Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-191/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Əsədli Mahir Abdulla oğlunun sədrliyi, Məcidov Ələddin Tofiq oğlu və X2аn ibаrət tərkibdə, X1 iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi, həmçinin müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-34/2023 saylı qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 27 fevral 2023-cü il tarixli, 1(046)- 34/2023 saylı qərarı ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə ittiham olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İŞİN HALLARİ X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində Ana dili abidəsinin arxasında yerləşən parkda özünə məxsus olan «Milli News» Youtube kanalında canlı açaraq Mingəçevir səhərində 4 qadın “REKERTLİK” edir başlığı altında çıxışlar etmişdir. Bundan sonra həmin videonu «Milli News», «Xalqın xəbəri» Youtube səhifələrində və TikTok Sosial şəbəkəsində «sevdamsenl990» (SƏN_MƏNİM_TƏK_DİLƏYİM) istifadəçi adı altında yaratdığı səhifəsində paylaşmışdır. Çıxışında bildirmişdir ki, “X10, X8, X9 və Tutu adında qadınlar mütəmadi olaraq onun şərəf və ləyaqətini alçaltmışdırlar və ona məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığı bir insanlara paylamışdırlar. Mingəçevir şəhərində bu 4 qadının ona etdiyi təzyiqlərdən təngə gəlmişdir. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki, onu öldürsələr bundan vaz keçirlər, onun şikayətinə baxmırlar. Bu qadınlar mütəmadi olaraq onu təzyiqə məruz qoymuşlar, evinə basqın etmişlər, uşaqlarına və özünə şiddət göstərmişlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik etmişlər. Onun və övladlarının həyatı təhlükədə olduğu halda, şikayət etmişdir, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilməmişlər. Onun uşağının həyatı təhlükədədir. Onlar dərdlərini kimə deməlidirlər ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. O qadınlar qrup şəklində onun evinə basqın etmişlər, onu günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətini alçaldmışlar, onu əxlaqsız kimi qələmə vermiş. Bunların qarşısını alan olmamışdır. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq etmiş, istədiyi adamın həyatında problem yaşatmışlar. Bu qadınlar onun həyat yoldaşının işində də problem yaradmışlar, o qadınlara görə onun həyat yoldaşı əmək haqqı almamış, ona görə də uşaqlarının çörək almağa pulu belə olmamışdır. Onunla bağlı vəkilə müraciət etmişdir, vəkil ona bildirmişdir ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan onun şikayətinə baxa bilməz. Mingəçevir şəhərində o qadınların dediyi qanundur. O çıxışlarını mütəmadi olaraq edəcəkdir, artıq onu intihar həddinə çatdırmışlar. Xahiş etmişdir barələrində ölçü götürülsün”-kimi ifadələrlə bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında onun şərəf və ləyaqətini nаlayiq formada qəsdən alçaltmışdır. Yaydığı bu çıxışlara “Milli News” youtube kanalında 1300 nəfərdən artıq baxış, “Xalqın Xəbəri” Youtube kanalında 244 nəfərdən artıq baxış, Tiktok sosial şəbəkəsində isə 2506 baxış etmişdir. Yaydığı o çıxışların rəy bölümündə isə onları müzakirəyə çıxarmışdır. Müzakirə nəticəsində tanımadığı insanlar onların barəsində müxtəlif aşağılayıcı ifadələr yazmışdır. İş üzrə yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi mövqeyini hər hansı maddi və prosessual əsaslarla əsaslandırmamış və öz subyektiv fikrini qeyd etdiyini, məhkəmənin qərarı ilə razı olmadığını və məhkəmənin bu subyektiv fikrinin əsassız olduğunu, X4 «Youtube» və «Tik-tok» sosial şəbəkəsində çıxış edərək onun ünvanına dediyi sözlərin şər böhtan və təhqir xarakterli olduğunu, Gülay Eyvazovanın yaşadığı ünvana heç bir vaxt basqın etmədiyini, Gülay Eyvazovanın özünə və uşaqlarına şiddət və təzyiq göstərmədiyini, Gülay Eyvazovaya məxsus nömrələri sosial şəbəkələrdə yaymadığını, onun şərəf və ləyaqətinə toxunacaq heç bir addım atmadığını, ümumiyyətlə Gülay Eyvazovanın onun barəsində göstərdiyi halların heç biri baş vermədiyini, Gülay Eyvazovanın bu əməli ilə ona qarşı böhtan atdığını, onun cinayətini təsdiq edən videogörüntünün məhkəməyə təqdim etdiyini, məhkəmənin həmin sübutu tədqiq etmədiyini, Gülay Evazovanın eyni xarakterli əməllə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunsada islah olunmadığını, əksinə cinayət əməlini daha da genişləndirdiyini bildirərək Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 1(046)- 34/2023 saylı qərarının ləğv edilməsini, X4 barəsində CM-nın 147.1 və 148 maddəsi ilə cinayət işi başlanaraq cəzalandırılması barədə şikayətinin icraata götürülməsini xahiş etmişdir. Qərardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi, həmçinin müdafiəçisi Müdafiəçi2 аpellyаsiyа şikаyətinin dəlillərini müdаfiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-34/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət- Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kоllegiyаsı apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, işdə оlаn sübutları tədqiq edib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-34/2023 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə görə isə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. İş materiallarından şikayətin məzmununun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olmadığı müəyyən edilmiş, habelə şikayətdə məlumatlar natamam göstərilmişdir. CPM-in 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında CM-in 147 (Böhtan), 148 (Təhqir), 165.1 (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 11-ci bəndində isə qeyd olunmuşdur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3 və 299.3.3-cü maddələrinin məzmununa görə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin məzmununa görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Hazırkı şikayət ərizəsi CPM-in Məcəlləsinin 293.3.3, 293.3.4 və 293.3.6-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə də, ərizəyə CPM-in 293.3.3-cü maddəsinə əsasən əməlin məhz X6 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi barədə sübutlar, CPM-in 293.3.4-cü maddəsi üzrə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri və konkret olaraq hansı şəxslərin ifadələri (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatları əlavə etməmişdir. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş “X6 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində Ana dili abidəsinin arxasında yerləşən parkda özünə məxsus olan «Milli News» Youtube kanalında canlı açaraq Mingəçevir səhərində 4 qadın “REKERTLİK” edir başlığı altında çıxışlar etmişdir. Bundan sonra həmin videonu «Milli News», «Xalqın xəbəri» Youtube səhifələrində və TikTok Sosial şəbəkəsində «sevdamsenl990» (SƏN_MƏNİM_TƏK_DİLƏYİM) istifadəçi adı altında yaratdığı səhifəsində paylaşmışdır. Çıxışında bildirmişdir ki, “X10, X8, X9 və Tutu adında qadınlar mütəmadi olaraq onun şərəf və ləyaqətini alçaltmışdırlar və ona məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığı bir insanlara paylamışdırlar. Mingəçevir şəhərində bu 4 qadının ona etdiyi təzyiqlərdən təngə gəlmişdir. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki, onu öldürsələr bundan vaz keçirlər, onun şikayətinə baxmırlar. Bu qadınlar mütəmadi olaraq onu təzyiqə məruz qoymuşlar, evinə basqın etmişlər, uşaqlarına və özünə şiddət göstərmişlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik etmişlər. Onun və övladlarının həyatı təhlükədə olduğu halda, şikayət etmişdir, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilməmişlər. Onun uşağının həyatı təhlükədədir. Onlar dərdlərini kimə deməlidirlər ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. O qadınlar qrup şəklində onun evinə basqın etmişlər, onu günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətini alçaldmışlar, onu əxlaqsız kimi qələmə vermiş. Bunların qarşısını alan olmamışdır. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq etmiş, istədiyi adamın həyatında problem yaşatmışlar. Bu qadınlar onun həyat yoldaşının işində də problem yaratmışlar, o qadınlara görə onun həyat yoldaşı əmək haqqı almamış, ona görə də uşaqlarının çörək almağa pulu belə olmamışdır. Onunla bağlı vəkilə müraciət etmişdir, vəkil ona bildirmişdir ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan onun şikayətinə baxa bilməz. Mingəçevir şəhərində o qadınların dediyi qanundur. O çıxışlarını mütəmadi olaraq edəcəkdir, artıq onu intihar həddinə çatdırmışlar. Xahiş etmişdir barələrində ölçü götürülsün”-kimi ifadələrlə bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında onun şərəf və ləyaqətini nаlayiq formada qəsdən alçaltmışdır. Yaydığı bu çıxışlara “Milli News” youtube kanalında 1300 nəfərdən artıq baxış, “Xalqın Xəbəri” Youtube kanalında 244 nəfərdən artıq baxış, Tiktok sosial şəbəkəsində isə 2506 baxış etmişdir. Yaydığı o çıxışların rəy bölümündə isə onları müzakirəyə çıxarmışdır. Müzakirə nəticəsində tanımadığı insanlar onların barəsində müxtəlif aşağılayıcı ifadələr yazmışdır” ifadəsi ümumi xarakterli olduğundan və başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmadığından nə böhtan, nə də ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. Məhkəmə kollegiyasının qənaətinə görə X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxslərin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023cü il tarixli 1(046)-34/2023 saylı qərarı ləğv oluna bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 1(046)-34/2023 saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-191/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-191/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver