Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-170/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X13, zərərçəkmiş şəxs X8 və onun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CM) 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmündən zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 18 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1972-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində 20 oktyabr 2020- ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, hökmün icrasının Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə, saat 23:30 radələrində aralarında baş vermiş mübahisə zamanı onu kürəyindən təpiklə vurmuş X4 tapmaq üçün onun Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən yaşadığı ünvana getmiş və 18 avqust 2020-ci il tarixdə, saat 00:30 radələrində Münasib Qasımovun yaşadığı evin qarşısında küçədə onun atası Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan, xx.xx.1967-ci il təvəllüdü Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun onu söyməsi nəticəsində sifət nahiyyəsindən bir dəfə yumruqla qəsdən vuraraq yerə yıxmış, nəticədə ona başın sağ təpə nahiyəsinin, sağ qabırğaaltı nahiyənin sıyrıqları, sol gözaltı nahiyənin yarası, şişkinliyi (dərialtı hematoması) sol almacıq sümüyünün yerinin dəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Hökmdən zərərçəkmiş şəxs X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə istintaq düzgün aparılmamışdır. Şahidlərin həmin işə aidiyyatı yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin əməli qərəzli olaraq törətmiş, peşmançılıq da çəkməmişdir. Halbuki, onu çətin vəziyyətə salmış, cərrahi əməliyyata məruz qoymuşdur. Zərərçəkmiş şəxs X8 apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünün cəzaya münasibətdə dəyişdirilməsini və Təqsirləndirilən şəxs barədə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində cəza verilməsinə dair qərarın qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs X8 və onun vəkili Müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının mövqeyi ilə razılaşdığını bildirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin və onun vəkilinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş üzrə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmiş və ifadəsində 17 avqust 2020-ci il tarixdə yaşadığı kənddə çayxanada çay içdiyini, çayını içdikdən sonra çayxanadan durub siqaret almaq üçün mağazaya getmək istədiyini, bu zaman orada olan həmkəndlisi Həsrətinona da siqaret almağı xahiş etdiyini, mağazaya gedib siqaret aldığını və qayıdıb siqareti Həsrətə verən zaman Həsrətlə həmkəndlisi və qonşusu Mutalibin oğlu Münasibin mübahisə etdiklərini gördüyünü, onlara mübahisə etməmələrini bildirdiyini, həmin vaxt Münasibin ona qoşulmamasını dediyini, buna görə aralarında kiçik mübahisə olduğunu və Münasibə baş qoşmayıb aralanmaq istədiyini, təxminən 10 metr aralanmamış, Münasibin arxadan gələrək təpiklə onun kürək nahiyəsindən vurduğunu, həmin vaxt yerə yıxıldığını, əlindən və sifətindən xəsarət aldığını, daha sonra ayağa qalxdığını, Münasibin onunla müqayisədə güclü adam olduğu üçün ona gücü çatmayacağını, həmçinin yıxıldığı zamanı sağ əlinin sındığını hiss edib çayxananın arxasına əlinə nəsə bir şey alıb və özünü müdafiə etmək üçün keçdiyini, lakin heç nə tapa bilmədiyini və geri qayıdan zaman Münasibin artıq orada olmadığını gördüyünü, bundan sonra evə getdiyini, evə getdiyi zaman əlinin şişdiyini və ağrısınıa dözə bilmədiyini, evə çatdıqdan sonra sifəti və üst başı qan olduğu üçün həyat yoldaşı Pərvanənin onun kiminlsə dalaşdığını hiss etdiyini, ona paltar vermək istədiyini, lakin paltar götürmədiyini, bundan sonra evdən çıxdığını, Münasibi tapıb ondan nəyə görə onu vurduğunu soruşmaq üçün və yıxılaraq əlini sındırdığını bildirmək üçün Münasibgilə getdiyini, sonradan bildiyinə görə evdən çıxanda yoldaşı Pərvanənin onun dava edəcəyindən şübhələnib oğlu Elşənə onun arxası ilə getməyini tapşırdığını, oğlu Elşənin onun arxası ilə gəlməyindən məlumatının olmadığını, həmin vaxt saat təxminən 00:30 radələri olduğunu, Münasibgilə getdiyini və Münasibi çağırdığını, lakin evdən Münasibin atası Mutalibin çıxdığını, Mutalibin ondan nə üçün onlara gəldiyini soruşduğunu, oğlu Münasibin heç bir səbəb olmadan onu vurduğunu, həm sifətindən xəsarət aldığını, həm də əlinin sındığını dediyini, lakin Mutalibin Münasibin evdə olmadığını bildirdiyini və söhbət edə-edə onların qapısından küçəyə çıxdıqlarını və onların qapılarını ağzında heç kimin olmadığını, həmin vaxt Mutaliblə söhbət edən zaman ona oğlunun tərbiyəsizlik etdiyini bildirdiyini və ona oğlu Münasibdən təxminən 20 yaş böyük olduğunu, lakin oğlunun onu döydüyünü dediyini, Mutalibə belə danışdıqca Mutalibin oğlunun tərəfini saxladığını və aralarında mübahisə yarandığını, məcbur olub Mutalibə onunla söbbət edə bilmədiyini, oğlu Münasibi görəndə onunla söhbət edəcəyini dediyini, belə olanda Mutalibin ona söyüşlə təhqiramiz formada oğlunu tapanda ona heç nə edə bilməyəcəyini dediyini, Mutalibin ona söyüş söyəndə dözə bilmədiyini və bir dəfə Mutalibin sifətindən yumruqla vurub çıxıb getdiyini, Mutalibi vuran zaman Mutalibin ağzı üstə yerə yıxıldığını, həmin vaxt oğlu Elşənin ondan təxminən 20 metr aralıda qaranlıqda dayandığnı gördüyünü, həmin vaxta qədər Elşənin onun yanında olduğunu bilmədiyini, bundan sonra evə getdiyini və oğlu Elşəni həyətə saldığını və özü də əsəbi olduğu üçün bir az gəzib hava almaq istədiyini, lakin bir neçə saat sonra evə gələndə Mutalibin oğlu Rəşid və Münasibin onun evinə basqın etdiklərini, həmçinin onun oğlu Elşənə və yoldaşı Pərvanəyə xəsarət yetirdiklərini, lakin onun əsəblərinin bir az sakitləşdiyi üçün yenidən bu məsələyə qayıtmaq istəmədiyini, ertəsi gün Mutalibgilin ondan Ağdaş RPŞ-nə və DİN-nin 102 xidmətinə müraciət edib və şikayət etdiyini, yəqin ki, bir neçə gün sonra Mutaliblə barışacağını düşündüyünü, belə ki, həmkəndli olduqları üçün və ondan böyük olduğu üçün onu vurduğuna peşman olduğunu, Mutalibdən üzr istəyəcəyini, Münasibin ondan üzr istəyəcəyini və barışacaqlarını fikirləşdiyini, lakin sonradan Mutalibin ondan şikayət etdiyini, həmçinin onu bıçaqla və oğlu Elşənlə birlikdə daşla vurduğunu bildirdiyini, oğlu Elşəni heç vaxt dalaşmağa məcbur etmədiyini, onun başından bir tük əslkik olmasını istəmədiyini, həmçinin Mutalibin təxminən 55 yaşı olduğunu, Mutalibin çox da çevik adam olmadığını, Mutalibin oğlu Münasibin isə ondan 20 yaş cavan və çevik olduğunu, onunla bacarmadığı kimi Mutalibin də yaşlı və zəif adam olduğu üçün onunla bacarmayacağını, nəyə görə özünün gücü Mutalibə çatdığı halda oğlu Elşəndən özü də 14 yaşı olan bir uşaqdan kömək istəməli olduğunu, Mutalibin yalan dediyini, həmin vaxt əlində bıçaq olmadığını, oğlu Elşənin Mutalibi vuran zaman ona kömək etmədiyini, Mutalibi daşla vurmadıqlarını, Münasibin onu vuran zaman orada yalnız Həsrətin olduğunu, həmin vaxt çayxanada adam olduğunu, lakin Münasibin onu çayxananın arxasında vurduğunu, orada həmin vaxt Həsrətdən başqa heç kimin olmadığını, çayxanada olan şəxslərdən onu sifətinin qan olduğunu gördüyünü, lakin konkret olaraq kimin görüb görmədiyini deyə bilmədiyini, Münasiblə onun arasında olan mübahisə təxminən 2-3 dəqiqə çəkdiyini, Mutalibi bir dəfə vurduğunu və yerə yıxıldığını, onun sifətində olan xəsarətin onu vurmağı nəticəsində əmələ gəldiyini, lakin digər xəsarətlərin isə onun yıxılması nəticəsində əmələ gəldiyini, ona oğlun Münasib mənim nəşələrini oğlurlayıb kimi söz demədiyini, Münasibin onu gözdən salmaq üçün hadisəyə bu cür forma vermək istədiyini, həmçinin Mutalibin oğlu Münasib onu kürəyindən təpiklə vursa da yerə yıxılmağı nəticəsində əlindən və sifətindən xəsarət aldığını, əlində olan sınığın əvvəldən olduğunu, lakin sağaldığını, Münasib onu vuran zaman yenidən sındığını hiss etdiyini, həmin gün hadisədən qabaq 1 bakal pivə içdiyini, bir neçə dəfə həm özü, həm də qohumları Mütalib Qasımovla barışmağa cəhd etdiklərini, lakin Mütalib Qasımovun onunla barışmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 18 avqust 2020-ci il tarixdə, gecə saat 01:30 radələrində yaşadığı evdə yatdığını, həmin vaxt həyat yoldaşının onu yuxudan oyatdığını və qapıda kiminsə olmasını və onları çağırmasını dediyini, həyətə düşdüyünü və bu zaman həyətdə həmkəndlisi Təqsirləndirilən şəxs və onun azyaşlı oğlu Elşənin olduğunu gördüyünü, onlara yaxınlaşdığını və onu gecə vaxtı nə üçün çağırmalarını soruşduğunu və söhbət edə-edə yaşadığı evin qapısının ağzına, çölə çıxdıqlarını, qapının ağzına çıxan kimi Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq heç bir söz demədən sifətindən bıçaqla vurduğunu, daha sonra Nemanın oğlunun onun qollarından tutduğunu və Nemanın daşla başından vurduğunu, həmçinin Nemanın oğlunun da daşla onun başından vurduğunu, bundan sonra Nemanın və oğlunun getdiklərini və gedərkən Nemanın ucla səslə bu sənə yaddaş olsun dediyini, bundan sonra ərizə ilə Ağdaş RPŞ-ə müraciət etdiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxsla barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixə keçən gecə, saat təxminən 24:00 radələrində evdə olduğunu, həmin vaxt əri Nemanın evə gəldiyini və onun üst başının qan içərisində olduğunu, Nemanın kiminləsə dalaşdığını hiss etdiyini, ona paltar vermək istədiyini, lakin Nemanın paltar götürmədiyini və evdən çıxdığını, tez oğlu Elşəni onun arxasınca göndərdiyini, Elşənin də Nemanın arxası ilə getdiyini, təxminən bir qədər sonra Elşənin evə gəldiyini və Nemanın Mutalibgilin qapısına getməyini və Mutalibi çağırmağını, daha sonra onlar qapıya çıxdıqlarını və qapıda mübahisə etdiklərini, həmin vaxt Nemanın Mutalibi bir dəfə sifətindən yumruqla vurmağını bildirdiyini, bundan sonra Nemanın harasa getdiyini, Nemanın qardaşı Tərlana zəng vurduqlarını, bir qədər sonra Tərlanın gəldiyini və Elşənin Tərlana olanları danışmağa başladığını, həmin vaxt saat təxminən 01:30 radələri olduğunu, bu zaman yaşadıqları evin darvazasının bərk döyüldüyünü eşitdiyini, darvaza döyülən kimi arxadan basılaraq açıldığını və 4-5 nəfər adamın içəri girdiyini, həmin şəxslərin kim olduğunu soruşduğunu, həmin şəxslərin isə ona məhəl qoymadan uca səslə Nemanın ünvanına söyüş söyərək Nemanı axtardıqlarını və onlardan birinin Nemanın onun atasını vurduğunu dediyini, onlara Nemanın evdə olmadığını, getmələrini, səhər açılanda gəlmələrini bildirdiyini, lakin həmin şəxslərdən ikisinin sonradan bildiyinə görə Nemanın dalaşdığı Mutalib adlı şəxsin oğlanları Rəşid və Münasibin getmək istəməyərək onun yaşadığı evə daxil olmaq istədiklərini, lakin evdə azyaşlı qızının olduğunu bildirərək onlara evə getməmələrini söylədiyini və onların qabağına durduğunu, həmin vaxt Münasibin onu sinəsindən yumruqla vurduğunu və yerə yıxılıb xəsarət aldığını, daha sonra ayağa durduğunu və yenə də Münasibin qarşısına durduğunu, Münasibin yenə də onun yaxasından tutduğunu və onu kənara çəkmək istədiyini, yerində bərk dayandığı üçün Münasibin onu kənara çəkə bilmədiyini və zorla dartıb aparmaq istədiyini, lakin həmin vaxt oğlu Elşənin və qızı Nigarın onların yanına gəldiklərini və oğlu Elşənin Münasiblə onun qarşısına durduğunu, həmin vaxt Münasibin oğlu Elşəni də kənara itələdiyini, bu zaman qızı Nigarın huşunu itirib yerə yıxıldığını, Münasibin və Rəşidin qarşısına dura bilməyəcəyini görüb yaxınlıqda olan yabanı əlinə götürdüyünü və onara həyətdən çıxmalarını, yoxsa onlara xəsarət yetirəcəyini bildirdiyini, həmin vaxt Rəşidin yabadan tutduğunu və Münasibə Neman evdə olduğunu, ona görə onları evə buraxmadığımı dediyini, yabanı dartdığını və yabanın ucunun Rəşidin əlindən çıxdığını, bundan sonra Rəşid və Münasibin onun uşaqlarını və evini müdafiə etməkdə ciddi olduğunu gördüyünü və məcbur olub çıxıb getdiklərini, qapıda yolda təxminən bir saat gözlədiklərini, bir saatdan sonra Münasib və Rəşidin səs-küyə qonşuların çıxdığını və narahatlıq yarandığını gördüklərini, bundan sonra çıxıb getdiklərini, onu konkret olaraq Münasibin qolumdan tutaraq kənara itələdiyini və yerə yıxılaraq xəsarət aldığını, həmin zaman orada Münasib, Rəşid, qaynı Tərlan, oğlu Elşən, qızı Nigar və Münasibin yanında bir neçə nəfər tanımadığı şəxslərin olduğunu, həmin şəxslərdən Rəşid, əsasən də Münasibin onlara qarşı uca səslə təhqiramiz formada nalayiq söyüşlər söydüklərini, bundan əlavə onları zorla qapıdan çıxardıqdan sonra qapının ağzında bir saata qədər dayandıqlarını, orada da onları nalayiq söyüşlərlə söyüb təhqir etdiklərini, qaynı Tərlanın onları nə qədər sakitləşdirməyə çalışsa da, buna nail ola bilmədiyini, bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixə keçən gecə evdə olduğunu, həmin vaxt qardaşının həyat yoldaşı Pərvanənin ona zəng edərək Neman dalaşdığını bildirdiyini və onlara gəlməyini xahiş etdiyini, tez onlara getdiyini, gedəndə Elşənin evdə olduğunu, Elşənin ona atası Neman evə üstü qanlı paltarda gəlməyini, daha sonra evdən çıxmağını, həmin vaxt anası Pərvanənin onu atasınn dalınca göndərdiyini, Elşən də Nemanın arxası ilə getdiyini və X1pısında mübahisə etdiklərini, həmin vaxt Nemanın Mutalibi bir dəfə yumruqla vurduğunu və Mutalibin yerə yıxıldığını, daha sonra Neman və Elşən evə gəldiklərini, Nemanın Elşəni evə ötürüb özü də harasa çıxıb getdiyini danışdığını, bu barədə danışanda qəfildən Nemangilin qapısı döyüldüyünü və daha sonra qapının təpiklə açıldığını və Mutalibin oğlu Münasib, Rəşid yanlarında, əmisi oğlanları Sahil, Məcnun və Ülfət, Zaur adlı şəxslərin gəldiklərini, Sahil, Məcnun, Ülvət və Zaur Nemanın həyətinə dava-dalaş etmək üçün yox, sakitlik yaratmaq üçün Münasib və Rəşidin Nemanla dalaşmasının qarşısını almaq üçün gəldiklərini, onlar həyətə girən kimi qardaşının həyat yoldaşı Pərvanənin onlardan nə üçün həyətə girmələrini soruşduğunu, lakin Münasib və Rəşidin Nemanın ünvanına nalayiq söyüşlər söyərək Nemanın çölə çıxmasını tələb etdiklərini, Pərvanənin isə Nemanın evdə olmadığını bildirdiyini, bu zaman Rəşid və Münasibin Nemanın evinə girmək istədiklərini, lakin Pərvanənin Münasibin qabağına durduğunu və evdə qız olmasını, evə girməmələrini bildirdiyini, həmin vaxt Münasibin Pərvanənin sinəsindən vurduğunu və Pərvanənin yerə yıxıldığını, daha sonra Pərvanənin yenə də ayağa durub Münasib və Rəşidin qarşısına durduğunu, həmin vaxt Münasib və Rəşidin onun qolundan tutaraq kənara çəkib evə girmək istədiklərini, Pərvanənin isə yerindən tərpənmək istəmədiyini və evə daxil olmaq istədiklərini, daha sonra Münasib və Rəşidi oradan çıxarmaq mümkün olmadığını gördüklərini, Pərvanənin məcbur olub kənardan yabanı götürdüyünü və onların qabağına durduğunu, bundan sonra Rəşid və Münasibin məcbur olub yola çıxdıqlarını, yolda təxminən bir saat dayanıb Nemanı gözlədiklərini və Nemanın ünvanına nalayiq sözlər işlətdiklərini və daha sonra çıxıb getdiklərini bildirmişdir. İş üzrə şahid, yetkinlik yaşına çatmamış Şahid3 məhkəmə iclasında qanuni nümayəndəsi olan anası Şahid1 iştirakı ilə verdiyi ifadəsində 17 avqust 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixə keçən gecə, saat təxminən 24:00 radələrində evdə olduğunu, həmin vaxt atası Nemanın evə gəldiyini və onun üst başının qan içərisində olduğunu, atası Nemanın kiminləsə dalaşdığını hiss etdiklərini, anasının atasına paltar vermək istədiyini, lakin atasının paltar götürmədiyini, daha sonra atasının evdən çıxdığını, anasının tez onu atasının arxasınca göndərdiyini, atasının arxası ilə atasına görünmədən getdiyini, atasının Mutalibgilin qapsına girdiyini və orada kimisə çağırdığını, bir neçə dəqiqə sonra atasının Mutaliblə birlikdə küçəyə çıxdıqlarını, daha sonra küçədə atası ilə Mutalibin arasında kiçik mübahisə olduğunu, mübahisə zamanı Mutalibin nalayiq söz işlətdiyini, həmin vaxt atasının əsəbləşib Mutalibi bir dəfə sifətindən yumruqla vurduğunu və Mutalibin yerə yıxıldığını, bu zaman dayandığı yerdən onlara yaxınlaşdığını, atasının onu görən kimi onu götürüb geri qayıtdığını, birlikdə evə gəldiklərini, evə girdiyini atasının isə harasa çıxıb getdiyini, evə gəldikdən sonra bu barədə anasına bildirdiyini, daha sonra əmisi Tərlana zəng etdiklərini, əmisi Tərlanın onlara gəldiyini və ona həmin hadisəni danışdığını, həmin vaxt saat təxminən 01:30 radələri olduğunu, bu zaman yaşadıqları evin darvazasının bərk döyüldüyünü eşitdiyini, darvaza döyülən kimi arxadan basılaraq açıldığını və Mutalibin oğlu Münasib və Rəşid yanlarında bir neçə nəfər şəxslə içəri girdiklərini, anasının həmin şəxslərin kim olduğunu soruşduğunu, Münasib və Rəşidin isə anasına məhəl qoyamadan uca səslə atası Nemanın ünvanına söyüş söyərək atasını axtardıqlarını və Münasibin Nemanın onun atasının vurduğunu dediyini, anasının onlara Neman evdə olmadığını, getmələrini, səhər açılanda gəlmələrini dediyini, lakin həmin vaxt Münasib və Rəşidin getmək istəməyərək onların yaşadıqları evə daxil olmaq istədiklərini, lakin anasının evdə azyaşlı qızının yəni onun bacısı Nigarın olduğunu bildirərək onlara evə getrməmələrini söylədiyini və anasının onların qabağına durduğunu, həmin vaxt Münasibin anasının sinə nahiyəsindən vurduğunu və anasının yerə yıxılıb xəsarət aldığını, daha sonra anasının ayağa durduğunu və yenə də Münasibin qarşısına durduğunu, Münasibin yenə də anasının yaxasından tutduğunu və anasını kənara çəkmək istədiyini, anasının yerində bərk dayandığı üçün Münasibin anasını kənara çəkə bilmədiyini və zorla dartıb aparmaq istədiyini, lakin həmin vaxt bacısı Nigarın anasının yanına gəldiyini, Münasiblə anasının qarşısına durduğunu, həmin vaxt Münasibin onu da kənara itələdiyini, bu zaman bacısı Nigarın huşunu itirib yerə yıxıldığını, anası Münasibin və Rəşidin qarşısına dura bilməyəcəyini görüb yaxınlıqda olan yabanı əlinə götürdüyünü və onara həyətdən çıxmalarını bildirdiyini, yoxsa onlara xəsarət yetirəcəyini dediyini, həmin vaxt Rəşidin yabadan tutduğunu və Münasibə Nemanın evdə olduğunu, ona görə onları evə buraxmadığını dediyini, anasının yabanı dartdığını və yabanın ucunun Rəşidin əlindən çıxdığını, bundan sonra Rəşid və Münasibin anasının onları və evini müdafiə etməkdə ciddi olduğunu gördüyünü və məcbur olub çıxıb getdiklərini, bundan sonra onların qapıda yolda təxminən bir saat gözlədiklərini, bir saatdan sonra Münasib və Rəşidin səs küyə qonşuların çıxdığını və narahatlıq yarandığını gördüyünü, bundan sonra çıxıb getdiklərini Zərərçəkmiş şəxs atasının bir dəfə vurduğunu, özünün isə Mutalibi vurmadğını, ona yaxın getmədiyini, hadisəni kənardan izlədiyini, Mutalibin guya onu daşla vurmasını yalandan bildirdiyini göstərmişdir. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun atası olduğunu, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla normal münasibətlərinin olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 17 avqust 2020-ci il tarixdə, gecə radələrində anası Zülfiyyənin ona zəng edərək atasının bıçaqlandığını bildirdiyini və onu evə çağırdığını, dərhal yaşadığı evə getdiyini, evə gedən zaman atasının evdə olmadığını, Ağdaş RPŞ-nə getdiyini, anasının ona həmin zaman atasını Nemanın bıçaqladığını dediyini, dərhal DİN-nin 102 xidmətinə zəng vurduğunu, daha sonra maraqlandığını və ona həmin hadisədən bir qədər əvvəl Nemanla qardaşı Münasibin arasında çayxanada mübahisə olduğunu, daha sonra oradan aralandıqlarını və bundan sonra Nemanın onlara gələrək atasını bıçaqla vurduğunu, bundan sonra qardaşı Münasib, özü, yanlarında olan Ağalar, Zaur, Ülfət, Sahil, əmisi Mirsahib və Məcnun Nemangilə getdiklərini, Nemandan atasını nə səbəblə vurduğunu soruşmaq üçün Nemanı axtardıqlarını, yanlarında olan şəxslərin onlarla birdən mübahisə olsa onları aralaşdırmaq üçün getdiklərini, lakin həmin vaxt Nemanın yoldaşı əlində yaba ilə qarşılarına çıxdığınnı, onlara yaba ilə hücum elədiyini, soyüş söydüyünü, belə olub çıxıb getdiklərini, Münasibin Pərvanənin sinəsindən vurmadığını, həmin vaxt atasını nə səbəblə vurduğunu öyrənmək üçün Nemanı axtarmağa getdiklərini, lakin Neman onların qarşısına çıxmadığını, Pərvanə isə yaba götürərək onları hədələdiyini, hətta onun vurduğunu və qolunun əzildiyini, məqsədlərinin Nemanı tapıb ondan atalarını nə üçün vurmağını soruşmaq olduğunu bildirmişdir. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində X6 və X2 onun həmkəndliləri olduğunu, 17 avqust 2020-ci il tarixdə yaşadıqları kənddə çayxanada olduğunu, həmin vaxt orada Zaur, Ağalar, Ülfət, Arif və Münasibin olduğunu, həmin vaxt oraya həmkəndliləri Həsrət və Nemanın gəlib çıxdıqlarını, onlar gəldikdən sonra Həsrətin Münasibi çayxananın arxasına çəkdiyini və söhbət etməyə başladıqlarını, bir az sonra orada olan səs küydən onların arasında mübahisə olduğunu başa düşdüklərini, daha sonra mübahisə böyüməsin deyə yoldaşların Münasibi götürüb başqa yerə apardıqlarını, həmin vaxt Neman çayxananın arxasına keçdiyini, həmin vaxt Neman çayxanaya nə isə taxta və ya nə isə götürməyə girdiyini başa düşdüyünü, daha sonra Nemanın da çayxanadan çıxdığını, lakin onun əlində heç nə olmadığını, Neman çıxdıqda Münasibin orada olmadığını, Nemanın da çıxıb getdiyini, daha sonra evə getdiyini, sonradan səhər danışılanlardan Nemanın Mutalibi vuraraq xəsarət yetirdiyini eşitdiyini, Nemanın Münasibi və ya Münasibin Nemanı vurmasını görmədiyini, sadəcə onların mübahisə etdiklərini bildiyini, mübahisə vaxtı çayxananın qarşısında olduğu üçün onlar mübahisə edən yeri görmədiyini, hadisə zamanı orada Zaur, Ağalar, Ülfət, Arif, Münasib, Neman və Həsrətin olduğunu bildirmişdir. İş üzrə Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun əmisi olduğunu, Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla normal münasibətlərinin olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, əmisi Mutalib ilə eyni küçədə yaşadıqlarını, 18 avqust 2020-ci il tarixdə, gecə radələrində əmisinin arvadı Zülfiyyənin onlara gələrək əmisinin bıçaqlandığını bildirdiyini, dərhal əmisigilə getdiklərini əmisinin evdə olmadığını gördüklərini, əmisi arvadının Nemanın bıçaqladığını və əmisinin də Ağdaş RPŞ-nə ərizə vermək üçün getdiyini bildirdiyini, daha sonra Rəşidin DİN-nin 102 xidmətinə zəng vurduğunu, bundan sonra maraqlandıqlarını və həmin hadisədən bir qədər əvvəl Nemanla əmisioğlu Münasib arasında çayxanada mübahisə olması, daha sonra oradan aralanmaları və bundan sonra Nemanın əmisigilə gələrək əmisini bıçaqla vurmasının onlara məlum olduğunu, bundan sonra əmisi oğlu Münasib, Rəşid, yanlarında olan Ağalar, Zaur, Ülfət, atası Mirsahib və Sahillə birlikdə Nemangilə getdiklərini, lakin həmin vaxt Nemanın yoldaşının əlində yaba ilə qarşılarına çıxdığını, onlara yaba ilə hücum elədiyini, soyüş söydüyünü, belə olub çıxıb getdiklərini bildirmişdir. İş üzrə Şahid8 məhkəmə iclasında Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid X6 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, onunla normal münasibətlərinin olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 17 avqust 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları kənddə yerləşən çayxanada Zaur, Ağalar, Ülfət, Arif və Nasir ilə birlikdə çay içdiklərini, həmin vaxt oraya həmkəndliləri Həsrət və Nemanın gəlib çıxdıqlarını, Həsrət və Nemanın onu çayxananın arxasına çağırdıqlarını, həmin vaxt onlarn hər ikisinin sərxoş olduqlarını, ona “sən bizim nəşəmizi oğurlamısan” dediklərini, onlara heç kimin nəşəsini oğlurlamadığını dediyini, lakin ona qoldan qüvvətli olduğunu və onların nəşəsini onun çıxarda biləcəyini bildirdiyini, lakin ona inanmadıqlarını və ona qarşı nalayiq ifadələr işlətməyə başladıqlarını, buna görə aralarında mübahisə olduğunu, mübahisə zamanı Nemanın ona yumruq atdığını, həmin yumruğun onun baş nahiyəsindən dəydiyini, lakin heç bir xəsarət almadığını, bundan sonra onları orada olan Həsrətin onları araladığını, Həsrətin Nemanı aralaşdıran zaman Nemanın yerə yıxıldığını, sərxoş olduğu üçün onu vurduğunu hesab etdiyini, Nemanın durub çayxanaya girdiyini, əlinə bıçaq götürməyə getdiyini hesab etdiyini, lakin Neman çıxana qədər çıxıb getdiyini, yanında olan dostları ilə, yəni Zaur, Ağalar, Ülfət və Ariflə başqa bir çay evinə getdiklərini, təxminən 10-15 dəqiqə sonra anasının evdən zəng etdiyini və atasını evdən kiminsə çağırdığını bildirdiyini, həmin dostları ilə evə gedən zaman ikinci dəfə anasının zəng etdiyini və onun harda olduğunu, Nemanın atasını bıçaqladığını bildirdiyini, artıq evə gedən zaman Neman atasını bıçaqladığını bildiyini, daha sonra atasının gedib Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyin, bundan sonra qardaşı Rəşid, Ağalar, Zaur, Ülfət, Sahil, əmisi Mirsahib və Məcnunla birlikdə Nemangilə getdiklərini, Nemandan atasını niyə vurduğunu soruşmaq üçün Nemanı axtardıqlarını, lakin həmin vaxt Nemanın yoldaşının əlində yaba ilə qarşılarına çıxdığını, onlara yaba ilə hücum elədiyini, soyüş söydüyünü, belə olub çıxıb getdiklərini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun əri olduğunu, Təqsirləndirilən şəxs isə onun həmkəndlisi olduğunu, Nemanla münasibətlərinin normal olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 18 avqust 2020-ci il tarixdə, gecə radələrində ərini küçədən kiminsə səsləməsini eşitdiklərini, Mutalibin küçəyə çıxdığını, təxminən 5-10 dəqiqə sonra qapıdan səs-küy gəlməsini eşitdiyini və Mutalibin qapıdan içəri girməsini gördüyünü, həmin zaman Mutalibin sifət nahiyəsində xəsarətlər olduğunu, ondan nə olması barədə maraqlandığını, bu zaman Mutalibin Nemanın bıçaqla onu vurduğunu bildirdiyini, daha sonra isə Mutalibin bu barədə ərizə ilə müraciət etmək üçün Ağdaş RPŞ-nə getdiyini, daha sonra övladları Münasib və Rəşidə zəng edərək bu barədə bildirdiyini, həmçinin onlarla eyni küçədə yaşayan qaynıgilə xəbər verdiyini, daha sonra Münasib, Rəşid, qaynı və onun övladları Sahil və Məcnunun onlara gəldiklərini, olanları onlara danışdığını, bundan sonra Münasib, Rəşid, qaynı, Sahil və Məcnunun Nemangilə getdiklərini, həmin vaxt Nemanın yoldaşı Pərvanənin əlində yaba ilə qarşılarına çıxdığını, onlara yaba ilə hücum elədiyini, onlara qarşı nalayiq ifadələr işlətdiyini eşitdiyini bildirmişdir. İş üzrə Şahid12 məhkəmə iclasında verdiyi ifadəsində 17 avqust 2020-ci il tarixdə yaşadıqları kənddə çayxanada olduğunu, həmin vaxt çayxanada həmkəndlisi Münasibin də olduğunu, həmin gün bir az araq içdiyini, Münasibi kənara çəkib onunla söhbət etdiyini, belə tək yaşadığını, bəzən ora-bura gedib gəldiyini, evə gələndə bəzən həyətində yabasını, baltasını və s. alətlərini yerində tapa bilmədiyini, yəqin kiminsə onları götürdüyünü fikirləşdiyini, buna görə Münasibdən onun həyətinə adam girib girməməsini maraqlanması üçün xahiş etdiyini, həm də bir az içkili olduğundan Münasiblə bir az sərt danışdığını, buna görə aralarında mübahisə olduğunu, həmin vaxt yanlarına Nemanın gəldiyini, Münasiblə söhbət etməzdən qabaq Nemanın siqaret almağa getdiyini, Nemandan ona da siqaret almasını xahiş etdiyini, Nemanın ona siqaretini verəndə Münasiblə mübahisə etdiyini gördüyünü və onları aralamaq istədiyini, həmin vaxt Münasibin ona sərt formada gedib işi ilə məşğul olmasını dediyini, Nemanın da çönüb getmək istədiyini, bu zaman Münasibin arxadan təpikə Nemanın kürəyindən vurduğunu və Nemanın yerə yıxıldığını, daha sonra Nemanın ayağa qalxdığını və sakitcə çayxananın arxasına keçdiyini, özü isə Münasibə neynədiyini və dərhal onu aralayıb getməsini bildirdiyini, Münasibin də çıxıb getdiyini, daha sonra Neman çayxananın arxasından çıxanda Münasibi tapmadığını, Münasib güclü adam olduğu üçün Nemanın özünü müdafiə etmək üçün çayxanadan ağac və ya başqa hər hansı əşya axtardığını başa düşdüyünü, həmin vaxt çayxananın yanında üçü olduğunu, yanlarında heç kimin olmadığını, həmin prosesi yalnız özü gördüyünü, başqa heç kimin görmədiyini, Nemanın Münasibin olmadığını gördüyünü və çıxıb evə getdiyini ertəsi gün Nemanın Münasibgilə getdiyini və Münasibi evdə tapa bilmədiyini və onun atası Mutaliblə mübahisə etdiyini və onu yumruqla vurduğunu eşitdiyini, bunu ona Nemanın danışdığını, Münasibin Nemanı vurmasına heç bir səbəb olmadığını, Nemanın sadəcə olaraq onları mübahisə etməyə qoymamağa çalışdığını, Münasibin Nemanı bir dəfə təpiklə kürəyindən vurduğunu və Neman yerə yıxılıb sifətindən xəsarət aldığını, Münasib Nemanı vuran zaman orada heç kimin olmadığını, həmin vaxt çayxanada adam olduğunu, lakin Münasibin Nemanı çayxananın arxasında vurduğunu, orada həmin vaxt heç kimin olmadığını, hadisə təxminən 2-3 dəqiqə çəkdiyini, Münasibi nəşələri oğurlaması ilə bağlı ittiham etmələrinin yalan olduğunu, Münasibin yalan dediyini, özünü müdafiə etmək üçün belə dediyini, özü və Nemanın narkotik vasitələrdən istifadə etmədiklərini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 18.08.2020-ci il tarixli 502 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-başın sağ təpə nahiyəsinin, sağ qabırğaaltı nahiyənin sıyrıqları, sol gözaltı nahiyənin yarası, şişkinliyi (dərialtı hematoması) sol almacıq sümüyünün yerini dəyişmiş sınığı, küt alət təsirindən törənmiş, (ola bilər yumruq) törənmə müddətləri 18.08.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər.Zərərçəkmiş şəxs bədənində bıçağın tiyəsi ilə yetirilməyə uyğun gələn hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirməyə imkan verən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Həmçinin işdən görünür ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, lakin zərərçəkmiş şəxsin barışığı qəbul etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxsin barışığı qəbul etməməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırmağa əsas vermir. Məhkəmə kollegiyası şərh olunanları və Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ailə başçısı olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə zərurət görmür və bu baxımdan apellyasiya şikayətinin dəlillərini qəbul olunmaz hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsdə təqsirləndirilən şəxsə qarşı yaranmış qərəzli münasibətin, ədavət və qisas hissinin təzahürü kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. İstinad edilən hüquqi mövqelərin mahiyyəti kontekstində məhkəmə kollegiyası qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi vurulmuş zərərin ödənilməsi mümkünlüyünü və məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Odur ki, məhkəmə kollegiyasının qənaətincə, Təqsirləndirilən şəxs təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası onun şəxsiyyətinə, əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə işin hallarına və cəzanın məqsədlərinə tamamilə uyğundur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesаb edir ki, zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(014)-8/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-170/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-170/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver