Məhkəmə qərarları › İş №1(107)-190/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-190/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-190/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X6 kаtibliyi, xüsusi ittihamçı-X3, xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X4 müdafiəçisi X5 iştirakları ilə, X3 X8 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim Elçin Qurbanov) 27 fevral 2023cü il tarixli, 1(046)-32/2023 nömrəli qərarı ilə X3 X8 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarının ləğv edilməsini və X8 barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri cinayət işi başlanaraq cəzalandırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 21 fevral 2023-ci il tarixli, qərarı ilə onun xüsusi ittiham qaydasında X8 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148 -ci maddəsi ilə cinayət işi başlanaraq cəzalandırılması barədə şikayətinin icraata götürülməsindən imtina olunmuşdur. Məhkəmə qərar qəbul edərkən göstəmişdir ki, bizim təhqir və böhtan olaraq qeyd etdiyimiz məzmunlu ifadələr ümumi xarakterli olduğundan və başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmadığından nə böhtan, nədə ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. Belə ki, o, bu ifadələrlə onun təhqir olunmağını və böhtana məruz qalmağını göstərmişdir; Mingəçevir şəhərində 4 qadın reketlik edir. X9, X10, X7 və Tutu adlı qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaldır, mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı bir tanımadığım insanlara paylayır. Bir müsahibəm olub....Vəkilə müraciət etdim. Vəkil mənə bildirdi ki, Zeynəb, Aytən , Tutu və Vüsalə adlı qadınların yani adları keçdiyi bir yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu 4 qadının dediyi qanundu.. Polis orqanı Zeynəb kimi qadınlar nə qadın olub ki, məni öldürsələr bundan vaz keçirlər. Bu qadınlar mütəmadi olaraq məni təzyiqə məruz qoyur. Evimə basqın edir. Uşağıma və öziimə şiddət göstərir. Bu qadınlar Mingəçevir şəhərində sözün əsl mənasında reketlik edirlər. Onun və uşağıın həyatı təhlükədədir. Onlar dərdlərini kimə desin ki, Mingəçevir də bu 4 qadın at oynadır, bunların qarşısını alan bir insan tapılmır. Bu qadınlar qrup şəklində onun evinə basqın edir, onu günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətini alçaldır, onu əxlaqsız qələmə verir, bunların qarşısını alan yoxdu. Çünki Zeynəb, kimi, Vüsalə kimi, Aytən kimi qadınlar hegemonluq edir, istədiyi adamın evində problem yaşadır. Bu çıxışlarını mütəmadi olaraq edəcəm. Artıq məni intihar həddinə çadırıblar. Xahiş edirəm, barələrində ölçü götürəsiniz...». Məhkəmə həmin mövqeyini hər hansı maddi və prosessual əsaslarla əsaslandırmamış və öz subyektiv fikrini qeyd etmişdir. O, qərarla razı deyil və məhkəmənin bu subyektiv fikri əsassızdır. Belə ki, X4 «Youtube» və «Tok-tok» sosial şəbəkəsində çıxış edərək onun ünvanına dediyi sözlər şər böhtan və təhqir xarakterlidir. O, Gülay Eyvazovanm yaşadığı ünvana heç bir vaxt basqın etməmiş, Gülay Eyvazovanın özünə və uşaqlarına şiddət və təzyiq göstərməmiş, Gülay Eyvazovaya məxzsus nömrələri sosial şəbəkələrdə yaymamış, onun şərəf və ləyaqətinə toxunacaq heç bir addım atmamışdır. X1 barəsində göstərdiyi halların heç biri baş verməmişdir. Gülay Eyvazova ona məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı bir tanımadığım insanlara paylayır. Bu qadınlar mütəmadi olaraq onu təzyiqə məruz qoyur. Evinə basqın edir. Uşağına və özünə şiddət göstərir, Bu qadınlar Mingəçevir şəhərində sözün əsl mənasında reketlik edirlər» faktını sübut etməlidir. Bu əməli ilə ona qarşı böhtan atmışdır. O, Gülay Eyvazovanın cinayətini təsdiq edən videogörüntünü məhkəməyə təqdim etsə də məhkəmə həmin sübutu tədqiq etməmişdir. Gülay Evazova eyni xarakterli əməlli Gəncə Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunsa da islah olunmamış, əksinə cinayət əməlini daha da genişləndirmişdir. Halbuki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cÜ il tarixli, 3 saylı qərarının 5-ci maddəsinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qərarın 8ci bəndinə əsasən xüsıısi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə isə həmin ifadələrin hansı mənbəyə əsasən təhqir olmadığını əsaslandırmadığından qərar qanunsuzdur. Məhkəmə həmin ifadələrlə bağlı mütləq şəkildə məhkəmə linqivistik ekspertizasının keçirilməsini təmin etməli, məhz bundan sonra ədalətli və qanuni qərar qəbul edə bilərdi. Yayılmış məlumatlar kütləvi şəkildə yayılmış və məzmunu təhqir və böhtandan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 301-ci maddəsinə istinad edərək işi məhkəmə baxışma təyin etməli olduğu halda səhvən 302.16 və 302.2.3-cü maddəsinə istinad edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etmişdir. Çox təəssüf edir ki, Göyçay Rayon Məhkəməsi Gülay Eyvazovamn onların ünvanlarına sosial şəbəkələrdə yalan olduğunu bilə-bilə böhtan və təhqir xarakterli kütləvi çıxışlar etməsinə baxmayaraq xüsusi ittiham qaydasında verdiyi şikayətini icraata qəbul edilməsindən imtina etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında xüsusi ittihamçı-X9 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X11 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. hüquqi məsələr: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X9 ona görə məhkəməyə xüsusi ittiham qaydasında şikayət edərək X4 Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir ki, X8 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində Ana dili abidəsinin arxasında yerləşən parkda özünə məxsus olan «Milli News» Youtube kanalında canlı açaraq Mingəçevir səhərində 4 qadın “REKERTLİK” edir başlığı altında çıxışlar etmişdir. Bundan sonra həmin videonu «Milli News», «Xalqın xəbəri» Youtube səhvələrində və TikTok Sosial şəbəkəsində «sevdamsenl990» (SƏN_MƏNİM_TƏK_DİLƏYİM) istifadəçi adı altında yaratdığı səhifəsində paylaşmışdır. Çıxışında bildirmişdir ki, “X9, X10, X9 və Tutu adında qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaltmışdırlar və mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığım bir insanlara paylayırlar. Mingəçevir şəhərində bu 4 qadının mənə etdiyi təzyiqlərdən təngə gəlmişəm. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki məni öldürsələr bundan vaz keçirlər,mənim şikayətimə baxmırlar. Bu qadınlar mütəmadi olaraq məni təzyiqə məruz qoyur, evimə basqın edir, uşaqlarıma və özümə şiddət göstərirlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik edirlər. Mənim və övladlarımın həyatı təhlükədə olduğu halda şikayət edirəm, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilmir. Mənim uşağımın həyatı təhlükədədir. Biz dərdimizi kimə deyək ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. Bu qadınlar qrup şəklində mənim evimə basqın edir, məni günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətimi alçaldır, məni əxlaqsız kimi qələmə verir. Bunların qarşısını alan yoxdur. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq edir, istədiyi adamın həyatında problem yaşadır. Bu qadınlar mənim həyat yoldaşımın işindədə problem yaradıblar, bu qadınlara görə mənim həyat yoldaşım əmək haqqı almır buna görədə uşaqlarımın çörək almağa pulu belə yoxdur. Bununla bağlı vəkilə müraciət etdim, vəkil mənə bildirdi ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu qadınların dediyi qanundur. Bu çıxışlarımı mütəmadi olaraq edəcəm, artıq məni intihar həddinə çatdırıblar. Xahiş edirəm barələrində ölçü götürəsiniz” - kimi ifadələrlə bilə bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet inформasiya ehtiyyatında onun şərəf və ləyaqətini nаlayiq formada qəsdən alçaltmışdır. Yaydığı bu çıxışlara “Milli News” youtube kanalında 1300 nəfərdən artıq baxış, “Xalqın Xəbəri” Youtube kanalında 244 nəfərdən artıq baxış, Tiktok sosial şəbəkəsində isə 2506 baxış etmişdir. Yaydığı bu çıxışların rəy bölümündə isə onları müzakirəyə çıxarmışdır. Müzakirə nəticəsində tanımadığı insanlar onların barəsində müxtəlif aşağılayıcı ifadələr yazmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan cinayəti, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti ,yəni kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Göründüyü kimi cinayət qanunvericiliyinə görə böhtan cinayətinin obyektiv cəhəti bilə-bilə yayılan məlumatın yalan olmasında, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasında ifadə olunur. Yalan məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalı, konkret faktlarla bağlı olmalıdır. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilənəsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-nin 147-ci maddəsi cinayət məsuliyyəti istisna olunmalıdır. Eyni zamanda təhqir cinayəti də subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar başqa şəxsin şərəf və ləyaqəti alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş “X9, X10, X9 və Tutu adında qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaltmışdırlar və mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığım bir insanlara paylayırlar. Mingəçevir şəhərində bu 4 qadının mənə etdiyi təzyiqlərdən təngə gəlmişəm. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki, məni öldürsələr bundan vaz keçirlər,mənim şikayətimə baxmırlar. Bu qadınlar mütəmadi olaraq məni təzyiqə məruz qoyur, evimə basqın edir, uşaqlarıma və özümə şiddət göstərirlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik edirlər. Mənim və övladlarımın həyatı təhlükədə olduğu halda şikayət edirəm, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilmir. Mənim uşağımın həyatı təhlükədədir. Biz dərdimizi kimə deyək ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. Bu qadınlar qrup şəklində mənim evimə basqın edir, məni günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətimi alçaldır, məni əxlaqsız kimi qələmə verir. Bunların qarşısını alan yoxdur. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq edir, istədiyi adamın həyatında problem yaşadır. Bu qadınlar mənim həyat yoldaşımın işindədə problem yaradıblar, bu qadınlara görə mənim həyat yoldaşım əmək haqqı almır buna görə də uşaqlarımın çörək almağa pulu belə yoxdur. Bununla bağlı vəkilə müraciət etdim, vəkil mənə bildirdi ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu qadınların dediyi qanundur. Bu çıxışlarımı mütəmadi olaraq edəcəm, artıq məni intihar həddinə çatdırıblar. Xahiş edirəm barələrində ölçü götürəsiniz” ifadəsi ümumi xarakterli olduğundan və başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmadığından nə böhtan, nə də ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan video müraciətə kollegiyanın iclasında bir daha baxaraq hesab edir ki, həmin müraciətdə şəxs bir növ özünün hüquqmühafizə orqanlarına etdiyi müraciətlərinə cavab olaraq istədiyi və arzu etdiyi nəticəni əldə etmədiyindən, ona kömək olunması üçün, bəzən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi belə özündən üstün yerə qoyaraq ümumi sözlərlə ona kömək olunmasına nail olmağa çalışır ki, bu da nə böhtan, nə də təhqir kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq X9 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apelyаsiyа şikаyəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar