Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-191/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik-ədliyyə müşaviri X12, müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili-X2 Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 11 mart 2021-ci il tarixli hökmü ilə 01 avqust 1989-cu ildə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himаyəsində iki аzyаşlı uşаğı оlаn, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində pоlisin nəzаrəti аltınа vеrmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 08:00-a dək yaşadığı İsmayıllı rayonu Bizlan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin həyata keçirməsi, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manatın hökm qanuni qüvvəsini aldıqdan sonra Qədirоv Şаmо Şirvаn oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına-büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabıadı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə mülki iddia tələbinin olmaması müəyyən edilmişdir. işin halları: İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 21 avqust 2020-ci il tarixdə saat 08:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X19 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisində müvafiq icazə bileti olmadan qanunsuz olaraq fıstıq cinsindən diametri 8 sm olan bir ədəd, diametri 16 sm olan bir ədəd, palıd cinsindən diametri 12 sm olan bir ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan üç ədəd, vələs cinsindən diametri 8 sm olan səkkiz ədəd, diametri 12 sm olan altı ədəd, diametri 16 sm olan üç ədəd, diametri 20 sm olan bir ədəd, göyrüş cinsindən diametri 12 sm olan bir ədəd yaş köküstə ağacları motorlu mişar vasitəsilə kəsib doğrayaraq özü ilə gətirdiyi ata yükləyərkən həmin kvartalın meşə gözətçisi vəzifəsində işləyən hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələri yerinə yetirən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ağacları kəsməsinin qanunsuz olduğunu deyərək kəsdiyi ağacları aparmağına mane olmuş, o, Zərərçəkmiş şəxs qanuni tələbinə məhəl qoymayaraq doğradığı ağacları ata yükləməyə işinə davam etmişdir. Bu zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən Şahid da həmin əraziyə gələrək Şаmо Qədirоva müraciət edərək qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Sonuncu əsəbləşərək yerdəki baltasını götürüb Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, Şahid vaxtında müdaxilə edərək baltanı Şаmоnun əlindən alaraq yerə tullamış, buna baxmayaraq Şamo öz hərəkətlərini davam etdirərək hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq yerə yıxıb sağ əli ilə sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmiş və yerdə olan baltanı götürüb küt hissəsi ilə Zərərçəkmiş şəxs hər iki baldırına zərbələr vuraraq sonuncuya üzün sağ yarısının və hər iki baldırın sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, bununla da Şаmо Qədirоv xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmiş, habelə ümumilikdə 25 ədəd ağacı qanunsuz kəsib götürməklə dövlət meşə fonduna 70.31 manat maddi ziyan vurmuşdur İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə bəraət verilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona kömək edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının ilkin iclasında təqsirləndirilən şəxs Şаmо Qədirоv özünü sadəcə ağac kəsərək evə aparmaqda təqsirli bidiyini ,Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə özünü təqsirli bilmədiyini demişdir. Daha sonra təqsirləndirilən şəxs Şаmо Qədirоv özünü həm ağac kəsərək evə aparmaqda, həm də Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bildiyini göstərərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Şаmо Qədirоvla barışıq əldə etdiyini bildirmiş, Şаmо Qədirоva qarşı tələb və şikayəti olmadığnı, iş üzrə ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid Ахundоv Аğа Аğаrəhim oğlu ifadəsində göstərdi ki, 21 avqust 2020-ci il tarixdə Sabir ilə Şamonun mübahisə səslərinə getmişdir. Gedən zaman Şamonun ağacaları kəsərək yanındakı ata yüklədiyini gömüşdür. Bu zaman Sabir və özü Şamoya ağacları aparmamasını bildirmişdir. Elə o zaman Şamo Sabirin üstünə getmiş və onlar mübahisə etməyə başlamışlar. Onlar mübahisə edəndə yerə yıxıldılar mən də onları aralaşdırdım bir-birindən. O məhkəmə iclasında verilən suala cavab olaraq Şamonun balta ilə Sabirə vurmasını görməmişəm demişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı kəndə qaz verilmədiyindən arabir kəndin yaxınlığındakı meşə ərazisinə gedərək yaş köküstə və quru odunları kəsib doğrayaraq evə gətirmiş və evin isidilməsini təmin etmişdir. 21 avqust 2020ci il tarixdə saat 08:00 radələrində özü ilə motorlu mişar və balta götürərək odun yığmaq məqsədilə əmisi oğlu Vüqar Hümbətov ilə birlikdə meşəyə getmişdir. Meşə ərazisinə çatdıqdan sonra yaş kök üstə olan bir neçə ağacı kəsmiş və kəsdiyi ağacları mişarla doğramağa başlamışdır. Doğradığı ağacları özü ilə gətirdiyi ata yükləyən zaman meşə gözətçisi işləyən həmkəndlisi Zərərçəkmiş şəxs həmin əraziyə gəlmişdir. Vüqar ondan təxminən 100 metr aralıqda yerləşən dərədə olmuş və onları görməmişdir. Sabir ona yaş köküstə ağacları kəsdiyinə görə irad tutmuş və bu əməlin qanunsuz olduğunu deyərək ağacları aparmamağını demişdir. Sabir telefonla onun və kəsib doğradığı ağacların şəklini çəkməyə başlamışdır. O Sabirin tələblərinə məhəl qoymayaraq kəsdiyi ağacları atına yükləyərək getmək istəmişdir. Bu zaman Sabir onun qarşısını kəsərək odunları aparmağa qoymamış və onun ünvanına “küçük” ifadəsini işlədərək onu təhqir etmişdir. Aralarında mübahisə yaranmış və bir-birilərinin yaxasından tutmuşlar. Onlar qarşılıqlı olaraq dartışmış və yaxınlıqdakı kolluğa yıİxılmışlar. Bu vaxt Şahdağ Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən Ağa ora gələrək onları ayırmışdır. O, Sabiri vurmamış və ona baltanın küt hissəsi ilə xəsarət yetirməmişdir. Yaş köküstə olan ağacları kəsmək üçün onun müvafiq meşə bileti olmamış və belə ağacları kəsməyin qanunsuz olduğunu bilmişdir. Özünü meşə gözətçisinin qanuni tələblərinə əməl etmədiyinə və onunla mübahisə etdiyinə görə qismən təqsirli bilir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Şahdağ” Milli parkının mühafizə yegeri vəzifəsində işləyir. 21 avqust 2020-ci il tarixdə saat 08:00 radələrində Girdiman meşəbəyliyinin 10 saylı dolayının meşə mühafizəçi işləyən Sabirə zəng edərək harada olduğunu soruşmuşdur. Sаbir ona təhkum edilmiş dolayda iş başında olduğunu demişdir. Aralаrındaki məsafə az olduğundan beş dəqiqəyə Sabirin dediyi yerə çatmışdır. Bu zaman Sabirin əvvəlcədən tanıdığı Şamo ilə mübahisə etdiyini, Şamonun isə Sabirin tələblərinə məhəl qoymayaraq kəsib doğradığı ağacları atına yüklədiyini görmüşdür. O, Şamonun əlindəki baltanı onun əlindən götürərək kənara tullamış və onları ayıraraq oradan aralanmışdır. Həmin yerdən bir az aralanmış və bu zaman onların səslərinin daha da ucadan gəldiyini eşitmiş və yenidən həmin yerə qayıtmışdır. Yaxınlaşdıqda onların birbirinin yaxasından tutaraq yerdə yıxılı vəziyyətdə dalaşdıqılarını görmüş və dərhal müdaxilə edərək onları ayırmışdır. O, Şamonun yerdə olan baltanı götürüb Zərərçəkmiş şəxs üstünə hücum çəkməsini görməmiş, Sabirə hücum çəkərkən onun əlindən baltanı almamış və yerə tullamışdır. Həmçının baltanın küt hissəsi ilə Sabirin ayaqlarından vurduğunu görməmiş, lakin ətrafa baxdıqda Şamonun əlindən götürərək kənara atdığı baltanın əvvəl onun atdığı yerdə deyil, onların yanında olduğunu görmüşdür. Bundan sonra Şаmо odunu yüklədiyi atı götürüb oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, 21 avqust 2020-ci il tarixdə səhər saatlarında əmisi oğlu Şаmоnun аtlа mеşəyə gеtdiyini görmüşdür. Şamodan onu gözləməyi xahiş edərək və mеşəyə bir yеrdə gеtmək istədiyini demişdir. O, tez həyətindən еşşəyi gətirmiş və birlikdə yaşadıqları İsmayıllı rayonunun Bizlan kəndi yaxınlığındakı meşə sahəsinə getmişlər. Meşəyə getməklərində məqsədləri оdun yığmаq olmuşdur. Meşə ərazisinə çatdıqdan sonra Şamodan ayrılmış və təxminən 100-150 metr kənara gedərək quru odun yığmağa başlamışdır. Bir saatdan sonra gəldiyi istiqamətdə geri qayıtmış və Şamodan ayrıldığı yerdə Zərərçəkmiş şəxs siqaret çəkdiyini görmüşdür. Sabirə yaxınlaşıb salam vermiş və Şamonu soruşmuşdur. Sabir Şamonun getdiyini demişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 21 avqust 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X19 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisində baş vermişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Hаdisə yеrində ümumilikdə 25 ədəd müхtəlif cinsli və növlü аğаclаrın kəsilməsi müəyyən оlunmuşdur. X19 Təsərrüfatı Mərkəzindən verilmiş 15 sentyabr 2020-ci il tarixli 623 nömrəli məktubdаn görünür ki, Zərərçəkmiş şəxs 12 oktyabr 2018-ci il tarixdən hal-hazıra kimi Şamaxı Rеgiоnаl Meşə X1 meşəbəyliyinin 10 saylı meşə dоlаyındа meşə gözətçisi vəzifəsində işləyir. Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2020-ci il tаriхli 360 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- üzün sağ yarısının və hər iki baldırın sıyrıqları küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 avqust 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2020-ci il tаriхli 390 nömrəli rəyindən müəyyən edilir ki, Şаmо Qədirоvun məhkəmə-tibbi еkspеrtizаsı zаmаnı bədən səthində хəsаrətin hər hаnsı bir оbyеktiv əlаməti аşkаr еdilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2020-ci il tarixli 9/4489 nömrəli rəyindən görünür ki, еkspertiza tədqiqatına təqdim edilmiş Şamaxı Regional X6 əməkdaşları tərəfindən tərtib edilmiş 21 avqust 2020-ci il tarixli 60169 nömrəli akt və ona əlavə edilmiş həcm-qiymət cədvəlinə əsasən X19 X1 meşəbəyliyinin 10 saylı dolayısından kəsilmiş köküstə yaş vəziyyətdə olan ümumilikdə 25 ədəd ümumi həcmi 1,2 sm (fıstıq cinsindən diametri 8 sm olan 1 ədəd, diametri 16 sm olan 1 ədəd, palıd cinsindən diametri 12 sm olan 1 ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan 3 ədəd, vələs cinsindən diametri 8 sm olan 8 ədəd, diametri 12 sm olan 6 ədəd, diametri 16 sm olan 3 ədəd, diametri 20 sm olan 1 ədəd, göyrüş cinsindən diametri 12 sm olan 1 ədəd) ağacların kəsilməsinə görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə 2020-ci ilin avqust ayına təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 70,31 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon X10 Hüquqi şəxsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 1692 nömrəli arayışdan görünür ki, Şаmо Qədirоv poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. 12 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Şаmо Qədirоvun məhkumluğu yoxdur. 06 oktyabr 2020-ci il tarixli 63 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Şаmо Qədirоv İsmayıllı rayonu Bizlan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X13, anası X3, arvadı X8 və 2013 və 2015-ci il təvəllüdlü uşaqları Yusif və Mirpaşadan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Müstəntiqin 29 sentyabr 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Şаmо Qədirоv barəsində həmin tarixdə “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri seçilmişdir Müstəntiqin rayon prokuroruna 11 noyabr 2020-ci il tarixli müraciətindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Şаmо Qədirоvun 21 avqust 2020-ci il tarixdə saat 08:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X19 X1 Meşəbəyliyinin 10 saylı dolayının 2 nömrəli kvartalı ərazisindən müvafiq icazə bileti olmadan qanunsuz olaraq fıstıq cinsindən diametri 8 sm olan bir ədəd, diametri 16 sm olan bir ədəd, palıd cinsindən diametri 12 sm olan bir ədəd, ağcaqayın cinsindən diametri 8 sm olan üç ədəd, vələs cinsindən diametri 8 sm olan səkkiz ədəd, diametri 12 sm olan altı ədəd, diametri 16 sm olan üç ədəd, diametri 20 sm olan bir ədəd, göyrüş cinsindən diametri 12 sm olan bir ədəd yaş köküstə ağacları motorlu mişar vasitəsilə kəsib doğrnması faktı iş materialları ilə təsdiq edildiyindən fakt üzrə toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona CM-in 315-ci maddəsi ilə bəraət verilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etsə də, məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təyin edilmiş cəzanın dəyişdirilməsinə əsas verəcək dərəcədə əsaslı deyildir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə–iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, göründüyü kimi maddənin sanksiyasında eyni zamanda azadlıqdan məhrum etmə nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulan azadlıqdanməhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himаyəsində iki аzyаşlı uşаğının оlmаsını və zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların olmasını nəzərə almışdır. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Ona görə də, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Vidadi Cabbarov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmdən “X5 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi” ilə bağlı müddəalar xaric edilsin. X9 Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. X11 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Yevlax Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: /imza/ Hаkimlər: /imzalar/ Əsli ilə düzdür, İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-191/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-191/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver