Məhkəmə qərarları › İş №1(107)-171/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-171/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-171/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 17 fevral 2021-ci il tarixli hökmü ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin 21 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin126.3, 127.1, 331.2, 331.3, 68.1.1 və 66.3-cü maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.11.2014cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 25 fevral 2020-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan 1,691 qram olan marixuana və 232,22 qram tiryək qalığının məhv edilməsi, iş üzrə 178,28 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - ümumi təmiz çəkisi 232,320 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və təmiz çəkisi 1,711 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib narkotik vasitə tiryəkin 0,695 qramını və narkotik vasitə qurudulmuş marixuananı üstündə, tiryəkin qalan 231,625 qramını isə üzərində gəzdirdiyi qara rəngli dəri materialdan hazırlanmış əl çantasında saxlamaqla ünvan 2 ünvanda yerləşən “Qala” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 fevral 2020-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.45-də qeyd olunan ünvanda saxlanılmaqla Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,695 qram olan narkotik vasitə tiryəki və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,711 qram olan narkotik vasitə qurudulmuş marixuananı, çiynindən asılmış vəziyyətdə olan qara rəngli dəri materialdan hazırlanmış əl çantasından isə bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 231,625 qram olan narkotik vasitə tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apelyasiya şikayəti, apellyasiya protesti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestində qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən səmimi peşmandır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinin dəlillərinə uyğun dəyişdirilməsini, həmçinin apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuana və tiryəkdən istifadə etmiş, belə ki, marixuanadan siqaretə doldurub çəkmək yolu ilə, tiryəkdən isə çaya atmaq yolu ilə istifadə etmişdir. 25.02.2020-ci il tarixdə günorta saat 16-17 radələrində Mirgəçevir şəhəri, Kür çayının kənarında yerləşən parkda tək gəzərkən orada olan oturacaqların birinin üzərində bir ədəd qara rəngli sellofan bükülü görmüş, maraq yarandığından həmin oturacağa yaxınlaşıb sellofanı götürmüş, içərisində bir ədəd qara rəngli balaca sellofana bükülmüş vəziyyətdə narkotik vasitə tiryək, bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixauna və bir ədəd nisbətən iri ölçülü qara rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə tiryək olduğu məlum olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan onları götürmüş və fikirləşmişdir ki, imkan düşəndə istifadə edər. Çünki hər dəfə narkotik vasitə aldıqda bu təhlükəli olur, ona görə də fikirləşmişdir ki, elə tapmış, yəni pul verməmiş və özündə saxlamaqla istifadə edər. Ona görə də narkotik vasitəni tapdığı sellofanı tullamış, kiçik bükümlərdə olan narkotik vasitə tiryəki və qurudulmuş marixuananı əynində olan şalvarında saxlamış, iri bükümü isə üzərində olan qara rəngli dəri çantanın içərisinə qoymuşdur. Bundan sonra həmin tarixdə təxminən axşam saat 21.30-22.00 radələrində Mingəçevir şəhərində yerləşən Qala restoranının yaxınlığında olarkən ona 4 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdə polis əməkdaşları olduğu məlum olmuşdur. Daha sonra o da özünü təqdim etmişdir. Bundan sonra polislər ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Ona görə də üzərinə baxış keçirilməsi üçün onu Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Orada otaqlardan birində ona Mingəçevir şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, o, müdafiəçi kimi X1. Bundan sonra vəkilin və onu saxlayan polislərin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir büküm narkotik vasitə tiryəki və bir büküm narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polislərə təqdim etmiş, həmçinin çiynindən asılmış qara rəngli dəri çantadan isə bir ədəd böyük bükümdə olan narkotik vasitə tiryəki çıxarıb polislərə təqdim etmişdir. Polislər həmin bükümlərin nə olduğunu soruşduqda aşkar olunmuş bükümlərdən birinin narkotik vasitə tiryək, digərinin isə qurudulmuş marixuana, çantadan aşkar olunmuş bükümün isə narkotik vasitə tiryək olduğunu demişdir. O, həmin narkotik vasitələri necə tapmağı barədə polislərə məlumat vermişdir. Daha sonra onun üzərindən aşkar olunmuş bükümlərin fotoşəkilləri çəkilmiş, əlavə olaraq videoçəkiliş aparılmışdır. Həmçinin aşkar olunmuş bükümlər tərəzi vasitəsi ilə çəkilmiş, məlum olmuşdur ki, həmin bükümlərdən biri 231 qram, digəri 0,74 qram, qurudulmuş marixauna isə 1,97 qramdır. Aşkar olunmuş bükümlər bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Əlavə olaraq onun üzərindən 213 manat və 1 Gürcüstan larisi və 02 ədəd 20-lik gürcüstan pulu aşkar olunmuş, pulları sonradan özünə qaytarılmışdır. Aşkar olunmuş Samsung markalı telefon isə polislər tərəfindən götürülmüşdür. Həmçinin üzərindən xəstəliyi ilə bağlı istifadə etdiyi dərmanları, 2 qutu Parlament markalı siqaret, 03 ədəd alışqan aşkar olunmuşdur ki, onların da hamısı özünə qaytarılmışdır. Sonda baş verənlərlə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru yazıldığı üçün imzalarla doğruluğu təsdiq edilmişdir. O, saxlanılan zaman, Mingəçevir Şəhər Polis Şöbəsinə aparılan zaman ona qarşı hər hansı təsir olmadığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələri isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən səmimi peşimanlığının nəzərə alınmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Mİngəçevir Şəhər Polis Şöbəsində X2 baş inspektoru vəzifəsində işləyir. Əlisoy X8 şəhəri ərazisində narkotik vasitə olan tiryəkin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 Zakir oğlu, Şahid2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 və Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin rəisi Şahid4 ibarət tərkibdə əməliyyat qrupunun yaradılmışdır. 25.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Həmin vaxt o video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək ona təqdim edilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən bir ədəd özünə məxsus Samsung markalı telefonu, sağ yan cibindən 213 manat, 1 Gürcüstan larisi və iki ədəd 20 gürcü larisini, həmin cibindən bir ədəd qara sellofana bükülmüş bükülünü və bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan bir ədəd qara rəngli dəri çantanın içərisindən bir ədəd qara rəngli sellofan bükümü, əlavə olaraq 03 ədəd alışqanı, bir ədəd ətir, iki qutu Parlament siqareti, yara bantları, bir ədəd dırnaqtutan, iki ədəd tabletka listini, əlavə olaraq bir neçə ədəd dərman preparatını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükümə baxdıqda müvafiq olaraq qara rəngli sellofan bükümdə tiryəkə, şəffaf rəngli sellofan bükümdə isə qurudulmuş marixuanaya bənzər maddə, əlavə olaraq çiynindən asılmış bir ədəd qara rəngli dəri materialdan olan çantadan aşkar edilmiş bir ədəd böyük ölçülü qara sellofanın içərisindən isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilmiş digər əşya və predmetlər, eləcə də pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı bir neçə ədəd fotoşəkil çəkilmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Zakir oğlunun ifadəsində göstərilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Əlisoy X8 şəhəri ərazisində narkotik vasitə olan tiryəkin və marixuananın qanunsuz dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumat Baş İdarə rəisinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 25 fevral 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən ondan, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 və Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət- Axtarışı Bölməsinin rəisi Şahid4 ibarət tərkibdə əməliyyat qrupunun yaradılması barədə müvafiq əmr verilmişdir. Bundan sonra o, əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə yollanmışlar. Orada isə əməliyyat qrupunun digər üzvü Şahid4 də onlara qoşulmuşdur. Nəticədə 25.02.2020-ci il tarixdə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 25.02.2020-ci il tarixdə saat 21.45-də Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, İslamzadə küçəsi 12 ünvanında yerləşən «Qala» restoranının qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra araşdırma aparılması üçün Mingəçevir Şəhər Polis X3 təhqiqatçısı Polad Atayevə göstəriş verilmiş və Təqsirləndirilən şəxs onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün vəkil Müsaqif Hüseynov dəvət edilərək ona təqdim edilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli şalvarının sol yan cibindən bir ədəd özünə məxsus Samsung markalı telefonu, sağ yan cibindən 213 manat, 1 Gürcüstan larisi və iki ədəd 20 gürcü larisini, həmin cibindən bir ədəd qara sellofana bükülmüş bükülünü və bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan bir ədəd qara rəngli dəri çantanın içərisindən bir ədəd qara rəngli sellofan bükümü, əlavə olaraq 03 ədəd alışqanı, bir ədəd ətir, iki qutu Parlament siqareti, yara bantları, bir ədəd dırnaqtutan, iki ədəd tabletka listini, əlavə olaraq bir neçə ədəd dərman preparatını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd bükümə baxdıqda müvafiq olaraq qara rəngli sellofan bükümdə tiryəkə, şəffaf rəngli sellofan bükümdə isə qurudulmuş marixuanaya bənzər maddə, əlavə olaraq çiynindən asılmış bir ədəd qara rəngli dəri materialdan olan çantadan aşkar edilmiş bir ədəd böyük ölçülü qara sellofanın içərisindən isə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu bildirərək 25 fevral 2020-ci il tarixdə 4-5 saat əvvəl Mingəçevir şəhərində Kür çayının kənarında Sahil bağında gəzərkən oturacağın üstündən tapdığını, əvvəllər narkotik vasitələr istifadə etdiyi üçün həmin maddələri tanıdığından sonradan istifadə etmək məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir. Baxış zamanı başqa əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və məlum olmuşdur ki, narkotik vasitə tiryəkin birinin çəkisi 231 qram, digərinin isə 0,74 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisi isə 1,97 qramdır. Həmin bükümlər aşkar olunduğu formada tərəzidə çəkilmişdir. Aşkar edilmiş digər əşya və predmetlər, eləcə də pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı bir neçə ədəd fotoşəkil çəkilmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş və doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2, X11 və Alıyev X9 Natiq Zakir oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahidlər Şahid1 Zakir oğlu və Şahid2 məhkəməyə teleqram göndərərək, istintaqda verdiyi ifadələrini təstiq etmələrini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2020-ci il tarixli 5280 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, Qurudulmuş marixuananın təmiz çəkisi 1,711 qram, qalıq çəkisi isə 1,691 qram olmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2020-ci il tarixli 5279 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 231,625 qram və 0,695 qram olmaqla ümumi təmiz çəkisi 232,320 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Qalıq çəkisi 232,22 qram olmuşdur İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2020-ci il tarixli 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 dekabr 2020-ci il tarixli 1053 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsn narkotik vasitələrdən istifadə edir.Tərkibində tiryək alkoloidlərini tərkibində saxlayan narkotik vasitələrdən sui-istifadə yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində isə Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olması, törətdiyi əməli etiraf edib, peşmançılıq hissi keçirməsini, “Hepatomeqaliya. GRD-1 Hepatosteatoz Pankreasda diffuz dəyişikliklər. Hər iki böyrəkdə mikrolitlər, bağırsaqlarda metorizm” diaqnozu ilə xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir və həmin cəzanın dəyişdirilməsi üçün heç bir əsas görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin və dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın dəyişdirilməsinə əsas görməyərək həmin şikayət və protestin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar