Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-174/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1970-ci ildə Ağdaş rayonu, Aral-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Aral1kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 07 dekabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasnın təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclası zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, vurulmuş 345 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınması müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Ağdaş Rayon Məhkəməsinin 10 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 03 fevral 2016-cı ildən hesablanmaqla 02 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş rayonu, Aral-1 kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək Təqsirləndirilən şəxs1 məlumat vermək üçün küçədə pusquda dayanmış, sonuncu isə Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 68 saylı evin həyətinə daş hasardan qanunsuz daxil olmaqla həyətdə yerləşən saxlanc yeri olan hindən 04 dekabr 2020-ci il tarixdə, saat 21:00 radələrində 01 ədəd xoruz, 01 ədəd fərə olmaqla 02 ədəd, 06 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tarixə keçən gecə, saat 21:00 radələrində 04 ədəd xoruz, 02 ədəd fərə olmaqla 06 ədəd, cəmi 345 manat dəyərində 08 ədəd hind quşlarını vahid niyyətlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi verdiyi apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X13 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməlindən səmimi peşmandır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında iş üzrə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində həmkəndlisi Kəyyamla birlikdə xurma yığdıqlarını, 2020-ci ilin sonlarında Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində bir həyətə girdiklərini və həyətdə hind quşlarının olduğunu gördüklərini, daha sonra həmin hind quşlarını oğurlamaq və aparıb satıb maddi mənfəət əldə etmək qərarına gəldiklərini, 04 dekabr 2020-ci il tarixdə, saat təxminən 21:00 radələrində Kəyyamla birlikdə həmin həyətə getdiklərini, gəlib gedən olarsa Kəyyama xəbər vermək üçün küçədə pusquda dayandığını, Kəyyamın isə daş hasardan adlayıb içəri keçdiyini və hinə girib oradan bir ədəd xoruz, bir ədəd fərə olmaqla iki ədəd hind quşu oğurladığını və küçəyə çıxdığını, Kəyyamın iki ədəddən artıq quşu götürməyə gücü çatmadığı üçün sonra yenə də gəlib oğurlamağı, həm də iki-iki oğurlasalar ev sahibinin məlumatının olmayacağını fikirləşdiklərini, ertəsi gün bazara getdiklərini, bir nəfərə borcu olduğu üçün bazara girmədiyini, Kəyyamın isə bazarda tanımadıqları şəxsə həmin hind quşlarını 34 manata satdığını, həmin pulun 17 manatını ona verdiyini, 17 manatı isə özündə qaldığını, daha sonra 06 dekabr 2020-ci il tarixdə, saat 21:00 radələrində yenə də Kəyyamla həmin həyətə getdiklərini, çöldə pusquda dayandığını Kəyyamın isə həmin yerdən həyətə girdiyini və həyətdən 02 ədəd hind quşu oğurlayıb çölə çıxıdığını və birbaşa həmin hind quşlarını aparıb qaraçılar küçəsində yaşayan Fitat adlı xanıma 35 manata satdıqlarını, bundan sonra həmin küçəyə qayıtdıqlarını, saat təxminən 24:00-01:00 radələri arasında yenə də çöldə gözlədiyini və Kəyyamın içəri girib hindən 02 ədəd hind quşu oğurladığını və çölə küçəyə çıxıdığını, həmin hind quşlarını götürüb köhnə hamamda bir az gözlədiklərini və daha sonra səhər radələrində hind quşlarını aparıb Fitat adlı xanıma 22 manata satdıqlarını, Fitat adlı şəxsə satdıqları hind quşlarından əldə etdikləri 57 manat pulu Kəyyamla tən yarı böldüklərini bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında iş üzrə Zərərçəkmiş şəxs Ağalar oğlu verdiyi ifadəsində həyətində özünə məxsus olan 22 baş hind quşu olduğunu, hər gün həmin quşları çıxarıb otardığını və sonra yerinə saldığını, həyətinin yanlarının daş hasar olduğunu, hind quşlarını isə daş hinə saldığını, həyətinin darvazasının dəmir darvaza olduğunu, hinin qapısı isə taxta qapı olduğunu, 05 dekabr 2020-ci il tarixdə səhər hind quşlarını otarmağa buraxmağa getdiyini, həmin vaxt hind quşlarından iki ədəd, 01 ədədi təxminən 5,5 kq diri çəkisi olan xoruzun, 01 ədədi diri çəkisi 3,5 kq olan fərə hind quşunun olmadığını gördüyünü, bu barədə heç kimə demədiyini və hind quşlarını axtarmağa başladığını, 07 dekabr 2020-ci il tarixdə hind quşlarını çölə buraxmağa gedəndə cəmi 06 ədəd olmaqla 04 ədəd hər birinin diri çəkisi təxminən 5,5 kq olan xoruz hind quşularının, 02 ədəd hər birinin diri çəkisi 3,5 kq olan dişi hind quşularının olmadığını gördüyünü, DİNnin 102 xidmətinə müraciət etdiyini və Ağdaş RPŞ-nə ərizə yazdığını, bundan sonra hind quşlarını Aral-1 kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladığının məlum olduğunu, hind quşlarının oğurlanması nəticəsində ona təxminən 345 manat maddi zərər dəydiyini hazırda ona vurulmuş 345 manat zərərin Təqsirləndirilən şəxs1 bacısı tərəfindən tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. Birinci instansiya məhkəməsi iclasında iş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağdaş rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzdən tanıdığını, 06 dekabr 2020ci il tarixdə Kəyyam və Afərin onun yaşadığı evə iki ədəd diri hind quşu gətirdiklərini, həmin hind quşlarının onlara məxsus olduğunu və ondan həmin hind quşlarını almağını istədiklərini, həmin quşları onlardan 35 manata aldığını, ertəsi gün səhər saatlarında Afər və Kəyyamın yenə də onlara gəldiklərini və onların əlində iki ədəd də hind quşu olduğunu, həmin quşları da satmaq istədiklərini bildirdiklərini və onlardan həmin quşları aldığını, lakin ikinci dəfə aldığı iki ədəd quşları neçəyə aldığını dəqiq yadında qalmadığını, həmin hind quşlarını isə həmin gün kəsib təmizlədiyini, birini özləri üçün bişirdiklərini, digər üçünü isə aparıb, bazarda satdıqlarını, Afər və Kəyyamın ona satdıqları hind quşlarının oğurluq olduğunu bilmədiyini göstərmişdir İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 dekabr 2020-ci il tarixli 9/5567 №-li rəyindən görünür ki, ekspertiza qərarında göstərilən hind quşlarının (hinduşkaların) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 345 manat müəyyən edilir.O cümlədən:diri çəkisi 5,5 kq olan 05 baş xoruz hind quşu 240 manat, diri çəkisi 3,5 kq olan 03 baş fərə hind quşu 105 manat. İş materialları ilə müəyyən olunur, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 02.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, cinayət törədildiyi 04 dekabr 2020-ci il tarixə məhkumluğu ödənilməmişdir, hökmün çıxarıldığı 23 fevral 2021-ci il tarixə məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayonu İcra Hakimiyyəti Başçısının Birinci Aral kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 1970-ci il tarixdə Ağdaş rayonu, Birinci Aral kəndində anadan olmuşdur. 1977-ci ildə Aralbir kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 1987-ci ildə həmin məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. Subaydır. Ağdaş rayonu Birinci Aral kəndində qeydiyyatdadır. Atası X1 Vətən Müharibəsi iştirakçısı olmuşdur. İş materiallarına əlavə edilmiş X5 verilmiş tibbi arayışdan görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 22 aprel 2021-ci il tarixdən X4 İstintaq Təcridxanasında saxlanılır. Müəssisəyə daxil olduğu gündən etibarən “Yayılmış psoriaz. Xroniki Sistit” diaqnozları ilə qeydiyyata götürülmüşdür. Qeyd edilən diaqnozlara uyğun olaraq mütəmadi həkim nəzarətindədir. Hal-hazırda ümumi vəziyyəti stabildir, səhhətində hər hansı ağırlaşma qeydə alınsa, müvafiq müayinə və müalicə kurslarına cəlb ediləcəkdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X13 təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanıtam ödənilərək zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin onun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, cəzasını çəkib qurtarmadan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Həmçinin Apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 02.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, cinayət törədildiyi 04 dekabr 2020-ci il tarixə məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini-xüsusən də eyni xarakterli cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında isə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur ki, qanunvericiliyin tələbi baxımdan təqsirləndirilən şəxsə onun yarısından aşağı cəza verilməsi mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(014)-21/2021 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-174/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-174/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver