Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-18/2021 18.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər- Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - X10 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, birinci dərəcəli hüquqşünas X8 Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 Zərərçəkmiç şəxslər- Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 iştirakı ilə (sonuncu prosesdə iştirak etmirlər) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsiləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli, 1(091)-112/2018 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C. Ramazanov (sədrlik edən və məruzəçi) R. Hüseynov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə, xx xxx 1988-ci ildə Zərdab rayonu Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,orta təhsilli, “Region Xəbərləri.com” saytında ştatdan kənar müxbir işləmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Zərdab rayon Çallı kəndində qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsinin) 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu xx xxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 könüllü istintaqa təqdim etdiyi bir ədəd üzərində heç bir yazısı olmayan diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış xx xxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 könüllü istintaqa təqdim etdiyi bir ədəd «SAMSUNG DUAS» markalı mobil telefonun, sahibi Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, iş üzrə 300(üç yüz) manat təşkil etmiş məhkəmə-fonoskopik ekspertizasının tədqiqat dəyərinin Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin fevral ayının əvvəllərində özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni özünü müxbir kimi təqdim edib Zərərçəkmiş şəxs2 məxsus Zərdab şəhəri “xxxx” adlanan ərazidə yerləşən “Lüks Oil” yanacaqdoldurma məntəqəsində vətəndaşlara satılan benzinə güya, dizel yanacağı əlavə edilməsi barədə sosial şəbəkələrdə rüsvayedici məlumatları yayacağı hədəsi ilə həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs2 1000 manat nağd pul tələb etmişdir. Bundan başqa, o, təkrar özgədən əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədəqorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 11 radələrində Zərdab şəhərində “xxxx” adlanan ərazidə yerləşən Zərdab rayonu Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Zərərçəkmiş şəxs4 iş otağına gəlib özünü müxbir kimi təqdim etməklə, eləcə də müxtəlif vaxtlarda mobil telefonu ilə sonuncuya zəng edərək şəxsi mal-qarasını qanunsuz olaraq yaşadığı Zərdab rayonu Çallı kəndinin yaxınlığındakı meşə zolağının qoruq ərazilərində otarılmasına icazə verilməsini tələb etmiş, icazə verilməyəcəyi halda meşə ərazilərində ağacların qanunsuz kəsilməsi, mal-heyvanların qoruq ərazisində qanunsuz otarılması haqqında sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs4 əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 10:30-da Zərdab şəhəri ünvan 2 ünvanında yerləşən “xxxx” MMC bazarına gəlmiş, özünü müxbir kimi təqdim edib, bazarın nəzarətçisi Zərərçəkmiş şəxs6 1000 manat nağd pul tələb etmiş, verməyəcəyi halda ruhi xəstəlikdən əziyyət çəkərək hərbi xidmətdən yayınması, vətən xaini və vahabi olması kimi barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs6 pul tələb etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özünü müxbir kimi təqdim edib, sonuncunun işlədiyi ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekin qanunsuz fəaliyyət göstərməsi barədə onda video görüntü olduğunu, həmin video görüntünün sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyini bildirməklə, yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb edərək, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin kafəyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə apardığı video görüntünü mobil telefonda ona nümayiş etdirərək, qanunsuz fəaliyyət göstərməsi barədə həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs5 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 işlədiyi Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekə gələrək, özünü müxbir kimi təqdim edib, heç bir əsas göstərmədən aptekdə qanunsuz çəkiliş aparıb, vətəndaşlara aptekdən satılan dərmanların çekinin vurulmamasını və kassa aparatının olmaması barədə sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaqla, Zərərçəkmiş şəxs1 yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs5 ilə birlikdə həmin kafəyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə video görüntünü mobil telefonda Zərərçəkmiş şəxs5 nümayiş etdirərək həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Zərdab şəhəri Azərbaycan küçəsindəki mağazasına gəlmiş, sonuncu ondan mağazaya borclu olduğu 200 manat 50 qəpik pulunu istədikdə o, borcunu verməyərək, özünü müxbir kimi təqdim edib, Zərərçəkmiş şəxs3 barəsində sosial şəbəkələrdə həmin mağazada istifadə müddəti keçmiş ərzaq mallarının satılması barədə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs3 500 manat pul tələb etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən Apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 1(107)-200/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş Apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 1(107)-200/2018 saylı qərarından Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli, 1(102)-634/2019 saylı qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilərək yeni Apellyasiya baxışına təyin olunması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(107)-235/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodların ittihamdan xaric edilməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 1(107)-235/2019 saylı qərarından Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 1(102)-566/2020 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək yeni Apellyasiya baxışına təyin olunması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, cinayət işinin materiallarında onun cinayət törətməsini təsdiq edən heç bir sübut yoxdur. Onu şər və böhtanla həbs ediblər. İttiham aktında qeyd edilmişdir ki, guya o özünü müxbir kimi qələmə verərək, sahibkarlardan sosial şəbəkə vasitəsilə hədəqorxu yolu ilə pul tələb etmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində göstərib ki, Qənimət ondan hədə-qorxu yolu ilə pul tələb etməyib. Bundan başqa zərərçəkən şəxs kimi tanınmış Zərərçəkmiş şəxs5 Ucarda yerləşən Lütvəli Babayevlə şərik işlətdikləri üç aptekləri vardır ki, onlardan da biri onun şikayəti əsasında fəaliyyətini dayandırmışdır. Həmin aptekin də kassa aparatı mövcud deyildir. Zərdab rayon polis şöbəsinin əməkdaşları zorla, heç bir order təqdim etmədən onu polis şöbəsinə aparmışlar. Lütvəli Babayevin biznes şərikləri isə zərərçəkmiş şəxs kimi tanınaraq onunla üzləşdirilmişlər. Məhkəmənin çıxardığı hökm ədalətsiz və qanunsuzdur. Ona görə də hökmün ləğv edilərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, jurnalist və ictimai nəzarətçi olduğundan, bəzi sahibkarların qanunsuz fəaliyyətini sosial şəbəkələrdə tənqid etmişdir. İş üzrə zərərçəkmiş şəxslərdən də məhz onların fəaliyyətindən narazı olduğu üçün aidiyyəti orqanlara şikayət edərək, sosial şəbəkələrdə paylaşma etmişdir. Lakin bunun müqabilində zərərçəkmiş şəxslərdən pul tələb etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin olunmasını və təqsirləndirilən şəxs barədə ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, Zərdab şəhərində mağaza işlədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Qənimətlə heç bir qohumluğu və düşmənçiliyi olmayıb. Özünü Zərdab rayonunda jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs 2018-ci ilin mart-aprel aylarında onun mağazasından nisyə olaraq 200 manat məbləğində ərzaq məhsulları, spirtli içkilər almışdır. Təqsirləndirilən şəxs növbəti dəfə mağazaya gələndə Qənimətdən borcunu qaytarmasını tələb etmiş, lakin sonuncu borcunun silinməsini tələb etmişdir. Səbəbini soruşduqda Qənimət əlavə olaraq ondan 500 manat pul verməsini, verməyəcəyi təqdirdə onu rüsvay edəcəyini və barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını demişdir. Sonra Təqsirləndirilən şəxs sosial şəbəkədə onun barəsində şantaj xarakterli məlumatlar yaymış, mağazadan çıxdıqdan sonra haradansa tapdığı, istifadə müddəti keçmiş “Strong” markalı enerji içkisinin şəkilini çəkərək paylaşmış və altından da yalandan həmin enerji içkisinin onun mağazasında satıldığını bildirmişdir. Bundan sonra o, DİN-nə etdiyi elektron müraciət ilə bağlı Zərdab rayon polis şöbəsinə çağırılmış, onun izahatı alınmış və müvafiq araşdırılma aparılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və lazımi tədbirlərin görülməsini məhkəmə kollegiyasından xahiş edir. . Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində yenidən dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Zərdab rayon Pərvanlı kəndində yaşayır. X11 müəssisəsində direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir dəfə ondan yaşadığı kəndin yaxınlığında olan Çallı kəndinin kənarındakı qoruq olan Meşə zolağında ona heyvanlarını otarmağa icazə verməsini tələb etmişdir. O, da Qənimətə həmin ərazilərin qoruq olduğunu, həmin sahələrə yeni ağaclar əkildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona əgər icazə verməsə onun barəsində sossial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını, onu biabır edəcəyini, guya o, həmin əraziləri qanunsuz satdığını bildirərək onu hədələmişdir. Lakin buna baxmayaraq o, razılıq verməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, “xxxx” MMC-də (bazarda) nəzarətçi işləyir. 2018-ci ilin aprel ayında sonradan tanıdığı Zərdab rayon Çallı kənd sakini Təqsirləndirilən şəxs onun iş yerinə gəlib ondan 1000 manat pul istəmişdir. O, da səbəbini soruşduqda, Qənimət ona əgər verməsə, onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını bildirmişdir. Düzdür, o Qənimətə pul verməmişdir, lakin pul vermədiyi üçün Qənimət sosial şəbəkələrdə onun barəsində məlumatlar yaymışdır. Sosial şəbəkədə təhqir etdiyi və ona nalayiq söyüşlər işlətdiyi üçün Qəniməti mülki qaydada məhkəməyə vermişdir. Qənimətin barəsində DİN-nin MCQMİ-nə də müraciət etmiş, oradan Qənimətə xəbərdarlıq edilmiş, lakin Qənimət bundan nəticə çıxarmayaraq yenidən ondan 1000 manat pul tələb etmiş, vermədiyi üçün yenidən onun haqqında sosial şəbəkədə rüsvayedici məlumat yaymışdır. Hətta Qənimət onun barəsində ruhi xəstəlikdən əziyyət çəkərək hərbi xidmətdən yayınması, vətən xaini və vahabi olması kimi barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və lazımi tədbirlərin görülməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Ucar şəhərində “xxxx” MMC-yə məxsus aptekdə satıcı işləyir. 2018-ci ilin may ayında Zərdab rayon PŞ-yə ərizə ilə müraciət etmişdir. Səbəbi də Zərdab rayonu Çallı kənd sakini Təqsirləndirilən şəxs ondan dəfələrlə hədəqorxu, şantajla pul tələb etməsi olmuşdur. Təqsirləndirilən şəxs onun işlətdiyi “xxxx MMC”yə məxsus aptekə gələrək heç bir əsas göstərmədən aptekdə gizli çəkiliş aparmışdır. Səbəbini və kimliyini soruşduqda “mən jurnalistəm, siz qanunsuz fəaliyyət göstərirsiniz və vətəndaşlara qadağan olunmuş psixotrop tərkibli dərmanlar satırsınız” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs gecə-gündüz istənilən vaxt onun telefonuna zəng edərək onu narahat edir, qanunsuz fəaliyyətləri ilə bağlı yalandan sosial şəbəkələrdə rüsvayedici məlumatlar yerləşdirmək hədə-qorxusu ilə ondan 1500 manat pul tələb etmişdir. Qənimət ondan Zərdab rayonu Çallı kəndinə gəlməsini və onunla görüşməsini tələb etdiyi üçün o, da razılaşıb səhəri gün tanışı Zərərçəkmiş şəxs1 Akif oğlu ilə birlikdə Zərdab rayonu Çallı kəndində olan “Göl kafe” adlanan kafeyə getmişlər. Orada Qənimət yenə özünü “Region xəbərləri” saytının jurnalisti kimi təqdim edib, otaqda onlara telefonunda video görüntü göstərdi. Həmin görüntüdə onun gizli çəkiliş apararaq aptekə daxil olduğunu, aptekdə onu və digər işçiləri çəkdiyini görmüşdür. O, Qənimətdən onu tanımadığı halda nə üçün gizli şəkildə apteki çəkdiyini soruşarkən Qənimət işinin bu olduğunu, pul alıb işi bağlaya biləcəyini dedi. Bundan sonra Qənimət Rəhimin işlədiyi aptekə aid video görüntünü göstərərək onların hər birindən 1500 manat pul tələb etdi. Həmin pulu verməyəcəkləri təqdirdə onların barələrində rüsvayedici məlumatlar yayacağını bildirdi. Onlar bu hədəqorxudan sonra özlərinə problem yaratmamaq üçün Rəhimlə adama 100 manat məbləğində pul qoyub 200 manat pul düzəldib Qənimətə verərək onlarla işinin olmamasını bildirdilər. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs onlardan yenə pul tələb etmiş, lakin imkanlarının olmadığını bildirmişlər. Qənimətin əsassız şikayətlərinə görə aidiyyəti orqanlardan onun işlədiyi aptekə yoxlamalar gəlmiş, yoxlama nəticəsində lisenziyaları olmadığı üçün cərimə olunsalar da, heç bir psixotrop dərman aşkar edilməmişdir. Bundan sonra Qənimət ona yoxlamalara güya rüşvət verdiyini, bununla canını qurtara bilməyəcəyini, onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını bildirərək ona hədə-qorxu gəlmişdir. Sonradan sosial şəbəkələrdə, internet xəbər saytlarında Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar paylaşdığını görmüşdür. Qənimətin bu hərəkətlərindən bezərək sonda hüquq-mühafizə orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və lazımi tədbirlərin görülməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ucar şəhərində Ticarət Mərkəzinin yaxınlığında onun apteki fəaliyyət göstərməklə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin mart ayının əvvəllərində Qənimət onun aptekinə gələrək əlində foto-aparat içəri daxil olmuş və qanunsuz olaraq çəkiliş aparmağa başlamışdır. O, Qənimətdən özünü təqdim etməsini və nə əsasla onun obyektində çəkiliş aparmasını soruşanda Qənimət ona obyektinin guya qanunsuz fəaliyyət göstərdiyini və buna görə ondan pul alacağını bildirmişdir. O, da Qənimətə obyektdən çıxmasını tələb etmişdir. Qənimət 15 dəqiqə ərzində çəkiliş aparıb çölə çıxandan sonra ondan pul tələb edərək dediyi məbləği verməyəcəyi halda onun üçün pis nəticələr olacağını, barəsində internet səhifələrində, sosial şəbəkələrdə yazılar yayacağını deyərək onu hədələmiş və tələb etdiyi pulu verməyincə apteki bağlamağını tələb etmişdir. 2018-ci ilin aprel ayında Qənimət onun tanışı Elvinə telefonla zəng edərək onları Zərdab rayonuna çağıraraq 1500 manat pul gətirmələrini tələb etmiş, ona Qənimətin Elvindən də eyni üsulla pul tələb etdiyi məlum olmuşdur. Elvin də Ucar şəhərində aptek işlədir. Elvinlə görüşüb Qənimətin dediyi ünvana, Zərdab rayonunun Çallı kəndinə yeməkxanaya getmişlər. Orada Qənimət onların hərəsindən 1500 manat pulu tələb etmişdir. Onlar da Elvinlə hər biri ayrı-ayrılıqda Qənimətə 100 manat pul vermişlər. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs onlardan yenə pul tələb etmiş, lakin imkanlarının olmadığını bildirmişlər. O, Qənimətin tələb etdiyi pulu verə bilmədikdə Qənimət 2018-ci ilin aprel ayının axırlarında onun fəaliyyəti barədə “YouTube” saytında qanunusuz yayımlar etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və lazımi tədbirlərin görülməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu, birinci instansiya məhkəməsinin ona verilən ittiham daxilində işə baxaraq düzgün nəticəyə gəldiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin xx xxx 2019cu il tarixli, 1(102)-624/2019 nömrəli və xx xxxxxxxx 2020-ci il tarixli, 1(102)-566/2020 nömrəli qərarlarının göstərişləri əsasında yenidən araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, tərəflərin apellyasiya şikayəti ilə bağlı mövqelərini və çıxışlarını yenidən dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar ittihamdan xaric edilməlidir. Ali Məhkəmənin qərarında qeyd edlmişdir ki, qeyd olunanlar (zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, digər sübutların lazımınca yoxlanılmaması, müdafiə tərəfinin dəlillərinin araşdırılmaması və təqdim etdiyi materiallara baxılmaması, müvafiq olaraq da əks məzmunlu sübutların bir-biri ilə müqayisə edilməməsi, bir sözlə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqının natamamlığı) məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs bəraət verilməsi barədə tələb irəli sürmələri ilə birlikdə götürülməklə apellyasiya məhkəməsindən tam şəkildə məhkəmə istintaqının aparılmasını tələb etsə də, məhkəmə əsassız olaraq bundan imtina etmiş, beləliklə də CinayətProsessual Məcəllənin 8-ci maddəsindən irəli gələn vəzifələri lazımınca yerinə yetirilməmişdir. Kollegiya hesab etmişdir ki, cinayət işinə yeni apellyasiya baxışında Ali Məhkəmənin xx xxx 2019-cu il tarixli qərarında istinad edilən məsələlər tam, hərtərəfli araşdırılmamışdır. Onun zərərçəkmiş kimi tanınmış şəxslərin qanunsuz hərəkətləri barədə müxtəlif orqanlara şikayətləri üzrə araşdırmaların aparılıb-aparılmaması və bu araşdırmaların nəticələri öyrənilməmişdir. Təqsirləndirilən şəxs yalnız zərərçəkmiş şəxslərin şikayətləri əsasında ittiham olunduğundan onların bu şikayətlərinin qərəzli olub-olmamasının müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin öz təqsirsizliyi üçün irəli sürdüyü bu dəlillərin araşdırılması qanunun tələbinə də uyğundur Bundan başqa zərərçəkmiş qismində tanınmış şəxslərin polis orqanlarına eyni vaxtda müraciət etmələrinin səbəbi, onların hərkətlərində qabaqcadan razılaşma və ya sifarişin olub-olmaması dəqiq araşdırılmalı və hüquqi qiymət verilməlidir. Bununla əlaqədar Təqsirləndirilən şəxs dəlillərinin həqiqiliyi də yoxlanılmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş qismində tanınmış şəxslər polis orqanlarına ərizə verərkən yalan xəbərçilik etməyə və dindirilərkən yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2019cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar xaric edilmişdir. Lakin məhkəmə kollegiyası həmin zərərçəkmiş qismində tanınmış şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 296-cı və 297-ci maddələrinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verərək bildirmişdir ki, X3 Agentliyində ştatdan kənar müxbir işləmiş, daim imkansz adamlara kömək etmiş, dövlət orqanlarının qanunsuz əməllərini işıqlandırmağa çalışmış, bununla da ictimai fəallıq nümayiş etdirmişdir. Zərərçəkmiş şəxslər də məhz onun hərəkətindən narazı qalaraq polis orqanına müraciət etmişdir. O, heç kimdən hədə-qorxu və şantajla pul tələb etməmiş, sadəcə həmin şəxslərin qanunsuz əməllərini ifşa etməyə çalışmışdır. Onun Zərərçəkmiş şəxs3 heç bir borcu olmamışdır. Zərdab rayon bazarının nəzarətçisi işləyən Zərərçəkmiş şəxs6 barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağını deyib ondan 1000 manat pul istəməmişdir. Faiqlə aralarında məhkəmə mübahisəsi olduğuna görə ondan şikayət etmişdir. X11 müəssisəsində direktor işləyən Zərərçəkmiş şəxs4 mal qarasının qoruq ərazisində otarmasına icazə verməsi üçün hədələməmişdir. Onun barəsində sosial şəbəkədə məlumat yayma barəsində heç bir söz deməmişdir. O, heç vaxt Bəxtiyarın iş yerinə getməmişdir. Bəxtiyara bir dəfə təxminən 2018-ci ilin mart ayının axırlarında zəng edərək müavini X4 meşə zolağını qanunsuz satdığını bildirmişdir. Zərərçəkmiş şəxs4 onun barəsində şikayət etməsinin səbəbini başa düşə bilməmişdir. Zərərçəkmiş kimi tanınnmış Zərərçəkmiş şəxs2 Zərdab şəhəri “xxxx” adlanan yerdə yerləşən “Lüks Oil” yanacaqdoldurma məntəqəsində işləmişdir. O, benzinə dizel yanacağı əlavə edib satmışdır, onun da oradan avtomaşınına benzin vurduğuna və avtomaşında yaranan nasazlığa görə ustaya apararkən ustanın bunun səbəbinin benzinə dizel yanacağının qatılması olduğunu demişdir. Ona görə də Zərərçəkmiş şəxs2 barəsində İqtisadiyyat Nazirliyinə şikayət etmişdir. Ondan 1000 manat pul tələb etməmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 “xxxx” MMC-yə məxsus aptekdə işləyirdilər. Onların narkotik tərkibli “Ataraks” dərmanını reseptsiz və kassa çeki vurmadan satması barədə Səhiyyə Nazirliyinə yazılı şikayət etmişdir. Ona görə də onların apteki bir müddət bağlanmışdır. Onları hədələməmiş və onlardan pul tələb etməmişdir. Onlar Zərdab rayonu Çallı kəndində olan “Göl kafe” adlanan yerdə görüşən zaman cəmi 28 manat yemək pulunu vermişlər. Həmin şəxslər qərəzli olaraq ondan şikayət etmişlər. Kollegiyanın iclasında görüşün səbəbi soruşulduqda, təqsirləndirilən şəxs əvvəl görüşdə iştirak etməkdə heç bir başqa niyyətinin olmamasını bildirsə də, sonra aptek işlədənlərin əməllərinin ifşa edilməsi ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində yenidən dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, Zərdab şəhərində mağaza işlədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla heç bir qohumluğu və düşmənçiliyi olmayıb. Özünü Zərdab rayonunda jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs 2018-ci ilin mart-aprel aylarında onun mağazasından nisyə olaraq 200 manat məbləğində ərzaq məhsulları, spirtli içkilər almışdır. Təqsirləndirilən şəxs növbəti dəfə mağazaya gələndə Qənimətdən borcunu qaytarmasını tələb etmiş, lakin sonuncu borcunun silinməsini tələb etmişdir. Səbəbini soruşduqda Qənimət əlavə olaraq ondan 500 manat pul verməsini, verməyəcəyi təqdirdə onu rüsvay edəcəyini və barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını demişdir. Sonra Təqsirləndirilən şəxs sosial şəbəkədə onun barəsində şantaj xarakterli məlumatlar yaymış, mağazadan çıxdıqdan sonra haradansa tapdığı, istifadə müddəti keçmiş “Strong” markalı enerji içkisinin şəklini çəkərək paylaşmış və altından da yalandan həmin enerji içkisinin onun mağazasında satıldığını bildirmişdir. Bundan sonra o, DİN-nə etdiyi elektron müraciət ilə bağlı Zərdab rayon polis şöbəsinə çağırılmış, onun izahatı alınmış və müvafiq araşdırılma aparılmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və lazımi tədbirlərin görülməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində yenidən dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Zərdab rayon Pərvanlı kəndində yaşayır. X11 müəssisəsində direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bir dəfə ondan yaşadığı kəndin yaxınlığında olan Çallı kəndinin kənarındakı qoruq olan Meşə zolağında ona heyvanlarını otarmağa icazə verməsini tələb etmişdir. O, da Qənimətə həmin ərazilərin qoruq olduğunu, həmin sahələrə yeni ağaclar əkildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona əgər icazə verməsə onun barəsində sossial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını, onu biabır edəcəyini, guya o, həmin əraziləri qanunsuz satdığını bildirərək onu hədələmişdir. Lakin buna baxmayaraq o, razılıq verməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, “xxxx” MMC-də (bazarda) nəzarətçi işləyir. 2018-ci ilin aprel ayında sonradan tanıdığı Zərdab rayon Çallı kənd sakini Təqsirləndirilən şəxs onun iş yerinə gəlib ondan 1000 manat nəğd pul istəmişdir. O, da Qənimətdən səbəbini soruşduqda, Qənimət ona əgər verməsə, onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını bildirmişdir. Düzdür, o Qənimətə pul verməmişdir, lakin pul vermədiyi üçün Qənimət sosial şəbəkələrdə onun barəsində məlumatlar yaymışdır. Sosial şəbəkədə təhqir etdiyi və ona nalayiq söyüşlər işlətdiyi üçün Qəniməti mülki qaydada məhkəməyə vermişdir. Qənimətin barəsində DİN-nin MCQMİ-nə də müraciət etmiş, oradan Qənimətə xəbərdarlıq edilmiş, lakin Qənimət bundan nəticə çıxartmayaraq yenidən ondan 1000 manat nəğd pul tələb etmiş, vermədiyi üçün yenidən onun haqqında sosial şəbəkədə rüsvayedici məlumat yaymışdır. Hətta Qənimət onun barəsində ruhi xəstəlikdən əziyyət çəkərək hərbi xidmətdən yayınması, vətən xaini və vahabi olması kimi barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymışdır. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində yenidən dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Ucar şəhərində “xxxx” MMC-yə məxsus aptekdə satıcı işləyir. 2018-ci ilin may ayında Zərdab rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. Səbəbi də Zərdab rayonu Çallı kənd sakini Təqsirləndirilən şəxs ondan dəfələrlə hədəqorxu, şantajla pul tələb etməsi olmuşdur. Təqsirləndirilən şəxs onun işlətdiyi “xxxx MMC”yə məxsus aptekə gələrək heç bir əsas göstərmədən aptekdə gizli çəkiliş aparmışdır. Səbəbini və kimliyini soruşduqda “mən jurnalistəm, siz qanunsuz fəaliyyət göstərirsiniz və vətəndaşlara qadağan olunmuş psixotrop tərkibli dərmanlar satısınız” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs gecə-gündüz istənilən vaxt onun telefonuna zəng edərək onu narahat etmiş, qanunsuz fəaliyyətləri ilə bağlı yalandan sosial şəbəkələrdə rüsvayedici məlumatlar yerləşdirmək hədə-qorxusu ilə ondan 1500 manat pul tələb etmişdir. Qənimət ondan Zərdab rayonu Çallı kəndinə gəlməsini və onunla görüşməsini tələb etdiyi üçün o, da razılaşıb səhəri gün tanışı Zərərçəkmiş şəxs1 Akif oğlu ilə birlikdə Zərdab rayonu Çallı kəndində olan “Göl kafe” kafesinə getmişlər. Orada Qənimət yenə özünü “Region xəbərləri” saytının jurnalisti kimi təqdim edib, otaqda onlara telefonunda video görüntü göstərmişdir. Həmin görüntüdə onun gizli çəkiliş apararaq aptekə daxil olduğunu, aptekdə onu və digər işçiləri çəkdiyini görmüşdür. O, Qənimətdən onu tanımadığı halda nə üçün gizli şəkildə apteki çəkdiyini soruşarkən Qənimət işinin bu olduğunu, pul alıb işi bağlaya biləcəyini demişdir. Bundan sonra Qənimət Rəhimin işlədiyi aptekə aid video görüntünü göstərərək onların hər birindən 1500 manat pul tələb etmişdir. Həmin pulu verməyəcəkləri təqdirdə onların barələrində rüsvayedici məlumatlar yayacağını bildirmişdir. Onlar bu hədə-qorxudan sonra özlərinə problem yaratmamaq üçün Rəhimlə adama 100 manat məbləğində pul qoyub 200 manat pul düzəldib Qənimətə verərək onlarla işinin olmamasını bildirmişlər. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs onlardan yenə pul tələb etmiş, lakin imkanlarının olmadığını bildirmişlər. Qənimətin əsassız şikayətlərinə görə aidiyyəti orqanlardan onun işlədiyi aptekə yoxlamalar gəlmiş, yoxlama nəticəsində lisenziyaları olmadığı üçün cərimə olunsalar da, heç bir psixotrop dərman aşkar edilməmişdir. Bundan sonra Qənimət ona yoxlamalara güya rüşvət verdiyini, bununla canını qurtara bilməyəcəyini, onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını bildirərək ona hədə-qorxu gəlmişdir. Sonradan sosial şəbəkələrdə, internet xəbər saytlarında Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar paylaşdığını görmüşdür. Qənimətin bu hərəkətlərindən bezərək sonda hüquqmühafizə orqanına müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində yenidən dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərişdir ki, Ucar şəhərində Ticarət Mərkəzinin yaxınlığında onun apteki fəaliyyət göstərməklə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin mart ayının əvvəllərində Qənimət onun aptekinə gələrək əlində foto-aparat içəri daxil olmuş və qanunsuz olaraq çəkiliş aparmağa başlamışdır. O, Qənimətdən özünü təqdim etməsini və nə əsasla onun obyektində çəkiliş aparmasını soruşanda Qənimət ona obyektinin güya qanunsuz fəaliyyət göstərdiyini və buna görə ondan pul alacağını bildirmişdir. O, da Qənimətə obyektdən çıxmasını tələb etmişdir. Qənimət 15 dəqiqə ərzində çəkiliş aparıb çölə çıxandan sonra ondan pul tələb edərək dediyi məbləği verməyəcəyi halda onun üçün pis nəticələr olacağını, barəsində internet səhifələrində, sosial şəbəkələrdə yazılar yayacağını deyərək onu hədələmiş və tələb etdiyi pulu verməyincə apteki bağlamağını tələb etmişdir. 2018-ci ilin aprel ayında Qənimət onun tanışı Elvinə telefonla zəng edərək onları Zərdab rayonuna çağıraraq 1500 manat pul gətirmələrini tələb etmiş, ona Qənimətin Elvindən də eyni üsulla pul tələb etdiyi məlum olmuşdur. Elvin də Ucar şəhərində aptek işləyir. Elvinlə görüşüb Qənimətin dediyi ünvana, Zərdab rayonunun Çallı kəndinə yeməkxanaya getmişlər. Orada Qənimət onların hərəsindən 1500 manat pulu tələb etmişdir. Onlar da Elvinlə hər biri ayrı-ayrılıqda Qənimətə 100 manat pul vermişlər. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs onlardan yenə pul tələb etmiş, lakin imkanlarının olmadığını bildirmişlər. O, Qənimətin tələb etdiyi pulu verə bilmədikdə Qənimət 2018-ci ilin aprel ayının axırlarında onun fəaliyyəti barədə “YouTube” saytında qanunusuz yayımlar etmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir . Kollegiyanın iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 niyə məhz Ucar Rayon Polis Şöbəsinə deyil, Zərdab Rayon Polis şöbəsinə müraciət etmələri soruşulduqda, hər ikisi ayrı-ayrılıqda Təqsirləndirilən şəxs yaşayış yerinin Zəradb rayonu olduğu üçün həmin rayona müraciət etmələrini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismindəyenidən dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadığı Zərdab rayon Çallı kəndinin yaxınlığında özünə məxsus “Göl kafe” adlı yeməkxana işlədir. Zərdab rayonu Çallı kənd sakini Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır, onunla qohumluğu və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs bir neçə dəfə boynunda jurnalist birkası gəzdirdiyini görmüşdür. 2018-ci ilin aprel ayında təxminən axşama yaxın tanımadığı 2 nəfər cavan oğlan ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun yeməkxanasının qarşısına gələrək ondan Qənimət adlı şəxsin iş yerinin hara olduğunu soruşdu. O, da onlara Qənimətin orada işləmədiyini, ancaq onu tanıdığını bildirmişdir. Söhbət əsnasında onların Ucar şəhərindən olmalarını bilmişdir. Bir az keçmiş Qənimət özü də tək oraya gələrək həmin şəxslərin onun qonaqları olduğunu bildirmişdir. Onlar yeməkxanada oturub yemək yemişlər. Yemek pulunun kimin verdiyini, onların arasında nə barədə söhbət olduğunu bilməmişdir. Həmin vaxt kimin-kimə nə verdiyini görməmiş, amma həmin şəxslərin Təqsirləndirilən şəxsla astadan mübahisə etdiyinin şahdi olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində yenidən dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, Zərdab rayon Çallı kəndinin yaxınldığında olan X11 müəssisəsində 2008-ci ildən gözətçi işləyir. Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır, onunla heç bir qohumluğu və düşmənçiliyi yoxdur. 2018-ci ilin mart ayının əvvəllərində Qənimət gəlib ondan özünə məxsus mal-qarasını qoruq ərazisində qanunsuz otarmağına icazə verilməsini demiş, o da Qənimətə qoruq ərazisində mal-qara otarmağa icazə verilmədiyini bildirmişdir. Bu barədə idarənin rəhbəri Zərərçəkmiş şəxs4 və sahə rəisi Şahid3 da bildirmişdir. Qənimətin ondan bu cür qanunsuz tələbləri bir neçə dəfə olmuşdur. O, Qənimətin bütün tələblərini sahə rəisi Şahid3 hər dəfə bildirmişdir, sonradan Qənimətin camaatdan pul tələb etdiyinə görə tutulduğunu eşitmişdir. Məhkəmə kollegiyası iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində yenidən dəvət edilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda Zərdab rayonu Çallı kəndində yaşayır və X11 müəssisəsində işləyir. Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri vardır. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs hansı səbəbə görə Zərdab Rayon Polis Şöbəsinə şikayət etməsindən məlumatı olmamışdır. O, Qənimətə görə Zərərçəkmiş şəxs4 heç bir xahiş etməmişdir. Məhkəmə kollegiyasının iclasına dəvət olunmuş Zərərçəkmiş şəxs2, şahidlərdən Şahid3 və Şahid4 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iştirak edə bilməycəklərini, əvvəlki ifadələrini təsdiq etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya bununla bağlı tərəflərin mövqeyini öyrəndikdən sonra həmin şəxslərin teleqramını nəzərə alaraq, əvvəl verdikləri ifdələrini elan etdi. Cinayət işinin materiallarına əlavə edilərək tədqiq edilmiş: məhkəmə-fonoskopik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 16593 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətindən ibarətdir. 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs5 məxsusdur. 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində K3” kimi işarə olunmuş diktorun səsi və nitqi-X5 məxsusdur. 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində K4” kimi işarə olunmuş diktorun səsi və nitqi ehtimal ki, - Şahid1 məxsusdur. 1 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqram ilkin yazılmış fonoqramın əvvəlindən olmaqla müəyyən hissəsindən kəsilərək əldə olunmuşdur. Mübahisəli fonoqramdakı danışıq hissələrində mantaj əlamətləri müəyyən olunmamışdır. Eyni zamanda həmin rəydə göstərilmişdir ki, xx xxxx 2018-ci il tarixdə adından eyniləşdiriləcək təhqiqat aparılacaq şəxs Təqsirləndirilən şəxs eksperimental səs və nitq nümunəsinin götürülməsindən imtina etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxx 2018-ci il tarixli, 304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməlləri törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməllərini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iktidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hazırki ekspertiza zamanı öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır, Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayaraq düzgün ifadə vermək qabiliyyətindədir. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükə törətmir. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda göstərilən Qərarlarının göstərişləri əsasında yenidən məhkəmə istinaqı apararaq gəldiyi hüquqi nəticəni aşağıdakı qeyd edilənlərlə əsaslandırır.
1. Ali Məhkəmənin göstərişlərdən biri ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin qanunsuz hesab etdiyi fəaliyyət barədə dövlət orqanlarına rəsmi müraciətlərini və bu müraciətlərin qəbul edilib araşdırmaların aparılmasını, araşdırma nəticəsində onun verdiyi bir sıra məlumatların təsdiq olunduğunu əks etdirən (c.i.materiallarında olan) sənədlər ibtidai istintaqda nəzərə alınmadığı kimi, məhkəmələr tərəfindən də qiymətləndirilməmişdir. Kollegiya bu göstəriş üzrə qiymətləndirmə apararaq qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, özünü “ictimai nəzarətçi” kimi göstərərək özünün dediyi kimi zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin qanunsuz fəaliyyətindən müvafiq orqanlara müraciət etdiyini etiraf etmişdir. Həmin şikayətlər əsasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 işlədiyi mağazada yoxlama aparılmışdır. Lakin heç bir qanunsuzluq aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bunun ona qarşı qərəzli olması ilə əsaslandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 200 manat 50 qəpik borcu olmuş, o da həmin borcunu tələb etdikdə sonuncu ondan şikayət etməklə yanaşı, şantaj və hədə-qorxu ilə ondan pul tələb etmiş, verməyəcəyi təqdirdə rüsvay edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 hətta Təqsirləndirilən şəxs enerji içkisinin satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 200 manat 50 qəpik borcu qalması iş materialları ilə də sübut olunur (c/i. 2-cild səh. 89-92).
2. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərdən biri ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə etdiyi şikayətlər üzrə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 işlədikləri apteklərdə keçirilmiş yoxlamalar zamanı ciddi pozuntuların aşkar edilməsi hallarının onun təqsirsizliyini təsdiq edən hallar olub olmaması ciddi yoxlanılıb hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edilən göstərişlə bağlı iş materiallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini hərtərəfli araşdırıb qeyd edir: - İş materiallarında ( İİ cild səhifə 127) olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7” MMC tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx xxxxx 2018-ci il tarixli məktubdan görünür ki, aparılan söhbətlər əsasında alınmış izahat və aptekin məxsus olduğu “xxxx” MMC-nin rəhbərliyi ilə telefon əlaqəsi yaradıldıqdan sonra məlum olmuşdur ki, şirkətin qeyd olunan ünvanda “yeni aptek məntəqəsinin təşkil edilməsi barədə” müraciətilə əlaqədar İqtisadiyyat Nazirliyinin məktubuna əsasən Səhiyyə Nairliyinin mütəxəssisləri- tərəfindən həmin ünvana rəy üçün baxış keçirilərkən orada yaradılmış şərait əczaçılıq qaydalarının mövcud tələblərinə uyğun olmadığına görə obyekt bağlanılmış (dərman və köməkçi tibbi vasitələr tamamilə yığışdırılmışdır) və hal-hazırda fəaliyyət göstərmir. Eyni zamanda bildirilmişdir ki, obyektdə lazımı şərait yaradılmaqla lisenziya almadan əzcaçılıq fəaliyyəti göstəriləcəyi təqdirdə tərəflərindən Səhiyyə Nazirliyinin mövcud mahiyyətləri daxilində ən sərt tədbirlər görüləcəyi və müvafiq orqanlara məlumat veriləcəyi barədə aptekin məsul şəxsinə ciddi şəkildə xəbərdarlıq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, məktubda adı çəkilən “Ataraks” (Hydroksizin 25 mq, tablet) dərman vasitəsi ölkə ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və ya xüsusi nəzarət tələb edən narkotik, psixotrop vasitələr və güclü təsir edən maddələrin siyahısına daxil deyildir. - İş materiallarında ( İİ cild, səhifə 142) olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7” MMC tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx xxxxx 2018-ci il tarixli 27 aprel 2018-ci il tarixli 03/3302 saylı məktubundan görünür ki, X1 müfəttişləri tərəfindən xx.xx.2018-ci il tarixində ərizədə qeyd olunan ünvan 7 28 May küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən aptekə baxış keçirilən zaman aptekin kassanəzarət aparatı və lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olması müəyyən edilərək aptekin sahibi Zərərçəkmiş şəxs5 barəsində İXM-in müvafiq maddəsinə uyğun protokol tərtib edilmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin şikayəti qeyd olunan apteklərdə psixotrop tərkibli dərmanların satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs özü də bunu inkar etməmiş və dediyinə görə adını çəkə bilmədiyi valideynlərin belə məlumat aldığından, “ictimai nəzarətçi” kimi belə “əməliyyat” keçirmişdir. Lakin məktubdan göründüyü kimi aptekdə psixotrop tərkipli dərmanlar aşkar edilməmişdir. Göstərilənlərlə bağlı məhkəmə iclasında Təqsirləndirilən şəxs dövlət ittihamçısının apteklərdə qanunsuz psixotrop maddə satılması barədə konkret olaraq hansı şəxslərdən məlumat alması və nəyə görə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməməsi barədə sualına cavab verə bilməmişdir. 3.Təqsirləndirilən şəxsin öz təqsirsizliyi barədə irəli sürdüyü dəlillərin araşdırılmaması ilə bağlı göstəriş üzrə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs ştatdan kənar jurnalist olmaqla yanaşı, ictimai nəzarətçi (fəal) olmasını etiraf edir və bildirir ki, o həqiqətən də müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən, o cümlədən hazırki iş üzrə zərərçəkmiş şəxslərin fəaliyyətindən narazı olduğu üçün müxtəlif orqanlara müraciət etmiş, onlara məxsus obyektlərdə çəkiliş aparmışdır. Lakin əsas məqsədi “ictimai nəzarət” olmuş, heç kimdən hədə-qorxu və şantajla pul tələb etməmişdir. O, özü müxtəlif vaxtlarda əməliyyat aparırmış. Kollegiyanın iclası zamanı çarpaz dindirilmə aparılmış, bu zaman zərərçəkmiş şəxslər ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ifadəsinə qarşı etiraz edərək bildirmişlər ki, sonuncu onlardan pul tələb etmiş, verməyəcəkləri təqdirdə şantaj edərək və sosial şəbəkədə rüsvayedici məlumat yayacağını bildirmiş, hətta müxtəlif saytlarda yaymışdır. Qeyd olunan göstəriş üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Rəhim İbrahimovun, həmçinin Şahid1 ifadələrindən aydın oldu ki, hər üç şəxs Zərdab rayon Çallı kəndinin yaxınlığında yerləşən “Göl kafe” adlı yeməkxanada görüşmüş, hesabı da zərərçəkmiş şəxslər ödəmişdir. İşin bu halını Təqsirləndirilən şəxs da mübahisələndirməmişdir. Lakin Təqsirləndirilən şəxs həmin şəxslərdən pul tələb etmədiyini, zərərçəkmiş şəxslərin ona 200 manat vermədiyini bildirmişdir. Kollegiya təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı irəli sürdüyü bu dəlilə də tənqidi yanaşaraq qeyd edir ki, zərərçəkmiş şəxslər Ucar rayon sakini olmaqla, həmin rayonda fəaliyyət göstərdikləri halda, nəyə görə Zərdab rayonuna gəlmiş və əvvəlcədən heç bir tanışlıq və münasibətləri olmayan şəxslə (Təqsirləndirilən şəxsla) görüşmüşlər. Göründüyü kimi zərərçəkmiş şəxslərin həmi kafeyə getməsi də məhz Təqsirləndirilən şəxs təkidi və özünün dediyi kimi “əməliyyatının” nəticəsində olmuşdur. Kollegiyanın araşdırılması zamanı təqsirləndirilən şəxs bunu gah psixotrop tərkibli dərmanlara qarşı mübarizə apardığını, gah da adını çəkə bilmədiyi valideynlərin şikayəti əsasında araşdırma apardığını bildirmiş, zərərçəkmiş şəxslər isə təhdidedici telefon zənglərindən yorulduğunu, sonuncunun onları müxtəlif sosial şəbəkələrdə rüsvay edəcəyi hədəsi ilə pul tələb etdiyini, məsələni həll etmək üçün həmin kafeyə, Qənimətin “ofisinə” getdiklərini bildirmiş və orada çörək yedikdən sonra Təqsirləndirilən şəxs ümumilikdə 200 manat pul verdiklərini bildirmişlər. Göründüyü kimi təqsirləndirilən şəxsin apellyasiya şikayətinin bu dəlili də özünümüdafiə xarakterlidir.
4. Kollegiya digər göstəriş üzrə araşdırmanı davam etdirərək Zərdab rayon Prokurorluğuna və Zərdab rayon Polis şöbəsinə sorğu verərək, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında əvvəllər də münaqişə olubolmamasını araşdırmış, lakin həmin orqanlar tərəfindən sözügedən şəxslər barəsində əvvəllər münaqişə xarakterli şikayətlərin olmaması barədə məlumat vermişlər. İş materiallarının 6-cı cildinin 99-110-ci səhifələrindəki məhkəmə qətnamələrindən də göründüyü kimi Zərərçəkmiş şəxs6lə Təqsirləndirilən şəxs arasında mülki mübahisə olmuşdur. Həmin qərarların tarixi Təqsirləndirilən şəxs barəsində polis orqanına müraciət edilməsindən, hətta həbsindən sonrakı tarxə təsadüf edir. Buradan belə məntiqi nəticəyə gəlmək olur ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs barədə əvvəl polis orqanına (DİNə) müraciət etmişdir. Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsinin xx.xx.2018-ci il tarixli 23-47 nömrəli məktubunun məzmunundan (c/i. 1-ci cild 247-248-ci səhifə) görünür ki, Ucar şəhər sakini X2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinə baxılarkən Ucar şəhər sakini Zərərçəkmiş şəxs5 Azər Purqafari ilə birgə fəaliyyət göstərən Təqsirləndirilən şəxs hərəkətləri barəsində müxtəlif instansiyalara şikayət etdiyini və buna görə də A.Purqafarinin Təqsirləndirilən şəxs hərəkətləri barəsində Zərdab rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə şikayətinin geri götürülməsi ilə əlaqədar ona təzyiq göstərildiyini bildirmişdir.
Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 mağazasında satılan “Strong” içkisinin digər şəxsləri deyil, yalnız Təqsirləndirilən şəxs zəhərləməsi, habelə Zərərçəkmiş şəxs2 “Lüks Oil” yanacaqdoldurma məntəqəsində satılan benzinin digər şəxslərin deyil, yalnız Təqsirləndirilən şəxs avtomaşınını nasaz etməsi bir mənalı olaraq ağlaban deyildir və bu bir daha Təqsirləndirilən şəxs həmin şəxslərə şər-böhtan ataraq onlardan pul tələb etməsinə dəlalət edir. Göründüyü kimi apellyasiya şikayətinin bu dəlili də təkzib olunur.
5. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişi baxımından zərərçəkmiş şəxslərin hamsının nəyə görə eyni vaxtlarda, yəni 2018-ci ilin 11 və 12 may tarixlərində Zərdab rayon Polis şöbəsinə müraciət etmələrinə də xüsusi diqqət yetirmişdir. Bu xüsusat üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o əvvəlcə DİN-nə müraciət etmiş, bundan sonra polis şöbəsinə dəvət olunmuş, Zərdab rayon Polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş bildirmişdir ki, yəqin şikayəti aidiyyəti üzrə həmin şöbəyə göndərilmiş, həm də Təqsirləndirilən şəxs barəsində şöbəyə çoxlu şikayətlər daxil olduğundan yəqin hamını təxminən eyni vaxta dəvət etmişlər. Digər zərərçəkmiş şəxsləri əvvəllər tanımamış və onların da Təqsirləndirilən şəxs şikayətçi olmalarını bu hadisələr zamanı bilmişdir. Şikayətlə bağlı heç kim ona sifariş verməmişdir. Digər Zərərçəkmiş şəxs6 da əvvəlcə Bakı şəhərinə, yəni DİN-nin MCQMİ-yə müraciət etdiyini, sonra isə Zərdab rayon Polis şöbəsinə müraciət etdiyini bildirmiş və digər zərərçəkmiş şəxslərin də Təqsirləndirilən şəxs şikayətçi olmalarından bu hadisələr zamanı xəbərdar olmuşdur Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Rəhim İbrahimov da digər zərərçəkmiş şəxsləri tanımadıqlarını, onlara heç kim tərəfindən təzyiq və ya sifariş verilmədiyi bildirərək, təqsirləndirilən şəxsin təhdidlərindən yorulduqlarından sonda hüquqlarının müdafiəsi üçün polis orqanına müraciət etdiklərini bildirmişlər. Sədrlik edənin sorğu-sualı zamanı zərərçəkmiş şəxslər ayrı-ayrılıqda bir-birlərini tanımadıqlarnı, qabaqcadan razılaşma olmadığını, onlara heç kim tərəfindən təzyiq olunmadığını və ya sifariş verilmədiyi bildirərək, təqsirləndirilən şəxsin təhdidlərindən yorulduqlarından polis orqanına müraciət etdiklərini bildirmişlər.
6. Apteklər üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs5 və X15 Nazirliyində verdikləri izahatlarda Qənimətin onlara hədə-qorxu gəlmələrini göstərməmişlər. Suala cavab olaraq zərərçəkmiş şəxslər göstərmişdir ki, onlar yalnız aptekin fəaliyyəti ilə bağlı izahat vermişlər, hədə-qorxu və şantaj barədə isə polis orqanında bildirmişlər. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, nəyə görə Qənimət onlardan şikayət etdikdən (aprel ayı) sonra ondan polisə şikayət etmişlər? (may ayı) Suala cavab olaraq göstərmişlər ki, əvvəlcə Qənimət onlardan pul tələb etmiş, hərəsi ona 100 manat pul vermiş və ondan şikayət etmək fikirləri olmamışdır. Sonradan Qənimətin tələb etdiyi pulun hamısını vermədikdə Qənimət onlardan qərəzli olaraq şikayət yazmış və bundan sonra onlar da Qənimətin hərəkətləri barədə polisə şikayət vermək qərarına gəlmişlər. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, nəyə görə həmin zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə polis şöbəsinə müraciət etmiş və əgər bu şəxslərin polis şöbəsinə yazdıqları ərizədəki məlumatlar etimad doğuran, dəqiq və qərəzsiz məlumat olmuşdursa, polis əməkdaşları Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən hədə-qorxu ilə pul alan yerdə ifşa edə bilməmişlər? Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 suala cavab olaraq göstərmişlər ki, ifadələrində qeyd etdikləri kimi əvvəlcə Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə onlardan pul tələb etmiş, hərəsi ona 100 manat pul vermiş və Təqsirləndirilən şəxs şikayət etmək fikirləri olmamış, eyni zamanda Qənimətin də onlardan şikayət edəcəyini gözləməmişlər. Sonradan Təqsirləndirilən şəxs onlardan ardıcıl olaraq telefonla zəng edib hədə-qorxu gələrək pul tələb etmiş, onlar pulu vermədikdə Təqsirləndirilən şəxs onlardan qərəzli olaraq şikayət yazmış və bundan sonra xx.xx.2018-ci il tarixdə onlar da Qənimətin hərəkətləri barədə polisə şikayət vermək qərarına gəlmişlər. Həmin xüsusat üzrə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslər hadisədən sonra polis şöbəsinə məlumat verdiklərinə görə polis əməkdaşları Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə hədə-qorxu ilə pul tələb etməsini ifşa edə bilməzdilər.
7. Ali Məhkəmənin göstərişləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası cinayət işinin 2-ci cildinin 50-ci vərəqində olan müstəntiqin tərtib etdiyi “xxxx” MMC-dən alınmış telefon danışıqları üzrə hüquqi dəyərləndirmə aparmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 14:46-da Təqsirləndirilən şəxs öz istifadəsində olan 050 460-89-67 nömrəli mobil telefondan Zərərçəkmiş şəxs5 istifadəsində olan 050 460-39-65 nömrəli mobil telefona zəng edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə bir neçə dəfə zəng olunduğu müəyyən edilmişdir. Bu xüsusat üzrə də tərəfləri çarpaz dindirən kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlcə zəng etmədiyini, sonra isə bunu, “valideynlər”dən ona daxil olmuş şikayətlər əsasında apraşdırması ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs5 isə ona Təqsirləndirilən şəxs tərəfindən hətta gecə saat 2-3 radələrində də zəng edildiyini, eyni xarakterli təhdidlər edildiyini, əlacsız qalaraq ona zəng edib bunu etməməyi xahiş etmişdir. Sorğu-sual zamanı təqsirləndirilən şəxs “valideynlər”in kimliyi barədə məlumat verə bilməmiş, ya da vermək istəməmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 2018-ci ilin fevral ayının əvvəllərində özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni özünü müxbir kimi təqdim edib Zərərçəkmiş şəxs2 məxsus Zərdab şəhəri “xxxx” adlanan ərazidə yerləşən “Lüks Oil” yanacaqdoldurma məntəqəsində vətəndaşlara satılan benzinə güya, dizel yanacağı əlavə edilməsi barədə sosial şəbəkələrdə rüsvayedici məlumatları yayacağı hədəsi ilə həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs2 1000 manat nağd pul tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə ondan 1000 manat pul tələb etdiyini göstərsə də, elə onun özünün (zərərçəkmişin) ifadəsindəki bir sıra məqamlar, mövcud faktların hədə-qorxu ilə tələb etmə cinayətinin əlamətləri ilə (məhkəmələrin gəldikdələri nəticələrlə) uzlaşmadığını, əslində məhkumun mövqeyi ilə uyğunluq təşkil etdiyini göstərir. Belə ki, zərərşəkmiş Zərərçəkmiş şəxs2 ifadəsindən də görünür ki, onunla Təqsirləndirilən şəxs arasında ilk təmas olanadək artıq sosial şəbəkələrdə yanacaqdoldurma məntəqəsinin sahibi kimi onun fəaliyyətini mənfi yöndə əks etdirən məlumatlar dərc edilmiş və məlumatların dərc edilməsi barədə xəbəri də o, Zərərçəkmiş şəxs2 deyil, məlumatların müəllifi Təqsirləndirilən şəxs olduğunu biləndən sonra da məhz Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini araşdırıbtapmış və özü Təqsirləndirilən şəxs zəng etmişdir. Bundan başqa (yəni, Təqsirləndirilən şəxs rüsvayedici məlumatları yayacağı ilə Zərərçəkmiş şəxs2 hədələməsi təsdiq olunmadığı kimi), Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 1000 manat pul tələb etməsi barədə iddia da heç bir sübuta söykənmir. Hətta, sözügedən xüsusat barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 özünün belə ifadələri ziddiyyətli olduğundan, bu cür iddianı təsdiq edən (belə ittiham üçün kifayət edən) mənbə kimi nəzərdən keçirilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs2 xx xxx 2018-ci ildə Zərdab Rayon Polis Şöbəsinə verdiyi ərizədə Təqsirləndirilən şəxs ondan hər hansı məbləğdə pul tələb etməsi barədə şikayət etməmişdir. Zərərçəkmiş şəxs2 ərizəsində 2018-ci ilin fevral ayında Təqsirləndirilən şəxs sosial şəbəkələrdə onun “Lüks Oil” yanacaqdoldurma məntəqəsində avtomobillərə vurulan benzinə dizel yanacağı qatılması barədə məlumat yaymasını biləndən sonra Təqsirləndirilən şəxs mobil telefon nömrəsini tapıb ona zəng etdiyini bildirir və söhbət zamanı Təqsirləndirilən şəxs aşağıdakı sözləri dediyini qeyd edir: “mən sən barədə eşitmişəm. Ayrı-ayrı şəxslərdən şantaj edib pul tələb edirsən, amma mən sənə pul verəcəyimi fikirləşmə”. Zərərçəkmiş şəxs qismində xx xxx 2018-ci il tarixdə müstəntiq tərəfindən dindirilməsi zamanı da Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan pul tələb etməsini birmənalı olaraq inkar etmişdir. Belə ki, həmin xüsusata aid hissədə Zərərçəkmiş şəxs2 aşağıdakıları göstərmişdir: “...Qənimət mənim barəmdə rüsvayedici məlumatlar yaysa da, məndən pul tələb etməyə cürəti çatmayıb. Mən özüm buna şərait yaratmamışam. Ancaq o, mənim barəmdə yalan və rüsvayedici məlumatlar yaymaqla və məni işimdən-gücümdən edib vaxtımı alıb mənə mənəvi ziyan vurmuşdur. Mən ondan mənə vurulmuş mənəvi ziyanı tələb edirəm”. İbtidai istintaqın gedişində xx xxx 2018-ci ildə verdiyi növbəti ifadəsində isə artıq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs (qohumlarından sosial şəbəkələrdə ona məxsuz yanacaqdoldurma məntəqəsi barədə məlumatların yayılmasını bilib özü mobil telefonla Təqsirləndirilən şəxs zəng etdiyi vaxt) ondan 1000 manat tələb etməsini iddia etsə də, bu iddia onun həmin ifadəsinin ümumi məzmunu ilə ziddiyyət təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs2 bu cür iddia irəli sürməklə yanaşı ifadəsində bildirir: “...Ona telefonla dedim ki, eşitmişəm ki, sən ayrı-ayrı şəxslər barəsində yalan və rüsvayedici məlumatlar yayaraq pul tələb edirsən. Ancaq mən sən bildiyin şəxslərdən deyiləm. Mən sənin hərəkətlərin barəsində lazımi orqanlara müraciət edəcəyəm. Dediyin məsələləri sübuta yetirməsən qanun qarşısında cavab verəcəksən. Qənimət həmin vaxt heç nə demədi. Ancaq 2018-ci ilin fevral ayının axırında məni DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırdılar. Mən də getdim. Orada mənə bildirdilər ki, Təqsirləndirilən şəxs mənim onu ölümlə hədələməyim barədə həmin polis idarəsinə şikayət edib”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 1000 manat tələb etməsi barədə iddia sonuncunun məhkəmədə verdiyi (o cümlədən, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilmiş) ifadəsinin ümumi məzmunu ilə də uyğunsuzluq təşkil edir. Zərərçəkmiş şəxs2 ifadələrinə görə o, Təqsirləndirilən şəxs 2018ci ilin fevral ayında sosial şəbəkələrdə məlumat yaymasından və ondan 1000 manat pul tələb etməsindən sonra həmin ayın axırlarında Təqsirləndirilən şəxs ondan şikayət etməsi ilə əlaqədar DİN-in BMCMİ-də olmuşdur. Belə olan halda təbii olaraq yaranan “nə üçün 2018-ci ilin fevral ayında (iddiasına görə artıq özünə qarşı cinayət törədildikdən sonra) DİN-in BMCMİ-də olduğu və Təqsirləndirilən şəxs təşəbbüsü ilə araşdırmaya cəlb edildiyi halda, Zərərçəkmiş şəxs2 həmin vaxt Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etməsi barədə BMCMİ-yə məlumat verməmiş və yalnız xx xxx 2018-ci ildə bu barədə ərizə ilə Zərdab Polis Şöbəsinə müraciət etmişdir?” sualı izah tələb etsə də, bu məsələ məhkəmələrin diqqətini cəlb etməmiş, nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə Təqsirləndirilən şəxs irəli sürdüyü iddia (Zərərçəkmiş şəxs2 pul tələb etməməsi, Zərərçəkmiş şəxs2 onun barəsində sosial şəbəkələrdə tənqidi materiallar yerləşdirdiyinə görə xx xxx 2018-ci ildə polis orqanına ərizə ilə müraciət etməsi barədə dəlili) təkzib edilməmiş qalmışdır (ittihamın sübuta yeririlməsində mövcud olan şübhə aradan qaldırılmamışdır). Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2.2ci maddəsi ilə elan edilmiş ittihamdan həmin epizod xaric edilməlidir. Digər epizod üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, təkrar özgədən əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 11 radələrində Zərdab şəhərində “xxxx” adlanan ərazidə yerləşən Zərdab Rayonu Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Zərərçəkmiş şəxs4 iş otağına gəlib özünü müxbir kimi təqdim etməklə, eləcə də müxtəlif vaxtlarda mobil telefonu ilə sonuncuya zəng edərək şəxsi mal-qarasını qanunsuz olaraq yaşadığı Zərdab rayonu Çallı kəndinin yaxınlığındakı meşə zolağının qoruq ərazilərində otarılmasına icazə verilməsini tələb etmiş, icazə verilməyəcəyi halda meşə ərazilərində ağacların qanunsuz kəsilməsi, mal-heyvanların qoruq ərazisində qanunsuz otarılması haqqında sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs4 əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs4 apellyasiya məhkəməsi iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində sosial şəbəkələrdə məlumatlar yaydıqdan sonra Zərdab Rayon Polis Şöbəsinə müraciət etmiş, Zərdab Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs ilə bağlı şikayət etdikdən sonra onun qohumları, o cümlədən onunla birgə X11 müssəsində işləyən X12 da bütün olan xəbərlərdən məlumatlı olmuş, onun şikayət ərizəsini geri çəkməsini xahiş etmişdirlər. Həmçinin bütun bu olan proseslərdən X9 və Şahid3, o cümlədən müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 da məlumatlı olmasını qeyd etmiş, lakin məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş hər üç şahid Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə hər hansı tələb etməsindən məlumatlı olmamalarını bildirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan həmin epizodda xaric edilməlidir. Digər epizod üzrə (zərçəkmiş şəxs Zərərçəkmiş şəxs6 münasibətdə) Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, təkrar özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 10:30-da Zərdab şəhəri ünvan 2 ünvanında yerləşən “xxxx” MMC bazarına gəlmiş, özünü müxbir kimi təqdim edib, bazarın nəzarətçisi Zərərçəkmiş şəxs6 1000 manat nağd pul tələb etmiş, verməyəcəyi halda ruhi xəstəlikdən əziyyət çəkərək hərbi xidmətdən yayınması, vətən xaini və vahabi olması kimi barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs6 pul tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş həmin epizod üzrə ittiham kifayət qədər əsaslı və mötəbər sübutlara əsaslanmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs6 həm istintaq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi iclasında eyni məzmunlu ifadə verməsi, onun ilkin ifadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs mülki qaydada məhkəməyə müraciət etməsi, həmin mülki işlər üzrə də yuxarıda qeyd edilən qətnamələrin movcudluğu müdafiə tərəfin həmin epizod ilə bağlı gətirdiyi dəlilləri təkzib edir. Məhkəmə araşdırmaları zamanı əldə edilmiş və iş materiallarına əlavə edilmiş Zərdab Rayon Məhkəməsinin 2(035)-293/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs6 cavabdeh Təqsirləndirilən şəxs qarşı“ mənəvi ziyana görə pul tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyana görə 300 manat, dövlət rüsumuna görə 30 manat, ümumilikdə 330 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 verilməsi qət edilmişdir. Əvvəlki məhkəmə araşdırmaları zamanı əldə edilmiş və iş materiallarına əlavə edilmiş Zərdab Rayon Məhkəməsinin 2(035)-480/2018 saylı qətnamələrindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs6 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, yanlış məlumatın təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Digər epizod üzrə (Zərərçəkmiş şəxs5 münasibətdə) Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özünü müxbir kimi təqdim edib, sonuncunun işlədiyi ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekin qanunsuz fəaliyyət göstərməsi barədə onda video görüntü olduğunu, həmin video görüntünün sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyini bildirməklə, yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb edərək, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin kafeyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə apardığı video görüntünü mobil telefonda ona nümayiş etdirərək, qanunsuz fəaliyyət göstərməsi barədə həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs5 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir Digər epizod üzrə (Zərərçəkmiş şəxs1 münasibətdə) Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 işlədiyi Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekə gələrək, özünü müxbir kimi təqdim edib, heç bir əsas göstərmədən aptekdə qanunsuz çəkiliş aparıb, vətəndaşlara aptekdən satılan dərmanların çekinin vurulmamasını və kassa aparatının olmaması barədə sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaqla, Zərərçəkmiş şəxs1 yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs5 ilə birlikdə həmin kafeyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə video görüntünü mobil telefonda Zərərçəkmiş şəxs5 nümayiş etdirərək həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir. Sonuncu epizodlar üzrə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları, həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 ifadələri ilə mübahisəsiz şəkildə müəyyən olunur ki, hər üç şəxs Zərdab rayonu Çallı kəndi yaxınlığında yerləşən Şahid1 işlətdiyi “Göl” Kafesi adlı yerdə görüşmüşlər, hansı ki, həmin yer zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 Ucar rayonu sakinləri olduqları halda Təqsirləndirilən şəxs yaşadığı Zərdab rayonu Çallı kəndi ərazisinə yaxınlıqda yerləşmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 əvvəlki ilkin ifadələrindən qeyd etmişdirlər ki, onların Təqsirləndirilən şəxs ilə əvvəllər heç tanışlığı, ünsiyyətləri olmamış, onların Təqsirləndirilən şəxs onlardan pul tələb etməsi ilə bağlı yaranmış məsələni aydınlaşdırmaq üçün həmin kafedə görüşmüşdürlər. Bununla bağlı sədrlik edənin Təqsirləndirilən şəxs “hansı səbəbdən həmin görüşdə iştirak etmisiniz?” sualına sonuncu tərəfindən “ həmin görüşdə iştirak etməkdə heç bir başqa niyyətim olmayıb, həmin vaxt aptek işlədənlərdən heç bir pul tələb etməmişəm.”-deyə bildirməsini məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs obyektiv həqiqət barədə səmimi ifadə verməməsi kimi qiymətləndirir. Digər epizod üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi mağazaya gəlmiş, sonuncu ondan mağazaya borclu olduğu 200 manat 50 qəpik pulunu istədikdə o, borcunu verməyərək, özünü müxbir kimi təqdim edib, Zərərçəkmiş şəxs3 barəsində sosial şəbəkələrdə həmin mağazada istifadə müddəti keçmiş ərzaq mallarının satılması barədə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs3 500 manat pul tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixdə DİN-nə etdiyi elektron müraciət ilə bağlı Zərdab rayon polis şöbəsinə çağırılmış, onun izahatı alınmış və müvafiq araşdırılma aparılmışdır. Həmçinin Zərərçəkmiş şəxs3 da DİN-nə etdiyi elektron müraciətində Təqsirləndirilən şəxs ondan 500 manat pul tələb etməsini xüsusilə göstərmişdir. Ona görə də məhkəmə kollegiyası bu epizod üzrə də şəxsə verilmiş ittihamı kifayət qədər qanuni və əsaslı hesab edir Apellyasiya Məhkəməsi iclasında Şahid4 ifadəsi elan edilsə də, sonda məhkəmə kollegiyası həmin şəxsin ifadəsinin kifayət qədər mötəbər olmaması qənaətinə gəlir, və onun ifadəsinin hazırkı cinayət işi üzrə sübutların siyahısından çıxarılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişi baxımından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 münasibətdə epizodların xaric edilməsi və onların əməllərinə hüquqi qiymət verilməsinə münasibət bildirərək qeyd edir ki, adıçəkilən zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs hərəkət və əməlləri ilə bağlı heç də hüquq mühafizə orqanına yalan məlumat verməmişlər. Sadəcə həmin zərərçəkmiş şəxslərin ifadəsi əsasında istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan olunmuş ittiham cinayət hüquqi xarakter daşımadığından xaric edilmişdir. Kollegiyanın qənaətinə görə həmin zərərçəkmiş şəxslər bu məlumatın cinayət və ya mülki xarakterli olmasına qiymət vermək iqtidarında olan şəxs deyildir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı qeyd etmək istəyir ki, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2005-ci iltarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini qismən, yəni birinci və ikinci epizod üzrə əsaslı hesab etsə də, yuxarıda sadalanan digər epizodlar üzrə Təqsirləndirilən şəxs etdiyi cinayət əməlləri iş materialları ilə kifayət qədər sübuta yetirilir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq yekun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş Apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü Apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar ittihamdan xaric edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 396, 397, 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1-(091)-112/2018 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar ittihamdan xaric edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü baxılmış Apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Ayaz Mahmudov