Məhkəmə qərarları › İş №1(107)-19/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-19/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-19/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, Müdafiəçi-Şəki Regional Vəkil Bürosununun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmü ilə, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 29 may 2022-ci ildən 31 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməməsi, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs Oktay oğlunun yaşadığı və atalarından miras qaldığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10cu küçədə yerləşən 5 nömrəli fərdi yaşayış evinə arvadı Şahid2 Nufər qızı ilə gəldikdə qardaşı Zərərçəkmiş şəxs ona məlumat vermədən və atalarından miras qalan mülk bölgüsü ilə bağlı məsələlərin həllini tapmadığı halda ailə qurduğunu, habelə Zərərçəkmiş şəxs ailə qurduğu qadının atalarından miras qalan evə onun icazəsi olmadan gətirdiyini bildikdən sonra Zərərçəkmiş şəxsla aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı o, əlində olan daş parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə vuraraq ona təpə nahiyəsində iki ədəd yara, sağ alt çənə nahiyəsində şişkinlik fonunda sıyrıq ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, habelə burun qanaxması və burunun üstündə olan yara ayrıayrılıqda və birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmünü diqqətlə araşdırıb, orada nə qədər haqsızlıq olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 107, 109, 121, 122, 382, 384, 285 və 387-ci maddələrinin tələblərini əldə rəhbər tutaraq, həmin hökmün ləğv edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi X9 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)- 115/2022 nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X4 bildirdi ki, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğudan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Oktay oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmasına baxmayaraq onun məhkəmə iclasında iştirakı təmin edilməməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan, müdafiəçisinin iştirakı ilə vermiş olduğu apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, ünvan 3 ünvanında arvadı Şahid2 ilə birlikdə yaşayır. Hər iki valideynləri vəfat etdiyi üçün qardaşı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən evdə tək yaşayır. xx.xx.2022-ci tarixdə qardaşı Zərərçəkmiş şəxs və qardaşının dostu X1 idarə etdiyi "Mersedes-benz e 280" markalı 90EE-798 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinə onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin zaman qardaşı Zərərçəkmiş şəxs Şəki rayonundan tanış olduğu bir qızla ailə qurmaq istədiyini bildirdikdə "hələ gözlə araşdıraraq məsləhət olarsa, gedib alarıq, yoxsa ata evimizə hər yoldan keçən tanımadığını gətirə bilmərsən" demiş, Zərərçəkmiş şəxs heç bir söz demədən geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23-radələrində arvadı Şölə ilə birlikdə Mingəçevir şəhərinə gəlmək üçün Gəncə şəhər avtovağzalının qarşısına gəlib orada dövlət qeydiyyat nişanını xatırlamadığı "VAZ-2106" markalı avtomobilə minərək qardaşı Zərərçəkmiş şəxs yaşadığı ata yurduna gəlmək üçün yola düşmüşlər. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çatmış, qapı bağlı olduğu üçün qardaşı Zərərçəkmiş şəxs zəng edərək həyat yoldaşı ilə gəldiklərini və qapının qarşısında gözlədiklərini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs telefon vasitəsi ilə evdə olmadığını, tanışları ilə çayxanada çay içdiyini söyləmişdir. Bundan sonra o, ata yurdu sayılan fərdi yaşayış sahəsinə hasar vasitəsi ilə daxil olub darvazanı açdıqdan sonra arvadı Şölə həyətə daxil olmuşdur. “VAZ2106” markalı minik maşının sürücüsü isə hasarın çöl tərəfində qalmışdır. Darvazanı bağlayan zaman qardaşı Zərərçəkmiş şəxs evdən çölə çıxmışdır. Qardaşı Zərərçəkmiş şəxs ona qız qaçırtdığını, həmin qızın evdə olduğunu, buna görə də, evə girməyə icazə vermədiyini söyləmişdir. Bu zaman o, qardaşı Zərərçəkmiş şəxs qızın kim olduğunu soruşmuş qardaşı Didar adlı qızı Şəki rayonundan qaçırdığını bildirmişdir. Həmin zaman da, Didar çölə çıxmışdır. O, Zərərçəkmiş şəxs qaçırdığı Şahid1 şəxsiyyət vəsiqəsini tələb edərək kim olduğunu və ailəsinin kim olduğunu soruşdaqda Didar cavab verməyə borcu olmadığını və bu məsələnin Zərərçəkmiş şəxsla öz aralarında olan məsələ olduğunu bildirmişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxsla yaxalaşmağa başlamış və arvadı Şahid2 onları ayırmışdır. Daha sonra qardaşı Zərərçəkmiş şəxsla yenidən yaxalaşmış bu zaman Zərərçəkmiş şəxs ona badalaq verərək yerə yıxmışdır. Bu zaman o, əsəbləşmiş və həyətdə əlinə keçən daş vasitəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs əlindəki daş vasitəsi ilə iki dəfə xəsarət yetirdikdən sonra aralaşmışdır. Daha sonra həyətdən götürdüyü daşı həyətə tullamış və DİN-nin 102 xidmətinə zəng edib qardaşı Zərərçəkmiş şəxs ata yudu olan evə qız gətirdiyini, onu evə qoymadığını və buna görə də, qardaşı Zərərçəkmiş şəxsla dalaşdıqlarını bildirmişdir. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və qardaşı arvadı ilə birlikdə Gəncə şəhərində yaşayır. Uzun müddətdir ki, valideynləri vəfat etdiyi üçün o, ata yurdunda tək yaşayır, ailə qurmaq istəyir, bu səbəbdən də, 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Şəki rayonu, Cəfərabad kənd sakini Şahid1 ilə tanış olmuş və Dindar Yunusova ilə ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə dostu Şahid3 ilə sonuncunun idarə etdiyi "Mersedes-benz e 280" markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərinə gedərək qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüşmüş və Şəki rayonundan tanış olduğu xanımla ailə qurmaq istədiyini bildirdikdə qardaşı Təqsirləndirilən şəxs ona "sən nə vaxt ata mirasını satarsan sənə qarışmaram, yoxsa o evə heç kimi gətirə bilmərsən" kəlməsini işlətmişdir. O isə bir mübahisə etmədən dostu Firdovsi ilə birlikdə Mingəçevir şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə o, Şəki rayonuna gedərək Şahid1 ilə ailə qurmaq niyyəti ilə onu Mingəçevir şəhərinə gətirmişdir 2022-ci ilin mart ayının 28-dən 29na keçən gecə saat 00:05 radələrində qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək harada olduğunu soruşanda o, evdə olduğunu dedikdə qardaşı Ramin evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra o, yaşadığı evin qarşısına çıxanda qardaşı Raminin arvadı Şölə və tanımadığı cavan oğlanın idarə etdiyi, lakin nömrəsini xatırlamadığı qırmızı rəngli "VAZ-2106" markalı avtomobili ilə darvazanın qarşısına gəlmişlər. Həmin vaxt Ramin ona "aç qapını içəri keçəcəm" demiş və sonra onlar birlikdə həyətə daxil olmuşdur. Bundan sonra qardaşı Ramin evin qapısını açıb içəri daxil olmaq istəyəndə o, gözləməsini xahiş və tələb edərək evdə arvadının yatdığını bildirmişdir. Bu zaman qardaşı Təqsirləndirilən şəxs onun ünvanına kobud sözlər işlədərək "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etməyə başlamış bundan sonra Didarın kim olduğunu sorğu sual etməyə və Didarında ona məlumat verməyə borclu olduğunu bildirmişdir. Bu sözü deyəndən sonra qardaşı Ramin həyat yoldaşı Didarın üzərinə yeriməyə başlayan zaman o, araya keçmişdir, həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxartdığı daş parçası ilə başının sağ hissəsinə, sonra isə sol hissəsinə vurduqdan sonra yerə yıxmış əlindəki daşla sinəsinə vurmuşdur. Bu zaman həyat yoldaşı Didar, qardaşının arvadı Şölə və yanınlarında gələn tanımadığı şəxs onları aralaşdırmışlar. Bir qədər sonra Didar qorxaraq evdən çıxıb çölə qaçmışdır. Həmin vaxt o, əsəbləşib qardaşı Raminin ünvanına kobud sözlər demiş, bu zaman Ramin əlindəki həmin daş parçası ilə sifətinə və burnuna vurub xəsarət yetirmişdir. Bu zaman o, DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs qardaşıdır. Uzun müddətdir ki, Zərərçəkmiş şəxs valideynləri vəfat etdiyinə görə həmçinin tək yaşadığına görə ailə həyatı qurmaq istəmiş, bu səbəbdən də, 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Şəki rayonu Cəfərabad kənd sakini Şahid1 ilə tanış olmuşdur. Həmin vaxtdan sonra onlar bir-birilərini tanımış, mütəmadi olaraq telefonda danışmış və belə onların sevgi münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs Didar Yunusovla ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə idarə etdiyi "Mersedes-benz e280" markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinə getmiş, orada Raminin yaşadığı evin yaxınlığında onunla görüşmüşlər. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs Şəki rayonundan tanış olduğu xanımla ailə qurmaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs "sən nə vaxt ata mirasını satarsan sənə qarışmaram, yoxsa o evə heç kimi gətirə bilmərsən" söyləmişdir. Zərərçəkmiş şəxs heç bir mübahisə etmədən Mingəçevir şəhərinə qayıdıb gəlmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şəki rayonuna gedib Şahid1 ilə birlikdə ailə qurmaq istədiyini bildirmiş, sonra birlikdə Mingəçevir şəhərinə gəlmişlər. 2022ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:30 radələrində dostu Zərərçəkmiş şəxs ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlib, xəsarət yetirdiyini bildirdikdə o, dərhal idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxsı yaşadığı evə gəlmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynı, Təqsirləndirilən şəxs isə əridir. 19.03.202-ci il tarixdə qayını Zərərçəkmiş şəxs dostu X7 ilə sonuncunun idarə etdiyi "Mersedes-benz e 280" markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhərinə əri ilə birlikdə yaşadığı evin qarşısına gəlmişdilər. Orada qaynı Zərərçəkmiş şəxs Şəki rayonundan tanış olduğu bir qızla ailə qurmaq istədiyini bildirdikdə, əri Təqsirləndirilən şəxs "hələ gözlə araşdıraraq məsləhət olarsa gedib alarıq, yoxsa o evimizə hər yoldan keçən tanımadığını gətirə bilmərsən" demiş, sonra Zərərçəkmiş şəxs da heç bir söz demədən qayıdıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə Mingəçevir şəhərinə gəlmək üçün Gəncə şəhər avtovağzalının qarşısına gəlib orada nömrəsini xatırlamadığı "VAZ-2106" markalı avtomobilə minərək, Mingəçevir şəhərinə yola düşmüşlər. 2022-ci ilin mart ayının 28-dən 29-na keçən gecə saat 00:05-radələrində əri Təqsirləndirilən şəxs ilə qaynı Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çatmış, orada qapı bağlı olduğu üçün Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs zəng edib gəldiyiklərini və qapının qarşısında olduğunu bildirdikdə, o isə evdə adam olduğunu demişdir. Bundan sonra qaynı Zərərçəkmiş şəxs gəlmiş, Təqsirləndirilən şəxs evin qapısını açıb içəri daxil olmaq istəyən zaman Zərərçəkmiş şəxs gözləməsini xahiş və tələb etmiş, sonra isə evdə arvadı Şahid1 yatdığını bildirmişdir. Bu zaman Ramin Əhmdov əsəbləşib Zərərçəkmiş şəxs "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etmiş və evə daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs evə gətirdiyi Şahid1 kim olduğunu sorğu sual etməyə başlamış və Şahid1 ona məlumat verməyə borclu olmadığını kobud formada bildirmişdir. Bu sözü deyəndən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına kobud sözlər demiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşib cibindən daş parçası çıxardaraq Zərərçəkmiş şəxs başına bir neçə dəfə vurmuşdur. Həmin vaxt Şahid1 evdən çıxıb çölə qaçmış və Zərərçəkmiş şəxs Şahid1 saxlatmaq üçün darvazadan çölə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əsəbləşib Raminin ünvanına kobud sözlər demiş, sonra isə cibindən bıçaq çıxardaraq onun üzərinə gələrək evindən çıxıb getmələrini tələb etmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs yenidən əsəbləşərək Samirin sifətinə ilk öncə başı ilə sonra isə əlindəki daş parçası ilə vurub xəsarət yetirmiş daha sonra isə daş parçasını uzaq bir yerə atıb tullamışdır. Birinci instansiya məhkəməsi iclasınadək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs qaynı, Şahid2 isə sonuncunun arvadıdır. Təxminən 2022-ci ilin yanvar ayında Şəki rayonunda olan zaman Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan sonra onlar bir-birlərini tanımağa başlamış, mütəmadi olaraq telefonda danışmış, Zərərçəkmiş şəxsla ailə həyatı qurmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərinə gəlib Zərərçəkmiş şəxsla ailə həyatı qurmuşdur. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxsla sonuncunun Mingəçevir şəhəri, Günəşli bağ massivi 10cu küçədə yerləşən 5 saylı mənzildə yaşamağa başlamışlar. 2022-ci ilin mart ayının 28dən 29-na keçən gecə saat 00:05 radələrində qaynı Ramin əri Samirə zəng edərək harada olduğunu soruşanda Samirdə evdə olduğunu demiş, həmin vaxt Ramin onların yaşadıqları evin yaxınlığında olduğunu bildirmişdir. Bundan sonra Samir yaşadıqları evin qarşısına çıxmış, o isə evdə qalmışdır. Bir qədər sonra əri Samir, qaynı Ramin, qaynının arvadı Şölə və tanımadığı taksi sürücüsü ilə evə gəlmişdilər. Həmin vaxt Ramin həyat yoldaşı Samirin ünvanına kobud sözlər işlədərək "sən kimsən mənə deməmiş evlənib evə qız gətiribsən" deyib mübahisə etməyə başlamış və evə daxil olmuş, bundan sonra onun kim olduğunu sorğu sual etməyə başlamış və o da, Raminə məlumat verməyə borclu olmadığını bildirmişdir. Bu sözü deyəndən sonra Ramin onun üzərinə yeriməyə başlayanda Samir araya keçmiş, həmin vaxt Ramin cibindən daş parçası çıxardıb Samirin başının sağ hissəsinə, sonra isə sol hissəsinə vuraraq yerə yıxmış, sinəsinə də, əlindəki daşla vurmuşdur. Bu zaman o, Şölə və yanında gələn tanımadığı şəxs onları aralaşdırmışdır. Həmin vaxt o, polisə zəng edib kömək çağırmaq üçün çölə qaçmış, bu zaman Samirdə onun arxası ilə çölə çıxıb onu səsləyib çağırmışdır. Həmin vaxt Samir əsəbləşib Raminin ünvanına kobud sözlər demiş, bu zaman Ramin Samirin sifətinə kəllə ilə vurub, sonra isə əlindəki həmin daş parçası ilə burnuna vurub xəsarət yetirmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyi yer Mingəçevir şəhəri, Günəşli bağ massivin 10 saylı küçənin 5 saylı mənzilində yerləşir. İşdə olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş 08 aprel 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmünü diqqətlə araşdırıb, orada nə qədər haqsızlıq olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 107, 109, 121, 122, 382, 384, 285 və 387-ci maddələrinin tələblərini əldə rəhbər tutaraq, həmin hökmün ləğv edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə bəraət verilməsi üçün əsas verəcək dərəcədə əsaslı deyildir. Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlillərə tənqidi yanaşır, hesab edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətində heç bir əməl törətməməsi barədə qeyd etməsi, özünü müdafiə etmək, məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun özünün birinci instansiya məhkəməsi iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsi, həmçinin şahidlərin ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam olaraq sübuta yetirilir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 mart 2022-ci il tarixli 186 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər burnunun üstündə yara, təpə nahiyyəsində iki ədəd yara, sağ alt çənə nahiyyəsində şişkinlik fonunda sıyrıq, burun qanaxması küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundular. Ağırlıq dərəcələrinə görə burun qanaxması ilə burunun üstündə olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təpə nahiyyəsində iki ədəd yara, sağ alt çənə nahiyyəsində şişkinlik fonunda sıyrıq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Cinayət qanunvericiliyinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlilləri özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq və ona təyin edilmiş cəzanı yüngülləşdirmək niyyəti ilə verilən ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham kifayət qədər əsaslıdır, birinci instansiya məhkəməsi onu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib ona cəza təyin etməkdə haqlı olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, onlara bu halların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin törədilməsinə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası üzrə aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar, habelə onun cəzasını daha artıq yüngülləşdirməyə əsas verən başqa hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(051)-115/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar