Məhkəmə qərarları › İş №1(107)-18/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-18/2020

08.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-18/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: X12 Məhkəməsinin (sədrlik edən hakim X8, hakimlər X7 (məruzəçi) və X4 ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxx 1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycam Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Göyçay rayonu Ləkçılpaq kəndində qeydiyyatda olmaqla, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. işin halları: X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxx 2019-cu il tarixdə Göyçay rayon Qarabaqqal kəndi ərazisində yerləşən “Kənan” şadlıq evində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə çıxaraq qardaşı Şahid1 və qohumu Şahid5la birlikdə yaşadıqları Göyçay rayonun Ləkçıplaq kəndinə getmələri üçün şadlıq evinin yanında dayanmış və toydan qalan ərzaqları toy sahibinin evinə aparmaq üçün gözləyən QAZ 3302-18 markalı **-NS- *** dövlət qeydiyyat nömrəli yük avtomobili idarə edən həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb onları da həmin avtomobil ilə kəndə aparmasını xahiş etdikdə, sonuncu avtomobilin ərzaqla dolu olmasını bildirməsi və buna görə onları aparmaqdan imtina etməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı ona və ailə üzvlərinə söyüş söyməsi səbəbindən o, hiddətlənmiş, bundan sonra, həmin tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs yaşadığı kəndə qayıdarkən həmin mübahisə ilə bağlı söhbət etmək üçün onun qardaşı Şahid1 zəng vurub yaşadıqları kəndin ərazisində görüşməyi təklif edib həmkəndlisi Şahid3 idarə etdiyi VAZ 2107 markalı **-BL-*** dövlət nömrəli avtomobil ilə onun yaşadığı evin yaxınlığında olan su kanalının yanına gəlib avtomobildən düşmədən Şahid1 avtomobilə əyləşməsini təklif etdikdə, o, avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs görüb sonuncunu bir az əvvəl ona və ailə üzvlərinə söyüş söyməsini xatırlayaraq qisas almaq məqsədi ilə evindən götürdüyü istintаq zаmаnı müəyyən edilməsi mümkün olmayan bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə keçən sol ağ ciyərin, qabırğaarası vena və arteriyalarının zədələnməsi ilə nəticələnən həyаt üçün təhlükəli оlаn qəsdən sağlamlığa ağır zərər vurаn, eləcə də yumruqla bir dəfə ağız nahiyyəsindən vuraraq yuxarı dodağın sol yarısının və selikli qişasının qançırından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsаrətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək həmin hökmün dəyişdirilməsini, törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alıb işə obyektiv baxılmasını xahiş etmişdir. X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətin təmin olunmasını, ona daha yüngül cəza verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclas zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də xx xxxx 2019-cu il tarixdə saat 23:30-da Göyçay rayonunun Ləkçıplaq kəndinin ərazisində yaşadığı evin yaxınlığında həmin günü Göyçay yonunun Qarabaqqal kəndi ərazisində yerləşən “Kənan” şadlıq evində keçirilmiş toy məclisindən çıxandan sonra aralarında yaranmış söyüşlü mübahisə ilə bağlı Zərərçəkmiş şəxs söhbət etmək üçün onun qardaşı Şahid1 zəng vurub yaşadıqları kəndin ərazisində görüşməyi təklif edib həmkəndlisi Şahid3 idarə etdiyi “VAZ 2107” markalı **-BL-*** :övlət qeydiyyat nömrəli avtomobil ilə onun yaşadığı evin yaxınlığında olan su kanalının yanına :əlib avtomobildən düşmədən onun qardaşı Şahid1la söhbət etmək istəyərkən onu prüb sonuncunun onun ünvanına işlətdiyi söyüşləri xatırlayıb hiddətləndiyindən ondan qisas almaq istədiyi üçün evdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə vuraraq onun ğlamlığına ağır dərəcəli bədən xəsarəti və yumruqla bir dəfə ağız nahiyyəsindən vuraraq xarı dodağın sol yarısının və selikli qişasının qançırından ibarət sağlamlığa zərər vurmadığı ün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, səhəri gün isə könüllü şəkildə gedib polis orqanlarına təslim olmuşdur. Hazırda törətdiyi əməldən çox peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclas zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həqiqətən də xx xxxx 2019-cu il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs faqub oğlu ilə arasında yaranmış mübahisə zamanı sonuncu ona bıçaqla bir dəfə zərbə dirərək onun sağlamlığına ağır dərəcəli bədən xəsarəti və yumruqla bir dəfə ağız ahiyyəsindən vuraraq yuxarı dodağın sol yarısının və selikli qişasının qançırından ibarət ğlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bundan sonra o, min vaxt orada olan “VAZ 2107” markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobilin rücüsü Şahid3 vasitəsi ilə təcili olaraq oradan rayon mərkəzi xəstəxanasına tdırılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclas zamanı şahid qismində dindirilmiş Şahid1, əlilov Məhəmməd Qurban oğlu, Şahid3, Şahid2 Şahid4 təqsirləndirilən və zərərçəkmiş şəxslə eyni məzmunlu ifadələr verməklə onların göstərdikləri xüsusuatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay rayonu Ləkçılpaq kəndi ərazisindədir. İş materiallarına əlavə edilmiş “ Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinəyə dair” xx xxxx 2019-cu il tarixli, 166 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulunun əlamətləri vardır.” İş materiallarına əlavə edilmiş “ifadənin yerində yoxlanması barədə” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Səmədov X9 İbrahimova bıçaqla vurub xəsarət yetirdiyi yeri əyani göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təkrarlamışdır. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin” xx.xx.2019- cu il tarixli, 216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş yuxarı dodağın sol yarısının və selikli qişasının qançırı, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Döş qəfəsinin sol yarısının daxilə keçən sol ağciyərin, qabırğaarası vena və arteriyaların zədələnməsi ilə nəticələnən kəsilmiş-deşilmiş yarası iti kənara malik kəsici-deşici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji dispanserinin xx.xx.2019-cu il tarixli, 323 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Ləkçıplaq kəndində yaşayır. Onun barəsində yaşadığı kəndin icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır, İş materiallarına əlavə edilmiş Əməliyyat-statistik kartoçkada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş “Könüllü gəlmə barədə” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 16:05-də Təqsirləndirilən şəxs könüllü olaraq Göyçay RPŞ-yə gələrək xx xxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 126.1-ci il mаddəsi ilə təqsirli bilib qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum etmişdir. Məhkumun cəzаsını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi, cəzа çəkməsi müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesаblаnmаsı müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə düzgün nəticəyə gəlmişdir. Lakin kollegiya hesab edir ki, təqsirləndirilən şəxsə daha da aşağı həddə də cəza təyin edilməsi mümkündür. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirməyə əsas verən halları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından onun uzunmüddətli azadlıqdan məhrum etmə cəzası çəkməsinə zərurət yoxdur, ona təyin edilmiş cəzanın daha artıq yüngülləşdirilməsi məqsədə uyğundur. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü olaraq təqsirini boynuna almaqla istintaq orqanına təslim olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin heç bir tələbi və şikayəti olmamasının cəzаsını yüngülləşdirən hаllar kimi nəzərə alınması məhkəmə kollegiyası diqqətəlayiq hal hesab edir və qeyd edilən hallar Təqsirləndirilən şəxs şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən uzun müddətə təcrid edilməsi zərurətini aradan qaldırır. Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, həmin hökmlə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə endirilməli, X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə endirilsin. X12 Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar