Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-19/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Ağdam şəhəri, Qardağlı sahəsində qeydiyyatda olmaqla ünvan 1 mənzil 34 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış Renault Megane markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin müəyyən edilmişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir, ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “Renault Megane” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Şəki şəhəri istiqamətinə 60 km/saat sürətlə hərəkət edərkən ŞəkiQax avtomobil yolunun Şəki rayonunun Biləcik kəndinin ərazisindən keçən 24-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun sağından soluna hərəkət edərək yolun ortasındakı xətdə çatıb ani vaxtda yenidən geriya qayıdan piyada X4 avtomobilin qarşı hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Elçin Rəcəbova müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə qansızma, sifətin ön hissəsinin, alnın, sağ alın-gicgah nahiyəsinin sıyrılmış yaraları, döş qəfəsinin küt travması, döş sümüyünün sınığı, hər iki ağ ciyərin kökünün əzilmiş yaraları, daxili qanaxma, böyrəklərdə ocaqlı qansızmalarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Renault Megane markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyəsinin əzilmiş-cırılmış yarası, yuxarı ətrafın yumşaq toxumasının əzilməsinin əmələ gəlməsinə səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə və azadlıqdan məhrumetmə növündə cəzaların yuxarı həddləri təyin edilməklə, eləcə də onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edilməklə dəyişdirilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyаsının iclаsındа Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən vermiş olduqları apellyasiya şikayətinə mahiyyəti üzrə baxmadan geri qaytarılmasını xahiş etdilər. Məhkəmə kollegiyаsının iclаsındа iştirаk edən dövlət ittihаmçısı X5 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunduğunu nəzərə alaraq Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protestindən imtina etdiyini, ona görə də apellyasiya protestinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyаsı Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətindən imtina barədə ərizəsini, dövlət ittihаmçısı X2 apellyasiya protestindən imtina barədə xahişlərini müzаkirə edərək, cinayət prosesi iştirakçılarının fikirlərini nəzərə alaraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə Cinаyət-Prosessuаl Məcəlləsinin) 390.1-ci madəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.11-ci madəsində göstərilir ki, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Göründüyü kimi, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətinə, dövlət ittihamçısı X5 verilmiş apellyasiya protestinə baxılmasını istəmirlər, həmin şikayət və protestə baxılmasına xitam verilməsini xahiş edirlər. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətindən imtina barədə ərizəsini, dövlət ittihаmçısı X2 apellyasiya protestindən imtina etməsini nəzərə аlınаrаq Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə bаxılmаsınа xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Cinаyət-Prosessuаl Məcəlləsinin 391, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətindən, dövlət ittihamçısı X2 isə apellyasiya protestindən imtinа etməsi qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə bаxılmаsınа xitаm verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinаyət-Prosessuаl Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-19/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-19/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver