Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-18/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmündən dövlət ittihamçısı Mahmudov Seymur Elçin oğlu tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Şirinov) 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmü ilə, 25 mart 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 12-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 31 avqust 2020ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddətin ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs 03 (üç) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarətin yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilərək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, daxili xidmət kapitanı rütbəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə İsmayıllı rayon sakini X9 vasitəsilə tanış olduğu X5 ilə 2019-cu ilin iyun ayının əvvəllərində məlum olmayan gündə İsmayıllı rayonu ərazisində görüşərkən söhbət əsnasında sonuncunun oğlu Afiq X7 Nazirliyi X8 Xidmətinin İsmayıllı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün köməkliyin edilməsi barədə müraciəti ilə əlaqədar Şafiq Hüseynova X8 Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Afiq Hüseynovu yanğınsöndürən vəzifəsinə düzəltmək imkanına malik olduğunu yalandan bildirərək həmin vəzifəli şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə Afiq Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin və digər sənədlərin surətlərini alıb Şafiq Hüseynovla sövdələşməklə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin iyun ayının ortalarında məlum olmayan gündə X8 Xidmətinin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otağında Şafiq Hüseynovdan 5000 (beş min) manat, eyni niyyətlə cinayət əməlini davam etdirib 20 iyun 2019-cu il tarixdə “Elay” şadlıq sarayı yaxınlığında 2900 (iki min doqquz yüz) manat, bir neçə gün sonra məlum olmayan gündə Qalınçaq kəndi ərazisində yerləşən yaşadığı evin həyətində 100 (yüz) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şafiq Hüseynovun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şafiq Hüseynovu təhrik etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmündən dövlət ittihamçısı Mahmudov Seymur Elçin oğlu apellyasiya protesti vermişdir. Təqsirləndirilən şəxs verilmiş apellyasiya protestinə qarşı etiraz verərək apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinin təmin edilməməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs CM-in 32.4, 312-cü maddəsi ilə verilmiş itiham CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-in 32.4, 312-cü maddəsinin ona verilmiş ümumi ittihamdan, CM-in 66.2-ci maddəsi ilə bağlı qeyd edilmiş müddəaların isə hökmdən xaric edilməsi, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs 01 (bir) il 11(on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarətin yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın müddətinin qərarın qanuni qüvvəyə mindiyi andan hesablanması, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)- 29/2020 nömrəli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli 1(102)-1093/2021 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs haqqında Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı Mahmudov Seymur Elçin oğlu apellyasiya protesti verərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının verilməsi və əlavə cəza növünün birləşdirilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Abdulla Abdullayev apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və əlavə cəza növünün birləşdirilməklə hökmün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Zaur Bayramov apellyasiya protestinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarını ləğv edərək, cinayət işini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli 1(102)-1093/2021 nömrəli qərarında göstərilmişdir ki, Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyinin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-nin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlətin mühüm struktur qurumlarından olan Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşı olduğu halda, Nazirliyin fəaliyyətinə kölgə salmaqla əsassız olaraq müəyyən insanların təsəvvüründə həmin Nazirliyin X8 Xidmətinə rüşvət müqabilində işə düzələ bilmə kimi neqativ fikirlərin formalaşmasına səbəb olmaqla onların cəmiyyətdə olan nüfuzuna mühüm zərər vurmuşdur. Məhkəmə həmçinin iş üzrə Şafiq Hüseynov zərərçəkmiş şəxs kimi tanınmasa da, Təqsirləndirilən şəxs Şafiq Hüseynova dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək kimi qiymətləndirərək onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.” Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, protestin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, habelə hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. İşin hallarından isə görünür ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilməmiş, məhkəmə CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmiş, hökmdə təqsirləndirilən səxsə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, həmin hallara formal yanaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsini hakimiyyət nümayəndəsi funkiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünü idarə orqanlarında, dövlət və bələdiyyə müaəssisə, idarə və təkşilatlarında təşkilatısərəncamverici və ya inzibati-təsrrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasma münbit zəmin yaratmasını, vətəndaşlar arasında qanun .ərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlünə meyllənməsi, insanların hüquq və dövət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulmasını, Təqsirləndirilən şəxs belə cəzanın tətbiq edilməsinin həm onun, həm də başqa şəxslər tərəfindən bu kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməyəcəyini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittihamlarda CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət "İqtisadi sahədə olan cinayətlər bölməsinin mülkiyyət əleyhinə olan cinayətlər" kateqoriyası aid olmaqla əməlin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Belə ki, burada obyekt qismində mülkiyyət münasibətləri çıxış edir. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm, iqtisadi və hüquqi kateqoriya olmasını və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması öz əksini tapmışdır. Eyni zamanda da cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur. CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət maddi tərkibli olmaqla əməlin nəticəsindən bilavasitə asılı deyildir. Əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan başa çatır. Subyektiv cəhətdən əməl birbaşa qəsdlə törədilir. CM-in 178.2-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Əməlin ictimai təhlükəliliyi əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulması ilə ifadə olunur. CM-in 312-ci maddəsində nəzərdə tutulan cinayət "dövlət hakimiyyəti əleyhinə olan cinayətlər bölməsinin Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər" kateqoriyası aid olmaqla əməlin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Belə ki, burada obyekt qismində dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsinin təmin edən ictimai münasibətlər çıxış edir. CM-in 312-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkibli olmaqla əməlin nəticəsindən bilavasitə asılı deyildir. Cinayətin predmetinin (maddi və ya sari nemətin, imtiyazın və ya güzəştin) bir hissəsinin təklif olunduğu, vəd verildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verildiyi), yaxud aldığı (qəbul etdiyi) andan başa çatmış hesab eıilir. Subyektiv cəhətdən əməl birbaşa qəsdlə törədilir. CM-in 312.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Əməlin ictimai təhlükəliliyi hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlünə meyl yaranır, insanların hüquq və dövət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. ““Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Həmin qərarda daha sonra göstərilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı 01 oktyabr 1982-ci il tarixli qərarı; X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: "Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibi X2 şikayəti əsasında başlanılmış və təqsirləndirilən şəxs cinayətin üstünün açılmasına heç bir köməklik göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 4-cü hissəsinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallarda, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız sübutlara əsasən müəyyən edilir və cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməli olan hallardır. Göründüyü kimi, məhkəmə tərəfindən cinayət əməli tam sübuta yetirilmiş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə həmin maddələrin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs dövlətin mühüm struktur qurumlarından olan, öz fəaliyyəti ilə vətəndaşlar arasında inam qazanmış Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşı olduğu halda nazirliyin fəaliyyətinə kölgə salmaqla əsassız olaraq müəyyən insanlarin təsəvvüründə həmin nazirliyin X8 Xidmətinə rüşvət müqabilində işə düzələ bilmə kimi neqativ fikirlərin formalaşmasına səbəb olmaqla onların cəmiyyətdə olan nüfuzuna mühüm zərər vurmuşdur. Bu da özlüyündə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi üçün zəmin yaradır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti əməli nəticəsində Şafiq Hüseynova 8000 manat maddi ziyan vurulsa da, o həmin nəticələri aradan qaldırıb islah olunduğunu sübuta yetirmək üçün həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı Şafiq Hüseynova vurulmuş 8000 manat məbləğində maddi ziyanı ona tam ödəmiş, Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzanı yüngülləşdirən hal kimi CM-in 59.1.13-cü maddəsinin təsiri altına düşməsə də, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyini aradan qaldırır və ictimai təhlükəlilik əhəmiyyətini itirir. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın bir hissəsini Şafiq Hüseynovun ondan pulunu israrla geri tələb etdiyi müddətdə ödəsə də, digər hissəsini isə onun barəsində cinayət təqibi aparıldığı müddətdə ödəmiş, bu da özü özlüyündə dəymiş ziyanın könüllü ödənilməsi kimi deyil, həmin şəxsin cəza təhdidi altında labüd məsuliyətini yüngülləşdirməyə cəhdi kimi qiymətləndirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs cinayəti hərəkətlərini planlaşdırmaqla, öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək hazırkı cinayət əməlini törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs həmin cinayət əməlinin hərəkətlərini əvvəlcədən müəyyən edib qəsdən planlı və məqsədyönlü şəkildə törətmişdir. Buna görə də məhkəmə onun dələduzluq yolu ilə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şafiq Hüseynovu təhrik etməsi cinayətini törətməklə ələ keçirdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərclədikdən sonra bu barədə onun barəsində davamlı olaraq edilmiş şikayətlərin qarşısının alınmasından ötrü hissə-hissə geri qaytarması əməlin ictimai təhlükəliliyini aradan qaldırmamaqla ictimai təhlükəlilik əhəməyyətini itirmir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi CM-in 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 312.1-cü maddəsinin sanksiyasında isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq əsas cəza qismində 3 (üç) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.2). CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs CM-in 32. 312.1-ci maddəsi lə təyin edilmiş əsas cəza ilə yanaşı 2 il müddətə dövlət və yerili özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhkum etmə novündə əlavə cəza müəyyən etsə də, həmin cəzanı CM-in 66.4-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirməli olduğu halda, yalnız əsas cəza növlərinin təyin edilməsi qaydasını nəzərdə tutun CM-in 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə təyin etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(037)-21/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 1(107)-219/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 -ci maddəsinə əsasən 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş qalan 01 (bir) 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdən 02 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının 23 fevral 2021 -ci il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə və 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya əlavə cəza tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 9 (doqquz) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(037)-21/2021 nömrəli hökmünün tarixi ilə 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 6 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarına əsasən məhkəmələr: Həmin qərarın 4-cü bəndinə əsasən, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5-ci bəndinə əsasən, bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü bəndinə əsasən, bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 9.3-cü bəndinə əsasən, icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 30-cu bəndinə əsasən, apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasısaxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Dövlət ittihamçısı Mahmudov Seymur Elçin oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 1(037)-29/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə və 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya əlavə cəza tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 9 (doqquz) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-18/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-18/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver