Məhkəmə qərarları › İş №1(107)-188/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-188/2021

02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-188/2021 02.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X26, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlunun, təqsirləndirilən şəxs X27 və onun müdafiəçisi- Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 19 fevral 2021-ci il tarixli hökmü ilə, 28.01.1985-ci ildə Qax rayonunun Şotavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəki RMTM-nin Qax meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyən, Qax rayonu Şotavar kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonunun Şotavar kəndində yerləşən evini gecə vaxtı saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması; xx.xx.1977-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəki RMTM-nin Qax meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyən, ünvan 1-də pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması; xx xxxxxx 1957-ci ildə Qax rayonu Dəymədağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, C.Əliyev küçəsi, bina 5, mənzil 44-də pasport qeydiyyatında olan və Qax rayonu Dəymədağlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonu Almalı kəndində yerləşən yaşayış evini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması; xx xxxxxx 1981-ci ildə Qax rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Qax rayonu Almalı kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yeri olan Qax rayonunun Almalı kəndində yerləşən evini gecə vaxtı saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə ümumilikdə 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş hüququ şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayonu Almalı Bələdiyyəsinə izah edilməsi müəyyən edilmişdir. işin halları: Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək bələdiyyə mülkiyyətinə aid olan ərazidəki təbii bitmiş ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla təkrarən qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib müvafiq icazəsi olmadan qəsdən 2019-cu ilin sentyabr ayının ortalarında Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli dəyəri 200 manat, bir ədəd 28 sm diametrli dəyəri 250 manat, bir ədəd 32 sm diametrli dəyəri 300 manat, bir ədəd 35 sm diametrli dəyəri 350 manat, bir ədəd 36 sm diametrli dəyəri 350 manat, bir ədəd 40 sm diametrli dəyəri 400 manat və iki ədəd 42 sm diametrli dəyəri 1000 manat ümumilikdə dəyəri 2850 manat olan ağacı qanunsuz kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib müvafiq icazəsi olmadan qəsdən 06.11.2019-cu tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli dəyəri 400 manat, bir ədəd 70 sm diamertli dəyəri 1900 manat və bir ədəd 72 sm diamertli dəyəri 2000 manat ümumilikdə dəyəri 4300 manat olan 3 ədəd köküstə bitmiş yaş qoz ağacını qanunsuz olaraq təkrarən kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Digər Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək bələdiyyə mülkiyyətinə aid olan ərazidəki təbii bitmiş ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla təkrarən qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib müvafiq icazəsi olmadan qəsdən 2019-cu ilin sentyabr ayının ortalarında Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli dəyəri 200 manat, bir ədəd 28 sm diametrli dəyəri 250 manat, bir ədəd 32 sm diametrli dəyəri 300 manat, bir ədəd 35 sm diametrli dəyəri 350 manat, bir ədəd 36 sm diametrli dəyəri 350 manat, bir ədəd 40 sm diametrli dəyəri 400 manat və iki ədəd 42 sm diametrli dəyəri 1000 manat ümumilikdə dəyəri 2850 manat olan ağacı qanunsuz kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib müvafiq icazəsi olmadan qəsdən 06.11.2019-cu tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli dəyəri 400 manat, bir ədəd 70 sm diamertli dəyəri 1900 manat və bir ədəd 72 sm diamertli dəyəri 2000 manat ümumilikdə dəyəri 4300 manat olan 3 ədəd köküstə bitmiş yaş qoz ağacını qanunsuz olaraq təkrarən kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Digər Təqsirləndirilən şəxs3 qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək bələdiyyə mülkiyyətinə aid olan ərazidəki təbii bitmiş ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan qəsdən 06.11.2019-cu tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və onun tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli dəyəri 400 manat, bir ədəd 70 sm diamertli dəyəri 1900 manat və bir ədəd 72 sm diamertli dəyəri 2000 manat ümumilikdə dəyəri 4300 manat olan 3 ədəd köküstə bitmiş yaş qoz ağacını qanunsuz olaraq kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Digər Təqsirləndirilən şəxs4 qəsdən qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək bələdiyyə mülkiyyətinə aid olan ərazidəki təbii bitmiş ağacları qanunsuz kəsərək xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, həmkəndlisi X28 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan qəsdən 2019-cu ilin sentyabr ayının ortalarında Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid onun istifadəsində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli dəyəri 200 manat, bir ədəd 28 sm diametrli dəyəri 250 manat, bir ədəd 32 sm diametrli dəyəri 300 manat, bir ədəd 35 sm diametrli dəyəri 350 manat, bir ədəd 36 sm diametrli dəyəri 350 manat, bir ədəd 40 sm diametrli dəyəri 400 manat və iki ədəd 42 sm diametrli dəyəri 1000 manat ümumilikdə dəyəri 2850 manat olan ağacı qanunsuz kəsərək Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmünün onlara sanksiya həddində azadlıqdan məhrumetmə cəzasını təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinə yazılı etiraz verərək apellyasiya protestinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı digər proses iştirakçıları tərəfindən yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X29 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X37 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X30 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X27 və onun müdafiəçisi- Şəki Regional Vəkil Bürosunun vəkili X22 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X25 birinci instansiya məhkəməsi hökmünü apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o X68 təsərrüfatı Mərkəzinin Qax meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir. 2019-cu ilin sentyabr ayının əvvəllərində tanışı Məhərrəm ona zəng edərək yaşadığı kənddə kəsilməli ağacların olduğunu bildirmiş, o da razılıq vermişdir. İşlədiyi idarədə meşə gözətçisi vəzifəsində çalışan Təqsirləndirilən şəxs1la şəxsi və ya digər ərazilərdə ağaclar olduqda kəsib satmışlar. Məhərrəmə razılıq verdikdən sonra Pərvizlə birlikdə Qax rayonu, Almalı kəndində adını sonradan bildiyi Nəsimi adlı şəxsin uzun müddətdir istifadəsində olan torpaq sahəsində olan 8 ədəd qovaq ağacı kəsmiş, daha sonra həmin kəndin girəcəyində olan tanımadığı yük maşını ilə kəsdiyi ağacları özünün istifadəsi üçün yaşadığı ünvana gətirib istifadə etmişdir. Həmin ərazidə olan torpaq sahələrinin müxtəlif şəxslərin istifadəsində olsa da bələdiyyə mülkiyyətində olduğunu bilmiş, qonşusu Məhərrəmdən Nəsiminin yataq xəstəsi olduğunu, ağacların kəsilməsinə də hər hansı etirazının olmadığını öyrənmiş, həmin ağacları kəsdikdən sonra Nəsimiyə 80 manat pul vermişlər. Daha sonra Almalı Bələdiyyəsinin sədri Rəvan zəng edib ağacları niyə kəsdiklərini soruşduqda o Nəsiminin icazəsi ilə kəsdiklərini və Nəsimiyə ağaclara görə 80 manat pul verdiklərini bildirmişdir. Ağacları kəsdikdən sonra X68 təsərrüfatı Mərkəzinin əməkdaşları gələrək ağaclar kəsilən əraziyə baxış keçirmişlər. Həmin ağacları qanunsuz kəsdiklərinə görə ekologiyaya 2850 manat ziyan dəymişdir. Daha sonra 06.11.2019-cu il tarixdə saat təxminən səhər 10 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1la onu və fəhlə kimi gələn həmkəndliləri Elçin və Məhəmmədi Qax rayonu, Dəymədağlı kəndində yerləşən Namiq adlı şəxsə məxsus bağ sahəsinə aparmış, həmin vaxtı orada Namiq də olmuşdur. Namiqdən həmin bağ sahəsinin kimə məxsus olduğunu soruşduqda, sənədinin olmadığını bildirmiş, lakin bu barədə Pərvizlə razılaşdığını və heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra Dəymədağlı kəndində yaşayan Namiq adlı şəxsə bağ sahəsində 3 ədəd Yunan qozu cinsinə aid ağacları kəsmiş, sonuncu ağacı kəsdikdən sonra oraya 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Bələdiyyə sədri Rəvan müəllim gəlmiş, onlar ondan ağac kəsməklə bağlı hər hansı bir icazəsinin olub-olmamasını soruşmuş, onlara heç bir sənədinin olmadığını bildirmişdir. Rəvan müəllim də ona həmin yerin kənd bələdiyyəsinin mülkiyyətində olduğunu, qanunsuz olaraq ağac kəsdiklərini demişdir. Bundan sonra Qax RPŞ tərəfindən həmin hadisə ilə əlaqədar araşdırma aparılmış, onlar polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində törətdiyi cinayəti etiraf etmişdir. Polis əməkdaşları bağ sahəsinə gəlib özünün, ekologiya işçisi olan Rəşad müəllimin və kənd bələdiyyəsi Rəvan müəllimin iştirakı ilə baxış keçirib protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qanunsuz ağac kəsməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayonu Almalı Bələdiyyəsinə maddi ziyan dəymişdir. Həmin ziyanı maddi imkanı ilə əlaqədar olaraq ödəyə bilməmişdir. Himayəsində işləməyən arvadı və 3 (üç) azyaşlı övladı vardır. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o X68 təsərrüfatı Mərkəzinin Qax meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir. 2019-cu ilin sentyabr ayının əvvəllərində tanışı Məhərrəm ona zəng edərək yaşadığı kənddə kəsilməli ağacların olduğunu demiş, o da işlədiyi idarədə digər meşə gözətçisi olan Əhlimana bu barədə dedikdə Əhliman razılıq vermişdir. Əhliman ona Qax rayonu, Almalı kəndində sonradan adını bildikləri Nəsimi adlı şəxsin uzun müddətdir istifadəsində olan torpaq sahəsində olan 8 ədəd Qovaq cinsinə məxsus olan ağacların olduğunu bildirmiş, həmin ağacların kəsilməsinə etiraz etməmişdir. Məhərrəm Nəsiminin yataq xəstəsi olduğunu, ağacların kəsilməsinə də hər hansı etirazının olmadığını bildirmiş, o da Əhlimanla birlikdə həmin 8 ədəd Qovaq ağaclarını kəsdikdən sonra Nəsimiyə 80 manat pul vermişlər. Həmin ağacları kəndin girəcəyində olan tanımadıqları yük maşını ilə Əhlimanın yaşadığı ünvana gətirmişlər. Ağacları kəsdikləri ərazilər müxtəlif şəxslərin istifadəsində olsa da, Almalı Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Ağacları kəsdikdən sonra X68 təsərrüfatı Mərkəzinin əməkdaşları gələrək ağaclar kəsilən əraziyə baxış keçirmişlər. Həmin ağacları qanunsuz kəsdiklərinə görə ekologiyaya 2850 manat ziyan dəymişdir. Daha sonra 06.11.2019-cu il tarixdə saat təxminən 10 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 onu və fəhlə kimi gələn həmkəndliləri Elçin və Məhəmmədi Qax rayonu, Dəymədağlı kəndində yerləşən Namiq adlı şəxsə məxsus bağ sahəsinə aparmış, həmin vaxtı orada olan Namiqdən bağ sahəsinin kimə məxsus olduğunu soruşduqda, sənədinin olmadığını bildirmiş, lakin bu barədə Pərvizlə razılaşdığını və heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra Dəymədağlı kəndində yaşayan Namiq adlı şəxslə bağ sahəsində 3 ədəd Yunan qozu cinsinə aid ağacı kəsmiş, sonuncu ağacı kəsdikdən sonra oraya 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Bələdiyyə sədri Rəvan müəllim gəlmiş, onlar ondan ağac kəsməklə bağlı hər hansı bir icazəsinin olub-olmamasını soruşmuş, onlara heç bir sənədinin olmadığını bildirmişdir. Rəvan müəllim də ona həmin yerin kənd bələdiyyəsinin mülkiyyətində olduğunu, qanunsuz olaraq ağac kəsdiklərini demişdir. Bundan sonra Qax RPŞ tərəfindən həmin hadisə ilə əlaqədar araşdırma aparılmış, onlar polis şöbəsinə dəvət olunmuşlar. Polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Polis əməkdaşları onların, ekologiya idarəsinin əməkdaşının və Almalı Bələdiyyəsinin sədri Rəvan müəllimin iştirakı ilə baxış keçirib protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Qanunsuz ağac kəsməsi nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayonu Almalı Bələdiyyəsinə maddi ziyan dəymişdir. Lakin maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Himayəsində işləməyən valideyinləri, arvadı və üç uşağı vardır. Övladlarından biri azyaşlıdır. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Dəymədağlı kəndində 30 sot ərazisi olan bağ sahəsi özünün istifadəsində olsa da, Almalı Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsindən 6 ildir ki, istifadə edir. Bağda salınmış 3 ədəd qoz ağacı digər fındıq ağaclarına kölgə saldığı üçün kəsərək satmaq istəmişdir. O soraqlaşıb həmin işlə məşğul olan meşə gözətçisi Pərviz adlı şəxslə görüşmüş, Pərviz ondan həmin yerin sənədinin olub-olmadığını soruşduqda, olmadığını demişdir. Bundan sonra Pərviz onunla bağ sahəsinə gəlmiş, ağaclara baxdıqdan sonra həmin ağacları kəsdirəcəyini, heç bir problem olmayacağını demişdir. Pərvizlə həmin ağaclarla bağlı hər hansı bir qiymət danışmamış, Pərviz həmin ağacları kəsdikdən sonra qiymət barəsində razılaşacaqlarını bildirmişdir. 06.11.2019-cu il tarixdə səhər təxminən 10 radələrində Pərvizin göndərdiyi İlkin, Elçin, Məhəmməd və Əhliman bağ sahəsinə gəlmiş, 3 ədəd qoz ağacını kəsdikdən sonra Pərvizin göndərdiyi tanımadığı şəxsə məxsus “KAMAZ” markalı avtomobilə yükləmişdir. Həmin vaxtı oraya 7 saylı ETSN işçiləri daha sonra isə Almalı Bələdiyyəsinin sədri Rəvan müəllim gəlmiş, ağacların kəsilməsi üçün müvafiq icazə olub-olmadığını soruşduqda, heç bir icazənin olmadığı müəyyən edilmişdir. Bundan sonra oraya polis əməkdaşları da gəlmiş, kəsilmiş ağaclara baxış keçirilərək protokol tərtib edilmişdir. Daha sonra Qax RPŞ-nə dəvət olunmuş, şöbədə törətdikləri əməli etiraf etmişdir. Ağacların kəsilməsinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayonu Almalı Bələdiyyəsinə maddi ziyan dəymiş, həmin ziyanın 200 manatını ödəmiş, qalan hissəsini ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Qax rayonu Almalı kəndində yaşayır. Hazırda səhhətində problemlər vardır. Yaşadığı kənddə yerləşən evindən təxminən 500 metr uzaqlıqda uzun müddətdir istifadəsində bələdiyyə mülkiyyətinə aid 17 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən otlaq kimi istifadə edir. Hazırda xəstə olduğundan qonşusu Məhərrəmdən həmin istifadəsində olan torpaq sahəsində bitmiş 8 ədəd Qovaq cinsinə məxsus ağacları kəsib satmasını xahiş etmiş, Məhərrəm də buna razııq vermişdir. Bir müddət sonra Məhərrəm ona Əhliman adlı şəxsin ağacları almaq istədiyini bildirmiş, o da razılıq vermişdir. Əhliman ağacları kəsdikdən sonra ona 80 manat pul verilmişdir. Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayonu Almalı Bələdiyyəsinə dəymiş ziyanı səhhəti və maddi imkanı ilə əlaqədar ödəyə bilmir. Özü yataq xəstəsidir. Ailədə yeganə qazanc gətirən özü olmuşdur. Himayəsində işləməyən anası, arvadı və 3 (üç) azyaşlı övladı vardır. Zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı imkanı olmadığına görə ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş hüquqi şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olaraq 2019cu ilin sentyabr ayının ortalarında Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli, bir ədəd 28 sm diametrli, bir ədəd 32 sm diametrli, bir ədəd 35 sm diametrli, bir ədəd 36 sm diametrli, bir ədəd 40 sm diametrli və iki ədəd 42 sm diametrli ağacları və eyni zamanda Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq 06.11.2019-cu tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli, bir ədəd 70 sm diamertli və bir ədəd 72 sm diametrli 3 ədəd köküstə bitmiş yaş qoz ağacını qanunsuz olaraq Qax rayonu Almalı Bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Onların barəsində Qax RPŞ-də cinayət işi başlanılmış, özü isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi cəlb edilmişdir. Təqsriləndirilən şəxslərin təbiətə vurduğu ziyan hesablanaraq ümumilikdə 7150 manat məbləğində müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxslər təbiətə vurduğu ziyanı tam ödəməmişlər. Təqisrləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 vurulmuş maddi ziyandan 200 manat ödəmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs4 ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş hüquqi şəxs olan Qax rayonu Almalı Bələdiyyəsinin sədri Nümayəndə1 ifadəsində göstərdi ki, ağacların kəsildiyi Qax rayonu Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazisi və Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş ərazi Almalı Bələdiyyəsini mülkiyyətindədir. 2019-cu ilin sentyabr və noyabr aylarında həmin ərazidən 8 ədəd Qovaq cinsinə və 3 ədəd Yunan Qozu cinsinə məxsus yaş köküstə ağacların həmin kənd sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs4 tərəfindən kəsildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs4 ağacları özlərinin kəsdiyini etiraf etmişlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs4 təbiətə vurduğu 7150 manat ziyanı tam ödəməmişlər. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 vurulmuş maddi ziyandan 200 manat ödəmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs4 ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid X44 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi vəzifəsində işləyir. 06.11.2019-cu il tarixdə İdarələrinə Qax rayonu, Dəymədağlı kəndinin qəbiristanlığına gedən yolda bağ sahəsində qanunsuz olaraq ağac kəsilməsi barədə daxil olmuş məlumat əsasında Rəşad İsayevlə birlikdə həmin əraziyə baxış keçirərək təxminən 40, 70, 72 sm diametrlərində olan 3 ədəd qoz ağaclarının kəsildiyi aşkar edilmişdir. Ağacları kəsmiş Namiq və Əhliman adlı şəxslərdən bu barədə hər hansı bir icazəsinin olub-olmamasını soruşmuş, onlar da olmadığını bildirmişlər. Həmin bağ sahəsini Təqsirləndirilən şəxs3 istifadə etsə də, Qax rayonu, Almalı kənd bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bundan sonra Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən əraziyə baxış keçirildikdə həmin ərazidən təbii bitmiş Qovaq cinsinə məxsus 8 ədəd köküstə yaş halda olan ağacların kəsildiyi aşkar edilmişdir. Həmn ağacların ölçüləri 22 sm diametrli, 28 sm diametrli, 32 sm diametrli, 35 sm diametrli, 36 sm diametrli, 40 sm diametrli və iki ədəd 42 sm diametrli olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi X38 ifadəsində şahid Hikmət Atayevin ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X35 ifadəsində göstərdi ki, 06.11.2019cu il tarixdə səhər saatlarında həmkəndlisi Əhlimanın ona zəng edərək özünə odun yığmaq üçün fəhlə lazım olduğunu, odun yığıldıqdan sonra ona pulunu verəcəyini bildirmişdir. O, da fəhlə kimi işə getməyə razı olduğunu bildirmişdir. Əhlimanın tanışı Pərviz adlı şəxslə birlikdə avtomobillə Qax rayonu, Dəymədağlı kəndinin çıxışında qəbiristanlıq yolunda yerləşən bağ sahəsinə gəlmiş, Pərviz onları orada düşürüb getmişdir. Əhliman bağ sahəsinin sahibi Dəymədağlı kənd sakini Namiq adlı şəxsdən bağın ona məxsus olub-olmadığını soruşmuş, Namiq bağdan özünün istifadə elədiyini, lakin bağa dair hər hansı bir sənədinin olmadığını dedikdə, Əhliman ona problem olacağını demiş, lakin Namiq Pərvizlə danışdığını və heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra Əhliman ağacları kəsməyə başlamış, işi yekunlaşdıran zaman oraya ekologiya idarəsinin əməkdaşları və Almalı Bələdiyyəsinin sədri gəlmişdir. Həmin ağacların kəsilməsi üçün müvafiq icazə olmadığı üçün oraya polis əməkdaşları çağırılmış, ağacların kəsildiyi yerə birlikdə baxış keçirildikdən sonra protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X33 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Elçin Babayevin məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X28 ifadəsində göstərdi ki, o Qax rayonu Almalı kəndində yaşayır. Təqsirləndirilən şəxs4 onun həmkəndlisidir. Nəsimi xəstə olduğu üçün ondan bağında olan ağacları satmağı xahiş etmişdir. O, da Əhlimanla danışdıqdan sonra Nəsimiyə Əhlimanın həmin ağacarı almaq istədiyini bildirmiş, Nəsimi də ağacların kəsilməsinə razılıq vermişdir. Əhliman Nəsiminin bağından 8 ədəd qovaq cinsinə məxsus ağacı kəsərək aparmış, həmin ağacların qarşılığında da 80 manat pulu Əhlimandan alaraq Nəsiminin arvadı Esmiraya vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X31 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs4 arvadıdır. Əri yataq xəstəsidir. Maddi imkanı ağır olduğu üçün əri Nəsimi onların istifadəsində olan və Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində bitmiş 8 ədəd Qovaq cinsinə məxsus ağacların kəsilib satılmasına razııq vermişdir. Bir müddət sonra tanımadığı bir nəfər şəxs onların evinə gələrək ağacların kəsilməsinə görə əri Nəsimiyə çatacağını bildirərək ona 80 manat pul vermişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvələrində Pərvizlə Qax şəhərində görüşən zaman ona satılıq qoz odunu olduğunu və almaq istəyib-istəmədiyini soruşmuş, o da almaq istədiyini bildirmişdir. Həmin vaxtı Pərvin odunları aparmaq üçün maşın göndərməsini demiş və odunu apardıqdan sonra qiymət barəsində danışmaq barədə razılaşmışlar. O bundan sonra həmkəndlisi və tanışı İlkinin avtomobili ilə birlikdə Pərvizi Qax rayon, Dəymədağlı kəndinin çıxışındakı qəbiristanlıq yolunda yerləşən bağ sahəsinə göndərmişdir. Daha sonra polis əməkdaşları ekologiya idarəsinin əməkdaşları ilə birlikdə həmin bağ sahəsinə baxış keçirərək Pərvizin tanışı Əhlimanı qanunsuz olaraq ağac kəsdiyi üçün saxladıqlarını öyrənmişdir. O sadəcə alıcı olmuş, Pərvizin ona ağacları tanışına məxsus bağ sahəsindən müvafiq icazə əsasında kəsdirəcəyini, heç bir problem olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X39 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Şahnəzər Əbdürrəhimovun məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməlləri özlərinin, zərərçəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da tam təsdiqini tapmışdır. İşin İ-ci cildinin 20-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 27 noyabr 2020-ci il tarixli Aktından görünür ki, həmin tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli, bir ədəd 70 sm diamertli və bir ədəd 72 sm diamertli olan 3 ədəd köküstə bitmiş yaş qoz ağaclarının qanunsuz kəsilməsi aşkar olunmuşdur. İşin İ-ci cildinin 127-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 oktyabr 2020-ci il tarixli Aktından görünür ki, Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli, bir ədəd 28 sm diametrli, bir ədəd 32 sm diametrli, bir ədəd 35 sm diametrli, bir ədəd 36 sm diametrli, bir ədəd 40 sm və iki ədəd 42 sm diametr olan 8 ədəd köküstə bitmiş yaş Qovaq cinsinə məxsus ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. İşin 7-9-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş ağaclar Qovaq cinsinə məxsus ağaclardır, köküstü yaş vəziyyətdə kəsilmişdir və ölçüləri 22 sm diametrli, 28 sm diametrli, 32 sm diametrli, 35 sm diametrli, 36 sm diametrli, 40 sm diametrli və 42 sm diametrlərində, sayı isə ümumilikdə 08 ədəd və bundan başqa Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus ağaclardır, köküstü yaş vəziyyətdə kəsilmişdir və ölçüləri bir ədəd 40 sm diametrli, bir ədəd 70 sm diamertli, bir ədəd 72 sm diamertli olmaqla ümumiikdə sayı 3 ədəd təşkil edir. İşin İ-ci cildinin 92-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06.11.2019-cu tarixdə Qax rayonu Almalı Bələdiyyəsi mülkiyyətinə aid olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki və həmin kəndin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs3 tərəfindən istifadə edilən ərazidə təbii bitmiş Yunan qozu cinsinə məxsus bir ədəd 40 sm diametrli, bir ədəd 70 sm diamertli və bir ədəd 72 sm diamertli dəyəri 3 ədəd köküstə bitmiş yaş qoz ağacını kəsdiyi yeri və şəraiti göstərmişdir. İşin İ-ci cildinin 194-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin sentyabr ayının ortalarında Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə bələdiyyə mülkiyyətinə aid olan Təqsirləndirilən şəxs4 tərəfindən istifadə edilən kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə təbii bitmiş Qovaq cinsinə məxsus bir ədəd 22 sm diametrli, bir ədəd 28 sm diametrli, bir ədəd 32 sm diametrli, bir ədəd 35 sm diametrli, bir ədəd 36 sm diametrli, bir ədəd 40 sm diametrli və iki ədəd 42 sm diametrli ağacını qanunsuz olaraq kəsdiyi yeri və şəraiti göstərmişdir. İşin İ-ci cildinin 19-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Almalı Bələdiyyəsinin 27 noyabr 2020-ci il tarixli, 44 saylı arayışından görünür ki, Qax rayonu Dəymədağlı kənd qəbirstanlığına gedən yolun sağ tərəfində kəsilmiş köküstə yaş Yunan Qozu cinsinə məxsus diametrləri 40 və 70 sm olan 2 ədəd və Almalı Bələdiyyəsinin Dəymədağlı kəndində perspektiv inkişaf fondu üçün ayrılmış ərazidən kəsilmiş 1 ədəd 72 sm diametrində köküstə yaş Yunan Qozu cinsinə məxsus ağaclar Qax rayonu Almalı Bələdiyyəsinin mülkiyyətinə aiddir. İşin İ-ci cildinin 232-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Almalı Bələdiyyəsinin 04 mart 2020-ci il tarixli, 13 saylı arayışından görünür ki, Qax rayonu Almalı kəndində “Kanalarası” adlanan ərazidə yerləşən 0.30 ha torpaq sahəsi Təqsirləndirilən şəxs4 istifadəsindədir. İşin İ-ci cildinin 233-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Almalı Bələdiyyəsinin 04 mart 2020-ci il tarixli, 14 saylı arayışından görünür ki, Qax rayonu Dəymədağlı kəndində “Daştəpə” adlanan ərazidə yerləşən 0.36 ha torpaq sahəsi Təqsirləndirilən şəxs3 istifadəsindədir. İşin 1-ci cildinin 32-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Meşələrin İnkişafı Departamenti X68 təsərrüfatı Mərkəzinin verdiyi 24.12.2019-cu il tarixli 596 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda X68 təsərrüfatı Mərkəzinin Qax meşəbəyliyində meşə gözətçisi vəzifəsində çalışır. İşin İ-ci cildinin 86-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 04.02.2020-ci il tarixli, 89 saylı məktubundan görünür ki, Qax rayonu Dəymədağlı Bələdiyyəsinin inzibati ərazisindən qanunsuz olaraq kök üstə və yaş ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 4300 (dörd min üç yüz) manat təşkil edir. İşin İ-ci cildinin 123-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 21.10.2020-ci il tarixli, 1199 saylı məktubundan görünür ki, Qax rayonu Almalı Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Dəymədağlı kəndinin Almalı kəndi ilə həmsərhəd ərazidə su kanalının kənarından, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində qanunsuz olaraq 8 ədəd köküstə yaş Qovaq cinsinə məxsus ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 2850 (iki min səkkiz yüz əlli) manat təşkil edir. İşin İ-ci cildinin 124-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin ziyanın təyin edilməsi barədə Cədvəlindən görünür ki, bir ədəd 22 sm diametrli yaş qovaq ağacı 200 manat, bir ədəd 28 sm diametrli yaş qovaq ağacı 250 manat, bir ədəd 32 sm diametrli yaş qovaq ağacı 300 manat, bir ədəd 35 sm diametrli yaş qovaq ağacı 350 manat, bir ədəd 36 sm diametrli yaş qovaq ağacı 350 manat, bir ədəd 40 sm diametrli yaş qovaq ağacı 400 manat, iki ədəd 42 sm diametrli yaş qovaq ağacı 1000 manat olmaqla, qanunsuz olaraq 8 ədəd köküstə yaş Qovaq cinsinə məxsus ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 2850 (iki min səkkiz yüz əlli) manat təşkil edir. İşin İ-ci cildinin 96-98-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14.02.2020-ci il tarixli 1171 saylı məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində 7 saylı RETSİnin əməkdaşları tərəfindən tərtib edilmiş cədvələ əsasən, Qax rayonu. Almalı bələdiyyəsinin mülkiyyətində olan Dəymədağlı kənd qəbiristanlığına gedən yolun sağ tərəfindəki ərazidə özbaşına 3 ədəd Yunaan qozu cinsli yaş ağacların qanunsuz kəsilməsindən qanunvericiliklə müəyyən edilmiş normativ sənədlərlə mövcud olan qiymətlər ilə dövlətə dəymiş maddi ziyanın məbləği nəzəri hesabalama yolu ilə şərti olaraq 4300 manat müəyyən edilir. O cümlədən: -bir ədəd 40 sm diametrli yaş qoz ağacı 400manat; -bir ədəd 70 sm diamertli yaş qoz ağacı 1900 manat; -bir ədəd 72 sm diamertli yaş qoz ağacı 2000 manat. İşin 95-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ-ci cildinin 201-2013-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14.02.2020-ci il tarixli 1170 saylı məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində 7 saylı RETSİnin əməkdaşları tərəfindən tərtib edilmiş cədvələ əsasən, Qax rayonu. Almalı bələdiyyəsinin mülkiyyətində olan mühafizə olunmuş ərazidə təbii bitmiş qovaq ağacların qanunsuz kəsilməsindən, qanunvericiliklə müəyyən edilmiş normativ sənədlərlə mövcud olan qiymətlər ilə dövlətə dəymiş maddi ziyanın məbləği nəzəri hesabalama yolu ilə şərti olaraq 2850 manat müəyyən edilir. O cümlədən: - bir ədəd 22 sm diametrli yaş qovaq ağacı 200 manat; - bir ədəd 28 sm diametrli yaş qovaq ağacı 250 manat; - bir ədəd 32 sm diametrli yaş qovaq ağacı 300 manat; - bir ədəd 35 sm diametrli yaş qovaq ağacı 350 manat; - bir ədəd 36 sm diametrli yaş qovaq ağacı 350 manat; - bir ədəd 40 sm diametrli yaş qovaq ağacı 400 manat; - iki ədəd 42 sm diametrli yaş qovaq ağacı 1000 manat. İşin 200-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. İşin İ-ci cildinin 241-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi 02.04.2020-ci il tarixli 251 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 oğlu Qax rayonu Almalı kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən və anası 01.10.1952-ci il təvəllüdlü anası X9, arvadı X10, qızları 13.08.2010-cu il təvəllüdlü X23, 26.09.2012-ci il təvəllüdlü X16 və oğlu 20.05.2014-cü il təvəllüdlü X17 ibarətdir. İşin İ-ci cildinin 240-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ-ci cildinin 242-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi 02.04.2020-ci il tarixli 250 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu Qax rayonu Dəymədağlı kəndində yaşayır. İşin İ-ci cildinin 243-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Almalı kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin İ-ci cildinin 244-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Qax şəhər İƏD-nin verdiyi 1600 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən, atası Nəcəfov Aydın Murtuz oğlundan, anası X11, arvadı Rəşidova Ruhiyyə Sabir qızından, qızları 01.01.2001-ci il təvəllüdlü X19, 20.09.2002-ci il təvəllüdlü X20 və oğlu 01.10.2012-ci il təvəllüdlü X21 ibarətdir. İşin İ-ci cildinin 91-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RMTM-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İşin İ-ci cildinin 249-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Qax RİH Qorağan kənd İƏD-nin verdiyi 27.04.2020-ci il taixli, 206 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonu Şotavar kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən, anası X55 qızından, arvadı X13, oğulları 23.01.2009-cu il təvəllüdlü X6, 23.04.2011-il təvəllüdlü X7 və qızı 23.04.2011-ci il təvəllüdlü X1 ibarətdir. İşin İ-ci cildinin 89-cu vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Şəki RMTM-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İşin İ-ci cildinin 51-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 23.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin İ-ci cildinin 153-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 31.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin İ-ci cildinin 235-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 10.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin İ-ci cildinin 236-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 10.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X64 verdiyi 12.10.2020-ci il tarixli 400/KES saylı Ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Qax Rayon Poliklinikasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs4 12.09.2012-ci il tarixdə “Virus hepatit B. Ağciyərlərin ocaqlı infıltrativ vərəmi” diaqnozu ilə poliklinikada dispanser qeydiyyata alınmışdır. Qax Rayon Mərkəzi Xəstəxanasında Təqsirləndirilən şəxs4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 15.09.2012-ci il tarixdən 04.02.2020-ci il tarixə qədər “Ağciyərlərin fıbroz-kovemoz vərəmi. Xroniki bronxit. Hepatit B. Qaraciyərin sirrozu. Tənəffüs çatmamazlığı İ-İİ dərəcə” diaqnozu ilə ambulator müalicələr qəbul etmişdir. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və bununla əlaqədar Təqsirləndirilən şəxs4 müəyyən edilən xəstəliklər kəskinləşdiyi halda o, müalicəyə cəlb edilə bilər. Təqsirləndirilən şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı onun sümük dayaq sistemində hər hansı bir patologiya müəyyən edilməməsini, oturub-qalxma hərəkətlərinin sərbəst olmasını və fikrini tam ifadə etməsini nəzərə alaraq onun məhkəmə prosesində iştirakı etməsi məqsədə müvafiq hesab edilir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlikləri kifayət qədər sübutа yetirilmişdir. Onların əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 259.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum olunmasına dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmünün onlara sanksiya həddində azadlıqdan məhrumetmə cəzasını təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, eləcə də işdə cəzanı yüngülləşdirən halların olmasını nəzərə almış, həmçinin onların əməllərini cəzalarını ağırlaşdıran halların olmaması qənətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 zərərçəkmiş hüquqi şəxslərə vurduğu maddi ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olduğunu CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs4 himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını və “Virus hepatit B. Ağciyərlərin ocaqlı infıltrativ vərəmi” “Ağciyərlərin fıbroz-kovemoz vərəmi. Xroniki bronxit. Hepatit B. Qaraciyərin sirrozu. Tənəffüs çatmamazlığı İ-İİ dərəcə” xəstəsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə nisbətən yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətini aşağıda qeyd olunanlarla əsaslandırır: Birincisi, təqsirləndirilən şəxslər yaşayış yerindən müsbət xаrаkterizə оlunurlаr; İkincisi onlar əməllərini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirir; Üçüncüsü Təqsirləndirilən şəxs2 himayəsində 3 az yaşlı uşaq, Təqsirləndirilən şəxs1 himayəsində 1 az yaşlı uşaq, Təqsirləndirilən şəxs4 himayəsində isə 3 az yaşlı оlmаqlа, evdə yegаnə qаzаnc gətirən şəxslərdir; Dördüncüsü, təqsirləndirilən şəxslər ilk gündən səmimi ifаdə verməklə istintаqın gedişinə köməklik etməsi, müsbət xаrаkterizə оlunmаsı оnun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, onun, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir; Beşincisi, təqsirləndirilən şəxslərin hаzırdа аiləsinin necə mənəvi və mаddi sarsıntı keçirməsi, оnların cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi аiləsinin mənəvi sarsıntısını daha da ağırlaşdıra bilər. Cinаyət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu müddəa cəzanın ailə həyatının mənəvi tərəfinə təsirini də özündə ehtiva edir; Altıncısı təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran heç bir hal yoxdur, cəzasını yüngülləşdirən hаllаr isə mövcuddur. Həmçinin apellyasiya məhkəməsinin qənətincə onların barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onların hüquq və azadlıqların müəyyən çərçivədə məhdudlaşdırılmasına gətirəcəkdir, bu da onları gələcəkdə də azadlığın itirilməsinə səbəb olan əməllərdən çəkindirəcəkdir. Yeddincisi təqsirləndirilən şəxslər zərərçəkmiş hüquqi şəxslərə vurulmuş ümumi ziyan olan 7150 manatın 3200 manat hissəsini ödəmişlər. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, təqsirləndirilən şəxslərin cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onların ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da ilk növbədə onun himаyələrində оlаn azyaşlı uşaqlarının fiziki, əqli və mənəvi cəhətdən inkişaflarına pis təsir göstərər. Belə ki, BMT Baş Assambleyanın 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi BMT Baş Assambleyanın və BMT Konvensiyasının bu prinsipləri baxımından da təqsirləndirilən şəxslərin cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsini məqsədə uyğun hesаb etmir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 1(024)- 01/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar