Məhkəmə qərarları › İş №1(107)-17/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-17/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-17/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X29 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, Kiçik-ədliyyə müşaviri X2, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)- 142/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X20 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər N.Mirzəyev (məruzəçi) və B.Məmmədovdan ibarət tərkibdə) 13 oktyabr 2022-ci il tarixli, 1(091)- 142/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1990-cı il tarixdə Ucar rayonunun, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X23 Xidmətinin Ucar rayon X23 hissəsinin 131 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin sürücü vəzifəsində işləyən, Ucar rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcı xx.xx.2022ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilməsi, barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X9 yerləşdirilməsi üçün X8 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut və Ağdaş Rayon Polis Şöbəsinin müvəqqəti duracağında saxlanılan qırmızı rəngli “Kamaz” 65111 markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X23 Xidmətinin Ucar rayon X23 hissəsinin 131 nömrəli Yanğından mühafizə bölməsinə, X11 idarə etdiyi qara rəngli “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə onun hüquqi varisi X13 qaytarılması, boz rəngli **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı “Kamaz 55111” markalı yük avtomobilinin və onun SZAP 8527 markalı **-ZC-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqusunun sahibi X14 qaytarılması nəzərə alınması, iş üzrə 213 AZN (iki yüz on üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. işin halları: İbtidai araşdırma orqanın mövqeyinə görə Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü Təqsirləndirilən şəxs hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 259-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisində idarə etdiyi içərisində FHN-nin əməkdaşları olan qırmızı rəngli “Kamaz 65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobili ilə Qazax rayonu istiqamətində sağ zolaqla 60-65 km/saat sürətlə hərəkət edərkən qarşıda hərəkət edən traktor nəqliyyat vasitəsini ötmək üçün avtomobilin sürətini azaldıb sol hərəkət zolağına doğru istiqamətlənərək hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək ötmə əməliyyatını icra edib həmin hərəkətin davamı olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət etdiyi yolda məcburi hərəkət istiqaməti nişanı 4.1.1“Düzünə hərəkət” olduğu halda buna əməl etməyərək geriyə dönmənin qadağan olduğu yerdən dönmə əməliyyatını icra etməyə başlamışdır ki, həmin vaxt arxadan sol zolaqla hərəkətdə olan sürücü Şamaxı rayonunun Qaravəlli kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X21 toqquşmamaq üçün idarə etdiyi qara rəngli “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili sola istiqamətləndirmiş, bu zaman “Daewoo Gentra” markalı avtomobil beton arakəsməyə dəyərək “Kamaz 65111” markalı yanğınsöndürən avtomobilin qabaq sol təkərin arxa qanad altı hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Daewoo Gentra” markalı avtomobil idarə etməni itirərək əks istiqamətli hərəkət yolunun sağ zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Təzəkənd kənd sakini xx.xx.1987-ci il təvəllüdlü X4 zolaqla 40-50 km/saat sürətlə idarə etdiyi “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ön sol hissəsi ilə toqquşmuş və nəticədə “Daewoo Gentra” markalı avtomobilin sürücüsü X11 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə təpə nahiyəsinin hematoması (şişkinliyi), alt çənə sümüyünün sınığı, sol çiyin nahiyəsinin, sol oma nahiyəsinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin qabaq hissəsində əyləşmiş sərnişin Şamaxı rayonunun Qaravəlli kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X3 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, təpə nahiyəsinin hematoması (şişkinliyi), sağ diz oynağının bayır səthinin sol dizaltı nahiyənin sıyrıqları kimi ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şamaxı rayonunun Adnalı kənd sakini xx.xx.1991-ci il təvəllüdlü X17 qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə nahiyəsinin hematoması (şişkinliyi), sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ çiyin nahiyəsinin, sağ kürək altı nahiyənin, sol əlin üst səthinin sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, yəni, ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X20 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətləri və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X20 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmünü tamamilə ləğv edilərək iş üzrə yeni hökm çıxarılmaqla avtomobil qəzası nəticəsində 3 nəfərin ölümü ilə nəticələnmiş cinayət hadisəsinin həqiqi günahkarı “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edən X15 şahid qismində deyil, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək onun cəzalandırılmasını və ya bu əsasda iş materiallarının ibtidai istintaqa qaytarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmünə məhkəmə istintaqı aparılmaqla apellyasiya qaydasında baxılmasını, həmin hökmün ləğv edilib hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddələri ilə bəraət verilməsinə dair yeni hökm çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər. Müdafiəçi əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxs dönmə deyil, ötmə əməliyyatı icra etdiyini etiraf edir. Hətta dönmə əməliyyatı icra etdiyini qəbul etsək belə birinci instansiya məhkəməsində iştirak edən yol patrul xidmətinin əməkdaşları hadisə baş verən yolda donmə əməliyyatını icra etməni qadağan edən hər hansı bir nişanın olmadığını bildirirlər. Əgər dönmə qadağandır nişanı yoxdursa təqsirləndirilən şəxs haradan bilsin ki, orda dönmə əməliyyatı icra etmək qadağandır. Hətta məhkəmə istintaqı zamanı şahidlərə sual verildi ki, hal-hazırda orada dönmə əməliyyatını qadağan edən nişan var. Sonuncular bildirilər ki, orada qeyd edilən nişan hal-hazırda da yoxdur. Bundan başqa hüquqlarını müdafiə etdiyim şəxs ötmə əməliyyatını edərkən avtomobildə olan sayrışan işıqların hamısını yandırmışdır. Hadisə baş verəndən sonra o həyəcanlı olduğu üçün avtomobili söndürdüyündən bütün mexanizmlər də fəaliyyətini dayandırmışdır. Hadisəni görən bütün şahidlər də hüquqlarını müdafiə etdiyim şəxsin hadisə zamanı sayrışan işıqlardan istifadə etdiyini etiraf edirlər. Bu isə o demək idi ki, təqsirləndirilən şəxsin digər şəxslərə münasibətdə yol hərəkətləri zaman üstünlük hüququ olubdur. Məhkəmə kollegiyası iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kamaz markalı avtomobil istintaq qeyd edir ki, yolun sağ tərəfi ilə gedirdi. Əslində o yolun sol tərəfi ilə gedib. Yolun sol tərəfi ilə getdiyi üçün təqsirləndirilən şəxs onun oğlunun maşınına vurduqdan sonra kamaza dəyiblər. Qeyd edilir ki, kamasın sürəti saatda 30-35 km olubdur. Ancaq bu surətdə olan kamaz maşını necə olubdur ki, onun oğlunun maşınını 24-30 metr sürüyübdür. Hesab edir ki, o kamazın surəti yüksək olubdur. Odur ki, “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edən X15 şahid qismində deyil, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək onun cəzalandırılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri X6 apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər zərərçəkmiş şəxslərin hüquqi varisləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X20 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs CMnin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə saat təxminən 16 radələrində Ucar rayon X23 Hissəsinə Qazıqumlaq kəndində yanğın hadisənin baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında manqa şəklində o, və digər yanğın söndürənlər Şahid1, Şahid4, Şahid2, Şahid3 Ucar rayon X23 Hissəsinə aid “Kamaz 65111” markalı texniki cəhətdən saz vəziyyətdə olan qırmızı rəngli **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğın söndürmə avtomobilinə əyləşərək Ucar rayonunun Qazıqumlaq kəndinə yola düşmüşlər. Avtomobilin sürücüsü o, olmuşdur. Yanğın Qazıqumlaq kəndinin əks istiqamətində yəni, Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Bakı istiqamətində baş verdiyi üçün onlar həmin əraziyə getmək üçün Ağdaş rayonu ərazisindən keçməli olmuşlar. Hərəkətdə olarkən o, sayrışan işıq siqnallarını yandıraraq yolun sağ hissəsi ilə Ağdaş rayonu istiqamətində təxminən 60-65 km/saatla hərəkət edirmiş, Bakı-QazaxGürcüstan sərhəd yolunun 260 kmdə hərəkətdə olan zaman o, sol dönmə işıqlarını yandırıb ötmə əməliyyatı icra edərək qarşıda hərəkətdə olan traktoru ötüb yolun sol hissəsi ilə hərəkət etməyə başlamış, ötmə əməliyatını icra etməyə başlayanda yolun sol hissəsində onun avtomobilinin arxasında 2 ədəd dövlət qeydiyyat nişanlarını xatırlamadığı Mercedes və Honda markalı nəqliyyat vasitələri olmuşdur. Həmin avtomobillər keçdikdən sonra o, arxadan hər hansı bir avtomobil gəlmədiyini görüb ötmə əməliyyatını icra etmiş, daha sonra isə sağ dönmə işıqlarını yandırıb yolun sağ hərəkət hissəsinə qayıtmaq istəyərkən arxadan “Daewoo” markalı avtomobilin onun idarə etdiyi avtomobilin arxa sol təkəri ilə beton arakəsmə arasında sıxışdığını görüb, avtomobili sağa çəkmək istəmiş, lakin “Daewoo” markalı avtomobil beton arakəsməyə sürtülüb idarə etdiyi “Kamaz 65111” markalı avtomobilin ön sol təkərinin arxa hissəsinə dəymiş, toqquşma nəticəsində “Daewoo” markalı avtomobil qarşı hərəkət zolağında hərəkət edən avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulan döngə istiqamətində qarşı hərəkət zolağına çıxaraq qarşıdan hərəkət edən digər “Kamaz 55111” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra o və digər iş yoldaşları avtomobildən düşərək “Daewoo” markalı avtomobildə olan sürücü və sərnişinləri avtomobildən çıxarmışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, “Daewoo” markalı avtomobilin sürücüsü adlarını sonradan öyrəndiyi Şamaxı rayon sakinləri X21 və sərnişin X7 hadisə yerində vəfat etmişdir. Digər sərnişin X30 isə aldığı xəsarətlərdən Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. Daha sonra isə öyrənmiş ki, Şakir Usubov da xəstəxanada vəfat etmişdir. Birinci instansiya məhkəməsi iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həmin vaxt “Kamaz” markalı yanğın söndürmə avtomobilini 60-65 km/saatla idarə edirmiş, həmçinin, o, hadisə zamanı spirtli içkilərin təsiri altında olmamışdır. O və həmin iş yoldaşları ilə birgə Ucar rayonunun Qazıqumlaq kəndinə yanğın söndürülməsinə gedirmiş, həmçinin, bu barədə yol vərəqəsi manqa komandiri Şahid1 olmuşdur. O, ötmə əməliyyatını icra edərkən yolun sol hərəkət hissəsində arxadan hər hansı bir nəqliyyat vasitəsi hərəkət etmirdi. O, buna əmin olduqdan sonra ötmə əməliyyatını icra etmişdir. O, traktor nəqliyyat vasitəsini ötüb keçdikdən sonra traktorla onun idarə etdiyi avtomobililə arada məsafə az olduğu üçün o, yolun sağ hərəkət hissəsinə qayıtmamış, belə ki, o, traktorla aradakı məsafəni çoxaltdıqdan sonra yolun sağına qayıtmaq istəmişdir. Ola bilsin ki, “Daewoo”markalı avtomobil sürətlə hərəkət ediyi üçün o, onu ötmə əməliyyatını icra etməyə başlayanda görməmişdir. “Daewoo”markalı avtomobil sonradan idarə etdiyi “Kamaz 65111” markalı avtomobilə arxa hissədən yaxınlaşmışdır. O, ötmə əməliyyatını icra etdikdən sonra “Daewoo” markalı avtomobili sol güzgüdən təxminən onun idarə etdiyi avtomobilə 30-40 metr qalmış görmüşdür. O, yolun sol hərəkət hissəsinə çıxıb təxminən 1-2 dəqiqə hərəkət etdikdən sonra “Daewoo” markalı avtomobilin onun idarə etdiyi avtomobilin sol arxa təkəri ilə beton arakəsmə arasında sıxışdığını görüb avtomobili sağa çəkməyə başlamış, lakin “Daewoo” markalı avtomobil beton arakəsməyə sürtüldükdən sonra onun idarə etdiyi “Kamaz” markalı avtomobilin ön sol təkərinin arxa hissəsinə dəyərək yol ayırıcında qarşı hərəkət zolağına çıxmışdır. Hadisə məhz qeyd edilən kimi yol nişanının tələbinə əsasən geriyə dönmənin qadağan olunduğu yol kəsimində baş vermişdir. Lakin, o, həmin vaxt qadağan olunmuş yerdən dönmə əməliyyatını icra etməmişdir. O, ötmə əməliyyatını icra edərkən “Daewoo” markalı minik avtomobili onun idarə etdiyi “Kamaz” markalı yanğın söndürmə avtomobilinə axa hissədən yaxınlaşdıqdan sonra beton ara kəsmələr sürtülüb “Kamaz” markalı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışdır, lakin ibtidai istintaq düzgün aparılmamış, əslində onun günahı olmadığı halda təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Odur ki, barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, mərhum X30 onun oğlu olmuşdur. X39 01 fevral 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi avtomobil sexində olarkən dostları X7 və X21 ilə birlikdə Təbriz Xudaverdiyevə avtomobil almaq məqsədi ilə Gülxas Əmrahovun idarə etdiyi “Daewoo” markalı avtomobilə əyləşərək Gəncə şəhərinə yola düşmüşlər. Həmin gün saat təxminən 19-20 radələrində yaşadığı evdə olarkən yaxın qohumlar mobil telefonla ona zəng edərək X39un digər dostları Gülxas Əmrahov və Pərviz Xudaverdiyevlə birlikdə Ağdaş rayonu ərazisində avtomobil qəzası keçirtdiklərini, nəticədə Pərviz Xuaverdiyev və Gülxas Əmrahov hadisə yerində vəfat etdiyini X39un isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyyə etdiklərini bildirmişlər. Həmin gün o, Göyçay rayonuna getmiş, 01 fevral 2022-ci il tarixdə saat təxminən 23 radələrində X39 aldığı bədən xəsarətlərindən Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, hesab edir ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs hadisədə heç bir günahı yoxdur. Bütün günah hadisə vaxtı qarşı yolda hərəkət edən kamaz sürücüsündə olmuşdur. Ona görə də, təqsirləndirilən şəxs barəsində cəza təyin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Təbriz Xudaverdiyev göstərmişdir ki, mərhum X7 onun oğlu olmuşdur. X27 01 fevral 2022-ci il tarixdə saat 14 radələrində dostları X21 və X30 ilə birlikdə X27ə avtomobil almaq məqsədi ilə Gülxas Əmrahovun idarə etdiyi “Daewoo” markalı avtomobilə Gəncə şəhərinə yola düşmüşlər. Həmin gün saat təxminən 17-18 radələrində yaşadığı evdə olarkən yaxın qohumlar mobil telefonla ona zəng edərək X27 digər dostları Gülxas Əmrahov və Şakir Usubovla birlikdə Ağdaş rayonu ərazisində avtomobil qəzası keçirtdiklərini, nəticədə oğlu Pərviz Xuaverdiyevin və Gülxas Əmrahovun hadisə yerində vəfat etdiyini Şakir Usubovun isə Göyçay Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edildiyini bildirmişlər. Həmin gün o, Ağdaş rayonuna getmiş, orada ona yol polisi əməkdaşları tərəfindən bildirilmiş ki, Gülxas Əmrahovun idarə etdiyi “Daewoo” markalı avtomobil Azərbaycan Respublikası FHN-nin əməkdaşı daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı yanğın söndürmə xidmətinə aid avtomobillə toqquşmuş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizə elan olunaraq tədqiq olunmuşdur. Həmin ərizədə Təbriz Xudaverdiyev göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqının yekunlaşması ərəfəsində zərərçəkmiş şəxsin hüquqi varisi X5 şəxsən məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 Oktay oğlu, Şahid1, Şahid2 və Şahid3 ayrı-ayrılıqda təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə saat 08:00-dan 02 fevral 2022-ci il tarixdə saat 08:00-dək Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 245-275 km-dək olan məsafədə iş yoldaşı inspektor polis serjantı Eldəniz Qarayevlə birgə xidmətdə olmuşlar. Xidmətdə olduqları zaman 01 fevral 2022-ci il tarixdə saat təxminən 16 radələrində BakıQazax-Gürcüstan sərhəd yolunun 259-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə onlara məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən Eldəniz Qarayevlə birgə “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qeyd edilən hadisə yerinə getmişlər. Hadisə yerinə getdikdən sonra müəyyən edilmişdir ki, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 259-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisində Ucar rayonu X23 hissəsinin 131 nömrəli Yanğından mühafizə bölməsinin sürücüsü Ucar rayonunun Yuxarı Şilyan kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Qazax rayonu istiqamətində hərəkət edən içərisində FHN-nin əməkdaşları olan “Kamaz” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobillə manevr edərkən sol qanad hissəsi ilə arxadan gələn Şamaxı rayonunun Qaravəlli kənd sakini xx.xx.1992-ci il təvəllüdlü X11 idarə etdiyi “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin sağ tərəfinə dəymiş, zərbənin təsirindən sonuncu idarəetməni itirərək qarşı hərəkət zolağına çıxaraq həmin vaxt qarşı hərəkət zolağında Bakı istiqamətinə doğru hərəkətdə olan Şəmkir rayonunun Təzəkənd kənd sakini xx.xx.1987-ci il təvəllüdlü X15 idarə etdiyi “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsi ilə toqquşmuşdur. O və iş yoldaşı Eldəniz Qarayev hadisə yerinə gəldikdən sonra Pərviz Xudaverdiyev və Gülxas Əmrahovun avtomobildə sıxılıb qalan meyitlərini FHN-nin əməkdaşları “Daewoo Gentra” markalı avtomobildən çıxarmağa çalışırmışlar. Hadisə yerində məlum olmuşdur ki, qəza yol nişanlarının tələbinə əsasən geriyə dönmənin qadağan olunduğu yerdə baş vermiş, həmin istiqamət isə Qazax rayonu istiqaməti olmuşdur. Hadisə yerinə gəldikdən sonra o və iş yoldaşı Eldəniz Qarayev “Kamaz” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobilində olan 4-5 nəfər yanğınsöndürmə xidmətinin əməkdaşlarından hadisənin necə baş verdiyini soruşmuşlar. İlk olaraq tanımadığı və adlarını bilmədiyi həmin şəxslər əlləri ilə Ucar rayonunun Qaradağlı kəndini göstərib geriyə dönmənin qadağan olduğu yerdən dönərək orada baş vermiş yanğını söndürməyə getdiklərini bildirmişlər. O və Eldəniz Qarayev həmin şəxslərdən və “Kamaz” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hansı səbəbdən həmin istiqamətdə, yəni geriyə dönmənin qadağan olduğu yerdən dönmək istədiklərini soruşduqda sürücü və digər yanğınsöndürənlər öz sözlərini dəyişərək bildirmişlər ki, onlar dönmək istəməmiş, sadəcə ötmə əməliyyatını həyata keçirmişlər. Birinci instansiya məhkəməsi iclasında əlavə şahid qismində dindirilmiş X12 şahid X25 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında əlavə şahid qismində dindirilən X26 ifadəsində göstərmişdir ki, hadisə günü istifadəsində olan “Kamaz” markalı yük avtomobili ilə Goranboy rayonundan 30-35 ton yük yığdıqdan sonra Bakı şəhəri istiqamətində ikizolaqlı yolla yolun sağ zolağı ilə hərəkətdə olmuş, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 259-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisində olarkən yol ayrıcına gəldiyi zaman ani anda digər yolda minik avtomobili yanğınsöndürən avtomobillə toqquşaraq qəflətən onun olduğu yola çıxmış və nəticədə onun avtomobilinin ön sol tərəfi ilə toqquşduqdan sonra həmin yolun digər tərəfinə düşmüşdür. Hadisə anidən baş verdiyindən, toqquşmanın qarşısını ala bilməmiş, nəticədə həmin minik avtomobili onun idarə etdiyi yük maşınına çırpılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, hadisə yeri Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 259-cu kilometrliyidir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yerdə yol asfalt örtüklü olmaqla quru vəziyyətdədir. Hadisə yerində yolun ortasında sağ və sol zolaqda hərəkət edən nəqliyyat vasitələrini ayırmaq üçün ağ rəngli qırıq xətlər vardır. Avtomobil yolunun hər iki kənarlarında bütöv sarı xətt vardır. Hadisə yerində təhlükəsizlik kamerası yoxdur. Hadisə baş verən yerdə avtomobil yolunun ümumi eni 9,9 metrdir. Yol sağ və sol hərəkət zolaqlarından ibarətdir. Yolun hərəkət hissəsinin ümumi eni 8 metr 10 sm-dir. Sol hərəkət zolağının eni 4 metr, sağ hərəkət zolağının 4 metr 10 sm-dir. Yolun sağ tərəfində eni 3 metr olan torpaq örtüklü yol çiyni vardır. Sağ tərəfdə sarı xətdən yol çiyninə qədər məsafə 70 sm-dir. Sağ tərəfdən sarı xəttə bitişik ağ qırıq-qırıq xətlər vardır. Hadisə yerindən bir qədər sonra həmin ağ xətlər sarı xətdən ayrılmağa başlayır. Sol tərəfdən beton ara kəsmə vardır. Ara kəsmənin içərisi torpaq örtüklüdür. Beton ara kəsmənin eni 2 metr 60 sm-dir. Beton ara kəsmənin üzərində ümumi uzunluğu 3 metr 60 sm olan qara rəngli “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə aid sürtünmə izləri vardır. Sürtünmə izinin başlanğıcından beton ara kəsmənin sonuna qədər məsafə 6,40 metrdir. Sürtünmə izinin başlanğıcından toqquşma yerinə qədər məsafə 10 metr 30 sm-dir. Toqquşma yeri üzü Qazax rayonu istiqamətində olan yolun sol hərəkət zolağında yol kəsimində geriyə dönmənin qadağan olunduğu yerin yaxınlığında baş vermişdir. Belə ki, “Kamaz 65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürmə avtomobili geriyə dönmənin qadağan olduğu yol kəsimi istiqamətinə maili şəkildə dayanmış vəziyyətdədir. Avtomobilin ön təkərləri isə sağ hərəkət zolağına dönülü istiqamətində dayanmışdır. “Kamaz 55111” markalı yanğınsöndürmə avtomobilinin qəzadan sonrakı dayanmış vəziyyətindən görünür ki, “Kamaz 55111” yanğınsöndürmə avtomobili yolun geriyə dönmənin qadağan olduğu yerdə geriyə dönmə əməliyyatını həyata keçirərkən sol hərəkət zolağı ilə arxadan gələn “Daewoo Gentra” markalı 99-TJ631 dövlət qeydiyyat nömrə nişanlı avtomobil “Kamaz 55111” yanğınsöndürmə avtomobilinin sol qanad altı hissə, yəni sol ön təkərin arxa hissəsi ilə toqquşmuşdur. Həmçinin, “Kamaz 65111” markalı avtomobilin sol təkərin arxa hissəsində aldığı zədələrdən görünür ki, “Daewoo Gentra” markalı **-TJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yanğınsöndürmə avtomobilinin arxa detallarına toxunmamış, toqquşmanın “Kamaz 65111” markalı avtomobilin sol qabaq təkərinin arxa qanadaltı hissəsində yəni avtomobilin mərkəzi hissəsinə yaxın olması “Kamaz 65111” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sol hərəkət zolağına çıxaraq geriyə dönmənin qadağan olunduğu yerdə geriyə dönmə manevrini icra edərkən “Daewoo Gentra” markalı avtomobillə toqquşduğunu göstərir. Toqquşma yeri sol hərəkət zolağında sarı xətdən 40 sm məsafədə yerləşir. Toqquşma yerinin məhz həmin nöqtədə olması qeyd edilən hissədə asfalt örtükdə dağıntılar olması, həmçinin, “Daewoo Gentra” markalı avtomobilin həmin nöqtədən qarşı hərəkət yolunun sağ hərəkət zolağına istiqamətlənən və sağ hərəkət zolağına qədər uzanan 19 metr uzunluğunda təkər izinin olması ilə təsdiq olunur. “Kamaz” markalı yanğın söndürmə avtomobilinin ön sol təkəri ilə sarı xəttə qədər məsafə 10 sm-dir. “Daewoo Gentra” markalı minik avtomobili “Kamaz 65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürmə avtomobili ilə toqquşduqdan sonra hərəkət trayektoriyasını dəyişərək yol kəsimi ilə qarşı hərəkət yoluna çıxmış və həmin yolda sağ hərəkət zolağı ilə üzü Bakı şəhəri istiqamətində hərəkət edən boz rəngli “Kamaz 55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə toqquşmuşdur. Geriyə dönmənin qadağan olunduğu yol kəsiminin eni 5 metr-dir. Yol kəsimində beton ara kəsmələrin arasındakı məsafə 13,90 metrdir. Boz rəngli “Kamaz 55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin ön sol hissəsində zədələr və deformasiya izləri vardır. Sağ hərəkət zolağında sarı xətdən 2 metr 60 sm məsafədə 2-ci toqquşma yeridir. 2ci toqquşma yerində yağ və maye izləri vardır. 1-ci və 2-ci toqquşma nöqtələri arasındakı məsafə 19 metrdir. Həmçinin, 2-ci toqquşma yeri ilə paralel boz rəngli “Kamaz 55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sağ ön təkərinə aid uzunluğu 2 metr 70 sm olan tormoz izi vardır. Tormoz izinin başlanğıcından 2-ci toqquşma yerinə qədər məsafədə 1 metr 50 sm-dir. “Daewoo Gentra” markalı avtomobillə boz rəngli “Kamaz 55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşduqdan sonra “Daewoo Gentra” markalı avtomobil qarşı hərəkət yolunda üzü Bakı şəhəri istiqamətində sol hərəkət zolağında, Boz rəngli “Kamaz 55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili isə həmin istiqamətində yolun sağ hərəkət zolağının kənarında yol çiynində dayanmışdır. Qəzadan sonra boz rəngli “Kamaz 55111” markalı 57BL-541 dövlət qeydiyyat nişanlı yük avtomobili 2-ci toqquşma yerindən 44 metr məsafədə, Daewoo Gentra” markalı avtomobil isə 33 metr məsafədə dayanmışdır. 2-ci toqquşma yerində yolun ümumi eni 9 metr 21 sm-dir. Yolun hərəkət hissəsinin eni isə 7 metr 20 smdir. Yol nişanına əsasən hadisənin baş verdiyi 259cu km-də icazə verilən maksimum sürət 90 km/saatdır. Bundan başqa 1-ci toqquşma nöqtəsindən 50 metr aralıda, yəni Qazax istiqamətində toqquşma yerinə 50 metr qalmış yolun sağ çiynində yalnız məcburi hərəkət istiqamətini müəyyən edən 4.1.1 (düzünə hərəkət) yol nişanı vardır. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur (cild 01, iş vər. 05-31). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Mərkəzi X24 Şəxsin 18 fevral 2022-ci il tarixli 238 saylı məktubundan görünür ki, Ucar rayonunun Yuxarı Şilyan kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs vərəm əleyhinə, onkoloji və ruhiəsəb xəstəlikləri kabinetlərində qeydiyyatda yoxdur (cild 01, iş vər. 163). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 26 fevral 2022-ci il tarixli 24049-1222 saylı məktubundan görünür ki, DİN Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən ağır nəticəli yol-nəqliyyat hadisənin baş verdiyi Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 259-cu km-də videonəzarət kamerası quraşdırılmamış və həmin yol sahəsində müəyyən olunmuş maksimum surət 90 km/saat həddində müəyyən olunmuşdur (cild 02, iş vər. 21). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022ci il tarixli 04 saylı rəyindən görünür ki, X17 meyitində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə nahiyəsinin hematoması (şişkinliyi), sol said sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, sağ çiyin nahiyəsinin, sağ kürək altı nahiyənin, sol əlin üst səthinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X17 ölümünə qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X17 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. X17 ölümü meyitin müayinəsindən ən azı 1 ən çoxu 3 saat əvvəl baş vermişdir. X17 meyitindən götürülən qanda etil spirti aşkar olunmadı (məhkəmə müayinə kimyəvi müayinə aktı xx.xx.2022-ci il tarixli 453/Ksaylı) (cild 02, iş vər. 22-25). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022ci il tarixli 03 saylı rəyindən görünür ki, X3 meyitində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, təpə nahiyəsinin hematoması (şişkinliyi), sağ diz oynağının bayır səthinin sol dizaltı nahiyənin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X3 ölümünə qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X3 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. X3 ölümü meyitin müayinəsindən ən azı 2 ən çoxu 5 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülən qanda etil spirti aşkar olunmadı (məhkəmə müayinə kimyəvi müayinə aktı xx.xx.2022-ci il tarixli 452/Ksaylı) (cild 02, iş vər. 26-29). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022ci il tarixli 02 saylı rəyindən görünür ki, X11 meyitində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, ənsə təpə nahiyəsinin hematoması (şişkinliyi), alt çənə sümüyünün sınığı, sol çiyin nahiyəsinin, sol oma nahiyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X11 ölümünə qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X11 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. X11 ölümü meyitin müayinəsindən ən azı 2 ən çoxu 4 saat əvvəl baş vermişdir. X11 meyitindən götürülən qanda etil spirti aşkar olunmadı (məhkəmə müayinə kimyəvi müayinə aktı xx.xx.2022-ci il tarixli 451/Ksaylı) (cild 02, iş vər. 30-33). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 13 aprel 2022-ci il tarixli 8\921 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan materiallara əsasən “Kamaz-65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 65-ci maddəsinin 1-ci hissəsinin (4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 02, iş vər. 40-44). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 28 aprel 2022-ci il tarixli 8\1055 saylı rəyindən görünür ki, təqdim olunan məlumatlara əsasən “Kamaz 65111” markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı yanğınsöndürən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə əsasən riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 02, iş vər. 146149). Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmünü tamamilə ləğv edilərək iş üzrə yeni hökm çıxarılmaqla avtomobil qəzası nəticəsində 3 nəfərin ölümü ilə nəticələnmiş cinayət hadisəsinin həqiqi günahkarı “Kamaz-55111” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edən X15 şahid qismində deyil, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək onun cəzalandırılmasını və ya bu əsasda iş materiallarının ibtidai istintaqa qaytarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmünə məhkəmə istintaqı aparılmaqla apellyasiya qaydasında baxılmasını, həmin hökmün ləğv edilib hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddələri ilə bəraət verilməsinə dair yeni hökm çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin ona bəraət verilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahidlərin, o cümlədən əlavə şahidlər Eldəniz Qarayev, Vaqif İsmayılov və Aslan Verdiyevin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatların cinayət işinin materiallarında mövcud olan sübutlarla təsdiq olunmadığı və həqiqəti əks etdirmədiyi qənaətindədir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerinə keçirilən baxış istintaq hərəkətinin protokolundan, ona əlavə olunmuş hadisənin baş vermə mexanizmini əks etdirən sxemdən, hadisə yerində çəkilmiş foto şəkillərdən, habelə şahid ifadələrindən və ekspert rəylərindən hadisənin istintaq orqanının gəldiyi qənaətə uyğun formada baş verməsi tam aydın olur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hadisənin Təqsirləndirilən şəxs qeyd etdiyi formada baş verməsi güman edilsə belə, bu halda yenə də Təqsirləndirilən şəxs təqsiri mövcud olmuş olur. Belə ki, Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, Təqsirləndirilən şəxs sözügedən qanunun tələblərinə əməl etməyərək ötmə əməliyyatını həyata keçirmişdir ki, nəticədə sözügedən hadisə baş vermişdir. Eyni zamanda, müdafiə tərəfin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanğınsöndürmə avtomobili olduğu halda və həmin vaxt faktiki olaraq baş vermiş yanğını söndürmək üçün bütün sayrışan işıqları qoşaraq getdiyi halda həmin yolda onunla bərabər hərəkətdə olan digər avtomobillərin ona yol vermək məcburiyyətində olması ilə bağlı qeyd etdiyi xüsusata gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Həmin Qanunun sözügedən maddəsinin ikinci hissəsində isə göstərilmişdir ki, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Göründüyü kimi, qanunverici operativ nəqliyyat vasitələrinə sayrışan işıqlar qoşulduğu halda hərəkətdə müəyyən üstünlük hüququ verir. Lakin həmin hüquq onlara həmin yolda hərəkətdə olan digər avtomobillər tərəfindən yol verildiyini yəqin etdikdən sonra şamil olunur. Bu isə onu ehtiva edir ki, sayrışan işıqları qoşulu olan nəqliyyat vasitəsi təhlükəsizlik tədbirlərini gördükdən, hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmadığına əmin olduqdan və artıq yolda hərəkətdə olan digər avtomobillərin ona yol verdiyini yəqin etdikdən sonra üstünlük hüququ əldə edərək hərəkət etmiş olur. Yəni, hələ saryışan işıqların qoşulması özü-özlüyündə həmin avtomobillərə hərəkətdə mütləq üstünlük hüququ vermir. Həmin avtomobillər mütləq şəkildə sözügedən təhlükəsizlik tədbirlərini görmək məcburiyyətində olurlar. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdikləri, o cümlədən müdafiə tərəfin məhkəmə istintaqı zamanı sərgilədiyi mövqe cinayət işi üzrə mövcud olan və məhkəmə istintaqı zamanı da müəyyən olunan obyektiv həqiqəti əks etdirmədiyindən, habelə cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə təkzib edildiyindən, həmin mövqe əvvəlcədən düşünülmüş müdafiə taktikası olmaqla məsuliyyətdən yayınmağa hesablanmış hərəkətlər kimi qəbul edilməli və onunla razılaşılmamalıdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X10 apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, X15 əməlində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından, barəsində cinayət təqibi başlanması“sübutların qiymətləndirilməsi haqqında” 01 may 2022-ci il tarixli qərarla rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanının qeyd edilən qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında isə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ibtidai istintaq orqanının X15 əməlində cinayət tərkibinin əlamətləri olmadığından onların barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qüvvədə olduğundan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarında məsələnin həllini yuxarıda qeyd edildiyi kimi şərh etdiyindən məhkəmə kollegiyası ittihamdan kənara çıxaraq qərar qəbul edə bilməz. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Beləliklə məhkəməsi kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın əsaslılığı və qanuni olması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan ailə üzvləri – arvadı və iki azyaşlı (2013 və 2015-ci il təvəllüdlü) uşağı ilə birlikdə Ucar rayonu, Yuxarı Şilyan kəndində yaşayır. Yaşayış yeri və iş yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 166-168, 204). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 185). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri – X22, X5 və X20 ayrıayrılıqda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbləri yoxdur. Hər üç zərərçəkmiş şəxsin hüquqi varisi bu halı məhkəmə istintaqı zamanı da təsdiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağınını olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri və iş yeri üzrə müsbət səciyyələnməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun cəzasını ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın yüngülləşdirilməsi barədə mövqeyinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesаb edir. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X20 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022ci il tarixli, 1(091)-142/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. iş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar