Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-179/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X3, müdafiəçilər-Şəki Regional Vəkil Bürosunun vəkilləri-X12 və X5 iştirakıları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 17 fevral 2021-ci il tarixli hökmü ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 cəzasını çəkmiş hesab edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi; xx xxx 1990-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməsi,Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd şprisdə olan 0,20 ml. həcmdə heroin məhlulu, 2 ədəd şprislər, çəkisi 1,409 qram olan heroin və Samsung markalı telefon məhv edilməsi, cinayət işi üzrə maddi sübut olan 5382 nömrəli CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə 131.88 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs3, 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 69.10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilməsi müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə etdikdən sonra həmin narkotik vasitənin istintaqa məlum olmayan hissəsini 21.01.2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu İİ Ərəbcəbrli kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs2 250 manata satmaqda, Təqsirləndirilən şəxs2 isə öz növbəsində tamah niyyəti ilə həmin narkotik vasitənin 0,318 qram hissəsini 28.01.2020-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzində qanunsuz olaraq satdıqdan sonra 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin və 31 yanvar 2020-ci il tarixdə saat 17 radələrində keçirilmiş digər əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən evinə baxış keçirilərkən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldandan bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,509 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. O, cümlədən Təqsirləndirilən şəxs2 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ona satdığı istintaqa məlum olmayan çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroini əldə etdikdən sonra 28.01.2020-ci il tarixdə saat 16 radələrində, Göyçay şəhəri H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzinə 0,318 qram çəkidə satmış, 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmünün Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib ona cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs2 aid hissədə CM-nin 62-ci maddəsinə dair müddəların hökmdən xaric edilərək məhkumun təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X12 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X9 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya protestinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmünün Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs2 aid hissədə CM-nin 62-ci maddəsinə dair müddəların hökmdən xaric edilərək məhkumun təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onun müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi” hissəsində ləğv edilərək yeni hökm çıxarılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi araşdırması zamanı vermis olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli hesab etmədiyini bildirdi. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham özünü təqsirli bilməyərək göstərmişdir ki, 31.01.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, yaşadığı evdən bir ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs2 heroin satmamışdır. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq zamanı özünü təqsirli bilməmiş və hazırda da özünü təqsirli bilmir. Belə ki, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə aralarında yaxşı münasibət olmuş, Ruslan ondan yaşca kiçik olduğundan ona “əmi” deyə müraciət etmişdir. Ruslan adətən qonşuların həyətlərində fəhlə işləyib ailəsini dolandır. Ruslanda bir qədər əqli gerililirik, kəm ağıllıq var. Tez təsir altına düşəndir. Eşitdiyinə görə Ruslan arabir narkotik vasitələrdən istifadə edir. Buna görə də Ruslanı daima yanında saxlamış müxtəlif ev işlərinin görülməsini tapşırmış, buna görə ona əmək haqqı vermiş, bu yolla onu narkotik vasitədən istifadə etməkdən çəkindirməyə çalışmışdır. Həyətində və bağ sahəsində iş olduğu zaman Ruslana müəyyən işlər gördürüb əvəzində gündəlik pul vermişdir. 21 yanvar 2020-ci il tarixdə Ruslan onların həyətində fəhlə işlədiyi vaxt Ruslanın mobil telefonuna zəng gəlmiş, Ruslan telefon zəngindən sonra ona “əmi rəhmətə gedən var, qəbir qazmaq lazımdır. Ordan mənə 20 manat da pul verəcəklər, icazə ver gedim” demişdir. Belə ki, Ruslan kəndə vəfat edən olanda qəbirləri qazmağa da kömək edərək pul qazanmışdır. Həmin gün həyətində işlədiyi üçün Təqsirləndirilən şəxs2 20 manat da pul vermişdir. Onun yaşadığı evin yaxınlığında kənd qəbirstanlığının yanında yeşik sexi yerləşir ki, həmin sexdə meyvə və tərəvəz qablaşdırmaq üçün taxtadan taralar hazırlanır. Lakin xeyli müddətdir ki, həmin sex işləmir. Həmçinin Təqsirləndirilən şəxs2 yaşadıqları kənddə ona məxsus taxta taraların hazırlanması ilə məşğul olan hazırda fəaliyyətdə olmayan sexinə də ara-sıra nəzarət edir. Ruslan həyətdən çıxan zaman bir müddətdir ki, yeşik sexinə getmədiyini, sexdə olan avadanlıqların yerində olub olmadığını Ruslandan maraqlanmışdır. Ruslan avadanlıqların yerində olduğunu bildirsə də, Ruslanın cavabı onda şübhə doğurmuşdur. Ruslan getdikdən təxminən 20-25 dəqiqə sonra kənd yoluna çıxmış və yolda qonşulquda yaşayan Rahibin Opel markalı avtomobili ilə Qəbirstanlığın yanında olan sexə çatdıqda Rahib onu düşürüb getmişdir. Sexə girmiş və sexdə olan avadanlıqların yerində olduğunu görmüşdür. Sexdən çıxıb qəbirstanlığa getmək istəyən də isə sexin qapısının yanında yerdə siqaretin sellofan bükümü və içərisində qəhvəyi rəngli maddə oldğunu görmüşdür. Həmin bükümü götürüb baxanda narkotik vasitə olduğunu bilmişdir. Narkotik vasitələrdən isitifadə etməsə də həmin bükümü yerdən götürüb cibinə qoymuş, bundan sonra isə qəbirstanlığa getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs2 Ravil, Əlizadə, Xətai adlı həmkəndiləri ilə qəbir yeri qazdıqlarını görmüşdür. Ravilgilə yaxınlaşıb salamlaşdıqdan sonra orada olanlara baş sağlığı vermiş və Təqsirləndirilən şəxs2 işini qutaranda sexə gəlməsini demişdir. Bundan sonra yenidən taxta sexinə gedib orada olan avadanlıqların işləyib işləmədiyinə bütün hissələrinin yerində olmasına baxmışdır. Bir qədər sonra, həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 də sexə gəlmişdir. Ruslanla söhbət zamanı sexdə olan avandanlıqların yerində olduğunu demiş, sex üçün taxta materialı barədə danışan zaman tapdığı siqaretin sellofan bükümünü cibimdən çıxarıb Ruslana göstərmiş, bunun nə olduğunu və Ruslanın bundan xəbərinin olub-olmamasını soruşmuşdur. Ruslan isə həmin bükümə baxan kimi içərisindəkinin heroin olduğunu bilmiş və onun olmadığını demişdir. Sonra Ruslan həmin bükümdə olan heroindən ona bir qədərini verməyini xahiş etmişdir. Heroindən Ruslanın istifadə etdiyini bildiyi üçün, həmçinin gedib kimnənsə pulla almaması üçün həmin bükümü açıb, bükümdə olan maddədən bir qədərini cibində olan siqaretin sellofan bükümünə töküb Təqsirləndirilən şəxs2 vermişdir. Bunun qarşılığında Ruslandan heç nə almamışdır. Qalan bükümü isə cibinə qoyaraq Ruslandan ayrılmışdır. Bükümdəki narkotik vasitəni də evə gələndə ailə üzvləri görməsin deyə zalda güldana qoymuşdur. Narkotik vasitələrdən istifadə etmədiyi üçün həmin bükümdə olan narkotik vasitə yadından çıxıb güldanda qalmışdır. Həmin ərəfədə Ruslan onun həyətinə gəlib həyətdə olan su bərələrini qazmış və həyəti təmizləmişdir. 31 yanvar 2020-ci il tarixdə polis şöbəsindən Ruslanın axtarıldığını bildiyi üçün Ruslana zəng etmişdir. Lakin həmin gün, yəni 31.01.2020-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində evinin yanında olan zaman Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Polis Şöbəsinin növbətçi hissəsində ona hüquq və vəzifələrim izah olunaraq müdafiəçisi Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla qeydə alınmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir vasitə, əşya və predmet aşkar edilməmişdir. Protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polislər yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmişlər. Buna etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Yaşadığı ünvana getdikdə dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin zalında yerləşən servantın rəfində olan qızılı-göy rəngli güldanın içərisindən şəffaf sellofan bükümdə boz–qəhvəyi rəngli toz halında heroin, mətbəxdə dolabdan isə sellofan bükümdə boz rəngli toz halında ədava aşkar edilərək götürülmüşdür. Zalda güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə boz-qəhvəyi rəngli toz halında heroin elektron tərəzidə çəkilmiş, büküm elektron tərəziyə qoyularaq çəkilən zaman içərisindəki heroinin az hissəsi tərəzinin üzərinə dağıldığından həmin dağılmış heroin kağızın üzərinə qoyulmuş və sellofan bükümdəki qalan heroinlə elektron tərəzidə çəkilmiş, ümumilkdə kağızla və sellofan bükümlə birlikdə çəkisi 2 qram olmuşdur. Sellofandan dağılmış, yəni kağızın üzərində qalan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 39,3 qram olmuşdur. Zalda güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə və sellofan bükümdən dağılmış və kağıza qoyulmuş heroin götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. Evindən zalda güldanın içərisindən aşkar edilmiş siqaretin sellofan bükümümdəki maddə narkotik vasitə heroin olmuşdur. Məs həmin heroinin bir hissəsini, çəkisini bilmədiyi miqdarda 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində bir ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün pay vermişdir. Evindən aşkar edilən siqaretin sellofanına bükülmüş heroni evdəki güldanın içərisində unutmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən xahiş etmişdir ki, cəza təyin edilərkən qardaşı oğlunun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğu, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olması, ailədən yeganə qazanc gətirən olduğu nəzərə alınsın. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək etdiyi əməldən peşman olduğunu, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınmasını xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Uzun müddətdir ki yaşadığı kənddə Sadayın bağında və həytində fəhləlik etmiş, mövsümlərdə meyvə tərəvəz məhsullarını yığmış, eləcə də fəaliyyətdə olmayan taxta taralarının hazırlanması ilə məşğul olan kiçik sexinə nəzarət etmişdir. 21.01.2020-ci il tarixdə səhər saatlarından Sadayın yaşadığı evin həyətində işləyərkən, qəbristanlıqda qəbir yeri qazmalı olduğundan Sadaydan qəbir yeri qazmağa kömək etməyə gedib sonra vaxt qalarsa qayıtmağı barədə icazə istədikdə Saday ona etiraz etməmiş, həyətində işlədiyi üçün ona 20 manat pul da vermişdir. Sonra Saday ondan taxta taralar hazırlanan sexində avadanlıqların yerində olub olmadığını soruşmuş, Sadaya avadanlıqların yerində olduğunu bildirmişdir. Lakin Saday özü də həmin yerə çoxdan baş çəkmədiyini və özünün sexə gedib baxacağını ona bildirmişdir. Kənd qəbristanlığına gedərək həmkəndlisi Ravil, Əlizadə, Xətai ilə qəbir yeri qazmağa başlamışlar. Biraz keçdikdən sonra Saday həmin yerə gəlib hamı ilə salamlaşıb başsağlığı verərək qəbir yeri qazıb qurtarandan sonra taxta taraların hazırlandığı sexə gəlməyini xahiş etmişdir. İşi yekunlşadırdıqdan sonra saat 13 radələrində sexə getmişdir. Sexdə gəzib avadanlıqlara baxan zaman Saday cibindən siqaretin sellofan bükümünü çıxarıb ona göstərmiş və nə olduğunu, həmçinin selofan bükümdən məlumatı olubolmadığını soruşmuşdur. Bükümdə olan maddənin heroin olduğunu bilmiş və ona məxsus olmadığını bildirmişdir. Həmin heroini haradan əldə etrdiyini Sadaydan soruşduqda Saday ona həmin bükümü sexin yanından yerdən tapdığını bildirmişdir. Sonra özü heroindən ara-bir istifadə etdiyi üçün Sadaydan ona həmin heroindən verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da həmin bükümü açıb özündə olan siqaretin qutusunun sellofanını çıxarıb heroinin bir qismini həmin sellofana töküb ona istifadə etməyi üçün pay vermişdir. Bunun qarşılığında Saday ondan pul almamışdır. Həmin heroinin çəkisinin nə qədər olduğunu bilməmişdir. Bundan sonra ayrılıb oradan getmişdir. Sadayın ona pay verdiyi həmin narkotik vasitə olan heroindən cüzi bir hissəsini siqaretin tütününə qarışdırıb 1 dəfə çəkmişdir. Sonra isə həmin heroindən satıb pul əldə etmək qərarına gəlmişdir. Lakin əvvəllər narkotik vasitə satmadığı üçün kiməsə təklif etməyə qorxmuşdur. Həmin bükümdə olan heroindən az hissəsini başqa siqaret sellofanına büküb cibində saxlamışdır. 28.01.2020-ci il tarixdə isə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs3 tanımadığı nömrədən ona mesaj yazaraq istifadə etmək üçün heroin axtardığını bildirmişdir. Həmin tarixdə Rövşənlə danışıb özündə bir büküm heroin olduğunu bildirmiş və ona satmağa razılaşmışdır. Saat 16 radələrində, H.Əliyev prospektində Rövşənlə görüşmüşlər. Rövşən ona pulunun olmadığını bildirərək, 1 ədəd işlək vəziyyətdə olan lakin enerji doldurucusu olmayan qara rəngli, 30-40 manat dəyərində olan “Samsung” markalı telefon təklif etmiş və əvəzində ondan həmin bir büküm heroini istəmişdir. Eyni zamanda yaxın günlərdə pul əldə edə bilsə pulunu verib ondan telefonu geriyə alacağını bildirmişdir. Rövşənə heroini satmağa razılaşmış və bir ədəd bükümdə çəkisini bilmədiyi miqdarda heroini Rövşənə “Samsung” markalı telefonun əvəzində vermişdir. Həmin telefonu aparıb evə qoymuşdur. Daha iki gün sonra Rövşən təxminən ona bir iki dəfə əvvələr zəng vurduğu nömrələrdən zəng vurmuş, lakin Rövşənin zənginə cavab verməmişdir. Eyni zamanda Rövşən həmin günü ona tanımadığı bir nömrədən mesaj yazaraq telefonu geriyə istəməsi ilə bağlı mesaj yazmışdır. Ertəsi gün, yəni 31.01.2020-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Müdafiəçi2 ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Göyçay RPŞ-nin Növbətçi hissəsində videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Əvvəl Rövşənin tutulduğunu bilməmiş, düşünmüşdür ki, onun narkotik vasitə istifadəçisi olmasını polislərə Saday demişdir. Sonra polislər ona Rövşənin tutulduğunu və Rövşən tutulanda narkotik vasitəni ondan aldığını deməsini bildirmişlər. Lakin Rövşənin deyil, elə Sadayın özünün polislərə onun narkotik vasitə istifadəçisi olmasını deməsini düşünmüşdür. Sadayın yeşik sexində fəhlə kimi işləmiş, onun aylıq fəhlə kimi qazancı cəmi 250-300 manat olmuşdir. Həmin pulu da Saday ona gündəlik, hər günün sonunda 10, hərdən də, 15 manat şəklində vermişdir. Onun ittihamda göstərildiyi kimi 250 manata narkotik almağa imkanı heç vaxt olmayıb. Valideyinləri ayrıldığından, anası ilə birlikdə yaşayır, özünə və anasına fəhləçiliklə günəmuzd qazandığı 10-15 manatla bir təhər baxır. Riyazı bilikləri və qavrama qabiliyyəti çox zəifdir, 10-15 manatdan çox pulu hesablaya bilmir və böyük pul əskinazlarını tanımır. İbtidai istintaqda verdiyi ifadəsini təzyiq altında vermiş, heç bir əsas olmadan Sadayın üzünə duraraq Sadayın ona heroin satdığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Cinayət törətdiyi vaxtdan keçən müddət ərzində Sadayın həyətində işləyib, Sadayın verdiyi gündəlik 5-10 manatla anasına baxmışdır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında A.Faruq küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Müdafiəçi3 ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Göyçay RPŞ-nin Növbətçi hissəsində videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 3 ədəd 1 ml-lik şpris aşkar edilmişdir. Həmin şprislərdən iki ədəd boş, bir ədədində isə maye halında qəhvəyi rəngli heroin narkotik vasitəsi olmuşdur. Üzərindən aşkar edilmiş heroinlə dolu şpris elektron tərəzidə çəkilmiş və çəkisi 3,3 qram olmuşdur. Həmin şpris digər 2 ədəd boş şprislərlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır, Zərfin ağzı kleylənmiş, möhürlənmiş və üzərini imzalanmışdır. Axtarış zamanı polis əməkdaşları şprisdəki maddənin nə olduğunu və haradan əldə etdiyini sorğu edən zaman üzərindən aşkar edilmiş şprisdəki maddənin narkotik vasitə olan heroin məhlulu olduğunu və həmin narkotik vasitəni tanışı, əvvələr bir yerdə fəhləlik etdiyi, Göyçay rayonun İİ Ərəbcəbirli kəndində yaşayan, narkotik vasitə istifadəçisi olan Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş və tərəfindən istifadə etməyim üçün məhlul halına gətirilmiş 1 ədəd şprisdə olan həmin heroin narkotiok vasitəni 28.01.2020-ci il tarixdə saat 16 radələrində, H.Əliyev prospektində, Təqsirləndirilən şəxs2 1 ədəd işlək vəziyyətdə olan lakin enerji doldurucusu olmayan, 30-40 manat dəyərində olan qara rəngli “Samsung” markalı telefon əvəzinə almışdır. Ruslanın istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır, eləcə də telefonu açmadığına görə 28.01.2020-ci il tarixdə görüşməmişdən əvvəl qonşuluqda yaşayan Əjdər Məhərrəmovdan telefonundan istifadə etməsini xahiş edib onun 050 723 93 32 nörməsindən Ruslana onu axtarmağı barədə mesaj yazmışdır. Ruslandan 30.01.2020-ci il tarixdə də narkotik vasitə almaq istəmiş, Ruslana pul verib 28.01.2020-ci il tarixdə heroin alan zaman əvəzində verdiyi “Samsung” markalı telefonu qaytarmaq üçün bir neçə dəfə müxtəlif telefonlardan ona zəng etmişdir. Lakin Ruslanın istifadəsində olan ***-***-**-** telefonuna zəng vursa da, Ruslan telefonu açmamışdır. Şəhərdə tanımadığı bir şəxsdən xahiş edib telefonundan Ruslana təxminən “X15 telefonu götür sənə verdiyim telefonu götürüm pul verim” kimi mesaj yazmış və telefondan mesajı silib sahibinə qaytarmışdır. Lakin Ruslanla əlaqəyə çıxa bilmədiyi üçün görüşə bilməmişdir, elə həmin günü bir-iki saat sonra polislər tərəfindən tutulmuşdur. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs3 narkotik vasitə aludəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 30.01.2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs3 ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin bir neçə nəfər əməkdaşı ilə birlikdə həmin gün Rövşənin ətrafında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, həmin tarixdə saat 16 radələrində tədbirdə iştirak edən şöbənin digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs3la Göyçay şəhəri A.Faruq küçəsində yaşadığı ünvana yaxın ərazidə rastlaşmışlar. Rövşən piyada tək gedərkən yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirərək Göyçay RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Polis şöbəsinə gələdikdə, Rövşən dərhal Müdafiəçi3 ilə təmin olunaraq, növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir. Axtarış zamanı Rövşənin əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən 3 ədəd 1 ml-lik şprislər aşkar edilmişdir. İki ədəd şprislər boş olmuşlar, bir ədədində isə maye halında qəhvəyi rəngli maddə olmuşdur. Aşkar edilmiş maye ilə dolu şpris elektron tərəzidə çəkilmiş və maye ilə dolu həmin şprisin çəkisi 3,3 qram olmuşdur. Həmin 1 ədəd maye ilə dolu şpris digər 2 ədəd boş şprislərlə birlikdə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək möhürlənmiş və üzərini Təqsirləndirilən şəxs3 imzalmışdır. Axtarış zamanı şprisdəki maddənin nə olduğunu və haradan əldə etdiyini Təqsirləndirilən şəxs3 sorğu etdikdə, Rövşən həmin şprisdəki mayenin heroin narkotik vasitəsi olduğunu, özü istifadə etməsi üçün üzərində gəzdridiyini, həmin heroini iki gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 adlı şəxsdən aldığını bildirmişdir. Axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ertəsi gün əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs3 dediyi şəxs Təqsirləndirilən şəxs2 müəyyən edilərək polis şöbəsinə gətirilmiş və həqiqətən də Təqsirləndirilən şəxs3 heroin narkotik vasitəsi satdığını etiraf etmiş və həmin narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə gətirilmiş və onun yaşadığı evə baxış keçirilən zaman da, evin otağındakı güldandan toz halında heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid8, Şahid7, Şahid11, Şahid12 və Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Göyçay rayonun İİ Ərəbcəbirli kəndində yaşayır. Həmin kəndin icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. 31.01.2019cu il tarixdə saat 17:30 radələrində kənd ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu, Sadayın evinə baxış keçiriləcəyini bildirmişlər və işdə hal şahidi kimi iştirak etmələrini ondan xahiş etmişlər. Həmin vaxt Sadaygilin həyətində polis əməkdaşları və vəkil olmuşdur. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş və bir daha Təqsirləndirilən şəxs1 evinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Sadayın yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olduqda zalda olan servantın açıq olan orta hissəsindəki güldanın içərisindən içərisində bozumtul-qəhvəyi rəngli maddə olan bir ədəd siqretin şəffaf sellofan bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda, içərisindəki həmin maddə toz halında olmuşdur. Həmin büküm elektron tərəziyə qoyulanda toz halında olan maddənin az hissəsi tərəzinin üzərinə dağıldığından həmin maddənin dağılmış hissəsi kağızın üzərinə qoyulmuş və sellofan bükümdə qalan hissəsi ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Toz halında həmin maddələrin ümumilkdə kağızla və sellofan bükümlə birlikdə çəkisi 2 qram olmuşdur. Sellofandan dağılmış, yəni kağızın üzərində qalan maddə həmin kağızla bir yerdə başqa kağıza qoyulmuş. Bundan sonra baxış zamanı mətbəxdəki dolabın orta hissəsindən də bir ədəd şəffaf sellofan bükümdə boz-qəhvəyi rəngli toz halında maddə aşkar edilərək götürülmüşdür. Zaldakı güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə və elektron tərəzidə çəkilən zaman həmin şəffaf sellofan bükümdən dağılmış və kağıza qoyularaq həmin kağızla birlikdə digər kağıza bükülmüş maddə və mətbəxdəki dolabdan aşkar edilmiş şəffaf sellofandakı maddə 1 ədəd zərfə qoyulmuş, zərfin ağzı kleylənərək möhürlənmişdir. Təqsirləndirilən şəxs1 və digər hal şahidi həmin zərfi imzalamışlar. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. 31.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman güldandan aşkar olunmuş büküm açılmış və tərəziyə qoyulub çəkiləndə az bir hissəsi şəffaf sellofan bükümdən tərəzinin üzərinə dağıldığından həmin dağılmış hissəsi kağızın üzərinə qoyularaq sellofanda qalan maddə ilə birlikdə elektron tərəzidə çəkilmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə vermiş Şahid13 ifadəsində şahid X1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 03 ədəd CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə kompüter-texniki ekspertizasının 11 mart 2020-ci il tarixli, 5092 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd “X17 2” markalı “GT-İ8160” modelli **********12889 imei kodlu mobil smartfon telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Aparılmış ekspertizanın dəyəri 59.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 12 mart 2020ci il tarixli 4701 nömrəli ekspert rəyindən görünür ki, həmin bir ədəd “Samsung” markalı, “GT-İ8160” modelli telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarın olmamasını, istifadədə olmasını və digər xüsusatlar nəzərə alınaraq 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2020-ci il tarixli 54 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd şprisdə qəhvəyi maddə...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd 1 ml-lik şprisdə, həcmi 0,80 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi-0,318 qramdır. Qeyd: 1) Heroin məhlulunun həcmi-0.80 ml, tədqiqata sərf edildi-0.40 ml, qalıq-0.40 qramdır. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2020-ci il tarixli 62 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki digər 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,058 qram və 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,451 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinlər həm öz aralarında, həm də təqdim olunmuş heroin məhlulu ilə tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Heroinin ümumi təmiz çəkisi-1.509 qram, tədqiqata sərf edildi-0.10 qram, qalıq-1.409 qramdır. 2) Heroin məhlulunun həcmi-0.40 ml, tədqiqata sərf edildi-0.20 ml, qalıq-0.20 qramdır. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07.12.2020-ci il tarixli 2417 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törədən zaman, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yəni törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 müəyyən edilən Yüngül kəmağıllıq ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq, eləcə də məhkəmə istintaqındakı ifadələrində fərqliliklərin müşahidə edilməsi, onun psixiatrik müayinə zamanı müəyyən edilmiş “Yüngül Kəmağıllılıq”-dan əziyyət çəkməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 malik olduğu fərdi-psixoloji xüsusiyyətlərə (səthilik, primitivlik, özünü iradi tənzimləməsinin çatışmamazlığı) uyğun olaraq başqalarının təsiri altına düşə bilərdi. Hadisə zamanı Təqsirləndirilən şəxs2 psixiemosional vəziyyətində hər-hansı dəyişiklik (qorxu, ümidsizlik və sair) yaranmamışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulması və həbsdə saxlanılması onun psixi-emosional vəziyyətində həyəcan, gərginlik halı keçirməsinə təsir göstərə bilərdi. Təqsirləndirilən şəxs2 psixi prosseslərində gerilik əlamətləri (İxtiyari yadda saxlamasının normadan bir qədər aşağı olması, əsasən mexaniki yadda saxlama üsulundan istifadə etməsi, təfəkkürünün təhliltərkib prosesslərində primitivlik, ümumiləşdirmə, analizetmə qabiliyyətinin zəif çıxış etməsi, diqqətinin həcmi, paylanması, mərkəzləşməsi (eyni vaxtda iki müxtəlif və daha qrtıq işi yerinə yetirmək bacarığı) və keçirilməsinin (şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) normadan nisbətən aşağı olması və s.) müəyyən edildi. Həmin gerilik əlamətləri hadisə zamanı onun hərəkət və davranışını dərk etməsinə və ola biləcək nəticələri proqnozlaşdırmasına təsir göstərə bilərdi. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 may 2020-ci il tarixli 331 rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 may 2020-ci il tarixli 332 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 may 2020-ci il tarixli 333 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Hacəhməd oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 31.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göyçay Rayon Məhkəməsinin 23.04.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti 30.06.2020-ci il tarixədək uzadılmışdır. Göyçay Rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli 1(046)-60/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə 31.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göyçay Rayon Məhkəməsinin 23.04.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti 30.06.2020-ci il tarixədək uzadılmışdır. Göyçay Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə 30.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 30.01.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Göyçay RPŞ-nin MSYdən azad edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 istinad edilən əməllərdə CM-nin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 adi hissədə isə CM-nin 234.2-ci maddəsi üzrə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlikləri kifayət qədər sübutа yetirilmişdir. onların əməlləri müvafiq olaraq CM-nin 234.1 və 234.2-ci maddələrin düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya protestinin dəlillərindən biri Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021ci tarixli hökmünün Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlilləri ilə bağlı aşağıdaklları qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 evində aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib evində saxlaması, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yaymasına, yəni digər Təqsirləndirilən şəxs2 satmasına dair hər hansı məlumat və ya sübut növü olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaq məqsədi ilə istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi kimi hallar müəyyən olunmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün zəruri sayılan narkotik vasitəni satmaq kimi xüsusatı təsdiq edən hər hansı bir sübut, yəni pul əskinasları və ya verilmiş pulların hansı pul nişanında verilməsinin ifadələrdə aydınlaşdırılması və sair sübutlar olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan edərkən yalnız “Yüngül Kəmağıllılıq”-dan əziyyət çəkən, fərdipsixoloji xüsusiyyətlərə (səthilik, primitivlik, özünü iradi tənzimləməsinin çatışmamazlığı) uyğun olaraq başqalarının təsiri altına düşə bilən, Təqsirləndirilən şəxs2 ifadəsinə əsaslanmış və onun ifadəsni təsdiq edən başqa sübutlar əldə olunmamışdır. Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 pul qarşılığında almamış, əksinə narkotik vasitə istifadəçisi olduğundan ona heç bir maddi marağı olmadan ona vermişdir. Həmçinin məhkəmə işin halları ilə müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan münasibətlərin xarakteri aspektindən də yanaşaraq hesab edir ki, onların məhkəmə istintaqında verdiyi ifadələri həqiqətə uyğundur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə işin hallarına uyğun gəlməyən ifadə kimi qəbul edir. Belə ki, işin halları ilə müəyyən olunduğu kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yeşik sexində fəhlə kimi işləmiş, onun aylıq fəhlə kimi qazancı cəmi 250-300 manat olmuşdir. Həmin pulu da Saday ona gündəlik, hər günün sonunda 10, hərdən də, 15 manat şəklində vermişdir. Onun ittihamda göstərildiyi kimi 250 manata narkotik almağa imkanı heç vaxt olmamışdır. Valideynləri ayrıldığından, Ruslan anası ilə yaşayır, özünə və anasına fəhləçiliklə günəmuzd qazandığı 10-15 manatla bir təhər baxır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə düzgün tövsif olunmuş və təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada əsaslı cəza ilə cəzalandırılmışdır. Apellyasiya protestinin digər dəlili Təqsirləndirilən şəxs2 aid hissədə CM-nin 62-ci maddəsinə dair müddəların hökmdən xaric edilərək məhkumun təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməklə dəyişdirilməsini olmuşdur. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir və bununla bağlı gəldiyi nəticəni aşağıda qeyd edilənlər ilə əsaslandırır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsinin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd edilir ki: 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan görünür ki, 21 yanvar 2020-ci il tarixdə saat 13 radələrində, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ona satdığı istintaqa məlum olmayan çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroini əldə etdikdən sonra 28.01.2020-ci il tarixdə saat 16 radələrində, Göyçay şəhəri H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzinə 0,318 qram çəkidə satmış, 30 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlinin ictimai təhlükəliliyi xüsusi önəm kəsb edir. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X4 1961 -ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971 ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmamış cəza növü azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 barəsində CMnin 62-ci maddəsinin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi onun islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəzəçəkmələri müəyyən edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsi ilə (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin həmin dəlillərini əsaslı sayır. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü “Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi” hissəsində ləğv edilərək yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci mаddəsi maddəsi ilə təqsirli bilinib onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşdüyündən, nəzərə alınmaqla ona minimum həddə cəza təyin edilməli Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablanmalı, hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 17 fevral 2021-ci tarixli hökmü “Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi” hissəsində ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci mаddəsi maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-179/2021
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-179/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver