Məhkəmə qərarları › İş №1(107)-173/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-173/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-173/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmü ilə, xx.xx.1959-cu ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib ona 263- 1.1-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə də 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən ona 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin və əlavə cəzanın müddətinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 06.09.2020-ci il tarixdə saat 20:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun icazə verilən istiqamətində təhlükəsiz hərəkətini təmin etməli, icazə verilən istiqamətin əksinə idarə edərək hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda bunu etməyərək, Bakı şəhəri istiqamətinin sağ yol çiyni ilə əksinə 40 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda onunla eyni istiqamətdə adi yerişlə sağ yol çiyni ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs sağ yol çiynində hərəkət hissəsinin qurtardığı yerdən sağa doğru 1,4 metr məsafədə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hər iki diz oynağının ön səthinin, alın nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları, sol tərəf bel nahiyəsinin qançırı, İİ bel fəqərəsinin kompresion sınığı ilə müşayiət edilən, səhhətin uzun müddətə pozulmasına və salamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən hadisə haqqında müvafiq orqanlara xəbər verməli olduğu halda Qanunun bu tələbini də pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmünün cəzaya aid hissədə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə cinayət qanunvericiliyin müddəalarına uyğun dəyişdirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 apellyasiya protestinin təmin edilməsini və iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə cinayət qanunvericiliyin müddəalarına uyğun dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmamasını və Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Zərərçəkmiş şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1 və 264-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək çıxışında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Hadisə zamanı idarə etdiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, lakin sürücülük vəsiqəsi olmadığı üçün oğlu Nicat Səmədovun adına etibarnamə vermiş və avtomobili oğlu idarə edir. Oğlu Nicat təxminən bir il bundan əvvəl Rusiya Federasiyasına getmiş, orada yaşayır. Nicat Rusiyada olduğu üçün avtomobili aylarla hərəkətsiz qalmışdır. Avtomobilin mühərrik hissəsinin fəaliyyətsiz qalıb xarab olmaması üçün avtomobili arada kənddə sürmüşdür. 06.09.2020-ci il tarixdə saat təxminən 20:00 radələrində o, avtomobilə benzin vurmaq üçün avtomobili idarə edib yaşadığı evdən kəndə gedən yola gətirmişdir. Məqsədi Nərimanabad kənd yolundan baş yola - Bakı-Qazax yoluna daxil olub Bakı şəhəri istiqamətinin sağında yerləşən yanacaqdoldurma məntəqəsindən avtomobilə benzin vurmaq olmuşdur. O, ikinci dərəcəli yolla gəlib baş yola Bakı şəhər istiqamətinin sağına yol çiyninə daxil olmuş, 40 km/saat sürətlə əks istiqamətli hərəkət edən zaman yol çiyni ilə onunla eyni istiqamətdə hərəkət edən piyadanı avtomobilin qabaq sol hissəsi ilə vurmuş, piyada avtomobilin qabaq alın şüşəsinin sol hissəsinə dəyib yerə düşmüş, xəsarət almışdır. O, əvvəlcədən piyadanı görməmiş, qarşısında hərəkət etdiyini qəfildən görmüşdür. O, avtomobillə bir qədər hərəkət edib avtomobili qarşıda, hadisə yerindən təxminən 20 metr məsafədə saxlamış, avtomobildən düşmüş və bir nəfərin çayxana tərəfdən piyadanın yanına gəldiyini, piyadanı avtomobilinə qoyub oradan apardığını görmüşdür. O, baş vermiş hadisədən bərk qorxmuş və həyəcan keçirmiş, ürəyi xəstə olduğundan getdikcə özünü pis hiss etməyə başlamış, hadisə yerinin yaxınlığında təxminən yarım saat polis əməkdaşlarının gəlməsini gözlədikdən sonra ürəyinin ağrısına daha dözə bilmədiyini görüb avtomobili orada yanacaqdoldurma məntəqəsinin yaxınlığında qoyub piyada yavaş-yavaş yaşadığı evə getmişdir. Həmin gün gecə ona kənddə bildirmişlər ki, avtomobillə adam vurduğu üçün polislər onu axtarırlar. Məlum olmuşdur ki, avtomobillə vurduğu piyada əvvəllər tanımadığı Yevlax rayon Duzdağ kənd sakini Zərərçəkmiş şəxsdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobildə tək olmuş, sərnişin və yük olmamışdır. Avtomobillə vurduğu piyada Zərərçəkmiş şəxsla əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. Qeyd olunanlarla yanaşı, cinayət hadisəsinin onun ehtiyatsızlığı üzündən baş verdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, işi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 06 sentyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı kəndin yaxınlığında Bakı-Qazax yolunun kənarında yerləşən çayxanadan çıxıb tək piyada yaşadığı kəndə evə getmək üçün yolun Bakı şəhəri istiqamətinin sağında yerləşən yol çiyni ilə Qazax rayonu istiqamətində gedəndə arxadan yol çiyni ilə əksinə hərəkət edən markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Zərbənin təsirindən o, hərəkət etdiyi yol çiynin soluna yerə yıxılmışdır. Onu vuran avtomobil bir qədər qabağa gedib qarşıda dayanmışdır. Bundan sonra onu vuran avtomobilin sürücüsünü görməmişdir. Hadisədən sonra bir nəfər Nərimanabad kəndində yaşayan "Vitkanın oğlu” kimi tanıdığı, lakin adını bilmədiyi oğlan ona yaxınlaşmış və ona köməklik edib yerdən qaldırıb öz "VAZ" markalı avtomobilinə mindirib onu Yevlax şəhər mərkəzi xəstəxanasına aparmış, xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü əvvəllər tanımadığı Nərimanabad kənd sakini olan Səməd adlı şəxsdir. Avtomobillə onu vurduqdan sonra avtomobili orada qoyub qaçıb getmişdir. O, əvvəllər Səmədi tanımamış, nə də ki, aralarında hər hansı bir düşmənlik-ədavət olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, münasibətləri yaxşıdır. Bundan başqa o, Zərərçəkmiş şəxs da tanıyır, o, qonşuluqda yerləşən Duzdağ kəndində yaşayır. 06 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində o, idarə etdiyi "VAZ 2106" minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Bakı şəhəri istiqamətinin sağı ilə aşağı torpaq yolla əksinə hərəkətdə olan zaman görmüşdür ki, Rəşad çayxana olan tərəfdən Bakı şəhəri istiqamətinin sağı ilə yol çiyni ilə əks istiqamətə piyada gedir. O, aşağı yolla Rəşadın yanından ötüb keçən zaman Səməd idarə etdiyi "VAZ 2101" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rəşadı vurub getmişdir. O, avtomobili aşağı torpaq yolda saxlayıb avtomobildən düşüb hadisə yerinə getmiş və Rəşadı yerdə yıxılmış vəziyyətdə görmüşdür. Rəşadı vuran avtomobil təxminən 20 metr getdikdən sonra qabaqda yanacaqdoldurma məntəqəsinin yanında dayanmışdır. O, Rəşadı yerdən qaldırıb avtomobilinə mindirib Yevlax şəhər xəstəxanasına aparmışdır. Şahid2 birinci instansiya məhkəməsinə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 8-ci tağımında inspektor vəzifəsində işləyir, polis serjantıdır. 06 sentyabr 2019-cu il tarixdə saat təxminən 20:00 radələrində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş, bir avtomobil piyadanı vurmuşdur. Bu məlumat əsasında dərhal qeyd olunan əraziyə getmişdir. Lakin hadisə yerində hadisəni törətmiş avtomobili müəyyən etməmişdir. O, hadisə yerinə gələnə kimi xəsarət almış piyadanı Yevlax şəhər xəstəxanasına aparmışlar. Məlum olmuşdur ki, hadisəni törətmiş avtomobil hadisə yerinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin həyətindədir. O, yanacaqdoldurma məntəqəsinə getmiş, orada markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır, avtomobilin qabaq sol hissəsi eyni zamanda avtomobilin qabaq alın şüşəsinin sol hissəsi zədələnmişdir. Sonra o, hadisə yerinə gəlmişdir, onun məlumatı əsasında hadisə yerinə baş müstəntiq Ceyhun Axundov gəlmiş, hadisə yerinə onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmiş, bununla bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola və sxemə o və baxışda iştirak edənlər imza etmişlər. Daha sonra onlar avtomobilin saxlandığı yanacaqdoldurma məntəqəsinin həyətinə getmişlər, orada “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə müstəntiq tərəfindən onun iştirakı ilə baxış keçirilmiş, protokol tərtib edilmiş və protokola imza etmişdir. Səhəri gün, yəni 07 sentyabr 2020-ci il tarixdə ona məlum olmuşdur ki, hadisəni əvvəllər tanımadığı Yevlax rayonu Nərimanabad kənd sakini Təqsirləndirilən şəxs törətmiş, hadisə törətdikdən sonra idarə etdiyi “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili orada qoyub hadisə yerindən qaçmış, hadisənin səhəri günü Təqsirləndirilən şəxs istintaqa gedərək özünü təqdim etmişdir. İş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 294-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətli hərəkət üçün nəzərdə tutulmuşdur. Hərəkət hissəsində hərəkət zolaqları ağ rəngli qırıq xətlə ayrılır, hərəkət hissəsinin eni 8,1 metrdir. Yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs xəsarət almış, hadisəni törətmiş avtomobil və sürücü aşkar edilməmişdir (iş vər. 7- 16). İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 sentyabr 2020-ci il tarixli 558 №li rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - hər iki diz oynağının ön səthinin, alın nahiyəsinin, sol dirsək nahiyəsinin sıyrıqları, sol tərəf bel nahiyəsinin qançırı, İİ bel fəqərəsinin kompresion sınığı, - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06.09.2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir (iş vər. 43-44). İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 8/1754 saylı rəyindən görünür ki, “VAZ-2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafıq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır (iş vər.86-88). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, “VAZ 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və sahibinə qaytarılmışdır (iş vər.99). İş materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 noyabr 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( iş vər. 131). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29.09.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər.73); İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər. 77); İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1 və 264-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, yaşını (62 yaş) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cinayət işində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib, həmin cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlıqdan məhrum etmə cəzası ona 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Dövlət ittihamçısı şərti məhkumetmənin tətbiqi ilə razılaşmayaraq verdiyi apellyasiya protestində məhkəmə hökmündən təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini və təqsirləndirilən şəxs tərəfindən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, özünün şəxsiyyətinə, cəzasını yüngülləşdirən hallara və cəzanın məqsədlərinə uyğun olan cəza təyin etmiş, eyni zamanda barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona azadlıqdan məhrum etmə cəzasını şərti müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi vurulmuş zərərin ödənilməsi mümkünlüyünü və məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası 62 yaşa çatanadək heç bir cinayət törətməmiş, ali təhsilli, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, ailə başçısı olmaqla övladları və nəvələri olan Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır (CM-in 263-1.1-ci maddəsi) və qəsdən böyük ictimai təhlükə törətməyən (CM-in 264-cü maddəsi) cinayət əməli törətməsinə görə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının cəzanın məqsədləri baxımından zəruriliyi barədə apellyasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün saymaqda haqlı olmuşdur. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şərti məhkumetmənin tətbiqinin ləğvinə və onun təyin olunmuş cəzanı çəkməsinə zərurət və ya məqsədəuyğunluq görmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsinə heç bir əsaslı səbəb və zərurət görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə şərti məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(039)-22/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar