10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oğludur, təqsirləndirilən şəxslərin də uzaqdan qohumları olduqlarını yeni öyrənmişdir. İsmayıllı "xxxx" ASC-də mühafizəçi işləyir, əmək kitabçası var. Hadisə vaxtı da həmin müəssəsinin işçisi idi. Maaşı onlara əlbəəl müəssəsinin rəhbəri Siyasət xanım verirdi. 2020-ci ilin mart ayının 10-da oğlu ilə birlikdə avtomaşınla quşçuluğun torpaq sahəsinə baxmağa getmişlər. Tez qayıdacaqlarını zənn edərək müəssisənin bayıra açılan darvazasını bağlamamışlar. Əgər bağlasaydılar təqsirləndirilən şəxslər içəri girə bilməzdilər. Təxminən axşam saat yeddi radələrində "xxxx" ASC-nin həyətinə daxil olanda bir nəfərin giriş qapısında dayandığını, digər şəxsin isə həyətdə nəsə axtardığını görmüşlər. Oğlu Elgün giriş qapısında dayanan Rahilin yanına getmiş, o isə həyətdə gəzən Eyvaz tərəfə gedib “ay qardaş” deyə çağırmışdır. Həmin vaxt Eyvaz müəssisənin sexlərinin arasında nə isə axtarmışdır. Oğlunun Rahilə nə dediyini eşitməmiş, onlar sakit şəkildə söhbət etmişlər. Eyvaza buranın mühafizəçisi olduğunu bildirmiş, ona “bura mühafizə olunan obyektdir, bura giriş qadağandır” deyəndə Eyvaz ona nalayiq söz demişdir. Eyvaza demişdir ki, “atan yaşındakı adamam, utanmadın mənə belə söz dedin”. Xəstə olduğundan onunla dalaşmaq fikri olmamış, Eyvaz onun üstənə gəldikcə o, arxaya çəkilmişdir. Çünki Eyvazın gəlişi onu qorxudurdu. Bunu görən Elgün onlara yaxınlamış, Elgün Eyvaza “bayıra çıx” demiş, onun sol qolunu tutub çevirəndə Eyvaz onu yumruqla vurmuşdur. Özünü onlardan qorumaq üçün əlinə kürək bel almışdır. Rahil onu nə tutmuş, nə də vurmuşdur. Rahil oğlu Elgünün hərəkət edə bilməməsi üçün Elgünü arxadan tutmuş, Eyvaz da Elgünə yumruq zərbələri vurmuşdur. Neçə yumruq vurduğunu dəqiq deyə bilməsə də, təqribən 30-50 yumruq zərbəsi olardı. Elgünü döyəndən sonra Eyvaz onun üstünə gəlsə də, Rahil onu vurmaq istəməmiş, qardaşına “gəl gedək” demişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də mühasib vəzifəsində çalışır. Tərəflərin heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Hadisə baş verən zaman müəssisə istehsalat fəaliyyəti ilə məşğul olmasa da, həmin gün o hesabat işləmək üçün işə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs müəssisədə mühafizəçi vəzifəsində işləmişdir. Bayırdan səs eşidərək çölə çıxmış və müəssisədə mühafizəçi işləyən Elgünlə iki nəfərin dava etdiyini, onların ayaq üstə dalaşdıqlarını, Elgünün üzünün qan içində olduğunu görmüşdür. Elgünü kimin tutduğunu, kimin vurduğunu dəqiq xatırlamır. Yadında qalan odur ki, hündür boylusu tutmuşdu, balaca boylusu isə vururdu. Onlar dalaşan zaman Elgünün atası Qarakişi onları aralamağa çalışmışdır. Qarakişinin idarə etdiyi maşın isə həmin vaxt həyətdə olmuşdur. Onlarla arasında olan məsafə dəqiq yadında deyil. Hadisə yeri onun dayandığı yerdən uzaqda olduğundan Elgünü döyənlərin üzü yadında qalmamışdır. Elgünün üzünü qanlı görəndə bu barədə tez rəhbəri Siyasət xanıma xəbər vermişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ləğv edilməlidir. Cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsinə dair” 11 mart 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə İsmayıllı şəhəri M.Müşfiq küçəsi 1 ünvanda yerləşən "xxxx" ASC-nin həyətində baş vermiş, Eyvaz və Təqsirləndirilən şəxs2ların mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 11 mart 2020-ci il tаriхli 89 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 30 mart 2020-ci il tаriхli 111 nömrəi rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ saidin piqmentasiya sahəsi qançır izi olub küt əşya (alət) təsirindən törənmişdir, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsindən 20-30 gün əvvəl olmaqla ekspertizanın təyin edilməsinə dair qərarın təsviri hissəsində göstərilən 10 mart 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 1(037) -43/2020 nömrəli qərarından görünür ki, cinayət işi üzrə hadisə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində yaranmış xəsarətlərin hər birinin ayrı-ayrılıqda ağırlıq dərəcələri müəyyən edilməsi məqsədi ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2020-ci il tаriхli 22/89 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlər-burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında 15 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında 15 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. Qarakişi Babayev ilə Təqsirləndirilən şəxs1 arasında 16 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı X9 Babazadəyə hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Qarakişi Babayev ilə Təqsirləndirilən şəxs2 arasında 16 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı X9 Babazadə hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. İsmayıllı Rayon Mərkəzi X13 X4 şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 1231 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı Rayon Mərkəzi X13 X4 şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 1234 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. 02 sentyabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. 18 aprel 2020-ci il tarixli 145 və 146 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X7 və 2013 və 2018-ci il təvəllüdlü uşaqları Asiman və Cülcandan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. 02 sentyabr 2020-ci il tarixli 389 və 390 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X11 və 2008 və 2009-cu il təvəllüdlü uşaqları Aytac və Nihatdan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onların əməllərini CM-in 127.2.1 və 127.2.3-cü maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 apellyasiya şikayətlərində İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixil hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxslərə bəraət verilməsi xahiş edilmişdir. Apellyasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azrəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Eyvaz və Təqsirləndirilən şəxs2ların Zərərçəkmiş şəxs münasibətdə istintaq orqanının gəldiyi və birinci instansiya məhkəməsinin onu təqsirli bilməsi barədə gəldikləri qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə və zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxslərin əməlləri CM-in 127.2.1 və 127.2.3-cü maddəsindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarların, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X14rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, habelə tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” 11 yanvar 2007-ci il tarixli, “X2rşı” 18 yanvar 1978-ci il tarixli və bir sıra digər qərarlarında məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun az ağır dərəcəli bədən xəsarəti alması mübahisələndirilməsə də, təqsirləndirilən şəxslərin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurması ilə ittiham tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, “qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Ona görə də kollegiya hesab edir ki, ilk növbədə şəxsin əməlinin xuliqanlıq niyyəti ilə törədilməsini dəqiqləşdirmək üçün, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədib-törətməməsi (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) aydınlaşdırılmalıdır. Hazırkı işdə isə mübahisəsiz şəkildə müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun atası Qarakişi Babayevin hərəkətləri təqsirləndirilən şəxləri dava-dalaşa təşviq etmişdir. Yuxarıda şərh olunanlardan, aydın olur ki, təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizimini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, o cümlədən cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, habelə belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həm də şahidlərin ifadələrindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq və təpikləyərək onun burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyəsinin sıyrığı, alın nahiyəsinin, burun belinin, hər iki gözaltı nahiyənin, sol saidin qançırlarından ibarət həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşlar. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə 6-7 ədəd çolpa almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2la "xxxx" ASC-yə getmişlər. Ora birinci dəfə idi ki, gedirdilər. Maşında anası, arvadı və qardaşı Rahilin arvadı olmuşlar. Rahil avtomobili küçədə saxladıqdan sonra avtomobildən düşərək qapıları açıq olan müəssisənin həyətinə daxil olmuşlar. Həyətin işərisinə bir qədər, təqribən 50-60 metr gedərək “kim var burda?” deyə səslənmişdir. Rahil isə həmin vaxt həyətin giriş qapısına yaxın dayanmış, girişdə onu gözləmişdir. Bu zaman ona tərəf sonradan adının Qarakişi olduğunu bildiyi bir yaşlı adam yaxınlaşmış və “nə girmisən bura, elə gəzirsən elə bil dədənin həyətidi, bas bayıra” deyərək həyətdən çıxmasını tələb etmişdir. Bu zaman həmin şəxs özünü təqdim etməmişdir. Onlar da onun kim olduğunu soruşmamışlar. İstintaq vaxtı həmin şəxslərin orada işlədiyini bilmişlər. Qarakişinin sözündən əsəbiləşib ona “vızqırt” deyərək həyəti tərk etmək istəmişdir. Elə bu vaxt sonradan adının Elgün olduğunu bildiyi şəxs üstünə gələrək onun sifətinə tərəf yumruq atmış, yumruq ona dəyməmişdir. Elgün iki əli ilə onun boğaz nahiyəsindən tutaraq özünə tərəf çəkmiş, o isə çevrilib Elgündən tutduqda onlar yerə yıxılmışlar. O, yerdə ola-ola Elgünün sifətindən bir neçə dəfə yumruqla vurmuşdur. Qardaşı Rahil onları ayırmış və mübahisə sakitləşmişdir. O, ayağa durandan sonra Elgünə hücum etməmişdir. Onlar həyəti tərk edərkən Qarakişinin əlində bel ilə, Elgünün isə əlində dəmir parçası ilə onun üstünə gəldiyini görmüşdür. Rahil Elgünün əlində olan aləti alaraq kənara atmış və Qarakişi də sakitləşmişdir. Zərərçəkmiş şəxslə sözlə mübahisəsi təxminən 2-3 dəqiqə, əlbəyaxa mübahisəsi isə 3-5 saniyə çəkmiş olardı. Elgünlə mübahisə edən vaxt onun atası yaxınlaşmaq istəsə də, qardaşı Rahil qoymamışdır. Elgün ona təpik atmış, o da əlinə dəymişdir. Hadisə zamanı həyətdə onlardan başqa heç kim olmayıb. Həyətdən çölə çıxmaq istəyəndə Elgünlə atası giriş qapısının qabağında əllərində kürək (bel) və armaturla dayanmışlar və onlara “görün sizə neynəyəcəyik” demişlər. Lakin Elgün və atası onları vurmamışlar. Avtomobilə əyləşib oradan uzaqlaşarkən Elgünün yenə də əlinə nəsə götürüb onlar tərəf gəldiyini görmüşdür. Rahil onu maşına oturtmuş və oradan uzaqlaşmışlar. Digər Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə altı-yeddi ədəd çolpa almaq məqsədi ilə idarə etdiyi avtomobillə qardaşı Təqsirləndirilən şəxs1la birlikdə İsmayıllı şəhərində yerləşən "xxxx" ASC-yə getmişlər. Müəssisənin giriş qapısının açıq olduğunu görərək Eyvazla birlikdə həyətə daxil olmüşlar. Qapıdan bir az içəri daxil olduqdan sonra o dayanmış, Eyvaz isə orada kimisə tapıb çolpa almaq üçün “kim var burda?” deyə-deyə həyətə tərəf getmişdir. Həmin vaxt müəssisəyə “Ford” markalı yük avtomobili daxil olmuş, avtomobili idarə edən adını sonradan bildiyi Qarakişi adlı şəxs avtomobili həyətdə saxlamışdır. Bu zaman avtomobildəki sonradan adının Elgün olduğunu bildiyi şəxs avtomobildən düşərək ona yaxınlaşaraq salam vermişdir. Daha sonra Elgün “nə gəzirsən burda, sənə kim ixtiyar verib bura girmisən?” deyə soruşmuşdur. Elgünə toyuq almağa gəldiklərini və qapı açıq olduğundan həyətə keçdiklərini demişdir. Elgünün giriş qapısında ona dediklərini Eyvaz eşitməmişdir. Elgünlə danışa-danışa küçəyə çıxanda Qarakişinin Eyvazla mübahisə etdiyini görmüşdür. Eyvaz əsəbləşdiyindən Qarakişiyə “əşi get vızqırt” sözünü demişdir. Bu zaman Elgün Eyvazın üstünə gedərək yumruq atmış, yumruq Eyvaza dəyməmişdir. O isə Qarakişinin Eyvazın üzərinə getməsinə qoymamışdır. Eyvazla Elgün bir-birilərinin yaxalarından tutub yerə yıxılmışlar. Onlar yerdə olarkən birbirilərinə qarşılıqlı olaraq yumruq zərbələri vurmuşlar. Özü isə Elgünün atası Qarakişinin mübahisəyə müdaxilə etməsinə imkan verməmiş, qardaşı ilə Elgünü bir-birindən ayırmış və mübahisə sakitləşmişdir. O, Elgünü vurmamış, onu tutmamışdır. Eyvazla Elgünü dalaşarkən ayıranda da Elgünə qarşı zorakılıq etməmişdir. Darvazadan çölə çıxandan sonra Eyvaza demişdir ki, otur maşına gedək. Sonradan Elgünün qardaşı Eyvazın barəsində şikayət etdiyini eşitmişdir. Elgünün və Qarakişinin işlədiyi yerə getmiş, Qarakişi ilə görüşərək oğlu Elgün ilə qardaşının arasında olmuş dalaşma ilə bağlı üzr istəmişdir. Həmin vaxt Qarakişi onunla razılaşmamış və “görün başınıza nə oyun açacağam” deyərək barışıqdan imtina etmişdir. Buna baxmayaraq, Elgünə bir neçə dəfə barışıq təklif etmişlər və vurulmuş ziyanı gücü çatdığı gədər ödəmək istəmişlər. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla hadisənin bu cür inkişaf etməsi Eyvaz və Təqsirləndirilən şəxs2ların Zərərçəkmiş şəxs münasibətdə cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmamaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydadnın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, təqsirləndirilən şəxslərin əməlləri xuliqanlıq cinayətinin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməmişdir. Belə ki, hadisənin baş verdiyi yerdə kənar şəxslər olmamış, hadisə iş vaxtı ilə əhatə olunmayan saat 19:00 radələrində baş vermiş, həmin vaxt "xxxx" ASC ümumiyyətlə istehsalatla məşğul olmamış, nəticədə müəssisənin normal fəaliyyəti pozulmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər yuxarıda şərh edilən cinayət əməllərini onların zərərçəkmiş şəxs ilə aralarında yaranan şəxsi münasibət zəminində, yəni aralarında baş vermiş mübahisəyə görə törətmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası Eyvaz və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 127.2.1-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır. CM-nin 127.2.1-ci maddəsinə görə, eyni əməllər (127.1-ci maddədə göstərilən) zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə həmin maddə ilə məsuliyyət yaranır. Qeyd edilməlidir ki, istinad edilən maddədə nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi onda ifadə olunur ki, təqsirkar zərərçəkmiş şəxsə qarşı hər hansı digər motivlərlə deyil, məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsinə görə qisas almaq niyyəti ilə bu cinayət əməlini törədir. Xidməti vəzifəsinin yerinə yetirilməsi dedikdə, hər hansı bir şəxsin dövlət, bələdiyyə, xüsusi və mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyatdan keçən sair müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsindən (kontraktından) irəli gələn xidməti vəzifələri dairəsinə daxil olan hərəkətlər başa düşülür. Lakin işin gerçək hallarına görə, hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirən şəxs olması qənaətinə gəlmək mümkün deyildir. Eyni fikirlər həmin vaxt zərərçəkmiş şəxs ilə birlikdə olmuş onun atası Qarakişi Babayevə də aid edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 01 may 2020-ci il tarixli 05 nömrəli, müəssisənin idarə heyətinin sədri Z. Qardaşovun imzası və müəssisənin möhürü ilə təsdiq edilən “Tam olmayan iş günü müəyyən edilməklə işə qəbul haqqında” əmrindən görünür ki, Zərərçəkmiş şəxs 01 may 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə (kontrakt) əsasən tam olmayan iş günü ilə (4 saat) mühafizəçi vəzifəsinə qəbul edilmişdir. (i.v.57). “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC ilə əmək müqaviləsinin bağlandığı və sistemə daxil edildiyi tarix 01.05.2020-ci ildir. Habelə Bildirişdə digər məlumatlar bölümündə əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 125 manat göstərilmişdir. (i.v.58). Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 01 may 2020-ci il tarixli 04 nömrəli, müəssisənin idarə heyətinin sədri Z. Qardaşovun imzası və müəssisənin möhürü ilə təsdiq edilən “Tam olmayan iş günü müəyyən edilməklə işə qəbul haqqında” əmrindən görünür ki, X10 01 may 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə (kontrakt) əsasən tam olmayan iş günü ilə (4 saat) mühafizəçi vəzifəsinə qəbul edilmişdir. (i.v.59). “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, X3 "xxxx" ASC ilə əmək müqaviləsinin bağlandığı və sistemə daxil edildiyi tarix 01.05.2020-ci ildir. Habelə Bildirişdə ddigər məlumatlar bölümündə əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 125 manat göstərilmişdir. (i.v.60). Hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsi 10 mart 2020-ci il tarixdə baş vermişdir. Yuxarıda istinad edilən sənədlərdən göründüyü kimi isə, Zərərçəkmiş şəxs "xxxx" ASC-yə 01.05.2020-ci ildə, yəni cinayət hadisəsinin baş verdiyi tarixdən bir ay iyirmi gün sonra mühafizəçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şahid2 Cəlil qızı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 01 mart 2020-ci il tarixli Xidmət müqaviləsindən (i.v.61) 01 mart 2020-ci ildən mühafizə xidmətinin aparılmasının Zərərçəkmiş şəxs tapşırılması müəyyən edilsə də, həmin müqavilə müəssisənin möhürü ilə təsdiq edilməmiş, o cümlədən əmək qanunvericiliyinin tələbinə uyğun olaraq müvafiq sistemə daxil edilməmişdir və bu səbəbdən kollegiya tərəfindən həmin sənəd mötəbər sübut kimi qəbul edilmir. Sadalanan və mötəbərliyi şübhə doğurmayan sübutlardan göründüyü kimi, cinayət hadisəsinin baş verdiyi 10 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs "xxxx" ASC-nin rəsmi işçisi olmamışdır və deməli, hadisənin törəndiyi zamanda da xidməti vəzifəsini yerinə yetirən şəxs olmamışdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər yetirərkən sonuncunun xidməti vəzifəsini yerinə yetirməsi iş materiallarında olan sübutlar ilə birmənalı, qəti olaraq təkzib edilir. Ona görə də məhkəmə kollegiyasının mövqeyinə görə, təqsirləndirilən şəxslərin əməllərində CM-in 127.2.1-ci maddəsinin tərkibi mövcüd deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 məhz zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi iə əlaqədar və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM-nin: 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinin məzmununa görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege, Habordo İspaniyaya qarşı” işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ittiham aktında qeyd edildiyi kimi təqsirləndirilən şəxslərin CM-in 127.2.1 cə 127.2.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq onların törətmiş olduğu cinayət əməllərinin CM-in 127.1-ci maddəsinə tövsif olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilmələrini əsaslı sayır. Çünki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxslərin CM-in 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişlər. Halbuki, CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin CM-in 127.2.1 və 127.2.3-cü maddələri ilə deyil, CM-in 127.1-ci maddəsi ilə cinayət törətdiklərini deməyə əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-nin 125ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdə CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onların tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə gəlincə, məhkəmə kollegiyası onların dəlilləri ilə də razılaşa bilmir. Belə ki, həmin protest və şikayətlərin əsas dəlili kimi göstərilmişdir ki, təqsirləndirilən şəxslərə CM-in 127.2.1-ci və 127.2.3-cü maddələri ilə daha ağır cəza təyin edilməlidir. Lakin təqsirləndirilən şəxslərin müdafiəçilərinin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılarkən Eyvaz və Təqsirləndirilən şəxs2ların törətdikləri əməllərdə CM-in 127.1-ci maddəsinin tərkibinin olmasına dair məhkəmə kollegiyasının gəldiyi nəticə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini təkzib edir. Ona görə də məhkəmə kollegiyası həmin şikayətlər və protest üzrə yenidən hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür və hesab edir ki, həm apellyasiya protesti, həm də zərərçəkmiş şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanır. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına təqdim edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Eyvaz və Təqsirləndirilən şəxs2larla barışmışdır, onlardan şikayət və tələbi yoxdur, ona dəyən ziyan tam ödənilmişdir, bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Eyni məzmunlu ərizələr təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən də verilmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən isə 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qurbanəli oğlunun əməlləri CM-in 127.2.1 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışmasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxsin ərizələri, o cümlədən prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəaları nəzərə alınaraq CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunacaq CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. CPM-in 398.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və CM-in 73.2, CPM-in 394, 397, 398, 399, 407, 408, 409 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 1(037)-1/2021 nömrəil hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qurbanəli oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qurbanəli oğlu zərərçəkmiş şəxslə barışdıqlarına və ona dəymiş ziyanı tamamilə ödədiklərinə görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunsun və onlar cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar