Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-175/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X13, hakimlər X21 oğlu və X5 ibarət tərkibdə) 02 mart 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 20 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması : xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 475-də qeydiyyatda olmaqla Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 43-də yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 20 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması: 08 avqust 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümui rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 25 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd köynək və 01 ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd Vaz2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçkmiş şəxsə qaytarılması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 10.08.2020-ci il tarixdə saat 03:45 dəqiqədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, həmin gün, yəni 10.08.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada isə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərinlərində olan dəmir parçası və bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaqla, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla hədə-qorxu gələrək, Zərərçəkmiş şəxs məxsus 217 manat pulu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb ələ keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərindən qorxaraq hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs1 tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73Bdə qeydiyyatda olan Təqsirləndirilən şəxs3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə 10.08.2020-ci il tarixdə saat 0345 dəqiqədə müştəri kimi əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, saat 0430 radələrində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək üzərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, deşici-kəsici küt alət təsirindən törənmiş, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni 10.08.2020-ci il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs1 hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı 22-BM646 dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs2 10.08.2020-ci il tarixdə saat 0345 dəqiqədə tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan Təqsirləndirilən şəxs3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ- 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparmasını üçün sürdürmüş, həmin gün, yəni 10.08.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərlərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni 10.08.2020-ci il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs2 hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı 22BM-646 dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs3 əməlini CM-nin 185.1-ci maddəsinə tövsif edilməsini, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməsinini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə icraata xitam verilməsini, həmçinin CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Zərərçəkmiş şəxs Murad oğlu tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X22 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, zərərçəkmiş şəxslərin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək Ləki marketin yanında dayanaraq başqa maşınlara əl etdiklərini zərərçəkmiş şəxsin onlaraq yaxınlaşıb haraya getdiklərini soruşduğunu, cavabında Mingəçevir şəhərinə getdiklərini demişlər. Yol gedəndə Samirin ürəyi bulanmış və onun vəziyyəti yaxşı olmamışdır. Aslan zərərçəkmiş şəxsə 2-3 dəfə maşını asta sürməsini demişdir. Samir özü də ona maşını asta sürməsini demişdir. Sürücü yaxşı qardaş oldu deyib razılaşmışdır. Sonra yenidən sürətlə sürməyə başlamışdır. Sonra Samirin ürəyi bulananda sürücü maşını saxlamış, Samir maşından düşərək qaytarmışdır. Sonra Aslan sürücüyə söyüşlə müraciət edərək sənə asta maşını sür deyildi, gördün sən nə etdin demişdir. Həmin söhbətin üstündə mübahisə olmuş o, zərərçəkmiş şəxsi Samirlə Aslandan aralamışdır. Xəlildən xahiş etmişdir ki, sən ölənlərin goru gəl bizi apar maşın olan yerə düşürt. Sonra çıx get işinin dalınca. O, 17 manatınızı götürün, lazım deyil və gedin demişdir. O zaman o sizin dalaşmağınıza imkan verməyəcəyəm demişdir. Həmin zaman o bizə sizi aparmaram, bu dəqiqə 102 xidməinə zəng edəcəyəyini demişdir. Xəlil belə deyən zaman uşaqlardan hansısa telefonu alıb meşəyə tullamışdır. Bu dəqiqə də oraya nümayəndə göndərilsə telefon o meşədədir, oradan tapılar. O ifadəsinə davam edərək bildirmişdir ki, maddi imkanları yerindədir, kiminsə nokia 1202 markalı telefona ehtiyacı yoxdur. Zərərçəkən 102 xidmətinə zəng eləməsin deyə telefonu götürüb meşəyə atmışlar. Qarşıdan maşın gələn zaman uşaqlara çıxıb getmək üçün qışqırmışdır. Ona məhəl qoyan olmadığından uşaqlara artıq getdiyini demişdir. O, maşına oturub mühərriki işə salıb qaçmaq istəyəndə uşaqlar qaça-qaça qapını açıb maşına oturmuşdular. Maşını götürdüyü yerdən 100-150 metr təxminə gedib maşını saxlamış və sonra çıxıb getmişlər. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs3 ona CM-in 185.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 avqust 2020-ci il tarixdə saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1la birlikdə digər tanışları Təqsirləndirilən şəxs2 dəvəti ilə Gəncə şəhərindən Ağdaş rayonuna gəlmiş, həmin vaxt Samir ördək almaq üçün Ağdaş rayonunda olan Zəka adlı tanışından ördək almaq üçün həmin yerə getmişdir. Samir Zəkaya 50 manat pul verib 10 ədəd ördək aldıqdan sonra üzərində 20 manat pul qalmış, Zəkaya həmin ördəkləri gəlib götürəcəklərini bildirdikdən sonra oradan durub Gəncə şəhərinə getmək üçün 10 avqust 2020-ci il tarixdə saat 0345 radələrində Ağdaş-Bakı yoluna çıxmışlar. Yolda Gəncə istiqamətinə gedən avtomaşınlara əl etmiş, Mersedes markalı avtomaşın saxlasa da adam çox olduğu üçün həmin avtomaşına əyləşməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus olan VAZ 2106 markalı avtomaşınla onlara yaxınlaşaraq taksi lazım olubolmamasını soruşmuşdur. Samir Xəlilə “stansiya Mingəçevir” kimi tanınan Aran qəsəbəsinə gedəcəklərini və həmin yerə kimi onları neçəyə aparacağını soruşmuşdur. Xəlil onları 15 manata aparacağını dedikdən sonra Samir Mingəçevir şəhərinə neçəyə aparacağını soruşmuş, Xəlilin 20 manata aparacağını demişdir. Samirin onların cəmi 20 manat pulları olduğunu, həmin puldan onlara bir qutu siqaret alıb qalan pula onları Mingəçevir şəhərinə aparmasını demişdir. Xəlil razılaşdıqdan sonra 20 manat pulu Xəlilə vermiş, sonuncu avtomobili yolun əks istiqaməti ilə Ləki marketin qarşısına sürmüş, həmin vaxt Xəlil özü düşüb siqaret alıb gəldikdən sonra Ağdaş rayonunun içərisi ilə keçib Mingəçevir şəhəri istiqamətinə getmişlər. Yol ilə gedərkən Samir tanıdığı qızla telefonla danışarkən Xəlil əgər cinsi əlaqədə olmaq üçün qız lazımdırsa təşkil edə biləcəyini demiş, Samir isə Xəlilə lazım olmadığını demişdir. Sonra Samir yolda Xəlilə avtomobili çox oynatmamasını, ürəyinin bulandığını demiş, Xəlil isə heç nə deməmişdir. Ağdaş rayonu Şıxlı kəndinə çatanda Samirin Xəlilə ürəyinin bulandığını və avtomobili kənarda saxlamasını demişdir. Xəlil avtomobili kənarda saxladıqdan sonra Samir avtomobildən yerə düşmüş, Aslan isə Samirin arxasınca yerə düşmüşdür. O, həmin vaxt avtomobildən düşməmiş, Samir və Aslan Xəlildən su istəmişlər. Xəlil Samirə su verdikdən sonra gəlib avtomobildə əyləşmiş, ardınca Samir də gəlib avtomobildə əyləşmişdir. Aslan Xəlilin yanına gələrək pəncərəni aşağı salmasını demiş, Xəlil aynanı aşağı salmadan qapını açarkən qapı Aslana dəymişdir. Bu zaman Aslan Xəlilin ünvanına söyüş söydükdən sonra sonuncu yerə düşmüş, Aslan və Xəlil mübahisə edərək avtomobilin arxasına keçmişlər. Samir də düşüb avtomobilin arxasına keçdikdən sonra səs-küy düşmüş, avtomobildən yerə düşdükdən sonra X17 dalaşdıqlarını görmüşdür. Xəlil döş cibindən 17 manat pulu çıxarıb Samirə verərək “alın pulunuzu gedin” demiş, X23 yaxalaşıb çökəyə düşmüş, Xəlili Samirgilin əlindən alaraq onları aparıb düşürtmələrini demişdir. Xəlil həmin vaxt qışqıraraq səs-küy salmış və avtomobili sürməyəcəyini demişdir. Xəlil qışqırdığı üçün Aslan və Samir Xəlili vurmuş, həmin vaxt Xəlil polisə zəng edəcəyini demişdir. Həmin vaxt kimsə Xəlilin telefonunu tullamış, Samir və Aslanın Xəlili döyməsinə imkan verməmişdir. Xəlilin onları aparmaq istəmədiyini, Aslan və Samirin də Xəlildən əl çəkmədiyini görərək artıq sonuncuların hərəkətindən bezərək Xəlildən avtomobilinin açarını alıb avtomobilin sükanına əyləşmiş, Samir və Aslana da getdiyini demişdir. Avtomobilə qaz verən zaman Aslan və Samirin qaçaraq gəlib tez avtomobildə əyləşmiş, avtomobili təxminən 1-2 km sürüb yolun sağından saxlamışdır. Sonra başqa avtomobilə əyləşib Gəncə şəhərinə getmiş, Gəncə şəhərində Aslan ondan yol pulu olan 20 manat pulu istəmişdir. Samirdən pulu istəmiş, Samir ona 20 manat pul vermişdir. Samirin verdiyi həmin 20 manat pulu Aslana vermişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri üzrə elan edilmiş ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxs ilə dalaşmaqda, onunla aralarında mübahisə düşməkdə təqsirli bilərək, bildirmişdir ki, Ağdaşa getdiklərini, qardaşının ördək alveri ilə məşğul olmaq istədiyini, onlara yol kənarında Xəlildən əvvəl başqa bir sürücünün yaxınlaşdığını, lakin 2 nəfərlik yeri olduğu üçün onunla razılaşmadıqlarını, sonra Xəlil qardaşın onlara yaxınlaşdığını, onunla 17 manata stansiya Mingəçevirə aparmasına razılaşdıqlarını bildirmişdir. Sonra yol gedəndə Samirin ürəyi bulandığından sürücüyə yavaş sürməsini dediklərini, mübahisənin maşını surətlə sürmək üstündə başladığını, Samirin ürəyi bulandığı üçün Xəlil maşını iki dəfə saxladığını sonuncu dəfə saxlayan zaman Samir qaytaran zaman Xəlildən su istədiyini, Xəlilin yük yerindən 2 litlrik suyu götürüb verdiyini demişdir. Sonra alışqanı götürmək üçün Xəlilə maşının aynasını aşağı saldırmasını dediyini, Xəlilin açıqdır da götür dediyini, qapını açıb üstünə çırğdığını demişdir. Belə olub mübahisə yaranmış və Xəlil 20 manat pulu çıxarıb götürmələrini demişdir. O pulu götürməmişdir. Xəlilə gecə yarısı onları yolun ortasında saxlamamağı heç olmazsa götürdüyü yerə qatarmasını demişlər. Xəlil cavabında aparmayacağını demişdir. Sonra onlar verdikləri 20 manat pulu belə götürməmişlər. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 avqust 2020-ci il tarixdə saat 2230 radələrində tanışı Təqsirləndirilən şəxs3 ona Ağdaş rayonu Ləki qəsəbəsindən ördək alacağını və birlikdə oraya getməyi təklif etmiş, həmçinin digər tanışı Təqsirləndirilən şəxs2 da Bakı şəhərindən Ağdaş rayonuna gəlib onları orada gözləyəcəyini demişdir. Nihatla razılaşaraq sonra hər ikisi birlikdə Ağdaş rayonu Ləki qəsəbəsində Nihatın tanışı Zəka adlı şəxslə görüşüb təxminn 1-2 saat söhbət etdikdən sonra geri qayıtmaq üçün Bakı-Qazax magistral yolunda dayanacağın yaxınlığında dayanıb yoldan keçən avtomobillərə əl edib saxlatmaq istəmişlər. Həmin vaxt Mersedes markalı avtomobil saxlasa da avtomobildə yer olmadığı üçün gedə bilməmiş, bu zaman yaxınlıqda olan adının sonradan Xəlil olduğunu bildiyi taksi sürücüsü onlara yaxınlaşaraq taksi lazım olub-olmadığını soruşmuşdur. Samirin Mingəçevir şəhərində tanışı olduğu üçün Mingəçevir şəhərinə getmək qərarına gələrək oraya neçəyə apara biləcəyini Xəlildən soruşmuş, sonuncu 20 manata apara biləcəyini bildirmişdir. Samir Xəlilə 20 manat pullarının olduğunu, həmin pula onlara siqaret alıb qalanını özünə götürməsini demişdir. Xəlil onlarla razılaşaraq Samir avtomobildə qabaqda, özü sürücünün arxasında, Nihat isə arxada sağda əyləşərək yola çıxmışlar. X28 marketə gedib onlara siqaret almış, saat 04 radələrində marketin qarşısından çıxaraq Ağdaş rayonunun içərisi ilə avtomobili sürüb Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Yol ilə gedən zaman Xəlil Mingəçevir şəhərinə nə məqsədlə getdiklərini soruşmuş, Samir isə zarafatla guya qızlarla görüşməyə getdiklərini demişdir. Bu zaman Xəlil Ağdaşda qızın problem olmadığını, istəsələr təşkil edə biləcəyini demiş, Samir isə ehtiyac olmadığını demişdir. Yol ilə gedən zaman Samir Xəlilə avtomobili yavaş sürməsini və onu narahat etdiyini demiş, Xəlil oldu desə də yenə döngələrdə avtomobili sərt sürmüşdür. Samir Xəlilə acıqlanaraq Ağdaş rayonunda yolun kənarında tanımadığı yerdə ürəyinin bulandığını, avtomobili saxlamasını dedikdən sonra Xəlil avtomobili saxlamışdır. Samir yerə düşdükdən sonra sonuncunun arxası ilə yerə düşmüş, Samir qaytardıqdan sonra Xəlildən su istəmişdir. Xəlilin suyu Samirə verdikdən sonra sonuncu əl-üzünü yumuş, sonra Xəlilə əsəbiləşərək gedib yerində əyləşmişdir. Xəlil də gedib yerində əyləşərək Nihatdan yandıran istəmişdir. Xəlilə aynanı aşağı salmasını demiş, Xəlil acıqlı şəkildə aşağı olduğunu deyərək, sonra qapını açıb üstünə çırpmışdır. Qapı ona dəymiş, əli ilə qapını itələyərək Xəlilə aynanı aşağı eləməsini demişdir. Xəlil aşağı düşən zaman sonuncunun sifətindən sillə və yumruqla vurmuş, Samir avtomobildən düşərək onu kənara dartıb dayanmasını bildirmişdir. Xəlilə onunla acıqlı danışmamasını demiş, lakin Xəlil yenə onun üzərinə gəldiyi zaman Ləki qəsəbəsində yerdən tapdığı yumru dəmiri çıxardıb Xəlilin başından vurmuşdur. Samir Xəlilin qolundan tutub dartmış, sürücü tərəfdə Xəlillə dartışmışlar. Həmin vaxt Samir onları aralayarkən bu zaman Xəlil Samiri itələyərək oturacağının sol tərəfində yerdə olan bıçağı götürmək istəmiş, bu zaman Xəlili qabaqlayaraq bıçağı götürüb qulp hissəsi ilə Xəlilin başından iki dəfə vurmuşdur. Həmin vaxt Xəlil üzərinə hücum edərkən ola bilsin ki, həmin vaxt bıçağın Xəlilin omba nahiyəsinə dəymişdir. Həmin vaxt Nihat gəlib Xəlilin üstünə qışqıraraq sakit olmasını demiş, Nihat və Samir Xəlili vurmamış, yalnız özü Xəlili vurmuşdur. X18rı aparıb istənilən taksinin yanına düşürtməsini sonra isə çıxıb getməsini desə də Xəlil özü avtomobili götürüb getmələrini demişdir. Xəlilə onları tutdurmaq istədiyini, pul verdiklərinə görə onları lazımi ünvana aparmalı olduğunu demiş, bu zaman Xəlil qışqırmağa başlamışdır. Bundan sonra Nihat əsəbiləşərək Xəlilin avtomaşının sükanı arxasında oturaraq avtomobili idarə etməyə başlamış, bu zaman özü və Samir də avtomobilə əyləşmişlər. Avtomobillə təxminən 1 km qabağa getdikdən sonra Nihat avtomobili orada saxlamış, sonra yoldan keçən markasını bilmədiyi avtomobilə əyləşib birbaşa Gəncə şəhərinə getmişlər. Xəlildən heç kəs pul və mobil telefon almamış, həmçinin heç kəs Xəlildən 5000 manat pul tələb etməmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri üzrə elan edilmiş ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxs ilə dalaşmaqda, zərərçəkmiş şəxsi vurmaqda, döyməkdə təqsirli bildiyini demişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dedikləri ilə razıdır. O, hazırkı iclasda nə dedisə, düz demişdir. Onlar zərərçəkmiş şəxslə dalaşmışlar. Onların quldurluq etmək niyyəti olmamışdır. Polis şöbəsində olan zaman qabağına qoyulan sənədlərin heç birinə imza atmamışdır, hər birinin altına imtina edirəm yazmışdır. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 avqust 2020-ci il tarixdə günorta tanışı Təqsirləndirilən şəxs3 zəng vuraraq ad gününün olduğunu və Ağdaş rayonuna gəlməsini təklif etmiş, Nihat da onunla razılaşaraq həmin gün saat 18 radələrində digər tanışları Aslanla birlikdə Ağdaş rayonu Ləki qəsəbəsinə gəlmiş, Nihatla Zəkanın əvvəlcədən ona görə tanışlıqları olmuşdur. Ləki qəsəbəsində çayın kənardan Nihat, Aslan, Zəka və Zəkanın iki nəfər tanışı ilə yeyib-içmiş, Zəkanın saxladığı ev quşlarına baxdıqdan sonra Nihat və Aslanla oradan çıxıb Gəncə şəhərinə gəlmək üçün Bakı-Qazax magistralına çıxmışlar. Gəncə şəhəri istiqamətində dayanıb gələn avtomobillərə əl etmiş, həmin vaxt Mersedes markalı nömrəsini bilmədiyi bir avtomobil onların yanında saxlasa da avtomobildə yer olmadığı üçün avtomobilə əyləşməmişlər. Həmin vaxt sonradan adının Xəlil olduğunun bildiyi şəxs idarə etdiyi Vaz 2106 markalı avtomaşınla onların yanına yaxınlaşaraq hara getdiklərini soruşmuş, sonuncuya Gəncə şəhərinə getdiklərini bildirdikdən sonra Xəlil onlardan Gəncə şəhərinə aparması üçün 30 manat pul istəmişdir. X8 şəhərinə aparması üçün nə qədər lazım olduğunu soruşmuş, Xəlil onlardan 20 manat istədikdən sonra Xəlilə cəmi 20 manat pullarının olduğunu, bir qutu siqaret alıb qalan pula aparmasını bildirmişlər. Xəlil onlarla razılaşaraq yolda marketdən onlara siqaret alıb verdikdn sonra avtomaşını Mingəçevir şəhəri istiqamətinə sürmüşdür. O, qabaqda əyləşmiş, Nihat onun arxasında, Aslan isə sürücününü arxasında əyləşmişdir. Yol ilə gedən zaman tanış bir qızla telefonla danışmış, Xəlil qızla danışdığını başa düşüb ona və digər şəxslərə cinsi əlaqədə olması üçün qız təşkil edə biləcəyini demişdir. Xəlilə qız lazım olmadığını demiş, yolda olan zaman Xəlilə ayaq yoluna getmək istədiyini, avtomobili saxlamasını bildirmişdir. Xəlil avtomobili saxladıqdan sonra yenidən yol ilə gedən zaman Ağdaş rayonunda ürəyi bulandığı üçün Xəlildən avtomobili saxlamasını istəmiş, Xəlil avtomobili saxlamışdır. Yerə düşdükdən sonra qaytarmış, kimsə ona su vermiş, Aslan da həmin vaxt avtomobildən düşsə də ancaq Nihat avtomobildə qalmışdır. Aslan ondan ayrılıb avtomobilə tərəf gedib avtomobilə əyləşən zaman Aslanla Xəlil mübahisə etmişlər. Aslan yerdə olmuş, Xəlil avtomobildə əyləşmişdir. Yol ilə gələrkən Xəlil onları aparmaq istəmədiyinə görə sonuncuya pullarını aldığını, buna görə də onları aparmalı olduğunu demiş, bunun üstündə onların arasında mübahisə yaranmışdır. Xəlillə Aslan yaxalaşdıqlarına görə sonuncuların yanına getmiş, Xəlil söyüş söydüyünə görə Xəlili yumruqla boynundan vurmuşdur. Xəlillə dalaşan zaman onun ayağı sürüşərək çökəyə düşmüş, bu zaman Xəlili özü ilə dartdığından sonuncu da çökəyə düşmüşdür. Aslan bir neçə dəfə Xəlili yumruq və təpiklə vurmuş, Nihat isə kənarda dayanmışdır. Nihat onların dalaşdığını görüb Xəlilin avtomobilində sükanın arxasında əyləşərək oradan getdiyini demiş, bu zaman Aslanla birlikdə avtomobilə əyləşmişlər. Təxminən 1-2 kilometr getdikdən sonra avtomobili saxlayıb yolun kənarda qoymuş, sonra nömrəsini xatırlamadığı Mersedes markalı avtomobilə əyləşib Gəncə şəhərinə getmişlər. Xəlili döyməmiş, sonuncunun 217 manat pulunu və mobil telefonunu almamışlar, həmçinin Xəlilin sifətinə heç kəs qaz püskürtməmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 avqust 2020-ci il tarixdə saat 0345 radələrində özünə məxsus VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş-Qazax magistral yolunun Ağdaş rayonu Yuxarı Ləki kəndindən keçən hissəsində dayanarkən ondan bir az aralıda olan dayanacağın yanında sonradan adlarının Nihat, Aslan və Samir olduğunu bildiyi üç nəfər şəxsin gəlib-gedən avtomobillərə saxlamaları üçün əl etdiklərini görmüşdür. Hmin şxslərə heç kəs avtomobil saxlamamış, bir dənə Mersedes markalı avtomobil saxladıqdan sonra nə isə danışaraq həmin avtomobili də minməmişlər. Bundan sonra həmin üç nəfərə yaxınlaşaraq hara getdiklərini və avtomobil lazım olub-olmadığını soruşmuşdur. Həmin şəxslər əvvəl “Stansiya Mingəçevir” kimi tanınan Aran qəsəbəsinə getdiklərini dedikdən sonra sonunculara həmin yerə 15 manata aparacağını bildirmişdir. Bu barədə razılşamadıqlarından həmin şəxslər ondan Mingəçevirə neçəyə aparacağını soruşmuş, 20 manata apara biləcəyini dedikdən sonra həmin şəxslər 20 manat pullarının olduğunu, puldan hmin şəxslərə siqaret aldıqdan sonra qalan pulu onun götürməsi barədə razılğa gəlmişlər. Həmin şəxslərdən Samir adlı şəxs qabaqda, Aslan arxada solda, Nihat isə arxada sağda əyləşmiş, avtomobili əks istiqamətdə sürüb Ləki marketdən bir qutu siqaret aldıqdan sonra saat təxminən 0350 radələrində mağazadan çıxıb Ağdaş rayonu Yuxarı Ləki kəndindən keçməklə Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Yolda söhbət zamanı Samir telefonla kiminləsə danışaraq Mingəçevir şəhərinə gəldiyini bildirmiş, həmçinin söhbət zamanı Samir ondan “hallanıb-hallanmadığını” soruşmuşdur. Samirə “hallanan” olmadığını, heç vaxt çəkmədiyini demiş, həmin şəxslərdən haradan gəldiklərini soruşduqda sonuncular ona əslən Ağdam rayonundan olduqlarını, Bakı şəhərində yaşadıqlarını, Mingəçevir şəhərinə qonaq getdiklərini demişlər. Şıxlı kəndinə çatanda Samir ürəyinin bulandığını deyərək ondan avtomobili kənarda saxlamasını bildirdikdən sonra avtomobili saxlamış, sonra Samir ondan su istədiyinə görə avtomaşından aşağı düşüb yük yerini açaraq Samirə su vermişdir. Aslan da avtomobildən yerə düşdükdən sonra gəlib avtomaşının sükanının arxasında oturmuş, Aslan avtomaşının yanına gələrək ondan aynanı açmasını demişdir. Qapını açmamış, Samir təkrar aynanı açmasını demiş, aynanı açan zaman Aslan sifətinə qaz fısqırtmışdır. Həmin vaxt özünü itirmədən dərhal avtomobildən yerə düşmüş, Samir ondan pul tələb etməyə başlamışdır. Samirə pulunun olmadığını dedikdən sonra sonuncu bıçaqla onun sol omba nahiyəsindən iki-üç dəfə bıçaqla vurmuş, sonra başından bir neçə dəfə vurmuşdur. Onun başına və boyun nahiyəsinə vurduqdan sonra Samir və Aslan onu itələyib yolun kənarında olan arx kimi yerə salmış, qorxub cibində olan yol pulu kimi verilən 17 manatı və özünün 200 manat pulunu Samirə vermişdir. Həmin vaxt Nihat kənarda dayanaraq ona heçnə etməmiş, əksinə Samir və Aslanla ona heç nə etməmələri üçün mübahisə edərək onu sonuncuların əlindən almağa çalışmışdır. Aslana və Samirə pul verdikdən sonra hər ikisi ona avtomobilində pul olduğunu və həmin pulu istəmiş, pulunun olmadığını, sadəcə avtomobilinin 5000 manat etdiyini və avtomobili götürüb aparmalarını demişdir. Samir və Aslan ondan əl çəkmədiklərinə görə sonunculara DİN-in “102” xidmətinə zəng edəcəyini bildirdikdən sonra bu zaman onun əlindən bir ədəd 40 manat dəyərində olan Nokia 225 markalı mobil telefonunu almışlar. Nihat Aslan və Samirə çıxıb getməyi təklif etsə də sonuncuların ondan əl çəkmədiklərini görüb Nihat onun avtomobilinə əyləşərək gedəcəyini bildirmişdir. Bu zaman Aslan və Samir də dərhal avtomobilə əyləşdikdən sonra Nihat avtomobili sürüb çıxıb getmişlər. Təxminən 1 saata yaxın yolda qaldıqdan sonra qara rəngli nömrəsini bilmədiyi Hunday markalı avtomobilin sürücüsü avtomobili onun yanında saxlayaraq onu götürüb Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Yolda avtomobilinin yolun kənarında sahibsiz vəziyyətdə dayandığını görmüş, bundan sonra başına gələnlər barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmammışdır. Eyni zamanda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 10 avqust 2020-ci il tarixdə saat 05 radələrində idarə etdiyi Hunday markalı avtomobillə Bakı şəhərindən Mingəçevir şəhərinə gələrkən Ağdaş rayonu Şıxlı kəndindən keçən zaman yolun kənarından bir nəfər şəxsin bədənində paltarlarının cırılmış vəziyyətdə dayanıb əl etdiyini görmüş, avtomobili saxlayıb həmin şəxsi götürdükdən sonra adının Xəlil olduğunu bildiyi həmin şəxs taksi sürücüsü işlədiyini, yolda müştəri kimi avtomaşınına mindiyi 3 nəfər şəxslə dalaşdığını onu dödükdən sonra avtomobilini də əlindən alıb apardıqlarını bildirmişdir. Bir neçə km getdikdən sonra Xəlilin avtomobilinin yolun kənarında dayandığını görmüş, sonra Xəlili Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30.08.2020-ci il tarixli 471 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, deşici-kəsici küt alət təsirindən törənmiş, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 10.08.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda sol sarğının yuxarı bayır kvadratının sol ənsə nahiyəsinin yaraları, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığıa yüngül zərər vuran xəsarətlərə aiddirlər, boynun sağ nahiyəsinin qançırları, solbazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı, boynun sol yan nahiyəsinin sıyrığı, sağlamlığıa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəməpsixiatrik ekspertizasının 16.11.2020-ci il tarixli 624 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin vaxt kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərəkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XTB 10 F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs3 emosional davamsız şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XTB 10 F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və yaxşılaşma mərhələsində olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən və əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəməpsixiatrik ekspertizasının 16.11.2020-ci il tarixli 625 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun haı-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəməpsixiatrik ekspertizasının 16.11.2020-ci il tarixli 626 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər,anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur İş materiallarında olan kompleks məhkəmə tibbi-bioloji və məhkəmə-kriminalistik ekspertizasının 16.11.2020-ci il tarixli 548/2020-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda 01 ədəd dəlibkeçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. İş materiallarında olan kompleks məhkəmə tibbi-bioloji və məhkəmə-kriminalistik ekspertizasının 01.12.2020-ci il tarixli 856/2020 MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta/H/İİ/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan Baş Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş əl barmaq izinin Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 məxsus olması göstərilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 2230-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli 20 avqust 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 20 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 26 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 24.05.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2007-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş, yenə də Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 fevral 2008-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04 may 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnamə və hökmdən görünür ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs3 əməlində CM-in 18-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən verilmiş 24 oktyabr 2020-ci il tarixli 377 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Şəxsiyyət pozğunluğu, vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Şıxzamanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu 29 nömrəli evlər üçlüyü tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayonu 130 nömrəli evlər üçlüyü tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs3 isə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaq, birinci instansiya məhkəməsi, məhkəmə kollegiyasının iclası zamanı verdikləri ifadələrə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum olunduqları cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilərək cinayət işi üzrə icraata xitam verilməsini, həmçinin CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsin apellyasiya şikayətinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə bağlı dəlillərinə ilk öncə qiymət verməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərəçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Məhkəmə tərəfindən aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Muradxan Xəlilovu avtomaşından yerə düşməyə məcbur etdikdən sonra sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə M.Xəlilovun sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etdikləri andan onların hər ikisinin niyyəti də həmin əməllərlə əhatə olunduğundan artıq quldurluq cinayətinin onlar tərəfindən törədilməsi də başa çatmışdır. Belə ki, yuxarıda bəhs olunan Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinin ikinci cümləsində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədi ilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Bundan başqa məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq ...Xəlil qapını üstünə itələdikdə Xəlili vurduğunu, Samirin onları aralamaq istədiyini, onu yumruqla vurduğunu, yaxasında tutaraq yaxalaşdığını, daha sonra Xəlili bıçaqla vurduğu demişdir. Sədrlik edənin sualına cavab olaaq Xəlili daha sonra mən bıçaqla onu vurdum. Daha sonra verilmiş suallara cavab olaraq Xəlilin maşından bıçaq götürmək üçün qaçdığını, özünün ondan qabaq bıçağı götürdüyünü, qapının arasında sıxılı vəziyyətdə olanda bıçağın ona girdiyini, qəsdən onu bıçaqlamadığını, Samirin onu yumruqla vurduğunu, Nihat onları aralamaq istədiyini, maşına minəndə əlində dəmir parçasının olduğunu, aramturla yox dəmir parçası ilə Xəlili vurduğunu demişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq ...onu ilk olaraq Samirin vurduğunu, Samir sol tərəfdən onu vurduqdan sonra pulu onlara verdiyini, maşının açarını Nihata verdiyini, Samir ilə Aslan ondan 5000 manat istəməsini demişdir. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunduqları Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə, digər Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs3 əməlinin CM-nin 185.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinə əsasən, quldurluq dedikdə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın başa düşülür. Həmin əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə bu əməl daha ağır məhrumiyyətlərə səbəb olur. Maddənin mənasına görə, quldur basqını zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılığın tətbiq ediləcəyi hədəsi hücuma məruz qalan şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməkdə, sağlamlığa zərər vurmada, döyməkdə, işgəncə verməklə hədələmədə ifadə oluna bilər. Hədə real, həqiqi və dərhal həyata keçirilə bilən olmalıdır. Bu həm sözlərdə, həm də hərəkətlərdə (məsələn, silah nümayiş etdirmədə və s.) ifadə olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Qeyd edilən qəraraın 25-ci bəndində göstərilir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Quldurluq cinayəti formal tərkibli cinayət əməli olduğundan, bu cinayət özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Əməlin Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə tövsid edilməsi ilə bağlı da məhkəmə kollegiyası qeyd edir ki, Nihat X6rşı quldurluq əmələnin törədilməsində iştirak etməsə də sonuncuya məxsus nəqliyyat vasitəsini idarə edib hadisə yerindən uzaqlaşarkən artıq onun əməlində qeyd olunan cinayət tərkibi mövcud omuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduqları qrup halında Muradxan Xəlilova qarşı quldurluq cinayətini törətdikdən sonra həmin yerdən uzaqlaşmaq üçün Təqsirləndirilən şəxs3la qabaqcadan razılaşaraq M.Xəlilova məxsus nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçıraraq hadisə yerindən uzaqlaşmışlar. Belə ki, zərərçəkmiş Muradxan Xəlilov da məhkəmə istintaqı zamanı ifadəsində təqsirləndirilən şəxslərin ondan əl çəkmələri üçün avtomaşının açarlarını Təqsirləndirilən şəxs3 verdiyini göstərmişdir. Bütün bu qeyd edilənlər təqsirləndirilən şəxslərin zərərçəkmişə məxsus nəqliyyat vasitəsini qaçırarkən qabaqcadan əlbir olduqlarını bir daha təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, hər üç təqsirləndirilən şəxsin zərərçəkmişin avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşması zərərçəkmişin iradəsinə zidd olmuş, CM-nin 185-ci maddəsinin obyektiv və subyektiv tərəfi hər üç təqsirləndirilən şəxs tərəfindən əvvəldən axıra kimi birgə icra edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 əməlinin CMnin 185.1-ci maddəsinə tövsif edildikdən sonra onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddəyə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və onlara Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq oluna bilməz. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi X4 və Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)- 87/2021 saylı hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-175/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-175/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver