Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-177/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X9, zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs8 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmü ilə xx.xx.1971-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsi CMin 68.1-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun 10 (on) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzanın çəkilməsinin 15.10.2009-cu il təvəllüdlü X27 adlı uşağı 14 yaşına çatanadək, yəni 15.10.2023-cü il tarixə kimi təxirə salınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməməsi və hökmün icrasına nəzarətin həyata keçirilməsinin onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 15.03.2018-ci il tarixdə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 əlilliyi ilə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq sonuncudan yaşadığı Bərdə şəhəri 20 Yanvar küçəsi, ev 7 ünvanında 2600 manat pul alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 2600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin may ayında özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 onun əmisi Şahid6 səhhəti ilə əlaqədar təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 200 manat, ikinci dəfə 150 manat, üçüncü dəfə 150 manat və sonuncu dəfə 450 manat məbləğdə pulunu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin iyun ayının əvvəllərində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs11 İnqilab oğlunu xəstəliyinə görə pensiyaya çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs11 1000 manat pulunu ələ keçirərək ona 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs13 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs13 850 manat pulunu ələ keçirərək ona 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan X5 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Məlahət Baxşəliyevanın 1500 manat pulunu ələ keçirib ona 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs8 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs8 990 manat pulunu ələ keçirməklə ona 990 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin iyul ayının ortalarında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs10 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs10 1000 manat pulunu ələ keçirib ona 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin avqust ayının əvvəllərində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdam rayonu Alıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs12 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək Ağdam rayonu Alıbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs12 1300 manat pulunu ələ keçirib ona 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 24.10.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 onun qızını Mingəçevir şəhəri ərazisində yerləşən məktəblərdən birinə laborant kimi işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında əvvəlcə 200 manat, daha sonra isə Zərərçəkmiş şəxs1 ona Tərtər rayonundan «Million» terminalı vasitəsi ilə göndərdiyi və Mingəçevir şəhərində qəbul etdiyi 500 manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 29.10.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 onun qızı Güneli şəhər ərazisində yerləşən orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan 2000 (iki min) manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 08.11.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 onun oğlu Elgizi xəstəliyi ilə əlaqədar təqaüdə çıxaracağına yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan 1000 (min) manat məbləğdə pulunu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 (min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 27.12.2019-cu il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 onun özünü və keçmiş həyat yoldaşını əlilliyi ilə əlaqədar təqaüdə çıxaracağını, həmçinin Zərərçəkmiş şəxs2 oğlunu Mingəçevir şəhəri Mühafizə şöbəsində işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında ondan ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğdə pulu alıb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 13.01.2020-ci il tarixdə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə X6 ona ünvanlı sosial yardım almasına kömək edəcəyinə yalandan vəd verib aldadaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında ondan 1300 (min üç yüz) manat məbləğdə pulu alıb ələ keçirərək zərəçəkmiş şəxs X6 ümumilikdə 1300 (min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmündən zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 apellyasiya şikayətlərində iş üzrə zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini, buna baxmayaraq birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməklə həmin cəzanı çəkməsinin də təxirə salınmasını bildirmiş və onlardan alınmış pulları ödəmədiyi halda təqsirləndirilən şəxsə ağır və real cəza təyin edilməsini xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs8 hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın aradan qaldırılmasını, əks halda onun həbs edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X17 apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X29 apellyasiya şikayətlərinin təmin edilməsini və Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmünün CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X12, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11 İnqilab oğlu, X1 və Zərərçəkmiş şəxs12 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmü dəyişdirilməli, onun barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tədbiqi ilə bağlı müddəalar hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs6 2018-ci ilin mart ayında Mingəçevir-Bərdə marşrutu üzrə taksi işləyən Rəşid adlı şəxsin vasitəsilə tanımışdır. Nadir Rəşidin qohumudur. O, Mingəçevir şəhəri ərazisində yerləşən “Nərgiz” klinikasında işləyən vaxtlarda Rəşidə məxsus taksi avtomobili ilə tez-tez Bərdə rayonundan Mingəçevir şəhərinə gəlirmişdir. Onun həmin vaxtlar borcları olmuşdur. O həmin borcları ödəmək üçün tanıdığı şəxslərə əlilliklə bağlı təqaüd düzəldə bildiyini, həmçinin işə adam düzəldə biləcəyini yalandan deyib pul əldə etmək fikrinə düşmüşdür. O, buna görə bir neçə dəfə Rəşidə əlilliklə bağlı təqaüd düzəldə bildiyini, əgər təqaüd almaq istəyən qohumu və ya tanışı varsa, ona deməyini bildirmişdir. 2018-ci ilin mart ayında Rəşid ona məxsus mobil telefon nömrəsinə zəng edərək Nadir adlı qohumunun olduğunu, Nadirin 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, əlilliklə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, Rəşidə Nadiri təqaüdə çıxartmaq üçün 2600 manat pul lazım olduğunu demişdir. Onun fikri Nadirdən pulu almaq, sonra isə Nadirdən aldığı pulu hissə-hissə qaytarmaq olmuşdur. 2018-ci ilin mart ayının 15-də Zərərçəkmiş şəxs6, Nadirin həyat yoldaşı və Rəşid yaşadığı Bərdə şəhərində yerləşən evə gəlmişlər. Evdə Nadir ona 2600 manat pul vermişdir. O, Nadirə 2 aya, ən geci isə 6 aya təqaüd ala biləcəyini demişdir. Nadir onunla razılaşmış və çıxıb getmişlər. Sonradan onun maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs6 aldığı pulu geri qaytara bilməmişdir. Bundan başqa o, təxminən 5 il əvvəl X15 Zərərçəkmiş şəxs13 anası Almaz Baxşalıyevanı əməliyyat etmişdir. Bundan sonra həmin şəxslərlə onun münasibəti yaranmışdır. Təxminən 2019-cu ilin iyul ayında Zaminin bacısı onun işlədiyi Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Almaz palatada müalicə olunarkən o, tez-tez Almazı ziyarət etmişdir. Bir dəfə o, palataya daxil olanda Almazın qohumlarının da Zaminin bacısını ziyarətə gəldiklərini görmüşdür. Həmin vaxt ona pul ehtiyac olduğundan o, həmin şəxsləri aldadaraq pul almaq məqsədi ilə həmin şəxslərə yalandan onun bir tanışı olduğunu, tanışının vasitəsi ilə 1500 manat pul müqabilində xəstəlik üçün təqaüd pulu düzəldə biləcəyini demişdir. Həmin vaxt orada olan Zərərçəkmiş şəxs13 və qohumları Məlahət Baxşəliyeva, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Asbə Bayramova, Zərərçəkmiş şəxs11 ona inanmış və bu barədə ətraflı məlumat almaq üçün suallar vermişlər. O da həmin şəxsləri aldadaraq yalan cavablar verib inandırmışdır. Bundan sonra o, 2019-cu ilin iyul ayının müxtəlif günlərində həmin şəxslərin hər biri ilə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yaxınlığında görüşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs11 İnqilab oğlunu xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək 2019-cu ilin iyul ayının əvvəllərində Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs11 1000 manat pulunu, Zərərçəkmiş şəxs13 xəstəliyinə görə təqaüdə çıxaracağını vəd edərək 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs13 850 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Məlahət Baxşəliyevanın 1500 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs8 990 manat pulunu, 2019-cu ilin iyul ayının ortalarında Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Zərərçəkmiş şəxs10 1000 manat pulunu və 2019-cu ilin avqust ayının əvvəllərində Ağdam rayonu Alıbəyli kəndi ərazisində Zərərçəkmiş şəxs12 1300 manat pulunu aldadıb almışdır. Pulları dəqiq hansı gündə aldığını xatırlamır. Pulları aldıqdan sonra həmin şəxslərin hər birini xəstəliyə görə təqaüdə çıxaracağını vəd edərək aldatmışdır. Sonradan Zərərçəkmiş şəxs11 israrla ondan pulunu istədiyi üçün Məhəbbətin şikayət etməməsi üçün Məhəbbətin 150 manat və Zərərçəkmiş şəxs9 200 manat pulunu qaytarmışdır. Hazırda onun həmin şəxslərə ümumilikdə 6100 manat borcu vardır. O, Zərərçəkmiş şəxs1 2017-ci ildən tanıyır. O, Arzu ilə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında tanış olmuşdur. Arzu onun yanına xəstəliyi ilə bağlı gəlirmiş. 2019-cu ilin oktyabr ayında Arzu yenidən onun yanına xəstəliyi ilə bağlı gəlmişdir. O, orada Arzuya çoxlu tanışlarının olduğunu, müəyyən pul müqabilində istənilən adamı işə düzəldə biləcəyini demişdir. Arzu isə ona qızı Aysunu işə düzəltmək istədiyini, köməklik etməyini bildirmişdir. O, Arzuya qızını Mingəçevir şəhəri 10 saylı orta məktəbdə laborant kimi işə düzəldə biləcəyini, bunun üçün 700 manat pul verməli olduğunu demişdir. O, Mingəçevir şəhəri ərazisində yerləşən məktəblərdən yalnız 10 saylı orta məktəbi tanıdığı üçün Arzuya qızını 10 saylı orta məktəbə işə düzəldəcəyini demişdir. Arzu onunla razılaşmışdır. Arzu 24.10.2019-cu il tarixdə işlədiyi “Nərgiz” klinikasına gələrək ona 200 manat pul vermişdir. Arzu ona bir neçə günə Tərtər rayonuna gedəcəyini, Tərtər rayonundan qalan 500 manat pulu ona göndərəcəyini bildirmişdir. O, Arzu ilə razılaşmışdır. O eyni klinikada işləyən Ayaz adlı şəxsə məxsus maaş kartının nömrəsini Arzuya vermişdir. Onun maaş kartı “Ekspressbank” tərəfindən verilən kart olmuşdur. Arzu ona Tərtər rayonunda “Ekspressbank”ın filialının olmadığını, Arzuya “Kapitalbank”dan verilmiş kart nömrəsi verməyini demişdir. O buna görə Arzuya Ayaza məxsus maaş kartının nömrəsini vermişdir. Arzu bir neçə gündən sonra ona zəng edərək Ayaza məxsus maaş kartına 500 manat pulu göndərdiyini demişdir. O, bundan sonra Ayaza maaş kartına köçürülmüş pulu ona verməyini istəmişdir. Ayaz ona həmin 500 manat pulu vermişdir. X35 500 manat pulu hansı məqsədlə aldığını bilməmişdir. O, Arzuya 3-4 ay müddətinə qızını işə düzəldəcəyini bildirmişdir. O, Arzudan aldığı pulu borclarını ödəməyə sərf etmişdir. Arzuya, həmçinin əlilliklə bağlı təqaüd düzəldə bildiyini, istənilən adamı müəyyən yerlərdə işə düzəldə biləcəyini yalandan demişdir. Bir neçə gündən sonra Arzu yenidən ona zəng edərək Xatirə adlı qohumunun olduğunu, Xatirənin qızını işə düzəltmək istədiyini, Xatirəyə köməklik etməyini bildirmişdir. O, Arzu ilə razılaşmış və Arzuya qohumunu onun yanına göndərməsini demişdir. 28.10.2019-cu il tarixdə Arzunun qohumu Xatirə və qızı Günel onun “Nərgiz” klinikasında yerləşən otağına gəlmişlər. Xatirə ona qızı Güneli göstərərək Güneli işə düzəltməkdə köməklik etməyini demişdir. O, Xatirəyə qızını şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini, bunun üçün 2000 manat pul lazım olduğunu demişdir. Xatirə onunla razılaşmışdır. Növbəti gün, yəni 29.10.2019-cu il tarixdə saat 12 radələrində Xatirə qızı Günel ilə birlikdə yenidən onun “Nərgiz” klinikasında yerləşən otağına gəlmiş və otaqda ona 2000 manat pul vermişdir. O, Xatirəyə 3-4 ay ərzində qızını işə düzəldəcəyini demişdir. Xatirə onunla razılaşmış və çıxıb getmişdir. O, Xatirədən aldığı 2000 manat pulu da borclarına sərf etmişdir. Zərərçəkmiş şəxs1 2019-cu ilin noyabr ayının əvvəllərində yenidən ona zəng edərək Gülmira adlı dayısı qızı olduğunu, Gülmiranın oğlu üçün əlilliklə bağlı pensiya düzəltmək istədiyini demişdir. O, Arzuya həmin qohumunu da iş otağına göndərməyini demişdir. Növbəti gün Gülmira bir nəfər tanımadığı qadınla birlikdə onun yanına gəlmişdir. Gülmira həmin qadının bacısı olduğunu demişdir. Gülmira ona oğlunun xəstə olduğunu, oğlu üçün əlillik təqaüdü düzəltmək istədiyini demişdir. O, Gülmiraya bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Gülmira onunla razılaşmışdır. Növbəti gün, yəni 08.11.2019-cu il tarixdə Gülmira bacısı ilə onun iş otağına gəlmiş, otaqda Gülmira ona bacısının yanında 1000 manat pul vermişdir. O, Gülmiraya bir neçə aya oğlunun əlillik təqaüdü alacağını yalandan vəd vermişdir. O, Gülmiradan aldığı 1000 manat pulu da borclarına sərf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 2019-cu ilin dekabr ayında ona zəng edərək Aytən adlı yaxın rəfiqəsinin olduğunu, Aytənin özü və həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin Aytənin oğlunu işə düzəltdirmək istədiyini bildirmişdir. O, Arzuya rəfiqəsinə də kömək edəcəyini demişdir. Bir neçə gündən sonra Aytən onun iş otağına gəlmişdir. Aytən ona özü və həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin oğlunun hazırda hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra oğlunu işə düzəltmək istədiyini demişdir. O, Aytənə özü və həyat yoldaşı üçün təqaüd düzəltdirmək üçün ümumilikdə 3000 manat, həmçinin oğlunu hərbi xidmətdən qayıtdıqdan sonra Mingəçevir şəhər Mühafizə şöbəsində işə düzəltmək üçün 1500 manat pul lazım olduğunu, pulu verdikdən 3 ay sonra 2-ci qrup əlil kimi pensiya ala biləcəklərini, oğlunun isə hərbi xidmətdən qayıtdıqdan dərhal sonra işə düzələcəyini yalandan vəd vermişdir. Aytən onunla razılaşmışdır. 27.12.2019-cu il tarixdə Aytən yenidən onun iş otağına gəlmiş və ona ümumilikdə 4500 manat pul vermişdir. O, Aytəndən aldığı pulu da borclarına sərf etmişdir. Zərərçəkmiş şəxs3 Mingəçevir şəhər polis şöbəsinə ünvanladığı ərizə ilə tanış olmuşdur. Afser və əmisi Xanlar “Nərgiz” klinikasının qarşısında taksi fəaliyyəti ilə məşğul olurmuşlar. Belə ki, Afser və əmisi növbəli şəkildə özlərinə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. O tez-tez Afser və əmisinin taksi avtomobili ilə yol getmişdir. 2019-cu ilin may ayında Xanlar ona xəstə olduğunu, xəstəliyinin onu narahat etdiyini demişdir. O bundan sonra Xanlardan aldatma yolu ilə pul almaq üçün Xanlara əlilliklə bağlı pensiya düzəltdirə biləcəyini demişdir. Xanlar onunla razılaşmış və ondan pensiya düzəltdirmək üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O, Xanlara 1000 manat qarşılığında pensiya düzəltdirə biləcəyini demişdir. Lakin Xanlar hazırda 1000 manat pulunun olmadığını, pulu ona hissə-hissə verəcəyini demişdir. O, Xanlarla razılaşmışdır. Bundan sonra Xanlar ona hissə-hissə 200 manat, 150 manat, 150 manat və 250 manat olmaqla ümumilikdə 750 manat pul vermişdir. O həmin pulları da borclarına sərf etmişdir. X8 şəhər polis şöbəsinə ünvanladığı şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin ərizə ilə bağlı bildirir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində əvvəldən tanıdığı Afser adlı şəxs ona zəng edərək Bənövşə adlı tanışının olduğunu, Bənövşənin özünə sosial müavinət düzəltdirmək istədiyini, Bənövşəyə kömək edə bilibbilməyəcəyini soruşmuşdur. O, Afserə özünə məxsus mobil telefon nömrəsini Bənövşə adlı şəxsə verməsini, Bənövşəyə kömək edəcəyini demişdir. Bundan sonra Bənövşə ona məxsus mobil telefon nömrəsinə zəng etmişdir. O, Bənövşəyə sosial müavinət düzəldə biləcəyini, bir neçə gündən sonra ona zəng edərək Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmələrini demişdir. O, Bənövşə ilə 12.01.2020-ci il tarixdə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Bənövşə ona maddi imkanı zəif olduğu üçün sosial müavinət almaq istədiyini, kömək etməyini demişdir. O isə Bənövşəyə sosial müavinət almaqda kömək edəcəyini, lakin bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Bənövşə onunla razılaşmışdır. Növbəti gün, yəni 13.01.2020-ci il tarixdə o, Bənövşə ilə yenidən Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Həmin vaxt Bənövşənin yanında qardaşı da olmuşdur. Orada Bənövşə ona qardaşının yanında 1000 manat pul vermişdir. O isə Bənövşəyə fevral ayının axırında sosial müavinət kartını alacağını bildirmişdir. O, Bənövşədən aldığı pulu borclarına sərf etmişdir. Hazırda əməlindən peşmandır. İş məhkəmədə baxılan vaxt Zərərçəkmiş şəxs11 olan 1000 manat puldan cəmi 350 manat, Zərərçəkmiş şəxs6a 2600 manat puldan isə 600 manat qaytarmışdır. Uşaqları körpə olduğundan və heç yerdə işləmədiyindən digər zərərçəkmiş şəxslərin pulunu qaytara bilməmişdir. Ona baxmayaraq, istifadəsində olan fərdi yaşayış evini satıb zərərçəkmiş şəxslərin pulunu ödəyəcəkdir. Hazırda oğlanları hərbi xidmətdədir. Ona görə evin satılması ləngimişdir. Himayəsində isə 12-13 yaşlarında iki nəfər azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən ailə vəziyyətini nəzərə alıb ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 5 il əvvəl tanımışdır. Belə ki, Sevinc həkim həmin vaxt anası X24 Diaqnostik Mərkəzində həkim işləyən zaman əməliyyat etmişdir. 2019-cu ilin iyul ayının əvvəlləri bacısı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həkim bu klinikada həkim işləmişdir. Sevinc onları tanıdığı üçün palataya gəlmişdir. Həmin vaxt o və qohumları Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Lamiyəni ziyarət etmək üçün həmin klinikaya getmişlər. Sevinc həkim onlarla bir qədər söhbət etdikdən sonra xəstəliyə görə onları təqaüdə çıxara biləcəyini söyləmiş, demişdir ki, həmin iş 1500 manata həll edilir. İlkin olaraq 1500 manat pulun bir hissəsini verəcəklər, iş düzələndən və kartlarını alandan sonra pulun qalanını verəcəklər. Onunla razılaşmışlar. 2019-cu ilin iyul ayında bibisi Zərərçəkmiş şəxs9 1500 manat pulu atası İzzətə vermişdir ki, təqaüdə çıxarması üçün həmin pulu Sevinc həkimə versin. Atası İzzət də Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşmüş və həmin pulu Sevinc həkimə vermişdir. Həmin vaxt atası onu da təqaüdə çıxarması üçün Sevinc həkimə 850 manat pul vermişdir. Sonra öyrənmişdir ki. adlarını qeyd etdiyi qohumları da həmin məqsədlə Sevinc həkimə pul vermişlər. Hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da, hər dəfə Sevinc həkim yalan vədlər verərərk onları aldatmışdır. Ona görə də məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qaynı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc bu klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin iyul ayında qaynı İzzətə 1500 manat pul vermişdir ki, aparıb Sevinc həkimə versin. İzzət Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşmüş və ona 1500 manat pulu vermişdir. Sevinc pulu aldıqdan sonra ona demişdir ki, təxminən 3 aya onun işini həll edəcəkdir. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qardaşı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin təxminən iyul-avqust aylarında qardaşı Firəddinlə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yanında Sevinc həkimlə görüşmüş, ona 990 manat pul vermişdir. Sevinc demişdir ki, işini həll edib təqaüd kartını ona verdikdən sonra pulun qalanını verməlidir. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında qardaşı qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu xəstəliyinə görə təqaüdə çıxara bilər. Həmin məqsədlə 2019-cu ilin təxminən iyul-avqust aylarında bacısı Asibə ilə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində “Doğum Evi”nin yanında Sevinc həkimlə görüşmüş, bacısı ona 990 manat, özü isə 1000 manat pul vermişdir. Sevinc demişdir ki, işini həll edib təqaüd kartını ona verdikdən sonra pulun qalanını verməlidirlər. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Ona görə də Sevinc həkimin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləmişdir. O, öz xəstəlikləri ilə bağlı bir neçə dəfə Sevinc həkimin yanına getmişdir. Həmin vaxtdan onun Sevinc ilə münasibəti yaranmışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayında o yenidən Sevinc həkimin yanına getmişdir. Həmin vaxt Sevinc ona çoxlu əlaqələrinin olduğunu, istənilən adamı pul müqabilində əlilliklə bağlı pensiyaya çıxara biləcəyini və ya istənilən yerdə işə düzəldə biləcəyini bildirmişdir. O bundan sonra Sevincə qızını Mingəçevir şəhəri ərazisində yerləşən orta məktəblərdən birində işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona qızını 10 saylı orta məktəbdə laborant kimi işə düzəldə biləcəyini, bunun qarşılığında ondan 700 manat pul alacağını bildirmişdir. O, Sevinclə razılaşmışdır. O ilkin olaraq Sevincə 24.10.2019-cu il tarixdə “Nərgiz” klinikasında 200 manat pul vermişdir. O qalan pulu Tərtər rayonuna gedib Sevincə göndərəcəyini bildirmişdir. Bundan sonra Sevinc ona Ayaz adlı şəxsə məxsus kart nömrəsini vermiş və ona 500 manat pulu həmin karta göndərməsini demişdir. O, Sevinclə razılaşmış və Tərtər rayonunda yerləşən “Milliön” ödəniş terminalı vasitəsilə Ayaz adlı şəxsə məxsus karta 500 manat pul göndərmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs qızını işə düzəltməsi üçün ümumilikdə 700 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona həmçinin qohumlarından kiminsə əlilliklə bağlı pensiya düzəltdirmək istəyirsə, kömək edə biləcəyini demişdir. O bundan sonra qohumu olan Gülmiraya Sevinc adlı qadınla münasibəti olduğunu, Sevincin pul qarşılığında istənilən adam üçün əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. Gülmira ona oğlu üçün pensiya düzəltdirmək istədiyini bildirmişdir. O bundan Təqsirləndirilən şəxs zəng edərək Gülmira adlı qohumunun olduğunu, Gülmiranın oğlu üçün pensiya düzəltdirmək istədiyini demişdir. Sevinc ona Gülmiranın yanına gəlməyini demişdir. O, sonradan bilmişdir ki, Gülmira “Nərgiz” klinikasında Təqsirləndirilən şəxs 1000 (min) manat pul verib. 2019-cu ilin dekabr ayında o, rəfiqəsi Aytənə də Sevinc adlı həkimin pul müqabilində əlilliklə bağlı pensiya düzəldə biləcəyini bildirmişdir. Aytən özünə və keçmiş həyat yoldaşına pensiya düzəltdirmək istədiyini demiş və ondan Sevinc adlı qadınla bu barədə danışmağını xahiş etmişdir. O bundan sonra Təqsirləndirilən şəxs ilə danışmışdır. Lakin o sonradan onların arasında olan söhbətlərdə iştirak etməmişdir. Sonradan o, bilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 özü və keçmiş həyat yoldaşına pensiya düzəldəcəyini, həmçinin Aytənin oğlunu mühafizə polisinə işə düzəldəcəyini yalandan vəd verərək ümumilikdə 4500 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs nə ona, nə qohumu Gülmiraya, nə də ki, rəfiqəsi Aytənə verdiyi vədlərə əməl etməmiş və indiyə qədər onlardan aldığı pulları geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında rəfiqəsi Arzu vasitəsilə tanımışdır. 2019-cu ilin dekabr ayında rəfiqəsi Arzu ona Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı qadının olduğunu, Sevincin qızını işə düzəltməkdə köməklik edəcəyini, Sevincin əlilliklə bağlı pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. O, Arzudan Sevinc adlı qadınla danışmasını, Sevincin ona və keçmiş həyat yoldaşı Rəhim Hüseynova əlilliklə bağlı pensiya düzəltməsini deməsini xahiş etmişdir. Bundan sonra Arzu Sevinc adlı qadınla danışmış və onun Sevincin iş otağına gedib Sevinclə danışmağını demişdir. O, “Nərgiz” klinikasına, Təqsirləndirilən şəxs iş otağına getmişdir. O, Sevincə özü və keçmiş həyat yoldaşı üçün əlillik pensiyası düzəltdirmək istədiyini, həmçinin hərbi xidmətdə olan oğlunu işə düzəltməkdə ona köməklik etməsini demişdir. Təqsirləndirilən şəxs onu və keçmiş həyat yoldaşı Rəhimi əlilliklə bağlı pensiyaya çıxara biləcəyini, bunun üçün 1500 manat pul verməli olduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs ona oğlu Məhəmməd Hüseynov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra oğlunu mühafizə polisində işə düzəldə biləcəyini, bunun üçün isə Sevincə əlavə olaraq 3000 manat verməli olduğunu demişdir. O, Sevinclə razılaşmışdır. O, 27.12.2019-cu il tarixdə “Nərgiz” klinikasına gedərək Təqsirləndirilən şəxs iş otağında Sevincə onu və keçmiş həyat yoldaşını əlilliklə bağlı pensiyaya çıxartması üçün 1500 manat və oğlu Məhəmmədi işə düzəltməsi üçün 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kağız parçasına öz xətti ilə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 27.12.2019-cu il tarixdə 4500 AZN (manat) pul sənəd düzəltmək üçün aldım” sözlərini yazmış və həmin kağızı imzalayıb ona vermişdir. Həmin kağız və Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytaracağına dair ona verdiyi digər kağız hazırda ondadır və həmin kağızları istintaqa təqdim edə bilər. Təqsirləndirilən şəxs 2 ay müddətində onun və həyat yoldaşının 2-ci qrup əlil kimi pensiya alacaqlarını, həmçinin oğlu hərbi xidmətdən qayıtdıqdan sonra oğlunu mühafizə polisinə işə düzəldəcəyini demişdir. Lakin o, sonradan Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməməsindən, həmçinin rəfiqəsi Arzunun qızını işə düzəltməməsindən Sevincin onları aldatdığını bilmiş və DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında bibisi qızı Arzu vasitəsilə tanımışdır. 2019-cu ilin noyabr ayında Arzu ona Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı qadının olduğunu, Sevincin Arzunun qızını işə düzəltməkdə köməklik edəcəyini, Sevincin əlilliklə bağlı pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Onun oğlu Elgiz xəstə olduğu üçün Elgizi əlilliklə bağlı pensiyaya çıxartmaq qərarına gəlmişdir. O, Arzudan Sevinc adlı qadınla danışmasını, Sevincin oğlu Elgizi əlilliklə bağlı pensiya çıxartmaqda köməklik etməsini deməsini xahiş etmişdir. Bundan sonra Arzu Sevinc adlı qadınla danışmış və onun Sevincə zəng etməyini demişdir. O bundan sonra Sevincə zəng etmiş və Sevincə oğlunu əlilliklə bağlı pensiyaya çıxartmaqda köməklik etməsini demişdir. Təqsirləndirilən şəxs oğlunu əlilliklə bağlı pensiyaya çıxara biləcəyini, bunun üçün Sevincə 1000 manat pul verməli olduğunu demişdir. O razılaşmışdır. Lakin onun pulu olmadığı üçün Sevincə onu gözləməsini demişdir. Sevinc onunla razılaşmışdır. Lakin sonradan Sevinc ona dəfələrlə zəng edərək pulu tez tapmağını, sonra gec olacağını demişdir. O buna görə məcbur qalıb 2019-cu ilin noyabr ayının 07-də “Kapitalbank”ın Mingəçevir şəhər filialından 1300 manat məbləğdə kredit götürmüşdür. O, 2019-cu ilin noyabr ayının 8-də qardaşının həyat yoldaşı Mahrux ilə birlikdə “Nərgiz” klinikasına getmişlər. Orada o, Təqsirləndirilən şəxs iş otağında Sevincə oğlunu əlilliklə bağlı pensiyaya çıxartması üçün 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 3 ay müddətində oğlunun əlil kimi pensiya alacağını demişdir. Lakin o sonradan Təqsirləndirilən şəxs bir çox şəxslərdən pul aldığını və həmin pulları qaytarmadığını eşitmişdir. X7 işə düzəltməməsindən Sevincin onları aldatdığını bilmiş və bu barədə polis şöbəsinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının sonlarında tanımışdır. 2019-cu ilin oktyabr ayında baldızı qızının qayınanası Esmira ona qohumu Arzunun Sevinc adlı həkim tanışı olduğunu, Sevinc həkimin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında həkim işlədiyini və həmin klinikaya işə adam düzəltdiyini demişdir. O, 28.10.2019-cu il tarixdə qızı Şahid2 ilə birlikdə “Nərgiz” klinikasına getmişdir. Onlar orada iş otağında Sevinc həkimlə görüşmüşlər. O, Sevincin işlədiyi klinikaya işə adam düzəldə bildiyini eşitdiyini, qızı Güneli klinikada işə düzəltməsini istəmişdir. Sevinc həkim hazırda işlədiyi klinikada iş yeri olmadığını, lakin qızı Güneli şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Sevinc həkim həmçinin ona qızını işə düzəltmək üçün əvvəlcədən 2000 manat pul verməli olduğunu, kiminləsə danışmalı olduğunu bildirmişdir. O, Sevinclə razılaşmışdır. O tez bir zamanda Təqsirləndirilən şəxs dediyi 2000 manat məbləğdə pulu toplayıb 29.10.2019-cu il tarixdə yenidən qızı Günel ilə birlikdə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına getmiş və orada Təqsirləndirilən şəxs iş otağında Sevincə 2000 manat pul vermişdir. Pulu verən zaman qızı Günel də onun yanında olmuşdur. Təqsirləndirilən şəxs ona bir həftəyə qızının işinin düzəlcəyini demişdir. Onlar bundan sonra klinikanı tərk edib evə getmişlər. Həmin vaxtdan bir həftə keçməsinə baxmayaraq o, qızının işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs zəng etmişdir. Sevinc ona bir ay müddətində qızının işə başlayacağını, narahat olmamağını bildirmişdir. O bir ay daha gözləmişdir. Lakin o, qızının işinin düzəlmədiyini görüb Təqsirləndirilən şəxs zəng etmiş və Sevincdən onun pulunu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ondan əlavə bir ay da gözləməyini, bir aydan sonra qızını işə düzəldəcəyini, əks təqdirdə isə pulunu geri qaytaracağını demişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və o, Sevincin barəsində Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayında tanımışdır. Belə ki, həmin vaxtlar əmisi Xanlar xəstə olduğu üçün o, əmisini Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında müalicə etdirirmiş. Təqsirləndirilən şəxs orada əmisini müayinə etmişdir. Həmin vaxtdan da o, Təqsirləndirilən şəxs tanımışdır. 2019-cu ilin mart ayının əvvəllərində onlar yenidən “Nərgiz” klinikasına getmiş və əmisini müayinə etdirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onlara əmisinin xəstəliyi ilə bağlı pensiya ala biləcəyini, pensiya almaqda onlara köməklik edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Sevinc ona birinci bu iş üçün 1500 manat pul verməli olduqlarını demişdir. Onlar Sevinclə razılaşmışlar. Lakin o, Təqsirləndirilən şəxs pulu hissə-hissə verəcəyini bildirmişdir. Sevinc də razılaşmışdır. Bundan sonra onlar klinikanı tərk etmişlər. O, əmisinə pensiya alması üçün Təqsirləndirilən şəxs pulu özünün verəcəyini demişdir. Bundan sonra o ilkin olaraq işləyib topladığı 300 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs iş otağında Sevincə vermişdir. O ikinci dəfə Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının axırında yenə “Nərgiz” klinikasındakı iş otağında 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona əmisinin sənədlərinin hazır olduğunu, yaxın vaxtlarda pensiya ala biləcəyini bildirmişdir. 2019-cu ilin may ayının ortalarında o, 250 manat pul toplayıb Təqsirləndirilən şəxs verməsi üçün əmisinə vermişdir. Əmisi də həmin 250 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə əmisinə verdikləri pulun kifayət edəcəyini, əmisinin yaxın vaxtlarda pensiya alacağını bildirmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs əmisinə pensiya düzəltməsi üçün ümumilikdə 950 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək işin ləngidiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs əmisinə pensiya düzəltmədiyini və pulunu geri qaytarmadığını görüb Mingəçevir şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında öz qohumu olan Rəşid adlı şəxsin vasitəsilə tanımışdır. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və müharibə zamanı qulağından xəsarət almışdır. Onun qulağındakı zədə artdığı üçün təxminən 10 il əvvəl eşitmə qabiliyyətini itirmişdir. 2018-ci ilin mart ayında yaşadığı evdə olarkən təsadüfən qohumu Rəşidə bu barədə demişdir. Rəşid isə ona Sevinc adlı həkim tanıdığını, Sevinc adlı həkimin Mingəçevir şəhərində yerləşən klinikada işlədiyini, Sevincin təqaüd düzəldə biləcəyini demişdir. O, Rəşidə Sevinc adlı həkimlə danışmağını demişdir. Onlar həyat yoldaşı Gülnarə və Rəşidlə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Sevinc adlı qadına məxsus evə getmişlər. Orada Sevinc onun sənədlərinə baxmış və ona 2600 manat pul qarşılığında təqaüd düzəldə biləcəyini demişdir. O da razılaşmışdır. O bundan sonra pul tapmaq üçün özünə məxsus inəyi 1900 manata satmışdır. O, qalan 700 manat pulu isə xalası oğlu Emindən borc almışdır. Emin Bakı şəhərində yaşayır. O, Eminə zəng edərək özünə təqaüd düzəltdirmək istədiyini, bunun üçün ona 700 manat pul lazım olduğunu bildirmişdir. Emin bundan sonra lombarddan pul götürüb Bakı-Bərdə marşrutu üzrə işləyən avtobusla ona 700 manat pul göndərmişdir. O həmin 700 manat pulu götürmüşdür. O, 2018-ci ilin mart ayının 15-da yenidən Rəşid və həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincə məxsus evə getmiş və orada onların yanında Sevincə 2600 manat pulu vermişdir. Sevinc ona 2 aya, uzağı 6 aya ona təqaüd düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməyinə baxmayaraq Sevinc ona təqaüd düzəltməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. Bir dəfəsində o, Sevincə ondan aldığı pulu qaytarmasını dedikdə Sevinc ondan aldığı 2600 manat pulun 600 manatını Rəşidə verdiyini, Sevincə yalnız 2000 manat pul çatdığını, ona 2000 manat pulu qaytaracağını demişdir. Lakin o, Rəşidlə söhbət edən zaman X31 600 manat pul vermədiyini bildirmişdir. İşə məhkəmədə baxılan zaman Sevin Şərifova pulun 600 manatını qaytarmışdır. Hazırda onun təqsirləndirilən şəxsdə 2000 manat pulu qalmışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayında keçmiş iş yoldaşı Afser adlı şəxsin vasitəsilə tanımışdır. O, Afserlə birlikdə X21 birlikdə işləmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində o, Afserlə şəhər ərazisində rastlaşmışlar. Söhbət əsnasında o, Afserə sosial müavinət almaq istədiyini, lakin sosial müavinət düzəltməkdə ona köməklik edəcək şəxs tapmadığını demişdir. Afser ona Sevinc adlı həkim olduğunu, Sevincin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işlədiyini və Sevincin əmisinə pensiya düzəltdirəcəyini demişdir. O bundan sonra Afserdən Sevinc adlı həkimin mobil telefon nömrəsini almışdır. O, yanvar ayının 6-da Sevincə məxsus mobil telefon nömrəsinə zəng etmiş və Sevincə sosial müavinət almaq istədiyini, ona köməklik etməsini demişdir. Sevinc ona kömək edəcəyini bildirmiş və onlar həmin gün Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısında görüşmüşlər. Sevinc ona sosial müavinət almaqda köməklik edəcəyini, bu iş üçün 1300 manat pul lazım olduğunu demişdir. Onun həmin məbləğdə pulu olmadığı üçün 2020-ci ilin yanvar ayının 13-də qardaşı Mehmandan 1300 manat borc pul almışdır. Qardaşı ondan pulu nə üçün istədiyini soruşduqda qardaşına Sevinc adlı həkimin ona sosial müavinət düzəldəcəyini, bunun üçün Sevincə pul verəcəyini demişdir. Qardaşı ona bundan sonra 1300 manat borc pul vermişdir. O daha sonra Sevincə zəng etmişdir. O, qardaşı ilə birlikdə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısına getmiş və orada Sevinclə görüşmüşlər. O orada qardaşı Mehmanın yanında Sevincə 1300 manat pul vermişdir. Sevinc ona fevral ayının axırlarında 2 aylıq sosial müavinət alacağını demişdir. O, Sevinclə razılaşmışdır. Fevral ayının sonlarında o hər kəsin sosial müavinət aldığını, lakin “Kapitalbank”ın Mingəçevir şəhər filialında onun adına sosial müavinət kartının olmadığını görüb Sevincə zəng vurmuşdur. Sevinc ona yaxın zamanlarda sosial müavinət alacağını demişdir. O bundan sonra tez-tez Sevincə zəng etməyə başlamışdır. Lakin Sevinc ona müxtəlif bəhanələr gətirərək yaxın zamanlarda sosial müavinət alacağını demişdir. 2020-ci ilin mart ayının 18-də o, Sevincə zəng edərək sosial müavinət kartının gəlmədiyini, ona sosial müavinət düzəltməsini, ya da onun pulunu geri qaytarmasını demişdir. Sevinc ona pulu növbəti gün qaytaracağını bildirmişdir. Bir qədər keçdikdən sonra Sevincə məxsus mobil telefon nömrəsindən zəng gəlmişdir. O, telefona cavab verəndə danışanın bir nəfər tanımadığı oğlan olduğunu bilmişdir. Həmin oğlan ona onun sosial müavinətini düzəldəcəyini, narahat olmamağını demişdir. O həmin oğlandan adını soruşduqda isə adını deməmişdir. O bundan sonra inanmadığını demişdir. Daha sonra o, Mingəçevir şəhər polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs11 İnqilab oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında qohumu Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. O da digər qohumları ilə birlikdə Lamiyəni ziyarət etməyə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin klinikada həkim işləmişdir. Həmin vaxt orada olanda Sevinc palataya girmişdir. Söhbət zamanı Sevinc həkim demişdir ki, xəstəliyi olan şəxsləri təqaüdə çıxara bilər. O da vərəm xəstəsi olduğu üçün təqaüd pulu almaq istəmişdir. Sevinc həkimə yaxınlaşıb ona xəstə olduğunu, buna görə də təqaüd almaq istədiyini söyləmişdir. Sevinc demişdir ki, həmin iş 1500 manata həll edilir, ilkin olaraq 1000 manat pul verəcək, təxminən 3-4 ay sonra təqaüd kartını alıb ona verəcək, həmin vaxt o, əlavə olaraq 500 manat pul verməlidir. O da razılaşmışdır. Təxminən 10 gün sonra Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən “Doğum Evi”nin yanında qardaşı Zamiqlə birlikdə Sevinc həkimlə görüşmüşlər. Təqaüdə çıxarılması üçün Sevinc həkimə 1000 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayında o, Sevinc həkimdən təqaüd işinin düzəlib-düzəlməməsini soruşmuş, sonuncu demişdir ki, tezliklə işini həll edərək təqaüd kartını ona verəcəkdir. Lakin 2020-ci ilin yanvar ayında Sevinc həkim onu təqaüdə çıxara bilmədiyini deyərək ona verdiyi 1000 manat pulun 200 manatını qatarıb vermiş, demişdir ki, qalanını da verəcəkdir. 2020-ci ilin fevral ayında isə Sevinc poçt vasitəsi ilə ona 100 manat pul göndərmişdir. Lakin sonralar Sevinc verdiyi vədinə əməl etməmişdir. Dəfələrlə onunla əlaqə saxlasa da, Sevinc həkim müxtəlif bəhanələrlə onu aldadaraq pulunu verməmişdir. Öyrənmişdir ki, Sevinc onun qohumlarından da həmin məqsədlə pullar almış, lakin onun kimi onları da aldadaraq işlərini həll etməmiş və pullarını qaytarıb vermir. Hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da, hər dəfə Sevinc həkim yalan vədlər verərək onları aldatmışdır. Ona görə də məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. 2019-cu ilin iyul ayında gəlini Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həmin klinikada həkim işləmişdir. Sevinc əvvəllər də təxminən 5 il əvvəl Lamiyənin anasını əməliyyat etmişdir. Onları tanıdığından palataya gəlmişdir. Birlikdə söhbət zamanı Sevinc demişdir ki, onu və digər qohumlarını xəstəliyinə görə təqaüdə çıxara bilər. 2019-cu ilin iyul ayında yaşadığı Alıbəyli kəndində Sevinc həkimlə görüşmüş və ona xəstəliyinə görə təqaüdə çıxarması üçün 1300 manat pul vermişdir. Sonra öyrənmişdir ki, Sevinc onun digər qohumlarını da təqaüdə çıxaracağını vəd edib pullarını almışdır. Lakin Sevinc həkim vədinə əməl etməmiş, dəfələrlə onunla əlaqə saxlasa da, sonuncu müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Ona görə də Sevinc həkimin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən pulunun qaytarılmasını istəyir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə həbslə əlaqədar cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X12 onun bacısıdır. 13.01.2020-ci il tarixdə bacısı Bənövşə yaşadığı evə gələrək ondan 1300 manat borc pul istəmişdir. O, bacısından pulu nə üçün istədiyini soruşduqda, bacısı ona özünə sosial müavinət düzəltdirmək istədiyini, Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında işləyən Sevinc adlı həkimin ona köməklik edəcəyini, lakin bu iş üçün 1300 manat pul istədiyini bildirmişdir. O, bundan sonra bacısı ilə razılaşmış və bacısına 1300 manat borc pul vermişdir. Bacısı, Sevinc adlı qadına zəng etmiş və bundan sonra onlar avtomobillə “5+” supermarketin qarşısına getmişlər. Onlar orada Sevinc adlı qadınla görüşmüşlər. Orada bacısı, Sevinc adlı qadına onun yanında 1300 manat pul vermişdir. Sevinc adlı qadın balaca boylu, sarışın sifətli qadın olmuşdur. Sevinc bacısından özünün və övladlarının şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş, bacısı isə növbəti gün şəxsiyyət vəsiqələrinin surətlərini verəcəyini bildirmişdir. Sevinc adlı qadın bacısına sosial müavinət kartını fevral ayının sonunda alacağını, 2020-ci ilin yanvar ayının və fevral ayının sosial müavinətini birlikdə alacağını demişdir. Onlar bundan sonra Sevinc adlı qadından aralaşıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Sevinc adlı qadın bacısına vəd verməsinə baxmayaraq, sosial müavinət düzəltməmiş və bacısından aldığı pulu geri qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun anasıdır. Təqsirləndirilən şəxs 2019cu ilin oktyabr ayında tanımışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında anası evdə ona Sevinc adlı həkim olduğunu, Sevinc həkimin Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında həkim işlədiyini və həmin klinikaya işə adam düzəltdiyini demişdir. O həmin vaxt işsiz olmuş və valideynləri onun üçün iş axtarırmışlar. Anası ona onunla birlikdə Sevinc həkimin yanına getmələrini, əgər alınsa Sevincin vasitəsilə “Nərgiz” klinikasına işə düzəlməyini demişdir. O da razılaşmışdır. Onlar anası ilə birlikdə 28.10.2019-cu il tarixdə “Nərgiz” klinikasına getmişlər. Onlar orada iş otağında Sevinc həkimlə görüşmüşlər. Anası Sevincə işlədiyi klinikaya işə adam düzəldə bildiyini eşitdiyini, onu klinikada işə düzəltməsini istəmişdir. Sevinc həkim hazırda işlədiyi klinikada iş yeri olmadığını, lakin onu şəhər ərazisində yerləşən orta məktəblərdən birində müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Sevinc həkim həmçinin anasına onu işə düzəltmək üçün əvvəlcədən 2000 manat pul verməli olduqlarını, kiminləsə danışmalı olduğunu bildirmişdir. 29.10.2019-cu il tarixdə yenidən anası ilə birlikdə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına getmiş və orada Təqsirləndirilən şəxs iş otağında anası onun yanında Sevincə 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs bir həftəyə onun işinin düzəlcəyini demişdir. Onlar bundan sonra klinikanı tərk edib evə getmişlər. Həmin vaxtdan bir həftə keçməsinə baxmayaraq onun işinin düzəlmədiyini görən anası, Təqsirləndirilən şəxs zəng etmiş, Sevinc anasına bir ay müddətində onun işə başlayacağını, narahat olmamalarını bildirmişdir. Lakin həmin gündən bu vaxta qədər Təqsirləndirilən şəxs ona işə düzəlməkdə köməklik göstərməmiş və anasından aldığı pulu geri qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun həyat yoldaşıdır. Həyat yoldaşı Nadir 1-ci Qarabağ müharibəsi iştirakçısı olub və müharibə zamanı xəsarət alıb. Həyat yoldaşı təxminən 10 il əvvəl eşitmə qabiliyyətini, demək olar ki, tam şəkildə itirib. Buna görə də həyat yoldaşı özünə təqaüd düzəltdirmək istəyirmiş. Onlar Təqsirləndirilən şəxs 2018-ci ilin mart ayında öz qohumu olan Rəşid adlı şəxsin vasitəsilə tanımışlar. 2018-ci ilin mart ayında yaşadığı evdə olarkən həyat yoldaşı təsadüfən qohumu Rəşidə bu barədə demiş, Rəşid isə Sevinc adlı həkim tanıdığını, Sevinc adlı həkimin Mingəçevir şəhərində yerləşən klinikada işlədiyini, Sevincin təqaüd düzəldə biləcəyini demişdir. Bundan sonra həyat yoldaşı Nadir, Rəşidə Sevinc adlı həkimlə danışmağını demişdir. Onlar həyat yoldaşı Nadir və Rəşidlə birlikdə 2018-ci ilin mart ayının əvvəllərində Sevinc adlı qadına məxsus evə getmişlər. X33 sənədlərinə baxmış və 2600 manat pul qarşılığında həyat yoldaşına təqaüd düzəldə biləcəyini demişdir. Onlar razılaşmışlar. Həyat yoldaşı bundan sonra pul əldə etmək üçün özünə məxsus inəyi 1900 manata satmışdır. Qalan 700 manat pulu isə həyat yoldaşı xalası oğlu Emindən borc almışdır. Onlar 2018-ci ilin mart ayının 15-də yenidən Rəşid və həyat yoldaşı Nadir ilə birlikdə Sevincə məxsus evə getmiş və orada onun və Rəşidin yanında həyat yoldaşı Nadir Sevincə 2600 manat pulu vermişdir. Sevinc 2 aya, uzağı 6 aya həyat yoldaşına təqaüd düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməyinə baxmayaraq Sevinc həyat yoldaşına təqaüd düzəltməmiş və aldığı pulu geri qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun qohumudur. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, Bərdə-Mingəçevir reysi üzrə marşrut avtobusu idarə edir. Həmin vaxtdan da o, Sevinc həkimi tanıyır. Sevinc həkim ona bir neçə dəfə yaxın qohumlarından kimsə təqaüdə çıxmaq istəyərsə, kömək edə biləcəyini demişdir. 2018-ci ilin mart ayının əvvəllərində o, qohumu Nadirə məxsus evdə olarkən Nadir ona əlilliyi ilə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, Nadirə Sevinc adlı həkim tanıdığını, Sevincin əlilliklə bağlı şəxsləri təqaüdə çıxarda bildiyini demişdir. Bundan sonra Nadir ona Sevinc həkimlə danışmağını demişdir. Onlar bundan sonra 2018-ci ilin mart ayının əvvəllərində Nadir və Nadirin həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincin yaşadığı yaşayış evinə getmişlər. X33 sənədlərinə baxmış və 2600 manat qarşılığında Nadiri təqaüdə çıxara biləcəyini demişdir. Nadir də Sevinclə razılaşmışdır. Bundan sonra 2018-ci ilin mart ayının 15-də yenidən o, Nadir və Nadirin həyat yoldaşı Gülnarə ilə birlikdə Sevincə məxsus evə getmişlər. Orada Nadir onun və həyat yoldaşının yanında Sevincə 2600 manat pul vermişdir. Sevinc həkim 2 aya, uzağı 6 aya Nadirin təqaüdə çıxacağını bildirmişdir. Onlar bundan sonra oradan çıxıb getmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 8-9 ay əvvəl tanımışdır. Belə ki, 2019-cu ilin iyul ayında qohumu Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. O da qohumları ilə birlikdə Lamiyəni ziyarət etməyə getmişdir. Həmin vaxt Sevinc həmin klinikada həkim işləyirmiş. Həmin vaxt o orada olanda Sevinc palataya gəlmişdir. Demişdir ki, xəstəliyi olan şəxsləri təqaüdə çıxara bilər. Qardaşı Məhəbbət xəstə olduğu üçün təqaüd pulu almaq istəmişdir. Qardaşı, Sevinc həkimə yaxınlaşıb xəstə olduğunu, buna görə də təqaüd almaq istədiyini söyləmişdir. Sevinc həmin işin 1500 manata həll edildiyini demişdir. Sevinc demişdir ki, ilkin olaraq 1000 manat pul verəcək. Təxminən 3-4 ay sonra təqaüd kartını Məhəbbətə verəcək, həmin vaxt Məhəbbət Sevincə 500 manat pul verməlidir. Məhəbbət də razılaşmışdır. Təxminən 10 gün sonra Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində yerləşən “Doğum Evi”nin qarşısında qardaşı Məhəbbətlə birlikdə Sevinc həkimlə görüşmüşlər. Məhəbbət təqaüd düzəltməsi üçün Sevincə 1000 manat pul vermişdir. Həmin vaxt qohumu İzzət də orada olmuşdur. İzzət də Zərərçəkmiş şəxs9 üçün 1500 manat, oğlu Zamin üçün isə 850 manat pul vermişdir. 2019-cu ilin oktyabr ayında Məhəbbət, Sevinc həkimdən təqaüd işinin düzəlib-düzəlməməsini soruşmuşdur. Sevinc demişdir ki, tezliklə işini həll edərək təqaüd kartını Məhəbbətə verəcəkdir. Lakin 2020-ci ilin yanvar ayında Sevinc həkim Məhəbbətə təqaüd pulu düzəldə bilmədiyini deyərək Məhəbbətin Sevincə verdiyi 1000 manat pulun 200 manatını qaytarıb vermiş, pulun qalanını da verəcəyini demişdir. 2020-ci ilin fevral ayında isə Sevinc poçt vasitəsi ilə Məhəbbətə 100 manat pul göndərmişdir. Lakin Sevinc verdiyi vədinə əməl etməmiş, dəfələrlə Sevinclə əlaqə saxlamış, lakin hər dəfə Sevinc qardaşını aldatmışdır. Qalan 650 manat pulunu qaytarmamışdır. Dəfələrlə Sevinclə əlaqə saxlasalar da, hər dəfə Sevinc onlara yalan vədlər vermiş, onları aldatmışdır. Ona görə də Məhəbbət məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun baldızıdır. 2019-cu ilin noyabr ayının 8-də Gülmira ona zəng edərək birlikdə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasına getməyini xahiş etmişdir. O razılaşmış və bundan sonra Gülmiranın yaşadığı evə getmişdir. Onlar birlikdə “Nərgiz” klinikasına getmişlər. Yolda o, Gülmiradan klinikaya nə üçün getdiklərini soruşmuşdur. Gülmira isə ona “Nərgiz” klinikasında Sevinc adlı həkim işlədiyini, həmin həkimin oğlu Elgizi xəstəliyi ilə bağlı əllilik təqaüdünə çıxarmaqda köməklik edəcəyini, bunun üçün Sevinc adlı həkimə 1000 manat pul verməli olduğunu bildirmişdir. Onlar “Nərgiz” klinikasına gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Sevinc həkimin iş otağında Gülmira onun yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Bir qədər keçdikdən sonra onlar Gülmira ilə birlikdə klinikadan çıxıb uzaqlaşmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayında tanımışdır. Belə ki, həmin vaxtlar o, xəstə olduğu üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında müalicə alırmış. Həmçinin o, şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur və bir neçə dəfə Təqsirləndirilən şəxs özünə məxsus taksi ilə aparmışdır. 2019-cu ilin mart ayının əvvəllərində qardaşı oğlu Afser ilə birlikdə “Nərgiz” klinikasına getmiş və o, müayinə olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt onlara onun xəstəliyi ilə bağlı pensiya ala biləcəyini, pensiya almaqda köməklik edə biləcəyini demişdir. Qardaşı oğlu Afser Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olacağını soruşduqda Sevinc Afserə bu iş üçün 1500 manat pul verməli olduqlarını demişdir. Onlar Sevinclə razılaşmışlar. Lakin onlar Təqsirləndirilən şəxs pulu hissə-hissə verəcəklərini bildirmişlər. Sevinc də razılaşmışdır. Bundan sonra onlar klinikanı tərk etmişlər. Afser ona pensiya alması üçün Təqsirləndirilən şəxs pulu özünün verəcəyini demişdir. Bundan sonra Afser, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında 300 manat, daha sonra isə 2019-cu ilin aprel ayında 400 manat pul vermişdir. 2019-cu ilin may ayının ortalarında Afser 250 manat pul toplayıb Təqsirləndirilən şəxs verməsi üçün ona vermişdir. O da həmin 250 manat pulu “Nərgiz” klinikasına gedərək orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə ona verdikləri pulun kifayət edəcəyini, yaxın vaxtlarda pensiya alacağını bildirmişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona pensiya düzəltməsi üçün ümumilikdə 950 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra müxtəlif bəhanələr gətirərək işin ləngidiyini bildirmişdir. Afser, Təqsirləndirilən şəxs ona pensiya düzəltmədiyini və pulunu geri qaytarmadığını görüb Mingəçevir şəhər polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, Sevinc onunla birlikdə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Nərgiz” klinikasında işləyib. Onun Təqsirləndirilən şəxs ilə normal münasibəti olub. 24.10.2019-cu il tarixdə Sevinc iş yerində ona yaxınlaşaraq bir nəfər tanışının ona pul göndərməli olduğunu, lakin həmin şəxsin “Kapitalbank”a məxsus karta pul göndərə bildiyini demiş və ondan özünə məxsus maaş kartının nömrəsini verməsini istəmişdir. O, Sevinclə razılaşmış və özünə məxsus maaş kartının nömrəsini Sevincə vermişdir. Lakin Sevincin tanışının kim olduğunu və Sevincə hansı məqsədlə pul göndərməsini bilməmişdir. Növbəti gün Sevinc yenidən iş yerində ona yaxınlaşaraq tanışının ona məxsus karta 500 manat pul göndərdiyini, həmin pulu çıxarıb Sevincə verməsini demişdir. O bundan sonra Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “5+” supermarketin qarşısındakı “Kapitalbank”a məxsus bankomatdan ona məxsus karta köçürülmüş 500 manat pulu çıxararaq iş yerində Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs verməsi üçün ona məxsus karta 500 manat pul göndərən şəxsin kim olduğunu bilmədiyini, Sevincin həmin şəxsdən pulu dələduzluq niyyəti ilə almasından məlumatı olmadığını, Sevincin tanışının ona məxsus karta göndərdiyi 505 manat pulun 5 manatının bank xərcləri üçün tutulduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs13 onun oğludur. Təqsirləndirilən şəxs hadisədən təxminən 5 il əvvəl tanımışdır. Belə ki, Sevinc həkim həmin vaxt həyat yoldaşı X24 Diaqnostik Mərkəzində əməliyyat etmişdir. 2019-cu ilin iyul ayının əvvəlləri qızı Lamiyə Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasında əməliyyat olunmuşdur. Həmin vaxt Sevinc həkim həmin klinikada həkim işləyirmiş. Sevinc onları tanıdığı üçün palataya gəlmişdir. Həmin vaxt o, qohumları Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Lamiyəni ziyarət etmək üçün oraya gəlmişlər. Sevinc onlarla bir qədər söhbət etdikdən sonra xəstəliyə görə onlara təqaüd pulu düzəldə biləcəyini söyləmişdir. Söhbət zamanı Sevinc demişdir ki, həmin iş 1500 manata həll edilir. Demişdir ki, ilkin olaraq 1500 manat pulun bir hissəsini verəcəklər, iş düzələndən və kartı alandan sonra pulun qalanını verəcəklər. Onlar da Sevinclə razılaşmışlar. Bu söhbətdən sonra 2019-cu ilin iyul ayında bacısı Zərərçəkmiş şəxs9 1500 manat pulu ona vermişdir ki, təqaüd düzəltməsi üçün həmin pulu Sevinc həkimə versin. O da qohumu Zamiklə və Məhəbbətlə birlikdə Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Sevinc həkimlə görüşüb həmin pulu Sevinc həkimə vermişdir. Bundan başqa oğlu Zaminə də təqaüd düzəltməsi üçün Sevinc həkimə 850 manat pul vermişdir. Həmin vaxt Məhəbbət də Sevinc həkimə 1000 manat vermişdir. Lakin Sevinc verdiyi vədinə əməl etməmiş, dəfələrlə Sevinclə əlaqə saxlamış, hər dəfə Sevinc onları aldatmışdır. Onlar hamılıqla dəfələrlə Sevinclə əlaqə saxlasalar da, hər dəfə Sevinc onlara yalan vədlər vermiş, onları aldatmışdır. Ona görə də o və qohumları məcbur qalıb Sevinc həkimin barəsində Ağdam rayon polis şöbəsinə şikayət ərizəsi vermişlər. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X12 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı X28 Şərifovanın sosial müavinət düzəldəcəyinə vəd verərək ondan 1300 manat pul aldığını, Təqsirləndirilən şəxs ondan cəmi 1000 manat pul alması barədə yalan dediyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 05.02.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 28.10.2019-cu il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs iş yoldaşı Şahid7 məxsus son dörd rəqəmi 3723 olan karta 505 manat pul göndərmişdir. İş materiallarında olan 06.02.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.12.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 4500 manat pul alarkən sonuncuya öz xətti ilə yazılmış qəbz vermiş, həmin qəbzdə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 27.12.2019-cu il tarixdə 4500 AZN (manat) pul sənəd düzəltmək üçün aldım” sözlərini yazmış, həmin qəbzi imzalamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 təqdim etdiyi sənədə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verdiyi 17.01.2020-ci il tarixli digər qəbzdə öz xətti ilə “Mən Təqsirləndirilən şəxs 24.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 4500 AZN qaytaracam, saat 2-yə kimi” sözlərini yazmış və həmin qəbzi imzalamışdır. İş materiallarında olan 07.02.2020-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 07.11.2019cu il tarixdə “Kapital bank”ın Mingəçevir şəhər filialından 24 ay müddətinə, illik 24,2 faizlə 1300 manat məbləğində kredit götürmüş, “Kapital bank”a aylıq 68 manat 86 qəpik ödəniş etmiş və hal-hazırda da ödəniş etməyə davam edir. İş materiallarında olan 05.02.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 arasında gedən söhbət zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə dələduzluq yolu ilə pul aldığını etiraf etmiş və zərərçəkmiş şəxslərə aldığı pulları geri qaytaracağına söz vermişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.09.2020-ci il tarixli, 1(017)-94/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.09.2020-ci il tarixli, 1(017)-94/2020 nömrəli hökmü 23.10.2020-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum Təqsirləndirilən şəxs 16.02.2020-ci il tarixədək 02 (iki) il müddətə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 24 gün hissəsini çəkmiş, onun hazırda 1 il 8 ay 7 gün müddətə çəkilməmiş cəzası qalmışdır. Beləliklə, iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15.03.2018-ci il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 2600 manat pulunu, təkrarən 2019-cu ilin may ayında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 950 manat pulunu, təkrarən 2019-cu ilin iyun ayının əvvəllərində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs11 1000 manat pulunu, təkrarən 2019-cu ilin iyul ayının ortalarında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs13 850 manat pulunu, təkrarən 2019-cu ilin iyul ayının ortalarında zərəçəkmiş şəxs X3 1500 manat pulunu, təkrarən 2019-cu ilin iyul ayının ortalarında zərəçəkmiş şəxs Asbə Bayramovanın 990 manat pulunu, təkrarən 2019-cu ilin iyul ayının ortalarında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 1000 manat pulunu, təkrarən 2019-cu ilin avqust ayının əvvəllərində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs12 1300 manat pulunu, təkrarən 24.10.2019-cu il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1nin 700 manat pulunu, təkrarən 29.10.2019-cu il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 2000 manat pulunu, təkrarən 08.11.2019-cu il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1000 manat pulunu, təkrarən 27.12.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 4500 manat pulunu, təkrarən 13.01.2020-ci il tarixdə zərəçəkmiş şəxs X4 1300 manat pulunu ələ keçirərək həmin şəxslərə müvafiq məbləğlərdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şərifova X20 Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 1(017)-94/2020 nömrəli hökmü ilə AR CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanı icra edən Bərdə rayon İcra və Probasiya şöbəsinin 16.02.2021–ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin cəzasının 3 ay 24 gün hissəsini çəkmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 15.03.2018-ci il tarixdən 13.01.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda eyni xarakterli qəsdən cinayət törətsə də, o həmin cinayətlərə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2-ci mаddəsi ilə təqsirli bilib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, ona Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün hissəsini CM-in 68.1-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun 10 (on) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutaraq CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, barəsində CM-in 79.1-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanı çəkməsini 15.10.2009-cu il təvəllüdlü X27 adlı uşağı 14 yaşına çatanadək, yəni 15.10.2023-cü il tarixə kimi təxirə salmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqi onun tərəfindən törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, eləcə də cəzanın məqsədlərinə və onun dələduzluq yolu ilə maddi ziyan vurduğu çoxsaylı zərərçəkmiş şəxslərin mənafelərinə uyğun deyildir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmündən və hazırkı iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs 20 nəfər zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayəti törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2018-2020-ci illərdə insanlara qarşı dələduzluq edərək onların pullarını ələ keçirib özünün və ailəsinin maddi ehtiyaclarını təmin etməklə yaşamağı özünə həyat tərzi seçmişdir. Hadisələrin gedişatı belə nəticəyə gəlməyə əsas verir ki, əgər Təqsirləndirilən şəxs dələduzluq əməllərinə görə zərərçəkmiş şəxslər tərəfindən hüquqmühafizə orqanlarına müraciətlər olunmasaydı o, cinayətkar fəaliyyətini yenə də davam etdirəcəkdi; onun növbəti dəfə başqa şəxslərə yalandan vədlər verərək dələduzluq etməyəcəyinə təminat olmamışdır. Digər tərəfdən, Təqsirləndirilən şəxs yalan vəd verib aldatdığı və etibarından suiistifadə edərək pullarını ələ keçirdiyi zərərçəkmiş şəxslər aztəminatlı, maddi cəhətdən imkansız insanlardır. Zərərçəkmiş şəxslərin çoxu təqsirləndirilən şəxsə vermək üçün pulu qohumlarından borc almağa, yaxud bankdan kredit götürməyə məcbur olmuşlar. Təqsirləndirilən şəxs belə insanlara qarşı dələduzluq etməyi özünə rəva bilməsi onun şəxsiyyətinin daha yüksək dərəcədə ictimai təhlükəliliyinə dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı aradan qaldırmaq və bununla öz cəzasını yüngülləşdirmək üçün lazımi tədbirlər görməmiş, hazırkı iş üzrə 13 nəfər zərərçəkmiş şəxsdən aldığı ümumilikdə 19.690 manat puldan indiyədək 2 nəfərinə cəmi 950 manat qaytarmış, qalan ziyan məbləğinin ödənilməsi ilə bağlı yenə də zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onları aldatmaqda davam etmişdir. Bu da Təqsirləndirilən şəxs əməllərindən peşman olması barədə ifadə etdiyi fikrin səmimi olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi vurulmuş zərərin ödənilməsi mümkünlüyünü və məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. CM-in 79.1-ci maddəsinin mənasından göründüyü kimi, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın çəkilməsini onun himayəsində olan azyaşlı uşaq on dörd yaşına çatanadək təxirə salmaq məhkəmənin vəzifəsi deyil, hüququdur və məhkəmə bu hüququndan cəzanın məqsədlərinin təmin olunması çərçivəsində istifadə etməlidir. Şərh olunanlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Buna görə də onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiqi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsini tətbiq edərək ona təyin etdiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsini 15.10.2009-cu il təvəllüdlü qızı Nərmin Rəhimli 14 yaşına çatanadək, yəni 15.10.2023-cü il tarixə kimi təxirə salmaqda haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı sayır. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmü dəyişdirilməli və həmin hökmün cəzaya aid hissəsindən Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməklə ona qəti cəza olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(051)-8/2021 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmün cəzaya aid hissəsindən Təqsirləndirilən şəxs barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs qəti cəza olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 06 may 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Şəki Rayon-Şəhər Polis Şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 Mühafizə Taboruna və həmin Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-177/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-177/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver