Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-168/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X7 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) 13 may 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1987-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, orta təhsilli, ailəli, əvvəllər məhkum оlunmаmış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, himayəsində iki azyaşlı uşağı olan, Balakən rayonu Mahamalar kəndində qeydiyyаtdа оlаn və həbs olunanadək Balakən rayonu Qasbinə kəndində yaşamış, 17.10.2019-cu il tarixdən ev dustaqlığında olmuş, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hal-hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs1 Cərullah оğluna Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı) ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin "xxxx" qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 avqust 2019-ci il tarixdən hesablanması, barəsində seçilmiş "xxxx" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir; 10 avqust 1987-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, kommersiya fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, himayəsində iki аzyаşlı uşаğı оlаn, Balakən rayonu Mahamalar kəndində qeydiyyаtdа оlаn və həbs olunanadək Balakən rayonu Qasbinə kəndində yaşamış, 17.10.2019-cu il tarixdən ev dustaqlığında olmuş, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hal-hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə ona verilmiş ümumi ittihamdan çıxarılmış, o, Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-in 188.1-ci mаddəsi ilə 6 (altı) ay müddətə аzаdlıqdаn məhrumetmə cəzаsı, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzаsı təyin edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablanmış, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin "xxxx" qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 avqust 2019-ci il tarixdən hesablanması, barəsində seçilmiş "xxxx" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir işin halları: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, onlar qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutub həmin torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanusuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda narkotik tərkibli bitkiləri əkib yetişdirməklə kultivasiya etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 Cərullah oğlu və X11 2019-cu ilin yazında qanunsuz olaraq torpaq sahəsini zəbt edərək çətənə bitkisi əkib yetişdirməklə bağlı əvvəlcədən razılaşaraq bir qrup şəxs halında, bu məqsədlə həmin ilin may ayında Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətində olan, Zaqatala rayonu Lahıc kəndindəki “Gər yanı” adlanan ərazidə yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına zəbt etmişlər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında orada bir-birinə yaxın yerləşən üç ayrı-ayrı ərazini ağac və kollardan təmizləyib əkin üçün hazırladıqdan sonra, təxminən 5-6 il əvvəl Balakən rayonunun Qasbinə kəndi ərazisində yerləşən meşədən taparaq əldə etdikləri çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazilərdə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən diblərini yumşaltmaqla və su verməklə külli miqdarda, yəni ümumilikdə 121 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmişlər. 28 avqust 2019-cu ildə, saat 09 radələrində qanunsuz olaraq kultivasiya etdikləri çətənə bitkilərinin yarpaqlarını sahəsi 10x5 metr olan ərazidən 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana toplamaqla qara rəngli sellofan torbaya yığmışlar. Sonra sahəsi 9x7 metr olan əraziyə keçərək qurutmaq məqsədilə həmin sahədə olan çətənə bitkilərinin bir hissəsini kökündən çıxartmış, qalanını isə dibindən qopararaq torpağın üzərinə atmışlar. Saat 10 radələrində isə sahəsi 9x5 metr olan 3-cü əraziyə keçərkən polis əməkdaşları tərəfindən həmin ərazidə saxlanılmışlar və əraziyə baxış zamanı kollardan təmizlənərək əkinə yararlı hala salınmış, sahəsi 9x5 metr olan ərazidə yaş halda 63 ədəd köküstə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 ədəd isə kökündən çıxarılmış halda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), 01 ədəd qara rəngli sellofan torbanın içərisində, yaş halda təmiz çəkisi 1265 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, sahəsi 9x7 metr olan ərazidə yaş halda 16 ədəd, bir hissəsi kökündən çıxarılmış, bir hissəsi isə gövdəsindən qırılmış vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd isə kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), sahəsi 10x5 metr olan ərazidə isə yaş halda, 15 ədəd kökündən çıxarılmış, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs1 Cərullah oğlu və X11 CM-in 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Cərullah oğlu və X8 Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddə onlara verilmiş ümumi ittihamdan çıxarılmış, onlar CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəza təyin edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən apelyasiya protesti, həmçinin Təqsirləndirilən şəxs1 Cərullah oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 1(107)-100/2020 nömrəli hökmü ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü onların CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinmələri və bu maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onların əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından hər birinə CM-in 188.1-ci maddəsi ilə bəraət verilmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 hər birinin üzərində onlara təqsirli bilindikləri CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli, 1(091)-30/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 1(107)-100/2020 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 1(102)-316/2021 nömrəli qərarı ilə kassasiya protesti qismən təmin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 və X5 barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilmişdir. apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı3 verdiyi apelyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.05.2020-ci il tarixli hökmünün (CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan həmin maddənin təqsirləndirilən şəxslərə verilmiş ümumi ittihamdan çıxarıldığı hissədə) qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Cərullah oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 Cərullah oğlu verdiyi apelyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.05.2020-ci il tarixli hökmünün ona münasibətdə ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.05.2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayətləri, eləcə də apelyasiya şikayəti və apelyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 Cərullah oğlu və onun müdafiəçisi X2 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, özləri tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X14 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı4 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apelyasiya protesti və apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçiələrinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 Cərullah oğlu dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, özü tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 оğlu ona qarşı irəli sürülmüşCM-in 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir) təqsirli bilərək ifadəsində göstərdi ki, dostu Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin yaz aylarında Zaqatala rayonu Lahıc kəndində olan çayda balıq tutmağa gedərkən orada sıx meşəlik sahə olduğunu görərək özündə olan çətənə bitki toxumlarını həmin əraziyə səpərək narkotik bitki əkmək qərarına gəlmişlər. Toxumları da təxminən 5-6 il əvvəl Balakən rayonu Qəsbinə kəndində yerləşən meşədən tapmışdır. Pərvizə həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi təklif etmişdir. Razılaşmışlar. Narkotik vasitə əldə edərək özləri istifadə etmək qərarına gəlmişlər. Narkotik vasitəni kiməsə satacaqları barədə heç kim ilə razılıqları olmamışdır. 2019-cu ilin may ayında dəqiq tarixi yadında qalmayan gündə onlar çətənə bitkisinin toxumlarını elə balıq ovuna getdiyi Zaqatala rayonunun Lahıc kəndində, “Gər yanı” adlanan ərazidə, meşə sahəsində əkmək qərarına gəlmişlər. Onlar Balakən rayon Qasbinə kəndində yerləşən meşə sahəsində gizlətdiyi toxumları götürüb, Zaqatala rayon Lahıc kəndində yerləşən çayın kənarına getmişlər. Balta ilə bir qədər ağac və kolluqları kəsərək meşənin içərisinə yol açmışlar. Toxumları səpmək üçün bir-birinə yaxın, lakin yolları fərqli olan üç yerdə ərazini təmizləyib həmin yeri əkin üçün hazırlamışlar. Qeyd edilən üç yer bir-birinə yaxın olsa da, aralarında sıx ağac və kol olduğu üçün birbaşa keçmək mümkün olmamışdır. Hər üç sahəyə özləri ilə gətirdiyi toxumları bir günün içində həmin yerlərə səpib getmişlər. Bir müddət sonra həmin sahəyə özləri ilə su şlanqı və əllə işləyən mexaniki nasos götürmüşlər. Təxminən həmin sahəyə 10 dəfə getmişlər. Hər dəfəsində həmin sahəyə gedəndə çətənə bitkilərini alaqdan təmizləyir, diblərini yumşaldır və şlanqla sahəni suvarırdılar. 28 avqust 2019-cu ildə səhər saatlarında evdə qara rəngli kapron corabdan iki ədəd maska düzəltmiş və götürmüşdür ki, istifadə etsinlər ki, görənlər olsa onları tanınmasınlar. Çətənə bitkilərini əkdiyi sahəyə girəndə həmin corabları başlarına keçirtmişlər. Onlar sahələrin birinə girib orada bitən 15 ədəd çətənə bitkilərini kökündən qırıb yerə sərmişlər. Sonra da həmin bitkilərin yarpaqlarını özləri ilə gətirdikləri qara rəngli sellofan torbaya yığmışlar. İkinci sahəyə keçib orada olan 16 ədəd çətənə bitkilərini kökündən və gövdəsindən qırıb yerə sərmişlər. Bitkinin bəzilərinin kök hissəsi torpaqda qalmışdır. 3-cü sahəyə keçəndə 4 nəfər polis əməkdaşları onları saxlamışdır. Cəmi 121 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1265 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana, 01 (bir) ədəd torpaq qazan bel, milçək öldürən dərman, 01 (bir) ədəd 10 qramlıq şpris, üstündə “BMW” və “SAMURAY” yazısı olan polietilen torbalar, 01 (bir) ədəd ağımtıl rəngli polietilen torba, 11 (on bir) ədəd üstündə “QAX” yazısı olan bir litrlik göy rəngli butulka, 01 (bir) ədəd vedrə, üstündə “Final” yazısı olan 03 (üç) ədəd 5 litrlik boş qab, üstündə “Coca Cola” yazısı olan iki litrlik plastik qab və sapı ilə birlikdə dırmıq, 02 (iki) ədəd şpris, 01 (bir) ədəd şlanq qalıqları, 01 (bir) ədəd sarı rəngli su başlığı və şlanq başlığı, 01 (bir) ədəd üzərində “QAX” yazısı olan 1 (bir) litrlik plastik qab, 01(bir) ədəd qara saplı bıçaq və ağ rəngli sellofan torbada cığaralar aşkar edilmişdir. Daha sonra 5 metr kənara, yəni çay tərəfə düşmüşlər. Orada kol-kosun arasında 01 (bir) ədəd bir litrlik su vurmaq üçün əllə işləyən mexaniki nasos, 5 litrlik su qabı, 01 (bir) ədəd üstündə “QAX” sözü yazılmış bir litrlik plastik qab, qırmızı rəngli şlanq qalığı, başlıq və qayka ilə birlikdə çoxlu sayda şlanq qalıqları aşkarlanmışdır. Aşkar edilərək götürülmüş bitkilər və əşyalar açıq sahəyə yığılıb qablaşdırılmışdır. Sonda protokol tərtib edilmiş və o, digər iştirakçılarla birlikdə protokolla tanış olub həmin sənədi imzalamışdır. Tutduğu əməldən peşmandır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona qarşı CM-in 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən (CM-in 234.4.1 maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmir) təqsirli bilərək Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, tutduğu əməldən peşmandır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən “Gər yanı” deyilən ərazi Bələdiyyənin torpağıdır. Kənd təsərrüfatı təyinatlı deyildir. 2019-cu ilin avqust ayında onun məlumatı olmuşdur ki, Balakən rayon sakinləri Pərviz və Aydın tərəfindən qanunsuz olaraq həmin ərazi zəbt edilmiş, orada narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Həmin ərazidə əkin aparıması barədə Aydın və Pərvizə har hansı bir formada icazə verilməmişdir. Təqsirləndirilən şəxslər ilə barışmışdır. Onlardan heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 28 avqust 2019-cu ildə Zaqatala rayonu Lahıc kəndi ərazisində “Gər yanı” adlanan əraziyə baxış keçirilən zaman birinci yerdə 63 ədəd çətənə koluna oxşar bitki, 21 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), həmçinin qara rəngli polietilen torba aşkarlanmışdır. Torbanın içərisində yaş halda marixuana olmuşdur. Həmçinin həmin ərazidə vedrə, şlanq, dərmanvuran qab, plastik qutular, qayçı da aşkarlanmışdır. İkinci yerə baxış keçirilən zaman orada 16 ədəd gövdədən qırılmış çətənə kolu, 6 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri aşkarlanmıdır. Üçüncü yerdə isə 15 ədəd çətənə kolu və həmin yerin yaxınlığında bel, milçəköldürən dərman, şpris, polietilen torbalar, plastik qablar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 və A.Pixriyev hər üç talada olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə onlar tərəfindən qulluq edilərək yetişdirildiyini, aşkar edilən əşyalardan isə çətənə kollarına aqrotexniki qaydada qulluq göstərilməsində istifadə edildiyini bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 28 avqust 2019-cu ildə Zaqatala rayonu Lahıc kəndi ərazisində çətənə kolları əkilmiş əraziyə baxış zamanı mütəxəssis kimi iştirak etmiş və həmin ərazilərdə aşkar edilən çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsini bildirmiş və bu barədə rəy yazaraq vermişdir. Baxış zamanı birinci yerdə 63 ədəd çətənə koluna oxşar bitki, 21 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri (budaq və saplaqları), həmçinin qara rəngli polietilen torba aşkarlanmışdır. Torbanın içərisində də yaş halda marixuana olmuşdur. İkinci yerdə 16 ədəd gövdədən qırılmış çətənə kolu, 6 ədəd çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələri aşkarlanmışdır. Üçüncü yerdə isə 15 ədəd çətənə kolu və həmin yerin yaxınlığında bel, milçək öldürən dərman, şpris, polietilen torbalar, plastik qablar aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 28 avqust 2019-cu ildə Zaqatala rayon Lahıc kəndindən keçən zaman qarşısına “VAZ-2106” markalı ** BB *** nömrəli avtomobil çıxmışdır. Zaqatala rayonu Lahıc kəndində yaşayan kənd camaatının demək olar ki, hamısını tanıdığından avtomobildə olan iki nəfər şəxslərin həmin kənddən olmadığını anlamışdır. Həmin maşının yanından keçən zaman maşındakı şəxslər ona çox şübhəli göründüyündən avtomobili yolun kənarında saxlamışdır. Bu zaman ** BB *** nömrəli maşının Lahıc kəndinin çöl ərazisi tərəfə dönməsini görmüşdür. Bu hal da onu şübhəyə salsa da, yoluna davam edib Zaqatala rayonu Əliabad qəsəbəsində onu gözləyən yoldaşı Şahid5 olduğu yerə getmişdir. Raminlə Zaqatala rayonu Lahıc kəndinə qayıdıb çöllük əraziyə çatanda ** BB *** nömrəli maşının həmin ərazidə yolun kənarında olduğunu görmüşlər. Maşın yolun kənarında olsa da, avtomobildə heç kim olmadığını görüb bu barədə telefonla post patrul xidmətinin manqa komandiri Şahid6 məlumat vermişdir. Sonra da maşından düşüb həmin ərazini gəzmişlər. Həmin müddətdə yanlarına manqa komandiri Nürəddin Atayev və Şahid6 də gəlmişlər. Dördü də həmin ərazini gəzib maşınla həmin yerə gələn şəxsləri axtararkən görmüşlər ki, iki nəfər şəxs kolluq ərazidədirlər və başlarında da maska var. Şəxslərin olduqları yerdə də çoxlu sayda çətənə bitkiləri vardır. Dərhal həmin şəxsləri saxlayıb bu barədə Zaqatala rayon polis şöbəsinə məlumat vermişlər. Şahid6 və Nürəddin Atayev həmin şəxsləri polis şöbəsinə aparmış, onlar isə hadisə yerində qalaraq hadisə yerini mühafizə etmişlər. Şahidlər Şahid5 və Şahid6 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İşdə olan 28 avqust 2019-cu il tarixli şəxsi axtarış potokolundan görünür ki, X11 və Təqsirləndirilən şəxs1 hər birinin şalvarının sağ yan cibindən üzdən tanınmaması üçün istifadə etdikləri bir ədəd qara rəngli maska aşkarlanaraq götürülmüşdür. İşdə olan 28 avqust 2019-cu ildə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zaqatala rayon Lahıc kəndinin "Gər yanı" adlanan hissəsində sahəsi 9x5 metr olan yerdə 63 (altmış üç) ədəd çətənə koluna oxşar bitki, qara rəngli polietilen torbada yaş halda olan marixuanaya oxşar yaşıl kütlə aşkarlanmışdır. Sahəsi 9x5 metr olan yerdə 01 (bir) ədəd vedrə, 20 (iyirmi) metr - üstündə qırmızı başlığı olan şlanq, başlığı ilə birlikdə dərmanvuran bir litrlik qab, üstündə “Fanta” yazısı olan iki litrlik 01 (bir) ədəd butulka və 2 (iki) ədəd qayçı aşkarlanmışdır. Sahəsi 7x9 metr olan sahəyə baxış keçirilən zaman 16 (on altı) ədəd gövdədən qırılmış çətənə koluna oxşar bitki və həmin bitkilərin 16 (on altı) ədəd kökü aşkarlanmışdır. Sahəsi 7x9 metr olan yerdə sapsız 01 (bir) ədəd bel, üstündə “OFF” yazısı olan milçəköldürən dərman, 01 (bir) ədəd 10 qramlıq şpris, üstündə “BMW” yazısı olan göy rəngli polietilen torba, üstündə “SAMURAY” yazısı olan yaşıl rəngli torba, 01 (bir) ədəd ağımtıl rəngli polietilen torba, 11 (on bir) ədəd üstündə “QAX” yazısı olan bir litrlik göy rəngli butulka aşkarlanmışdır. Sahəsi 10x5 metr olan yerə baxış keçirilən zaman 15 (on beş) ədəd çətənə koluna oxşar bitki aşkarlanmışdır. Həmin sahədə 01 (bir) ədəd vedrə, üstündə “final” yazısı olan 03 (üç) ədəd 5 litrlik boş qab, üstündə “Coca Cola” yazısı olan iki litrlik butulka və sapı ilə birlikdə dırmıq aşkarlanmışdır. Sonuncu yerdən 7 metr aralıda fındıq ağacının alt hissəsində üstündə “İnjekt” yazısı olan 02 (iki) ədəd şpris, 01 (bir) ədəd 2,5 metr şlanq qalığı, 01 (bir) ədəd 110 sm şlanq qalığı, 01 (bir) ədəd 15 sm şlanq qalığı, 01 (bir) ədəd sarı rəngli su başlığı və sarı rəngli şlanq başlığı, 01 (bir) ədəd “QAX” suyunun 1 (bir) litrlik butulkası, 01 (bir) ədəd qara rəngli tutacağı olan bıçaq və ağ rəngli sellofan torbada cığaralar aşkar edilmişdir. Daha sonra sonuncu yerdən 5 metr aralıda, çay tərəfdə kol-kosun arasında 01 (bir) ədəd kaçalka (suvuran vasitə), üstündə “Yurdum” yazısı olan 5 litrlik qab, 01 (bir) ədəd “QAX” suyunun bir litrlik butulkası, 15 sm qırmızı rəngli şlanq qalığı, başlıq və qayka ilə birlikdə şlanq qalığı, 01 (bir) ədəd 10 sm şlanq qalığı, 01 (bir) ədəd 15 sm yaşıl rəngli şlanq qalığı və 01 (bir) ədəd 5 sm yaşıl rəngli şlanq qalığı aşkarlanmışdır. Zaqatala Bölgə-Təcrübə Stansiyasının baş aqronomu Şahid3 tərəfindən verilmiş 28.08.2019-cu il tarixli aqronom rəyindən görünür ki, Zaqatala rayon Lahıc kəndi ərazisində yerləşən “Gər yanı” adlanan çöl sahəsində əkilib-becərilən uzunluğu 9 metr, eni isə 5 metr olan sahədəki 63 ədəd, uzunluğu 7 metr, eni isə 9 metr olan sahədəki 16 ədəd və uzunluğu 10 metr, eni isə 5 metr olan sahədəki 15 ədəd bitkilər çətənə bitkiləridir. Ərazi qabaqcadan seçilmiş, həmin çətənə bitkiləri əkilərək yetişdirilmiş və digər kollardan təmizlənmiş, kolların uzunluqları 2 metrdən 3 metrədəkdir. İşdə olan 28 avqust 2019-cu il tarixli 496 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırlmış vərəqədə “...”Gər yanı" adlanan çöl sahəsində uzunluğu 9 metr em 5 metr olan sahədən götürülmüş...çətənə kolu....”” sözləri yazılmış 08 (səkkız) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 63 (altmış üç) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 41 kiloqram 365 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırlmış vərəqədə “...”Gər yanı" adlanan çöl sahəsində uzunluğu 7 metr eni isə 9 metr olan sahədən götürülmüş...çətənə kolu....”” sözləri yazılmış 02 (iki) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 16 (on altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 7 kiloqram 610 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə "...”Gər yanı” adlanan çöl sahəsində uzunluğu 10 metr eni isə 5 metr olan sahədən götürülmüş...çətənə kolu...”" sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 4 kiloqram 155 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə “Gər yanı" adlanan çöl sahəsində uzunluğu 9 metr, eni isə 5 metr olan sahədən götürülmüş 2,300 kq ...kütlə...”” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, təmiz çəkisi - 2235 qram olan 21 (iyirmi bir) ədəd kök ilə birlikdə gövdə hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələridir, bitki budaq və saplaqları isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış vərəqədə "...”Gər yanı” adlanan çöl sahəsində uzunluğu 7 metr eni isə 9 metr olan sahədən götürülmüş 600 qram ...kütlə..."” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, təmiz çəkisi - 545 qram olan 06 (altı) ədəd kök ilə birlikdə gövdə hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kök ilə birlikdə gövdə hissələridir, bitki budaq və saplaqları isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırlmış vərəqədə "...X12 və Təqsirləndirilən şəxs1 əkib becərdikləri çətənə kollarının üzərindən yığılmış, yaş halda olan ...kütlə...” sözləri yazılmış 01 (bır) ədəd qara rəngli sellofan torbanm içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi - 1265 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdim edilmiş 01 (bır) ədəd qara rəngli sellofan torbada olan qurudulmamış marixuana ilə 08 (səkkiz) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 63 (altmış üç) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom Şahid3 tərəfindən verilmiş 28.08.2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan 03 dekabr 2019-cu il tarixli 868 və 869 saylı rəylərdən görünür ki, X6 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacları var. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın CM-in 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunması, bu səbəbdən CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın onlara qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılması barədə nəticəyə gəlmişdir. Belə ki, CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 237.2.1-ci və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 237.2.1 və 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etsədə, təqsirləndirilən şəxslərə verilmiş ümumi ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın çıxarılmasına dair hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10 maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki. ... maddi vəziyyəti çətin olduğundan Pərvizə həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi təklif etmişdir. Düşünmüşdür ki. həmin narkotik vasitə əldə edərək satıb pul qazana bilər. Eyni ilə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, ... maddi vəziyyəti çətin olduğundan Aydın həmin toxumları səpib qulluq edərək yetişdirib çətənə bitkisi əldə etməyi, satıb pul qazanmağı təklif etmişdir Sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonradan ifadələrini dəyişərək göstərmişlər ki, narkotik vasitə əldə edərək özləri istifadə etmək qərarına gəldiklərini bildirmişlər. Cinayət Məcəlləsinin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.1-ci maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarına əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan CM-in 234.4.1-ci maddəsinin xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi hökmünün ona münasibətdə ləğv edilməsi və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 234.4.1-ci-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 Cərullah oğlu və X8 verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması hissəsində ləğv edilərək yeni hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 və X11 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməli və onlara cəza təyin edilməli, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə onlara təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza təyin edilməlidir. nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü “Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 Cərullah oğlu və X8 verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 avqust 2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 4 (dörd) il 3 (üç) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 avqust 2019-cu ildən hesablansın Hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-168/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-168/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver