Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-165/2022 27.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçilər-Şəki Regional Vəkil Bürosunun vəkili X5 və X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(063)-7/2022 nömrəli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli (hakim Hilal Xəlilov) hökmü ilə, xx xxxxxxx 1988-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, S.Qarayev küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar şəhəri, S.Qarayev küçəsi, ev 10 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, xx xxxxx 1996-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Konserv zavod yaşayış evində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn ünvan 1 ünvanda yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs2 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,622 qram olan narkotik vasitə-heroin və ümumi təmiz çəkisi 0,053 qram olan psixotrop maddəmetamfetamin, eləcə də gümüşü ağ rəngli kağızdan hazırlanmış içərisində cüzi miqdarda heroin hissəcikləri olan 1 ədəd boruşəkilli bükülü və 1 ədəd güclü təsir edən “Tramadol” həbi məhv edilməsi, iş üzrə maddi sübut olan 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 160 (bir yüz altmış) manat 64 (altmış dörd) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs1 dəqiq tarixi istintaqa məlum olmayan vaxtda və istintаqа məlum оlmаyаn mənbədən sаtış məqsədi olmadan qanunsuz olaraq metamfetamin adlı psixotrop maddəni əldə edərək istifadə etmiş, qalan şəxsi istehlak miqdarında 0,073 qram çəkidə metamfetamini isə etibarnamə əsasında idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşının 1 ədəd bükülmüş salfetkanın içərisində olmaqla 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə özü əyləşmiş qabaq sol qapının içərisində saxlamış, 20 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixə keçən gecə ona tanışı Ucar şəhəri, Konserv zavod yaşayış evində qeydiyyatda olmaqla, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 15, ev 21-də yaşayan Təqsirləndirilən şəxs2 mobil telefonla zəng vuraraq narkotik vasitə çəkməyə dəvət etmiş və sonuncunun mobil telefon zəngi ilə birlikdə narkotik vasitəni istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 Ucar rayonu, Alpout kəndi ərazisində yolun kənarında sakit, heç kimin olmadığı tənha bir yerə aparmaqla idarə etdiyi avtomaşını orada saxlamış, ardınca Təqsirləndirilən şəxs2 üzərindəki heroindən 1 ədəd gümüşü-ağ rəngli kağızın üzərinə tökmüş və hər ikisi həmin heroindən çəkmə yolu ilə istifadə etmiş, həmçinin avtomaşında olarkən Təqsirləndirilən şəxs2 eyni tərkibli satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1,782 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən ona şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd kağız bükümlərdə olmaqla eyni tərkibə malik, ümumi təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əvəzsiz olaraq pay vermiş, o, əldə etdiyi 2 ədəd bükümlərdən 0,167 qram çəkidə olan 1 ədəd qızılı rəngli kağız bükümü avtomaşının sükanının altındakı saxlanc yerində, digər 0,038 qram çəkidə 1 ədəd ağ rəngli kağız bükümdə olan heroini isə avtomaşında özü əyləşdiyi qabaq sol qapısında 1 ədəd bükülmüş salfetkanın içərisində şəxsi istehlak miqdarında saxladığı psixotrop maddəni-metamfetamini yanında saxlamış, 21 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, rayon polis şöbəsinin inzibati binasının həyətində məlum markalı avtomaşına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 məxsus və ona məxsus sadalanan predmetlər аşkаr оlunаrаq müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 dəqiq tarixi istintaqa məlum olmayan vaxtda və istintаqа məlum оlmаyаn mənbədən sаtış məqsədi olmadan qanunsuz olaraq heroin adlı narkotik vasitəni əldə edərək həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalan heroin adlı narkotik vasitəni birlikdə istifadə etmək üçün tanışı olan ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 zəng vuraraq sonuncuya təklif etmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia-rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onu Ucar rayonu, Alpout kəndi ərazisində yolun kənarında sakit, heç kimin olmadığı tənha bir yerə aparmaqla idarə etdiyi avtomaşını orada saxlamış, ardınca o, əldə etdiyi heroindən 1 ədəd gümüşü-ağ rəngli kağızın üzərinə tökmüş və hər ikisi həmin heroindən çəkmə yolu ilə istifadə etmiş, həmçinin o, eyni tərkibli satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1,782 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən avtomaşında tanışı Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd kağız bükümlərdə olmaqla eyni tərkibə malik ümumi təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əvəzsiz olaraq pay vermiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi 2 ədəd bükümlərdən 0,167 qram çəkidə olan 1 ədəd qızılı rəngli kağız bükümü avtomaşının sükanının altındakı saxlanc yerində, digərini isə 0,038 qram çəkidə 1 ədəd bükülmüş salfetkanın içərisində olmaqla 1 ədəd ağ rəngli kağız bükümdə özü əyləşmiş qabaq sol qapının içərisində saxlamış, şəxsi istehlak miqdarından artıq miqdarda eyni tərkibə malik ümumi təmiz çəkisi 1,577 qram özünə məxsus olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə - 0,514 qram çəkisi olan 1 ədəd sellofan bükümü avtomaşının salonunda sürətlər qutusunun yanında, 0,198 qram çəkisi olan 1 ədəd qızılı ağ rəngli kağız bükümü 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram və 0,776 qram olan 2 ədəd sellofan bükümləri isə qabaq sağ oturacağın altında 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisində saxlamış, 21 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, rayon polis şöbəsinin inzibati binasının həyətində məlum markalı avtomaşına keçirilmiş baxış zamanı yuxarıda sadalanan predmetlər həmin yerlərdən аşkаr оlunаrаq müvafiq qaydada götürülmüşdür. Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxslərə təqsirli bilindikləri həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericliyin tələblərinı uyğun olaraq yuxarı həddə ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrıayrılıqda apellyasiya protestinə etiraz verərək, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Narkotik qəbul etsə də ondan asılı deyil, nə vaxt istəsə onda qəbul etmişdir. Ucar şəhər sakini və tanışı Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanımış, normal münasibəti olmuşdur. Tanışı Cavidanın narkotik qəbul etməsini bilməmişdir. O, 20 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında Cavidanla mobil telefon əlaqəsi saxlayarkən birlikdə çay içməyə qərar vermişlər. Cavidanın avtomaşını olmadığından o, yaşadığı evdən etibarnamə əsasında idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ucar şəhərində yerləşən bazarın qarşısına gedərək Cavidanı oradan götürmüşdür. Yol gedərkən aralarında narkotikdən söhbət düşmüşdür. O, Cavidana, sonuncu da ona tapdıqda narkotik qəbul etdiklərini bildirmişlər. Bundan sonra Cavidan bir neçə gün əvvəl heroin tapdığını, hazırda həmin heroin üzərində olduğunu və həmin heroindən ona pay verə biləcəyini demişdir. O, Cavidanla razılaşmış, bundan sonra fikirlərini dəyişdiklərindən idarə etdiyi avtomaşını Ucar rayonu, Alpout kəndi ərazisində yolun kənarında sakit, heç kim olmayan tənha bir yerə sürüb saxlamışdır. Cavidan onun avtomaşınında qabaq sağ oturacaqda, özü də sükanda əyləşmişdir. Bundan sonra Cavidan üzərində olan heroini çıxarmış və həmin heroindən müəyyən bir hissəsini falqanın üzərinə töküb altından alışdırıcı vasitəsi ilə yandırmaqla birlikdə heroini qəbul etməyə başlamışlar. O, Cavidandan narkotikdən yenə çəkmək üçün pay verməsini istədikdə sonuncu etiraz etməmişdir. Buna görə də o, Cavidanın gətirdiyi narkotikdən müəyyən bir hissəsini götürüb 2 yerə bölmüş və həmin narkotikdən bir hissəsini qızılı rəngdə kağıza bükmüş, ardınca isə həmin bükümü sükanın alt hissəsinə qoymuşdur. O biri heroini isə ağ rəngli kağıza büküb özü əyləşdiyi yerin qapısının içərisində salfetkanın içərisində metamfetamin qoyduğu bükümün yanına qoymuş və ardınca da həmin salfetkanı içərisində 2 büküm olmaqla yerinə qoymuşdur. O, götürdüyü narkotiklərin çəkisini bilməmişdir. Avtomaşında narkotiki çəkməyə davam edərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etməklə onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman 21 sentyabr 2021-ci il tarixdə, saat 02-03 radələri olmuşdur. Onlar polis əməkdaşları ilə birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsində idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşına videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı avtomaşından ona və Cavidana məxsus narkotiklər aşkar edilərək qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. Sonda baxış barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar və özü tərəfindən imzalanmışdır. Daha sonra isə dövlət hesabına təmin olunduğu müdafiəçisinin iştirakı ilə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və s. qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş və tərtib olunmuş protokola özü və digər iştirakçılar imza etmişlər. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Heç bir əsəb və yа ruhi xəstəlik keçirməmiş və Cavidanla birinci dəfədir ki, narkotik qəbul etmişdir. Avtomaşınında aşkar olunmuş heroini Cavidan ona pay vermiş, metamfetamini isə özü təxminən 1 həftə əvvəl Bakı şəhərində dəqiq yerini bilmədiyi yerdən tapmış və ondan az miqdarda istifadə etmişdir. Narkotik vasitə istifadə etməsindən ailə üzvlərinin, heç kimin xəbəri olmamışdır. Ucar Rayon Polis Şöbəsində baxışda olarkən, izahat və ifadə verərkən ona heç bir zor və ya hədə tətbiq edən olmamış, sərbəst şəkildə izahatını və ifadəsini vermişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmаndır. Məhkəmədən təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, narkotik vasitələrdən istifadə etsə də məcburi müalicəyə ehtiyacının olmadığını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, məsuliyyətini dərk etməsini və gələcəkdə bu cür hərəkətlər yol verməyəcəyini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər vasitə olan heroin istifadə etmişdir. Təxminən 3-4 gün əvvəl isə Ucar şəhərində adını bilmədiyi küçələrin birində, dəqiq yeri yadında qalmayan yerdən 1 ədəd sellofan büküm tapmış və içərisinə baxdıqda həmin bükümdə heroin olmasını görmüşdür. Heroindən istifadə etdiyi üçün həmin bükülünü özündə saxlamış və bu barədə heç kimə məlumat verməmişdir. Ardınca isə həmin bükümdən istifadə etməyə başlamışdır. Ucar şəhər sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımış, normal münasibəti olmuşdur. 20 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixə keçən gecə o, tanışı İsgəndərə zəng vurub birlikdə çay içməyi təklif etmiş, İsgəndər də onunla razılaşmışdır. İsgəndərin narkotik istifadə etdiyini bilməmişdir. Danışıqlarına əsasən həmin vaxtı Ucar şəhəri “Kolxoz bazarı”nın qarşısında İsgəndəri gözləmişdir. İsgəndər idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlib onu dayandığı yerdən götürmüş və birlikdə çay içməyə gedərkən yolda narkotikdən söhbətləri düşmüşdür. Bu zaman ikisi də narkotik istifadə etdiklərini birbirinə demişlər. Bundan sonra o, İsgəndərə birlikdə narkotik çəkməyi təklif etdikdə sonuncu onunla razılaşmışdır. Bunun ardınca isə İsgəndər idarə etdiyi avtomaşını Ucar rayonu, Alpout kəndi ərazisində yolun kənarında tənha bir yerə sürüb saxlamışdır. O, avtomaşında qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra üzərində olan heroindən götürüb falqaya tökmüş və alışqanla yandırmaqla ikisi birlikdə çəkməyə başlamışlar. İsgəndər bu zaman ondan yenə çəkmək üçün heroin istədiyindən o, əlavə 2 büküm də heroini İsgəndərə pay vermişdir. Ancaq nə çəkərkən, nə də sonradan o, İsgəndərdən buna görə pul almamışdır. Nə də İsgəndər ona pul və s. söz verməmişdir. O, İsgəndərlə tanış olduğu üçün həmin narkotiki sonuncuya pay vermişdir. Həmin vaxtı İsgəndərə məxsus avtomaşında bir neçə büküm narkotik olmuşdur. Belə ki, sürətlər qutusunun yanında bir ədəd sellofan büküm, 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd qızılı ağ rəngli kağız büküm, qabaq sağ oturacağın altında bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində 2 ədəd sellofan bükümlər özünə məxsus olmuşdur. Qalan sükanın altında, eləcə də sürücü tərəfdə olan sol qapının içərisində 2 ədəd büküm isə İsgəndərə məxsus olmuşdur. Birlikdə heroin çəkməyə davam edərkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etməklə onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını və buna görə də onları Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsində İsgəndərin idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşından ona və İsgəndərə məxsus narkotiklər aşkar edilərək qanunla müəyyən edilmiş qaydada götürülmüşdür. Sonda baxış barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar və özü tərəfindən imzalanmışdır. Daha sonra isə dövlət hesabına təmin olunduğu müdafiəçisinin iştirakı ilə üzərində Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən 2 ədəd dərman həbi aşkar edilib müvafiq qaydada götürülmüşdür. Həmin 2 ədəd həbdən başqa üzərindən hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin həbləri təxminən 2 ay əvvəl Ucar şəhərində adını bilmədiyi küçədə dəqiq yeri yadında qalmayan yerdən tapmış və üzərində saxlamışdır. Sonda şəxsi axtarış barədə protokol tərtib edilmiş, tərtib olunmuş protokola özü və digər iştirakçılar imza etmişlər. Heç vaxt heç kimə narkotik satmamış, İsgəndərə heroini pay vermiş və bunun müqabilində sonuncudan heç nə almamışdır. Heç bir əsəb və yа ruhi xəstəlik keçirməmiş və İsgəndərlə ilk dəfədir ki, narkotik vasitə qəbul etmişlər. Üzərində cüzi miqdarda heroin hissəcikləri olan falqanı birlikdə narkotik çəkməyə istifadə etmişlər. Narkotik istifadə etməsindən ailə üzvlərinin, heç kimin xəbəri olmamışdır. Ucar Rayon Polis Şöbəsində baxışda olarkən, izahat və ifadə verərkən ona heç bir zor və ya hədə tətbiq edən olmamışdır. Sərbəst şəkildə izahatını və ifadəsini vermişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmаndır. Məhkəmədən təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, məsuliyyətini dərk etməsini və gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 nаrkоtik vasitələrin qаnunsuz dövriyyəsi ilə məşğul olmaları, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşında birlikdə narkotik qəbul etmələri bаrədə onlara qərəzsiz mənbədən mötəbər əməliyyаt məlumаtı dаxil оlmuşdur. Onlar 21 sentyabr 2021ci il tаrixdə həmin məlumаtın yоxlаnılmаsı və adları çəkilən şəxslərin cinayət törədərkən ifşа оlunmаsındаn ötrü əməliyyаt tədbirlərinin keçirilməsinə icаzə verilməsi üçün şöbə rəhbərliyinə rаpоrtlа məruzə etmişlər. Bununlа bаğlı şöbədə müvаfiq sənədləşmə аpаrılmış və həmin şəxslərin ətrаfındа əməliyyаt tədbirlərinin keçirilməsindən ötrü əməliyyаt istintaq qrupu yаrаdılmışdır. O, qrupun digər üzvləri ilə birlikdə həmin tarixdə, sааt 02-03 rаdələrində məlumat əsasında “Kia-Rio” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu yerə, yəni Ucar rayonu, Alpout kəndi ərazisində tənha bir yerə getmişlər. Həqiqətən də məlum markalı avtomaşın tək dayanmış vəziyyətdə olmuş və ətrafda heç kim olmamışdır. Onlar məlum avtomaşına yaxınlaşdıqda sükan arxasında Təqsirləndirilən şəxs1 və qabaq sağ oturacaqda isə Təqsirləndirilən şəxs2 əyləşdiyini görmüşlər. Hər iki şəxsin həmin vaxtı narkotik vasitə qəbul etmələri hiss olunmuşdur. Çünki avtomaşının qapısını açdıqda içəridən spesifik iy gəlmişdir. Onlar İsgəndər və Cavidana əllərində olan əşyaları sakit şəkildə avtomaşına qoymalarını bildirməklə intizama dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 qaçmaq istəsə də bunun qarşısı alınmışdır. Onlar təkrarən hər iki şəxsə özlərini təqdim edərək Ucar Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını dedikdən sonra hər iki şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli оlduğunu və bunа görə də birlikdə Ucar Rayon Polis Şöbəsinə getməli olduqlarını bir daha demişlər. İsgəndər və Cavidan buna etiraz etməmişlər. Bundan sonra birlikdə idarə etdikləri avtomaşın da Ucar Rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi həyətə gətirilmişdir. Məlum avtomaşına videoçəkilişlə keçirilmiş baxış zamanı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 01 ədəd qızılı ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin, 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindəki 01 ədəd qızılı ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin, 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki 02 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinlər, salfet kağızına bükülmüş 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroin, həmçinin həmin salfet kağızına bükülmüş, 01 ədəd sarı rəngli sellofan bükümdəki 01 ədəd gümüşü ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin, gümüşü ağ rəngli kağızdan hazırlanmış içərisində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd boruşəkilli bükülü (narkotiki çəkmək üçün istifadə olunmuş falqa) aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş predmetlər elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadə etdikləri predmetin heroin, olmasını, ondan tanışı İsgəndərə də pay verdiyini və həmin heroini özü tapmasını demişdir. Аşkаr оlunmuş həmin predmetlər müvafiq qaydada qаblаşdırılmış və Ucar Rayon Polis Şöbəsinə məxsus 71 nömrəli möhürü ilə möhürlənmişdir. Dаhа sоnrа avtomaşına baxış keçirilməsi davam etdirilsə də qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Sonda baxış barədə prоtоkоl tərtib edilərək ucаdаn оxunmuş və bütün iştirаkçılаr tərəfindən imzаlаnmışdır. Bundan az müddət sonra isə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmışdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, о cümlədən müdаfiəçi ilə təmin оlunа bilmə hüquqlаrı izаh оlunmuş və dövlət hesabına fərdi qаydаdа fəаliyyət göstərən vəkil ilə təmin оlunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən “Nokia” markalı mobil telefon müvafiq qaydada götürülmüşdür. Sonda keçirilmiş şəxsi axtarışla bağlı prоtоkоl tərtib edilərək bütün iştirаkçılаr tərəfindən imzаlаnmışdır. Bundan az müddət sonra isə digər şübhəli şəxs olan Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd konvalyut kəsiyində üzərində 225 yazılmış qırmızı rəngli 2 ədəd dərman həbləri aşkar edilərək götürülmüşdür. Həmin həblər birlikdə elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Eyni zamanda üzərindən “Samsung” markalı mobil telefonu müvafiq qaydada götürülmüşdür. Bundan sonra videoçəkiliş vasitəsiylə keçirilən şəxsi axtarış davam etdirilsə də Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya və predmet aşkar olunmamış və sonda tərtib edilmiş protokola bütün iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə düşmənçiliyi və ya ədavəti olmamışdır. Adları çəkilən şəxslərin narkotikin satışı ilə məşğul olmaları barədə hər hansı məlumat əldə etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 21 sentyabr 2021-ci il tаrixli, 17/707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs1 məxsus KİA-RİO markalı **-ZP-*** d.q.nişanlı...avtomobildən götürülmüş maddi sübutlar...” sözləri yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,514 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,167 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindəki, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, çəkisi–0,198 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki, 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri–0,089 qr., 0,776 qr., ümumi təmiz çəkisi-0,865 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. Salfet kağızına bükülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,038 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmçinin həmin salfet kağızına bükülmüş, 01 (bir) ədəd sarı rəngli sellofan bükümdəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,073 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Gümüşü-ağ rəngli kağızdan hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri–heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 (iki) ədəd qırmızı rəngli dərman preparatı.....” sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd blister kəsiyindəki 02 (iki) ədəd həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, gümüşü ağ rəngli kağızdan hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün içərisindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli, 6/4337 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün N71” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi №2” dairəvi möhür əsli “21 sentyabr 2021-ci il tarixdə..........Təqsirləndirilən şəxs2.....” yazı və imzalar olan zərfdə 1 ədəd konvalyut kəsiyində 2 ədəd üzərində “Tramadol 225 mg” yazılan qırmızı rəngli, dairəvi formalı həblər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, güclü təsir edən maddədir, 2 ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı, 0,450 qramdır (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,225 qramdır). Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Rəydən məlum olur ki, təqdim edilmiş 2 ədəd həbdən 1 ədədi tədqiqata sərf edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2021-ci il tаrixli, 1484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2021-ci il tаrixli, 1483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mtənasib olmamışdır. Belə ki, işdən görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda yəni, ümumilikdə 1,782 qram narkotik vasitə olan heroini, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda yəni, ümumilikdə 0,205 qram olan narkotik vasitə heroini qanunsuz əldə edib saxladıqlarını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişlər. Təqsirləndirilən şəxs2 özündə olan 1,782 qram narkotik vasitə olan heroindən 0,205 qramını- 0,167 qram və 0,038 qram çəkidə 2 ədəd kağız bükümlərdə olmaqla Təqsirləndirilən şəxs1 pay vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 avtomobilindən özünə məxsus qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,073 qram metamfetamin adlı psixotrop maddə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 yerdə qalan təmiz çəkisi 1,577 qram narkotik vasitə olan heroinin-0,514 qram heroini və 0,198 qram olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram və 0,776 qram olan heroini 2 ədəd sellofan büküm olmaqla maşının müxtəlif yerlərində saxlamışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Onun külli miqdarı 2 qramdan başlanır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 qanunsuz əldə edib saxladığı heroinin ümumi çəkisi 1,782 qram olmaqla şəxsi istehlak miqdarının aşağı həddindən 11 dəfə çox olmaqla yuxarı həddə yaxındır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin verməsi, onların birlikdə narkotik vasitədən istifadə etmələri, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi heroinlərin Cavoidan Əhmədovu özündə aşkar edilmiş heroinlərin bükümlərə bölünməsi, heroinin çəkisinin külli miqdara yaxın olması, Təqsirləndirilən şəxs1 metafetamin adlı psixotrop maddənin də aşkar edilməsi, onların narkotik vasitələrin müxtəlif növlərinin tanınması halları onların kifayət qədər ictimai təhlükəli olmalarından xəbər verir. Lakin məhkəmə hazırki iş üzrə məhkəmə qanunvericiliyinin cəza təyini ilə bağlı olan tələblərini nəzərə almamış, təqsirləndirilən şəxslər tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də, hadisənin baş vermə səbəbi, şəraiti nəticələri, həmçinin məhkumların şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz ağır cəzanın təyin edilməsini şərtləndirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin şəxsi istehlak miqdarından cüzi olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza təyin etməklə ədalətlilik prinsipini pozmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda təqsirləndirilən şəxslərə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(063)-7/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə müvafiq olaraq, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Ucar Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 1(063)-7/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında həbs edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında həbs edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-165/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-165/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver