Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-187/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 24 fevral 2021-ci il tarixli, 1(014)- 15/2021 nömrəli hökmü ilə xx.xx.1968-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində 29.08.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 27.08.2020-ci il tarixdən 29.08.2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yerin Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunması və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, yaşadığı Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 39 nömrəli evin həyətyanı sahəsində 2020-ci ilin may ayının əvvəllərində 02 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki toxumlarını qanunsuz olaraq əkərək yetişdirmiş, həmin tarixdən 27.08.2020-ci il tarixədək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 420 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı ünvan 1 ünvanda yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamış, 27 avqust 2020-cu il tarixdə saat 10:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmünün ona təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya protestinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmamasını və Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, 2015-ci ildən narkotik vasitə marixuanadan mütəmadi olaraq istifadə etdiyini, 2018-ci ildən istifadə etmək üçün əldə etdiyi narkotik vasitə marixuananın içərisindən toxumları yığıb saxladığını, daha sonra heç kəs bilməsin deyə öz həyətyanı sahəsində narkotik tərkibli bitki kolları əkib ondan yığıb istifadə etmək qərarına gəldiyini, həmçinin artıq marixuana əldə edib polis tərəfindən yaxalanacağından qorxduğu üçün topladığı toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində əkmək qərarına gəldiyini, bu məqsədlə 2020-ci ilin may ayının əvvəllərində saxladığı toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində yumuşaltdığı torpağa səpdiyini, sonra toxumları basdırdığı yerə su tökərək, dibini peyinlədiyini, əkdiyi toxumlardan yalnız üçünün cücərib inkişaf etdiyini, bitkilər cücərdikdən sonra mütəmadi olaraq onları sulayaraq dibini yumuşaltdığını, 2020-ci ilin avqust ayının əvvəllərində bitkilərdən bir ədədini kökündən çıxardıb onun bir hissəsini yaşadığı evin otağına aparıb quruması üçün yerləşdirdiyini, bitkini qurutduqdan sonra onun qayçı ilə yarpaqlarını istifadə etməsi üçün kəsdiyini, ağacı tulladığını, həmçinin həyətində olan 02 ədəd bitki kollarının yarpaqlarından yığıb evində saxladığını, bundan əlavə, sonuncu dəfə 26 avqust 2020-ci il tarixdə səhər saatlarında həyətdə əkdiyi bitkiləri suladığını, 27 avqust 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə televizora baxan zaman giriş darvazasının döyüldüyünü eşitdiyini və dərhal küçəyə çıxdığını, giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında gördüyünü, onların xidməti vəsiqələrini nümayiş etdirib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları olduqlarını və bir nəfər Şahid1 adlı şəxsin isə aqronom-mütəxəssis olduğunu bildirdiklərini, sonra polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etdiyini, videoçəkiliş zamanı polis əməkdaşının ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, bundan əlavə, yaşadığı evdə narkotik vasitə - marixuana saxlaması barədə suallar verdiyini, polis əməkdaşlarının əkdiyi tərkibində narkotik maddə olan çətənə bitkilərindən xəbərlərinin olduğunu düşündüyünü və onlara bu barədə düzgün məlumat verdiyini, evinə və həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdığını, sonra polis əməkdaşlarına əkdiyi çətənə bitkilərinin yerini göstərdiyini, polis əməkdaşlarının aqronom Arif müəllimin iştirakı ilə əkdiyi çətənə bitkilərinə baxış keçirdiklərini, aqronomun həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, baxış keçirildikdən sonra polis əməkdaşlarının əkdiyi çətənə bitkilərini kökündən qopardıb evin həyətinə apardıqlarını, çətənə bitkilərinə baxış keçirildikdən sonra sintetik kisədə onu qablaşdırdıqlarını, kisənin üzərinə yapışdırılacaq yazı, uca səslə oxunduqdan sonra tərəfindən imzalandığını, qablaşdırılmış sintetik kisənin üzərinə yazı yapışdırılaraq möhürləndiyini, sonra yaşadığı evin otağında yerə sərdiyi narkotik vasitə marixuananı polis əməkdaşlarına göstərdiyini, polis əməkdaşlarının təqdim etdiyi kütləyə baxış keçirdikdən sonra onu elektron tərəzidə çəkdiyini və ümumi çəkisinin 450 qram olmasının müəyyən edildikdən sonra onu sintetik kisəyə qoyub qablaşdırdıqlarını, sonra ağ kağızın üzəri yazılaraq imzalandığını və sintetik kisənin ağzının möhürləndiyini, bundan sonra polis əməkdaşlarının yaşadığı evin otaqlarına baxış keçirdiklərini, baxış zamanı yaşadığı evin otaqlarından narkotik vasitə, qanunla qadağan edilmiş maddə və sair əşya aşkar edilmədiyini, sonra polis əməkdaşlarının onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinə gedəcəyini bildirdiklərini, bu barədə polis əməkdaşlarına heç bir etiraz etmədiyini, polis əməkdaşları onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin inzibati binasına apardıqlarını, şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısının təqdim edildiyini, siyahıdan özünə məüdafiəçi seçdiyini, daha sonra üzərinə şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilmədiyini, sonra tərtib edilən protokolun uca səslə oxunduğunu və müdafiəçi ilə birlikdə həmin protokola imza etdiyini, evindən aşkar olunan narkotik vasitəni həyətində əkmiş olduğu 3-cü çətənə kolundan yığdığını, üzərinə bir az digər iki çətənə kolundan əlavə etdiyini, 3-cü çətənə kolunu tulladığını, narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını, heç bir vaxt narkotik vasitə satmadığını, satmaq fikrinin olmadığını göstərmişdir Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 1985-ci ildən Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, 27.08.2020-ci il tarixdə səhər saatlarında Daxili İşlər Nazirliyinin Qərb Bölgəsi üzrə Regional Şöbəsindən ona Ağdaş şəhərinə Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitki kolları əkib-becərməsi barədə məlumat verildiyini, həmin məlumatla əlaqədar Nofəlin yaşadığı evə baxış keçirəcəklərini, mütəxəssis qismində baxışda iştirak etməsini bildirdiklərini, bundan sonra həmin gün saat təxminən 10:30 radələrində Daxili İşlər Nazirliyinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları ilə birlikdə Nofəl adlı şəxsin yaşadığı ünvana getdiklərini, Nofəli küçədən səslədiklərini, Nofəl küçəyə çıxdıqdan sonra polis əməkdaşlarının özlərini və onu Nofələ təqdim etdiklərini, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərdiyi barədə məlumat olduğundan baxış keçirmək istədiklərini qeyd etdiklərini, Nofəl etiraz etmədiyini, həmçinin etirazının olmaması barədə ərizə ilə müraciət etdiyini, bundan sonra Nofəlin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman oradan 02 ədəd tərkibində narkotik maddələr olan bitki kollarının aşkar edildiyini, həmin bitki kollarına baxan zaman onlara aqrotexniki qaydada qulluq edildiyinin müəyyən olunduğunu, bitkilərin yabanı halda bitmədiyini, bitkilərin hündürlüklərinin 179- 281 sm arasında olduğunu, çəkisinin 6685 qram gəldiyini, bu barədə rəy yazdığını, daha sonra Nofəlin evinə baxış keçirildiyini, baxış zamanı Nofəlin yaşadığı evdən yerə sərilmiş formada, yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin tərəzidə çəkilən zaman 450 qram gəldiyini, bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunduğunu və iştirakçılar tərəfindən imzalandığını, Nofəl adlı şəxslə əvvəllər heç bir münasibətlərinin olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Daxili İşlər Nazirliyinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 27.08.2020-ci il tarixdə Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, ev 39-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kolları əkib-becərməsi, eləcə də qanunsuz olaraq yaşadığı evdə narkotik vasitələr saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra DİN-in Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid3 və Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildiyini, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmamasının soruşulduğunu, Nofəlin etirazının olmadığını bildirdiyini, həmçinin ərizə ilə müraciət edərək evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını rəsmi şəkildə bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı oradan 02 ədəd ümumi uzunluqları 179-281 sm ölçüdə və 6685 qram çəkidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş tərkibində narkotik maddələr olan çətənə kollarının aşkar edildiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evində qurudulmuş marixuana olduğunu bildirdiyini, bundan sonra onun yaşadığı evə baxış zamanı oradan yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin elektron tərəzidə çəkilən zaman 450 qram gəldiyini, həmin bitki kolları və bitki kütləsinın qablaşdırılaraq üzərinə möhür vurulduğunu, Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları həyətyanı sahəsində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 03 ədəd kollardan yığıb saxladığını bildirdiyini, həmçinin kollardan biri yaxşı olmadığı üçün həmin kolun yarpaqlarını yığıb saxladığını, özünü çıxardıb atdığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya aşkar edilmədiyini, Nofəlin narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə etmədiklərini göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27.08.2020-ci il tarixli 16/609 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitəyə bənzər kütlə...” sözləri yazılmış sintetik kisədəki təmiz çəkisi 420 qram bitki mənşəli kütlə – tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “27.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş tərkibində narkotik maddələr olan bitkilərə bənzər 2 ədəd çətənə kolları” yazıları və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki 2 ədəd ümumi çəkisi 6000 qram bitki nümunələri – əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd baş hissəsi kəsilmiş sintetik kisədə olan marixuana ilə, bir ədəd baş-başa keçirilmiş sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 sentyabr 2020-ci il tarixli 3110 saylı arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 39-da yaşayır və birinci qrup əlil olan bacısı X4 onun himayəsindədir. İş materiallarında olan Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 18 fevraf 2021-ci il tarixli №**********9 saylı məktubdan görünür ki, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi, 39 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs bacısı X4 birinci qrup əlil kimi sosial müavinat alır və “Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialından Təqsirləndirilən şəxs 990232 saylı pensiya işinə əsasən hər ay birici qrup əlilə qulluğa görə 50 (əlli) manat təqaüd alır, müddətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 21.10.2020-ci il tarixli 941 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələiyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan 27 avqust 2020-ci il tarixli “cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində birinci qrup əlil bacısının olmasını cinayət işində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə almaqla ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsini məqsədəuyğun və yetərli hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı və işin hallarına uyğun hesab etməklə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırılmasına zərurət və ya məqsədəuyğunluq görmür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında qeyd olunur ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır... Bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 və 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası cinayətin törədilməsində təqsirli şəxsə ədalətli, yəni zərərçəkmiş şəxsin (cəmiyyətin) hüquq və mənafelərinin pozulması dərəcəsinə, ona vurulmuş ziyanın həcminə mütənasib olan cəzanın təyin edilməsi yolu ilə həyata keçirilir. Bu zaman təyin edilən cəzanın növü və həddi məhkuma tətbiq olunan məhrumiyyətlərin (onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasının) cinayət nəticəsində zərərçəkmiş şəxsə (cəmiyyətə) vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Digər tərəfdən, cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması cəzanın xüsusi xəbərdaredici rolunu formalaşdırır. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum cəza təhdidi altında yeni cinayət törətməkdən çəkinir və imtina edir. Yeni cinayətlər törədilməsinin qarşısının alınması isə cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla çəkindirici rol oynayır. Cəzanın qeyd olunan məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxslərə daha sərt cəza deyil, ədalətli və məqsədəuyğun cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxsun artıq 53 yaşı var və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının tətbiqi onun himayəsinə və qulluğuna möhtac olan birinci qrup əlil bacısının baxımsız qalmasına gətirib çıxaracaqdır. Apellyasiya protestində Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının tətbiqi ilə bağlı tələb daha çox onun əldə etdiyi narkotik vasitənin miqdarının nisbətən çoxluğu ilə əlaqədardır. Lakin hər bir halda iş materiallarından Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyi və narkotik vasitə istifadəçisi olduğu, narkomaniya xəstəliyindən əzab çəkməklə məcburi müalicəyə ehtiyacı olduğu, narkotik vasitələrin satışı ilə məşğul olmadığı müəyyən olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası üzrə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və onun üzərinə həmin növ cəzanın çəkilməsindən irəli gələn müəyyən məhdudiyyətlərin qoyulması cəzanın məqsədlərinə nail olunması baxımından yetərlidir. Ona daha ağır cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin zərurət və kifayət qədər əsas olmadan daha sərt məhrumiyyətlərə məruz qalmasına səbəb olar. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq törədilmiş cinаyətin xаrаkterini və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzаsına təsir edən xüsusatları, təyin olunan cəzаnın onun islаh olunmаsınа təsirini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə аlmaqla onа təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası çərçivəsində qаnuni, əsaslı və ədalətli cəzа təyin etmişdir. Buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görmür və həmin cəzanın dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun sayır. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsinə heç bir əsaslı səbəb görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(014)-15/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-187/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-187/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver