Məhkəmə qərarları › İş №1(107)-186/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-186/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-186/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 17 mart 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1995-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Balakən rayonu kərpic zavodunda fəhlə işləyən, Balakən Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizinin dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs maddi ziyana görə 236.50 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 1236,50 manat pul alınıb Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, hökmün icrasının Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nə Kod: 201025, VÖEN-**********, SWİFkod AİİBAZ2X; M/h:AZ37NABZ********************,VÖEN1804 3787 91: Hesab: AZ53AİİB**********4 04 ********* hesaba köçürülməsi, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından156 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməsi müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 16 iyun 2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan hərəkətləri ilə yəni, Katex istirahət guşəsi adlı restoranı işlədən Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, sonuncuya başı ilə zərbə endirməklə burnunda üst yuxarı səthində sıyrıqlar, sol göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməli sınığı ilə müşayiət olunan, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək faktiki Zərərçəkmiş şəxs istifadəsində olan əmlaka, yəni Katex istirahət guşəsi adlı restoranın binasında olan kabinetin qapısının 28 manat dəyərində 135x70sm ölçüdə buz şüşəsini, restoranın həyətində yerləşən kabinetin pəncərəsinin 8 manat dəyərində 110x35sm ölçüdə sadə şüşəsini sındırmış, həmçinin restoranın həyətində yerləşən kənarları açıq kabinetdəki stolu itələyib çevirməklə hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd şəffaf şüşədən qənd qabını, hər birinin qiyməti 1 manat 50 qəpik olan 3 manat dəyərində 2 ədəd şəffaf şüşədən mürəbbə qablarını, hər birinin qiyməti 50 qəpik olan 4 manat 50 qəpik dəyərində 9 ədəd şəffaf şüşədən armudu stəkanı, hər birinin qiyməti 3 manat olan 6 manat dəyərində 2 ədəd dəm çaynikini, 60 manat dəyərində 1 ədəd İstifadədə olmuş "Samsung Duos" markalı GT-İ8262 modelli mobil telefonu və 115 manat dəyərində istifadədə olmuş, 2016-cı il buraxılışlı "Samsung" markalı J2 modelli mobil telefonu ümumilikdə 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manat dəyərində əmlakı məhv edib maddi ziyan vurmaqla qəsdən qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır.Sonuncu dəfə 27 fevral 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarmışdır. Balakən rayon kərpic zavodunda fəhlə işləyir.16 iyun 2020-ci il tarixdə xalası oğlu Şahid1la birlikdə Balakən şəhəri ərazisində olduğu zaman tanışı Şahid2 telefonla ona zəng edərək görüşüb çay içmək istədiyini bildirmişdir. Həmçinin Səmra həmin zaman özünün və onun tanışı olan Aygün Süleymanova ilə birlikdə olduğunu demişdir. O, da Əmrahla birlikdə Balakən şəhəri ərazisində olduqlarını və onları gəlib götürmələrini bildirmişdir. Saat təxminən 21 radələrində Şahid2 Aygünlə birlikdə sonuncuya məxsus “Mersedes” markalı avtomaşınla onları Balakən şəhəri ərazisindən götürmüşlər. Daha sonra həmin avtomaşınla Balakən rayonu ərazisində biraz gəzdikdən sonra rayonunun Katex kəndi istiqamətinə getmişlər. Katex kəndi ərazisində olduqları zaman Katex kəndi ərazisində yolun kənarında yerləşən Katex istirahət guşəsi adlı restorana gedərək orada çay içməyi qərarlaşdırmışlar. Bundan sonra Aygün idarə etdiyi avtomaşınla restoranın həyətinə daxil olub restoranın baş tərəfində yerləşən kənarları açıq olan kabinetə tərəf sürmüşdür. Onlar orada maşından aşağı düşdükləri zaman sonradan adını Əliheydər olaraq bildiyi şəxs onlara yaxınlaşaraq “mən sizə burda stolbayammı icazə almayıb obyektə daxil olursuz” demişdir. Bu zaman o da Əliheydərə “üzrlü say ağsaqqal, bağışla, bilmədim, obyektin sahibi sənsənmi” demişdir. Daha sonra Əliheydər oradan uzaqlaşaraq getmişdir. Onlar isə orada kənarları açıq olan kabinetdə əyləşmişlər. Daha sonra isə çay içəcəklərini bildirdikləri üçün orada ofisant işləyən qadın mürəbbəli çay gətirmişdir. Elə bir neçə dəqiqə oturduqdan sonra Səmra və Aygün işləri olduğu üçün oradan çıxıb getmişlər. Daha sonra Əmrahla orada oturub çay içməyə davam etmişdir. Bir müddət orada oturduqdan sonra onlar çıxıb getmək istədikləri üçün hesabı istəmişlər. Həmin restoranda işləyən qadın- ofisant hesabın 7 manat elədiyini bildirmişdir. Əmrah həmin qadına hesabı ödəmək üçün 50 manat məbləğində pul vermişdir. Həmçinin həmin vaxt o əmisi oğlu Azərə zəng edərək gəlib onları oradan aparmasını bildirmişdir. Çünki Aygün və Səmra oradan getdikləri üçün onlarda maşın olmamışdır. Restoranda ofisant işləyən qadın bir neçə dəqiqə sonra geri gəlmiş və 50 manata xırda olmadığını bildirib pulu geri Əmraha qaytarmışdır. Daha sonra onlar durub restoranın girişindəki kənarları açıq olan kabinetə yaxınlaşmış və orada oturan, onlar kafeyə daxil olan zaman özünü restoranın sahibi kimi təqdim edən, sonradan adını bildiyi Əliheydər adlı şəxsə 50 manat pulu vermişlər ki, hesabları olan 7 manatı çıxsın. Bu zaman Əliheydər cibindən pul çıxardıb saymış və qalıq pul olmadığını bildirmişdir. Halbuki, pulu saydığı zaman onda qaytarmalı olan qalıq 43 manat məbləğində pulun olduğunu görmüşlər. Onlar necə edəcəklərini soruşduqda “sabah gətirib verərsiniz” demişdir. Onlar da razılaşıb həmçinin “əgər narahatçılıq varsa 50 manat səndə qalsın qalıq pulumuzu sonra götürərik” demişlər. Hətta kartla ödəmə varsa kartla da ödəyə biləcəklərini də demişlər. Çünki, Əmrahın maaş kartı üzərində olmuş və içərisində də deməsinə görə pul olmuşdur. Əliheydər kartla ödəmə olmadığını, buna görə də pulu sabah gətirib verərsiniz demişdir. Bu zaman o da Əliheydərə ”narahat olma sabah pulu gətirib verəcəyik” demişdir. Daha sonra isə həmin kənarları açıq olan kabinetdən bir qədər restoranın girişinə doğru getmişdir. O, həmin kabinetdən uzaqlaşaraq oradan çıxıb getmək istədikdə Əliheydər oturduğu stuldan ayağa qalxıb sərt formada gözündə olan eynəkləri stolun üstünə ataraq onun üstünə gəlmiş və ona demişdir ki, “mən nədən narahat olmalıyam, narahat olsam deyərdimmi ki, pul səndə qalsın, sən uşaqsan”. O, da Əliheydərə “niyə qışqırırsan üstümə, ağsaqqal adamsan” deyə bildirmişdir. Bu zaman Əliheydər yenidən sərt formada qışqıraraq onun üstünə gələrək “mənim əlim qanlıdı, mənim əlimin qanı hələ qurumayıbdı, mənə siverlovski Əli deyirlər” demişdir. Əliheydərin etdikləri onu özündən çıxartmış və o da əsəbiləşərək Əliheydərə yaxınlaşıb burun nahiyəsindən bir dəfə başı ilə zərbə vurmuşdur. Həmin zaman orada olan tanımadığı qadın və Əmrah araya girib Əliheydəri sakitləşdirib kənarlaşdırmışlar. O, da kənara çəkilmiş və Əliheydərə “Ağsaqqal, yaşlı başlı adamsan üstümə niyə qışqırırsan” demişdir. Həmçinin Əliheydərə vuran zaman yaxınlıqda olan azyaşlı uşaq qışqırdığı üçün kənara çəkilmiş və ikinci dəfə Əİiheydərə vurmaq istəməmişdir.Onun Əliheydərə vurmaq və ya onunla hər hansı bir formada mübahisə etmək fikri olmamışdır. Lakin Əliheydər özündən razı hərəkətlər edib onun üstünə gələrək onu qıcıqlandırdığı üçün özündən çıxıb onu vurmağa məcbur olmuşdur. Bundan sonra isə Əliheydərin hərəkətləri ona təsir etdiyi üçün əsəbiləşib özünü saxlaya bilməmiş restoranın kabinetinin aynasına bir dəfə yumruqla zərbə vurduqda ayna qırılıb yerə tökülmüş və sağ qolu biləyə yaxın hissədən kəsilmişdir. Elə bu zaman əmisi oğlu Azər qardaşı Ariflə birlikdə özünə məxsus VAZ 2106 markalı avtomaşınla restorana onları aparmaq üçün gəlmişdir. Onlar da maşına əyləşib oradan uzaqlaşaraq yaşadığı evin qarşısına getmişlər. Bu zaman polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və hadisə barədə izahat vermişdir . Daha sonra isə Zaqatala rayon mərkəzi xəstəxanasına gedərək qoluna baxdırdıqda kəsildiyi üçün tikiş vurmuşlar. El arasında Miqiş kimi tanınan atası Miqdatın da kriminalla heç bir əlaqəsi yoxdur. Cavanşir Piriyevin qardaşı Kənanı da Balakən rayon sakini kimi tanıyır. Onunla yaxın münasibəti də yoxdur. Orada 13-15 nəfər şəxs olmamışdır. Restorana onunla birlikdə gedən Aygün və Səmra getdikdən sonra Əmrahla özü olmuşdur. Əliheydər 13-15 nəfər şəxslə oraya getdiklərini bildirməsi tamamilə yalandır. Əməlindən peşimandır.Gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Balakən rayonu Katex kəndində Katex istirahət guşəsinin otelində yaşayır. 2019-cu ilin dekabr ayında şəxsən Katex kənd Bələdiyyəsinin sədri Piriyev Cavanşirlə görüşüb Balakən rayon Katex kəndi ərazisində yerləşən Katex istirahət mərkəzini icarəyə götürmüşdür. Həmin zaman X16 istirahət mərkəzinin ona məxsus olduğunu və iki gündən sonra görüşüb əraziyə baxış keçirmələrini bildirmişdir. Görüş zamanı abadlıq və təmir işlərinə ehtiyac olduğundan bir ay işləyib sonra icarə haqqını təyin edək demişdir. 2020-ci ilin aprel ayına kimi dəfələrlə Piriyev Cavanşiri icarə müqaviləsi bağlamaq üçün restorana dəvət etsədə Cavanşir gəlməkdən boyun qaçırmışdır. 20 yanvar 2020-ci il tarixdə şəhidlərin ruhuna ehsan verməsi ilə bağlı məclisə də Cavanşir gəlməmişdir. 2020-ci ilin yanvar ayında ərazinin talan və qarət olunmasından, yəni orada gözətçi olmadığından restoranda qalmaq məcburiyyətində olmuşdur. Hansı ki, aprel ayına qədər Zaqatala rayonu Çay Sovxoz kəndində ev kirayaləmişdir. Buna baxmayaraq restoranda qalmağa məcbur olmuşdur. 2020-ci ilin aprel ayı ərzində, yəni Ramazan ayı müddətində Azərişıq səhmdar cəmiyyətinin əməkdaşlarını restorana göndərərək iki il bundan öncə olan 72 manat borca görə işığın təchizatını kəsdirib onu restorandan çıxartmaq istəmişdir. Zəng edib etirazını bildirdikdə Cavanşir demişdir ki, ya borcu ödə ya da ki, işığı kəssinlər. Faktiki ona aid olmayan borcu ödəməyə məcbur etmişdir. May ayının təxminən 4-5-i olardı ki, Cavanşir restorana gəlib ondan və onun gördüyü işdən razı qalmadığını bildirib iki gün ərzində restoranı təhvil verməsini bildirmişdir. Təmir və abadlıq işlərinə çəkdiyi 3200 manat məbləğində xərci tələb etdikdə Cavanşir ona bildirmişdir ki, heç nə qaytarmayacaq. Guya orada işləmiş, halbuki qış fəslində restoran heç bir fəaliyyət göstərməmişdir. Mübahisədən sonra restoranı tərk etməkdən imtina etmişdir. Təxminən 2 gün sonra Fərrux adlı şəxs restorana gəlib tanışlıq verəndən sonra bildirmişdir ki, bu obyektlər Rusiyada yaşayan qardaşı Fərmana məxsusdur. Fərmanın onunla telefon əlaqəsi yaratmaq istədiyini də bildirmişdir. O, etiraz etməyib nömrəsini və restoranın təmirdən sonrakı şəkillərini Fərruxa vermişdir. Səhəri gün Rusiyada yaşayan Fərman onunla əlaqə saxlayaraq işindən razı qaldığını bildirmişdir. Faktiki iyun ayından ticarətin başlandığını bilərəkdən Fərman təklif etmişdir ki, çatışmamazlıqları aradan qaldırsın, avqust ayında gələndə bütün xərcləri icarə haqqına danışıb bölər. Fərmandan bir xahişi olmuşdur ki, Piriyev Cavanşiri restoranın nəzarətindən uzaqlaşdırsın. Belə ki, lazım olan məqamda Piriyev Cavanşirlə görüşmək mümkün olmur. Fərman ona bildirmişdir ki, həmin gündən restorana nəzarəti Fərrux edəcək. Bu söhbətdən təxminən 20 gün keçmiş kənd sakinlərindən ona xəbər gəlmişdir ki, Piriyevlərin kiçik qardaşı Kənan restoranda dava salmağa icraçı axtarır. Həmin dəqiqə bu barədə məlumatı sahə rəisi Ramil Ağayevə vermişdir. 16 iyun 2020-ci il tarixdə təxminən saat 21:10 radələrində Balakən istiqamətindən “Mersedes” markalı qırmızı rəngli cip maşın yoldan restoran tərəfə dönərək saxlamışdır. Sükan arxasında olan qadın kiminləsə telefonla danışaraq istiqamətini dəyişib Katex kəndinə tərəf yönəlmişdir. Təxminən 7-8 dəqiqə sonra həmin maşın restoranın ərazisinə daxil olaraq girişdə saxlamayaraq özbaşına restoranın sonundakı kolluq tərəfə sürmüşdür. O, birinci altıaçıq kabinetdən durub maşın istiqamətində getmişdir. Maşın restoran ərazisinin sonuna sürülmüşdür. Maşından iki oğlan iki qız özlərini saymazyana apararaq aşağı düşmüşlər. O, həmin şəxslərlə görüşüb maşını niyə oraya sürdüklərini soruşmuşdur. Ona sonradan adını Həsən olaraq bildiyi şəxs restoranın dostuna məxsus olduğunu bildirmişdir. O, Həsəndən dostunun kim olmasını soruşduqda Kənan olduğunu bildirmişdir. O, da bildirmişdir ki, restoran Fərmana məxsusdur və restorana daxil olan zaman girəcəkdə maşını saxlayıb hara sürmək və harada oturmaq lazım olduğunu maraqlanmaq lazım idi. Həsən ona bildirmişdir ki, həmişə bura belə gəlmişlər. Halbuki Həsən və yanındakı şəxsləri 2019-cu ilin dekabr ayından restoranda görməmişdir. Mübahisəni davam etdirməmək üçün əyləşmələrini təklif edib ofisantın yaxınlaşacağını bildirmişdir. Ofisant işləyən Naciyə adlı qadın yaxınlaşıb sifariş götürəndə mürəbbəli çay və falqa gətirməsini istədiklərini bilmişdir. Falqanın narkotik istifadəsində lazım olduğunu bildiyindən falqanı verməyi qadağa etmişdir. Mürəbbəli çayı isə oturduqları stola göndərmişdir. Həmin vaxt restoranın girişinə öz şəxsi maşınında Cavanşir və oğlu yaxınlaşıb dayanmışlar. O, yaxınlaşıb Cavanşirlə görüşdükdən sonra restoranda qardaşı Kənanın adından narahat şəxslər daxil olduğunu bildirib xahiş etmişdir ki, oğlu Tərlan maşından düşüb baxsın ki, bəlkə həmin şəxsləri tanıyır. Əgər narahatlıq yaranacağı halda həmin şəxslərin kimlər olduqlarını bilsinlər. Çünki, həmin şəxslər təxminən Cavanşirin oğlu Tərlanla həmyaşıd idilər. Cavanşir bildirmişdir ki, nə onun, nə də ki, qardaşının restorana aidiyyatı yoxdur, daha sonra isə traktor sürücüsü olan Rəvanla söhbət edib maşını sürüb oradan getmişdir. Bundan sonra iki qız və Həsən kolluq tərəfə çəkilmişlər, iyindən hiss etmişdir ki, narkotik maddə qəbul edirlər. Təxminən 5 dəqiqədən sonra oturacağa yaxınlaşıb bir stəkan çay içdikdən sonra iki qız maşına minib restoranı tərk edib Katex kəndi istiqamətinə getmişlər. Ofisiant Naciyə 50 manat pul gətirib Həsəngilin hesabını çıxmağı istəmişdir. O, da xırda olmadığından pulu geri göndərmişdir. Təxminən 6-7 dəqiqədən sonra Həsən və sonradan xalası oğlu olaraq bildiyi şəxs yaxınlaşıb pulu yenidən ona təklif etmişlər. Üzərindəki pulu göstərib bildirmişdir ki, borcları 7 manatdır, xırda olmadığından çıxıb getmələrini, bu tərəfə yolu düşdükləri zaman pulu gətirmələrini təklif etmişdir. Həsənin xalası oğlu razılaşıb onunla görüşmüş və uzaqlaşaraq bir az getmişlər. Təxminən 5-6 metr aralandıqdan sonra Həsən ona “narahat olma biz kişiyik borcu gətirəcəyik” demişdir. O, da bildirmişdir ki, “narahat olsaydım sizə çıxıb getməyinizi deməzdim”. Bu zəmində mübahisə başlamışdır. Mübahisə zamanı xalası oğlu Həsəni sakitləşdirmək istəmişdir. Onun sakitləşmədiyini görüb təklif etmişdir ki, müştərilərin yanında narahatçılıq yaratmamaq üçün kənara çəkilsinlər. Həsənin ona məhəl qoymadığını görüb restoranı tərk etmələrini tələb etmişdir. Restorandan onları müştəri olan Naciyənin tanışı, onun tanımadığı və adını bilmədiyi şəxs ağ rəngli VAZ markalı maşında aparmışdır. Həsən maşına oturan zaman sabah gəlib söhbət edəcəyini bildirmişdir. Xalası oğlu ona etirazını bildirib “dalbayovu nakazat eləməyi söz vermisən hara gedirsən” demişdir. Daha sonra isə maşına oturaraq ərazini tərk etmişlər. O, sonradan bilmişdir ki, onlar Balakənə tərəf gəlməyib Katex kəndi ərazisində tərəzinin yaxınlığında maşından düşmüşlər. Həsəngil restorandan çıxan kimi Cavanşirə zəng edib həmin müştərilərin narahatçılıq yaratdıqlarını ona bildirmişdir. Sonra sahə rəisi Ramil Ağayevə zəng edib xəbər verdiyi mübahisənin baş verdiyini ona çatdırmışdır. Sabahı olacaq söz söhbətdən də xəbərdar etmişdir. Ramil ona polis şöbəsini yığmasını təklif etmişdir. Həmin dəqiqə Balakən istiqamətindən sürətlə 3 maşının restorana daxil olduğunu görmüşdür. O, həmin zaman sahə rəisi Ramil Ağayevlə telefonda danışdığı üçün ona “restorana maşınlar daxil olub kömək lazımdır” demişdir. Restoranın birinci altıaçıq kabinetində Naciyə, 12 yaşlı qızı, kababçı Fazil, Bal meyvənin işçisi Rəvan və yoldaşı Cahanla oturmuşlar. Katex istirahət mərkəzinə Həsən adlı şəxsin 3 maşında 15 nəfər şəxslə gəldiyi maşınların dövlət qeydiyyat nömrələrini görməmişdir. Restorana birinci Həsənin əmisi oğlunun VAZ 2106 markalı maşını daxil olmuşdur. Həmin şəxsi və maşını ona görə tanıyır ki, Zaqataladan Balakənə rayonu Katex kəndinə bir neçə dəfə onu taksi kimi gətirmişdir. Həmçinin ofisant axtaranda ona kömək edəcəyinə söz vermişdir. Həmçinin bir- iki dəfə qonağı olmuşdur. Sonradan bilmişdir ki, həmin şəxs Həsənin xalası oğludur və adının Azər olduğunu bilmişdir. Həmçinin əlinin üzərində döymə var idi. Digər şəxsləri və oraya gələn maşınları tanımamışdır. Həsən maşından düşən kimi altıaçığın girişinə yaxınlaşdıqda mübahisə olacağını hiss edib həmin mübahisəni altıaçıq kabinetdən uzaqlaşdırmaq üçün ayağa qalxmışdır. Həsən yaxınlaşaraq “nə demək istəyirdin” deyərək anidən onun sifətinə başı ilə zərbə endirmişdir. Burnundan qan açıldığını görüb qadınlarla uşağı altıaçıq kabinetdən çıxartmışdır. Həmin zaman Həsən və yanında olan təxminən 5-6 nəfər şəxs altıaçığa daxil olub stolu çevirib ona və balmeyvənin işçisi Rəvana zərbələr endirməyə başlamışlar. Azər adlı şəxs ona ayağı ilə zərbələr endirmişdir. Bundan əlavə hadisə zamanı zərbələrdən hansının kim tərəfindən yetirildiyini o görməmişdir. Hadisənin sonunda Həsənin xalası oğlu adını sonradan Əmrah olaraq bildiyi şəxs ona yaxınlaşaraq “bura Balakəndi özünü yaxşı apar, biz hələ görüşəcəyik” deyib əməliyyat olunmuş sol gözünə yumruqla zərbə endirmişdir. 3 maşınla gələn təxminən 15 nəfər olmuşdur. Onlardan 5 nəfər kənarda durmuşdur. Heç nə etməmişdirlər. Ona birinci zərbə dəydikdən sonra kənarda dayanmış həmin 5 nəfər tanımadığı şəxslər gəldikləri maşına minib hadisə qurtarana qədər maşından çıxmamışlar. Təxminən 4-5 dəqiqə dava getdikdən sonra arxadan “bəsdi vurduz” deyiblər restoranı dağıdın deyə kim isə qışqırmışdır. Həmin zaman orada olan Həsən və tanımadığı 5-6 nəfər şəxs ondan aralanıb ikinci altıaçığın altında olan stolu çevirib üzərindəki qab-qacaqları sındırmışlar. Həmçinin bağlı kabinetin plastik pəncərəsinin yuxarı şüşəsini sındırıb, 5 nömrəli kabinetin qapısının şüşəsini də sındırıb restorana maddi ziyan vurmuşlar. Kabinetin şüşəsini qıran zaman da Həsənin qolu kəsilmişdir. Dava zamanı 102 xidmətinə ofisiant Naciyə öz şəxsi telefonu ilə zəng edərək məlumat vermişdir. Daha sonra isə qeyd etdiyi kimi restoranı dağıtmışlar, bu zaman Azər qışqırıb Həsənə otur maşına restoranı itlər basacaq dedikdən sonra maşına oturub oranı tərk etmişlər. Hadisə təxminən 10-12 dəqiqə davam etmişdir. Həsən və yanında gələn şəxslər restorana maddi ziyan vurmuşlar. Belə ki, kabinetdə olan stolu çevirdikləri zaman stolda olan yoldaşı Cahana məxsus 230 manata almış olduğu 2016-cı il olan Samsung J2 markalı mobil telefon, hər birinin qiyməti təxminən 4 manat olan 6 ədəd aynadan qənd qabları, iki ədəd hər birinin qiyməti 3 manat olan aynadan mürəbbə qabları, hər bir cütün qiyməti 1 manat olan 9 cüt armudu stəkan və bölmələr, hər birinin qiyməti 6 manat olan 2 ədəd dəm çaynikləri, kabinetin qapısında olan 170x80 sm ölçüdə plastik mat pəncərəsi və kabinetin pəncərəsinin açılmayan yuxarı şüşəsini sındırıb restorana maddi ziyan vurulmuşdur. Amma maddi ziyanın dəqiq məbləğini bilmir. Həsən və onunla 3 maşında gəlmiş 15 nəfər şəxs restoranı dağıtdıqdan sonra maşınlara minib restoranı tərk etmişlər. Polis əməkdaşları gələnə qədər əl -üzünü yuduğu vaxta onun 050307-60-45 saylı mobil nömrəsinə Piriyev Cavanşirdən zəng gəlmiş, zəngə yoldaşı Cahan cavab verdiyi zaman Cavanşir hədə- qorxu gələrək “mənim və qardaşımın adını polislərə versəniz başınıza oyunlar açaram” demişdir. Həmçinin onu da qeyd etmişdir ki, hadisə yerini polislər müayinə edən zaman şahidlərdən heç bir izahat götürülməmişdir. Onun xəsarətlərini qeyd etmək üçün təcili tibbi yardım çağırılmamışdır. Yalnız içkili olub-olmadığı yoxlanılmışdır. Daha sonra isə polis şöbəsinə gələrək olan hadisə barədə ərizə yazıb yoldaşı Cahan və o hadisə barədə izahat vermişlər. İstintaq düzgün aparılmamış, cinayət törətmiş şəxslərdən yalnız Həsən cinayət məsuliyyətinə cəlb olunmuşdur.Digər şəxslər cinayət məsuliyyətindən kənarda qalmışlar. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, onun sol gözü bir il bundan əvvəl zədə aldığından həmin gözü görmə qabiliyyətini itirmişdir.O, gözünün çıxarılmaması, habelə müalicəsi və reabilitasiyası üçün Bakı şəhərində Zərifə Əliyeva adına Göz Xəstəlikləri xəstəxanasında dəfələrlə əməliyyat olunmuş, habelə sonradan Zaqatalada yerləşən xəstəxanada bir neçə dəfə müalicə almışdır. Həmin müalicə və əməliyyatlara o, 3500 manatdan artıq xərc çəkmişdir. Cavabdeh və onunla birlikdə ona qarşı cinayət əməli törətmiş şəxslər onun müalicə almış gözünə xəsarət yetirərək bugünədək aparılmış bütün müalicənin nəticələrini puç etmişdir. Hal-hazırda onun həmin gözündən iltihab axır və onun həmin gözünə təcilli əməliyyat və sonrakı müalicə tələb olunur. Bu da külli miqdarda vəsait tələb edir. Eyni zamanda ona qarşı tətbiq olunmuş zorakılıq nəticəsində onun burnu da sındırılmışdır. Bu günədək o bu səbəbdən əziyyət çəkir və nəfəs almaqda çətinliklər yaşayır. Onun burnu da əməliyyat olunmalıdır, bu da xeyli xərc tələb edir. Eyni zamanda cavabdeh və onunla birlikdə cinayət əməlini törətmiş şəxslər ictimai yerdə,digər şəxslərin qarşısında ona qarşı qabaqcadan əlbir olan qrup şəklində zor tətbiq etməklə onun mənəvi hissələrini və şəxsiyyətini təhqir etmişlər. Qarabağ müharibəsi veteranı və faktiki gözdən əlil olan bir şəxs kimi ona qarşı edilən bu hərəkət ona ciddi mənəvi sarsıntı vermiş, əsəb gərginliyinə və mənəvi iztirab çəkməyinə səbəb olmuşdur. Bu səbəbdən o cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı , mülki qaydada cavabdehlik daşımasını və ona vurduğu maddi və mənəvi ziyan məbləğini ödəməsini, ona vurulmuş ziyanın aradan qaldırılmasını tələb etmək qərarına gəlmişdir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona bədən xəsarəti yetirilmişdir ki, bunun nəticələrinin aradan qaldırılması üçün onun müalicə və əməliyyat olunmağı tələb olunur ,bunun üçün də xeyli miqdarda pul vəsaiti tələb olunur. Bu səbəbdən o, pozulmuş hüququnun müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun iddia tələbləri təmin edilməli və cavabdehdən tələb etdiyi maddi və mənəvi ziyan məbləği tutularaq ona ödənilməlidir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İşin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 əriZərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Balakən rayon Azpetrol yanacaq doldurma məntəqəsində kassir operator vəzifəsində işləyir. 16 iyun 2020-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxsla birlikdə Balakən şəhəri ərazisində olduğu zaman Həsənin tanışları, sonradan adlarının Aygün Süleymanova və Şahid2 olaraq bildiyi şəxslər Aygünə məxsus “Mersedes” markalı avtomaşınla onları Balakən şəhəri ərazisindən götürmüşlər. Daha sonra həmin avtomaşınla Balakən rayonu ərazisində gəzdikləri zaman rayonun Katex kəndi ərazisində yerləşən restorana gedərək orada çay içməyi qərarlaşdırmışlar. Daha sonra onlar restoranın həyətinə maşınla daxil olub restoranın baş tərəfində yerləşən kənarları açıq olan kabinetə getmişlər. Onlar orada maşından aşağı düşdükləri zaman sonradan adını Əliheydər olaraq bildiyi şəxs onlara yaxınlaşaraq “mən sizə burda stolbayammı icazə almayıb obyektə daxil olursuz” demişdir. O, Aygün və Səmra ilə birlikdə kabinetə oturmağa getmişlər. Həsən də Əliheydərə “bağışla bilmədim obyektin sahibi sənsən” demişdir. Daha sonra həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Onlar çay içəcəklərini bildirdikləri üçün mürəbbəli çay gətirmişlər. Elə bir neçə dəqiqə oturduqdan sonra Səmra və Aygün işləri olduğu üçün oradan çıxıb getmişlər. Daha sonra Həsənlə orada oturub çay içməyə davam etmişlər. Bir müddət orada oturduqdan sonra hesabı istəmişlər. Həmin restoranda işləyən qadın- ofisant hesabın 7 manat etdiyini bildirmişdir. O, həmin qadına hesabı ödəmək üçün 50 manat vermişdir. Həmçinin Həsən əmisi oğlu Azərə zəng edərək gəlib onları oradan aparmasını bildirmişdir. Çünki Aygün və Səmra oradan getdikləri üçün onlarda maşın olmamışdır. Həmin qadın bir neçə dəqiqə sonra geri gəlmiş və 50 manata xırda olmadığını bildirmişdir. Daha sonra oradan durub restoranın girişində olan kabinetə yaxınlaşmışlar və orada oturan kafeyə daxil olan zaman özünü restoranın sahibi kimi təqdim edən, sonradan adını bildiyi Əliheydər adlı şəxsə 50 manat pulu vermişdir ki, hesab olan 7 manatı çıxsın. Bu zaman Əliheydər cibindən pul çıxardıb saymış və qalıq pul olmadığını bildirmişdir. Halbuki, pulu saydığı zaman onda qaytarmalı olan 43 manatın olduğunu görmüşdür. Onlar necə edəcəklərini soruşduqda Əliheydər sabah gətirib verərsiniz demişdir. Onlar da onunla razılaşmış, “əgər narahatçılıq varsa 50 manat səndə qalsın biz sonra qalıq pulumuzu götürərik” demişlər. Hətta ona kartla ödəmə varsa kartla da ödəyə biləcəklərini də demişlər. Bundan sonra Əliheydər onlara “sabah gətirib verərsiniz” demişdir. Bu zaman Həsən də Əliheydərə “narahat olma sabah pulu gətirib verəcəyik” demişdir. Onlar oradan çıxıb getmək istədikdə Əliheydər bir anlıq sərtləşmiş və gözündə olan eynəyi stolun üstünə ataraq Həsənin üstünə gəlmiş və ona demişdir ki, “mən nədən narahat olmalıyam, narahat olsam deyərdimmi ki, pul səndə qalsın, sən uşaqsan”. Həsən də Əliheydərə “niyə qışqırırsan üstümə, ağsaqqal adamsan” demişdir. Bu zaman Əliheydər yenidən sərt formada qışqıraraq Həsənin üstünə gələrək “mənim əlim qanlıdı, mənim əlimin qanı hələ qurumayıbdı, mənə siverlovski Əli deyirlər” demişdir. Bu zaman Həsən də əsəbiləşərək Əliheydərin burun nahiyəsindən bir dəfə başı ilə zərbə vurmuşdur. Həmin zaman orada olan tanımadığı qadın, oğlan və o Əliheydəri sakitləşdirib kənarlaşdırmışlar. Həsəni o kənara aparmışdır. Bu zaman Həsən restoranın kabinetinin aynasına bir dəfə yumruqla zərbə vurduqda ayna qırılıb yerə tökülmüş və Həsənin sağ əli biləyə yaxın hissədən kəsilmişdir. Elə bu zaman Həsənin əmisi oğlu Azər qardaşı Ariflə birlikdə özünə məxsus VAZ 2106 markalı avtomaşınla restorana onları aparmaq üçün gəlmişdir. Onlar da maşına əyləşib oradan uzaqlaşaraq Həsənin yaşadığı evin qarşısına getmişlər. Bu zaman polis əməkdaşları gələrək Həsəni polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı Əliheydər və Həsəndən başqa heç kim xəsarət almamışdır. Çünki mübahisə onların arasında olmuşdur. O, Əliheydəri və Həsəni bir-birlərindən kənarlaşdırmaq istəmişdir. Buna görə də ümumiyyətlə Əliheydərə və ya başqa bir şəxsə vurmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Əliheydər yalan deyir onlar restorana gedən zaman ayıq olmuşlar. Sərxoş olmamışlar. Əliheydər yalan deyir, onlar restoranda olduqları zaman qurğuşunlu kağız istəməmişlər. Sadəcə olaraq orada onlara çay gətirən ofisant qadından siqaret satıb satmadıqlarını soruşmuşlar. Həmin qadın da siqaret satmadıqlarını bildirmişdir. Həsən Əliheydərə başı ilə zərbə vurduqdan sonra kabinetin aynasına yumruqla bir dəfə vurmuş və ayna qırılmış Həsənin də qolu kəsilmişdir. Həmçinin mübahisə zamanı Həsən kabinetdə olan stolu Əliheydərin üstünə itələmişdir. Başqa da orada nəyisə dağıtmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, azyaşlı övladları- Şahid5 və Dilşad Məsiyeva ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq uşaqlarını dolandırır. 2020-ci ilin iyun ayının əvvəllərində iş axtardığı zaman Balakən rayon Katex kəndi ərazisində yerləşən restoranda iş elanı olduğunu və işçi axtardıqlarını bilmişdir. Buna görə də həmin nömrə ilə əlaqə saxlayaraq işləmək istədiyini bildirmişdir. Daha sonra isə Əliheydər adlı şəxsin işlətdiyi həmin restoranda həm ofisiant, həm də mətbəxdə olmaqla işləməyə başlamışdır. Səhər saat 09:30 radələrindən başlayaraq gecə saat 23:30 radələrinə kimi işləmişdir. 16 iyun 2020-ci il tarixdə axşam saatlarında restorana müştəri kimi iki oğlan və iki qız gəlmişdir. Restoranın baş tərəfində olan kənarları açıq kabinetə gedib əyləşmişlər. Daha sonra ondan mürəbbəli çay istəmişlər. O, da həmin şəxslərə mürəbbəli çay vermişdir. Həmçinin ondan siqaret satılıb-satılmadığını soruşduqda o da siqaret satılmadığını bildirmişdir.Bir müddət onlar oturduqdan sonra oraya gəlmiş iki nəfər qız özlərinin idarə etdikləri maşınla oradan getmişlər. Bir az keçmiş həmin iki oğlan hesabı olan 7 manatı ödəmək üçün ona 50 manat pul vermişlər. O, da 50 manatı Zərərçəkmiş şəxs apararaq qalıq pulu verməsini istəmişdir. Əliheydər də ona “50 manatı niyə götürmüsən məndə 50 manata xırdamı var” demişdir. O, da 50 manatı aparıb həmin şəxslərə qaytarmışdır. Daha sonra restoranın mətbəx hissəsinə qayıtmışdır. Bir az sonra isə səs-küy olduğundan həyətə baxdıqda iki oğlandan adını sonradan Həsən olaraq bildiyi şəxslə Əliheydərin mübahisə etdiyini görmüşdür. Həmin vaxt azyaşlı qızı Leyla da restoranda onların mübahisə etdiyi kabinetin yaxınlığında olduğundan o qızını oradan götürməyə getmişdir. O, qızını götürüb restoranın kabinet hissəsinə qayıtdığı zaman Həsən Əliheydərlə mübahisə etdiyi kabinetdən biraz uzaqlaşmışdır. Həmin vaxt nə olduğunu bilməmiş Həsən birdən geri qayıtmış və Əliheydərin burun nahiyəsinə başı ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Həsən və onun yanındakı oğlan restorandan uzaqlaşaraq getmişlər. Amma onların necə getdiklərini bilməmişdir. Hadisə zamanı o və azyaşlı qızı Leyla hər hansı bir xəsarət almamışlar. Orada 13-15 nəfər şəxsin olduğunu görməmişdir. Hadisə baş verən zaman yəni Həsənin yanındakı sonradan adını Əmrah olaraq bildiyi oğlan da oradan uzaqlaşmışdır. Həmin zaman da Həsən tək olmuşdur. Başqa da orada kimsə olmamışdır. Həsənin də oradan necə getdiyini bilmir. Çünki hadisədən sonra Həsən və Əmrah restoranın giriş hissəsinə getmişlər. Hadisə baş verən zaman mətbəxdə olmuşdur. Həmin zaman restoranda kababçı işləyən Fazil adlı şəxs və Rəvan adlı şəxs olmuşdur. Orada başqa kim isə olmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Orada 13-15 şəxs olmasını görməmişdir. Həmçinin Həsənin kabinetləri dağıtdığını və ya aynaları qırdıqlarını görməmişdir. Daha sonra isə o taksi xidmətinə zəng edərək oradan getmək üçün maşın çağırmışdır. Həmin maşın restoranın giriş hissəsinə gəldikdən sonra qızı Leyla ilə birlikdə oradan getmək istəyən zaman Əliheydər və arvadı Cahan onu oradan getməyə qoymamışlar.Həmin zaman Əliheydər ona hadisənin şahidi olduğundan polis əməkdaşlarına hadisə barədə izahat verməsini istəmişdir. Həmin zaman da hadisəyə tam bilmədiyi üçün həmçinin ona restoranın aynasının qırıldığını bildirdiklərindən o da aynanın qırıldığını görmədiyindən izahat vermək istəməmişdir. Buna görə də restoranın mətbəxinə getmişdir. Daha sonra oraya çağırmış olduğu taksi xidmətinə məxsus avtomaşınla oradan çıxıb yaşadığı evə getmişdir. 17 iyun 2020-ci il tarixdə səhər saat 09 radələrində restorana getmişdir. Həmin zaman restoranın işlədiyini görmüşdür. Baş vermiş hadisəyə görə 17 iyun 2020-ci il tarixdə artıq işləməyəcəyini bildirərək həmin restrorandan işdən çıxmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki,16 iyun 2020-ci il tarixdə axşam saat təxminən 22 radələrində Balakən şəhəri ərazisində olduğu zaman əmisi oğlu Həsən ona zəng edərək Katex kəndi ərazisində yolun kənarında yerləşən Katex restoranına gəlməsini bildirmişdir. Həmin zaman ona məxsus VAZ 21063 markalı avtomaşın Balakən şəhəri ərazisində qardaşı Arifdə olmuşdur. O, qardaşının yanına gedərək ondan maşının açarını istəmişdir. Bu zaman qardaşı nə olduğunu soruşduqda Həsənin çağırdığını bildirmişdir. Bu zaman qardaşı “mən də gəlirəm” deyərək maşına əyləşmişdir. Onlar Katex kəndi ərazisində yerləşən həmin restorana getmişlər. Restoranın qarşısına çatdıqda Həsənin xalası oğlu Əmrahla birlikdə restoranın girişində olduqlarını və Həsənin sağ əlindən qan gəldiyini görmüşdür. Bu zaman Həsəni bu vəziyyətdə görüb maşından aşağı düşüb nə olmasını soruşduqda Həsən heçnə olmadığını bildirib maşına əyləşmiş və getmələrini demişdir. Bundan sonra maşına oturmuş və maşınla Həsəni Balakən şəhəri ərazisinə, yaşadığı evin qarşısına aparmışdır. Onlar orada olduğu zaman polis əməkdaşları gələrək Həsəni polis şöbəsinə aparmışlar. Daha sonra Həsənin yaşadığı evə getmiş bir müddət sonra onu və qardaşını da polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinin qarşısında olduğu zaman Həsənin əli kəsildiyi üçün onu xəstəxanaya aparmasını bildirmişlər. Daha sonra Həsənin atası Miqdat və xalası oğlu Əmrahla birlikdə Həsəni Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada Həsənə ilkin tibbi yardım göstərilmişdir. Həsəndən əlinin niyə kəsilməsini soruşduqda restoranda olan aynaya vurduğunu bildirmişdir. Həmçinin restoranda olan yaşlı bir kişi ilə mübahisə etdiyini, daha sonra isə əsəbiləşdiyi üçün yumruqla aynaya vurduğunu bildirmişdir.O, qardaşı Ariflə Katex kəndi ərazisində yerləşən restorana getdiyi zaman restoranın içərisinə daxil olmamışdır. O, restoranın girişində Həsənlə xalası oğlu Əmrahı görmüşdür. Başqa da kiminsə də orada olmasını görməmişdir. O, qardaşı Ariflə Katex kəndi ərazisində yerləşən restorana getdiyi zaman orada idarə etdiyi avtomaşından başqa maşın olmamışdır.Həmçinin orada olan zaman da başqa maşın oraya gəlməmişdir. Orada olduğu zaman ərzində də hər hansı mübahisə və münaqişə, ümumiyyətlə heç bir hadisə olmamışdır.Təxminən orada 1-2 dəqiqə qalmış çünki Həsənin əlindən qan gəldiyini görüb onu tez maşınla Balakən şəhərinə gətirmişdir. Həmçinin orada Həsənə əlini bağlaması üçün parça da vermişdir. Əliheydər yalan deyir. O, ümumiyyətlə həmin şəxsi tanımır. Sadəcə Həsənin ona deməsindən bilmişdir ki, həmin şəxs yaşlı adamdır. O, Kənan və Cavanşir Piriyevləri tanımır. Həmçinin Əliheydərin qeyd etdiyi 13-15 nəfər şəxsin onu döyməsi də tamamilə yalandır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid Azər Məmmədovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2000-ci ildən etibarən Balakən rayon Katex kənd bələdiyyə sədri vəzifəsində işləyir. Həmçinin Katex kəndi ərazisində yerləşən Katex restoranı Rusiya Federasiyasında yaşayan qardaşı Fərman Piriyevə məxsus olsada hazırda Balakən rayonunda olmadığından həmin restorana o və qardaşları nəzarət etmişdir. Hazırda həmin restoran onun mülkiyyətindədir. 2019-cu ilin noyabr ayında sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı şəxs işlədiyi bələdiyyə idarəsindəki otağına gəlmişdir. Ona Zaqatala rayonunda yerləşən bazarda kafe işlətdiyini, lakin daha böyük restoran götürmək istədiyini, buna görə də ona müraciət etdiyini bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ondan Katex restoranını icarəyə götürmək istədiyini bildirmişdir. O, da həmin vaxt restoranı bir ay, yəni 2019-cu ilin dekabr ayında işlədib müştəri yığmasını 2020-ci ilin yanvar ayından etibarən isə aylıq icarə haqqını, yəni 2020-ci ilin mart ayına qədər aylıq 400 manat, mart ayından sonra isə aylıq 600 manat icarə haqqı verməli olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən Əliheydər restoranı götürüb işlətməyə başlamışdır. Lakin 2020-ci ilin yanvar ayından etibarən aralarındakı şifahi razılaşmaya əsasən verməli olduğu aylıq icarə haqqını verməmişdir. Bundan sonra isə qardaşı Fərrux 2020-ci ilin may ayında həmin restorana gedib Əliheydərlə icarə müqaviləsi bağlamaq istəsə də həmin zaman müştərilərinin az olduğunu bəhanə edərək müqavilə bağlamaqdan imtina etmişdir. Bunlara baxmayaraq o həmin restorana müxtəlif vaxtlarda tanışları ilə gedərək orada oturub çörək yeyib çay içmiş və bunun müqabilində ödənişlərini də etmişdir.Təxminən 2020-ci ilin iyun ayının əvvəllərində Katex kənd ərazisində yerləşən fermada fəhlə işləyən şəxslərin gecə qalmaq üçün restoranda yerləşən otaqlarda qalmaq istəyib ona müraciət etdiklərindən həmin şəxslərlə birlikdə restorana getmişdir. Lakin restoranda və otaqlarda lazımi şərait olmadığından həmin şəxslər restoranda qalmaqdan imtina etmişlər. 2020-ci ilin iyun ayının 16-da həmin restoranın qarşısından keçdiyi zaman restoranın həyətində ekskavator olduğunu ona da qarğıdalı sahəsini suvarmaq məqsədilə kanal açmaq üçün ekskavator lazım olduğundan həmin ekskavatorçu ilə danışmaq qərarına gəlmişdir. Buna görə də restorana getmiş və sonradan adını Rəvan olaraq bildiyi şəxsin həmin ekskavatoru işlətdiyini və Katex kəndi ərazisində yerləşən alma bağında işlədiyini və bir müddətdir ki, restoranda qaldığını bilmişdir. Bundan sonra təxminən saat 22-23 radələrində evdə olduğu zaman Əliheydər ona zəng edərək restorana gələn müştərinin pul ödəməsi ilə bağlı mübahisəsi olduğunu, buna görə də onu vurduqlarını bildirmişdir. O, da Əliheydərdən polisə müraciət edib etmədiyini soruşduqda polisə müraciət etdiyini bildirmişdir. Sonrakı gün isə o, eşitmişdir ki, Zərərçəkmiş şəxs ilə Həsən adlı şəxs arasında mübahisə olmuşdur. Həsən adlı şəxs Əliheydərə başı ilə zərbə vurmuşdur. Həmçinin o birisi gün, yəni 17 iyun 2020-ci il tarixdə Rəvan gələrək qarğıdalı sahəsini sulamaq üçün kanal açmışdır.Sonradan Əliheydər heç bir əsas və səbəb olmadan kənd camaatı arasında şaiyələr yayıb müxtəlif dövlət orqanlarına da şikayətlər etmişdir ki, guya o və qardaşı Kənan həmin davanı hazırlayıb onu döydürmüşlər. Amma onun qeyd etdikləri ilə bağlı heç bir məlumatı və əlaqəsi yoxdur. Əliheydərin onun və qardaşı Kənanın sifarişi ilə döyülməsi ilə bağlı qeyd etdikləri tam yalandır. Mixo ləqəbli şəxs Katex kənd sakini Şahid13dir. Onu kənd sakini kimi tanıyır.Həqiqətən də 2-ci qrup əlildir. Həmin hadisədən 2 gün sonra onun eşitdiyinə görə Mehman 24 iyun 2020-ci il tarixdə saat 02 radələrində həmin restorana getmişdir ki, həmin ərazidə yaşayır və həmin zaman yəni gec saatlarda restoranda maşınla musiqi qoyulduğundan və yüksək səs olduğundan narahat olub nə məsələ olduğunu aydınlaşdırmaq məqsədilə oraya getmişdir. Mehmanın həmin restorana getməsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Mehmanın restorana hansı vəziyyətdə gedib, nə deməsini də bilmir.Ümumiyyətlə Zərərçəkmiş şəxs onun və ailəsi haqqında dedikləri, yalan, şər və böhtandır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 və Piriyev X3 Piriyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, Balakən RPŞ-nin İTB-nin sahə rəisi olmaqla Balakən rayon Katex kəndinin sahə rəisi vəzifəsində xidmət aparır. Zərərçəkmiş şəxs ona zəng edərək Katex kənd sakini Şahid10 işlətdiyi restoranda dava saldırmaq üçün adam axtarması ilə bağlı ona dediyini göstərməsi xüsusatını yalan deyir. Ona zəng edərək və ya üzbəüz olaraq Şahid10 restoranda dava saldırmaq üçün adam axtarması ilə bağlı nə isə deməmişdir. Əliheydər 16 iyun 2020-ci il tarixdə axşam saatlarında ona zəng edərək işlətdiyi Katex restoranında dava olduğunu bildirmişdri. O, da polis şöbəsinə məlumat verməsini bildirmişdir. Daha sonra özü də polis şöbəsinə məlumat verərək gündəlik əməliyyat istintaq qrupunun hadisə yerinə göndərilməsini bildirmişdir. Lakin Əliheydər xəbər verdiyi mübahisənin baş verməsi ilə bağlı deməmişdir. Sadəcə olaraq mübahisə olduğunu, polisin gəlməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərmişdir ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Amma hazırda bilmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranı işlədir. 24 iyun 2020ci il tarixdə gecə saat 02 radələrində həmin restorandan çalıb-oynamaq səsləri gəlmişdir. Onun evi də restoranın yaxınlığında olduğundan səs-küyə görə narahat olub yata bilməmiş həmçinin yaşadığı evdə də ailəsi olduğundan ailəsi də narahat olmuşdur. Buna görə də həmin restorana getmiş və restorana çatar-çatmaz həyətdən maşının çıxdığını görmüş, ancaq kimin olduğunu bilməmişdir. Həmin zaman orada olan adının Əliheydər olaraq bildiyi şəxs restoranın kabinetinin pəncərəsindən baxmışdır. O, Əliheydərə “bu nə səs küydür, gecə saat 02 radələridir camaatı narahat edirsiniz” demişdir. Həmin vaxt Əliheydər ona orada səs- küy olmadığını, ona şər atdığını bildirmişdir. O, da Əliheydərə restorana girdiyi zaman oradan maşının çıxıb getdiyini gördüyünü demişdir. Əliheydər də üzünə duraraq orada maşın olmadığını bildirmişdir. O, bir daha Əliheydərə restoranın ətrafında camaatın yaşadığını,buna görə də gecə saatlarında belə səs-küy yaratmamalarını xahiş etmişdir. Bu zaman Əliheydər ona “restoran mənimdi mən bilərəm sən kimsən” demişdir. O, da bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Əliheydər də ona “kişisənsə qaçma, burda dayan” demişdir. O, da orada dayanmışdır ki, nə etmək istədiyinə baxsın. Bir az keçmiş həmin yerə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra isə polislərə onu guya ki, kənd bələdiyyə sədri Cavanşirin oraya göndərdiyini bildirib ona şər- böhtan atmışdır. Cavanşir Piriyevdən ərizə yazması ilə bağlı onun ümumiyyətlə məlumatı da yoxdur. Buna görə də Əliheydərə belə bir şey də deməmişdir. Restoranı təhvil verib onu hədələyərək şəhərə rədd olması ilə bağlı da heç nə deməmişdir. Onu və ailəsini də təhqir etməmişdir. Hətda bu hadisədən sonra Cavanşirlə söhbət edib hansı səbəbdən restoranı işlətməsi üçün Əliheydərə verdiyini onu, ailəsini və orada yaşayan digər şəxsləri narahat etdiyini bildirərək öz etirazını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Şahid8 tanıyır. Belə ki, bir müddət əvvəl həmin şəxslər Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranı işlətmək üçün oraya gəlib yerləşmişlər. O, da həmin zaman restoranın qarşısında olan kürəkəni Eldənizə məxsus tikilinin içərisində cücə baxmışdır. Həmin şəxslər ilk öncə gəldikləri zaman həmin şəxslərlə tanışlıq yaradıb restoranda bir neçə dəfə onlarla oturmuşdur.Lakin sonradan həmin şəxslərlə münasibətinin alınmayacağını görüb bir daha həmin restorana getməmişdir. Ondan sonra da həmin şəxslərlə münasibəti olmamışdır. Şahid8 yalan deyir. Çünki onun belə bir hadisənin olmasından xəbəri olmamışdır. O, ümumiyyətlə belə bir hadisəni müşahidə də etməmişdir. Həmçinin demək olar ki, işlədiyi tikilidə 3000-4000 ədəd cücə baxır, onun yolun kənarına çıxıb restoranı müşahidə etməyə də imkanı və vaxtı yoxdur. Hansı səbəbə də restoranı müşahidə etməlidir ki, çünki restorana bir çox şəxs gəlib gedir. Bunun da ona heç bir aidiyyəti yoxdur. Həmçinin onun cücə baxdığı tikilidən və həyətindən də restoranı görmək mümkün deyildir. 16 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi Katex istirahət guşəsi adlı restoranda dava olmasını bilməmişdir. Həmçinin həmin zaman oradan səs-küy də eşitməmişdir. Onun ümumiyyətlə belə bir hadisədən xəbəri də olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünün qismən dəyişdirilməsini, mülki iddia tələblərinin tam təmin edilməsini və Təqsirləndirilən şəxs əməlinin CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunaraq ona həmin maddədə nəzərdə tutulan maksimal həddə ağır cəzanın təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 bildirdi ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs ilə əlaqə saxlanıldı, o işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxsin apellyasiya şikayətini, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 221.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ona həmin maddədə nəzərdə tutulan maksimal həddə ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. İş üzrə Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat, mənəvi zərər olaraq 15000 (on beş min) manat birdəfəlik pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək həmçinin hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd şəffaf şüşədən qənd qabının, hər birinin qiyməti 1 manat 50 qəpik olan 3 manat dəyərində 2 ədəd şəffaf şüşədən mürəbbə qablarının, hər birinin qiyməti 50 qəpik olan 4 manat 50 qəpik dəyərində 9 ədəd şəffaf şüşədən armudu stəkanların, hər birinin qiyməti 3 manat olan 6 manat dəyərində 2 ədəd dəm çaynikinin, 60 manat dəyərində 1 ədəd istifadədə olmuş “Samsung Duos” markalı GT-İ8262 modelli mobil telefonun və 115 manat dəyərində istifadədə olmuş,2016-cı il buraxılışlı “Samsung” markalı G2 modelli mobil telefonun dəyərinin ümumilikdə 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manatın Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh (cinayət işi üzrə təqsirləndirilən şəxs ) Təqsirləndirilən şəxs ilə birlikdə digər 14 nəfərin ona hücum çəkərək törətdikləri cinayət əməli nəticəsində ciddi bədən xəsarətləri alaraq maddi və mənəvi zərərə uğradılmışdır. Belə ki, həmin şəxslərin qanunazidd əməlləri nəticəsində onun burnu sındırılmış, əməliyyat olunmuş,gözü zədələnmiş, digər gözünə də xəsarət yetirilərək çoxsaylı bədən xəsarətləri almışdır.Təssüf ki, cavabdehin və onunla birlikdə bu əməlləri törətmiş şəxslərin havadarları ibtidai istintaqın gedişinə təsir göstərməyə nail olaraq Təqsirləndirilən şəxs savayı cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətdən yayınmasına hələ ki, nail olmuşlar. Bu səbəbdən o, bu iddia ərizəsi ilə cavabdehə qarşı çıxış etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun sol gözü bir il bundan əvvəl zədə aldığından həmin gözü görmə qabiliyyətini itirmişdir. O, gözünün çıxarılmaması, habelə müalicəsi və reabilitasiyası üçün Bakı şəhərində Zərifə Əliyeva adına Göz Xəstəlikləri xəstəxanasında dəfələrlə əməliyyat olunmuş, habelə sonradan Zaqatalada yerləşən xəstəxanada bir neçə dəfə müalicə almışdır. Həmin müalicə və əməliyyatlara o, 3500 manatdan artıq xərc çəkmişdir. Cavabdeh və onunla birlikdə ona qarşı cinayət əməli törətmiş şəxslər onun müalicə almış gözünə xəsarət yetirərək bugünədək aparılmış bütün müalicənin nəticələrini puç etmişdir. Hal-hazırda onun həmin gözündən iltihab axır və onun həmin gözünə təcilli əməliyyat və sonrakı müalicə tələb olunur. Bu da külli miqdarda vəsait tələb edir. Eyni zamanda ona qarşı tətbiq olunmuş zorakılıq nəticəsində onun burnu da sındırılmışdır. Bu günədək o bu səbəbdən əziyyət çəkir və nəfər almaqda çətinliklər yaşayır. Onun burnu da əməliyyat olunmalıdır, bu da xeyli xərc tələb edir. Eyni zamanda cavabdeh və onunla birlikdə cinayət əməlini törətmiş şəxslər ictimai yerdə,digər şəxslərin qarşısında ona qarşı qabaqcadan əlbir olan qrup şəklində zor tətbiq etməklə onun mənəvi hissələrini və şəxsiyyətini təqhir etmişlər. Qarabağ müharibəsi veteranı və faktiki gözdən əlil olan bir şəxs kimi ona qarşı edilən bu hərəkət ona ciddi mənəvi sarsıntı vermiş, əsəb gərginliyinə və mənəvi iztirab çəkməyinə səbəb olmuşdur.Bu səbəbdən o cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı , mülki qaydada cavabdehlik daşımasını və ona vurduğu maddi və mənəvi ziyan məbləğini ödəməsini, ona vurulmuş ziyanın aradan qaldırılmasını tələb etmək qərarına gəlmişdir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona bədən xəsarəti yetirilmişdir ki, Bunun nəticələrinin aradan qaldırılması üçün onun müalicə və əməliyyat olunmağı tələb olunur , bunun üçün də xeyli miqdarda pul vəsaiti tələb olunur. Bu səbəbdən o, pozulmuş hüququnun müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun iddia tələbləri təmin edilməli və cavabdehdən tələb etdiyi maddi və mənəvi ziyan məbləği tutularaq ona ödənilməlidir. İşin 61-62-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 06.08.2020-ci il tarixli, 156 №-li rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-- burnunda üst yuxarı səthində sıyrıqlar, sol göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməli sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, 16.06.2020-ci ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 124-cü vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə tibbi ekspertizasının 10.09.2020-ci il tarixli, 257 №-li rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs məhkəmə- tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Vət. Mamedovda müəyyən edilmiş xəsarət-sol mil-biləkdə çapıq hər-hansı bir yaranın nəticəsi olub, iti əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 16.06.2020-ci ildə (şüşə parçasının kəsməsi təsirindən) əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 212-213-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 443 nömrəli ekspert rəyindən göstərilmişdir: 03.09.2020-ci il tarixli ekspertiza təyinin haqqında qərarda sadalanan 8 adda əmlakın 2020-ci ilin iyun ayına nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri 236,50 manat müəyyən edilir. Müəyyən edilən əşyaların Köhnəlmə № Sayı qiymət (manat) Dəyəri(manat) xarakteristikası 50% Təzə İşlənmiş 135x70sm ölçüdə 1 1 28 28 buzlu şüşə 110x35sm ölçüdə 2 1 8 8 sadə şüşə 4 manat məbləğinə 3 alınmış şəffaf şüşədən 6 4 2 12 qənd qabı 3 manat məbləğinə 4 2 3 1.5 3 alınmış şəffaf şüşədən mürəbbə qabı 1 manat məbləğinə 5 alınmış şəffaf şüşədən 9 1 0.5 4,5 armudu stəkan 6 manat məbləğinə 6 2 6 3 6 alınmış dəm çayniki İstifadədə olmuş "Samsung Duos" 7 1 120 60 60 markalı GT-İ8262 modelli mobil telefon İstifadədə olmuş, 2016-cı il buraxılışlı 8 1 230 115 115 "Samsung" markalı J2 modelli mobil telefon C Ə M İ: 236,5 İşin 1-ci cild 125-127-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Mamedov X9 Rayon Məhkəməsinin 27 fevral 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizinin dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 24 fevral 2021-ci il tarixli nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında ona təyin edilmiş islah işləri cəzasını çəkib qurtarmışdır. İşin 1-ci cild 49-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın şəhər İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İşin 1-ci cild 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən 15.07.2020ci ildə verilmiş arayışdan görünür ki, Mamedov X9 şəhəri Xətai küçəsi 17 nömrəli evdə yaşayır. İşin 1-ci cild 240-241-ci vərəqələrində olan nikahın bağlanması haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2019-cu ildə X5 ilə rəsmi nikah bağlamaqla evlənmiş onların birgə nikahlarından 21 sentyabr 2019-cu ildə Kübra adlı qızları anadan olmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə şahidlər-Şahid1, Şahid2, Şahid3, Azər Məmmədov,Şahid4, Şahid6, Cavanşir Piriyev, Şahid10,Şahid11,Şahid12 ,Ramil Ağayev və Şahid13 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Birinci instansiya məhkəməsi, eyni zamanda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul etmişdir. 16 iyun 2020-ci il tarixdə Katex istirahət guşəsinə Təqsirləndirilən şəxs üç maşında 15 nəfərlə birlikdə gəlməsi, 5 nəfərin kənarda dayanması, qalan şəxslərin onu döymələri, əmlakları dağıtmaları barədə Zərərçəkmiş şəxs və onun arvadı Şahid8 göstərdikləri məhkəmə iclasında öz təsdiqini tapmadığından və digər sübutlarla təkzib olunduğundan məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Digər tərəfdən öyrənilən işdən o da müəyyən edilir ki, təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Oxşar münasibətləri tənzimləyən Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar