Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-170/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4; Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs; Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs; Müdafiəçi - X1 iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-36/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-87/2020 saylı hökmü ilə (hakim Hilal Xəlilov) xx xxxx 1971-ci ildə Ucar rayonu, Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 il müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanması, üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olаn Ucar rayonu, Yuxarı Şilyan kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin onun yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, aralarında olan uzun müddətli ədavət səbəbindən xx xxxx 2020ci il tarixdə, saat 09 radələrində yaşadığı Ucar rayonu, Yuxarı Şilyan kənd yolunda özünə məxsus olan “Mercedes Vita” markalı, “**-DX-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman öz həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs sonuncuya məxsus olan “Toyota Camry” markalı, “**-HF-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət olduğunu görmüş, öz avtomobilini Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısına sürərək onu saxlamağa məcbur etmiş, bundan sonra öz avtomobilində olan istintaqa məlum olmayan dəmir parçasını götürərək avtomobilindən düşüb Zərərçəkmiş şəxs avtomobilinə tərəf irəliləmiş, ilk olaraq əlində olan həmin istintaqa məlum olmayan dəmir parçası ilə sol qabaq qapısına iki dəfə zərbə endirib həmin qapını açaraq Zərərçəkmiş şəxs sol əlinə bir dəfə zərbə vurub sol əlin İ daraq sümüyünün distal ucunun çatı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirib, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. Hökmdən apelyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının izahatları: Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, barəsində cəzasını ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Lakin Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məvəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri cəzası nəzərdə tutulsa da, məhkəmə ona ağır cəza təyin etmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-87/2020 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,onlar yaxın qonşudurlar. Uzun illərdir ki, heç bir əsas olmadan Təqsirləndirilən şəxs ona qarşı ədavət aparır və əsassız motivlərlə şikayətlər edirdi. Uzun illər ona qarşı yazmış olduğu bütün ərizələri üzrə toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd olunmuşdur. Nəhayət Ucar rayon Polis Şöbəsi tərəfindən qonşu olaraq münaqişəli ailə kimi çoxdan qeydiyyata alınmışlar. Onlara qarşı sahə müvəkkili profilaktiki tədbirlər həyata keçirmişdir. O isə ali təhsilli müəllim kimi 10 ildir məktəbdə təlim-tərbiyə işlər üzrə direktor müavini kimi fəaliyyət göstərir. Həyata keçirilən profilaktik tədbirlərdən heç bir müsbət nəticə çıxarmayan qonşusu Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə kənd yolunda dəmirlə onu vuraraq cinayət hadisəsi törətmişdir. Hadisə kəndin əhali yaşamayan hissəsində baş vermişdir. Göründüyü kimi Muxtar əvvəlcədən öz arzusuna çatmaq məqsədilə onun yol getdiyini bilərək arxasınca gəlmiş, əhali olmayan düzənlik bir sahədə qarşısını zorla kəsib qəsdən başına əlindəki dəmirlə vurmaq istədikdə o, əlini başına tərəf aparmış, dəmir onun əlinə dəymişdir. Təqsirləndirilən şəxs, onun yanında olan azyaşlı uşağının gözü qarşısında xüsusi amansızlıqla cinayət hadisəsi törətmişdir. Hesab edir ki, Ucar Rayon Məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs çox yüngül cəza təyin etmişdir. Çünki onun çöldə, ictimayyət içərisində və azadlıqda qalaraq islah olunması mümkün deyildir. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-87/2020 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apelyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-87/2020 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(051)-87/2020 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirili bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apelyasiya şikayətlərinin təmin edilməməsini, Ucar Rаyon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-36/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpelyаsiyа şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməməsi,zərərçəkmiş şəxsin vermiş olduğu apelyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və dövlət ittihаmçısının apelyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Ucar Rаyon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-36/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tаrixli, 69 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində аşkаr edilmiş xəsаrət–sol əlin İ daraq sümüyünün distal ucunun çatı küt аlətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2020-ci il tаrixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunаn xəsаrət səhhətin uzun müddət pozulmаsınа səbəb olmuş və bu əlаmətə görə dərəcəsi sаğlаmlığа az ağir zərər vurаn xəsаrətlərə аid edilir. Verilmiş apelyasiya şikayətlərində təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxs nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha ağır cəza təyin edilməsini, təqsirləndirilən şəxs isə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanının daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan yüngül və yaxud ağır cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi oğlunun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi qəbul edərək, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar olmadığını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq saymaqda haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərini lazımınca nəzərə almış, həmin tələblər baxımından ona əsaslı və ədalətli cəza təyin etmişdir. Ona görə də, verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-36/2020 saylı hökmü dəyişdirilmdən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-36/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. X8 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X1 “xxxxxxx” ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı (“xxxxxxx” ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ**********0000015944; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 24 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-170/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-170/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver