Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-176/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X10, X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X14, hakimlər X15 və X2 ibarət tərkibdə) 09 mart 2021-ci il tarixli hökmü ilə, xx xxx 1987-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonunun Kotanarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcı 25 noyabr 2020-ci il tarixdən hesablanması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan polis şöbəsinin duracağında saxlanılan “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X5 qaytarılması, 3 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, məhkəmə məsrəfləri olan 100 manat (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 26.08.2020-ci il tarixdə saat 02:35 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitinə uyğun sürətlə idarə etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, yoldan çıxaraq ağaca dəyməsinə səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunları etməmiş, maksimum icazə verilən hərəkət sürəti 50 km/saat olan yol şəraitində avtomobilini 100 km/saat sürətlə idarə edərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməmiş və hərəkət hissəsindən çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində Samsung elektronik avadanlıqları satışı mağazasının qarşısında idarəçiliyi itirməsi nəticəsində avtomobili ehtiyatsızlıqdan qarşıda yolun sağında ehtiyat hissədə olan ağaca dəymiş, nəticədə avtomobildə olan Ağdaş rayonunun Kotanarx kəndində yaşayan sərnişinlərdən 15.02.1984-cü il təvəllüdlü X6 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iş səthinə sol təpə nahiyəsinə qansızma, sol təpə nahiyəsinin yarası, sol budun aşağı 1/3-nün açıq sınığı, sağ İİİ-İV-V qabırğaların yerdəyişməyən sınığı, sol təpə nahiyəsinin, sol qaş nahiyəsinin, çənəaltı nahiyənin yaraları, burun yəhərinin, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ qabırğa altı nahiyənin, sağ bazunun aşağı 1/3-nün bayır səthinin, sol bazu və said nahiyəsinin, sol diz oynağının bayır səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, 06.02.1994-cü il təvəllüdlü X7 qapalı kəllə beyin travması, baş beynin sağ alın-ənsə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmasına, başın alın nahiyəsində orta xətt boyu və sağ alın-təpə, alt çənə nahiyə və döş qəfəsinin sağ yuxarı-aşağı tış hissələrində dərialtı qansızmalar, boynun sağ yan aşağı hissəsində, hər iki dirsək oynağı nahiyələrində, sağ diz oynağının bayır, sol baldırın ortaaşağı 1/3-nün ön və sağ topuq oynağının bayır hissələrində sıyrıqlar ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, 30.05.1998-ci il təvəllüdlü X3 qapalı kəllə beyin travması, baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə, sağ gözün yuxarı qapaq nahiyəsində hematoma, sağ qaşın tış nahiyəsində və çənəaltı dərinin epidermis qatının əzilmiş və sıyrılmış yarası, hər iki baldırın yuxarıortaaşağı 1/3-nün ön hissələrində sıyrıqlarla müşayiət olunan sağlamlığa ağır xəsarətlər yetirilməsinə və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək həmin hökmün dəyişdirilməsini, ona ehtiyyatsızlıqdan törətdiyi cinayət əməlinə görə sanksiyada nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşaqları var. Zərərçəkmişlərlə barışmasada bunu dəfələrlə cəhd göstərib, ona görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X10 və X1 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslərin hüquqi varisləri arasında barışıq olmamasını bildirib şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X10 və X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsinin habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Səxavət Vidadi oğlunun Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26.08.2020-ci il tarixdə yaşadığı kənddə yerləşən Babək adlı şəxsin kafesində olmuş, orada olan zaman həmkəndlisi Nəsib ona zəng edərək birlikdə yemək yeməyi təklif etmişdir. Əvvəlcə razılaşmasa da, daha sonra Nəsibin əmisi oğlu Nəsir də ona zəng edərək təkidlə onu çağırdığından onların yanına getmişdir. Orada yemək yeyib araq içmiş, sərxoş olmuş, Nəsir onun avtomobili ilə Xalidi evə aparıb yenidən onların yanına qayıtmışdır. Daha sonra həmin şəxslər şəhərə getməyi təklif etmiş, əvvəl razılaşmasa da onların çox təkid etməsinə görə könülsüz olaraq onlarla getmək qərarına gəlmişdir. Bundan sonra onlarla birgə idarə etdiyi VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhərinə gəlmiş, “XAN” çay evində oturmuşlar. Orada pivə içdikdən sonra geri qayıtmışlar. Avtomobili özü idarə etmiş, qabaqda Nəsir, arxada sol tərəfdə Səlim, ortada Şəmistan, sağ tərəfdə isə Nəsib əyləşmiş, Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən 5 saylı məktəbin qarşısında yerləşən işıqforun qırmızı işığından keçdiyi üçün onu dövlət yol patrul xidmətinin əməkdaşları saxlamış, Elnur adlı polis əməkdaşı ondan içkili olub-olmadığını soruşduqda içkili olmadığını bildirmiş, sonra isə Elnur ondan sənədlərini təqdim etməyi xahiş etmişdir. Bundan sonra sənədləri gətirmək üçün avtomobilə yaxınlaşmış, bu zaman avtomobilə əyləşib sürüb getmiş, sənədləri Elnura verməmişdir. Bələdiyyənin çayçısına çatan zaman qarşısına VAZ-2107 markalı avtomobil çıxmış, həmin avtomobili ötüb keçmək istəyərkən avtomobil ona yol vermədiyi üçün onu ötməyə çalışmışdır. Həmin vaxt avtomobilini təxminən 90-100 km sürətlə idarə etmiş, M.İsayev məktəbinin qarşısında olan işıqforun qırmızı işığını surətlə keçmiş, bazarın qarşısına çatan zaman VAZ-2107 markalı avtomobilin sürücüsünün onu sağa doğru sıxdığından, avtomobilin idarəçiliyini itirmiş, sağa tərəf sıxılan zaman onun avtomobili kövər daşlarına dəyib kənara çıxaraq piyada yolu ilə avtomobilin yolunun arasında olan ağaca dəymiş, sonra fırlanıb digər ağaca dəymiş və qarşı hərəkət yoluna çıxaraq orada dayanmışdır. Sonradan orada olan şəxslərin yardımı ilə xəstəxanaya çatdırılmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edə bilməmişdir, məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı xahiş edir. Birinci instansiya məhkəməsi iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsini iclasında dindirilən dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X10 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsini iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X8 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 25 avqust 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı kənddə yerləşən çayxanada olduğunu, həmin vaxt həmkəndliləri Lulu ləqəbli Nəsir, Şəmistan, Nəsib və Səxavətin kafenin arxasında olan çardağın altında oturub yeyibiçdiklərini, Səxavətin onu görən kimi çağırdığını və onlarla bir yerdə oturmağı təklif etdiyini, Şəmistanın isə qəlyan çəkməyə getmələrini dediyini, bundan sonra Nəsib və Nəsirin kənara çəkildiklərini, Səxavətin isə içkili olduğunu, heç yerə getmək istəmədiyini dediyini, daha sonra Nəsirin Səxavətə getmələrini dediyini, bundan sonra Səxavətin qarşısında olan sonuncu bir rumka arağı içib çıxdığını, daha sonra özünün də çölə çıxdığını, geri qayıdanda Səxavətin idarə etdiyi VAZ 2106 markalı ağ rəngli **-BG-*** qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturduğunu, Nəsirin qabaqda sürücünün yanında oturduğunu, Şəmistanın arxada ortada, Nəsibin isə arxada sağda oturduğunu gördüyünü, Şəmistanın ona da qəlyan çəkməyə getmələri üçün dirəndiyini, arxada solda oturduğunu və kənddən çıxdıqlarını və Ağdaş şəhəri SU-18 qəsəbəsinin yanında olan qəbristanlıqla üzbəüz olan “Xan” çay evinə getdiklərini, Səxavətin avtomobilində arxa oturacaq olmadığını, birbaşa dəmirin üzərində oturduqlarını, “Xan” çay evində oturduqlarını, Nəsir və özü orada “Yaguar” adlı spirtli içki qəbul etdiklərini, Səxavət, Nəsir və Nəsibin isə qəlyan çəkdiklərini, orada bir qədər oturduqdan sonra çıxdıqlarını, həmin vaxt saat təxminən 02:20 radələri olduğunu, Səxavətin avtomobilinə eyni qaydada oturduqlarını, Səxavətin sükan arxasında, Nəsirin qabaqda, özünün arxada solda, Şəmistanın ortada, Nəsibin isə arxada sağda olduğunu, Səxavətin xəstəxananın yanında olan dairəni döndüyünü, şəhər istiqamətinə yönəldiyini, yolda qəzaya düşdüklərini bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan suala cavab olaraq Şahid7 Təqsirləndirilən şəxs yolda ötmə əməliyyatını həyata keçirmək istəməsini görmədiyini bildirmişdir. Şahid7 məhkəmə iclası zamanı göstərdiyi həmin xüsusat üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin hissədə elan olunmaqla tədqiq olunmuş və ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suala cavab olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs VAZ 2107 markalı avtomobillə ötüşdüyünü demədiyini, hadisə günü baş verənləri dumanlı olaraq xatırladığını bildirmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş X16 ifadəsində Ağdaş Rayon Polis X32 X28 Patrul Xidməti inspektoru vəzifəsində işlədiyini, 25 avqust 2020-ci il tarixdən 26 avqust 2020-ci il tarixə keçən gecə xidmətdə olduğunu, həmin vaxt yanında sahə rəisi Sirac Kərimovun da olduğunu, gecə saat 02-30 radələrində H.Əliyev prospekti ilə üzü şəhər istiqamətinə gəldiyini, qarşısında isə ağ rəngli VAZ 2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu, 5 saylı məktəbin yanına çatanda həmin VAZ 2106 markalı avtomobilin işıqforun qırmızı işığında keçdiyini, dərhal avtomobili saxladığını, həmin vaxt avtomobilin sükanından sürücü əvvəlcədən tanıdığı Səxavət adlı şəxsin aşağı düşdüyünü və onlara doğru gəldiyini, Səxavətin əvvəlcə onlara DYP avtomobilinin sağ tərəfindən yaxınlaşdığını, daha sonra onu öz tərəfinə çağırdığını və ondan sənədlərini tələb etdiyini, Səxavətin isə sənədlərini gətirəcəyini bildirib avtomobilə tərəf getdiyini və avtomobilə çatan kimi sükana oturub yüksək sürətlə sürüb çıxıb getdiyini, DYP avtomobilinin kamerası açıq olduğundan və Səxavətin hərəkətləri kameraya düşdüyündən onu qovmadığını və arxası ilə getmədiyini, kamera görüntüləri ilə onu məsuliyyətə onsuz da cəlb edə biləcəyini fikirləşdiyini, Səxavət gedəndən təxminən 15-20 saniyə sonra avtomobili ilə getdiyi istiqamətə doğru, yəni şəhər istiqamətinə doğru 30-40 km sürətlə getməyə başladığını, təxminən 300 metr getdikdən sonra S.Vurğun məktəbinin qarşısına çatanda polis serjantı Şahid3 efirə çıxdığını və Növbətçi Hissəyə bazarın qarşısında yol nəqliyyat hadisəsi olduğunu bildirdiyini eşitdiyini, dərhal avtomobili bazarın qarşısına sürdüyünü və Səxavətin idarə etdiyi avtomobilin sağda olan ağaca dəydiyini, avtomobildən bir nəfərin də yerə asfaltın üzərinə düşdüyünü və həmin şəxsin xırıldadığını gördüyünü, hadisə yerində həmin vaxt Şahid3, polisə ictimai dəstəkdən bir nəfər və tanımadığı adamların olduğunu, həmin vaxt Səxavətin hələ sükan arxasında olduğunu, qabaqda oturan bir nəfər “Lulu” ləqəbi ilə tanıdığı sonradan əsl adını bildiyi Nəsir adlı şəxsin isə öldüyünü, tez həmin şəxslərin hamısının avtomobildən düşməsinə kömək etdiklərini, hadisə yerinə düşən kimi təcili yardıma zəng etdiyini, yaralıları düşürənə qədər hadisə yerinə təcili yardımın da gəldiyini, yaralıları təcili yardım avtomobilinə qoyduqlarını, vəziyyətləri ağır olduğu üçün onları Göyçay xəstəxanasına apardıqlarını, bir nəfər qabaq sağda oturan Nəsir adlı şəxsi isə Ağdaş xəstəxanasının morquna apardıqlarını bildirmişdir. İfadəsinin davamında VAZ 2106 markalı avtomobili saxladan zaman sürücü Təqsirləndirilən şəxs sərxoşluq hiss etmədiyini, həmin vaxt Səxavətlə bir anlıq əlaqədə olduqlarını, ondan sənədlərini gətirməsini tələb etdiyini, həmin vaxt Səxavətin ondan aralı durduğu üçün onda sərxoşluq hiss etmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilən X12 şahid X16 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş Rayon Polis Şöbəsində post patrul xidmətində polis nəfəri vəzifəsində işlədiyini, 25 avqust 2020-ci il tarixdən 26 avqust 2020-ci il tarixə keçən gecə xidmətdə olduğunu, həmin vaxt yanında ictimai dəstəkdən Sahil Nərimanlının olduğunu, gecə saat 02:30 radələrində bazarın qarşısında xidmət apardığını, həmin vaxt Ağdaş şəhəri H.Əliyev prospekti ilə Mədəniyyət evi tərəfindən üzü bazar istiqamətinə yolun sağ hərəkət hissəsi ilə VAZ 2107 markalı qeydiyyat nömrəsi yadında qalmayan qara-göy rəngli və VAZ 2106 markalı həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətlə gəldiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxada, VAZ 2107 markalı avtomobilin isə qarşıda olduğunu, VAZ 2106 markalı avtomobilin VAZ 2107 markalı avtomobili ötmə əməliyyatı aparmaq istədiyini başa düşdüyünü, lakin ötmə əməliyyatını sağdan etmək istədiyini, həmin avtomobillərin gəlib Samsung mağazasının yanından keçərkən orada yolun sola doğru bir az əyildiyini, həmin əyriyə çatanda VAZ 2106 markalı avtomobilin sağdan VAZ 2107 markalı avtomobili keçmək istədiyini, lakin VAZ 2106 markalı avtomobilin bardyorun üzərindən sağa piyada yolu ilə yolun hərəkət hissəsi arasında olan sahəyə çıxdığını, qarşı hissəsi ilə yolun sağında olan ağaca dəydiyini, daha sonra yolda bir dəfə dönərək sağ orta tərəfi ilə qarşıda olan digər ağaca dəydiyini və bir dəfə fırlanaraq yolun əks hərəkət istiqamətinə doğru dayandığını, VAZ 2106 markalı avtomobil ağaca dəyib fırlanan kimi avtomobilin arxa hissəsindən bir nəfərin yolun ortasına düşdüyünü, tez ora yaxınlaşdığını və dərhal efirə çıxıb növbətçi hissəyə bazarın qarşısında hadisə olduğunu bildirdiyini, bundan təxminən yarım dəqiqə sonra oraya DYP avtomobilinin gəldiyini, daha sonra polislər və orada olan vətəndaşların yığıldıqlarını, həmçinin təcili yardıma da zəng etdiyini, hadisənin ondan təxminən 30 metr aralıda baş verdiyini, dərhal hadisə yerinə yaxınlaşdığını və avtomobildə olan 5 nəfər şəxsin hamısının onun həmkəndliləri olduğunu gördüyünü, onlardan Şəmistan adlı həmkəndlisinin yolun ortasında olduğunu, digər həmkəndlilərindən “Lulu” ləqəbli Nəsirin avtomobildə qabaqda oturduğunu, Səlim və Nəsibin arxada olduqlarını, Təqsirləndirilən şəxs isə sükan arxasında olduğunu, əvvəlcə avtomobildə olan 4 nəfərin və yerdə asfalt üzərində uzanmış bir nəfərin öldüyünü bildiyini, lakin 1-2 dəqiqə sonra avtomobildə olan Səlimin, sükan arxasında olan Səxavətin ayıldığını, avtomobildə arxada olan Nəsibin xırıldadığını, həmçinin yerdə uzanmış vəziyyətdə olan Şəmistanın da xırıldadığını, orada olan şəxslərin köməyi ilə avtomobildə olan şəxslərin düşməsinə kömək etdiklərini, lakin həmin vaxt artıq Nəsirin öldüyünü, bundan sonra oraya gələn təcili yardım avtomobili ilə dörd nəfər yaralını xəstəxanaya, bir nəfər vəfat etmiş Nəsiri isə xəstəxananın morquna apardıqlarını, daha sonra hadisə yerində müayinə aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 26.08.2020-ci il tarixdə bazarın qarşısında dayandığını, saat təxminən 02:30 radələrində Mədəniyyət evi istiqamətindən üzü bazara doğru H.Əliyev prospekti ilə VAZ 2106 markalı avtomobil gəldiyini gördüyünü, həmin avtomobilin Samsung elektronik mallar mağazasının yanına çatdıqda yol sola doğru meylləndiyindən VAZ 2106 markalı avtomobilin dönə bilmədiyini, həmin avtomobilin sürəti yüksək olduğundan sola dönməni edə bilmədiyini, avtomobilin sol tərəfinin sanki yuxarı qalxdığını, lakin avtomobilin yolu kəsə bilmədiyini və sağ tərəfdən beton köbənin üzərindən yolun ehtiyat hissəsi ilə hərəkət hissəsi arasında olan torpaq hissəyə çıxdığını və qabaqda olan ağaca dəyib fırlanıb digər ağaca dəydiyini və üzü gəldiyi istiqamətə dayandığını, VAZ 2106 markalı avtomobilin ağaca dəyib fırlanan kimi avtomobilin arxa hissəsindən bir nəfərin yolun ortasına düşdüyünü, dərhal hadisə yerinə qaçdıqlarını və qabaqda oturan şəxsin öldüyünü, yerdə uzanan şəxsin isə can verdiyini, arxada oturan şəxslərin isə özlərindən getdiklərini gördüklərini, daha sonra orada olan polis Səbuhinin Təcili yardım çağırdığını və polisə zəng etdiyini, təcili yardım avtomobilinin gəlib yaralıları və vəfat etmiş şəxsləri apardığını bildirmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 26.08.2020-ci il tarixdə gecə radələrində Ağdaş şəhərində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə keçdiyini gördüyünü, həmin vaxt DYP əməkdaşının Təqsirləndirilən şəxs saxladığını, onun DYP əməkdaşları ilə nə isə danışdığını, daha sonra isə avtomobilini sürüb oradan uzaqlaşdığını, baş vermiş qəzanı sonradan polis şöbəsinə dəvət olunanda bildiyini göstərmişdir. Ona ünvanlanan suala cavab olaraq Şahid6 həmin günü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə ötüşmədiyini göstərmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadəsində Şahid6 ailələrinə məxsus olan VAZ 2107 markalı avtomobil olduğunu, həmin avtomobili kreditlə aldıqlarını, həmin avtomobilin atasının adına etibarnamə ilə verildiyini, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığını, 26.08.2020-ci il tarixdə saat 02 rədələrində Ləki qəsəbəsindən Ağdaş şəhərinə gəldiyini və Ağdaş MRX-nın yanında olan dairədən dönüb geri qayıtdığını, qarşıda H.Əliyev prospektində olan OBA marketin qarşısında avtomobili saxladığını, telefonla bir az oynamağa başladığını, həmin vaxt VAZ 2106 markalı ağ rəngli avtomobilin gəlib qırmızı işıqda sürətlə keçdiyini gördüyünü, onun ardınca gələn DYP avtomobili VAZ 2106 markalı avtomobilin sürücüsünə saxla işarəsi verdiyini və həmin avtomobili təxminən 30 metr sonra saxlatdığını, həmin vaxt avtomobilin sükanından bir nəfər ağ köynək və göy cins rəngli şalvar geyinmiş bir nəfərin düşdüyünü və DYP əməkdaşları ilə nə isə danışdığını, həmin vaxt avtomobilini sürdüyünü, təxminən 250-300 metr getdiyini, bu zaman həmin VAZ 2106 markalı avtomobilin sürətlə arxası ilə gəldiyini gördüyünü, həmin avtomobilin Səməd Vurğun məktəbinin qarşıdsında qırmızı işıqda keçdiyini, həmin avtomobilin onu keçmək istədiyini gördüyünü və sürəti bir az artırdığını, həmin avtomobilin bir dəfə onu ötmək istədiyini, lakin əks istiqamətdən avtomobil gəldiyini görüb onu keçə bilmədiyini və arxasına qayıtdığını, daha sonra bazara çatanda həmin avtomobilin onu sağdan keçmək istədiyini, lakin keçə bilmədiyini, həmin vaxt onun avtomobilində musiqi oxuduğunu, bazarın qarşısında həmin avtomobilin yoxa çıxdığını, evə getdiyini, həmin avtomobilin döndüyünü zənn etdiyini, ertəsi gün bazarın qarşısında yol nəqliyyat hadisəsi baş verdiyini eşitdiyini, hadisə vaxtı VAZ-2106 markalı avtomobilin sürücüsünün avtomobili 80-90 km sürətlə idarə etdiyini, özü də avtomobilini təxminən həmin sürətlə idarə etdiyini, VAZ 2106 markalı avtomobilin sürücüsünün 5 saylı məktəbin yanında, Səməd Vurğun məktəbinin yanında qırmızı işıqda keçdiyini, ona çatana qədər VAZ 2106 markalı avtomobilin sürücüsünün çox sürətlə gəldiyini, ona çatdıqdan sonra onu keçə bilmədiyi üçün sürəti azaltdığını, Samsung mağazasının qarşısında həmin avtomobilin ağaca dəydiyi anı görmədiyini, həmin avtomobilin sürücüsünü tanımadığını, ağ göynək və mavi rəngli cins şalvar geyindiyini, onların arxası ilə DYP avtomobilinin gəlmədiyini, əgər DYP avtomobili gəlsəydi onun işıqlarını görüb, avtomobilini dərhal saxladacağını, VAZ 2106 markalı avtomobilin sürücüsünün yalan dediyini, onu sağa doğru sıxmadığını, ümumiyyətlə onun hadisə törətdiyini görmədiyini, hadisədən qabaq spirtli içki içmədiyini, hadisə vaxtı onun avtomobilində heç kimin olmadığını, həmin yer şəhər olduğu üçün orada görüntü kameraları olduğunu, həmin vaxt yerin düz quru və hamar olduğunu, həmin yerdə qarşı-qarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün düz xətt olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan və cinayət işinin materiallarında olan videogörüntüləri əks etdirən diskə baxış keçirildikdən sonra ona ünvanlanan suala cavab olaraq Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində Ağdaş rayonunun Kotanarx kəndində özlərinə məxsus çayxana olduğunu, həmin çayxananı da rəhmətlik Şəmistan Qəribova işlətməsi üçün icarəyə verdiklərini, 26.08.2020-ci il tarixdə səhər kəndə çıxanda Şəmistan və yanında olan 3 nəfər həmkəndlisinin digər həmkəndlisi Səxavətin idarə etdiyi VAZ 2106 markalı avtomobilində yol-nəqliyyat hadisəsi törədiklərini, nəticədə Nəsir, Nəsib, Şəmistanın vəfat etdiklərini bildiyini, həmçinin həmin hadisədən bir neçə gün əvvəl Nəsibin övladı olduğu üçün onların evlərində yeyib içdiklərini, daha sonra çayxanaya gəldiklərini, orada özləri ilə gətirdikləri yeməyi yediklərini, araq içdiklərini, daha sonra isə çıxıb Ağdaş şəhərinə getdiklərini sonradan bildiyini, çayxananı Şəmistana icarəyə verdiyini, həmin gün orada Şəmistanın olduğunu, orada başqa heç kimin olmadığını, həmçinin çayxanada yemək vermədiklərini, onların özləri ilə gətirdikləri yeməyi yediklərini və araq içdiklərini bildirmişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26.08.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ağdaş şəhəri H.Əliyev prospektində bazarın qarşısına çatmamış yolun sağında Samsung elektronik mallar mağazasından təxminən 20 metr qabaqda sağda baş vermişdir. Həmin yerdə yol asfalt örtüklü olmaqla düz, quru və hamardır. Yol mədəniyyət evindən üzü bazara doğru gəldikdə Samsung mağazasının qarşısında sola doğru bir az meyllənir. Həmin yerdə qarşı-qarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün düz ağ xətt vardır. Yolun solu və sağı piyada yolu, sonra iaşə obyektləridir. Piyada yolu ilə ehtiyat hissənin arasında təxminən 1 metr enində ağac əkilmiş torpaq hissə vardır. Hadisə yerində VAZ 21063 markalı avtomobil üzü Mədəniyyət evi istiqamətinə dayanmışdır. Onun sağ qabaq təkərindən yolun sağına 9.20 metr, sağ arxa təkərindən yolun sağına 8.50 metr, sol qabaq təkərindən yolun soluna 1.10 metr, sol arxa təkərindən yolun soluna 1.80 metrdir. Həmin yerdə yolun ümumi eni 11.60 metrdir. Hadisə yerində əyləc izi yoxdur. Yolun sağ hərəkət hissəsinin kənarında olan bardyorun üzərində VAZ 2106 markalı avtomobilin sağ təkərinin şin izi vardır. Hadisə yeri gecə elektrik işıqları ilə işıqlandırılır. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur. (cild 01, iş vər. 7-16) Məhkəmə-kimyəvi ekspertizanın 07.09.2020-ci il tarixli 2439/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir, etil spirtinin qatılığı qanda 0,7%-dir, metil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salislatlar, fenilalkilamin) qrupuna aid olan amfetamin və metamfetamin və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (cild 01, iş vər. 193-195) Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.08.2020-ci il tarixli ********* saylı məktubdan görünür ki, Ağdaş rayon Kotanarx kənd sakini Təqsirləndirilən şəxs etibarlı olan AC 910592 saylı sürücülük vəsiqəsi vardır. (cild 01, iş vər. 79) Məhkəmə-tibbi ekspertizanın 26.08.2020ci il tarixli 21 saylı rəyindən görünür ki, X3 meyitində aşkar olunan xəsarətlər-qapalı kəllə beyin travması, baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızma, sağ gözün yuxarı qapaq nahiyəsində hematoma, sağ qaşın tış hissəsində və çənəaltı dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları, hər iki baldırın yuxarı-orta-aşağı 1/3-nün ön hissələrində sıyrıqlar həyatidirlər, törənmə müddətləri 26.08.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X3 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X3 ölümünə səbəb qapalı kəllə beyin travması fonunda baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmalar olmuşdur. (cild 01, iş vər. 154-156) Məhkəmə-tibbi ekspertizanın 26.08.2020ci il tarixli 20 saylı rəyindən görünür ki, X7 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin sağ alın ənsə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızma, başın alın nahiyəsində orta xətt boyu və sağ alın – təpə, alt çənə nahiyələrində və döş qəfəsinin sağ yuxarı - aşağı tış hissələrində dərialtı qansızmalar, boynun sağ yan aşağı hissəsində, hər iki dirsək oynağı nahiyələrində, sağ diz oynağının bayır, sol baldırın orta – aşağı 1/3-nün ön və sağ topuq oynağının bayır hissələrində sıyrıqlar həyatidirlər, törənmə müddətləri 26.08.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X7 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. X7 ölümünə səbəb qapalı kəllə beyin travması fonunda baş beynin sağ alın – təpə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmalar olmuşdur. (cild 01, iş vər. 157-159) Məhkəmə-tibbi ekspertizanın 26.08.2020ci il tarixli 12 saylı rəyindən görünür ki, X6 meyitində aşkar olunan xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sol təpə nahiyəsində qansızma, sol təpə nahiyəsinin yarası, sol budun aşağı 1/3-nün açıq sınığı, sağ İİİ-İV-V qabırğaların yerdəyişməyən sınığı, sol təpə nahiyəsinin, sol qaş nahiyəsinin, çənəaltı nahiyəsinin yaraları, burun yəhərinin, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ qabırğaaltı nahiyənin, sağ bazunun aşağı 1/3-nün bayır səthinin, sol bazu və said nahiyəsinin, sol diz oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri 26.08.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X6 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. X6 ölümünə səbəb qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X6 ölümü meyitin müayinəsindən ən azı 6, ən çoxu 12 saat əvvəl baş vermişdir. (cild 01, iş vər. 160- 163. Məhkəmə-tibbi ekspertizanın 05.09.2020ci il tarixli 557 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sağ bud çanaq oynağının çıxığı, sağ iç topuğun yerdəyişməyən qapalı sınığı, sağ V-Vİ qabırğaların yerdəyişən sıyrıqları, sağ baldırın yarası küt alət təsirindən törənmiş, törənmə müddətləri 26.08.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Həmçinin Təqsirləndirilən şəxs götürülən qanda 0,7 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. (cild 01, iş vər. 197-200) Məhkəmə-tibbi ekspertizanın 10.07.2020ci il tarixli 573 saylı rəyindən görünür ki, Şahid7 bədənində olan xəsarətlər – sol Vİİİ qabırğanın yerdəyişməyən sınığı, sol ənsə nahiyəsinin yarası, üzün, sağ baldırın aşağı 1/3-nün iç səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 26.08.2020-ci il tarixinə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. (cild 01, iş vər. 146-148) Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 23.11.2020-ci il tarixli 8/1992 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili maksimum icazə verilən hərəkət sürəti 50 km/saat olan yol şəraitində 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 01, iş vər. 226-229) Məhkəmə psixiatrik ekspertizasının 12.11.2020-ci il tarixli 616 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 31- 32). 13 dekabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə vaxtı Şahid7 sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilməsi ilə bağlı material ayrılmaqla araşdırmanın aparılması qərara alınmışdır. (cild 02, iş vər. 42-55). İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və himayəsində olan ailə üzvləri – arvadı və iki azyaşlı uşağı ilə birlikdə Ağdaş rayonunun Kotanarx kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 222-223). İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum edilməmişdir. (cild 02, iş vər.29-30). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağdaş Rayon Məhkəməsinin qərarı ilə 27.11.2020-ci il tarixdə barəsində əvvəli 25.11.2020-ci il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 234, cild 02, iş vər. 24-27) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, əməlin Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Bundan başqa apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi, X10 ərizə ilə müraricət edərək bildirmişdir ki, oğlum X13 26.08.2020-ci ildə həmkəndlimiz Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlıTəqsirləndirilən şəxs şikayətçiyəm cild 2, 41-ci vərəqə). Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X10 və X1 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlər zərərçəkmiş şəxslərin hüquqi varisləri arasında barışıq olmamasını bildirib şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəmə tərəfindən 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(091)-83/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-176/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-176/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver