Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-169/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 1(091)-31/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə)11 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1971-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 27 avqust 2019-cu il tarixdən 29 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 11 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi və yaşadığı yer üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübutların məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 70.52 (yetmiş manat 52 qəpik) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi əkib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı Göyçay şəhəri H.Əliyev prospekti 15 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, 27.08.2019-cu il tarixdə, saat 16 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Göyçay Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən göstərilən evin həyətyanı sahəsinə baxış keçirərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli 1(107)-127/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü dəyişdirmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə verilmiş ittihamlardan CM-in 234.4.3-cü maddəsi çıxarılmış, CM-in 66.3-cü maddəsinə dair müddəlar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs CM-in 237.2.3-ci maddəsi ilə təyin edilmiş üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməmiş, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli 1(102)-333/2021 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, CM-in 237.2.3cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, ifadələrə səthi yanaşmış, nəticədə bir növ ittiham aktını dolayısı ilə müdafiə etdiyini nümayiş etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, lakin həmin maddələrdə nəzərdə tutulmuş ittihamın sübut olunmadığına əhəmiyyət verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə saxlaması ittihamının heç bir əsası yoxdur. Onun əleyhinə bu barədə heç bir sübut yoxdur, istintaq orqanı satış məqsədilə narkotik vasitə saxlanmasına dair sübut toplaya bilməmiş, heç bir sübut olmadığı halda həmin ittihamı qanunsuz olaraq vermiş, işə baxan məhkəmə də müdafiə tərəfinin sübutlarına əhəmiyyət vermədən istintaqın qanunsuzluqlarına göz yummuşdur. Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi də təsdiq olunmur. Təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, o çətənə bitkilərini əkməmiş, onlara aqrotexniki qaydada qulluq etməmiş, çətənə kollarının bitdiyi ərazi daş və beton olmuş, suvarılmamış və dibləri yumşaldılmamışdır. Aqronomun bu barədə rəyi səbatsız və uydurma olmuşdur. Təqsirləndirilən şəxs özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü ləğv edilməlidir. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Belə ki, o, narkotik vasitəni əkməmişdir, onun həyətində torpaq qatı yoxdur, çətənə bitkilərinin bitdiyi yer betondur, becərilməsi mümkün deyildir. Toxumları özü səpmiş, lakin narkotik vasitə yabanı halda bitmişdir. Toxumlardan biri dibçəkə təsadüfən düşmüş, orada da özü yetişmişdir. Xəstə olduğuna görə istifadə etdiyi üçün həmin narkotik tərkibli çətənə bitkilərini məhv etməmişdir. Narkotik vasitələri sərməmiş və qurutmamışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli 1(102)-333/2021 nömrəli qərarında göstərilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarına dair məhkəmənin gəldiyi mövqeyi ilə razılaşmış, lakin hesab etmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxsa verilmiş ittiham CMin 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə ona CM-in 234.4.3-cü maddəsi ilə də ittiham verilməsi əsassızdır və həmin maddə verilmiş ittihamdan xaric edilməlidir. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, konkret halda Təqsirləndirilən şəxs əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və toplamış, bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Yəni əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, məhkum həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini şəxsi istehlak məqsədi ilə topladıqlarını bildirsə də, onun əməli yalnız CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr mübahisəsiz müəyyən etmişlər ki, S. Abdullayev narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş və həmin ərazidə külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə bitkisi, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram çətənə bitkilərinin hissələri və həyətyanı sahədə torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. CM-in 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdur. CM-in 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Bu baxımdan kollegiya hesab edir ki, işi üzrə Təqsirləndirilən şəxs CM-in 237-ci maddəsi ilə törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu kultivasiya etdiyi (əkib-yetişdirdiyi) andan başa çatır və sonradan onun yetişdirdikləri çətənə bitkilərinin bir hissəsinin toplaması, bir hissəsini isə qurumaları üçün kökündən və gövdəsindən çıxararaq yerə sərməsi əməli məqsəddən (şəxsi istehlak və ya satış məqsədi ilə) asılı olaraq müvafiq maddə uyğun tövsif edilməlidir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının “CM-in 234.4.3-cü maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmasına”, həmçinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz.” Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 1(091)-31/2020 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Göyçay Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay şəhəri H.Əliyev prospekti 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğundan sonuncunun evində əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 27 avqust 2019-cu il tarixdə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin həmin tarixli “baxış keçirilməsi haqqında” qərarına əsasən həmin tarixdə, saat 16 radələrində əməliyyat-axtarış qrupuna daxil olan digər polis əməkdaşları və dəvət olunmuş mütəxəssis-aqronom birlikdə Təqsirləndirilən şəxs yaşadığı H.Əliyev prospekti 15 ünvanına getmişlər. Həmin ünvanda olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və həyətində narkotik təbiətli bitkilər əkib-becərməsində şübhəli olduğunu, üzərinə və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi kənardan dəvət etdikləri iki nəfər hal şahidinin işitirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 27.08.2019-cu il tarixli baxış keçirilməsi haqqında qərarı ilə tanış edərək sonuncuya yaşadığı evinə və evin həyətyanı sahəsinə də baxış keçirəcəklərini bildirmişlər. Dəvət olunmuş hal şahidlərinin, aqronomun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə keçirilən baxış zamanı evin sağ tərəfində yerləşən evə bitişik olan torpaq sahəsində əkilmiş vəziyyətdə, ümumi çəkisi 80,12 kq olan 24 ədəd narkotik təbiətli bitkilərə oxşar bitkilər aşkar olunmuşdur. Habelə, həyətyanı sahəyə baxış keçirilən zaman evin sağ tərəfində çəkisi 2,78 kq olan qurudulması üçün sərilmiş narkotik təbiətli bitki hissələri aşkar olunmuşdur. Çətənə bitkilərindən bir ədədi dibçəkdə olmuş, aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu, həmin çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərdiyini, torpaq üzərində qurudulması üçün sərilmiş bitkilərin isə yararsız olduğunu bildirmişdir. Həmin 24 ədəd çətənə bitkiləri beş ədəd sintetik torbaya, aşkar edilmiş kütlə isə bir ədəd sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı heç bir cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmüş, o, və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Göyçay RPŞ-nın cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3, Şahid4, ifadəsi elan olunaraq tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində, arqonom mütəxəssis qismində iştirak etmiş Şahid5, hal şahidləri qismində iştirak etmiş Şahid6 və Şahid7 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdikləri xüsusatı bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının qayınatası olmaqla, münasibətləri yaxşı olmuşdur. 27 avqust 2019-cu il tarixdə, saat 15 radələrində Sahil onun mobil telefonuna zəng edərək təcili sonuncunun yaşadığı ünvana gəlməsini dedikdən sonra Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına gedərkən Sahilin yaşadığı evin qarşısında polis əməkdaşlarının yığışmasını görmüşdür. Həmin vaxt onu içəri buraxmasalar da, sonradan birlikdə həyətə girərkən həyətin bir tərəfində çətənə kolları olduğunu görmüş, həmin kollardan təxminən 7-8 ədədinin hündürlüyü təxminən 2 metrə yaxın olmuş, qalanları isə təxminən 15 sm olmuşdur. Digər çətənə bitkisinin hissələri isə kənara tullantı kimi yığılmışdır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X5 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan: Məhkəmə-bioloji ekspertizasının 27 avqust 2019-cu il tarixli 494 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, birinin üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 24 ədəd narkotik çətənə bitkiləri...” sözləri yazılmış beş ədəd ağ rəngli sintetik kisələrin içərisində ümumilikdə iyirmi dörd ədəd, yaş vəziyyətdə mumi təmiz çəkisi – 80 kiloqram 115 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid5 tərəfindən verilmiş 27.08.2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 2 ədəd sellafonda qurudulmuş çətənə...” sözləri yazılmış digər bir ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 1050 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iyirmi dörd ədəd yaş vəziyyətdə olan çətənə bitkiləri və bir ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkilmiş narkotik tərkibli çətənənin bitdiyi yerdən götürülmüş torpaq...” yazısı olan bir sellofan torbanın içərisindəki torpaq nümunəsində əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Təkrar məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2019-cu il tarixli 627 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan torbanın içərisindəki altı çətənə bitkilərindən, iki ədəd çətənə bitkilərinin hissələrində və qurudulmuş marixuanada çürümə əlamətləri müşahidə edilmədi və onlar çürümüş vəziyyətdə deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin X10 27 avqust 2019-cu il tarixli 494 nömrəli rəyinə əsasən, həmin vaxtda ekspertizaya təqdim edilmiş altı çətənə bitkiləri və iki ədəd çətənə bitkisinin hissələri və qurudulmuş marixuana çürümüş vəziyyətdə olmamışdır. Məhkəmə narkoloji ekspertizasının 14 sentyabr 2019-cu il tarixli 667 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının 05 sentyabr 2019-cu il tarixli 475 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, həm də hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Göyçay MRX-dan verilmiş 31.08.2019-cu il tarixli 2632 saylı arayış, 20.10.1989-cu il tarixli 310 saylı səhətin müayinə edilməsi aktı) anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, hövsələsiz və əsəbi, tez qıcıqlanması, xırda qıcığa affektiv reaksiya ilə cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 ( psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) vəziyyətində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 15.01.2020-ci il tarixli 164 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız tip şəxsiyyət pozuntusu, narkotik qəbulu ilə fəsadlaşmış” diaqnozu ilə 09.01.2020-ci il tarixdən xəstəxanaya stasionar müalicəyə qəbul olunub və “Şəxsiyyətin emosional davamsız tip pozuntusu” diaqnozu təsdiqlənib. Stasionar məhkəmə psixiatrik ekspertizasının 02 mart 2020-ci il tarixli 20 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız pozuntusu kompensasiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə yerinə baxış protokolundan görünür ki, 27 avqust 2019-cu il tarixdə Göyçay şəhəri H.Əliyev prospekti 15 ünvanına baxış keçirilən zaman orada 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda təmiz çəkisi 1050 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Bu barədə foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. 27 avqust 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. Göyçay Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 29 avqust 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi 03 avqust 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri H.Əliyev prospekti 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçiləri həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3 və 237.2.3-cü maddələrilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ..hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 27 avqust 2019-cü ildə izahatında (İ cild, i. v. 47-48) bildirmişdir ki, “...daha sonra evinə və həyat yanı sahəsinə baxış keçirilmiş, baxış vəkili, aqronom, 2 hal şahidi və polis əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Baxış zamanı yaşadığı evin sağ tərəfində evə bitişik torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, həmin bitkiləri təxminən 1 il bundan qabaq Sabirabad rayonuna balıq tutmağa gedərkən oradan tapdığı narkotik vasitənin toxumlarını yaşadığı evin həyətyanı sahəsinə səpmiş, müəyyən vaxt keçdikdən sonra həmin toxumları həyətində inkişaf etməyə başlamış, həmin bitkilərə aqrotexnik qaydada qulluq etmişdir. Həmin bitkilər iştirakçıların iştirakları ilə torpaq sahəsindən çıxarılmış və 24 ədəd çətənə bitkisi torbalarda qablaşdırılaraq elektron tərəzidə çəkilib və çəkisi 80,12 kq. olmuşdur. Bundan əlavə həmin bitkilərin üzərindən yığdığı özünun istifadə etməsi üçün qurutduğuu bitki hissələri də qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və 2.78 kq. olmuşdur.” Həmin vaxt Təqsirləndirilən şəxs öz xətti ilə həmin izahatı yazmış və sonunda qeyd etmişdir ki, “izahatımı özüm yazdım, başqa əlavəm yoxdur, imzamla təsdiq edirəm”. Bundan başqa, Təqsirləndirilən şəxs 29 avqust 2019-cü ildə (İ cild, i. v. 79-81) təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, “... Baxış zamanı evinin sağ tərəfində yerləşən və evə bitişik olan həyətyanı sahədən narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin bitkilərin nə olduğu ondan soruşulduqda isə o etiraf etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkilərin toxumlarını saxlandığı gündən təxminən bir il əvvəl balıq tutmaqdan ötrü Sabirabad rayonuna getdiyi zaman orada sahəlikdə yabanı halda bitmiş çətənə bitkisindən yığmış, bu barədə də heç kimə deməmiş, qayıtdıqdan sonra həmin toxumları evinin həyətyani sahəsinə səpmiş, müəyyən vaxt keçdikdən sonra həmin toxumlar inkişaf etməyə başlamış, bundan sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək yetişdirmişdir. Məqsədi isə həmin bitkilər tam yetişdikdən sonra öz istifadə etməsindən ötrü yığıb qurutmaq olmuşdur. Bundan sonra həmin çətənə bitkilərinə baxış keçirilmiş, torpaqdan çıxarılaraq bir-bir ölçülmüş, ümumi 24 ədəd çətənə bitkiləri yaş halda tərəzidə çəkilərək çəkisi 80.12 kiloqrama bərabər olmuşdur.” Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs fadəsi kompüter vasitəsi ilə yazılmış, özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Bununla yanaşı, yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən (İ cild, i. v. 30-44) görünür ki, 27 avqust 2019-cu il tarixdə Göyçay şəhəri H.Əliyev prospekti 15 ünvanına baxış keçirilən zaman orada 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda təmiz çəkisi 1050 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Digər tərəfdən, şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid2, Şahid5, Şahid6 və Şahid7 ifadələrindən aydın olur ki, ..dəvət olunmuş hal şahidlərinin, aqronomun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə keçirilən baxış zamanı evin sağ tərəfində yerləşən evə bitişik olan torpaq sahəsində əkilmiş vəziyyətdə ümumi çəkisi 80,12 kq olan 24 ədəd narkotik təbiətli bitkilərə oxşar bitkilər aşkar olunmuşdur. Həyətyanı sahəyə baxış keçirilən zaman evin sağ tərəfində çəkisi 2,78 kq olan qurudulması üçün sərilmiş narkotik təbiətli bitki hissələri aşkar olunmuşdur. Çətənə bitkilərindən bir ədədi dibçəkdə olmuş, aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu, həmin çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərdiyini, torpaq üzərində qurudulması üçün sərilmiş bitkilərin isə yararsız olduğunu bildirmişdir. Həmin 24 ədəd çətənə bitkiləri beş ədəd sintetik torbaya, aşkar edilmiş kütlə isə bir ədəd sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı heç bir cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmüş, o və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.” Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi əkib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı Göyçaq şəhəri H.Əliyev prospekti 15 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, 27.08.2019-cu il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının Göyçay Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən göstərilən evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə - külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın olması məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin şəxsi istifadəsi üçün əkib kultivasiya etməsi və satış məqsədi olmadan saxlamasını bildirməsi onun əsil niyyətini ehtiva etmir. Başqa sözlə, işin qeyd olunan halları Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əkib becərməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.4.3-cü yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli (CM-in 237.2.3-cü maddəsi) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkib-yetişdirdiyi andan başa çatmış, təsərrüfat məqsədi ilə əkmədiyi və özünün nəzarətində olduğu üçün mühafizə olunmasına ehtiyac olmayan ərazidən həmin bitkiləri yığıb 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etmyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarında gəldiyi hüquqi mövqe təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona israr olunan cinayət əməllərini törətməsi özünün ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Bütün bunlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin tərkibi vardır, apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmaması və onun əməllərinin CM-in 234.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlilləri heç bir sübutla təsdiq olunmayan mülahizələridir. Ona görə də apellyasiya şikayətinin təmin olunub onun əməllərinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmusuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı və ibtidai istintaq dövründə cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq və Azərbaycan Respublikası Al Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli 1(102)-333/2021 nömrəli qərarında müəyyən edilən mövqeni nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 1(091)-31/2020 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 1(091)-31/2020 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-169/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-169/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver