Məhkəmə qərarları › İş №1(107)-170/2023

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-170/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-170/2023 24.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X17 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ birinci dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə bəraət verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmündən dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı, ( hakim Əsgərov Anar) hökmü ilə, xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilməyən, Ağsu rayonu, Hacıqədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsi, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 09 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş qəti cəzaya qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərin surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 02 ədəd disk, "xxxx" ASC-yə məxsus Şahid2 adına olan 5103********0688 nömrəli və Şahid3 adına olan 4169********8189 nömrəli, Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank”, X5 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli kartlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. işin halları: Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmü ilə, təqsirləndirilən şəxs X7 CM-in 178.2.4 və 32.4,312.1-ci maddələri ilə məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı Əfqan Nağıyevin vaxtından əvvəl azadlığa buraxılmasında köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünün əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib hazırda təqaüdə çıxması səbəbindən guya müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Əfqan Nağıyevin “28 May Müstəqillik günü” ilə əlaqədar “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılmasını guya təmin etmək imkanına malik olduğunu yalandan bildirib, yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə, yəni onun əfv olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla həmin işin 9.000 manat müqabilində müsbət həllinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən "xxxx" MMC-nin Neftçala poçt filialında öz adına həmin Cəmiyyətin X32 göndərilmiş 250 manat pulu həmin tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Ağsu rayon filialından əldə edərək, həmçinin, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Seymur aptek”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına 400 manat və 5103********0688 nömrəli bank kartına 2.100 manat olmaqla, cəmi 2.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə cinayətdən xəbərsiz oğlu Şahid1 təqdim edilmiş 3.700 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti Rustavi küçəsində yerləşən “Elmar market”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 550 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz tanışı X5 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli karta köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 5103********0688 nömrəli bank kartına köçürülmüş 150 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 250 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qeyd edilən tarixdə cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına köçürülərək xx.xx.2022-ci il tarixdə həmin banka məxsus Bakı- Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən bankomatından çıxarılaraq, göstərilən qaydada Zərərçəkmiş şəxs və qardaşı Fuad Nağıyev tərəfindən nağd və köçürülmə qaydasında cinayətdən xəbərsiz şəxslərə verilmiş pul vəsaitinin özünə təqdim edilməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu Əfqan Nağıyevin adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmündən dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmünün ləğv edilməsini, ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 29,178.2.4, 178.2.4 və 32.4,312-1-ci maddələri ilə təqsirli bilinərək təklif etdiyi həddə azadlıqdan məhrumetmə və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza təyin edilməklə və cinayət qanunun tələblərinə uyğun qərar qəbul edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmünün dəyişdirilərək barəsində təyin edilmiş cəzanın dəyişdirilməsini və yaxud azaldılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X21 apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, DTX-də növbətçi vəzifəsində işləmişdir. Övladları hərbiçidirlər. Törətdiyi əməldən peşmandır. Himayəsində yaşlı anam, xəstə arvadı var. Özü də xəstədir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X8 apellyasiya protestinin əsaslı olduğundan təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli, 1(016)-06/2023 saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 29,178.2.4, 178.2.4 və 32.4,312-1-ci maddələri ilə təqsirli bilinərək təklif etdiyi həddə azadlıqdan məhrumetmə və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza təyin edilməklə və cinayət qanunun tələblərinə uyğun qərar qəbul edilməklə yeni ittiham hökmünün çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, əsaslara görə dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli, həmin maddə ilə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2006-2014-cü illər ərzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Ağsu rayon şöbəsində serjant rütbəsində mühafizəçi işləmiş, 2014-cü il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən çıxmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, NZS qəsəbəsində yerləşən Heydər Əliyev adına X29 fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin təsis etdiyi "xxxx" Birgə Müəssisəsində boruçu vəzifəsində işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu ona qardaşı Əfqan Nağıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini demişdir. O, əvvəllər aralarında olan söhbətlərin birində Zərərçəkmiş şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib təqaüdə çıxdığını, geniş əlaqələrinin olduğunu, hazırda da vəzifədə işləyən müxtəlif tanışlarının olduğunu dediyinə görə sonuncu onun geniş əlaqələrinin olduğuna inanaraq qardaşı Əfqan Nağıyevin həbsdən azad edilməsinə köməklik göstərməsini ondan xahiş etmişdir. O, Ülfətə qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılmasına tanışları olan yuxarı vəzifəli şəxslərin vasitəsilə pul müqabilində köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ondan qardaşı Əfqan Nağıyevin həbsdən buraxılması üçün hansı məbləğdə pul lazım olacağını soruşduqda, o, Ülfətə bu işdə köməklik göstərə biləcək tanışları olan vəzifəli şəxslər ilə görüşdükdən sonra ödəniləcək pulun məbləği barədə məlumat verəcəyini demişdir. Bir müddət sonra Ülfətə qardaşı Əfqan Nağıyevin cəzasının 3 il 6 ayını çəkib qurtardıqdan sonra, yəni “28 May Müstəqillik günü” ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əfv olunan şəxslərin siyahısına adını saldırmaqla azadlığa çıxardacağına dair vəd verib Ülfəti aldadaraq Əfqan Nağıyev cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə həmin məsələ ilə bağlı bir daha görüşüb söhbətləşmək üçün vədələşmişlər. O, xx.xx.2021ci il tarixdə "xxxx" Birgə Müəssisəsindən işdən çıxıb Ağsu rayonu, Hacıqədirli kəndində yaşamağa başlamışdır. Ülfət təxminən 2022-ci ilin mart ayında ona zəng edərək qardaşı Əfqan Nağıyevin cəzasının 3 il 6 ayının çəkib qurtarmasına az qaldığını deyib ondan köməklik göstərməyini xahiş etmişdir. O, Ülfətə vəzifəli olan tanışlarından maraqlanıb deyəcəyini bildirmiş, bir müddət sonra telefonda Ülfətə qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılması müqabilində tanışı olan vəzifəli şəxslərə vermək üçün 10.000 (on min) manat ödəməli olduğunu demiş, Zərərçəkmiş şəxs isə 9.000 (doqquz min) manat pul verə biləcəyini ona demiş, məbləğlə razılaşıb sonuncuya bu işdə köməklik göstərəcəyini demişdir. 2022-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxs ilkin olaraq 250 manat pul lazım olduğunu bildirmiş, Ülfətdə onun öz adına X32 250 manat pul göndərmiş, o, həmin pulu poçtdan götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra o, Ülfətə zəng edərək işin həllinin ilkin mərhələsində 2.500 manat pulu göndərməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə oğlu Səbuhinin və Ağsu rayon sakini olan Lətif adlı tanışının adına olan "xxxx" kartlarının şəkillərini Ülfətə göndərmiş, sonuncu Lətifin adına olan karta 400 manat, oğlu Səbuhinin adına olan karta isə 2.100 manat pul göndərmişdir. O, oğlu Səbuhiyə və tanışı Lətifə kartlarına göndərilən pulların hansı məqsədlə göndərilməsi barədə məlumat verməmişdir. Ülfət Lətifin adına olan karta pulu göndərdikdən sonra Lətif kartdan pulu çıxardaraq ona vermiş, oğlu Səbuhinin adına olan kartdan pulları sonuncu müxtəlif tarixlərdə çıxardaraq yol maşınları ilə ona göndərmişdir. O həmin pulları heç kimə verməmiş, hamısını özü xərcləmişdir. Bundan sonra o, Ülfətə 3.700 manat pulu adlarını sonuncuya demədiyi vəzifəli şəxslərə təqdim edəcəyi adı ilə istəmiş, Ülfət pulu hazır etdikdən sonra ona pulun hazır olduğunu demiş, o, həmin vaxtı rayonda olduğuna görə oğlu Nurəddinə Ülfətdən pulu götürməsini bildirmiş, Nurəddin Ülfətlə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində görüşüb həmin pulu sonuncudan alaraq xatırlamadığı yol maşınların sürücüləri ilə rayona ona göndərmişdir. Həmin pulu aldıqdan bir müddət sonra o, Ülfətdən qardaşı Əfqan Nağıyevin barəsində olan məhkəmə hökmünün surətini istəmiş, həmin vaxtı rayonda olduğuna görə Ülfət həmin sənədləri gətirib oğlu Nurəddinə vermiş, sonuncu isə sənədləri ona göndərmişdir. Nurəddinin pulu və sənədləri hansı məqsədlə Ülfətdən almasından xəbəri olmamışdır. Bundan sonra da o, Əfqan Nağıyevin həbsdən çıxarılması üçün Zərərçəkmiş şəxs tələb etdiyi 9.000 manat pulun qalan hissəsini tələb etmiş, Ülfət isə xx.xx.2022-ci il tarixdə oğlu Şahid2 adına “Leobankda” olan kart hesabına 550 manat, xx.xx.2022-ci il tarixdə Ağsu rayon sakini Ruslan adlı tanışının adına olan “Beynəlxalq” bankda olan kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə oğlu Səbuhinin adına olan “Kapital” bankda olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobankda” olan kart hesabına 250 manat pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə oğlunun adına göndərilən 250 manat pulu oğlu Səbuhi həmin günü həməndlisi Lətifin kartına köçürmüş, növbəti günü, yəni xx.xx.2022-ci il tarixdə sonuncu Ağsu şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan həmin pul vəsaitlərini çıxararaq elə həmin ünvanda ona vermişdir. O, ümumilikdə Ülfətdən 7.700 manat pul almış, sonuncu 1.300 manat pulu verməyərək Əfqan Nağıyevin azadlığa çıxmasından sonra verəcəyini ona demişdir. O, Ülfətə xx.xx.2022-ci il tarixdə qardaşı Əfqan Nağıyevin azadlığa çıxacağına dair vəd vermiş, həmin vaxt gəldikdə Əfqan Nağıyevin adı əfv sərəncamında çıxmadığı üçün Ülfət ona qalan 1.300 manat pulu verməmiş, əksinə ona verdiyi 7.700 manat pulu ondan geri istəməyə başlamışdır. O, isə Ülfətə məsələni 10 iyun 2022-ci ilə kimi həll edəcəyini yalandan demiş, həmin vaxt da gəlib çatdıqdan sonra məsələ öz həllini tapmadığına görə o, Ülfətə 7.700 manatı qaytaracağına dair söz vermişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərəri tam olaraq ödəmişdir. Ona yüngül cəza təyin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. O, 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər "xxxx" Birgə Müəssisəsində qaynaqçı vəzifəsində işləmiş, layihələr başa çatdığına görə hazırda işdən çıxmışdır. "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətdə boruçu vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində mayor rütbəsində işləyib təqaüdə çıxdığını ona demişdir. Təqsirləndirilən şəxs özünü əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmiş şəxs kimi təqdim etməsi səbəbindən o, sonuncuya inanıb qardaşı Əfqan Nağıyevin həbsdən vaxtından əvvəl azad edilməsi üçün 2021-ci ilin təxminən sentyabr ayında sonuncudan nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qardaşı Əfqan Nağıyevin sənədlərini gətirməsini bildirmiş, o, Əfqan Nağıyevin barəsində olan məhkəmə hökmünü gətirib Təqsirləndirilən şəxs göstərmiş, sonuncu məhkəmə hökmünə baxdıqdan sonra Əfqan Nağıyevin cəzasının 3 il 6 ayını çəkdikdən sonra azadlığa çıxmasının mümkün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqdan sonra ona əvvəllər dövlət qurumlarında işlədiyinə görə geniş əlaqələrinin olduğunu, hazırda da tanışları olan vəzifəli şəxslər vasitəsilə qardaşı Əfqan Nağıyevin 2022-ci ilin may ayında 28 may müstəqillik günü ilə bağlı olacaq əfv sərəncamı ilə azadlığa buraxılmasında köməklik göstərəcəyini ona demişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanaraq, hansı məbləğdə pul lazım olacağını sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs bu işdə ona köməklik göstərəcəyinə, qardaşının cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə tanışları olan vəzifəli şəxslər ilə görüşdükdən sonra hansı miqdarda vəsait ödəməli olduğunu bildirəcəyini demişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs "xxxx" BM-dən işdən çıxmışdır. O, Təqsirləndirilən şəxsla qardaşının cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə yəni 2022-ci ilin mart ayında görüşüb yenidən danışmaq üçün vədələşmişdir. O, həmin ərəfədə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncudan nə qədər pul qarşılığında qardaşı Əfqan Nağıyevin azadlığa çıxa biləcəyini soruşmuş, Əli ona tanışı olan vəzifəli şəxslərlə danışdıqdan sonra ona hansı məbləği ödəməli olacağını deyəcəyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edərək telefonda qardaşı Əfqan Nağıyevin azadlığa buraxılmasına görə vəzifəli şəxslərin 10.000 manat pul istədiyini bildirmiş, o, həmin məbləğin çox olduğunu və ümumilikdə 9.000 manat pul verə biləcəyini Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq bu işdə köməklik göstərəcəyini ona demişdir. 2022-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri ilə görüşmək üçün ilkin olaraq 250 manat pul istədiyi üçün o, rayonda yaşayan qardaşı X35 Həmidovun adına poçt vasitəsi ilə 250 manat pul göndərməsini bildirmiş, Fuad Nağıyev həmin vaxtı şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün həmin pulu atasının şəxsiyyəti vəsiqəsini təqdim edərək poçtda Təqsirləndirilən şəxs adına göndərmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək işin həllinin ilkin mərhələsində 2.500 manat pulu göndərməyini ona demiş, pulu Təqsirləndirilən şəxs ona göndərdiyi oğlu Şahid2 adına olan “LeoBank” və "xxxx" kart hesabına göndərməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs oğlu Şahid2 "xxxx"da olan kart hesabına ünvan 5 ünvanında yerləşən “Seymur” aptekdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə əvvəlcə 400 manat, bir neçə dəqiqə sonra isə eyni ödəmə sistemi vasitəsi ilə digər karta 2.100 manat pulu göndərmişdir. Pulu göndərdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ondan adlarını çəkmədiyi vəzifəli şəxslərə təqdim edəcəyi adı ilə 3.700 manat pul istəmiş, o, 3.700 manat pulun hazır olduğunu sonuncuya bildirdikdə, Təqsirləndirilən şəxs ona həmin pulu oğluna verməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrində Sumqayıt şəhəri, Sülh Küçəsində yerləşən, “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə sonradan adının Nurəddin olduğunu bildiyi Əlinin oğlu ilə (***-***-**-**) zəngləşib görüşərək sonuncuya 3.700 manat pulu təqdim etmişdir. O, 3.700 manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs ondan qardaşının barəsində olan hökmü istəmiş, o, 2022-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs oğlu Şahid1la zəngləşib görüşərək sənədləri sonuncuya vermişdir. Bundan sonra da Təqsirləndirilən şəxs ondan işin həll edilməsi üçün tələb etdiyi 9.000 manat pulun qalan hissəsini tələb etdiyindən o, xx.xx.2022-ci il tarixdə Şahid2 adına “Leobankda” olan kart hesabına Sumqayıt şəhəri, 9-cu Mikrorayon Rustavi küçəsində yerləşən “Elmar” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 550 manat pul vəsaitini köçürmüşdür. xx.xx.2022-ci il tarixdə qardaşı X18 göndərdiyi bank kartının şəklini ataraq pul köçürməsini bildirdiyi üçün, Fuad Nağıyev “Azərbaycan Beynəlxalq Bankına” aid kart hesabına Neftçala rayonu, Aşağı Qaramanlı kəndindəki marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə aid olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobankda” olan kart hesabına isə 250 manat pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs köçürmə yolu ilə 4.000 manat, nağd isə 3.700 manat olmaqla ümumilidə 7.700 manat pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs 7.700 manat pul verdikdən sonra qalan 1.300 manatı iş tam yekunlaşandan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşının 28 may 2022ci il tarixdə əfv olunacağını və azadlığa buraxılacağını ona demişdir. Lakin Təqsirləndirilən şəxs dedikləri baş tutmadıqda yəni əfv siyahısında qardaşı Əfqan Nağıyevin adı olmadığına görə o, qalan 1.300 manat pulu Əliyə verməmiş, əksinə sonuncuya verdiyi 7.700 manat pulu geri istəmişdir. Təqsirləndirilən şəxs ona 10 iyun 2022-ci ilə kimi məsələ həllini tapmasa 7.700 manat pulu geri qaytaracağını demiş, o, sonuncunun dediyi tarixədək məsələni həll etməsini gözləmiş, lakin həmin vaxtı da məsələ həllini tapmadığına görə o, yenidən Təqsirləndirilən şəxs (tel 070 579-76-61) zəng edərək 7.700 manat pul vəsaitini geri istəmiş, sonuncu qısa zamanda pulu geri qaytaracağını bildirsə də hazıradək pulu geri qaytarmamışdır. O, ifadəsində Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyi dövrdən tanıdığı və hazırda da əlaqələrinin yaxşı olduğunu dediyi, lakin adını demədiyi vəzifəli şəxslərə qardaşı Əfqan Nağıyevin həbsdən azadlığa çıxarılması müqabilində pulu verəcəyini bildirərək ondan pulu aldığını bildirmişdir. O, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Zərərçəkmiş şəxslə atası Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. Atası Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından oktyabr ayına kimi Bakı şəhərində "xxxx" Birgə Müəssisəsində “boruçu” vəzifəsində işləmiş, atası işdən çıxdıqdan sonra Ağsu rayonu Hacıqədirli kəndinə köçərək kənddə yaşamışdır. 2022-ci ilin aprel ayında atası Əli ona zəng edərək Zərərçəkmiş şəxs mobil telefon nömrəsini verərək sonuncu ilə Sumqayıt şəhərində görüşüb Ülfətin verdiyi pulu götürüb ona göndərməyini bildirmişdir. O, Zərərçəkmiş şəxs telefon nömrəsi ilə əlaqə saxlamış, Sumqayıt şəhərində Ülfətlə vədələşib görüşmüş, sonuncudan təxminən 3.500 manat və yaxud da 3.700 manat pulu götürüb yol maşını ilə Ağsu rayonu Hacıqədirli kəndində yaşayan atası Təqsirləndirilən şəxs göndərmişdir. Həmin vaxt atasının Ülfətdən hansı məqsədlə pul almasından məlumatı olmamışdır. Pulu atasına göndərdikdən bir müddət sonra atası Təqsirləndirilən şəxs ona zəng edərək Ülfətdə sənəd olduğunu həmin sənədləri sonuncudan alıb göndərməyi bildirmiş, o da Ülfətlə Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında görüşərək sonuncudan sənədləri alıb atası Təqsirləndirilən şəxs göndərmişdir. Təxminən 2022-ci ilin iyun ayında atası ona zəng edərək Ülfətlə danışmasını, sonuncuya pulun qaytarılması üçün gözləməsini bildirməyini ona demiş, bundan sonra ona Zərərçəkmiş şəxs qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılmasına köməklik göstərilməsi üçün atası Təqsirləndirilən şəxs kömək istəməsi, sonuncunun isə Zərərçəkmiş şəxs aldadaraq 7.700 manat pulunu alması məlum olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, atası Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından oktyabr ayına kimi Bakı şəhərində "xxxx" Birgə Müəssisəsində “boruçu” vəzifəsində işləmişdir. Onun adına Kapital Bankda və Leobankda kart hesabları olmuş, bundan başqa onun adına Kapital bankdan aldığı “Birkart” və “Albalı” kredit kartları da olmuşdur. Ona pul lazım olduqda, eləcə də kredit kartlarına borcu olduqda atası Əlidən ona pul göndərməsini xahiş etmiş, sonuncu da onun Kapital Bank və LeoBankda olan kart hesablarına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul göndərmişdir. Atası onun kart hesablarına göndərdiyi pulları kredit kartlarına olan kredit borclarını ödəmiş, həmçinin gündəlik müəyyən xərclərini qarşılamışdır. Onun adına olan "xxxx" və “Leobank”dakı kartları onda olmuş, bəzi hallarda isə atası Təqsirləndirilən şəxs olmuşdur. Atası Təqsirləndirilən şəxs onun kart hesablarına göndərdiyi pulları kimdən əldə edib ona göndərməsi barədə, eləcə də kimin vasitəsi ilə onun kart hesablarına pul göndərməsi barədə onun məlumatı olmamışdır. Bəzi hallarda atası onun kart hesablarına pul göndəriləcəyini, həmin pulu çıxardıb ona göndərməsini bildirmiş, o, da məbləğini və tarixini xatırlamadığı vaxtlarda onun Kapital Bank və Leobankda kart hesablarına göndərilmiş pulları çıxardıb yol maşını ilə atasına göndərmişdir. O, Kapital Bank və Leobankda kart hesablarına kim tərəfindən nə məqsədlə, nəyin müqabilində pul göndərilməsindən xəbərsiz olmuşdur. O, ifadəsində Zərərçəkmiş şəxs tanımadığını, adına olan "xxxx"dakı hesablarına xx.xx.2022-ci il tarixdə mədaxil olmuş 2.100 manat, xx.xx.2022ci il tarixdə “Leobank”da olan kart hesabına mədaxil olmuş 550 manat, xx.xx.2022-ci il tarixdə "xxxx"da olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobank”da olan kart hesabına mədaxil olan 250 manat pul vəsaitlərinin kim tərəfindən göndərilməsi barədə məlumatsız olduğunu, lakin həmin pulların kartdan çıxardıb atasına göndərdiyi pullar olduğunu fikirləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, o, 2022-ci ilin may ayının sonlarında yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndindən Bakı şəhərinə köçmüşdür. Qardaşı X1 Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda qardaşı Əfqan Nağıyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Digər qardaşı Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər "xxxx" Birgə Müəssisəsində qaynaqçı işləmişdir, hazırda işsizdir. Qardaşı Ülfət 2022-ci ilin mart ayının sonlarında ona Təqsirləndirilən şəxs adlı şəxsin adına poçtla 250 manat pul göndərməyini bildirmiş, o, poçta gedərək həmin vaxt şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün atasının şəxsiyyət vəsiqəsi ilə Təqsirləndirilən şəxs adına 250 manat pul göndərmiş, lakin pulu nəyə görə göndərməsini bilməmişdir. Bundan sonra qardaşı Ülfət ona hazırda adlarını xatırlamadığı bank kartlarının şəkillərini göndərmiş, xx.xx.2022-ci il tarixdə həmin karta 300 manat pul köçürməyini xahiş etmiş, o da həmin günü yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndindəki marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə yenə də Ülfətin ona göndərdiyi kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə Ülfətin göndərdiyi digər karta eyni ünvandakı ödəmə terminalından 250 manat pul köçürtmüşdür. Qardaşı Ülfət ona həmin pulun nəyə görə lazım olduğunu deməmişdir. Sonradan qardaşı Ülfətin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən guya həbsdə olan qardaşı Əfqan Nağıyevin Azərbaycan Respublikası Prezidentinin əfvlə bağlı sərəncamı ilə azadlığa çıxardacağı adı ilə aldadılaraq 7.700 manat pulunun ələ keçirildiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncuya Zərərçəkmiş şəxs tərəfindən verilmiş pullar Ülfətə məxsus olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, 2019-cu il tarixdə Ağsu rayonu, Hacıqədirli kənd sakini X10 ilə ailə həyatı qurduqdan sonra tez-tez Ağsu rayonu, Hacıqədirli kəndinə qonaq getmişdir. Zərərçəkmiş şəxs tanımır. Qayınatasının yaşadığı evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ondan 230 manat borca pul istəmiş, o, 230 manat pul vəsaitini borc kimi Təqsirləndirilən şəxs vermişdir. O, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək borca verdiyi pul vəsaitini geri istəmiş, sonuncu isə ona pulu yaxın günlərdə qaytaracağına dair söz vermişdir. Bundan bir neçə gün sonra Əli ona zəng edərək pulu köçürmək üçün kart hesabı istəmiş, o, isə özünün adına “Azərbaycan Beynəlxalq Bank”-na aid olan 5167 5133 4197 3055 nömrəli kartın nömrələrini telefonda Əliyə demişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Əli ona zəng edərək hesabına 300 manat pul göndərildiyini bildirmiş, onun həmin pul vəsaitinin kim tərəfindən kart hesabına göndərilməsindən xəbəri olmamışdır. Əli ona həmin pulun 230 manatını ona olan borcuna görə götürməyini, qalan 70 manat pulu isə oğlu Səbuhinin kart hesabına köçürtməyini bildirdiyi üçün o, Əlinin ona olan borcunu kartdan çıxartmış, qalan 70 manat pulu isə Əlinin oğlu Səbuhinin kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etdiyi Azərbaycan Beynəlxalq Bankında olan bank hesabından çıxarışda hesabına 300 manat pulun xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə mədaxil olduğu göstərilmiş, lakin o, pulu xx.xx.2022-ci il tarixdə saat 21 radələrində kartına mədaxil olduğunu dəqiq bilir və axşam saatlarında kartına pul mədaxil olduğu üçün bank hesablarında çıxarışda növbəti iş günü üçün qeyd edildiyini düşünür. İş üzrə digər Şahid3 birinci instansiya məhkəməsi iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Birinci instansiya məhkəməsi iclasında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu olmaqla eyni kənddə yaşayırlar. Zərərçəkmiş şəxs tanımır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona məxsus bank kartının nömrəsini soruşaraq ora pul köçürüləcəyini və həmin pul vəsaitinin ona verilməsini xahiş etmişdir. Həmin günü saat 09 radələrində yaşadığı kənddən özünə məxsus avtomaşınla Kapital Bank ASC-nin Ağsu şəhəri, Heydər Əliyev prospektində yerləşən filialına gedərək oradakı bankomatdan 396 manat pul vəsaitini çıxardaraq elə orada həmin pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Pul vəsaitinin onun kart hesabına kim tərəfindən və hansı məqsədlə köçürülməsindən xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla telefonla əlaqə saxlayıb oğlunun onun kart hesabına pul köçürdüyünü və sabah həmin pulu çıxartmaq üçün birlikdə Ağsu şəhərinə getməyi xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində Təqsirləndirilən şəxsla birlikdə Bakı-Şamaxı- Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən “Buta” marketin qarşısında quraşdırılmış bankomatdan cəmi 244 manat məbləğində pul vəsaitini çıxardıb elə orada da Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə cinayət işi başlanılmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 avqust 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam məbləğdə ödəmiş, ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətində qeyd edilən dəlillər ilə qeyd etməyi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)- 06/2023 saylı hökmünün ləğv edilməsini, ona verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 29,178.2.4, 178.2.4 və 32.4,312-1-ci maddələri ilə təqsirli bilinərək təklif etdiyi həddə azadlıqdan məhrumetmə və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza təyin edilməklə və cinayət qanunun tələblərinə uyğun qərar qəbul edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə verdiyi apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmünün dəyişdirilərək barəsində təyin edilmiş cəzanın dəyişdirilməsini və yaxud azaldılmasını xahiş etmişdir. Belə ki, məhkəmə kollegiyası ilk öncə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 32.4,312-1ci maddəsi ilə elan edilmiş ittiham üzrə onu qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 32.4, 312.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Halbuki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Hazırda Təqsirləndirilən şəxs CM-in 29,178.2.4, 178.2.4 və 32.4,312-1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı Əfqan Nağıyevin vaxtından əvvəl azadlığa buraxılmasında köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünün əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib hazırda təqaüdə çıxması səbəbindən guya müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Əfqan Nağıyevin “28 May Müstəqillik günü” ilə əlaqədar “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılmasını guya təmin etmək imkanına malik olduğunu yalandan bildirib, yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə, yəni onun əfv olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla həmin işin 9.000 manat müqabilində müsbət həllinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən "xxxx" MMC-nin Neftçala poçt filialında öz adına həmin Cəmiyyətin X32 göndərilmiş 250 manat pulu həmin tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Ağsu rayon filialından əldə edərək, həmçinin, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Seymur aptek”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına 400 manat və 5103********0688 nömrəli bank kartına 2.100 manat olmaqla, cəmi 2.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə cinayətdən xəbərsiz oğlu Şahid1 təqdim edilmiş 3.700 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti Rustavi küçəsində yerləşən “Elmar market”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 550 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz tanışı X5 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli karta köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 5103********0688 nömrəli bank kartına köçürülmüş 150 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 250 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qeyd edilən tarixdə cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına köçürülərək xx.xx.2022-ci il tarixdə həmin banka məxsus Bakı- Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən bankomatından çıxarılaraq, göstərilən qaydada Zərərçəkmiş şəxs və qardaşı Fuad Nağıyev tərəfindən nağd və köçürülmə qaydasında cinayətdən xəbərsiz şəxslərə verilmiş pul vəsaitinin özünə təqdim edilməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu Əfqan Nağıyevin adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd edilmiş itihamdan da bəlli olduğu kimi burada təqsirləndirilən şəxsin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq tətbiq etmdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə X14 CM-in 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə, X3 CMin 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 01 aprel 2023-cü il tarixli, 1(107)-97/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilmişdir. Həmin sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 2011-ci il 17 mart tarixli Qərar). Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4, 312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 31 oktyabr tarixli Qərarı). Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1,178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında göstərilmişdir ki, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Konstitusiya Məhkəməsinin Palatası, həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların üstünlüyü nəzərə alınmaqla formalaşdırdığı hüquqi mövqelərin hüquq tətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir. Oxşar məsələləri tənzimləyən "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir: Qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib." Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin CM-in 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittiham üzrə yuxarıdakı məsələlərə bağlı kifayət qədər araşdırma aparmadan Təqsirləndirilən şəxs təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, müdafiə tərəfinin təqsirləndirilən şəxsin bilavasitə müdafiəsi üçün göstərdiyi dəlilləri tədqiq edərək onlara hüquqi qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Halbuki, CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icratı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərardad və qərarlarında olan göstərişləri nəzərə alaraq hesab edir ki, hazırki bəhs edilən əməldə ümumiyyətlə cinayət hadisəsinin mövcudluğu istisna olunur. CPM-in 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. İşə apellyasiya şikayəti üzrə yenidən baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmuş, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırmamış, işə obyektiv qiymət verməmiş və bununla da, düzgün olmayan nəticəyə gəlmişdir. Oxşar münasibətləri tənzimləyən CPM-in 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icratı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İtihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər mühakimə icraatının həyata keçrilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair matreallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 32.4, 312.1-ci maddəsi irəli sürülmüş əməldə cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan və yuxarıda iqtibas olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə ğəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayət hadisəsinin mövcudluğu istisna olunur. Bundan əlavə apellyasiya protestinin digər dəlili Təqsirləndirilən şəxs ona elan edilmiş umumi ittiham üzrə Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən bəraət verilməsinin əsassız olması və şəxsin həmin maddə üzrə də təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaqı aparan orqanının gəldiyi nəticə əsassızdır. İstintaq orqanı Təqsirləndirilən şəxs 29,178.2.4-cü maddələri ilə ittiham irəli sürərkən belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs Əfqan Nağıyevin adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan Təqsirləndirilən şəxs verməli olduğu 9.000 manat pulun 1.300 manat məbləğini verməkdən imtina etdiyindən, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edildiyindən və Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs nə qədər məbləğdə pulu ona verəcəyini bildirməsindən asılı olmayaraq, 7.700 manat pul məbləğini Zərərçəkmiş şəxs almaqla dələduzluq cinayətini törətmişdir. Buna görə də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 29,178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya protestinin həmin dəlillərini əsassız hesab edir və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, şəxsə elan edilmiş 29,178.2.4-cü maddəsi ilə ittham ona elan edilmiş Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ittiham üzrə əhatə etdiyindən ona qeyd edilən maddə üzrə bəraət verilməlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün əldə edilmiş sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Həmçinin məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, özünün şəxsiyyətinə, cəzasını yüngülləşdirən hallara və cəzanın məqsədlərinə uyğun olan cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsində araşdırılma zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli ,1(016)-27/2014 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” Ağsu rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı-ci il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 3.000 manat cərimə cəzasının ödənilməmiş 2.000 manat hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmiş, o, həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 32.4 və 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək olan 2 gün həbsdə saxlanıldığı müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmçinin onun üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti başçısının X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə kənd camaatı tərəfindən özünə hörmət qazanmışdır. Kənddə gəncləri öz ətrafına toplamış, xeyir-şər işlərində yaxından iştirak etmişdir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi xarakterli şikayət və məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Baş İdarənin Əməliyyat Təminatı Şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatına əlavə etdiyi qəbzlərin surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 02 ədəd disk, həmçinin "xxxx" ASC-yə məxsus Şahid2 adına olan 5103********0699 nömrəli və Şahid3 adına olan 4169********8189 nömrəli, Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank”, X5 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli kartlardan çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 avqust 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 17.102014-cü il tarixli hökmünə əsasən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 32.4 və 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən başlanmış və həmin tarixdən məhkum barəsində elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkumun cəzasının çəkilmiş hissəsi 2 ay 1 gün, çəkilməmiş hissəsi isə 2 il 9 ay 25 gün təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də hazırda ittiham oldunduğu Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə əvvəllər cinayət məsuliyyətindən cəlb edilmiş, daha barəsində tətbiq edilmiş cərimə cəzasının ödənilməmiş hissəsindən amnistiya aktına əsasən azad olunmuş, daha sonra eyni maddə üzrə cinayət məsuliyyətindən azad olunmuş, sonra yenə də eyni növ cinayət əməlini törətmiş bu zaman barəsində azadıqdan məhrumetmə növündə cəzaya münasibətdə daha humanist cəza azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq o törətmiş olduğu cinayət əməllərindən nəticə çıxarmamış, islah olmamış nəticə eyni növ cinayət əməlini yenidən törətmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Ona görə məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Həmçinin apellyasiya protestində qeyd edilmişdir ki, İ instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edərkən hazırkı hökmlə təyin edilmiş cəza ilə Şamaxı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini, yəni 2 il 9 ay 25 günlük hissəsini qismən toplayaraq ona qəti cəza təyin etmiş, bununla da cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin qeyd edilən dəlilini əsaslı hesab edir. Belə ki, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən: 66.1 Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi İ instansiya məhkəməsi məhkəməsi şəxs barəsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edərkən cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Odur ki, apellyasiya protestinin qeyd edilən dəlilləri əsaslıdır. CPM-in 399.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməsi, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində təqsirsizliyini təstiq edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312-1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığına görə bəraət verilməli, hökmdən Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməli, CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökm üzrə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməli, çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Dövlət ittihamçısı,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)-06/2023 saylı hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində təqsirsizliyini təstiq edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olmadığına görə bəraət verilsin. Hökmdən Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(016)- 06/2023 saylı hökm üzrə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və çəkilən cəza qəti cəza müddətinə hesablansın. Hökm baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar