Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-182/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X5 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmü ilə xx xxxxxx 1998-ci ildə Qəbələ rayonunun Əmirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Qəbələ rayonunun Əmirvan kəndində qeydiyyatda olan və yaşayan, 26.11.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.02.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22.07.2020-ci il tarixdən 24.07.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 22 iyul 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndində əvvəlcədən tanıdığı Qəbələ rayonunun Kiçik Əmili kənd sakini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əvvəlcədən yaxınlıqdakı mağazadan alıb üzərində saxladığı təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaqla qəsdən sonuncunun döş qəfəsinin sağ ön hissəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sağ ön hissəsindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və hemotoraks kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvuran bədən xəsarəti yetirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətində törətdiyi əməlini dərk etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək niyyətində olmamasını, zərərçəkmiş şəxsi sadəcə qorxutmaq məqsədilə bıçaq çıxartdığını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya prostesti verilməmiş, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı çıxış və xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, onun Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə aralarında mübahisə sonuncu onun bacısının nişanını qaytarmasına səbəb olduqdan sonra onunla nişanlanmadığı üçün, ona sahib çıxmadığı üçün yaranmış, bu utancla kənddə yaşaya bilməyəcəyinə əmin olduqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxsla görüşüb bu məsələni həll etmək qərarına gəlmiş, görüş zamanı aralarında yaranmış mübahisə nəticəsində əvvəlcədən üzərində götürdüyü bıçaqla bir dəfə vuraraq sonuncuya ağır bədən xəsarəti yetirmiş, daha sonra isə həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim etmiş və cinayət əməli törətdiyini səmimi etiraf etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində telefonunda olan “whatsapp” proqramı vasitəsi ilə Qəbələ rayonunun Əmirvan kəndindən olan Raidə adlı qızla tanış olmuş, onunla ünsiyyət saxlamağa başlamışdır. Bir müddət sonra Qəbələ şəhərində Raidə ilə görüşüb söhbət etmişlər, görüş zamanı evlənməyi qərara almışlar. Görüş bitəndən sonra Raidə avtobusla evlərinə qayıtmışdır. Görüşdən 5-6 gün sonra Raidə ona telefonda rayonun Nohurqışlaq kəndindən sevmədiyi bir oğlana nişanlı olduğunu, ancaq həmin oğlanı sevmədiyini bildirmişdir. Bir müddət sonra isə artıq münasibətlər daha da irəlilədiyindən Raidəyə artıq onlara elçi gəlmək istədiyini demiş, buna görə də, Raidənin anası onun mobil telefonuna zəng edərək “əgər elçi gəlmək istəyirsinizsə, gələ bilərsiniz” demiş, 2020-ci ilin iyul ayının təxminən 8-10 aralığında dəqiq tarixini bilmədiyi gündə Raidənin anasına məlumat verərək anası, dayısı Şahin və digər dayısının arvadı Səbinə Raidəgilə elçi getmişlər. Orada xoş qarşılanmışlar, Raidə də evdə imiş, anası da Raidəni görmüş, həmin vaxt anası Raidənin sağ ayağında şikəstlik olduğunu, ayağını çəkərək axsayıb gəzdiyini müşahidə etmiş, bu halı ona demiş, anasına Raidənin bu vəziyyətinə fikir vermədiyini bildirmiş, anası ona “bu düz gələn iş deyil, bununla bizimki alınmaz” deyə cavab vermişdir. Bunu anası Raidənin anasıgilə də demiş, onlar da Raidənin balaca olanda yıxılıb ayağının sındığını və ona görə şikəstlik olduğunu, əgər bəyənmirlərsə, heç bir problem olmadığını bildirmişlər. Raidədən imtina etmişlər, aralarında heç bir dava-dalaş və sair mübahisə olmadan evlərinə gəlmişlər. Elçilikdən sonra Raidə ilə heç bir əlaqəsi olmamışdır. 22 iyul 2020-ci il tarixdə saat təxminən 10 radələrində Emin onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, iş yerində olduğunu deyərək axşama kimi işdə olacağını bildirmişdir. Emin ona “mən də gələcəm, bir söhbət edib çay içərik” demiş, o da razı olmuşdur. Həmin gün saat təxminən 17-18 aralığında Eminin onun iş yerinin yanındakı Səlim adlı şəxsin işlətdiyi kafenin həyətinə daxil olduğunu görmüş, elə həmin vaxt Emin kafedən ona zəng edərək gəldiyini deyib kafeyə çağırmışdır. Kafenin həyətinə daxil olmuş, kafeyə girəndə Emin ona “gəl aşağı gedək söhbət edək” demiş, Eminin ona nəsə sözü olacağını zənn etmiş, kafedən təxminən 30 metr məsafəyə addımlayıb şam ağacları olan bir yerə gəlmişlər. Orada hər ikisi aralarında təxminən 1 metr məsafə olmaqla ayaqüstə dayanmışlar. Emin bu vaxt “mən kəndin içinə çıxa bilmirəm, camaatın üzünə baxa bilmirəm, niyə belə etdin? Mənə deyirlər ki, peysərə atıb yaşayırsan?” demiş, Eminə “nə olub ki, niyə çıxa bilmirsən?” deyə soruşmuş, Emin heç bir söz demədən qəflətən sol əlini arxaya aparmış və nəyləsə sağ döş nahiyəsinə vurub geri çəkmişdir. Eminin əlində kəsici hissəsi qanlı bıçaq görmüş, Eminin onu bıçaqla vurduğunu bilmiş, əlini bıçaqla vurulan yerə vurduqda qan olduğunu görmüş, arxaya 1-2 addım getməyə başlamış, Emin də bıçağı oraya tullayıb kafe tərəfə getmişdir. Xəsarət aldığı yeri tutub kafeyə doğru getməyə başlamış, kafenin yanında olan adamlara Emini göstərib onu bıçaqla vurduğunu bildirmişdir. Emin isə kafenin yanında olan Rəvan adlı polisə tərəf getmiş, kafedən adamlar ona yaxınlaşıb bədənindən qan axdığını görüb qan axan yerə parça qoyaraq yardım etməyə başlamışlar. Orada olan Bayram adlı şəxs avtomobili ilə onu Qəbələ Rayon Diaqnostika Mərkəzinə aparmış, ona tibbi yardım edilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Böyük Əmili kəndinin mərkəzində ərzaq və qarışıq mallar mağazası işlədir. 22 iyul 2020-ci il tarixdə saat təxminən 16 radələrində mağazada olan zaman bir nəfər adını sonradan bildiyi və tanıdığı Emin adlı şəxs mağazaya daxil olub oradan bir qutu “Vikeroy” siqaretini 1,80 manata almış, həmin şəxs ondan satılıq mətbəx bıçağı olub-olmadığını soruşmuş, olduğunu dedikdə 1 ədəd bıçaq istəmiş, ona bıçağın 1 manat 50 qəpik olduğunu demiş, bıçağı həmin şəxsə satmışdır. Həmin şəxs bıçağı alıb mağazadan çıxmışdır. Təxminən 1 saat yarım sonra da mağazada olan zaman adını bilmədiyi bir nəfər uşaq “bayırda Əmrahı bıçaqla vurub xəsarət yetiriblər” demiş, bayıra çıxanda kafenin yanına kənd camaatından toplaşanların olduğunu görmüş, onlardan nə baş verdiyini soruşanda Əmrahı kiminsə bıçaqla vurduğunu bilmiş, ancaq kimin vurduğunu bilməmiş, Əmrahı kənd bələdiyyə sədrinin VAZ 210015 markalı avtomobili ilə xəstəxanaya aparmışlar. Sonradan Əmrahı bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu, Eminin az əvvəl mağazadan aldığı bıçaqla Əmrahı vurduğunu bilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdə saat təxminən 17-18 radələri aralığında tanışı Rəmzi adlı şəxslə birgə Səlimin kafesinin həyətində oturub çay içirmiş. Əmrah da kafedən təxminən 35 metr məsafədə adını bilmədiyi və tanımadığı bir oğlanla söhbət edirmiş. Lakin onlar astadan öz aralarında danışırmışlar, hər hansı söyüş və nalayiq ifadələr eşidilmirmiş. Onlara çox da diqqət etməmiş, təxminən 7-8 dəqiqə sonra Əmrahın sağ böyrünü tutub kafeyə doğru gəldiyini, “məni vurdular, maşın tapıb məni rayona xəstəxanaya çatdırın” dediyini eşitmişdir. Lakin Əmrah kiminsə adını çəkmirmiş, sadəcə olaraq ümumi olaraq kafedəkilərə müraciət edirmiş. Dərhal özü, həmçinin kafedə olan şəxslər ayağa qalxıb kafeyə yaxınlaşmış Əmraha tərəf gəldikdə Əmrahın sağ böyründən qan axdığını görmüş, Əmrah həmin vaxt orada onunla söhbət edən, adını sonradan bildiyi Emini göstərərək onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt orada polis də varmış, Emin də polisin yanında imiş. Emin Əmrahı bıçaqla vurduqdan sonra özü polisə yaxınlaşıb əməlini, yəni orada Əmrahı qəsdən bıçaqla vurub xəsarət yetirdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Səlim adlı şəxsə məxsus çayxanada xidmətçi işləyərkən 22 iyul 2020-ci il tarixdə saat təxminən 17-18 radələri aralığında səs-küy eşitmiş, nə baş verdiyini öyrənmək üçün ora gedəndə Əmrahı çayxanın qapısının yanında yerə yıxılı vəziyyətdə, sağ tərəfindən qan axdığını, üst başını qan içində görmüş, həmin yerin yaxınlığında polis əməkdaşları da olmuş, Təqsirləndirilən şəxs da yanlarında olmuşdur. X14 aralarında düşən mübahisə zamanı bıçaqla vurub xəsarət yetirdiyini bilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin polis sahə nəfəri vəzifəsində çalışır. 22 iyul 2020-ci il tarixdə saat təxminən 18 radələrində digər polis əməkdaşları Azər Hüseynov və Şahid7la birlikdə xidməti ərazidə olan Qəbələ rayonunun Böyük Əmili kəndində Səlim adlı şəxsin çayxanasının qarşısında olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs sağ böyür tərəfini tutub üst-başı qan içində çayxananın yanındakı ağaclıq hissədən ona tərəf güclə addımlayaraq bıçaqla vurulduğunu demişdir. Bu zaman onun arxası ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs da ona tərəf gəlmiş və Əmrahı bıçaqla vurduğunu etiraf etmişdir. Həmin vaxt artıq çayxanada olan adamlar oraya toplaşmış, Əmraha tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya yola salmış, özü isə Eminlə birgə polis şöbəsinə getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 22.07.2020-ci il “Raport”dan görünür ki, 22.07.2020-ci il tarixdə saat 18:00-da Qəbələ rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Azər Hüseyinov istifadəsində olan mobil nömrədən Rayon Polis Şöbəsinə zəng edərək Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan 22.07.2020-ci il tarixli “Raport”dan görünür ki, 22.07.2020-ci il tarixdə saat 20:17-də Qəbələ Rayon Diaqnostika Mərkəzindən həkim E.Xəlilov Qəbələ Rayon X6 Hissəsinə zəng edərək Qəbələ rayonunun Kiçik Əmilli kəndində yaşayan 1998ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ döş qəfəs nahiyəsinin kəsilmiş-deçilmiş xəsarəti ilə xəstəxanaya daxil olduğu barədə məlumat vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 iyul 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşir. Hadisə yerinə iki nəfər hal şahidinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı cinayətin aləti olma ehtimalı olan bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq götürülmüş və hadisə yerinə aid fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. İş materiallarında olan 24.07.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində olduğu kimi ardıcıllıqla Zərərçəkmiş şəxs qəsdən bıçaqla xəsarət yetirdiyi yeri təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsi ilə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman ziddiyyət müəyyən edilməmişdir. İfadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış, qeydə alınmış videogörüntülər 01 ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İfadələrin yerində yoxlanılması zamanı həmçinin fotoşəkillər çəkilərək əksi çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarında olan 25 avqust 2020-ci il tarixli 20/413 R nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, üzərlərində “Hadisə baş verən yerdən” qeydləri olan 02 (iki) ədəd çöplü tampon və üzərində “Bıçaq üzərindən” qeydləri olan 01 (bir) ədəd çöplü pambıq tampon üzərində olan qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Üzərlərində “Hadisə baş verən yerdən” qeydləri olan 02 (iki) ədəd çöplü pambıq tampon və üzərində “Bıçaq üzərindən” qeydləri olan 01 (bir) ədəd çöplü pambıq tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli 3/930 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan 17 avqust 2020-ci il tarixli 349 saylı canlı şəxsin məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ ön hissəsindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və hemotoraks kimi xəsarəti vardır. Həmin xəsarət iti deşici-kəsici xarakterə malik olan alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 22 iyul 2020-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. İş materiallarında olan “Qəbələ rayon mərkəzi xəstəxanası” X11 daxil olmuş 04 avqust 2020-ci il tarixli 508 nömrəli məktuba əsasən Qəbələ rayon Əmirvan kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli 541 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan 22.07.2020-ci il “Raport”dan görünür ki, 22.07.2020-ci il tarixdə Qəbələ rayon PŞ-nin İTB-nin sahə rəisi, polis serjantı Şahid8 polis rəisinə məruzə edərək bildirmişdir ki, xidməti ərazidə olan zaman Qəbələ rayonunun Böyük Əmili kəndində sonradan adını bildiyi Zərərçəkmiş şəxs sağ böyür tərəfini tutub üst-başı qan içində ona yaxınlaşaraq bıçaqla vurulduğunu demiş, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs da ona tərəf gəlmiş və Əmrahı bıçaqla vurduğunu etiraf edərək könüllü təslim olmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya yola salmış, özü isə Təqsirləndirilən şəxsla birgə polis şöbəsinə gələrək sonuncunu şöbəyə təhvil vermişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (anası, atası və qardaşı) ilə birlikdə Qəbələ rayonunun Əmirvan kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 26.11.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13.02.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 26.11.2018-ci il tarixli hökmü dəyişdirilib təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 12 yanvar 2021-ci il tarixli 163/4 nömrəli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli, 1(107)-55/2019 nömrəli qərarına əsasən CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli ibilinərək 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatdığı üçün 06.11.2020-ci il tarixdə Qəbələ rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu vardır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməldə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən CM-in 126.1ci maddəsinə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində törətdiyi əməlini dərk etdiyinin, əməlindən peşman olduğunun, zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək niyyətində olmamasının, zərərçəkmiş şəxsi sadəcə qorxutmaq məqsədilə bıçaq çıxartdığının nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. CM-in 126.1-ci maddəsinin sanksiyasına görə, bu maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü gəlib özünü polis əməkdaşlarına təslim etməklə təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, CM-in 18-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza cinayətlərin residivi zamanı nəzərə alınmadığından onun əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını, bununla yanaşı üzərində ödənilməmiş məhkumluğunun olmasını nəzərə alaraq ona CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nisbətən aşağı həddə - 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və özünün şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirməyə əsas verən halları və cəzasını ağırlaşdıran halın olmamasını, bununla yanaşı üzərində ödənilməmiş məhkumluğunun olmasını, həmçinin təyin ediləcək cəzanın onun islah olunmasına təsirini, eyni zamanda, zərərçəkmiş şəxsin də mənafeyini kifayət qədər nəzərə almış, ona bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını daha artıq yüngülləşdirməyə və ya ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə əsas verən müstəsna hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qəbuledilməz olduğundan həmin şikayət təmin edilməməli, onun Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 1(091)-95/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-182/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-182/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver