Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-171/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X14, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin (X7) qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim H.İ.Xəlilov) xx xxxx 2020-ci il tarixli, 1(063)- 30/2020 nömrəli hökmü ilə xx xxxx 1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 40, mənzil 46-da qeydiyyatda olmaqla Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 36, mənzil 13-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə nəqliyyаt vаsitələrini idаrə etmək hüququndаn məhrum edilməklə 3 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, bаrəsində seçilmiş “bаşqа yerə getməmək hаqqındа iltizаm” qətimkаn tədbirinin hökm qаnuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxxxx 2019-cu ildə, saat 10:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet-Aveo» markalı **-OC-*** dövlət qeydiyat nişanlı minik avtomobili ilə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən 210,3-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, daim dəyişən yol şəraitinə nəzarət etməli, avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanıqlı hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Qazax istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən arxa oturacaqda əyləşən sərnişin X10 çeçədiyinə görə dönüb ona baxarkən diqqətini idarəetmədən ayırmaqla avtomobili idarəolunmaz vəziyyətə salıb yoldan sağ tərəfə çıxararaq arxası üstə boş su kanalına aşırmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini - 1958-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 qapalı kəllə- beyin travması, döş qəfəsinin küt travması, ikitərəfli hemopnevmotoraks (döş boşluğuna havanın və qanın yığılması), hər iki ağ ciyərin əzilməsi, sağda İl-lİl-lV-V-Vİ-Vİl-Vİİİ-İX-X-Xİ, solda ll-lll-İV-V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, döş sümüyünün, sol bazu sümüyünün, L1, L2, L3, L4, L5 bel fəqərələrinin çıxıntılarının və hər iki oturaq qasıq sümüyünün yerdəyişmiş sınığı, sağ qaşın və sağ saidin sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan, dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərərçəkmiş şəxsin ölümünə, digər sərnişinlər - 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bazu sümüyünün, sağ lll-İV qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 2013-cü il təvəllüdlü X2 bazu sümüyünün cərrahi boyununun qapalı sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətində birinci instansiya məhkməsinin hökmünün dəyişdirilərək təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apelyasiya şikayətləri, eləcə də verilmiş apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X21 apelyasiya şikayətinin təmin edilərək Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)- 30/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxs X11 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, apelyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X18 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu götərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X15 və zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən, apelyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə qayınanası X5 məxsus «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək ailə üzvləri və qohumu ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə getmişlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 qabaq oturacaqda, azyaşlı uşaqları Aysu, Aylin və Ələddin, habelə qaynanasının qohumu Zərərçəkmiş şəxs2 arxa oturacaqda əyləşmişlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 10:30 radələrində günəşli və quraqlıq hava şəraitində Ucar rayonu Təzə Şilyan kəndi ərazisində sağ zolaqla təxminən 100 km/saat sürətlə hərəkətdə olmuşdur. Oğlu Ələddin qarğıdalı yeyərkən qəflətən çeçəmiş, buna görə də arxadakılar qışqırmışlar. Arxada nə baş verdiyini öyrənərkən diqqəti idarə etmədən yayınmış, avtomobil yoldan çıxaraq aşmış və təkərləri üstə, içərisində qamışlıq olan boş kanala düşmüşdür. Yoldan keçənlərin köməkliyi ilə maşından və kanaldan çıxmışlar. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ailə üzvlərini və Gültəkini Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışdır. Ciddi xəsarət aldığı üçün özü də tanımadığı sürücünün idarə etdiyi “Ford” markalı avtomobillə xəstəxanaya getmişdir. Tibbi yardım göstərildikdən sonra qızları ilə həyat yoldaşını Respublika Xəstəxanasına, Ələddinlə Gültəkini isə X23 göndərmişlər. Oğlunu xəstəxanaya yerləşdirdikdən sonra özü də Respublika Xəstəxanasına getmiş və orada 5 gün müalicə olunmuşdur. Oğlu Ələddin X20 bir həftə müalicə olunduqdan sonra evə buraxılmışdır. Gültəkin sentyabr ayının 30-dək X20 müalicə olunduqdan sonra onu Bakı şəhəri Babək prospektində yerləşən «Medical Plaza» xəstəxanasına, daha sonra isə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirmişlər. Gültəkin xx xxxxxxx 2019-cu il tarixdə, saat 00:10-da reanimasiya şöbəsində ölmüş, meyiti həmin gün İsmayıllı rayonu Aşıq Bayramlı kəndinin qəbiristanlığında dəfn etmişlər. Məhkəmədən hadisələrin təsadüfi axırı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsinin, baş vermiş yol-nəqliyyat hadisəsini ehtiyatsızlıqdan törətməsinin, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin, yaşayış yerindən müsbət xarakterizə olunmasının, himayəsində üç azyaşlı uşağının olmasının, əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Aylin Əhmədzadənin onun ailə üzvləri olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasının, Zərərçəkmiş şəxs2 qaynanasının qohumu olmaqla ailə üzvü kimi onlarla yaşamasının, zərərçəkmiş şəxsin uzun müddət müalicəsi və sonradan dəfn və yas mərasimi ilə bağlı xərcləri ödəməsinin, azyaşlı uşağının müalicəsinin hazırda da davam etməsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin (azyaşlı X7) qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə azyaşlı uşaqları Aysun, Aylin, Ələddin və anasının əmisi qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhərindən Mingəçevir şəhərinə qonaq getmişlər. O, qabaq oturacaqda, uşaqları və Gültəkin isə arxa oturacaqda əyləşmişlər. Saat 10:30 radələrində quraqlıq və günəşli hava şəraitində Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində Qazax istiqamətində getmişlər. Uşaqlar arxada qarğıdalı yeyərkən Ələddin qəflətən çeçəmiş, Elmirin diqqəti Ələddinə yayındığından avtomobil yoldan sağa çıxıb içində qamışlıq olan dərin bir arxa aşmışdır. Xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onları Kürdəmir rayon mərkəzi xəstəxanasına aparmışlar. İlkin yardım edildikdən sonra onu qızları Aysun və Aylinlə birlikdə Respublika Xəstəxanasına, Ələddini isə X23 göndərmişlər. Gültəkini əvvəlcə “Medikal Plaza”ya, oradan da Bakı Sağlamlıq Mərkəzinə göndərmşlər. Gültəkin xx xxxxxxx 2019-cu il tarixdə, saat 00:10-da həmin xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxs2 müalicəsi, dəfni və yas mərasimi ilə bağlı xərcləri Təqsirləndirilən şəxs ödəmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək, onlara dəymiş zərərin tam ödənildiyini, müalicə xərclərinin Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, hazırda və gələcəkdə Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X13 təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X25 Yol-patrul xidməti alayının 7-ci tağımının yol-patrul xidməti inspektoru Şahid1 oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə xidmətdə olduğu vaxt, saat 10:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Ucar rayonu Təzə Şilyan kəndi ərazisindən keçən 210,3-cü kilometrliyində avtomobilin aşması barədə məlumat daxil olmuş, dərhal yol-patrul xidməti inspektoru Şahid2 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yeri Təzə Şilyan kəndinin ərazisində olmuş, Qazax istiqamətindəki hərəkət hissəsinin sağ kənarında yola paralel olan boş su kanalında arxası yola tərəf «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili dayanmışdır. Hadisə yerinə çatandan sonra «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkətdə olarkən sürücünün sərnişinə başı qarışdığına görə avtomobili idarəolunmaz vəziyyətə salıb yoldan çıxararaq aşırdığı məlum olmuşdur. Sürücü və sərnişinlər xəsarət aldıqlarına görə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılmışlar və hadisə barədə X16a məlumat vermişlər. X16 gəlib polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə hadisə yerinin baxışını aparmış, hadisə yerinin baxışının aparılmasına dair protokol və sxem tərtib etmişdir. Təxminən 1 aydan sonra avtomobildə olan sərnişin qadının öldüyü məlum olmuşdur. Sonradan adı və soyadı ona məlum olan «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs həmin hadisəyə qədər tanımamış, onunla heç bir qohumluq əlaqələri və ədavəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X25 Yol-patrul xidməti alayının 7-ci tağımının yol-patrul xidməti inspektoru Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 311 nömrəli rəyindən görünür ki, 1988-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs1 sol bazu sümüyünün, sağ lll-İV qabırğaların sınığı olmuşdur. Bu xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni avtomobilin aşması zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 313 nömrəli rəyindən görünür ki, 2013-cü ildə anadan olmuş X3 bazu sümüyünün cərrahi boyununun qapalı sınığı vardır. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, avtomobilin aşması zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 315 nömrəli rəyindən görünür ki, 1980-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət - sağ İİ qabırğanın sınığı, - küt alətin təsirindən əmələ gəlmişdir, xx xxxxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, 1958-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması, ikitərəfli hemopnevmotoraks (dös boşluğuna havanın və qanın yığılması), hər iki ağ ciyərin əzilməsi, sağda ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ, solda ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, döş sümüyünün, sol bazu sümüyünün, L1, L2, L3, L4, L5 bel fəqərələrinin çıxıntılarının və hər iki oturaq qasıq sümüyünün yerdəyişmiş sınığı, sağ qaşın və sağ saidin sıyrıqları, - bərkküt əşyanın (əşyaların) təsirindən törənmişlər. Həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə hərəkətdə olan avtomobilin qəzaya düşməsi zamanı avtomobilin salonunda əyləşmiş şəxsdə əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhumə Zərərçəkmiş şəxs2 ölümünə səbəb xx xxxxxxxx 2019-cu il tarixdə almış olduğu travma kompleksi nəticəsinlə iki tərəfli hemopnevmotoraks (döş boşluğuna havanın və qanın yığılması) və ağ ciyərlərin əzilməsi nəticəsində inkişaf edən kəskin ağ ciyər çatmamazlığı olmuşdur. Mərhumə Zərərçəkmiş şəxs2 ölümü xx xxxxxxx 2019-cu il tarixdə, saat 00:10-da baş vermişdir (Bakı Sağlamlıq Mərkəzinin tərtib etdiyi xx xxxxxxx 2019-cu il tarixli, ********* saylı stasionar xəstənin tibbi kartasına əsasən). Mərhumə Zərərçəkmiş şəxs2 xəstəxanaya daxil olarkən etil spirtinin və ya narkotik vasitələrin təsiri altında olub-olmaması haqqında onun adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasında hər hansı bir qeydiyyat aparılmamışdır (Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş Kürdəmir rayon mərkəzi xəstəxanasının xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı və KTM-nin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli, C5749 saylı stasionar xəstənin tibbi kartasına əsasən). İş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 31100 nömrəli rəyindən görünür ki: 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Chevrolet Aveo» markalı, **-OC-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərini təmin etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş AC 066126 nömrəli sürücülük vəsiqəsindən görünür ki, ona xx xxx 2017-ci ildən xx xxx 2027-ci ilədək nəqliyyat vasitələrini idarə etmək hüququ verən «B» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AC 524431 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Aveo” minik markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2018-ci ildə 5 il müddətinə “Chevrolet Aveo” minik markalı, ** OC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. Etibarnamə xx xxxxxx 2018-ci ildə Bakı şəhəri, 6 saylı notariat kontorunun notariusu vəzifəsini müvəqqəti icra edən E.İmanlı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 296 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019cu il tarixdə sərxoşluq aşkar olunmamış, ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 77 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Birliyinin 77 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 878 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri -arvadı və uşaqları ilə birlikdə Bakı şəhəri Mir Cəlal küçəsi, 36 saylı evin 13 saylı mənzilində qeydiyyatsız yaşayırlar, həmin arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2009-cu ildə doğulmuş Aysu, xx xxxx 2013- cü ildə doğulmuş Aylin və xx xxxxxx 2015-ci ildə doğulmuş Ələddin adlı üç azyaşlı uşağı var. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, onun tərəfindən həmin cinаyətin törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 263.2-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti var. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Apelyasiya şikayətində Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, onun ilk məhkumluğu olmasını, daha əvvəl cinayət əməli törətməməsini, baş vermiş hadisənin isə birbaşa olaraq ehtiyatsızlıqdan əmələ gəlmiş bədbəxt bir hadisə olmasını, belə bir hadisəyə görə bütünlükdə bir ailənin başsız qalmasının ədalətli olmamasını, cinayət işində mövcud olan bütün yüngülləşdirici halların məhkəmə tərəfindən tam araşdırılmamasını göstərmişdir. Həmçinin apelyasiya şikayətində qeyd olunmuşdur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Baş vermiş bədbəxt hadisədən isə o, olduqca peşmandır. Hadisə tamamilə ehtiyatsızlıq səbəbindən baş vermişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi ona 3 (üç) il azadlıqdan məhrumetmə kimi ağır bir cəza təyin etməklə, göstərilən yüngülləşdirici halları nəzərə almamışdır. Lakin məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 59-cu mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Aylin Əhmədzadə ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Aylin Əhmədzadənin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini və cinayəti ehtiyatsızlıqdan törətməsini onun cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi, əməlində cəzanı ağırlaşdıran hаlların isə olmamasını, eləcə də təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək kifayət qədər nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni, əsaslı və yetərincə güzəştli cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, yəni ona CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün yetərli əsaslar görmür. Məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(063)-30/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-171/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-171/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver