Məhkəmə qərarları › İş №1(107)-166/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-166/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-166/2021 27.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 16 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1975-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, tutulana kimi Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanında yaşamış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun hazırkı işlə əlaqədar 01.11.2020-ci il tarixdən 03.11.2020-ci il tarixədək tutularaq Şəki Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerində saxlandığı üç günün ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq bir il iki ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 16 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, onun Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olmasının nəzərə alınması, iş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-yə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 5,95 və 449,98 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 03 ədəd sellofan torbada olan torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə, cəmi 69,10 manat ekspertizası xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi, iş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmamasının nəzərə alınması, onun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə dövlət hesabına 240 manat vəsait Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülməsi, “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22 müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öryət kəndinin yaxınlığındakı Şəki şəhər bələdiyyəsinə məxsus ərazidən, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq yabanı halda yetişmiş tərkibində narkotik maddələr olan çətənə kollarının budaqlarının qurumuş yarpaqlarından şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı yığıb, toplayıb, hazırlayıb, qablaşdırıb daşıyaraq Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanında saxlamış, 01 noyabr 2020-ci il tarixdə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq özü istifadə etmək üçün həmin narkotik vasitədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda götürüb üzərində daşıyaraq saxlamış, 01 noyabr 2020-ci il tarixdə, saat 15:30 radələrində Şəki ŞRPŞ-nin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanının yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,97 qram, həmçinin həmin tarixdə yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən çardağın altındakı, su çəninin altında olan mişar daşlarının arasından, 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 450 qram olmaqla, ümumilikdə 455,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişlər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslındırmışdır ki, məhkəmə hökm verərkən bəzi əsaslı halları nəzərə almadan ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkumluğunun olmasına baxmayaraq, islah olunmuş və məhkumluğu ödənilmişdir. 2 azyaşlı övladı və yaşlı, xəstə anasının himayəsində olması nəzərə alınmamışdır. Ailəsində ondan başqa işləyən yoxdur. Hərdən bir narkotik vasitə olan marixuanadan istifadə edir və narkoloji kabinetdə qeydiyyatdadır. Məhkəmə həmin halları nəzərə alıb ona müalicə təyin edə bilərdi, nəticədə ailəsini, övladlarını maddi və mənəvi yoxsulluğa düçar etmişdir. Ona görə də vacib olan bütün hallar nəzərə alınmalı və ədalətli hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi cinayətprosessual qanunvericiliyinin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtəfərli, tam və obyektiv aparmamış, ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xüsusatlara səthi yanaşmışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək demişdir: - Əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və həbs müddətim bitdikdən sonra yaşadığım evə geri dönərək ailəmlə birlikdə yaşamağa davam etmişəm. Bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisiyəm. Lakin tez-tez yox, sadəcə aradabir istifadə edirəm. 01 noyabr 2020-ci il tarixdə də həmişəki kimi nahardan sonra yenə ürəyim nəşə çəkmək istədi. Buna görə də gizlətdiyim mişar daşlarının arasında olan sellofan torbadan kibrit qutusuna nəşə yığıb çəkmək üçün küçəyə çıxdım. Bir müddət keçəndən sonra bir neçə mülki geyimli şəxs mənə yaxınlaşıb üzərimdə narkotik vasitə olmasına dair məlumatları olduğunu bildirib, məni polis şöbəsinə dəvət etdilər. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getdim. Polis şöbəsində üzərimdən içərisində narkotik vasitə olan kibrit qutusu aşkar olundu. Daha sonra müstəntiq başqa yerdə narkotik vasitə olubolmamasını soruşduqda artıq tutulduğumu düşünüb peşman olaraq evimdə, mişar daşlarının arasında narkotik vasitə saxladığımı bildirdim. Evimdə gizlətdiyim narkotik vasitənin yerini göstərdim və bu barədə protokol tərtib olundu. Baxış zamanı evin digər hissələrinə də baxış keçirildi, lakin heç bir qanunsuz əşya aşkar edilmədi. Daha sonra verilən suallara cavab verən Təqsirləndirilən şəxs bildirmişdir ki, polis şöbəsində qeyd olunan kibrit qutusunu əməliyyatçılar masanın üzərinə qoydular. Polis şöbəsində ifadə verərkən vəkil iştirak etməyib. Məni döymüşdürlər, lakin ciddi xəsarət almamışam. Evdə axtarış mənim iştirakımla aparılıb. Narkotik maddə mənə məxsus olmayıb. Bütün bunları nəzərə alıb mənə yüngül cəza verilməsini məhkəmədən xahiş edirəm. Birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər CMin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu bitdikdən sonra yaşadığı evə geri dönərək ailəsilə birlikdə yaşamağa davam etmişdir. Bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Lakin tez-tez yox, sadəcə aradabir istifadə edir. Hazırda da yas mərasimləri olanda orada çay paylayıb pul qazanır. 2020-ci ilin avqust ayının sonlarında rayonun Öryət kəndinə qışa hazırlıq üçün böyürtikən (mürəkkəb) yığmaq məqsədilə getmişdir. Həmin kəndə gedən zaman özü ilə plastik vedrə və sellofan torbada yemək götürmüşdür. Kəndə çatıb kənd ərazisində bir qədər mürəkkəb, yəni böyürtkən yığdıqdan sonra kolların arasında əvvəllər də tanıdığı bir neçə “nəşə” kolları olduğunu görmüş, istifadə etmək məqsədilə həmin koldan yemək gətirdiyi sellofan torbaya bir qədər nəşə yığmışdır. Daha sonra isə özü ilə götürdüyü plastik vedrəyə də böyürtkən yığmış və bir müddət sonra evə geri qayıtmışdır. O, evə qayıtdıqdan sonra sellofan torbaya yığdığı nəşəni ailə üzvləri görməsin deyə onu yaşadığı evin anbar hissəsində olan umivalnikin yanındakı su çəninin altında olan mişar daşlarının arasında gizlətmişdir. Həmin nəşəni orada gizlətdikdən sonra bir neçə dəfə kibrit qutusunda götürüb rayon ərazisində heç kimin görmədiyi yerdə istifadə etmişdir. 01 noyabr 2020-ci il tarixdə də həmşəki kimi nahardan sonra yenə ürəyi nəşə çəkmək istəmişdir. Buna görə də yenə həmin mişar daşlarının arasında olan sellofan torbadan üzərindəki kibrit qutusuna nəşə yığmış və daha sonra çəkmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra həmin nəşəni çəkmək üçün həm fürsət, həm də evin yaxınlığında gizlin bir yer axtaramağa başlamışdır. Bir müddət keçmiş, bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb üzərində narkotik vasitə olmasına dair məlumatları olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkili Musa müəllimin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən içərisində narkotik vasitə olan kibrit qutusu aşkar olunmuşdur. Şəxsi axtarış zamanı həmin nəşə, həmçinin mobil telefonu ağ zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra müstəntiq başqa yerdə narkotik vasitə olub-olmamasını soruşduqda, artıq tutulduğunu düşünüb peşman olaraq evində, yəni qeyd etdiyi kimi mişar daşlarının arasında narkotik vasitə saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarışdan sonra bu barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi tərəfindən imzalanmışdır. Bundan sonra isə baxış keçirilməsindən ötrü yaşadığı evə gedilmişdir. Həmin vaxt evə baxış keçirilməsinə etirazının olmamasını bildirib bu barədə ərizə yazmışdır. Daha sonra isə iki nəfər əvvəllər tanımadığı hal şahidi dəvət edilmişdir. Müstəntiq həmin hal şahidlərinə və digər iştirakçılara etirazının olub-olmamasını soruşduqda etirazının olmamasını demişdir. Daha sonra isə evində gizlətdiyi narkotik vasitənin yerini göstərmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, baxış zamanı evin digər hissələrinə baxış keçirilsə də, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Baxış bitdikdən sonra protokol digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. Bundan başqa, ifadəsində bildirmişdir ki, narkotiki 2020-ci ilin avqust ayının sonlarında rayonun Öryət kənd ərazisində özü istifadə etmək məqsədilə əldə etmiş evində narkotik olmasından ailə üzvlərinin xəbəri olmamış, kollar yabanı, yəni özbaşına olaraq bitmiş, kollar digər böyürtkən kollarının və ağaclıqların içərisində olmuş, ətrafını kol-kos basmış, buna görə də ona heç kim qulluq etməmişdir. Himayəsində iki azyaşlı uşağı və yaşlı anası vardır. Əməlindən peşmandır. Bütün bunları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Tural Əfəndizadə apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirimiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2020-ci il tarixdə Şəki ŞRPŞ-də xidməti fəaliyyəti ilə məşğul olan zaman Şəki şəhər sakini “Mənsur” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Mənsur» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 01 noyabr 2020-ci il tarixdə «Mənsur» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı «Mənsur» adlı şəxsin Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanında yaşayana Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanı yaxınlığında olması müəyyən edildiyindən, həmin əraziyə gedib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduğunu bildirmiş və ona narkotik vasitə əldə etməkdə məlumat əldə etdiyi üçün birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün o, polis şöbəsinə gətirilmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Onun üstünə şəxsi axtarış keçirilməsi X7a həvalə edilmişdir. X7 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi1 seçmişdir. Az sonra vəkil Müdafiəçi1 gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində xidmtət aparan Kamran Sabirli dəvət edilmişdir. Az sonra Kamran Sabirli gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, onun, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sol iç cibindən 01 ədəd mobil telefon, əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd balaca ölçülü şəffaf şüşə qabı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab vermişdir. Təqsirləndirilən şəxs əllərini qaldırması təklif edilmiş və o, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əynindəki köynəyə, gödəkçəyə, şalvara və digər geyim əşyalarında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq sarı rəngli şalvarın sol yan cibindən bükülmüş vəziyyətdə, ağ rəngli solfet parçası aşkar edilmişdir. Həmin salfet parçasının içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağındakı ayaqqabılarını çıxartması təklif edilmiş, həmin şəxs ayaqqabılarını çıxartmış, ayaqqabılarını çevirərək silkələmiş, da sonra ayaqqabıların içərisinə bir-bir baxılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ayaqqabılarını geyinməsi bildirildiyindən o, ayaqqabılarını ayaqlarına geyinmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif edilmiş, həmin vaxt aşkar edilmiş 01 ədəd salfet parçası müstəntiq tərəfindən iş üçün əhəmiyyət kəsb edilmədiyi qeyd edilib özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoduğu 01 ədəd cib dəsmalını götürüb özünə məxsus olan cib dəsmalı olduğunu bildirmişdir. Həmin vaxt, o, cib dəsmalını açaraq içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet olmadığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli, Samsung markalı mobil telefonu göstərib özünə məxsus olduğunu bildirmişdir. Daha sonra 01 ədəd kibrit qutusunu götürüb özü istifadə etdiyi, yığdığı, kanapilyar olduğunu bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin kütləni haradan yığdığı soruluşulduqda o, Öryət kəndinin ərazisindən mürəbbə və kompot üçün böyürtkən yığmağa gedən zaman kolların arasında yığdını bildirmişdir. Nə vaxt getdiyi soruşulduqda o, avqust ayında getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs böyürtkən yığmağa getməsi soruşulduqda o, qışa hazırlıq üçün böyürtkən yığmağa getdiyini, orada nəşə bitkisini kolların arasında gördüyünü, yabanı halda çoxlu halda bitdiyini bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən verilən suallarına cavab olaraq böyürtkən yığmağa tək getdiyini, narkotik vasitəni yemək götürdüyü qaba yığaraq gətirib evində padval deyilən yerdə, kərpiclərin arasında gizlətdiyini bildirmişdir. Hazırda olan narkotik vasitəni istifadə etmək məqsədilə üzərində gəzdirmiş, evdə saxlamağından ailə üzvlərinin xəbərinin olmamış, həmçinin həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Yaşadığı evdə olan narkotik vasitəni tədqim edə biləcəyini demiş, həmçinin evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus Veqas markalı 01 ədəd siqaret qutusunun içərisindən 18 ədəd siqaret giləsindən, başqa qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs şüşə qabın içərisində nə olduğu soruşulduqda, o, ətir olduğunu bildirmişdir. Həmin şüşə qaba baxdıqda həqiqətən də içərisində ətir olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, narkotik vasitəyə oxşar kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin gümüşü bükülü içərisində olan narkotik vasitəyə bənzər şəffaf rəngli kütlə zərfə qoyulmuş, zərfin ağızı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Samsung Duas, qara rəngli mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd şüşə qabda olan ətir iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Bundan sonra isə müstəntiq şəxsi axtarış yekunlaşdırıldğını bildirib videoçəkilişin nümayiş etdirilməsi və protokol tərtib edilməsi məqsədilə videoçəkiliş dayandırılmış, daha sonra müxtəxəssis tərəfindən videoçəkiliş quraşdırılmış və hər bir iştirakçı videoçəkilişə baxaraq heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra yenidən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə etirazının olub olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmiş və bundan sonra bu barədə ərizə yazmışdır. Daha sonra isə Şəki ŞRPŞ-nin xidməti avtomobilləri ilə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanına gedilmiş, baxış keçirilməzdən əvvəl müstəntiq iştirak etmək üçün iki nəfər hal şahidinin dəvət edilməsini xahiş etmiş və yaxınlıqda olan, əvvəllər tanımadığı, iki nəfər şəxs ayrılıqda dəvət edilmişdir. Hal şahidlərinə dəvət edildikdən sonra onlara hüquq və vəzifələri izah edilmişdir. Onlara Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçiriləcəyi, baxışda iştirak etməklərinə dair etiraz və vəsatətələrinin olub olmaması soruşulduqda, onlar heç bir etirazlarının olmadığını bildirmişdir. Həmçinin, həmin vaxt hal şahidlərinə baxışda iştirak edən Təqsirləndirilən şəxs, onun müdafiçəsini, müstəntiqə və digər iştirakçılara etirazlarının olub-olmaması soruşulduqda onlar "xeyr" deyə cavab vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hal şahidlərini tanıyıbtanımaması, arasında ədavət və düşməçiliklərin olub-olmaması souşulduqda, o, həmin şəxsləri tanımadığını, onların arasında heç bir ədavət və düşmənçilikləri, həmçinin baxışda iştiraklarına dair etiraz və vəsatətlərinin olmadığını bildirilmişdir. Bundan sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə kimi təqdim etəcəyi kütləni göstərməsi təklif olunmuşdur. Ondan sonra onun, iştirakçıları və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlanılmışdır. Evə beton pilləkənlərlə qalxılır. Evin ön hissəsi altıacıqla əhatə olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin zirzəmisinin pəncərəsi yaxınlığında olan su çənini göstərib narkotik vasitəni onun altına qoyulmuş mişar daşlarının arasında gizlətdiyini bildirmişdir. Ondan sonra həmin şəxsə narkotik vasitə kimi təqdim etdiyi kütləni gizlətdiyi yerdən çıxarıb təqdim etməsi təklif edilmişdir. O, dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasına əlini salıb göy rəngli sellofan tobanı çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın ağızı açılaraq baxıldığında, içərisində yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi sual olunduqda, o 2020-ci iln avqust ayında Öryət kəndi ərazisindən böyürtkən toplayarkən oradan kol-kosun arasından yabanı halda bitmiş çətənə kollarından yığdığını və yaşadığı evə gətirib özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Həmin vaxt bütün iştirakçılarla birlikdə sellofan torpabya müstəntiq tərəfindən baxış keçirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəksinin, təkibinin və narkotik vasitə olub-olmamasının müəyyən edilməsi və ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd ağ zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs evinin digər hissəsində narkotik vasitə olub-olmaması soruşulduqda o, xeyr deyə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin digər hissələrinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ondan sonra hadisə yerinə keçirilmiş baxışla əlaqdar müstəntiq tərəfindən protokol tərtib olunaraq uca səslə oxunmuşdur. Həmin vaxt o, digər iştirakçılar və hal şahidləri tərəfindən hər hansı bir etiraz və ya vəsatət daxil olmamış, bundan sonra bütün iştirakçılar kimi protokol imza edilmişdir. Bundan başqa, ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin onunla heç bir qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Digər Şahid1 08.02.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirimiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. 01 noyabr 2020-ci il tarixdə axşam radələrində Şəki şəhər ərazisində, “Qışlaq” adlanan ərazinin yaxınlığında 11 saylı məktəbin yanında olan zaman bir nəfər yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edib yaxınlıqda olan bir evə baxış keçirilməsinin zərurətini bildirib baxışda hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişdir. Etiraz etməyərək polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə, yaxınlıqda olan Q.Məmmədli küçəsi, ev 46 ünvanının giriş qapısına getmişdir. Ora getdikdən sonra polis əməkdaşı əvvəllər tanımadığı bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişdir. Həmin vaxt digər polis əməkdaşı özünü X7 kimi təqdim etmişdir. Daha sonra digər hal şahidinin müstəntiqin təqdim etməsinə görə Şahid4 olmasını bilmişdir. Həmin vaxt müstəntiq, o və Şahid4 orada olan, əvvəllər tanımadığı, bir nəfər şəxsi göstərib onun, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını bildirib, üzərinə şəxsi axtarış keçirilib narkotik vasitəyə oxşar kütlə aşkar olunduğunu və həmin vaxt özünün bildirməsinə görə evində narkotik vasitə olduğunu və bununla bağlı onun yaşadığı evinə baxış keçiriləcəyini, baxışda iştirak etməyinə dair etiraz və vəsatətələrin olub-olmaması soruşulduqda, o və Şahid4, heç bir etirazlarının olmadığını bildirmişlər. Həmçinin, həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs, onun müdafiçəsini və digər iştirakçılara etirazlarının olub-olmaması soruşulduqda "xeyr" deyə cavab vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu və Şahid4 tanıyıb tanımaması, arasında ədavət və düşməçiliklərin olub-olmaması souşulduqda o, tanımadığını, onların arasında heç bir ədavət və düşmənçilikləri, həmçinin baxışda iştiraklarına dair etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Daha sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə kimi təqdim edəcəyi kütləni göstərməsi təklif olunmuş, ondan sonra onun, digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlanılmışdır. Evin ön hissəsi altıacıqla əhatə olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin zirzəmisinin pəncərəsi yaxınlığında olan su çənini göstərib onun altına qoyulmuş mişar daşlarının arasında gizlətdiyini bildirmişdir. Ondan sonra ona narkotik vasitə kimi təqdim etdiyi kütləni gizlətdiyi yerdən çıxarıb təqdim etməsi təklif edilmişdir. Mənsur dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasına əlini salıb göy rəngli sellofan tobanı çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın ağzı açılaraq baxıldığında içərisində yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi sual olunduqda, həmin şəxs 2020-ci ilin avqust ayında Öryət kəndi ərazisindən böyürtkən toplayarkən oradan kol-kosun arasından yabanı halda bitmiş çətənə kollarından yığdığını və yaşadığı evə gətirib özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Həmin vaxt bütün iştirakçılarla birlikdə sellofan torpaba müstəntiq tərəfindən baxış keçirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəkisinin, təkibini və narkotik vasitə olub-olmamasının müəyyən edilməsi və ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd ağ zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs evinin digər hissəsində narkotik vasitə olub-olmaması soruşulduqda, o, xeyr deyə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin digər hissələrinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Ondan sonra hadisə yerinə keçirilmiş baxışla əlaqdar müstəntiq tərəfindən protokol tərtib olunaraq uca səslə oxunmuşdur. Həmin vaxt o, digər iştirakçılar tərəfindən hər hansı bir etiraz və ya vəsatət daxil olmamışdır. Bundan sonra bütün iştirakçılar kimi tərəfimdən baxış protokolu imza edilmişdir. Digər Şahid4 Nimət oğlu ibtidai istintaq zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Bunlardan başqa, cinayət işinin materiallarında olan 01.11.2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 01.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 01.11.2020-ci il tarixli baxış protokolundan görünür ki, 01.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanına keçirilmiş baxış zamanı dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasından göy rəngli sellofan tobanının içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “İnvitro” X2 daxil olmuş 02.11.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ekspress metodu ilə 02.11.2020-ci il tarixdə marixuana istifadə etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 02.11.2020-ci il tarixli 17/586 nömrəli bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəksi -5,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək 01 ədəd...” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan torbada, təmiz çəkisi – 450,00 qram olan bitki mənşəli kütlə tərkinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiq edilən marixuananın ümumi təmiz çəkisi 455,97 qram olmuş, hər obyektdən 0,02 qram olmaqla tədqiqata 0,04 qram sərf edilmiş 455,93 qram qalıq qalmışdır. Ekspertiza xərci 34,55 manat təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 27 noyabr 2020-ci il tarixli 17/603 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış ağ kağızlarda “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş torpaq nümunəsi” sözləri yazılmış, üç ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş üç ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Ekspert qarşısında qoyulmuş “Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilərək götürülmüş çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın yabanı formada bitməyə, yaxudda kultivasiya edilərək əkilibbecərilməyə aiddir?” sualı ekspertin zəruri biliyindən kənara çıxdığından cavablandırmaq mümkün olmadı. Ekspertiza xərci 34.55 manat təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə narkoloji ekspertizanın 07 dekabr 2020-ci il tarixli 1012 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinodilərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhəti görülür. İş üzrə təyin olunmuş məhkəmə psixiatrik ekspertizanın 04 dekabr 2020-ci il tarixli 659 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş üzrə Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 09.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10.05.2018-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.12.2018-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası dəyişdirilərək ona iki il müddətə məhdudlaşdırılması cəzası təyin olunmuş, həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan 11.11.2020-ci il tarixli 665 nömrəli Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan 17.11.2020-ci il tarixli 2771 nömrəli ünvan 3 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 1975-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs 21.01.2018-ci il tarixdən “Kannabnoidlərin qəbulu ilə əlaqəli psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX Publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 21.11.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21.11.2020-ci il tarixli, 183 saylı arayışdan görünür ki, Şəki şəhəri “Çələbixan” məhəlləsində yaşayan Təqsirləndirilən şəxs 2007-ci il təvəllüdlü Tunar Ağaəzizov və 2005ci il təvəllüdlü Altan Ağaəzizov adlı 2 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.11.2020-ci il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 03 noyabr 2020-ci il tarixli 2035 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülən cinayət əməlində özünü qismən təqsirli bilsə də, ancaq cinayət işində olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə protokoldan (i. v. 42-51), baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan (i. v. 54-58), 02-03 noyabr 2020-ci ildə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (i. v. 90-95, 107-109), barəsində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Şəki Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (i. v. 117), habelə 20 noyabr 2020-ci ildə ifadənin yerində yoxlanılması istintaq hərəkətinə dair protokol və fotoşəkillərdən (i. v. 165-169) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edimiş narkotik vasitə olan marixuanın ona məxsus olmasını və cinayət törətdiyini etiraf etmişdir. Bundan başqa, məhkəmə narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 1012 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinodilərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhəti görülür. Qeyd olunanlarla yanaşı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğuna nəzər salanda müəyyən olunur ki, o, bundan əvvəl də Şəki Ağır Cinayətlər Məhkəməsinin 10.05.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 18.12.2018-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək ona 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bunlardan əlavə, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, polis şöbəsində qeyd olunan kibrit qutusunu əməliyyatçılar masanın üzərinə qoymuş, orada ifadə verərkən vəkil iştirak etməmiş, onu polislər döymüş, lakin ciddi xəsarət almamışdır. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, 01 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli bilinib, üstünə şəxsi axtarış keçirilməsi üçün Şəki ŞRPŞ-ya gətirilmiş, üstündə şəxsi axtarış keçirilməzdən əvvəl Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, vəkillərdən Müdafiəçi1 seçmiş, az sonra vəkil Müdafiəçi1 gəlmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sol iç cibindən 01 ədəd mobil telefon, əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd balaca ölçülü şəffaf şüşə qabı çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab vermiş, sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əynindəki köynəyə, gödəkçəyə, şalvara və digər geyim əşyalarında şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq sarı rəngli şalvarın sol yan cibindən bükülmüş vəziyyətdə, ağ rəngli solfet parçası aşkar edilmiş, həmin salfet parçasının içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmiş, həmin salfet parçasının içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağındakı ayaqqabılarını çıxartması təklif edilmiş, həmin şəxs ayaqqabılarını çıxartmış, ayaqqabılarını çevirərək silkələmiş, da sonra ayaqqabıların içərisinə bir-bir baxılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, daha sonra 01 ədəd kibrit qutusunu götürüb özü istifadə etdiyi, yığdığı, kanapilyar olduğunu bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs həmin kütləni haradan yığdığını soruşanda o, Öryət kəndinin ərazisindən mürəbbə və kompot üçün böyürtkən yığmağa gedən zaman kolların arasında yığdını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan narkotik vasitəni tədqim edə biləcəyini demiş, həmçinin evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra isə müstəntiq şəxsi axtarışın yekunlaşdığını bildirib, videoçəkilişin nümayiş etdirilməsi və protokol tərtib edilməsi məqsədilə videoçəkiliş dayandırılmış, daha sonra isə mütəxəssis tərəfindən videoçəkiliş quraşdırılmış və hər bir iştirakçı videoçəkilişə baxaraq heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişlər. Bundan sonra yenidən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1 iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmiş və bundan sonra bu barədə ərizə yazmış, Şəki ŞRPŞ-nin xidməti avtomobilləri ilə Təqsirləndirilən şəxs yaşadığı, Şəki şəhəri, Q.Məmmədli küçəsi, ev 46 ünvanına gedilmiş, baxış keçirilməzdən əvvəl müstəntiq iştirak etmək üçün iki nəfər hal şahidinin dəvət edilməsini xahiş etmiş və yaxınlıqda olan, əvvəllər tanımadığı, iki nəfər şəxs ayrılıqda dəvət edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə kimi təqdim edəcəyi kütləni göstərməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs evin zirzəmisinin pəncərəsi yaxınlığında olan su çənini göstərib narkotik vasitəni onun altına qoyulmuş mişar daşlarının arasında gizlətdiyini bildirmiş, sonra həmin şəxsə narkotik vasitə kimi təqdim etdiyi kütləni gizlətdiyi yerdən çıxarıb təqdim etməsi təklif edilmiş və o, dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasına əlini salıb göy rəngli sellofan tobanı çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın ağızı açılaraq baxıldığında, içərisində yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs nə üzərində və evində axtarış aparılarkən, nə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, nə də birinci instansiya məhkəməsində polis şöbəsində ondan aşkar edilmiş kibrit qutusunun əməliyyatçılar tərəfindən masanın üzərinə qoyulması, orada ifadə verərkən vəkilin iştirak etməməsi və polislərin onu döyməsi, lakin ciddi xəsarət almaması barədə heç bir dövlət orqanına şikayət etməmiş, barəsində qətimkan tədbiri seçilərkən də Şəki Rayon Məhkəməsində bu barədə heç bir fikir səsləndirməmiş, öz müdafiəçisinə belə bununla bağlı heç bir məlumat verməmişdir. Ona görə də bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, onun bu dəlilləri müdafiə xarakteri daşıyır və heç bir əsası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Apellyasiya şikayətlərində və məhkəmələrdə verdiyi ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci nistansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barədə seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar