Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-17/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X11, Təqsirləndirilən şəxs müdafiəçisi X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev tərəfindən verilmiş apelyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1988-ci ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2- ci maddələri ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, 158,35 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilməsi, iş üzrə maddi sübut, 0,742 qram narkotik vasitə olan heroin qalığı Mingəçevir şəhər Polis Şöbəsində saxlanılmasının nəzərə alınması, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ona görə ittiham verilmişdir ki, o, qanunsuz olaraq satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qırmızı rəngli sellofan torbada ümumi təmiz çəkisi 50,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi Vaz 2107 markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsində gizlədib saxlayaraq daşımış, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan satış məqsədilə 1 ədəd kibrit qutusuna yığıb, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri “Qələbə” meydanı yaxınlığında həmin bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 6,62 qram olan qurudulmuş marixuananı əməliyyat aparatı ilə könüllü sürətdə əməkdaşlıq edən şəxs Şahid1 qanunsuz olaraq 90 manat məbləğində pula satmış, bir ədəd qırmızı rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı isə öz istifadəsi üçün qanunsuz olaraq idarə etdiyi avtomobildə gizlədib saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞnin Cinayət–Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Qələbə” meydanının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən Elmin Yəhyayeva narkotik vasitə qurudulmuş marixuananı sataraq əldə etdiyi 2 ədəd 5 manatlıq (C 20691112 və C 25197317 serialı) əskinazlardan ibarət 10 manat pul onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən, bir ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 44,30 qram olan narkotik vasitə qurudulmuş marixuana isə idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev verdiyi apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual məcəlləsinin qanunvericiliyinin müddəalarına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X19 birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqisrli bilinib, ona həmin maddələrin sanksiyası həddində cinayət və cinayət-prosessual qanunvericliyinin müddəalarına uyğun cəza təyin edilməklə, habelə maddi sübutun və məhkəmə məsrəfinin taleyi həll edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi iştirakçılarının apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Özünü Fərid kimi təqdim edən, lakin istintaq zamanı əsl adının Şahid1 olduğunu öyrəndiyi şəxs o, “Qələbə” meydanı adlanan ərazidə digər taksi sürücüləri ilə dayanıb müştəri gözlədiyi zaman ona yaxınlaşaraq onu İspanaq kafesinə aparmağını bildirmişdir. Bundan sonra aralarında münasibətlər yaranmış və bundan sonra hər dəfə lazım olan yerlərə Fərid onunla gedirdi. Fərid onun daimi müştərisi olduğu üçün onu sərnişin kimi apardığı vaxt çox vaxt ona pul vermirdi. Beləliklə ona 30 manat borcu yaranmışdır. Sonuncu dəfə Fərid borcundan 10 manat qaytarmaq istəmiş o borcu götürmək istəmədikdə Fərid pulu maşına zorla atmış və o da pulu götürmüşdür. Aradan bir neçə dəqiqə keçdikdən sonra 41-45 adlı abidənin yanında olduğu zaman iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq müştəri kimi onu aparmalarını xahiş etmişlər. Maşında getdikləri zaman həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmiş, telefonunu əlindən almış və onu polis şöbəsinə gətirmişlər. Ona narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmiş, o isə buna qəti formada etiraz etmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlər olunmuşdur. Vəkil Kamil Yunusova onun avtomobilinə narkotik vasitə qoyulduğunu bildirsə də Kamil müəllim buna reaksiya verməmişdir. Onun üzəri yoxlanarkən üzərində Fəridin ona borclu olduğu və borcunu qaytardığı 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq olmaqla cəmi 12 manat pul çıxmışdır. Bundan sonra polis əməkdaşları onunla birlikdə gətirilmiş avtomobilinə baxış keçirilmiş və o da buna etiraz etməmişdir. Baxış zamanı onun avtomobilinin arxa sağ oturacağının sağ hissəsindən içərisində narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Avtomobildə olan narkotik vasitələrdən onun xəbəri olmamışdır. Həmin narkotik vasitənin kim tərəfindən qoyulmasından xəbəri yoxdur. Belə ki, avtomobilə baxış onun polis şöbəsinə gətirilməsindən xeyli sonra olmuş və avtomobilin açarları polis əməkdaşları tərəfindən o polis şöbəsinə gətirildiyi zaman götürülmüşdür. Bu hal video çəkilişdədə açıqaydın müşahidə olunur. Avtomobilə baxış keçirilməsi barədə protokolda və narkotikanın qablaşdırılmış zərfin üzərində olan imza ona aid deyil. İstintaq zamanı polis əməkdaşlarının təzyiqi ilə əməlini etiraf etməsinə baxmayaraq o heç bir vaxt heç kimə narkotik maddə satmamış və avtomobilində narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində təqsirli bilmir o heç bir vaxt narkotik vasitələrdən istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini kimi əvvəldən tanımış, belə ki, Röyal Mingəçevir şəhərində «Vaz 2107» markalı avtomobillə taksi kimi işləyirmiş. Ona Röyalın narkotik vasitələrin satışı ilə də məşğul olması məlum olmuş, onu da Röyalın narkotik vasitə satması narahat edirmiş. Çünki gələcəkdə digərlərinin narkotik vasitələrə yoluxmasına səbəb ola bilərmiş. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını dəqiqləşdirdikdən sonra Mingəçevir şəhər polis şöbəsinə gələrək könüllü olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər tanıdığı Röyal adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alınmasında könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş kimi iştirak etmək istəməyi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmışdır. Əməliyyat tədbirində, belə ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pul kserosürətləri çıxarıldıqdan sonra ona verilmişdir. Bundan sonra həmin gün yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında o Röyalın mobil telefonuna zəng edib narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş və narkotik vasitə almaq üçün sonuncuya pul təklif etmişdir. O, Röyala ona bir kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu demiş və sonuncu ona bir kibrit qutusu marixuananı 90 manata satmağa razılaşmışdır. O, Röyalla Mingəçevir şəhəri Qələbə meydanının yaxınlığında görüşməyə razılaşmışdır. Bir qədər sonra saat təxminən 20 radələrində o, Röyalla həmin yerdə görüşmüşdür. Həmin zaman Röyal tək imiş. O, Röyalla görüşüb, əvvəlcədən razılaşdığı kimi 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 90 manat pulu Röyala verərək sonuncudan 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuna almışdır. Bundan sonra o Röyaldan aralaşıb dərhal Mingəçevir şəhər polis şöbəsinə gələrək Röyaldan aldığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Röyaldan alaraq könüllü olaraq təqdim etdiyi 1 ədəd kibrit qutusunda olan kütləyə açılıb baxış keçirilərkən onun yaşıl rəngli, ot şəlklində, spesifik iyli olan narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd zərfdə qablaşdırılmışdır. Baxış zamanı video və foto çəkilişdən istifadə olunmuş və o da tərtib olunmuş protokolun doğruluğunu imzalamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nın rəisi vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə X2 şəhər polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ərizə ilə məlumat vermiş və Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana alıb gətirib polisə təqdim etməklə həmin şəxsi ifşa etmək fikrində olduğunu bildirmişdir. Bununla bağlı raportla əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsi üçün şöbənin rəhbərliyinə müraciət edilmişdir. 1988-ci il təvəllüdlü Yevlax rayonu Gülövşə kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmışdır. Əməliyyat tədbirində, belə ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pulun kserosürətləri çıxarıldıqdan sonra Elmin Yəhyayevə təhvil verilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 20 radələrində X14 şəhər polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs aldığı 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Elmin Yəhyayevin təqdim etdiyi ədəd 1 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin bükümün içərisindəkinin narkotik tərkibli olması güman edilən yaşıl rəngli, ot şəklində olan marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlə tərəzidə çəkilərək və zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbiri əsnasında saat təxminən 22 radələrində Mingəçevir şəhər “Qələbə” meydanının yaxınlığında Röyalı idarə etdiyi «Vaz 2107» markalı avtomobillə dayanarkən görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs İdarə etdiyi «Vaz 2107» markalı avtomobillə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilib üzərinə şəxsi axtarış keçiriləcəyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis şöbəsinə onun tərəfindən seçilmiş vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin də iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 2 ədəd 5 manatlıq pul əskinazları aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid1 Təqsirləndirilən şəxs almış olduğu narkotik vasitəni könüllü sürətdə polis şöbəsinə gətirib təqdim etməsi barədə sonuncuya bildirildikdə, sonuncu səmimi olaraq törətmiş olduğu əməli, belə ki, Elminə 90 manat qarşılığında bir kibrit qutusu marixuana satdığını və üzərindən çıxan 2 ədəd 5 manatlıq əskinazların Elminin narkotik qarşılığında vermiş olduğu pullardan qalanı olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq əskinazlar əvvəlcədən əməliyyat tədbiri ilə bağlı sürətləri çıxardılmış pullar ilə eyniləşdirildikdə eyni seriya nömrəli olması müəyyən olunmuşdur. Şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə olunmuş və tərtib olunmuş protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla birlikdə polis şöbəsinin həyətinə gətirilib saxlanılmış avtomobilə baxış keçirilməsi təklif edilmiş və o da etiraz etməmişdir. ŞPŞ-nin həyətində avtomobilə baxış zamanı arxa sağ oturacağın alt hissəsindən bir ədəd qırmızı rəngli selllafon torba aşkar edilərək götürülmüşdür. Həmin sellofan torbaya açılıb baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki tərkibli kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan sellofan torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2018-ci ildə yaşadığı kəndin ərazisində meşəlik ərazidə yabanı halda bitmiş çətənə kolundan yığıb qurudaraq saxladığını və Şahid1 satmış olduğu marixuananın da, həmin marixuanadan olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı da video çəkilişdən istifadə olunmuşdur. Daha sonra avtomobilə baxış zamanı yazılmış protokol oxunmuş və həmin protokolun düzgünlüyünə digər iştirakçılarla barabər o da imza etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahidlər X13 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən halları bir daha təstiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında Mingəçevir şəhər X18 Bölməsinin təhqiqatçısı X3 hadisədən xeyli vaxt keçməsi səbəbindən heç nə yadında olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında müdafiə tərəfinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdiki,o Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Röyal isə özünə məxsus VAZ 2107 markalı maşınla onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olur. Fəridi bir neçə dəfə Röyalın yanında görmüş və Röyalın daimi müştərisi olduğunu bilmişdir. Röyalın deməsinə görə Fərid Qresdə hansısa lahiyə üzrə işləyir və səhv etmirsə əslən Salyandandır. Onlar çay içdikləri zaman Fərid onların stoluna yaxınlaşmış və Röyala borclu olduğu 30 manat puldan 10 manat qaytarmaq istəmişdir. Röyal eybi yox qalsın maaş alanda hamısını birdən qaytararsan deyərək pulu əlinin tərsi ilə itələmişdir. Həmin vaxt Fərid çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı əyləşmiş, abtomobili işə salmaq istədikdə avtomobil işləməmiş və onlar yəni həmin vaxt orada olan taksi şoferlərinin köməyi ilə Fəridin (Elminin) avtobilinin itələyərək işə salmışlar. Fərid həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmış və onları müştəri kimi aparmalarını bildirmişlər. Bundan sonra o, Röyalı görməmiş, səhəri gün Röyalın polis şöbəsində saxlanması ona məlum olmuşdur. O, heç bir vaxt Röyalın narkotik vasitələrdən istifadə etməsini və satmasını nə görməmiş nə də eşitməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdiki, Röyal onun qonşusudur və uşaqlıqdan birlikdə böyüyüblər. Hazırda isə Röyallar birlikdə taksi fəaliyyəti ilə məşğul olurlar. Hadisə olduğu gün o da orada olmuşdur. Röyalın müştərisi kimi tanıdığı Fərid adlı şəxs Röyala 2 ədəd 5 manat olmaqla cəmi 10 manat pul vermişdir. Röyal əlinin tərsi ilə pulu itələyərək maaş aldıqda verməsini bildirdi. Həmin vaxt Fərid çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı əyləşmiş, abtomobili işə salmaq istədikdə avtomobil işləməmiş və onlar yəni həmin vaxt orada olan taksi şoferlərinin köməyi ilə Fəridin (Elminin) avtobilinin itələyərək işə salmışlar. Fərid həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmış və onları müştəri kimi aparmalarını bildirmişlər. O hər zaman Röyalla birlikdə kəndə getdiyi üçün Röyalı gözləmiş, lakin Röyalın gəlmədiyini gördükdə kəndə tək getmişdir. Səhər işə gəldikdə Rəşad adlı şəxsdən Röyalın tutulmasını eşitmiş və o dərhal polis şöbəsinə getmişdir. Həmin vaxt orada Röyalın atası və Fərid də olmuşdur. Fərid onların yanında olduğu vaxt polis şöbəsinə girib-çıxmasa da özünü şübhəli apararaq tez-tez maşında əyləşib kiminləsə gizlincə telefonla danışdığını görmüşdür. Fərid Röyala pul verdiyi zaman Röyal bunun qarşılığında ona heç nə verməmişdir. O, heç bir vaxt Röyalın narkotik vasitələrdən istifadə etməsini və satmasını nə görməmiş nə də eşitməmişdir Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 241 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində “vət. X1 təqdim etdiyi.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 6,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; - Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus…avtomobildən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan torbada, təmiz çəkisi 44,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş (bax səhifə 19-20) könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaşın təlimatlandırılması barədə və müşahidə edilmə barədə xx.xx.2019-cu il tarixli protokollarda Mingəçevir şəhər PŞ-nin CAB-ın əməkdaşları 20:00da könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş Şahid1 təlimatlandırmışlar, 21:40 radələrində isə Şahid1 Mingəçevir şəhər PŞ-nin inzibati binasının qarşısında Mingəçevir şəhərində yerləşən “1941-1945” adlanan yenə əməliyyat müvəkkillərinin müşahidəsi ilə istiqamətləndirilmişdir. Müşahidə olunan obyektə 5 dəqiqəyə çatmışdır. Həmin ərazidə Şahid1 Röyal adlı şəxsin taksi kimi sürdüyü Vaz 21074 markalı, **-SU-*** nömrə nişanlı avtomobilə yaxınlaşmış və Röyal adlı şəxs ona əlində olan əşyanı Şahid1 vermiş və Şahid1 həmin yerdən uzaqlaşaraq Polis şöbəsi istiqamətində hərəkət etməsi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş (bax səhifə 21, 23) xx.xx.2019-cu il tarixli Mingəçevir ŞPŞ-nin CAB-ın rəisi Şahid2 Mingəçevir ŞPŞ-nin rəisi Teymur Hacıyevə ünvanlandığı raportunda və könüllü təqdim etmə bəxış barədə protokolda, X27 İbrahimovdan 90 manata aldığı bir kibrit qutusunda yaşıl rəngdə spesifik iyə malik olan yaşıl kütləni Mingəçevir şəhər ərazisində yerləşən “1941-1945” dairəsi deyilən ərazidən alaraq, həmin günü saat 20:00-da polis şöbəsinə gəlməsi və 20:15-də həmin kütləni polis şöbəsinə könüllü təqdim etməsi göstərilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-26081-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməlliyyat aparatı ilə könüllü olaraq əməkdaşlıq edən şəxs X7 ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə olunduğu üçün saxlanılmışdır. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-24786-1219 saylı məktubundan görünür ki, polis şöbəsinin inzibati binasında və həyətyanı sahəsində qurlaşdırılmış kameralarda xx.xx.2019-cu il tarixə olan video görüntülər yaddaşda qalmadığından həmin video görüntülərin kameralarının yaddaşından çıxarılaraq məhkəməyə təqdim olunması mümkün olmamışdır. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2019-cu il tarixli 158-26081-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində ŞPŞ-də əməliyyat-qeydiyyat işi açılmamışdır, əməliyyat aparatı ilə könüllü olaraq əməkdaşlıq edən şəxs X7 ərizəsi və digər sənədlər cinayət işinin materiallarına əlavə edilmişdir. İşə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(008)-305/2018 saylı hökmünün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(001)- 101/2019 saylı hökmlərindən və Mingəçevir şəhər Məhkəməsinin 4(051)-64 saylı, xx xxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin uzadılması haqqında qərardan görünür ki, X12 həmin işlərdə şərti alıcı və şahid qismində dindirilmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş məhkəməxətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3101 saylı rəyindən görünür ki, cinayət işinin 47-48-ci vərəqələrində olan xx xxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə keçirilmə barədə protokolunun 1-ci səhifəsində 4-cü rəqəmi qarşısındaki imza, 2-ci vərəqəsində “imzalar” qrafasında “4” rəqəmi önündə “Təqsirləndirilən şəxs” yazıları qarşısındaki imza, xx xxxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi barədə protokolunun (İ.V. 52-53) 2-ci səhfəsində “imzalar” qrafasında “5” rəqəmi önündə “Təqsirləndirilən şəxs” yazıları qarşısındaki imza və təqsirləmdirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişlər (i.v. 75) “bildirişi aldım: təqsirləndirilən şəxs:” qrafasındaki imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim olunmuş, 51-52-ci vərəqələrində olan xx xxxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi barədə protokolunun birinci səhifəsinin aşağı sağ küncündə “5” rəqəmi önünüdəki imza və maddi sübutun qablaşdırılmış zərfin üzərində “imza” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 125.1-ci maddəsinə müvafiq olaraq məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına yalnız şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. CPM-nin 125.2.7 və 125.3-cü maddələrinə görə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz CPM-nin 145.1-ci maddəsinin tələbinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin əməli törətməsini və təqsirini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbuki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi onun məhkəmə istintaq zamanı təqsirini sübuta yetirilməsi kimi qiymətləndirilməsi yolverilməzdir və onun ziyanına şərh edilə bilməz. İttiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi şübhəli şəxs kimi tutmuş, əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə kifayət qədər qanuni və əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edilmişdir ki, o, qanunsuz olaraq satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qırmızı rəngli sellofan torbada ümumi təmiz çəkisi 50,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi Vaz 2107 markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissəsində gizlədib saxlayaraq daşımış, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan satış məqsədilə 1 ədəd kibrit qutusuna yığıb, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri “Qələbə” meydanı yaxınlığında həmin bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 6,62 qram olan qurudulmuş marixuananı əməliyyat aparatı ilə könüllü sürətdə əməkdaşlıq edən şəxs Şahid1 qanunsuz olaraq 90 manat məbləğində pula satmış, bir ədəd qırmızı rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı isə öz istifadəsi üçün qanunsuz olaraq idarə etdiyi avtomobildə gizlədib saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞnin Cinayət–Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Qələbə” meydanının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən Elmin Yəhyayeva narkotik vasitə qurudulmuş marixuananı sataraq əldə etdiyi 2 ədəd 5 manatlıq (C 20691112 və C 25197317 serialı) əskinazlardan ibarət 10 manat pul onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən, bir ədəd qırmızı rəngli sellofan torbada təmiz çəkisi 44,30 qram olan narkotik vasitə qurudulmuş marixuana isə idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1, 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırılmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların məyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Qavazov Bolqarıstana qarşı xx xxxx 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə iş materiallarında olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dair istintaq orqanının sübutlarının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində verdiyi və xx xxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi X5rşı iş üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə kollegiyası ittiham tərəfinin əsas sübut kimi gətirdiyi Şahid1 ifadəsinin aşağıdaki dəlillərə görə inandırıcı hesab etməyərək tənqidi yanaşır; -ilk növbədə ibtidai araşdırma vaxtı (bax səhifə 27) Şahid1 ifadəsində bildirmişdir ki, Röyaldan narkotik vasitə olan qurudulmuş marixuana almaqda istifadə etmək üçün 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 90 manat pul kserosürətləri çıxarıldıqdan sonra ona verilmişdir. Bundan sonra həmin gün yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında o Röyalın mobil telefonuna zəng edib narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demiş və narkotik vasitə almaq üçün sonuncuya pul təklif etmişdir. O, Röyala ona bir kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu demiş və sonuncu ona bir kibrit qutusu marixuananı 90 manata satmağa razılaşmışdır. O, Röyalla Mingəçevir şəhəri Qələbə meydanının yaxınlığında görüşməyə razılaşmışdır. Bir qədər sonra saat təxminən 20 radələrində o, Röyalla həmin yerdə görüşmüşdür. Həmin zaman Röyal tək olmu.. O, Röyalla görüşüb, əvvəlcədən razılaşdığı kimi 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 90 manat pulu Röyala verərək sonuncudan 1 ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuna almışdır. Bundan sonra o Röyaldan aralaşıb dərhal Mingəçevir şəhər polis şöbəsinə gələrək Röyaldan aldığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Lakin ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəni həqiqətə uyğun olub-olmamasını yoxlamamış, cinayət işində Şahid1 bütün hərəkətləri Mingəçevir şəhər PŞ-nin əməkdaşlarının müşahidəsi altında hərəkət etməsi göstərilsə də məhkəmə istintaqı zamanı bir sıra şübhələr yaranmışdır. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs 90 manat pul verməsi və dərhal da bir kibrit qutusu narkotik vasitə olan marixuananı alması və bütün bu hərəkətlər polisin müşahidəsi altında olmasına baxmayaraq 90 manatdan 80 manatın hara xərclənməsi müəyyən edilməmişdir. Halbuki sözügedən 80 manat pul əməliyyat puludur və əvvəlcədən nömrələnmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilir ki, bu qısa zamanda Təqsirləndirilən şəxs həmin puldan 80 manatının hara xərcləməsi asanlıqla aşkar oluna bilərdi. Belə ki, şahid ifadələrindən və polis şöbəsi tərəfindən tərtib edilmiş protokollardan da müəyyən olunur ki, Şahid1 pulu Təqsirləndirilən şəxs verdikdən təxminən 5-10 dəqiqə keçdikdən sonra əməliyyat müvəkkilləri Röyala yaxınlaşmış və onun idarə etdiyi avtomobilə oturmuşlar. Buradan da belə şübhə yaranır ki, Şahid1 Təqsirləndirilən şəxs 90 manat deyil 10 manat pul vermişdir. Əgər 90 manat versə belə o, həmin pulları xərcləməyə imkanı olmazdır. Bu anlaşılmamazlıqları və şübhələri aradan qaldırmaq məqsədi ilə məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində Mingəçevir ŞPŞ-də əməliyyat-qeydiyyat işinin açılıb-açılmaması və əməliyyat hərəkətlərinin mənbəyi aşkar edilməmək şərti ilə nəticələri barədə məhkəməyə məlumat verilməsi sorğu edilmiş və Mingəçevir ŞPŞ-nin məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar şəhər polis şöbəsində əməliyyat qeydiyyat işinin açılmaması bildirilmişdir. Həmçinin həmin anlaşılmazlıqlar aradan qaldırmaq üçün birinci instansiya məhkəməsi iş üzrə əlavə şahidlər dindirmişdir. Belə ki, məhkəmədə dindirilmiş şahid X22 və X20 ifadələrində Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olmalarını, Röyalın da özünə məxsus VAZ 2107 markalı maşınla onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olamsını, Fərid (Şahid1) bir neçə dəfə Röyalın yanında görmələrini, Röyalın daimi müştərisi olduğunu, xx.xx.2019-cu il tarixdə onlar çay içdikləri zaman Fərid (Şahid1) onların stoluna yaxınlaşmasını, Röyala borclu olduğu 30 manat puldan 10 manat qaytarmaq istəməsini, “Röyal eybi yox qalsın maaş alanda hamısını birdən qaytararsan deyərək” pulu almamasını, bundan sonra Fərid (Şahid1) çayxananın yaxınlığında olan Röyala məxsus olan avtomobilə iki ədəd beş manatlıq olmaqla cəmi on manat pulu Röyalın maşınınnın tarpedinin üzərinə ataraq maşından ayrılaraq özünün idarə etdiyi göy rəngli niva markalı avtomobil’ əyləşməsini, avtomobili işə salmaq istədikdə isə avtomobil işləməməsini, onların yəni köməyi ilə Fəridin (Şahid1) avtobilinin itələyərək işə salınmasını, Fərid (Şahid1) həmin yerdən uzaqlaşdıqdan sonra təxminən 5 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs Röyalın avtomobilinə yaxınlaşmasını və bundan sonra Röyalı görməmələrini, səhəri gün isə Röyalın polis şöbəsində saxlanması onlara məlum olmasını göstərmişlər. Bundan başqa Cinayət işinin materiallarında olan (bax səhifə 19-20) könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaşın təlimatlandırılması barədə və müşahidə edilmə barədə xx.xx.2019-cu il tarixli protokollarda Mingəçevir şəhər PŞ-nin CAB-ın əməkdaşları 20:00-da könüllü olaraq əməliyyat tədbirinə cəlb olunmuş vətəndaş Şahid1 təlimatlandırmışlar, 21:40 radələrində isə Şahid1 Mingəçevir şəhər PŞ-nin inzibati binasının qarşısında Mingəçevir şəhərində yerləşən “1941-1945” adlanan yenə əməliyyat müvəkkillərinin müşahidəsi ilə istiqamətləndirilmişdir. Müşahidə olunan obyektə 5 dəqiqəyə çatmışdır. Həmin ərazidə Şahid1 Röyal adlı şəxsin taksi kimi sürdüyü Vaz 21074 markalı, **-SU-*** nömrə nişanlı avtomobilə yaxınlaşmış və Röyal adlı şəxs ona əlində olan əşyanı Şahid1 vermiş və Şahid1 həmin yerdən uzaqlaşaraq Polis şöbəsi istiqamətində hərəkət etməsi göstərildiyi halda cinayət işinin materiallarında olan (bax səhifə 21, 23) xx.xx.2019cu il tarixli Mingəçevir ŞPŞ-nin CAB-ın rəisi Şahid2 Mingəçevir ŞPŞ-nin rəisi Teymur Hacıyevə ünvanlandığı raportunda və könüllü təqdim etmə baxış barədə protokolda, X27 İbrahimovdan 90 manata aldığı bir kibrit qutusunda yaşıl rəngdə spesifik iyə malik olan yaşıl kütləni Mingəçevir şəhər ərazisində yerləşən “1941-1945” dairəsi deyilən ərazidən alaraq, həmin günü saat 20:00-da polis şöbəsinə gəlməsi və 20:15-də həmin kütləni polis şöbəsinə könüllü təqdim etməsi göstərilmişdir. Şahid1 20:00-da Mİngəçevir ŞPŞ-da təlimatlandırılaraq 21:40 radələrində müşahidə altında Təqsirləndirilən şəxs olduğu yerə 5 dəqiqəyə yəni 21:45-də çatması göstərilsə də digər sənədlərdə isə Şahid1 narkotik vasitəni artıq Təqsirləndirilən şəxs alaraq 20:00-da polis şöbəsinə gəlməsi, 20:15-də isə həmin kütləni polis şöbəsinə təqdim etməsi göstərilmişdir. Sözügedən sənədlərin bir-birinə zidd olması ona dəlalət edir ki, ittiham aktı və digər sənədlər formal olaraq tərtib edilmişdir. Bu ziddiyyətlərə görə də məhkəmə təqsirləndirilən şəxs və məhkəmədə dindirilmiş əlavə şahidlər X22 və X20 ifadələrini daha inandırıcı hesab edir. Həmçinin məhkəmə Şahid1 özünün şəxsiyyətini səciyyələndirən halları müəyyən etmək üçün müvafiq sorğular vermiş və müəyyən etmişdir ki, Şahid1 polis əməkdaşları ilə əməliyyat axtarış işlərində sıx əməkdaşlıq edir. Belə ki, məhkəmə sorğusu əsasında alınmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(008)-305/2018 saylı hökmünün, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(001)-101/2019 saylı hökmlərindən və Mingəçevir şəhər Məhkəməsinin 4(051)-64 saylı, xx xxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin uzadılması haqqında qərardan görünür ki, Şahid1 həmin işlər üzrə şahid və şərti alıcı kimi işlərdə iştirak etmişdir. Bu səbəbdən də məhkəmə Şahid1 halhazır ki, iş üzrə verdiyi ifadəyə tənqidi yanaşır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, nədənsə təhqiqat və istintaq orqanı, isti izlərlə, özləri tərəfindən təqdim edilmiş 90 manat pulun Şahid1 tərəfindən Təqsirləndirilən şəxs verilməsi zamanı, bunu müşahidə etsələr də, onu dərhal saxlamağa və bu xususatı araşdırmağa maraqlı olmamışlar. Bir müddət sonra isə Təqsirləndirilən şəxs saxlamış və onun üzərindən şərti alıcı tərəfindən verilmiş 90 manat puldan cəmi 10 manatının çıxmasını, 80 manat pulun isə hara xərclənməsini müəyyən edə bilməmişlər ki, bununla da ziddiyyətli və şübhəli məqamlara aydınlıq gətirə bilməmişlər. Qeyd edilən ziddiyyətli və şübhəli məqamlara isə hazırki məhkəmə kollegiyasının iclasında da aydınlıq gətirilməsi mümkün olmamışdır. Bundan əlavə cinayət işi materiallarında olan, sübut kimi qəbul edilmiş məhkəməbioloji və məhkəmə-narkaloji ekspertizasının rəylərini məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəylər əvvəlcədən şəxsin narkotik maddələri qanunsuz olaraq əldə edib saxlamasına və satmasına dəlalət etmir. Həmçinin ibtidai araşdırma vaxtı istintaq orqanı bir sıra qanun pozuntusuna yol vermişdir. Belə ki, avtomobilə baxış keçirmə barədə video görüntü olan diskə məhkəmə iclasında baxılan zaman həmin videonun yarımçıq və axıra kimi çəkilmədiyi aşkar olunmuşdur. Həmçinin video görüntüdə narkotik vasitənin qablaşdırılması və kimlər tərəfindən imzalanması göstərilməmişdir. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirmə protokolunun birinci səhifəsində və narkotik vasitə qablaşdırılmış zərfin üzərindəki imzaların onun tərəfindən icra etməməsini bildirmişdir. Bu anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 3101 saylı rəyindən müəyyən edilmişdir ki, Belə ki, xx.xx.2019-cu il tarixli avtomobilə baxış keçirmə haqqında protokolun birinci səhifəsinin aşağı sağ küncündə “5” rəqəmi önünüdəki imza və maddi sübutun qablaşdırılmış zərfin üzərində “imza” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası onu da bildirməyi vacib hesab edir ki, Avropa Məhkəməsinin bir sıra presedentlərində (Andondonskininişi, Bıkov Rusiyaya qarşı iş və sair) Avropa Məhkəməsinin qeyd etdiyi kimi, ibtidai istintaqın gedişində toplanmış sübutlar şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi üçün deyil, şəxsin həmin ittiham üzrə məhkəmə qarşısına çıxarılması üçün əsas kimi qəbul oluna bilər. Şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsi məsələsi yalnız məhkəmə iclasında tədqiq olunmuş və hüquqi cəhətdən qiymətləndirilmiş sübutlar əsasında həll olunur. Azərbaycan Respublikasının qanunuvericiliyidə məsələyə məhz bu mövqedən yanaşır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin fəlsəfəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu verdikt tamamilə əsaslı və ədalətlidir. Belə ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyə qədərki mərhələyə də (hazırkı işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" x xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə, “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Beləliklə məhkəmə işin qeyd edilən hallarına əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayətprosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu sübutlar hüquqi qüvvəsi olmayan hesab edilirlər. Hazırkı işdə ittiham tərəfinin sübut qismində ifadələrinə istinad etdiyi şahidlərin əksəriyyəti polis əməkdaşlarından ibarətdir. Polis əməkdaşlarının isə narkomaniya ilə mübarizə sahəsində fəaliyyətlərinin müsbət qiymətləndirilməsində, apardıqları əməliyyataxtarış tədbirlərinin uğurlu hesab edilməsində xidməti maraqları vardır. Buna görə də onların Təqsirləndirilən şəxs ilə bağlı həyata keçirdikləri əməliyyat-axtarış tədbirinin qanuniliyini əsaslandırmaq səyləri başa düşüləndir. Bu zaman onların verdikləri ifadələrin qeyri-səmimi və məqsədyönlü olması da istisna edilə bilməz. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahid qismində dindirilmiş Şahid2, X13, Şahid3, X10 ifadələrini obyektiv və işin faktiki hallarına uyğun olmayan, ittihamın müdafiəsinə yönəlmiş ifadələr hesab etməsi ilə razılaşır. Həmçinin Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi araşdırması zamanı verdiyi ifadələrində qeyd etmişlər ki, onlar polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara qarşı fiziki güc təsiri edilmiş, döyülərək işgəncəyə məruz qalmışlar. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, işdə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsini təsdiqləyən mötəbər sübutlar yoxdur. Başqa sözlə, işdə olan sübutlar X4 CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərincə əsaslı və mötəbər deyildir. Xüsusən də, həmin sübutların əldə edilməsi zamanı cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan, onlardan ittihamın sübutunda istifadə edilməsi yolverilməzdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. Onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin maddəsinin tərkibi yoxdur. Həmin əməl onun tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinə əsasən ədalət mühakiməsi faktlara əsasən aparılır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü o zaman əsaslı hesab olunur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsi birmənalı olaraq təsbit edir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-nin 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. CPM-nin 21-ci mаddəsinə əsasən, cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır... Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır... Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). CPM-in 145.3-cü maddəsinə görə, ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kolegiyası həmçinin dövlət ittihamçısının hazırkı cinayət işində şərti alıcı Şahid1 ölkə hüdüdlarından kənarda olmasını bildirməklə, onun ifadələrinin elan edilməsini, digər şahidlərin isə ifadələrinin nəzərə alınaraq məhkəmə kollegiyasının iclasını dəvət edilib dindirilməsinə lüzum olmadığını göstərməsini nəzərə alaraq, əlavə araşdırmanın aparılmasına lüzum olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası sübutların məcmusuna ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir və şərh edilməli olmasına dair CPM-nin tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 42.2-ci və 42.2.4-cü maddələrinə müvafiq olaraq, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə görə də, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verməkdə haqlı olmuşdur. Yuxarıda şərh edilənlərlə həmçinin təsdiq olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılması haqqında dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Tamerlan Niftullayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-17/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-17/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver