Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-183/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşаviri İbrаhimоv Rəhmаn Kərim oğlu, zərərçəkmiş şəxsin hüquqi vаrisi Nurullаyev Murаd Cаlаl оğlu, təqsirləndirilən şəxslər Kərimоv Fаriz Nurullаh оğlu, Bədəlоv Rаmаzаn Tаhir оğlu, оnlаrın müdаfiəçiləri Sаrıyev Musа Kаhоv оğlu, Əfəndizаdə Turаl Qurbаnəli оğlu və iştiraklаrı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3, 186.2.1 və 186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Calal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 02 mart 2021-ci il tarixli hökmü ilə 26 avqust 1993-cü ildə Zaqatala rayonunun Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Zaqatala rayonunun Çobankol kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq, təyin edilən cəzaları qismən toplanmaqla üzərində qəti cəza olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, xx xxxxxx 1994-cü ildə Zaqatala rayonunun Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zaqatala rayonunun Çobankol kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 09 iyul 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə ekspertiza xərci olan 200 manatın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübutlar Nümayəndə Calal oğlunun təqdim etdiyi bir ədəd 7 litr ölçülü simovar, bir ədəd 5 litr ölçülü simovar, bir ədəd 40 litr ölçülü qazan, bir ədəd üzərində **********007 nömrəsi yazılmış 75 cl “Whisky” şüşəsi, bir ədəd üzərində **********105 nömrəsi yazılmış 100 cl ölçülü “Martini” şüşəsinin zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Calal oğluna geri qaytarılmasının nəzərə alınması, mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə Calal oğlunun mülki iddiasının qismən təmin edilməsi, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 220 (iki yüz iyirmi) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun alınaraq zərəçəkmiş şəxs və mülki iddiaçının hüquqi varisi Nümayəndə xeyrinə ödənilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs2 57735 (əlli yeddi min yeddi yüz otuz beş) manat məbləğində maddi ziyanın alınaraq zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Calal qızının hüquqi varisi Nümayəndə xeyrinə ödənilməsi, mülki iddiaçının hüquqi varisi Nümayəndə təqsirləndirilən şəxslərdən mənəvi zərərə görə 5000 (beş min) manat pul tələbi ilə bağlı hazırki cinayət işi üzrə verdiyi mülki iddianın baxılmamış saxlanılması, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 06 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zaqatala rayonunun Çobankol kəndində yerləşən, faktiki Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, etmiş olduğu həmin oğurluq cinayətinin hadisə yerində qala biləcək izlərini məhv etmək məqsədilə 08 iyul 2020-ci il tarixdə, saat 01 radələrində təkrarən yaşayış olmayan həmin fərdi yaşayış evinin yuxarıda qeyd edilən pəncərəsindən keçməklə qanunsuz olaraq evə daxil olmuş, hadisə yerində Təqsirləndirilən şəxs1 evi yandırmaqdan çəkindirmək məqsədilə ona dediyi sözlərə əhəmiyyət verməyərək sonuncunun məlumatı və iştirakı olmadan evdən tapdığı kibritlə yataq otağında yataq dəstinin üzərindəki örtüyə od vurmaqla yandıraraq təmir-tikinti işlərinə münasibətdə cəmi 28.665,1 manat, Malaziya istehsalı, 1.6 x 2 metr ölçülü, 1500 manat dəyərində 01 ədəd taxtı, Malaziya istehsalı, qab yığmaq məqsədilə istifadə edilən, 4.5 metr uzunluğunda, 2 metr hündürlükdə, 2000 manat dəyərində 01 ədəd mebel dəstini, Malaziya istehsalı, dəst şəkilində 2000 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, Malaziya istehsalı, dəst şəkilində 1500 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, Malaziya istehsalı, 500 manat dəyərində 01 ədəd jurnal masasını, hər biri 145 manat dəyərində olan 04 ədəd pərdələri, hər biri 140 manat dəyərində, üç qat atlas parçadan hazırlanmış, 13 ədəd pərdələri, dəst şəklində 300 manat dəyərində 12 ədəd boşqabları, dəst şəklində 200 manat dəyərində 12 ədəd stəkanları, dəst şəklində 100 manat dəyərində 12 ədəd qaşıqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd çəngəlləri, dəst şəklində 200 manat dəyərində 12 ədəd bıçaqları, dəst şəklində 100 manat dəyərində 12 ədəd nəlbəkiləri, dəst şəklində 400 manat dəyərində 12 ədəd meyvə qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd mürəbbə qablarını, dəst şəklində 200 manat dəyərində 12 ədəd iri içki qablarını, dəst şəklində 100 manat dəyərində 12 ədəd kiçik içki qablarını, dəst şəklində müxtəlif ölçülü, 1000 manat dəyərində 12 ədəd qazanları, dəst şəklində 600 manat dəyərində 12 ədəd siniləri, 100 manat dəyərində 01 ədəd çilçırağı, hər biri 400 manat dəyərində 03 ədəd sandığı, hər biri 48 manat dəyərində 11 ədəd yorğanı, hər biri 56 manat dəyərində 12 ədəd döşəyi, hər biri 30 manat dəyərində 12 ədəd yastığı, hər biri 30 manat dəyərində 09 ədəd döşəkçəni, hər biri 15 manat dəyərində 14 ədəd yastıq üzlüyünü, hər biri 16 manat dəyərində 10 ədəd yorğan üzlüyünü, hər biri 25 manat dəyərində 08 ədəd döşək üzlüyünü, “Embawood” firmasının istehsalı olan, 1300 manat dəyərində, dəst şəkilində 02 ədəd tumba, 01 ədəd termo və 01 ədəd taxtı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd servantı, “Embawood” firmasının istehsalı olan, 600 manat dəyərində 01 ədəd şifoneri, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1400 manat dəyərində 01 ədəd divan və 02 ədəd kreslonu, “Embawood” firmasının istehsalı olan, dəst şəklində 1100 manat dəyərində 01 ədəd stol və 06 ədəd stulu, hər biri 150 manat dəyərində, qara rəngli, 02 ədəd kişi qış gödəkçələrini, hər biri 150 manat dəyərində, biri qəhvəyi rəngli, digər ikisi qara rəngli olan 03 ədəd qadın qış gödəkçələrini, hər biri 25 manat dəyərində, göy və qara rəngli, 04 ədəd kişi cins şalvarlarını, hər biri 15 manat dəyərində, boz, tünd göy və qara rəngli 08 ədəd kişi şalvarlarını, hər biri 50 manat dəyərində, qara və ağ rəngli, 04 ədəd kişi və qadın idman geyim dəstlərini, hər biri 20 manat dəyərində, boz, tünd göy, ağ, qara və qarışıq rəngli 10 ədəd kişi köynəklərini, hər biri 30 manat dəyərində, qara və qəhvəyi rəngli 04 cüt kişi ayaqqabılarını, hər biri 30 manat dəyərində, qara, ağ və qəhvəyi rəngli 06 cüt qadın ayaqqabılarını, 600 manat dəyərində, 3x5 metr ölçülü, 400 manat dəyərində, 2x3 metr ölçülü, 500 manat dəyərində, 3x4 metr ölçülü xalçaları, hər biri 400 manat dəyərində və 2x3 metr ölçülü 03 ədəd palazları, 400 manat dəyərində 01 ədəd çilçırağı, 800 manat dəyərində “Samsung” markalı 01 ədəd soyuducunu, 150 manat dəyərində 01 ədəd ətçəkən maşını, “WOLF” firmasının istehsalı olan, 400 manat dəyərində 01 ədəd tozsoranı, 80 manat dəyərində 01 ədəd ütünü, 50 manat dəyərində, “TEFAL” markalı 01 ədəd elektrik çaynikini, hər biri 350 manat dəyərində, “SAMSUNG” markalı 02 ədəd televizorları, 60 manat dəyərində, “SHİVAKİ” markalı 01 ədəd videomaqnitafonu, 60 manat dəyərində, “HİTACHİ” markalı 01 ədəd su motorunu yandırmaqla isə evin içərisindəki məişət və digər əşyalara münasibətdə cəmi 29070 manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs Calal qızına məxsus 57735,1 manat məbləğində külli miqdar sayılan özgə əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 06 iyul 2020-ci il tarixdə, saat 01 radələrində Zaqatala rayonu Çobankol kəndində yerləşən, faktiki Zərərçəkmiş şəxs Calal qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti təqsirləndirilən şəxslərə ağır cəza verilməsi tələbi ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Calal oğlu bildirmişdir: -Apellyаsiyа şikаyətimi müdаfiə edirəm və bildirirəm ki, birinci instаnsiyа məhkəməsinin hökmü ədаlətsizdir. Belə ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1 və 177.2.3-cü maddələrilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onlar mərhum bаcımın evini yаndırmаqlа оnа 50.000 mаnаtdan artıq dəyərində mаddi ziyаn vurmuşlаr, lаkin nə işin ibtidаi istintаqı zаmаnı, nə də ki, işin birinci instаnsiyа məhkəməsində bаxışı zаmаnı nə təqsirləndirilən şəxslər, nə də ki, оnlаrın yаxınlаrı vurulmuş mаddi ziyаnın heç оlmаsа yаrısının ödənilməsinə və bаrışıq əldə оlunmаsınа təşəbbüs göstərməmişlər. Lakin hər iki təqsirləndirilən şəxsə yüngül cəzа təyin edilmişdir. Törətdikləri cinаyət əməllərinin müqаbilində təqsirləndirilən şəxslərə məhkum оlunduqlаrı mаddənin sаnksiyаsındа nəzərdə tutulаn ən аğır cəzа verilməlidir. Оdur ki, аpellyаsiyа şikаyətinin təmin оlunmаsını, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün cəzаyа аid hissədə dəyişdirilməsini və təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, mənə qarşı irəli sürülmüş ittihamla razıyаm və hesаb edirəm ki, birinci instаnsiyа məhkəməsi təqsirli bilindiyim mаddələrin sаnksiyаlаrı çərçivəsində mənə qаnuni və ədalətli cəzа təyin etmişdir. Mənim və аiləmin mаddi imkаnı оlmаdığı üçün zərərçəkmiş şəxsin hüquqi vаrisinə mаddi yаrdım edə bilməmişik. Özümü təqsirli sayıram, əməlimdən peşmаnаm, hаdisəni törədərkən içkili оlduğum üçün törətdiyim cinаyət əməlini dərk etmək iqtidаrındа оlmаmışаm. İlk dəfədir ki məhkum olunmuşam, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın bir hissəsini yаxınlаrım ödəməyə çаlışаcаqlаr. Bütün bu halların nəzərə alınmasını, zərərçəkmişin hüquqi vаrisinin apellyasiya şikаyətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 02 mаrt 2021-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mənə qarşı irəli sürülmüş ittihamla razıyаm və hesаb edirəm ki, birinci instаnsiyа məhkəməsi təqsirli bilindiyim mаddələrin sаnksiyаlаrı çərçivəsində mənə qаnuni və ədаlətli cəzа təyin etmişdir. Cinаyət hаdisəsini törətdikdən sоnrа zərərçəkmiş şəxsin evinin yаndırılmаsındа mən iştirаk etməmişəm, əksinə sоnunаdək Kərimоv Fаriz Nurullаh oğlunа mаne оlmаğа çаlışmışаm ki, evi yаndırmаsın, оnun bu fikrindən dönməsinə çаlışmışаm, lаkin Fаriz mənim xəbərim оlmаdаn evi yаndırıb. Mən sаdəcə оğurluq etmişəm və həmin cinаyət üzrə özümü təqsirli bilirəm. Mənim və аiləmin mаddi imkаnı yоxdur. Eyni zаmаndа, evin yаndırılmаsındа özümü təqsirli bilmədiyim üçün zərərçəkmiş şəxsin hüquqi vаrisinə mаddi yаrdım etməmişik. Özümü оğurluq cinаyəti epizоdundа təqsirli sayıram, əməlimdən peşmаnаm, hаdisəni törədərkən içkili оlduğum üçün törətdiyim cinаyət əməlini dərk etmək iqtidаrındа оlmаmışаm, ilk dəfədir ki məhkum olunmuşam. Bütün bu halların nəzərə alınmasını, zərərçəkmişin hüquqi vаrisinin apellyasiya şikаyətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 02 mаrt 2021-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Fаriz Kərimоvun müdafiəçisi Musa Sarıyev bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin аpellyаsiyа şikаyətinə etirаz edirəm. Belə ki, hüquqlаrını müdаfiə etdiyim təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayəti etiraf elmiş və əməlindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. Оnun əməlində qeyd edilən yüngülləşdirici hallar olsa da, əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə praktikasında şəxsin əməlindən peşman olub cinayəti etiraf etməsi onun daha tez islah olunmasını şərtləndirən amil kimi qəbul edilir. Belə şəxslər tez islah olunmağa meyilli olduğu üçün onlar barəsində həbslə əlaqədar olmayan, bəzi hallarda isə maddənin aşağı həddində cəzanın təyin edilməsi daha məqsədəmüvafıq hesab edilir. Şəxsin əməlindən peşman olması onun özünü daxilən mühakimə etməsi onu sübut edir ki, onun cəmiyyət içərisində islah olunması daha məqsədə uyğundur. Məhkəmə hüquqlаrını müdаfiə etdiyim şəxsə cəza təyin edərkən ona qarşı ədаlətli dаvrаnmış, eləcə də təyin edilən cəzаnın təqsirləndirilən şəxsin аilə şərаitinə təsirinə hüquqi qiymət vermişdir. Bütün bu halların nəzərə alınmasını, zərərçəkmişin hüquqi vаrisinin apellyasiya şikаyətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 02 mаrt 2021-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Rаmаzаn Bədəlоvun müdafiəçisi Tural Əfəndizadə bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin аpellyаsiyа şikаyətinə etirаz edirəm. Hesаb edirəm ki, birinci instansiya məhkəməsinin hökmü tam qanuni və əsaslıdır, hüquqlаrını müdаfiə etdiyim təqsirləndirilən Bədəlоv Rаmаzаn Tаhir оğlunа təyin edilən cəza isə ədalətlidir. Ona görə də zərərçəkmişin hüquqi vаrisinin apellyasiya şikаyətinin təmin оlunmаmаsını, Zaqatala Rayon Məhkəməsinin 02 mаrt 2021-ci il tarixli hökmünün isə qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətini əsаslı hesаb edirəm. Belə ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuş, lаkin bаrələrində məhkum olunduqlаrı maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməmişdir. Birinci instаnsiyа məhkəməsi cəzа təyin edərkən işin fаktiki hаllаrını, xаrаkterini, ictimаi təhlükəsizlik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən hаllаrı nəzərə аlmаmış, cinayət qanunu normasını düzgün tətbiq etməmiş və təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmamışdır. Qeyd etdiyim xüsusаtlаr isə nəzərə alınmalı olan ağırlaşdırıcı hallardır. Odur ki, apellyasiya şikаyətinin təmin edilməsini və təqsirləndirilən şəxslərin hər ikisinə təqsirli bilindikləri maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə birinci instаnsiyа məhkəməsinin hökmünün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 186.2.1 və 186.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, cəza tədbirinin müəyyən edilməsində səhvə yol vermiş, təqsirləndirilən şəxslərə cinayətin ağırlığına və onların şəxsiyyətinə uyğun olmayan yüngül cəzanı təyin etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırda təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl də digər Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş darvazasını aşaraq evin həyətinə, oradan isə evin arxa hissəsindəki pəncərəni sındırdıqdan sonra həmin pəncərədən keçməklə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, evin yataq otağında olan 7 litrlik, 150 manat dəyərində 01 ədəd simovar, 5 litrlik, 100 manat dəyərində 01 ədəd simovar, 40 litrlik, 50 manat dəyərində 01 ədəd qazan, 70 manat dəyərində 01 ədəd “Whisky” içkisi, 50 manat dəyərində 01 ədəd “Martını Bıanco” içkisi, hər biri 50 manat dəyərində, Rusiya istehsalı, 02 ədəd araqları əvəzsiz və gizli olaraq qəsdən talamış və vahid niyyətlə Zərərçəkmiş şəxs Calal qızına cəmi 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, etdiyi oğurluq cinayətinin hadisə yerində qala biləcək izlərini məhv etmək məqsədilə 08 iyul 2020-ci il tarixdə, gecə saat 01 radələrində təkrarən yaşayış olmayan həmin fərdi yaşayış evinin yuxarıda qeyd edilən pəncərəsindən keçməklə qanunsuz olaraq evə daxil olmuş, hadisə yerində Təqsirləndirilən şəxs1 evi yandırmaqdan çəkindirmək məqsədilə ona dediyi sözlərə əhəmiyyət verməyərək sonuncunun məlumatı və iştirakı olmadan evdən tapdığı kibritlə yataq otağında yataq dəstinin üzərindəki örtüyə od vurmaqla yandıraraq təmir-tikinti işlərinə münasibətdə cəmi 28.665,1 manat, evin içərisindəki məişət və digər əşyalara münasibətdə isə 29070 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxsə 57.735,1 manat məbləğində külli miqdar sayılan özgə əmlakını qəsdən məhv etmiş, bu günə qədər vurduğu ziyandan heç bir ödəniş etməmiş, əksinə zərərçəkmiş şəxsin hüquqi varisi ilə hər hansı bir razılığa gəlmək niyyətinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmış və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus evdə heç kimin yaşamadığını bilərək digər təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 evə daxil olub ev əşyalarını oğurlamış, törətdiyi əməldə peşman olmaq əvəzinə təkrar evə daxil olmuş, bu dəfə isə bütövlükdə evin yandırmaqla daha ağır nəticələrə səbəb olan hərəkət etmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs2 sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etməsi və digər maddə ilə qəti olaraq ona dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə bilməz. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirici halların olmamasını, lakin başqa cinayəti ört-basdır etmək məqsədi ilə cinayət əməlini törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb ona təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Ancaq məhkəmə cinayət qanunvericiliyinin iştirakçılıqla törədilən cinayətlərin daha ciddi cəzalara səbəb olmasına dair tələbini, həmçinin cinayətin zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla və yandırmaqla törədilməsini, yanğın nəticəsində zərərçəkmiş şəxsə dəyən ziyanın bu günə qədər az miqdarda olsa belə ödənilməməsini kifayət qədər nəzərə almamış, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona görə də cəzanın yüngül olması barədə apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilərək, ona təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Digər Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlir ki, öz növbəsində Təqsirləndirilən şəxs1 da cinayəti qrup şəklində törətsə də, onun tötərdiyi cinayət əməli yalnız oğurluqdan ibarət olmuş və bu oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə ümumi dəyəri 520 manat məbləğində maddi ziyan vurulmuş və oğurluq yolu ilə əldə edilmiş əşyalardan bir ədəd 7 litr ölçülü samovar, bir ədəd 5 litr ölçülü samovar, bir ədəd 40 litr ölçülü qazan, bir ədəd üzərində **********007 nömrəsi yazılmış 75 cl “Whisky” şüşəsi, bir ədəd üzərində **********105 nömrəsi yazılmış 100 cl ölçülü “Martini” şüşəsi zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə qaytarılmışdır. Bunlardan əlavə, o da nəzərə alınmalıdır ki, cinаyət hаdisəsini törətdikdən sоnrа zərərçəkmiş şəxsin evinin yаndırılmаsındа Təqsirləndirilən şəxs1 iştirаk etməmiş, əksinə sоnаdək digər təqsirləndirilən şəxs Fariz Kərimоvun evi yandırmaa fikrindən döndərməyə çаlışmış, bir dəfə yanğını söndürmüş, lаkin o, evdən çıxandan sonra Fаriz Kərimov onun xəbəri оlmаdаn evi yаndırmışdır. Təqsirləndirilən şəxs1 оğurluq cinayəti törətmişdir ki, bu əməlinə görə də ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3-cü maddələrilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona gorə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 təyin etdiyi cəzanı qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza ağırlaşdırılmalı, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 407 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs2 CM-in 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən, bu cəza CM-in 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirli bilinib Zaqatala Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Baxılmış apellyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-183/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-183/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver