Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-190/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X11, hakimlər X16 oğlu və X3 ibarət tərkibdə) 09 mart 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1960-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhslli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdaş şəhəri Y.Nəbiyev 59 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi, dərhal məhkəmə iclas zalından azad olunması, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunması, iş üzrə maddi sübut olan tədqiqatdan sonra təmiz çəkisi 5,069 qram heroin Ağdaş rayon Polis Şöbəsinin sərəncamında saxlanılması, iş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməsi müəyyən edilmişdir. işin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən ümumilikdə külli miqdarda təmiz çəkiləri 5,209 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 02 ədəd sellafon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,392 qram və 3,180 qram olan və 05 ədəd gümüşü- ağ rəngli kağız bükümlərdədə ayrı-ayrılıqda təmiz çəkiləri 0.168 qram, 0,144 qram, 0,098 qram, 0,105 qram və 0,122 qram olmaqla bükümlərə bükməklə satış məqsədilə üzərində daşımış, 26.02.2020-ci il tarixdə saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş “Qəbələ şossesi”ndə Elektrik diaqnostika mərkəzinin qarşısında saxlanılaraq Ağdaş RPŞnə gətirilmiş və Ağdaş RPŞ-in Növbətçi Hissəsində şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü, məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən faktiki hallar və sübutlar nəzərə alınmadığına görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama bəraət verilməklə əsassız və qanunsuz olduğundan ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət qanunvericiliyinin normalarına uyğun olaraq ona azadlıqdan məhrumetmə cəzası təyin edilərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya protestinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun Müdafiəçi verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək aşkar olunan narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə Ağdaş-Qəbələ avtomobil yolunun üstündə yerləşən avtotəmir sexinin qarşısında tanışı Tahir adlı şəxslə dayanarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq zorla onun qolunu burub arxadan qandal vurduqdan sonra avtomaşına əyləşdirmişlər. Oradakı polislərdən Yusif adlı polis əməkdaşı onun cibində nə isə axtarmağa başlamış, Yusifə birdən cibinə nə isə qoyacağı barədə xəbərdarlıq etmiş, Yusif da ona narahat olmamasını, bunun kişiyə yaraşan hərəkət olmadığını demişdir. Bundan sonra onu Ağdaş rayon Polis Şöbəsinə apararaq orada təxminən 15-20 dəqiqə gözlədikdən sonra müdafiəçi və hal şahidlərinin iştirakı ilə üzrəinə şəxsi axtarış aparmışlar. Axtarışdan qabaq qolundakı qandal açılmış və axtarış zamanı cibindən ona aid olan şokalad, alışqan, mobil telefon və pul ilə yanaşı beş ədəd bükümdə heroin aşkar etmişlər. Həmin vaxt artıq həmin heroini polislər tərəfindən onun cibinə qoyulduğunu bilmiş, buna görə də heç bir sənədə imza etməmişdir. Aşkar olunan narkotik vasitələrin ona heç bir aidiyyəti olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin səhv etmirəmsə oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açıldı özü və əhatə dairəsinə telefon izləməyə icazə verildikdən sonra 26 fevral 2020-ci il tarixdə əməliyyat axtarış tədbirləri hazırlandı və polis şöbəsinin rəisinə məruzə etdikdən sonra mən və CAB-ın əməkdaşları iştirakı ilə Təqsirləndirilən şəxs Ağdaş rayon ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildi. Rayon Polis Şöbəsinə gətirildikdən sonra hal şahidlərin və vəkilin iştirakı ilə üzərində baxış keçirildi baxış zamanı Ərəstunun əynində olan pencəyin sağ yan cibindən 3 ədəd sellofan büküm, 01 ədəd siqaret qutusu, 01 ədəd konfet, 02 ədəd açar, həmin pencəyin sol yan cibindən 01 ədəd dırnaq tutan, 01 ədəd əl dəsmalı, 01 ədəd alışqan və 01 ədəd təsbeh pencəyin iç sağ döş cibindən üzərinə “Nokia” yazılmış 01 ədəd telefon aşkar edildi. Selofan bükümlər açılan zaman 02 ədəd sellofan bükümün içərisindən qəhvəyi rəngli, kristal və toz halında narkotik vasitəyə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisindən isə 05 ədəd kağız büküm aşkar edildi. Həmin kağız bükümlər də, açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar edildi. Sonra kağız bükümlər elektron tərəzidə çəkildi və sonrada zərfdə qablaşdırıldıqdan sonra götürüldü. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə Ağdaş şəhər Y.Nəbiyev küçəsi 59-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, satması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupnun üzvləri CAB-nin rəisi Şahid2, əməliyyat müvəkkilləri Şahid4 və Şahid3lə birlikdə Ağdaş-Qəbələ şossesində Elektrik-diaqnostika mərkəzinin qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Ərəstunun əynində olan pencəyin sağ yan cibindən 03 ədəd sellofan büküm, 01 ədəd siqret qutusu, 01 ədəd konfet, 02 ədəd açar, həmin pencəyin sol yan cibindən 01 ədəd dırnaq tutan, 01 ədəd əl dəsmalı, 01 ədəd alışqan və 01 ədəd təsbeh, pencəyin iç sağ döş cibindən üzərinə “Nokia” yazılmış 01 ədəd telefon aşkar edilmiş, aşkar edilmiş sellofan bükümlər açılan zaman 02 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, kristal və toz halında narkotik vasiyətə oxşar maddənin, digər 01 ədəd sellofan bükümün içərisində isə 05 ədəd kağız büküm aşkar edilmişdir. Həmin kağız bükümlər də, açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, daha sorna kağız bükümlərin elektron tərəzidə çəkilərkən çəkilərinin müvafiq olaraq 0,21 qram, 0,26 qram, 0,35 qram, 0,22 qram və 0,27 qram, sellofan bükümlər isə çəkilən zaman müvafiq olaraq 3,42 qram və 1,57 qram olmuşdur. Həmin bükümlər zərfdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymamış, sonuncu məsuliyyətdən yayınmaq üçün ifadəsində onun barəsində o cür göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsində Cinayət axtarış Bölməsinin rəisi işləyən X4, əməliyyat müvəkilləri Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 26 fevral 2020-ci il tarixdə saat 1530 radələrində Ağdaş rayon Polis Şöbəsinin qarşısından keçərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsində bir nəfər şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Polis əməkdaşlarının təklifini qəbul etdikdən sonra Ağdaş rayon X15 hissəsində hal şahidi kimi dəvət edilmiş Ramin adlı digər hal şahidinin və müdafiəçinin iştirakı ilə sonradan adını bildiyi Ərəstun adlı şəxsin üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan pencəyin sağ yan cibindən 03 ədəd sellofan büküm, 01 ədəd siqret qutusu, 01 ədəd konfet, 02 ədəd açar, həmin pencəyin sol yan cibindən 01 ədəd dırnaq tutan, 01 ədəd əl dəsmalı, 01 ədəd alışqan və 01 ədəd təsbeh, pencəyin iç sağ döş cibindən üzərinə “Nokia” yazılmış 01 ədəd telefon aşkar edilmiş, sellofan bükümlər açılarkən 02 ədəd sellofan bükümün içərsində qəhvəyi rəngli, kristal və toz halında maddə, digər 01 ədəd sellofan bükümün içərisində isə 05 ədəd kağız büküm aşkar edilmişdir. Həmin kağız bükümlər də, açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar edilmişdir. Daha sorna kağız bükümlər elektron tərəzidə çəkilərkən çəkiləri təxminən 5 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt etiraz edərək narkotik vasitələrin sonuncuya aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid8 oğlu eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 28 fevral 2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə olan heroin gəzdirdiyinə görə tutularaq CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarti altına vermə” qətimkan tədbiri seçilmişdir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanımış, sonuncu ilə bir neçə dəfə mobil telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin alqısatqısı ilə məşğul olması barədə məlumatı olmamış, sonuncudan heç vaxt narkotik vasitə istəməmişdir. Şahid5 birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mobil nömrəsini əldə edərək özü də narkotik vasitə istifadəçisi olduğu üçün Təqsirləndirilən şəxsla mobil telefon əlaqəsi saxlayıb bir neçə dəfə narkotik vasitə olan heroin istəmişdir. ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs 21.01.2020-ci il tarixdə saat 13 radələrində, həmin gün səhər saat 07 radələrində “yarım qram kakos” saat 19 radələrində yarım qram, 25.01.2020-ci il tarixdə saat 18 radələrində yarım qram, 27.01.2020-ci il tarixdə saat 13 radələrində yarım qram, 28.01.2020-ci il tarixdə saat 16 radələrində yarım qram, 30.01.2020-ci il tarixdə saat 12 radələrində yarım qram, 01.02.2020-ci il tarixdə saat 14 radələrində yarım qram, 05.02.2020-ci il tarixdə saat 18 radələrində yarım qram, 18.02.2020-ci il tarixdə saat 15 radələrində yarım qram, 19.02.2020-ci il tarixdə saat 11 radələrində yarım qram, həmin gün saat 15 radələrində yarım qram kokos alması barədə telefon danışıqlarında müəyyən edilmiş məlumatlarla bağlı göstərilən tarixlərdə Ərəstundan narkotik vasitə istəmiş, lakin Ərəstun etibar etmədiyindən ona narkotik vasitə verməmişdir. Ağdaş şəhəri Maşad deyilən yerdə yaşayan Ərəstun adlı şəxsin narkotik vasitə olan heroinin satışı ilə məşğul olduğunu, ona görə də Ərəstunla mobil telefon əlaqəsi saxlayıb sonuncudan heroin istəmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 28 fevral 2020-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə olan heroin gəzdirdiyinə görə tutularaq CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs uzun müddət ərzində tanımış, sonuncu ilə yaxın münasibəti olduğundan tez-tez görüşmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitənin alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmamış, sonuncudan heç vaxt narkotik vasitə istəməmişdir. Şahid6 birinci instansiya məhkəməsi iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs telefonla 21.01.2020-ci il tarixdə saat 15 radələrində zəng edərək yarım qram, 22.01.2020-ci il tarixdə saat 11 radələrində yarım qram, həmin gün saat 18 radələrində yarım qram heroin alması, 23.01.2020-ci il tarixdə yarım qram, həmin gün 14 radələrində zəng edib saat 19 radələrində yarım qram, 24.01.2020-ci il tarixdə saat 19 radələrində yarım qram, 25.02.2020-ci il tarixdə saat 13 radələrində bir çet, 30.01.2020-ci il tarixdə saat 17 radələrində bir çet, 31.01.2020-ci il tarixdə saat 15 radələrində bir çet, 04.02.2020-ci il tarixdə saat 15 radələrində zəng edib saat 18 radələrində yarım qram, 05.02.2020-ci il tarixdə saat 18 radələrində bir çet, 07.02.2020-ci il tarixdə saat 11 radələrində zəng edib bir çet almasına 11.02.2020-ci il tarixdə saat 10 radələrində Məlikovaya zəng etməsi və Təqsirləndirilən şəxs da həmin vaxt ona malın olmamasını bildirməsi barədə texniki vasitələrlə ötürülən məlumatlarla əlaqədar Təqsirləndirilən şəxs həmin vaxtlarda narkotik vasitə istəsə də sonuncudan narkotik vasitə almamış, Ərəstunun narkotik vasitənin satışı ilə məşğul olmasını eşitmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşu olmaqla sonuncu ilə dost münasibətləri olmuşdur. 26 fevral 2020-ci il tarixdə saat 15 radələrində Ərəstunla birlikdə sonuncunun avtomaşınını təmir etdirmək üçün avtotəmir sexinin yanında olan zaman təxminən 10-15 nəfər polis əməkdaşı oraya yaxınlaşaraq Təqsirləndirilən şəxs öz avtomaşınlarına mindirib Ağdaş rayon Polis Şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 26.02.2020-ci il tarixli 135 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bükümlər...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan təmiz çəkiləri-1,392 qram, 3,180 qram və 05 (beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, təmiz çəkiləri -0,168qram, 0,144qram, 0,098 qram, 0,105qram, 0,122qram ümumi təmiz çəkisi-5,209 qram olan maddələr kustar üsull hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim olunmuş 02(iki) ədəd sellofan bükümlərdə olan heroinlər ilə, 05(beş) ədəd gümüşüağ rəngli kağız bükümlərdə olan heroinlərdə tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09.05.2020-ci il tarixli 322 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 26 fevral 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1520-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 fevral 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 24 iyul 2001-ci il tarixli hökmü ilə CM-in 315.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2003-cü il tarixli hökmü ilə CM-in 234.4.2-ci maddəsi ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Ağdaş rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli hökmü ilə CM-in 221.3 və 315.2-ci maddələri ilə 04 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 13 mart 2020ci il tarixli 293 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 001-44004- 1221 nömrəli məktubu və Ağdaş Rayon polis Şöbəsinin 13 iyul 2021-ci il tarixli 3/132-13- 295-1221 nömrəli məktubları ilə həmin danışıqların təqdim olunmasının texniki imkanlar xaricində olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bəraət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs və Şahid1 birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclaslarında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu hüquqi mövqe ilə razılaşır və hesab edir ki, apelyasiya protestinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cinayət işinin materiallarına nəzər salanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasını 26 fevral 2020-ci il tarixdə Ağdaş şəhər Y.Nəbiyev küçəsi 59-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, satması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı təşkil etmişdir. Bu baxımdan məhkəmə kollegiyası bəraət almış şəxsin əleyhinə olan sübutların onun xeyrinə olan sübutlarla qarşılıqlı əlaqədə yoxlanılıb təhlil edilərək qiymətləndirilməsini zəruri hesab edir. Əvvəlcə qeyd olunmalıdır ki, cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərindən bəhs edən CPM-in İİ fəslinin 33-cü (Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi) maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (CPM-in 143.1-ci mad.). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (CPM-in 144-cü mad.). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145-ci mad.). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci mad). Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1, Şahid3 Şahid4 və P.Məmmədov Təqsirləndirilən şəxs saxlanılıb Ağdaş rayon Polis Şöbəsinə gətirilərkən sonuncuya qarşı heç bir zor tətbiq etmədiklərini və üzərinə heç bir narkotik vasitə qoymadıqlarını göstərsələr də məhkəmə həmin ifadələrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüququları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu tip işlərdə polis əməkdaşları maraqlı şəxs olmaqla həmin şəxslərin ifadələri digər sübutlarla da təsdiq olunmalıdır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. İşin mühüm əhəmiyyət kəsb edən halları baxımından Elşən Güləhmədov barəsində olan cinayət işi ilə X6 işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Həmin işdə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və əsas X1” Konvensiyanın 6-cı maddəsində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb ərizəçinin və Rusiya Federasiyası Hökümətinin dəlillərini araşdırıb, əvvəlki təcrübəsində xüsusilə də “Teyxeyra de Kastro Portuqaliyaya qarşı” iş üzrə 09 iyun 1998-ci il tarixli qərarına əsaslanmaqla bir daha qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provokasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provokasiya adlandırıla bilər. İş materiallarında Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinədək onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların olduğunu göstərən sübutlar mövcud deyil. Belə olan halda Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihama Avropa Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda, qeyd olunmalıdır ki, əgər sübut ancaq polis təhrikinin nəticəsidirsə və şəxsin yalnız polisin təhrikinin nəticəsi kimi meydana gələn hərəkətlərini ifşa edirsə, belə məlumatlar sübut kimi qəbul oluna bilməz. Başqa sözlə, təhrik yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün formal əsasların yaradılması yox, polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsini təmin edən əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar sübut kimi qəbul oluna bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə də göstərilir ki, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı hər hansı şəxsi qanun pozuntularına təhrik etmək qadağan olunur. Ona görə də məhkəmə kollegiyası üçün həmin polis əməkdaşları Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirilməsi və narkotik vasitənin aşkar olunmasına dair hissədə daxil olmuş əməliyyat məlumatının təsdiq olunması baxımından “maraqlı” şəxs kimi qəbul edilir. Yuxarıda da qeyd olunduğu kimi Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunmasını məhkəmə üçün işdə maraqlı hesab olunmayan hal şahidləri təsdiq etdiyi halda, üzərinə şəxsi axtarış keçirilənə qədər Ə.X13 hansı şəraitdə gətirilməsi və saxlanılması barədə ittiham tərəfi polis əməkdaşlarının ifadələrindən başqa digər heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına dair məlumatları özündə əks etdirən Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş 03 mart 2020-ci il tarixli məktubla bağlı qeyd etməyi zəruri bilir ki, həmin məktubda İntiqam Zərbəliyev və Şahid5 adlı şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə istəmələrinə dair telefon danışıqlarından çıxarılmış məlumatlar qeyd olunmasına baxmayaraq həmin danışıqları özündə əks etdirən CD disk istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilməmiş, həmiçinin məhkəmənin həmin danışıqların götürülməsinə dair sorğusu da icra olunmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.09.2020-ci il tarixli, 001- 57697-1220 saylı, Ağdaş rayon Polis Şöbəsinin 29.01.2021 və 11.02.2021-ci il raixli məktubları ilə həmin danışıqların təqdim olunmasının texniki imkanlar xaricində olduğu qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs aid əməliyyat-qeydiyyat işinin olub-olmaması, olduğu təqdirdə həmin əməliyyat-qeydiyyat işinin göndərilməsi barədə Ağdaş Rayon Polis Şöbəsinə sorğu vermiş sorğu əsasında qeydiyyat işi üzrə xüsusi rabitə kanallarından əldə edilmiş məlumat təqdim edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 5(014)-05/2020 nömrəli qərarına əsasən Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 59 qeydiyyatda olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 3 ay müddət ərzində qulaq asılması, alınmış məlumatın maqnit daşıyıcılarda (audio, kaset, disket) qeyə alınması və nəzarət olunan danışılıqların fonoqramlarına dair məlumatların Bakcell Telekom MMC-dən götürülməsi qərara alınmışdır. Bundan sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ünvanlayaraq cinayət işinin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 03.03.2020-ci il tarixli 15/132-3302-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanununa əsasən mövcud texniki rabitə kanallarından əməliyyat məlumatları əldə edilmişdir. Həmin əməliyyat məlumatlarında təqsirlənidilən şəxs Təqsirləndirilən şəxs Ağdaş rayon Ləki qəsəbəsinin sakinləri Şahid5 və X5 ilə aralarında 21.01.2020-ci il tarixdə saat 07, 13, 15, 19 radələrində, 22.01.2020-ci il tarixdə saat 11 radələrində, 23.01.2020-ci il tarixdə saat 11, 14, 19 radələrində, 24.01.2020-ci il tarixdə saat 19 radələrində, 25.01.2020-ci il tarixdə saat 13, 18 radələrində, 27.01.2020-ci il tarixdə saat 13 radələrində, 28.01.2020-ci il tarixdə saat 16 radələrində, 30.01.2020-ci il tarixdə saat 12 radələrində, 31.01.2020-ci il tarixdə saat 15 radələrində, 01.02.2020-ci il tarixdə saat 14 radələrində, 02.02.2020-ci il tarixdə saat 14 radələrində, 04.02.2020-ci il tarixdə saat 11, 18 radələrində, 05.02.2020-ci il tarixdə saat 08, 18 radələrində, 06.02.2020-ci il tarixdə saat 11,12 13, 17 radələrində, 07.02.2020-ci il tarixdə saat 11 radələrində, 11.02.2020-ci il tarixdə saat 10 radələrində, 18.02.2020-ci il tarixdə saat 09, 11, 15 radələrində, 19.02.2020-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs narkotik maddə istədiklərinə dair telefon danışıqların qeydə alındığı səs yazısına dair CD diskin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə dair müvafiq göstəriş verilməsinə dair sorğu ünvanlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 001-44004-1221 nömrəli və 13 iyul 2021-ci il tarixli 3/132-13-295-1221 nömrəli məktubu ilə həmin danışıqların təqdim olunmasının texniki imkanlar xaricində olduğu qeyd olunmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 məhkəmə kollegiyasının iclasın verilən suallara cavab olaraq “..narkotik alan şəxsin şifahi olaraq Ərəstunan aldığını deməsi, şəxsin Ərəstundan qorxub yazılı şəkildə narkotiki Ərəstundan aldığını deyə bilməməsi, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün üzərində gəzdirdiyi, əlverişli tədbir olmadığından Təqsirləndirilən şəxs satış edən zaman tutulmasını təmin edə bilmədiyi, Təqsirləndirilən şəxs tutan yerdə baxış keçirilməsi üçün şərait olmadığı, hal şahidi kimi iştirak edəcək adam olmadığı..” şəklində cavab vermişdir. Müəyyən olunmuş sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkaşları tərəfindən saxlanıldığı vaxtdan dərhal sonra deyil, rayon Polis Şöbəsinə gətirildikdən təxminən 20-25 dəqiqə sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan başqa təhqiqat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etsə də, sonuncunun yaşadığı evə, avtomaşınına və ya narkotik vasitəni saxlaya biləcəyi digər qeyri-yaşayış yerinə baxış keçirməmiş, ancaq ittihamın əsasını təşkil edən, üzərinə şəxsi axtarış zamanı aşkar edilən ümumi təmiz çəkisi 5,209 qram narkotik vasitə olan heroinin aşkar olunması ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası şəxsin saxlanılarkən dərhal şəxsi axtarışa məruz qala bilməməsinin bir sıra obyektiv hallarını (məsələn, ətrafda çoxlu sayda insanların olması, hava şəraiti, saxlanılan şəxsin aktiv müqavimət göstərməsi və s.) qəbul etsə də, Təqsirləndirilən şəxs saxlanılarkən məhkəmə tərəfindən qəbul edilə biləcək belə halların mövcud olmasına dair ittiham tərəfindən hansısa bir sübut təqdim edilərək iş materiallarına əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs polis əmkdaşları tərəfindən saxlanıldığı andan Ağdaş rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçirilənə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olmuşdur ki, kollegiya həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasını qəbul etməsə də, müdafiə tərəfinin digər əsaslarını inandırıcı qəbul edir və həmin hala şübhə ilə yanaşaraq təqsirləndirilən şəxsin xeyrinə qəbul edir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şahid qismində dindirilmiş həmin istintaq hərəkətində hal şahidi qismində iştirak edən şahidlər də ifadələrində Ağdaş rayon X15 Hissəsində Təqsirləndirilən şəxs pencəyinin cibindən narkotik maddəyə oxşar maddənin aşkar olunduğunu göstərsələr də Təqsirləndirilən şəxs Növbətçi Hissəyə gələnə kimi harada olması, hansı şəraitdə oraya gəlməsi barədə heç bir halı göstərə bilməmişlər Beləliklə, Şahid1 ibtidai istintaqda və məhkəmə istintaqında, habelə video çəkiliş vaxtı bir birinin əksi olan ziddiyyətli ifadələr verməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsini təsdiq edən telefon danışıqlarını özündə əks etdirən 03 mart 2020ci il tarixli məktubda əks olunan məlumatların həqiqiliyini və yaranma mənbəyini əks etdirən CD disk ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmaması, ittihamı təsdiq edən sübutların zəifliyi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə istinad olunan ittihamın tamamilə əsassız olması barədə nəticəyə gələrkən səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirən kifayət qədər mötəbər, sübutlar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi, Konstitusiyada təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 138.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya protesti təmin edilmədən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-190/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-190/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver